AKADEMİK

[yun.] академик (1. илимрин академиядин член; 2. академиквилин тӀвар).
AKADEMİK
AKADEMİYA
OBASTAN VİKİ
Akademik
Akademik — akademiyaların həqiqi üzvlərinə verilən ad. == Haqqında == Azərbaycan Respublikasında Milli Elmlər Akademiyasının həqiqi üzvləri akademik adlanır. Akademiklər, bir qayda olaraq, Azərbaycan Respublikasının vətəndaşı olan, elm istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan AMEA-nın müxbir üzvləri sırasından seçilirlər.
Akademik kapital
Sosiologiyada akademik kapital (ing. Academic capital) — insanın təhsilinin və digər akademik təcrübələrinin cəmiyyətdə yer qazanmaq üçün istifadə oluna biləcək potensialıdır. Digər kapital formaları (sosial, iqtisadi, mədəni) kimi, akademik kapital da bir faktordan — ölçülmüş təhsil müddətindən asılı deyil, əksinə, bir çox müxtəlif amillərdən ibarətdir. == Dərəcəsi == Akademik kapitalı ölçmək üçün vahid üsul olmasa da, dünya üzrə tədqiqatçılar fərdin akademik kapitalını ölçmək üçün araşdırmalar aparırlar.
Akademik sahibkar
Akademik sahibkar — elmi bilik və tədqiqat nəticələrini kommersiyalaşdırmaq və iqtisadi fayda yaratmaq məqsədilə biznes və ya innovativ layihələr yaradan alim və ya tədqiqatçı. Onlar universitetlərdə və ya tədqiqat institutlarında işləyərək, əldə etdikləri elmi kəşfləri və texnologiyaları startaplara və ya şirkətlərə çevirirlər. == Tarixi == XIX əsrin əvvəllərində elmi karyera, bugünkü sistemdən çox fərqli olaraq, universitet, əyalət və ya federal səviyyədən gələn çox az maliyyə və dəstək mənbəyinə malik idi. Belə ki, o dövrdə elmlərdə karyera qurmaq istəyənlər geoloji və təbiət tarixi tədqiqatları aparmaqla işə başlayıblar. Bu tədqiqatlar həm əyalət, həm də federal hökumətlər tərəfindən maliyyələşdirilib və kimyaçılar, mineraloqlar və geoloqlar kimi peşəkarlar üçün müvəqqəti iş təklif edirdi. Bununla belə, işlər tamamlandıqdan sonra bu alimlərin çoxu işsiz qaldılar. Akademik sahibkarlığın başlanğıcı İkinci Dünya müharibəsindən sonra müşahidə olunmağa başlayır. Bu dövrdə hökumətlər, xüsusən də ABŞ və Avropa ölkələri, universitetləri və tədqiqat institutlarını innovasiya və texnologiya inkişafına cəlb etməyə başladılar. Döyüş texnologiyaları və elm sahəsindəki inkişaflar dövlət-elm əməkdaşlığının önəmini vurğuladı və bir çox akademiklər öz tədqiqatlarını kommersiyalaşdırmaq üçün imkanlar axtardılar.
Akademik (film, 2010)
Akademik qısametrajlı sənədli filmi rejissor Tahir Əliyev tərəfindən 2010-cu ildə çəkilmişdir. Film Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə "Salnamə" Studiyasında istehsal edilmişdir. Film görkəmli professor, tibb elmləri doktoru, BDU-nun keçmiş rektoru mərhum Abdulla Qarayevin həyat və fəaliyyətindən bəhs edir. == Məzmun == Film görkəmli professor, tibb elmləri doktoru, BDU-nun keçmiş rektoru mərhum Abdulla Qarayevin həyat və fəaliyyətindən bəhs edir. Filmdə alimin müasirləri öz xatirələrini nəql edir.
Fikrət Əliyev (akademik)
Fikrət Əhmədəli oğlu Əliyev (13 avqust 1949, Nüvədi, Meğri rayonu) — Fizika-riyaziyyat elmləri doktoru, Professor, akademik. == Həyatı == Əliyev Fikrət Əhmədəli oğlu 13 avqust 1949-cu ildə Mehri rayonunun Nüvədi kəndində anadan olub. “History of Science” beynəlxalq elmi-nəzəri araşdırmalar jurnalının 3-cü sayından jurnalın “Fizika-riyaziyyat və texnika elmləri” üzrə redaksiya heyətinin üzvüdür.
Fuad Əliyev (akademik)
Əliyev Fuad Yusif oğlu — kimya elmləri doktoru, akademik, AMEA-nın Gəncə bölməsinin sədri, AMEA-nın müxbir üzvü (2007), AMEA-nın həqiqi üzvü (akademik) (2014). == Həyatı == Fuad Yusif oğlu Əliyev 1 fevral 1950-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirdikdən sonra zabit rütbəsində ordu sıralarında xidmət etmiş, 1974-cü ildən AMEA Aşqarlar Kimyası İnstitutunda laborant, mühəndis vəzifələrində çalışmış, 1976-cı ildə aspiranturaya daxil olmuş, 1981-ci ildə aspiranturanı müvəffəqiyyətlə başa vuraraq kimya elmləri namizədi elmi dərəcəsini almışdır. Elə həmin ildə də Rəyasət Heyətinin qərarı ilə Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. F.Əliyevin bilavasitə çalışdığı sahə yeni kükürd-üzvi birləşmələrinin sintezi və onlardan aşqarlar kimi istifadə etməklə müxtəlif xassələrə malik sürtkü yağlarının alınmasında istifadə olunmasıdır. Müxtəlif quruluşa malik birləşmələrin sintez olunmasında məqsəd onların quruluşunda və tərkibində olan funksional qrupların, hetroatomların yeni alınmış maddələrin xassələrinə təsirinin, bunların isə öz növbəsində sürtkü yağlarının keyfiyyətinə göstərə biləcəyi xassələrinin öyrənilməsidir. Sintez olunmuş birləşmələr əsasında hazırlanmış sürtkü kompozisiyaları korroziyaya, siyrilməyə və yeyilməyə qarşı yüksək davamlılığa malikdirlər. Sintez edilmiş birləşmələrin tərkibində müxtəlif funksional qruplarla, hetroatomlarla yanaşı, kükürd atomunun da iştirak etməsi bu birləşmələrin bir çox dərman preparatlarının tərkibinə daxil olmasına səbəb olmuşdur. Bununla da sintez edilmiş maddələrin bir çoxunun antimikrob xassəyə malik olması müəyyən edilmişdir. 1983-cü ildən Gəncə Regional Elmi Mərkəzinin sədridir.
Həsən Abdullayev (akademik)
Həsən Məmmədbağır oğlu Abdullayev (20 avqust 1918, Yaycı, Naxçıvan qəzası – 1 sentyabr 1993, Bakı) — SSRİ və Azərbaycanın görkəmli fiziki, alim, müəllim, elm təşkilatçısı, Sovet İttifaqı və dünyada yarımkeçiricilər fizikasının / mikroelektronikasının banilərindən biri, Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan EA-nın həqiqi üzvü, 1970–1983-cü illərdə Azərbaycan EA-nın prezidenti. Həsən Abdullayev 1952-ci ildə ilk dəfə yarımkeçirici kristallarda p-n keçidin işləmə prinsipinin fiziki mahiyyətini ətraflı izahını verib. O, yenilikçi texnologiyanın inkişafına, qlobal elmi və texnoloji tərəqqiyə əhəmiyyətli bir töhfə verən və güclü təsir göstərən fotoelementlər, günəş və termoelementlər kimi yaddaş elementləri, lazerlər, kibernetikada çip texnologiyası, alternativ enerji kimi elektronikanın tədqiqinə və inkişafı məsələləri ilə məşğul olub. Abdullayevin elmi nailiyyətləri sayəsində, yarımkeçiricilərə əsaslanan dünya texnologiyası intensiv sürətlə miniatürləşməyə başlamış, daha yüngül, mobil və rahat olub. Azərbaycan SSR-də Abdullayev elmi və texnoloji tərəqqi inqilab etmiş və bir növ milli "Silikon Vadisi"ni yaratmışdır. Alim-fizik, dünya elmində əhəmiyyətli rol oynayan yarımkeçirici fizikada, selenyum və analoqlarına əsaslanan yeni bir istiqamət qurmuş, onun əsasında mikroelektronika sahəsində ilkin, öz elmi məktəbini, bu istiqamətdə Akademiyada ilk laboratoriyaları və tədqiqat institutlarını yaratmışdır. Eyni zamanda, o, SSRİ şəraitində üzərinə böyük risk alarag tədqiqat institutları nəzdində yenilikçi layihələrin həyata keçirilməsi üçün ilk Xüsusi Konstruktur Büroları (XKB) yaratmışdır. Həsən Abdullayev SSRİ, ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İsveç, İtaliya, Hindistan və digər ölkələrdə patentləşdirilmiş mindən çox elmi əsərin və 400-ə yaxın ixtiranın müəllifidir. == Həyatı == Həsən Abdullayev 20 avqust 1918-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. Abdullayev 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsini bitirmişdir.
Həsən Əliyev (akademik)
Həsən Əlirza oğlu Əliyev (15 dekabr 1907, Comardlı, Zəngəzur qəzası – 2 fevral 1993, Bakı) — Azərbaycan alimi, ictimai-siyasi xadim, Azərbaycan SSR əməkdar elm xadimi (1974), Ümumittifaq Torpaqşünaslıq Cəmiyyətinin üzvü, Ümumittifaq Coğrafiya Cəmiyyətinin üzvü, Azərbaycan SSR EA Partiya Komitəsinin katibi (1950), Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Azərbaycan MK katibi (1952), AMEA-nın akademik katibi (1952–1957), Bakı şəhəri Zəhmətkeş Deputatları Sovetinin deputatı (1953–1956), Dünya Universitetinin elmi və mədəniyyət üzrə doktoru (ABŞ), İngiltərə Kraliça Biblioqraflar Cəmiyyətinin həqiqi üzvü, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru(1968–1987). == Həyatı == Həsən Əlirza oğlu Əliyev 1907-ci il dekabr ayının 15-də Ermənistanın Sisyan rayonunun (keçmiş Zəngəzur qəzası) Çomərdlii kəndində anadan olmuşdur. 1917-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində bütün Zəngəzur mahalının əhalisi kimi Həsən Əliyevin ailəsi də Naxçıvan şəhərinə deportasiya edildi. Naxçıvanana gəldikdən sonra 1917–1924-cü illərdə müxtəlif işlərdə işləyib. O, 1925-ci ildə kənd axşam məktəbinə daxil olmuşdur. 1930-cu ildə isə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu bitirmişdir. Texnikumda təhsil aldığı müddətcə 1927-ci ildə Naxçıvan MR Torpaq Komissarlığının kənd təsərrüfatı zərərvericilərilə mübarizə şöbəsinin işçisi olmuşdur. 1929-cu ildə Naxçıvan Pambıq birliyində və Azpambıqbirliyinin Gəncə dairəsi üzrə təlimatçısı vəzifələrində çalışıb. O, 1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki AKTA) daxil olub və 1932-ci ildə oranı bitirib. İnstitutda oxumaqla yanaşı Gəncə şəhərindəki Qarayeri sovxozu məktəbində müəllim işləyib.
Maqsud Əliyev (akademik)
Əliyev Maqsud İsfəndiyar oğlu (27 avqust 1924, Tiflis – 23 dekabr 2016, Bakı) — akademik, Azərbaycan Respublikası EA fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibinin müavini. == Həyatı == Maqsud Əliyev 1924-cü il avqustun 27-də Tiflis şəhərində anadan olmuşdur. 1931-ci ildə Tiflisdə orta məktəbin birinci sinfinə getmiş, 1941-ci ildə həmin məktəbi bitirmişdir. 1941-1943-cü illərdə Tiflis Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində tələbə olmuş, 1943-1945-ci illərdə isə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiş, Politexnik İnstitutunda, Neft və Kimya İnstitutunda, Azərbaycan Dövlət Universitetində pedaqoji iş aparmışdır. O, eyni zaman da Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunda elmi-tədqiqat işləri ilə də məşğul olmuşdur. == Elmi fəaliyyəti == Maqsud Əliyevin elmi fəaliyyəti çox maraqlı xüsusiyyətlərə malik olan selen yarımkeçiricisinin fiziki xassələrinin öyrənilməsinə yönəlmişdir. O, selenin kristallaşmasına, elektrik, optik və istilik xassələrinə az miqdarda aşqarların tə’sirinin ilk tədqiqatçılarından biridir. M.İ. Əliyev bu nəticələri ümumiləşdirərək 1957-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. M.İ. Əliyev 1961-ci ildən Azərbaycan EA Fizika İnstitutunda əvvəlcə böyük elmi işçi, sonralar isə "Yarımkeçiricilərdə köçürmə hadisələri" laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.
Nizami Cəfərov (akademik)
Nizami Qulu oğlu Cəfərov (21 sentyabr 1959, Zəlimxan, Ağstafa rayonu) — Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru (1991), professor (1993), əməkdar elm xadimi (2000), AMEA-nın həqiqi üzvü (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti (2015–2022) 2019-cu ildən BDU-nun Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən "ADA" Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. Nizami Cəfərov 1959-cu 21 sentyabrda Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı(1994–2001) vəzifələrində çalışmışdır. Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri (2001–2015)olub. 2019-cu ildən yenidən Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən ADA Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. Nizami Cəfərov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Azərbaycan dili və ədəbiyyatı" bölməsinin üzvü kimi orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili proqramlarının, dərsliklərinin hazırlanmasında iştirak etmişdir.
Ramiz Məmmədov (akademik)
Ramiz Mahmud oğlu Məmmədov (4 fevral 1950, Qaracalar, Qardabani rayonu – 7 iyun 2021, Bakı) — Azərbaycan alimi, ictimai-siyasi xadim, okeanoloq-hidroloq, texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü (2014), Doktorluq Dissertasiyası Şurasının sədri (2002), Xəzər dənizi Tədqiqatları üzrə Əlaqələndirmə Şurasının sədri (2005), Coğrafiya Elminin Fundamental Problemləri üzrə Beynəlxalq Elmi Şuranın (Moskva ş.) (2002), Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı nəzdində yaradılmış Təmiz su beynəlxalq mərkəzin direktorlar şurasının üzvü (2001), Avropa İttifaqının Cənubi Qafqaz ölkələri üzün təsis etdiyi Beynəlxalq Ekoloji Mərkəzin (Tbilisi) Konsultativ Şurasının prezidenti Körpü Azərbaycan-Gürcüstan dostluq və mədəni əlaqələr cəmiyyətinin sədri, Respublika Dövlət Mükafatı Laureatı (2016) ,Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri, Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının sədri, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru. Ramiz Məmmədov 4 fevral 1950-ci ildə Gürcüstan SSR Qardabani rayonunun Qaracalar kəndində anadan olmuşdur. 1967-ci ildə həmin kəndin orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Universitetinin fizika fakultısinə qəbul olunmuş və 1972-ci ildə ali təhsilini başa vurmuşdur. 1973-cü ildə AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Xəzər Dənizi Problemləri Mərkəzində başlamışdır. Coğrafiya İnstitutunun Elmi şurasının qərarı ilə 1975–1976-cı illərdə Moskva Okeanologiya İnstitutunda stajyor olmuş, 1977-ci ildə isə həmin institutun əyani aspiranturasına qəbul olunmuşdur. 1980-ci ilin yanvar ayında o Dayaz dənizlərdə və şirinsulu sututarlarında turbulent mübadilə mövzusunda Moskva Okeanologiya İnstitutunun Dissertasiya Şurasında Okeanologiya ixtisası üzrə namizədlik ddissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi adını almışdır. 1980–1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində Xəzər elmi tədqiqat stansiyasının müdiri vəzifəsində çalışmış, 1985-ci ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə əvvəl Geologiya, 1989-cu ildə isə yenidən Coğrafiya İnstitutuna işə qaytarılmışdır. 1991-ci ildən AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1995–2013-cü illər ərzində isə həmin institutun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmiş, 2013-cü ildən isə AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsində çalışır. 1996-cı ildə Xəzər dənizinin hidrofiziki sahələrinin dəyişkənliyi və onların çirkləndiricilərin yaılmasına təsiri mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi adını almış, 2001-ci ildə coğrafiya ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir. 2009-cu ildə Azərbaycan Ali Attestasiya Komissiyasının qərarı ilə ona hidrologiya ixtisası üzrə professor elmi rütbəsi verilmişdir.
Akademik Gimnaziya
Akademik Gimnaziya (rus. Академи́ческая гимна́зия) — Rusiyada 1726–1805-ci illərdə mövcud olmuş ilk dünyəvi orta ümumi təhsil müəssisəsi. 1724-cü ildə Sankt-Peterburqda Elmlər Akademiyasında yaradılmış, 1726-cı ildə müstəqil müəssisə kimi açılmışdır. Tələbələri Akademik Universitetə ​​qəbul və dövlət qulluğuna hazırlayırdı. Tələbə kontingenti müxtəlif ödənişsiz siniflərdə təhsil alan oğlanlar ibarət idi. Gimnaziyada latın, alman, fransız, rus ədəbiyyatı, tarix, coğrafiya, riyaziyyat, təbiət elmləri, rəsm fənləri tədris olunurdu. 1758–1765-ci illərdə Akademik Gimnaziyaya 1759-cu ildə onun Əsasnaməsini tərtib edən Mixail Lomonosov rəhbərlik edirdi. Lomonosov gimnaziyanı "universitetin tibb bacısı, onun anbarı və tədarükçüsü" hesab edirdi. 1765-ci ildə azyaşlı uşaqlar üçün hazırlıq şöbəsi açılmışdır. 1770-ci ildə Akademik Gimnaziya Akademik Universitetlə birləşdirilmiş, Akademik Məktəb və ya Akademiya Məktəbi kimi tanınmışdır.
Akademik avarçəkmə
Akademik avarçəkmə – avarçəkmə idmanı növü. Akademik avarçəkmə 18-ci əsrdə Böyük Britaniyada yaranmışdır. 1829-cu ildə Temza çayında keçirilən ilk yarışda Oksford və Kembric universitetlərinin avarçəkənləri iştirak etmişlər. Beynəlxalq Avarçəkmə Federasiyası (FİSA) 1892-ci ildə Turində təsis edilmişdir. 1893-cü ildən FİSA hər il Avropa çempionatını keçirir. 1962-ci ildə kişilər arasında, 1974-cü ildə qadınlar arasında dünya çempionatı keçirilmiş, 1900-cü ildə kişilər arasında, 1976-cı ildə isə qadınlar arasında Akademik avarçəkmə Olimpiya oyunlarının tərkibinə salınmışdır. Azərbaycanda Akademik avarçəkmə çempionatı 1964-cü ildən keçirilir. “Kür” İdman Mərkəzinin yaradılması avarçəkmə idmanının inkişaf etməsində mühüm rol oynamışdır. Avarçəkənlərdən Q.Qurbanov, J.Məmmədova, T.Xudyakova, E.Ujuqova, V.Yakuşa, V.Romanişin və başqaları dəfələrlə SSRİ və SSRİ Xalqları Spartakiadasının çempionu olmuşlar. Azərbaycanın avarçəkmə komandası Moskva (1980) və Seul (1988) olimpiadalarında gümüş və bürünc medallara layiq görülmüşdür.
Akademik il
Akademik il — ali məktəblərdə dərslərin başlanmasından qurtarmasınadək (payızdan o biri ilin yazına qədər) olan müddət. Təqribən 8–10 aydır. Azərbaycanda bütün ali təhsil müəssisələrində işlədilən "tədris ili" termini akademik il termininə uyğundur.
Akademik legion
Akademik legion (alm. Akademische Legion‎) — Avstriya imperiyasında 1848-1849-cu illər inqilabı zamanı hərbi əməliyyatlarda iştirak edən silahlı tələbə təşkilatı. Təşkilat 13 mart 1848-ci ildə Vyanada xalq üsyanının başlanmasından dərhal sonra yaradılmışdır. Akademik legion təqribən 4 min nəfərdən ibarət olmaqla, inqilabi ordunun nüvəsi olmuşdu. Liberal müxalifətin radikal demokratik qanadına bağlı olan Akademik legion Vyanada mart üsyanında, 1848-ci ilin mayında Vyanada silahlı üsyanlarda və 1848-ci ilin oktyabrında Vyanada silahlı üsyanda fəal iştirak etmişdir. Buna baxmayaraq, mütləqiyyətlə mübarizədə burjuaziya ilə fəhlə sinfi arasında aralıq mövqe tutan Akademik legion qeyri-sabit fəaliyyət göstərmişdir. Akademik legionun rəhbərliyi tərəddüd və siyasi kompromislərə meyl göstərmişdi. 1848-ci ilin iyun–avqust aylarında burjuaziya ilə birlikdə fəhlələrə qarşı çıxmışdır. Akademik legionun rəhbərliyi kəndlilərin tələblərinə məhəl qoymayaraq Avstriya imperiyalarında milli azadlıq hərəkatını yatırmağa yönəlmiş siyasətində liberal burjuaziyanı dəstəkləyirdi. İnqilabın məğlubiyyətindən sonra Akademik legion ləğv edilmiş, üzvlərinin çoxluğu ağ terrorun qurbanı olmuşdur.
Akademik musiqi
Akademik musiqi — Avropa XVII–XIX əsrlərə əsasən yaradılan davamlılığı olan musiq janrları və formaları (opera, simfonik, sonata, və s.), melodik və harmonik prinsipləri və instrumental tərkibi. == Tərif == Qərb ədəbiyyatında "Akademik musiqi" daha çox Qərb klassik musiqisi ənənəsindən irəli gələn musiqilərə istinad etmək üçün istifadə olunur. Musiqişünas Filip Taqq incəsənət musiqisi ilə bağlı elitizmi "xalq", "incəsənət" və "populyar" musiqilərdən ibarət aksiomatik üçbucaqdan" biri kimi sayır. O, bu üçünün hər birinin digərlərindən müəyyən meyarlara görə seçildiyini izah edir. Bruno Nettlə görə, "Qərb klassik musiqisi" həm də "akademik musiqi", "kanonik musiqi", "mədəni musiqi", "ciddi musiqi", eləcə də daha çox istifadə olunan "əsl musiqi" və "normal musiqi" ilə sinonim ola bilər".
Akademik Lomonosov AES
"Akademik Lomonosov" AES (rus. Академик Ломоносов) — dünyanın ilk üzən atom elektrik stansiyası. Rusiyaya məxsus bu gəmi məşhur riyaziyyatçı alim Mixail Lomonosovun adını daşıyır. İnşasına 2007-ci ildə başlanılmışdır. Gəminin uzunluğu 144, eni isə 30 metrdir. 21.500 ton ağırlığı olan gəminin 69 nəfərlik ekipajı var. Gəmi vasitəsilə Severodvisk və Sevmaş qəsəbələrinin elektrik enerjisi ilə təmin edilməsi planlaşdırılmışdır.
Akademik silsiləsi (Baykal)
Akademik silsiləsi — Baykal gölünün şimal və mərkəzi hövzələrini bölən sualtı silsiləsi. Hövzələrin ayrılması, müvafiq olaraq cənub-qərbdən və şimal-şərqdən Akademik silsiləsinə bitişik Olxon və Uşkan adalarını əhatə edən diaqonal bir körpüdür. == Formalaşma == Miosenin əvvəlində indiki Kiçik dəniz boğazı, Olxon adası və Akademik silsiləsinin yerində, kiçik (dərinliyi bir neçə on metrə qədər olan) göllər, habelə torf bataqlıqları əmələ gəlmişdir. Beləliklə Orta Miosenə qədər (təxminən 8–9 milyon il əvvəl) gələcək sualtı silsilə Baykal gölünün şimal sahili idi. Tədricən göl şimala doğru genişlənməyə başladı. Bunun nəticəsində yeni bir hövzə meydana gəldi. Bu nəticəyə tədqiqatçılar alt çöküntüləri araşdırdıqdan sonra gəlirlər: cənubi və mərkəzi hövzələrdə çöküntülərin qalınlığı təxminən 8 min metr, şimalda isə cəmi 4–5 min metrdir. Mərkəzi hövzənin şimal sərhədi batdıqca, əvvəlcə Akademik silsilə və Müqəddəs Burun bloklarını ayıran boğaz meydana çıxır, həmçinin Şimal hövzənin daşması da başlayır. Sonra Son Miosendə, (7–9 milyon il əvvəl) massivin ortasında başqa bir boğaz meydana gəlir. Ümumiyyətlə bu sualtı silsilənin əmələ gəlməsi Pleystosennin sonuna qədər davam etmişdir.
Telman Əliyev (akademik)
Telman Abbas oğlu Əliyev (2 may 1935 və ya 1935, Goranboy rayonu) — texnika elmləri doktoru, professor, akademik, AMEA-nın müşaviri. Əliyev Telman Abbas oğlu 2 may 1935-ci ildə Azərbaycanın Goranboy rayonunda zəhmətkeş ailəsində anadan olmuşdur. 1943–1950-ci illərdə Azərbaycanın Goranboy rayonunun Dəliməmmədli qəsəbəsinin natamam orta, 1950–1953-cü illərdə isə Əzizbəyov adına kənd orta məktəbində təhsil almışdır. 1953-cü ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna qəbul olub və 1958-ci ildə həmin institutu bitirmişdir. İnstitutu bitirdikdən sonra təyinat ilə Hesablama mərkəzinə (hazırda İdarəetmə Sistemləri İnstitutu) göndərilib və orada 1962-ci ilə kimi texnik, mühəndis, baş mühəndis vəzifələrində çalışmışdır. 1962-ci ildə aspiranturaya daxil olmuşdur. T. A. Əliyev, 1966-cı ildə, Bauman adına Moskva Dövlət Texniki Universitetinin kafedra müdiri, professor V. V. Solodovnikovun rəhbərliyi ilə namizədlik dissertasiyasını, 1977-ci ildə isə "Texniki kibernetika və informasiya nəzəriyyəsi" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir və 1985-ci ildə rofessor adını almışdır. 1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir. T. A. Əliyev 1958–1960-cı illərdə yaradılmış, Azərbaycanda informatikanın inkişafında həlledici rol oynayan "Elektron hesablama maşınları" laboratoriyasının əsas təşkilatçısı və 1976-cı ilə qədər rəhbəri olmuşdur. O, Sovet İttifaqının informatika və hesablama texnikası cəmiyyətinin İdarə heyətinin üzvü, informatika, hesablama texnikası və kibernetika üzrə Ekspert Şurasının üzvü olmuşdur.
Teymur Bünyadov (akademik)
Teymur Əmiraslan oğlu Bünyadov (20 yanvar 1928, İkinci Şıxlı, Qazax qəzası – 8 aprel 2022, Bakı) — Azərbaycan tarixçi-etnoqrafı, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tarixi Etnoqrafiya şöbəsinin müdiri, AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibinin müavini, YAP-ın üzvü, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı., Eyni zamanda Milli Məclisin Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika Komissiyasının sədr müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Arxeologiya" və "Etnoqrafiya" ixtisasları üzrə dissertasiyaların müdafiəsi şurasının sədri, Respublika Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, "Şöhrət" ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı, "Qızıl qələm" mükafatı laureatı, Abbasqulu ağa Bakıxanov mükafatı ilə təltif olunmuşdur. Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax bölgəsinin II Şıxlı kəndində doğulub. Orta məktəbi qızıl medalla bitirmiş, 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. Universiteti uğurla başa vuran az sonra SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olmuş, məşhur Qafqazşünas alim, Lenin mükafatı laureatı Y. İ. Krupnovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Müdafiədə iştirak edən Qafqazşünas alimlər dissertasiya işinə yüksək qiymət vermiş, bu mövzuda tədqiqat əsərinin təkcə Azərbaycanda deyil, hətta bütün Qafqazda ilk dəfə qələmə alındığını və tarixşünaslıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışlar. Öz tədqiqatı ilə Qafqazın əkinçilik mədəniyyətinin vətəni olduğunu sübut edən gənc alim üçün təcrübəli həmkarlarının verdiyi bu qiymət böyük uğur idi. Moskva həyatını başa vurub, 1955-ci ilin mayında vətənə dönən T. Bünyadov sonrakı elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Tarix, 1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutunda davam etdirir. 1968-ci ildə o, "Azərbaycanın qədim və Orta əsrlərdə təsərrüfat həyatı" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, arxeologiya və etnoqrafiya elmləri sahəsində respublikada ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə isə professor adına layiq görülmüşdür. Taleyini elmə bağlayan 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. 1960-cı ildə Teymur Bünyadovun irihəcmli "Azərbaycan arxeologiyası oçerkləri" adlı kitabı çap olundu.
Tofiq Hacıyev (akademik)
Tofiq İsmayıl oğlu Hacıyev (1 may 1936, Soltanlı, Cəbrayıl rayonu – 27 noyabr 2015, Bakı) — Azərbaycan dilçisi, türkoloq-alim, filologiya elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun direktoru (?—2015), Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri (?—2015), AMEA-nın həqiqi üzvü, akademik (2014), Azərbaycan Respublikasının maarif naziri (1993). Tofiq Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Soltanlı kənd orta məktəbini bitirib. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub, 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və dilçilik ixtisası üzrə aspiranturaya qəbul edilib. 1962-ci ilin martında "Azərbaycan dilinin Cəbrayıl şivəsi" mövzusunda namizədlik, 1969-cu ildə "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 27 noyabr 2015-ci ildə səhər saatlarında yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub. Tofiq Hacıyevin "Sabir: qaynaqlar və sələflər" (1980), "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz" (1990), "Dədə Qorqud: dilimiz, düşüncəmiz" (1999) kitabları işıq üzü görüb. "Azərbaycan sovet ədəbiyyatı" (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib.
Yaqub Hacıyev (akademik)
Yaqub Hacıyev (9 may 1929, Şamxor – 19 iyul 2009) — akademik, baytarlıq elmləri doktoru (1968), professor (1972), AMEA-nın həqiqi üzvü (2001). Yaqub Hacıyev 9 may 1929-cu ildə Şəmkir rayonunun Morul kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1946-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə daxil olmuşdur. 1949-cu ildə Leninqrad Baytarlıq İnstitutuna köçürülərək, 1951-ci ildə burada ali təhsilini uğurla başa vurmuşdur. O, 1957-ci ildə Moskvada Konstantin Skryabin adına Ümumittifaq Helmintologiya İnstitutunun aspiranturasını bitirmişdir. Yaqub Hacıyev əmək fəaliyyətinə Zaqatala Kənd Təsərrüfatı Texnikumunda müəllim kimi başlamış, 1951–1952-ci illərdə Şəmkir Rayonu Mərkəzi Baytarlıq Müalicəxanasında baytar həkimi işləmişdir. O, 1952–1956-cı illərdə Azərbaycan Elmi Tədqiqat Baytarlıq Təcrübə Stansiyasının Naxçıvan dayaq məntəqəsində kiçik elmi işçi, 1956–1958-ci illərdə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun Naxçıvan Kənd Təsərrüfatı Zona təcrübə stansiyasında baytarlıq şöbəsinin müdiri, 1958–1959-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin respublika baytarlıq laboratoriyasında baş baytar vəzifələrində çalışmışdır. Yaqub Hacıyevin elmi fəaliyyəti 1959-cu ildən etibarən Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutu ilə bağlı olmuşdur. O, 1959–1968-ci illərdə bu institutda müxtəlif vəzifələrdə çalışmış, 1968-ci ildən ömrünün sonuna qədər burada laboratoriya müdiri işləmişdir. Yaqub Hacıyev 1957-ci ildə namizədlik və 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1972-ci ildə professor elmi adını almışdır.
Zülfüqar Məmmədov (akademik)
Zülfüqar Mehdi oğlu Məmmədov (21 mart 1903, Yelizavetpol – 15 iyul 1971, Bakı) — akademik, cərrahiyyə sahəsi üzrə tanınmış alim. Zülfüqar Mehdi oğlu Məmmədov 1903-cü il mart ayının 21-də Gəncə şəhərində anadan olmuşdur. 1921-ci ildə Yelizavetpol (Gəncə) gimnaziyasını bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuş, 1926-cı ildə oranı bitirmişdir. Z. Məmmədov 1936-cı ildə dissertasiya müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə və professor elmi adma layiq görülmüşdür. Z. Məmmədov 1961-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilmişdir. Z. Məmmədov Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin Ümumi cərrahlıq kafedrasında ordinator, (1926–1928), assistent (1928–1931), dosent və Operativ cərrahlıq kursunun müdiri (1931–1936) olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Ümumi cərrahlıq kafedrasının müdiri vəzifəsində çalışmış (1938–1971), Respublikada Zob Xəstəliyi ilə Mübarizə Komitəsinin sədri, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru, Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru (1943–1946), Azərbaycan Cərrahlar Cəmiyyətinin sədri və Ümumittifaq Endokrinoloqlar Komitəsinin üzvü (1947–1971) olmuşdur. 1961-ci ildən yenicə təşkil olunmuş Elmi Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun Endokrin Cərrahlığı şöbəsinə rəhbərlik etmiş, eləcə də Ümumittifaq Cərrahlar Cəmiyyəti Rəyasət Heyətinin üzvü (1962–1971) olmuşdur. Z. Məmmədov cərrahiyyə sahəsi üzrə tanınmış alimlərdən olmuşdur. Onun elmi fəaliyyətinin əsas istiqamətini endemik ur xəstəliyinin, qalxanabənzər və böyrəküstü vəzilərin, yumurtalıqların xəstəliklərinin, eləcə də başqa endokrinoloji xəstəliklərin, həmçinin osteomilitlərin diaqnostikası və cərrahi müalicəsi, qarın boşluğu orqanlarının kəskin və xroniki xəstəliklərinin klinikası, diaqnostikası və müalicəsi, yanıqların, donmaların Naftalan neftindən hazırlanmış preparatlarla müalicəsi üsullarının işlənib hazırlanması təşkil etmişdir.
İsmayıl Hacıyev (akademik)
İsmayıl Muxtar oğlu Hacıyev (21 yanvar 1951, Xanəgah, Culfa rayonu, Naxçıvan Muxtar Respublikası, Azərbaycan) — Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA Naxçıvan Bölməsinin sədri, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, Amerika Birləşmiş Ştatları Nyu-York Elmlər Akademiyasının üzvü (2002), Amerika Birləşmiş Ştatlarının Bioqrafiya İnstitutunun akademiki (2012). İsmayil Hacıyev 1951-ci il yanvarın 21-də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanağa (indiki Xanəgah) kəndində, müəllim ailəsində anadan olmuşdur. 1958–1966-cı illərdə Xanağa kənd səkkizillik məktəbində təhsil almışdır. 1966-cı ildə Culfa rayonunun Göydərə kənd orta məktəbində təhsilini davam etdirmişdir. 1968-ci ildə Göydərə kənd orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Universitetinə qəbul imtahanlarını versə də müsabiqədən keçə bilməmişdir. 1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun "tarix" ixtisası üzrə I kursuna qəbul olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun "tarix" ixtisasını fərqlənmə diplomu ilə bitirmiş və Culfa rayonunun Xoşkeşin kənd səkkizillik məktəbində tarix müəllimi kimi fəaliyyətə başlamışdır. 1977-ci ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun "Pedaqogika və Psixologiya" kafedrasına müsabiqə yolu ilə assistent seçilmişdir. 1978-ci ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllimlik fəaliyyətinə başlamışdır. 1984-cü ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutun "Tarix-filologiya" fakültəsinə dekan müavini təyin edilmişdir.
Əli Quliyev (akademik)
Əli Musa oğlu Quliyev (31 may 1912, Gəncə – 29 yanvar 1989, Bakı) — Azərbaycan SSR Dövlət və SSRİ Dövlət mükafatları (iki dəfə) laureatı, "Azərbaycanın Əməkdar elm xadimi", akademik, kimya elmləri doktoru, professor. Əli Musa oğlu Quliyev 1912-ci il mayın 31-də Gəncə şəhərində anadan olmuşdur.1927-ci ildə Gəncə şəhərində ibtidai təhsil aldıqdan sonra Bakıya gəlmişdir.1931-ci ildə Bakı Pedoqoji Texnikumunu bitirib və Goranboy rayonunda müəllimlik etmişdir.1934-cü ildə Bakı Dövlət Universitetinin (BDU) kimya fakultəsinə daxil olmuş və oranı 1939-cu ildə bitirdikdən sonra Dövlət imtahan komissiyasının qərarı ilə “Üzvi kimya”kafedrasında assistent saxlanmışdır. Əli Quliyev 1937-ci ildən təhsilini davam etdirməklə yanaşı Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutunda müəllimi,akademik Y.Məmmədəliyevin laboratoriyasında baş laborant,BDU-ni bitirdikdən sonra isə həmin institutda kimyaçı,sahə rəisi və böyük mühəndis vəzifəsində çalışmışdır. II-ci Dünya müharibəsi illərində o,hərbi sifarişlər yerinə yetirən şöbəyə rəhbərlik etmiş,tank əleyhinə yandırıcı butulkaların nüsxəsini hazırlamış və sınaqdan keçirmişdir.1934-cü ildə “Təbii qazdan heksametilentetraminin (urotropinin)alınması mövzusunda namizədlik işini müdafiə etmişdir. Ə.Quliyev həmçinin bəzi dərman və yuyucu maddələrin alınması işində də çalışmışdır. 1934-cü ildə “Təbii qazdan heksametilentetraminin (urotropinin)alınması mövzusunda namizədlik işini müdafiə etmişdir. 1945-ci ildə AETNEİ-də Ə.Quliyevin rəhbərliyi ilə “Aşqarların sintezi” laboratoriyası yaradılmış və keçmiş sovetlər ittifaqında ilk dəfə olaraq“AzNİİ depressator” və “AzNiii-4”aşqarları sintez edilmiş və respublikamızın neft emalı zavodalrında sənaye miqyasında istehsal edilmişdir.Bu işlərə görə o,1948 və 1951-ci illərdə iki dəfə SSRİ Dövlət Mükafatı Laureatı adına layiq görülmüşdür. 1951-ci ildə Ə.Quliyev motor sürtkü yağlarının keyfiyyətini yüksəltmək üçün aşqarların sintezi və onların tətbiqinə dair doktorluq dissertasiyası müdafiə edərək kimya elmləri dokoru alimlik dərəcəsi adına layiq görülmüşdür. Professor Ə.M.Quliyev bir pedaqoq kimi yüksəkixtisaslı kadrların təhsili işinə xüsusi diqqət yetirmişdir.O, 1951-1960-cı illərdə BDU “Üzvi kimya “kafedrasının müdiri,1960-1974-ci illərdə isə həmin kafedranın professoru olaraq tələbələrinə kimya elminin möcüzələrini aşılamışdır. 1958-ci ildə “Neft-kimyası”ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvi, 1959-cu ildə isə həqiqi üzvi seçilmişdir.
Akademik Adilə Namazova (film, 2007)
Dünya universitetlərinin akademik reytinqi
"Academic Ranking of World Universities" (azərb. Dünya universitetlərinin akademik reytinqi‎) və ya "Shanghai Ranking" (azərb. Şanxay reytinqi‎) və ya qısaca ARWU — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. 2003-cü ildən Şanxay Jiao Tonq Universiteti tərəfindən tərtib olunur.
K.V.İvanov adına Çuvaş Akademik Dram Teatrı
K.V.İvanov adına Çuvaş Dövlət Akademik Dram Teatrı (çuvaş Чăваш патшалăх К. В. Иванов ячĕллĕ академи драма театрĕ) — Çuvaşıstanın ən qədim teatrı, çuvaşların mədəniyyət mərkəzi. Bədii rəhbər - SSRİ Xalq Artisti Valeri Yakovlev, teatr direktoru - Çuvaş Respublikasının Əməkdar Mədəniyyət İşçisi Yuri Vladimirovdur. == Tarixi == === Kazan dövrü === Teatr 1918-ci ildə Kazanda İ.S.Maksimov-Koşkinski tərəfindən qurulmuşdur. İlk dövrlər kollektiv "Çuvaş dramı", daha sonra "Çuvaş Sovet səyyar teatrı" adlandırıldı. Teatrın açılşı A.Ostrovskinin "İstədiyiniz şəkildə yaşamayın" tamaşası ilə olmuşdur. === Çeboksardakı Sovet teatrı === 1920-ci ildə teatr Çeboksarıya köçdü. Teatrın repertuarı çuvaş dramaturqlarının pyeslərindən və rus klassiklərinin tərcümələrindən ibarət idi. Bundan əlavə çuvaş dilində tamaşalar oynanırdı. 1927-1939-cu illərdə. P.N.Osipov baş rejissor kimi teatra rəhbərlik etmişdir.
Kote Marcanişvili adına Tbilisi Akademik Teatrı
Kote Marcanişvili adına Tbilisi Akademik Teatrı (gürc. მარჯანიშვილის თეატრი) —Tbilisi şəhərində yerləşən Gürcüstanın aparıcı dram teatrlarından biri. == Tarixi == Teatr 1928-ci ildə Kote Marcanişvilinin səyləri nəticəsində 2-ci Dövlət Dram Teatrı adı altında Kutaisi şəhərində açıldı. 1930-cu ildə teatr Tiflisə köçürüldü və Zubalov Milli Teatrının binasında yerləşdirildi. Kote Marcanişvili ilə birlikdə teatrın təşkilatçıları arasında onun tələbələri Veriko Ancaparidze, Tamara Çavçavadze, Uşangi Çxeidze, Şalva Qambaşidze, Dodo Antadze, Aleksandr Jorjoliani vardılar. 1933-cü ildə teatr Kote Marcanişvilinin adını aldı. 1949-1952-ci illərdə və 1963-cü ildən 1964-cü ilə qədər teatra Arçil Çxartişvili rəhbərlik edirdi, 1957-1960-cı illərdə isə Veriko Ancaparidze. 1958-ci ildə teatr kollektivi "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edildi. 1966-cı ildə teatr akademik statusuna layiq görüldü.
Krım Tatar Akademik Musiqi və Dram Teatrı
Krım Tatar Akademik Musiqi və Dram Teatrı (krımtat. Къырымтатар девлет академик музыкалы драма театри, Qırımtatar devlet akademik muzıkalı drama teatri) — Krımdakı yeganə türkdilli teatr (əvvəllər Ukraynada), dünyada Krım tatarlarının yeganə teatrı. Bu teatrın ənənələri, ehtimal ki, XIV–XV əsrlərdə Krım xanlarıı sarayında teatr nümayişlərindən qaynaqlanır. Krım tatarlarının peşəkar teatrlar tarixi isə başlanğıcını 1901-ci ildə Səyyar Krım tatar teatrının işə başlanmasından götürür. == Tarixi == 1901-ci ildə Krım tatarlarının səyyar teatrının binası açıldı. O dövrdə bütün müsəlman dünyasında olduğu kimi rolları yalnız kişilər oynayırdı. Hətta qadın rollarını belə kişilər ifa edirdi. 1922-ci ildən başlayaraq Krım tatar teatrının sürətli inkişafı start götürdü. Teatr mütəxəssisləri bu dövrü "Krım tatar İntibahı Dövrü" adlandırırlar. Teatrda Vilyam Şekspir və Molyer, İpçi və Lətif-zadə, Qoldoni və Bomarşe, Tolstoy və Tatyana Trenevin pyesləri səhnələşdirilirdi.
P.A.Oyunski adına Saxa Akademik Teatrı
P.A.Oyunski adına Saxa Akademik Teatrı (saxa П. А. Ойуунускай аатынан Саха академическай театр) — saxa dilində dramatik tamaşalar qoyulan Saxa Respublikasının (Yakutiya) əsas teatrı. 1920-ci ildə teatrın yaradılması zamanı Yakutiyada iki truppa: rus və yakutiya truppaları təşkil olundu. 1925-ci ildə truppa ayrıca teatr oldu. Yarandığı gün ilk premyeranın günü hesab olunur - Yakut fantastika janrının qurucularından biri Neustroyev Nikolay Denisoviçin "Kuhakan tyyn" (Şər Ruhu) komediyasının - 17 oktyabr tarixində səhnələşdirildiyi gündür. Teatrın ilk direktoru şair və dramaturq Anempodist Sofronov-Alampa idi. Vilyui həvəskar teatrının təşkilatçısı rejissor Dmitri Dmitriyeviç Bolşev olmuşdur. Teatrın ilk peşəkar rejissoru 1933-1958-ci illərdə işləyən Rusiya Teatr Sənəti İnstitututundan məzun olan Spiridon Alekseyeviç Qriqoryev idi. Saxa Akademik Teatrı həmişə tamaşaçıları maraqlı səhnə əsərləri ilə sevindirmişdir. Böyük Vətən müharibəsi illərində qəhrəmanlıq-vətənpərvərlik mövzusu tamaşalarda canlı şəkildə əks olunurdu. Konstantin Simonovun "Rus xalqı" və "Məni gözlə", L.Leonovun "İstilası", A.Kronanın "Filo Zabiti", İ.Baxterev və A. Razumovskinin "Komandir Suvorov", N.Korneiçukun "Cəbhə", A.Qladkovun "Çoxdan əvvəl" əsərləri teatr tərəfindən səhnəyə qoyulmuşdur.
Rostov-na-Donu Akademik Gənclər Teatrı
Rostov-na-Donu Akademik Gənclər Teatrı — Rostov-na-Donu şəhərində yerləşən teatr. 30 mart 1894-cü ildə Naxçıvan həvəskar dramatik incəsənət nümayəndələrinin şəhər dümasına göndərdiyi müraciətdə onlar üçün tart zalınım tikilməsi üçün müraciət etmişdir. Şəhər duması teatrın layihələndirilməsi məqsədilə bütün işlər Nikolay Durbaxa həvalə edilir. члeteatrın tikintisi dörd il iki ay davam edir. 16 dekabr 1899-cu ildə teayrın açılışı baş tutur. İnteryer işləri 1907-ci ildə başa çatmışdır. Yeni-Naxçıvan teatrı İşçi teatrı Gənc işçilər teatrı (1929–1941?) Komedia teatrı (1945?—1957) Lenin komsomoşları adına Gənclər teatrı (1957–1964) Cənub azarkeşləri teatrı (1964–1996) Cənub azarkeşlərinin Akademik Teatrı (1997–2000) 2001-ci ildən — Rostov-na-Donu Akademik Gənclər Teatrı. Cənub azarkeşləri 1964-cü ildə təşkil olunmuşdur. 1997-ci ildə Akademik teatrı statusu alır. 2001-ci ildən isə Rostov-na-Donu Akademik Gənclər Teatrı.
Les Kurbas adına Lvov Akademik Teatrı
Les Kurbas adına Lvov Akademik Teatrı (ukr. Львівський академічний театр імені Леся Курбаса) — 1988-ci ildə Ukraynanın Lvov şəhərində təsis edilmiş teatr. Teatrı Vladimir Kuçinski və bir qrup gənc aktyor tərəfindən yaradılmışdır. 2019-cu ildən teatrın bədii rəhbəri Oleq Mixayloviç Tsyonadır. Les Kurbas adına Lvov Akademik Teatrı yarandığı gündən böyüyərək Ukraynanın ən məşhur teatr kollektivlərindən birinə çevrilmişdir. Bir neçə teatr tamaşaları Ukraynada yaxşı təmsil olunmuş və çoxsaylı beynəlxalq teatr festivallarında yüksək mükafatlar qazanmışdır. == Memarlıq xüsusiyyətləri == Teatrı binasının layihəsinin müəllifləri Ziqmund Fyodorski və Stanislav Matsudzinski olmuşdur. Bina XX əsrin əvvəllərində modernləşdirilmiş tarixilik üslubundadır. Beşmərtəbəli bina kərpicdən tikilmiş, üstü kafellə örtülmüşdür. Üçüncü mərtəbədə ön divar konsollara söykənən, qotik qüllələr və kimera heykəllərdən ibarət yarımsütunlar ilə bölünür.
Odessa Akademik Dram Teatrı
Odessa Vilayəti Akademik Dram Teatrı (ukr. Одеський обласний академічний драматичний театр) — Ukraynanın Odessa şəhərində rusdilli dram teatrıdır. Bu Cənubi Ukraynanın ən qədim teatrıdır. Teatr 1874-cü ildə yerli tacir A. S. Velikanovun vəsaiti ilə tikilmişdir. Bu, Odessa vilayətində fəaliyyət göstərmiş aktyor və sahibkar Nikolay Miloslavskinin dram truppasının çıxışları üçün nəzərdə tutulmuşdu. İlk növbədə, teatr öz sahibinin adını daşımış və Velikanov Teatrı adlanmışdır. Buna baxmayaraq, Velikanov 1875-ci ildə müəssisəni F. Rafaloviçə satmış və o, buranın adını dəyişdirərək Rus Teatrı qoymuşdur. Yarandığı ilk illərdə Rus Teatrı şəhərdə ən böyük teatr tədbirlərinin keçirildiyi bir məkan kimi fəaliyyət göstərmişdir. Ukrayna İstiqlaliyyət müharibəsinə qədər teatrda çoxsaylı rus, ukrayn, alman, fransız, italyan dram, opera və operetta truppaları çıxış etmişdir. XIX əsrin sonundan XX əsrin əvvəllərinə qədərki dövrdə Odessadakı Rus Teatrının səhnəsində Sara Bernar, Eleonora Duze, Benua Koklen, Myunne-Syuli, Mariya Savina, Vladimir Davıdov, Mariya Zankovetskaya, Panas Saksaqanski və Marko Kropivnitski kimi tanınmış şəxsiyyətlər çıxış etmişdilər.
Donetsk Akademik Regional Dram Teatrı
Donetsk Akademik Regional Dram Teatr – Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində teatr. Müasir teatr binası 1960-cı ildə tikilib və Mariupoldakı Teatralnaya meydanında, Mira prospekti ilə Kuindji küçəsinin kəsişməsində (Şəhər meydanının yanı) yerləşirdi. 16 mart 2022-ci ildə yerli hakimiyyət orqanlarının məlumatına görə, 1000–1200 mülki şəxsin sığındığı teatr binası Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Rusiya Hərbi Hava Qüvvələrinin endirdiyi zərbə nəticəsində dağıdılıb. == Tarixi == 1847-ci il — sahibkar V. Vinoqradovun rəhbərliyi altında ilk dəfə Mariupola teatr truppası gəldi. Şəhərdə teatr binası olmadığından truppa Yekaterininskaya küçəsində (indiki Mira prospekti) icarəyə götürülmüş ambarda tamaşalar verirdi. 1850–1860-cı illər — həyətinin ambar hissəsində yerli sakin Popov ilk teatr otağını — "Melpomene muzeyi məbədini" tikdi. Binada heç bir şərait yox idi. Lakin bir çox truppalar bir neçə mövsüm burada əyalət aktyorlarının iştirakı ilə çıxışlar etmişdilər. Əyalət aktyorlarından Aleksandrov, Neverova, Medvedeva, Stoppel, Novitsky, Minsky, Prokofyev, Piloni və başqaları bu tamaşalarda rol alırdılar. 1878-ci il — Mariupol şəhərində ilk peşəkar teatr truppası yaradıldı.
Donetsk Akademik Ukrayna Musiqili Dram Teatrı
Donetsk Akademik Ukrayna Musiqili Dram Teatr (ukr. Донецький академічний український музично-драматичний театр) — Donetsk şəhərindəki dram teatrı. Teatr "Teatr Donbass" regional teatr festivalının (1992-ci ildən) və uşaq və gənclər üçün "Qızıl açar" tamaşalarının və konsert proqramlarının Açıq Festivalının (1997-ci ildən) təşkilatçısı. Bədii rəhbər 1994–2012-ci illərdə Ukraynanın xalq artisti, Taras Şevçenko adına Ukrayna Milli mükafatı laureatı Mark Matveeviç Brovun olub. 2012-ci ildən teatrın baş direktoru və bədii rəhbəri Ukraynanın əməkdar artisti Natalya Markovna Volkovadır. Qondarma Donetsk Xalq Respublikası Mark Matveyeviç Brovun adına Donetsk Dövlət Akademik Musiqi və Dram Teatrı adından istifadə edir. == Tarixi == Teatrın yaradıcılıq tərcümeyi-halı 1927-ci il noyabrın 7-də Ukrayna SSR-nin şərqində Xarkov şəhərinin Çervonozavodski rayonunda (o zaman Ukrayna SSR-in paytaxtı) Ukrayna fəhlə teatrının yaradılması ilə başlayıb. Truppanın əsasını Xarkov Dövlət Xalq Teatrının və məşhur Berezil Teatrının aktyorları təşkil edib. İlk rejissor Vladimir Nemiroviç-Dançenkonun tələbəsi, rejissor A. Zağarov, bir ildən sonra isə rejissor L. Kurbasın tələbəsi, Ukrayna SSR-in gələcək xalq artisti V. Vasilko bədii rəhbər təyin olunur. 1930-cu ildə Ümumittifaq İncəsənət Olimpiadası çərçivəsində truppa Moskvada qastrol səfərində olub.
T.Şevçenko adına Xarkov Dövlət Akademik Ukrayna Dram Teatrı
T. Şevçenko adına Xarkov Dövlət Akademik Ukrayna Dram Teatrı (ukr. Харківський академічний український драматичний театр імені Тараса Шевченка) — Xarkovda yerləşən akademik teatr. 1934-cü ildə dağıdılmış Berezil əsasında yaradılmışdır. 1935-ci ildə teatra Taras Qriqoryeviç Şevçenkonun adı verildi. 1947-ci ildə teatra "akademik" statusu verildi. Sosialist realist mövqelərinə istiqamətlənmə, repertuarda rus sovet dramaturgiyasının üstünlük təşkil etməsi, adına teatrın surətini çıxarması. İ. Frankonun, A. Korneyçukun Ukrayna dramaturqlarının rəhbəri kimi irəli sürülməsi, Qərbi Avropa repertuarının XIX əsr klassikləri ilə məhdudlaşdırılması yeni yaranan teatrın aparıcı xəttini səciyyələndirir. 1933-cü ilin oktyabrında Xalq Maarif Komissarlığının əmri ilə teatra sonralar Moskva Bədii Akademik Teatrının məzunu B. Nord (1952–57) M. Kruşelnitski (1933–52) sonra V. Krainiçenko ilə əvəzlənən A. Serdyuk (1957–62) rəhbərlik edirdi. Sonuncunun ölümündən (1964) sonra teatr tədricən müasir sosialist realist dramaturgiyasının, məişət klassiklərinin repertuarına, K. Stanislavskinin məktəbindən rus rejissorlarının tez-tez qastrol səfərlərinə keçdi. 2004-cü ildə "Məhəbbət ayı" və "Qoldoni.
Veryovka adına Ukraynanın Milli Əməkdar Akademik Xalq xoru
Veryovka adına Ukraynanın Milli Əməkdar Akademik Xalq xoru (ukr. Національний заслужений академічний народний хор України імені Григорія Верьовки) — 1943-cü ildə Ukrayna SSR Xalq Komissarları Sovetinin 246 saylı “Dövlət Ukrayna Xalq Xorunun təşkili haqqında” qərarı ilə Xarkovda yaradılmış Ukrayna bədii kollektivi. 1944-cü ildən komanda Kiyevdə yerləşir. Qrupun təşkilatçısı və ilk rəhbəri 1965-ci ildən xor adlandırılan Qriqori Quryeviç Veryovka (1895-1964) olub. Elə həmin il xor kollektivi Əməkdar fəxri adına layiq görülüb. 1971-ci ildə kollektivə akademik fəxri adı verilmiş, 1997-ci ildə isə milli status verilmişdir. 1965-2016-cı illərdə xora SSRİ xalq artisti (1983), SSRİ Dövlət mükafatı laureatı (1978), Ukrayna Qəhrəmanı (2003) Anatoli Avdiyevski rəhbərlik edib. 2016-cı ildən xora Ukraynanın xalq artisti Zinovi Korinets rəhbərlik edir. Xorun repertuarının əsasını Ukrayna folkloru, eləcə də digər xalqların mahnıları təşkil edir ki, onların çoxu Q.Veryokanın aranjimanını edir. Onun üçün, alçaq qadın səsinin melodiyası, ikisəsin unisonlarla növbələşməsi, oktava budaqları, beşlik, üçlük paralellikləri, triadalar, variasiya-tekstura harmonik işlənmə prinsipinin tətbiqi, subvokal texnikanın texnikası, timbral polifoniya elementləri kimi texnikalar xarakterik idi.
Tallin Universitetinin Akademik Kitabxanası
Tallin Universitetinin Akademik Kitabxanası (est. Tallinna Ülikooli Akadeemiline Raamatukogu) — Estoniyanın Tallin şəhərində yerləşən ən böyük və ən qədim elmi kitabxanalardan biridir. Bu kitabxana 1946-cı ildə təsis edilib və Tallin Universitetinin tərkibində fəaliyyət göstərir. == Əsas xüsusiyyətləri == === Kolleksiyası === Kitabxananın kolleksiyası genişdir və Estoniyanın elmi, akademik və mədəni irsinin qorunmasına xüsusi diqqət yetirir. Kolleksiyada kitablar, elmi nəşrlər, jurnallar, dövri nəşrlər, arxiv materialları və elektron resurslar var. Kitabxana həmçinin çoxsaylı nadir və qədim əlyazmaları da saxlayır. === Xidmətləri === Akademik Kitabxana geniş istifadəçi kütləsinə xidmət göstərir, xüsusilə tələbələrə, tədqiqatçılara və alimlərə. Kitabxanada kitabların və digər resursların istifadəsi, elektron mənbələrə giriş, arxiv materiallarının tədqiqi və elmi məlumatların araşdırılması üçün şərait yaradılıb. Kitabxana həmçinin rəqəmsal mənbələrə çıxışı asanlaşdırmaq üçün müxtəlif onlayn xidmətlər təklif edir. Beynəlxalq əməkdaşlıq: Kitabxana Estoniya və xaricdə yerləşən müxtəlif elmi və akademik kitabxanalarla əməkdaşlıq edir.

Digər lüğətlərdə