Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nitq hissəsi
Nitq hissələri — Dilimizdə hər bir söz müəyyən nitq hissəsinə aiddir. Nitq hissələri iki qrupa ayrılır: əsas və köməkçi nitq hissələri. Əsas nitq hissələri leksik və qrammatik mənaya malik olur, cümlə üzvü olur, müvafiq suala cavab verir. Altı əsas nitq hissəsi var: isim, sifət, say, əvəzlik, feil, zərf. Məsələn: kitab (isim), qəşəng (sifət), çox (say), qaçmaq (feil) və s. Köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur, suala cavab vermir, ayrılıqda cümlə üzvü rolunda çıxış etmir. Məsələn: və, çünki, üçün, amma, lap, isə və s. Əsas nitq hissələri leksik və qrammatik mənaya malik olur, cümlə üzvü olur, müvafiq suala cavab verir. Altı əsas nitq hissəsi var: isim, sifət, say, əvəzlik, feil və zərf. == Nitq hissələrinin təsnif prinsipləri == Ümumi qrammatik əlamət dedikdə sözün ifadə etdiyi məna, daşıdığı sual və cümlədə mövqeyi nəzərdə tutulur.
Bakı istehkamçılar hissəsi
Bakı istehkamçılar hissəsi — Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı Dövlət Müdafiə Komitəsinin 1919-cu il 13 sentyabr tarixli qərarı ilə yaradılmış hərbi müdafiə strukturu. == Məlumat == Hərbi Nazirliyin Topçu idarəsinin rəisi general-mayor Murad Gəray Tlexas Bakı istehkamçılar hissəsinin rəisi təyin edildi. Dövlət Müdafiə Komitəsinin 1919-cu il 13 sentyabr tarixli əmrinə əsasən Bakı istehkamçılar hissəsinin rəisinə ölkənin müdafiəsi üçün zəruri olan hər hansı əmlakı müsadirə etmək hüquqi verildi. Bakı istehkamçılar hissəsi strateji əhəmiyyətinə görə birinci dərəcəli qalaya bərabər idi. Onun hüdudları Qızılburundan Ələtə qədər müəyyənləşdirilmişdi. Birbaşa hərbi nazirə tabe olan hissələrdən başqa, Bakı qarnizonunun digər hissələri də — Bakının hərbi limanı, oradakı üzən obyektlər, Nizovaya (Niyazabad) liman körpüsündən tutmuş Ələt stansiyasına qədər sahil boyunca yerləşdirilmiş toplar da istehkamçılar hissəsinin tabeliyinə verilmişdi. İstehkamçılar hissəsinin öz bayrağı var idi. Həmin bayraq Bayıl burnunda, radiostansiyanın yanında qaldırılmışdı və onun mühafizəsi təmin edilirdi. Bakı istehkamçılar hissəsinin tərkibində Topçu idarəsi, İstehkam idarəsi, Ləvazimat idarəsi, Hərbi-tibb idarəsi, rabitə qrupu və katerlər qrupu var idi. 1919-cu il dekabrın 10-da Murad Gəray Tlexas Bakının hərbi general-qubernatoru təyin olunduğu üçün Bakı istehkamçılar hissəsinin rəisi vəzifəsi general-mayor İbrahim ağa Usubov oldu və o, Azərbaycan Cümhuriyyətinin süqutuna qədər bu vəzifədə fəaliyyət göstərdi.
Köməkçi nitq hissəsi
Köməkçi nitq hissələri — ayrılıqda leksik mənaları olmur, suala cavab vermir, cümlə üzvü olmur, söz yaradıcılığında iştirak etmir, yəni onlardan yeni söz yaratmaq olmur. Azərbaycan dilində beş köməkçi nitq hissəsi var və onlar yalnız qrammatik mənaya malikdirlər. Bunlar qoşma, bağlayıcı, ədat, modal sözlər və nidadır. Köməkçi nitq hissələri əsas nitq hissəsindən fərqli olaraq leksik mənaya malik olmur. Həmçinin quruluşca sadə və mürəkkəb olur. == Növləri == === Köməkçi nitq hissələrini əsas nitq hissələrindən fərqləndirən cəhətlər bunlardır: === === Qoşma === İsmin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarında olan sözlərə qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsinə qoşma deyilir. Qoşmanın 9 məna növü var: Birgəlik, vasitə, alət : ilə, (la, lə),-ca, cə .(adlıq , yiyəlik hal ilə işlənir) Zaman : əvvəl, qabaq, sonra , bəri .(çıxışlıq hal ilə işlənir) Məsafə : kimi , qədər , dək , can, cən .(yönlük ilə işlənir) İstiqamət : sarı, tərəf, doğru , qarşı .(yönlük hal ilə işlənir) Bənzətmə : kimi , qədər , -tək , ca, cə , təki. (adlıq , yiyəlik) Fərqləndirmə : başqa , savayı , özgə , qeyri , əlavə. (çıxışlıq hal ilə işlənir) İstinad : görə , əsasən , ca . (yönlük hal ilə işlənir) Səbəb, məqsəd : üçün , görə , ötrü , sarı , üstündə , uğrunda , naminə .
Maqazin (silah hissəsi)
Maqazin, tapança, tüfəng, avtomatik silah, yüngül pulemyot, avtomatik snayper tüfəngi kimi odlu silahın güllələrini atəşə hazır vəziyyətdə saxlayan bir cihazdır. Silahın xüsusiyyətlərinə görə 7, 9, 14 və s. növləri mövcuddur. Sinə-sinəyə həyata keçirilən küçə döyüşlərində istifadə olunan qısa lüləli 9 mm çaplı Stenlərin maqazinləri 32 sm uzunluğundadır və fleuber mərmi atan kiçik kalibrli yivli-setli tüfənglərinki isə daha yüksək tutuma malikdir.
Sifət (nitq hissəsi)
Sifət — əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsi. Sifət necə? nə cür? hansı? suallarından birinə cavab verir. Sifətlər əsasən əşyanın əlamətini, keyfiyyətini və rəngini təyin edir. Əlamət dedikdə, əşyanın zahiri görkəmi, keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur. Əşyanın rəngi də onun əlamətlərindən biridir. Sifət həmişə ismə aid olur, isimdən əvvəl gəlir, cümlədə ən çox təyin və xəbər vəzifəsində işlənir. Ancaq isimləşdikdə mübtəda və tamamlıq vəzifəsində də işlənir.
Zərf (nitq hissəsi)
== Zərfin quruluşca növləri == Zərflər quruluşca sadə, düzəltmə və mürəkkəb olur. === Sadə zərflər === Sadə zərflər bir kökdən ibarət olurlar və heç bir şəkilçi qəbul etmirlər.: tez, gec, axşam, yuxarı, sakit ,aşağı, gündüz, yavaş,rahat,asta və.s ==== Düzəltmə zərflər ==== Düzəltmə zərflər kök və leksik (sözdüzəldici) şəkilçidən ibarət olur. Düzəltmə zərflər, əsasən, aşağıdakı leksik şəkilçilərlə düzəlir: -ca²: yavaşca, rahatca, sakitcə, yüngülcə, rusca, ingiliscə xırdaca, astaca və s. -casına²: qəhrəmancasına, açıqcasına, igidcəsinə, qorxaqcasına və s. -yana², -anə: dostyana, dahiyanə, şairanə zarafatyana və s. -da²: ayda, ildə, gündə, həftədə, birlikdə, təklikdə, yayda və s. -dan²: ucadan, astadan, bərkdən, birdən, çoxdan, hərdən və s. -la²: zorla, ehtiyatla, cəsarətlə, diqqətlə və s. -akı²: yanakı, çəpəki və s. -ən: daxilən, qəsdən, ruhən, qəlbən, qəflətən və s.
İstanbulun tarixi hissəsi
İstanbulun tarixi hissəsi Türkiyənin İstanbul şəhərindəki tarixi yarımada hissəsində yerləşən 4 regiondan ibarət və 1985-ci ildə YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilmiş mühafizə edilən hissədir. == Regionları == Siyahıya dörd rayon və bunlara daxil olan tikililər daxildir. Bunlar; Zeyrək Məscidi və ətrafı, Süleymaniyyə Məscidi və ətrafı, Sultanəhməd və ətrafı və İstanbulun qurudan müdafiə divarlarıdır.
Qoşma (nitq hissəsi)
Qoşma — ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarına qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsidir. Qoşmanı başqa köməkçi nitq hissələrindən fərqləndirən əsas cəhətlərdən biri onun qoşulduğu sözlə birlikdə cümlə üzvü olmasıdır və şəkilçi qəbul etməsidir. Həmçinin qoşmalar qoşulduğu sözlə cümlə üzvü olur və qoşma kimi qalır. == Qoşmanın məna növləri == Birgəlik, vasitə – ilə (-la, -lə), -ca (-cə) Zaman – əvvəl, qabaq, sonra, bəri. Məsafə – kimi, qədər, -dək, -can² İstiqamət – sarı, tərəf, doğru, qarşı. Bənzətmə – kimi, qədər, tək, təki, -ca. Fərqləndirmə –özgə, başqa, savayı, qeyri, əlavə. İstinad – görə, əsasən, istinadən Səbəb-məqsəd – üçün, ötrü, görə, uğrunda, naminə, sarı. Aidlik – aid, dair, məxsus, xas, haqqında, haqda, barədə. == Qoşmaların sinonimliyi == kimi, qədər, -dək, -can2; məsafə qoşmaları kimi, tək; bənzətmə, müqayisə mənasında əvvəl, qabaq; zaman mənasında tərəf, doğru, sarı; istiqamət mənasında -ca, qədər, kimi, -tək; bənzətmə mənasında -ca, ilə: birgəlik, vasitə mənasında və s.
Lvovun tarixi hissəsi
Lvovun tarixi hissəsi və ya Lvovun tarixi mərkəzi yaxud Köhnə şəhər (ukr. Ансамбль історичного центру Львова, Старе місто) — UNESKO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmiş Ukraynanın Lvov şəhərinin mərkəzi hissəsindəki ərazi. Ərazi 1975-ci ildə Dövlət Tarix-Memarlıq Yasaqlığı statusu alıb. == Tarixi == 1998-ci il noyabrın 30-dan dekabrın 5-dək Kiotoda (Yaponiya) keçirilən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 22-ci konfransında Lvov Ümumdünya İrs Saytı kimi qəbul edilib. YUNESKO Komitəsi Lvovun Ümumdünya İrs Siyahısına daxil edilməsi və YUNESKO-nun belə meyarlarına uyğunluğu üçün aşağıdakı səbəbləri təqdim etmişdir: II meyar: Şəhərsalma və memarlıq baxımından Lvov Şərqi Avropanın memarlıq və bədii ənənələrinin İtaliya və Almaniyanın eyni ənənələri ilə sintezinin görkəmli nümunəsidir; V meyar: Lvovun siyasi və kommersiya rolu həmişə şəhərin müxtəlif və eyni zamanda bir-biri ilə əlaqəli icmalarını təşkil edən müxtəlif mədəni və dini ənənələrə malik müəyyən sayda etnik qrupları cəlb etmişdir ki, bunun sübutu həmişə şəhər və memarlıq mənzərəsi olmuşdur.Tarixi mərkəzin ansamblının ərazisi 120 hektar Kiyev Rus dövləti və Lvov şəhərinin orta əsrlər hissəsindən, həmçinin Svyatoyurskaya təpəsindəki Müqəddəs Georgi kafedralının ərazisindən ibarətdir. Kafedral ansamblı Ukrayna torpaqlarının bədii mədəniyyətində xüsusi yeri tutur, həmçinin ona görə ki, o indiyə kimi öz divarlarında müxtəlif dövrlərin bir çox görkəmli tarixi və bədii abidələrini gizlədir və öz dövrü üçün ən nümayəndə və əhəmiyyətli sayılabiləcək relikviyaları mühafizə edir. Ancaq, bir sıra tarixi səbəblərə görə, relikviyaların əksəriyyəti hal-hazırda kilsə xaricindədirlər: hal-hazırda bu əşyalar Andrey Şeptitski adına Milli muzeydə, Onufriyevski monastırın arxiv fondlarında, Lvovdakı Ukraynanın mərkəzi dövlət tarix arxivi və Vasili Stefanika adına Lvov elmi kitabxanasında saxlanılır. Tarixi Mərkəzin ansamblının bufer zonası tarixi ərazinin hüdudları ilə müəyyən edilir və 3000 hektara yaxındır.Üç əsas ərazinin sadalanan maddələrindən başqa, İçərişəhərin ərazisində təxminən 2007 digər tarixi abidə var ki, onlardan 214-ü milli səviyyəli hesab olunur. Lvovun Tarixi Mərkəzinin abidələrinin mühafizəsi iki nazirlik - Regional Tikinti Nazirliyi və Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir. Xüsusi statusun olmasına baxmayaraq, mədəniyyət abidələri çox vaxt onlara sahib olan vətəndaşlar, müəssisələr, kilsə təşkilatları tərəfindən yenidən qurulur.
Qoşma (köməkçi nitq hissəsi)
Qoşma — ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarına qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsidir. Qoşmanı başqa köməkçi nitq hissələrindən fərqləndirən əsas cəhətlərdən biri onun qoşulduğu sözlə birlikdə cümlə üzvü olmasıdır və şəkilçi qəbul etməsidir. Həmçinin qoşmalar qoşulduğu sözlə cümlə üzvü olur və qoşma kimi qalır. == Qoşmanın məna növləri == Birgəlik, vasitə – ilə (-la, -lə), -ca (-cə) Zaman – əvvəl, qabaq, sonra, bəri. Məsafə – kimi, qədər, -dək, -can² İstiqamət – sarı, tərəf, doğru, qarşı. Bənzətmə – kimi, qədər, tək, təki, -ca. Fərqləndirmə –özgə, başqa, savayı, qeyri, əlavə. İstinad – görə, əsasən, istinadən Səbəb-məqsəd – üçün, ötrü, görə, uğrunda, naminə, sarı. Aidlik – aid, dair, məxsus, xas, haqqında, haqda, barədə. == Qoşmaların sinonimliyi == kimi, qədər, -dək, -can2; məsafə qoşmaları kimi, tək; bənzətmə, müqayisə mənasında əvvəl, qabaq; zaman mənasında tərəf, doğru, sarı; istiqamət mənasında -ca, qədər, kimi, -tək; bənzətmə mənasında -ca, ilə: birgəlik, vasitə mənasında və s.
Atmosferin tərkibi
== Atmosfer == Atmosferin yer kürəsində insanın həyatı və fəaliyyəti üçün əhəmiyyəti çox böyükdür. Əgər yerdə atmosfer olmasa idi, canlı aləm olmazdı. Atmosferin tərkibinə daxil olan qazlardan biri oksigen canlı aləmin nəfəs almasına və yanma prosesinə kömək edir. Karbon qazı isə bitkilərin, yarpaqların qidalanması üçün istifadə olunur və bitkilər tərəfindən atmosferə oksigen buraxılır. Atmosferin əsas qazı azot zülal və azotlu birləşmələrin tərkibinə daxil olub yerdə həyatın inkişafı ilə sıx əlaqədardir. Atmosfer Azotun, Oksigenin, Arqonun, Neonun və başqa qazların sənaye üsulu ilə alınmasında tükənməz rol oynayır. Atmosfer gündüzlər yerin günəş şüaları tərəfindən hədsiz qızmasının, gecələr isə hədsiz soyumasının qarşısını alır, eyni zamanda canlı orqanizmləri günəşin ultrabənövşəyi və kosmik şüalarından qoruyur. == Atmosferin tərkibi == Tərkibində su buxarı olmayan hava quru hava adlanır. Yer səthi yaxınlığında quru hava 99% azotdan (78% mol miqdarına görə və 76% kütləyə görə) və oksigendən (21% mol miqdarına görə və 23% kütləyə görə) ibarətdir. Hər iki qaz yer səthi yaxınlığında atmosferin tərkibinə ikiatomlu molekul (N2 və O2) şəklində daxildir.
Sözün tərkibi
Sözün tərkibi kök və şəkilçidən ibarətdir. == Sözün tərkib hissələri == Sözün ayrılıqda işlənə bilən deyil, əsas mənanı ifadə edən hissəsinə kök deyilir. Sözün ayrılıqda işlənə bilməyən, yalnız kökə qoşulmaqla müəyyən leksik və ya qrammatik məna yaradan hissəsi şəkilçi adlanır. Kökün həm leksik həm də qrammatik mənası vardır. Şəkilçinin isə leksik mənası yoxdur, yalnız qrammatik mənası var. Azərbaycan dilində, bir qayda olaraq, kök əvvəl, şəkilçi sonra gəlir. Şəkilçilərdən hər birinin özünə görə müəyyən vəzifəsi olur. Azərbaycan dilində şəkilçilər leksik və qrammatik olmaqla iki yerə ayrılır. Leksik şəkilçilər sözün leksik mənasını dəyişdirir. Qrammatik şəkilçilər sözün formasını dəyişdirir.
Tərki şamxallığı
Tərki şamxallığı — X əsrdən 1867-ci ilədək Dağıstan ərazisində mövcud olmuş feodal dövlət. == Tarixi == Övliya Çələbi bu xanlığın torpaqları üçün "Kumuğıstan" və "Dağıstan-i Qumuq" təbirlərini işlətmişdir. Şamxal dağlıq bölgədə iqamət edirdi. Şamxallığın mərkəzi Tərki kəndi idi. Şamxal Çobanın 1578-ci ildə ölümü üzərinə yerinə keçən oğlu Sultan But zamanında idarə mərkəzi Teymurxan-Şuraya köçürüldü. Bu xanlığın Dağıstanın ən şimalında yer alması, Qazan və Həştərxan xanlıqlarının yıxılmasının ardından daha cənuba enmə fürsəti tapan ruslarla qumuqların qarşı qarşıya gəlməsinə yol açdı. Qumuqlar, 1586-cı ildən etibarən başlayan Rus hücumlarına və işğal hərəkətlərinə qarşı, digər müsəlman Qafqaz xalqlarıyla birlikdə XVI–XVIII əsrlər arasında osmanlıların da dəstəyini alaraq XIX əsrin ikinci yarısına qədər sürəkli mübarizə apardılar. Tarixi mənbələrdə III Surxay Gəray şamxal Müzəffər oğlu "Şamxal-şah", "Dağıstan padşahı" titulları altında məşhurdur. Bu ləqəb (titul) altında müasirləri onu vətən qarşısında böyük xidmətlərini qeyd edib, etiraf ediblər. Hələ erkən uşaqlıq illərində atası Gəray şamxal Surxayı Böyük Şah Abbasa amanat vermişdi.
Hüceyrənin kimyəvi tərkibi
Hüceyrənin kimyəvi tərkibi — Cansız təbiətlə müqayisədə hüceyrədə canlı təbiət üçün səciyyəvi olan hər hansı bir xüsusi kimyəvi element yoxdur. Bu səbəbdən də atom səviyyəsində canlı və cansızlar arasında heç bir fərq yaranmır. Bu, canlı və cansız təbiətin vəhdətini göstərir. Onlar arasında fərq yalnız molekulyar səviyyədə meydana çıxır. == Hüceyrәnin element tәrkibi == Dövri sistemdə olan təxminən 110 elementdən 80-ə qədəri hüceyrədə rast gəlinir. Lakin bunlardan yalnız 27 elementin hüceyrədə müxtəlif funksiya yerinə yetirdiyi müəyyən edilmişdir. Hüceyrədə kütlə payı 0,001%-dən çox olan elementlər makroelementlәr, 0,001%-dən 0,000001%-ə qədər olanlar isə mikroelementlәr hesab olunur. Canlılarda rast gəlinən 4 əsas elementdən (О, С, Н, N) sonra beşinci yeri kalsium tutur. Yaşlı insanda sutka ərzində sümük toxumasından 700 mq kalsium çıxarılır və bir o qədər də yenidən toplanır. Bu səbəbdən sümük toxuması dayaq funksiyasından başqa, həm də kalsium və fosfor deposu rolunu oynayır.
Qarabağın etnik tərkibi
== Rusiya işğalı == 14 may 1805-ci il tarixində Qarabağ xanı İbrahim Xəlil xan ilə Rus generalı Pavel Sisianov arasında imzalanan Kürəkçay müqaviləsindən sonra Qarabağ xanlığı Rusiya İmperiyasının tərkibinə qatılır və bununla da ermənilərin Qarabağa kütləvi miqrasiyası başlamışdır. 1811-ci ildə: ermənilər – 20,8%, müsəlmanlar – 79%; 1823-cü ildə: ermənilər – 21,7%, müsəlmanlar – 78% təşkil edirdi. Bu göstəricilər 10 fevral 1828-ci il tarixində Qacar dövlətinin şahzadəsi Abbas Mirzə ilə general İ.F.Paskeviç arasında imzalanmış Türkmənçay müqaviləsindən sonra əhəmiyyətli dərəcədə dəyişilir. 1830-cu ildə ermənilərin sayı artıq 33%, müsəlmanların sayı isə 66 ,6% təşkil edirdi. 1828–1830-cu illərdə İran və Türkiyədən 140.000-ə yaxın erməni Cənubi Qafqaza köçürüldü. Onların böyük hissəsi Qarabağda yerləşdirildi. İran və Türkiyədən kütləvi miqrasiya, xüsusilə Rusiya hökumətinin onlar üçün yaratdığı əlverişli iqtisadi şərait nəticəsində köçkünlərin arasında doğum sayının artması ilə yanaşı, XIX əsrin ikinci yarısında ermənilər və müsəlmanlar arasında nisbətin dəyişməsinə gətirib çıxardı. 1889-cu il: ermənilər −45,5%, müsəlmanlar-54%; 1897-ci il: ermənilər −41,5%, müsəlmanlar −57%; 1914-cü il: ermənilər −41%, müsəlmanlar −55%. Aşağıda təqdim olunan cədvəllərdə Qarabağın etnik tərkibindəki dəyişiliklər aydın müşahidə olunur. 1889–1914-cü illər ərzində Qarabağ əhalisinin etnik-dini tərkibinin hesablanması əhalinin etnik-dini mənsubiyyətinə görə 1867-ci ildə keçmiş Qarabağ xanlığı torpaqlarında yaradılmış Yelizavetpol (Gəncə) quberniyasının dörd qəzasında-Şuşa, Cəbrayıl (Karyaginski), Cavanşir və Zəngəzur qəzalarında həyata keçirilmişdir.
Dağıstan əhalisinin etnik tərkibi
1 yanvar 2013-cü il tarixinə olan rəsmi təxminə əsasən Dağıstan Respublikasının daimi əhalisi 2.946.303 nəfərdir.
Dünyа əhаlisinin dini tərkibi
Qazaxıstan əhalisinin etnik tərkibi
Sayı - 18 838 730 nəfər 01.08.2020
Suriya əhalisinin etnik tərkibi
Suriya Mərkəzi Statistika Bürosunun rəsmi "əhali saatı"na görə 22 sentyabr 2015-ci il tarixinə ölkə əhalisinin sayı 23.394.783 nəfər təxmin edilir. Ancaq digər mənbələrdə göstərilən məlumatlar fərqlidir. Mərkəzi Kəşfiyyat İdarəsi Ümumdünya faktlar kitabında 2014-cü ilin iyul ayına, ABŞ Siyahıyaalma Bürosu isə 2015-ci ilin iyul ayına Suriya əhalisini təqribən 17.065 milyon nəfər təxmin edir.Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Əlaqələndirmə İdarəsinə görə 2015-ci ilin sentyabr ayına olan məlumatlara əsasən təqribən 4.1 milyon nəfər Suriyanı tərk etmiş, 7.6 milyon nəfər isə ölkə içində məcburi köçkünə çevrilmişdir, həmçinin ölkədə 12.2 milyon insan humanitar yardıma ehtiyyac duymaqdadır. Suriyalı qaçqınların sayca ən böyük hissəsi Türkiyədə sığınacaq tapmışdır. Əgər 29 aprel 2011-ci ildə Türkiyəyə ilk sığınan qaçqın qrupun sayı 252 nəfər idisə bu rəqəm 2015-ci ilin avqust ayının ilk ongünlüyündə 1.905.984 nəfəri, həmin ayın 25–ində isə 1.938.999 nəfəri ötmüşdür və sentyabr ayının ikinci ongünlüyünə olan rəsmi məlumata əsasən 2.225.147 nəfər təşkil edir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatlarına əsasən Türkiyədən sonra ən çox Suriyalı qaçqın qəbul edən ölkələr Livan (25 avqust 2015; 1.113.941 nəfər), İordaniya (17 sentyabr 2015; 628.887 nəfər), İraq (13 sentyabr 2015; 248.503 nəfər) və Misirdir (5 iyul 2015; 132.375 nəfər); həmçinin 2011-ci ilin aprel ayından 2015-ci ilin avqust ayınadək Avropa qitəsinin 37 ölkəsində qeydə alınmış Suriyalı qaçqınların sayı 428.735 nəfərə çatmışdır. == Əhali sayının dinamikası və gender strukturu == Suriya Mərkəzi Statistika Bürosunun məlumatlarına görə: — Siyahıyaalınmalara və 2005–2011-ci illərin ortalarına olan cari hesablamalara əsasən Suriya əhalisinin sayı: — 2004-cü siyahıyaalınması yekunlarına əsasən Suriyanın I dərəcəli inzibati vahidlərində əhali sayı: — Suriyanın I dərəcəli inzibati vahidlərində 2011-ci ilin ortasına təxmin edilən əhali sayı: — Suriyanın I dərəcəli inzibati vahidlərində 2011-ci ilin sonuna təxmin edilən əhali sayı: === Yaş strukturu === Suriya Mərkəzi Statistika Bürosunun məlumatlarına görə 2011-ci ilin ortasına təxmin edilən əhalinin yaş strukturu: === Sıxlığı === == Urbanizasiya == 2004-cü siyahıyaalınması yekunlarına əsasən Suriyanın I dərəcəli inzibati vahidləri üzrə şəhər və kənd əhalisinin sayı və inzibati vahidlərin ümumi əhalisi içində nisbətləri: 2004-cü il siyahıyaalınmasına əsasən ölkənin ölkədə 112–si şəhər yaşayış yeri, 5.976–sı isə kənd olmaqla cəmi 6.088 yaşayış yeri vardır. Şəhərlərdən 14–ündə əhalinin sayı 100 mindən artıqdır. == Dil və din == Suriyanın müasir sərhədləri daxilində danışılan dillər və ya etnik mənzərə haqqında bütün rəsmi məlumatlar müasir Suriya ərazisinin Fransa mandatı altında olduğu dövrə (1920–1946) aiddir. 1946-cı ildən sonra 1953 və 1960-cı illərdə həyata keçirilmiş siyahıyaalınmalarda sorğu anketlərinə ana dili və etnik mənsubiyyətlə bağlı suallar daxil edilməsə də şəxsin etiqadı ilə bağlı sual daxil edilmişdi.
Tacikistan əhalisinin etnik tərkibi
MKİ-ə əsasən Tacikistan Republikası əhalisinin sayına görə dünyada 239 ölkə arasında 96-cı yerdə dayanmaqdadır. Tacikistan Respublikasının Prezidenti yanında Tacikistan Statistika Agentliyinin təqdim etdiyi rəsmi məlumatlara əsasən Tacikistan əhalisi 1 yanvar 2012-ci il tarixinə 7.800.500, 5 fevral 2013-cü il tarixinə isə 8 milyon nəfərdir. === 2000-ci il sa. === 20-27 yanvar 2000-ci il əhali siyahıyaalınmasının yekunlarına əsasən :ümumi əhalinin rəsmi sayı 6,127,493 nəfərdir (cəmi 120 etnik qrup). taciklərin rəsmi sayı 4,898,382 nəfərdir. özbəklərin rəsmi sayı 936,703 nəfərdir (qeyri-rəsmi məlumata əsasən 1,500,000 nəfər). rusların rəsmi sayı 68,171 nəfərdir (qeyri-rəsmi məlumatlara əsasən 45,000-50,000-dən çox deyil). qırğızların rəsmi sayı 65,515 nəfərdir. laqayların rəsmi sayı 51,001 nəfərdir. türkmənlərin rəsmi sayı 20,270 nəfərdir.
Türkiyə əhalisinin etnik tərkibi
Türkiyə əhalisi — məqalə Türkiyə əhalisinin demoqrafik xüsusiyyətləri haqqındadır. Türkiyə dövlətində etnik bölgü üzrə ətraflı araşdırma aparan Amerika Missioner təşkilatının "Joshua Layihəsi" araşdırması. == Əhali sayının dinamikası == MKİ-nin 2014-cü ilə olan təxminlərinə əsasən Türkiyə Republikası əhalisinin sayına görə dünyada 240 ölkə arasında 17-ci yerdə dayanmaqdadır. == Əhalinin yerləşmə məskəni == == Əhalinin sıxlığı == == Əhalinin artımı == Türkiyənin 83.614.362 əhalisi vardır. == Əhalinin yaş strukturu == "Ünvana bağlı əhali qeydiyyatı sistemi"nə görə 31 dekabr 2013-cü il tarixinə Türkiyə əhalisinin yaş qrupları üzrə bölünməsi; == Əhalinin dini tərkibi == == Əhalinin etnik tərkibi == Türkiyə dövlətində etnik bölgü üzrə ətraflı araşdırma aparan Amerika Missioner təşkilatının "Joshua Layihəsi" araşdırması. == Əhalinin linqvistik tərkibi == === 1927–ci il siyahıyaalınması === === 1935–ci il siyahıyaalınması === == Mənbə == Türkiyenin Etnik Yapısı: Halkımızın Kökenleri ve Gerçekler. Yazar: Ali Tayyar Önder. Araştırma & İnceleme Serisi: 1, Yayın No: 1. Genişletilmiş 16. Baskı.
Türkmənistan əhalisinin etnik tərkibi
Türkmənistan əhalisi — Türkmənistan Respublikasının sərhədlərinin daxilində yaşayan əhali. == Ümumi say == Türkmənistan dövlətinin sonuncusu 2006-cı ilin iyul ayının əvvəlində elan edilmiş rəsmi məlumatlarına əsasən ölkə əhalisi yüksək artım tempi ilə artmaqdadır, ancaq beynəlxalq təşkilatların məlumatları bu dövlətin rəsmi məlumatlarından fərqlidir. === Rəsmi məlumatlar === 10-21 yanvar 1995-ci il siyahıyaalnmasına əsasən Türkmənistanın de-yuri əhalisi 4.437.570 nəfər, de-fakto əhalisi isə 4.483.251 nəfər olmuşdur.De-fakto əhalinin yaş strukturu:hər iki cinsdən 0-4 yaşlarında olanlar: 674.693 nəfər hər iki cinsdən 5-9 yaşlarında olanlar: 619.381 nəfər hər iki cinsdən 10-14 yaşlarında olanlar: 516.995 nəfər hər iki cinsdən 15-19 yaşlarında olanlar: 455.727 nəfər hər iki cinsdən 20-24 yaşlarında olanlar: 414.632 nəfər hər iki cinsdən 25-29 yaşlarında olanlar: 366.538 nəfər hər iki cinsdən 30-34 yaşlarında olanlar: 351.856 nəfər hər iki cinsdən 35-39 yaşlarında olanlar: 281.039 nəfər hər iki cinsdən 40-44 yaşlarında olanlar: 204.313 nəfər hər iki cinsdən 45-49 yaşlarında olanlar: 126.864 nəfər hər iki cinsdən 50-54 yaşlarında olanlar: 97.136 nəfər hər iki cinsdən 55-59 yaşlarında olanlar: 114.232 nəfər hər iki cinsdən 60-64 yaşlarında olanlar: 91.473 nəfər hər iki cinsdən 65-69 yaşlarında olanlar: 73.263 nəfər hər iki cinsdən 70-74 yaşlarında olanlar: 43.818 nəfər hər iki cinsdən 75-79 yaşlarında olanlar: 22.707 nəfər hər iki cinsdən 80-84 yaşlarında olanlar: 15.942 nəfər hər iki cinsdən 85-89 yaşlarında olanlar: 5.813 nəfər hər iki cinsdən 90-94 yaşlarında olanlar: 2.611 nəfər hər iki cinsdən 95-99 yaşlarında olanlar: 639 nəfər hər iki cinsdən 100 və daha yuxarı yaşlarda olanlar: 722 nəfər hər iki cinsdən yaş kateqoriyasında təsnif edilməmişlər: 2.857 nəfər2000-ci ilin əvvəlinə olan rəsmi təxminə əsasən 5,200,000 nəfər 1.5.2001 tarixinə olan rəsmi təxminə əsasən 5.410.000 nəfər 1.8.2001 tarixinə olan rəsmi təxminə əsasən 5.487.900 nəfər 1.01.2002 tarixinə olan rəsmi təxminə əsasən 5.640.000 nəfər 1.12.2004 tarixinə olan rəsmi təxminə əsasən 6.525.800 nəfər 2005-ci ilə olan rəsmi təxminə əsasən 6.746.500 nəfər 1.3.2006 tarixinə olan rəsmi təxminə əsasən 6.786.400 nəfər 1.7.2006 tarixinə olan rəsmi təxminə əsasən 6.836.500 nəfər15–26 dekabr 2012-ci il tarixində ölkə müstəqillik qazandıqdan sonra ikinci Ümumtürkmənistan əhali siyahıyaalınması keçirilmişdir. === Vilayətlər üzrə === 1995-ci il sa. görə Türkmənistan əhalisi 4.437.570 nəfərdir.Ahal vilayətində (Aşqabad şəhəri daxil) 1.189.775 nəfərAşqabad şəhəri təxminən 531.000 nəfər (ümumi Ahal vilayəti 1.19 milyon nəfər)Marı vilayətində 1.017.226 nəfər Daşoğuz vilayətində 926.607 nəfər Lebap vilayətində 918.269 nəfər Balkan vilayətində 385.693 nəfər2005-ci ilə olan rəsmi təxminə əsasən Türkmənistan əhalisi 6.746.500 nəfərdir.Aşqabad şəhərində 909.300 nəfər Ahal vilayətində 968.600 nəfər Marı vilayətində 1.519.000 nəfər Daşoğuz vilayətində 1.409.400 nəfər Lebap vilayətində 1.371.100 nəfər Balkan vilayətiində 569.100 nəfər === Beynəlxalq təşkilatların məlumatları === Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial məsələlər üzrə şöbəsinin (ing. United Nations Department of Economic and Social Affairs) Statistika Bölümünün (ing. United Nations Statistics Division) məlumatlarına əsasən Türkmənistan əhalisi (de-fakto):1996-cı ildə 4.569.000 nəfər 1998-ci ildə 4.859.000 nəfər 2000-ci ildə 4.891.598 nəfər 2001-ci ildə 4.973.962 nəfər 2002-ci ildə 5.051.817 nəfər 2003-cü ildə 5.123.940 nəfər 2011-ci ildə 5.105.301 nəfər 2013-cü ildə 5.240.000 nəfərDünya Bankının məlumatlarına əsasən Türkmənistanın əhalisi:1995-ci ildə 4.188.010 nəfər 1996-cı ildə 4.267.690 nəfər 1997-ci ildə 4.335.991 nəfər 1998-ci ildə 4.395.293 nəfər 1999-cu ildə 4.449.427 nəfər 2000-ci ildə 4.501.419 nəfər 2001-ci ildə 4.551.762 nəfər 2002-ci ildə 4.600.171 nəfər 2003-cü ildə 4.648.037 nəfər 2004-cü ildə 4.696.876 nəfər 2005-ci ildə 4.747.839 nəfər 2006-cı ildə 4.801.595 nəfər 2007-ci ildə 4.858.236 nəfər 2008-ci ildə 4.917.543 nəfər 2009-cu ildə 4.978.962 nəfər 2010-cu ildə 5.041.995 nəfər 2011-ci ildə 5.106.668 nəfər 2012-ci ildə 5.172.931 nəfər 2013-cü ildə 5.240.072 nəfər 2014-cü ildə 5.307.000 nəfərMKİ-nin Dünya Faktlar Kitabında verilən məlumatlara əsasən Türkmənistan əhalisi:iyul, 1995-ci il tarixinə 4.075.316 nəfər iyul, 1997-ci il tarixinə 4.229.249 nəfər iyul, 1998-ci il tarixinə 4.297.629 nəfər iyul, 1999-cu il tarixinə 4.366.383 nəfər iyul, 2000-ci il tarixinə 4.518.268 nəfər iyul, 2001-ci il tarixinə 4.603.244 nəfər iyul, 2002-ci il tarixinə 4.688.963 nəfər iyul, 2003-cü il tarixinə 4.775.544 nəfər iyul, 2005-ci il tarixinə 4.952.081 nəfər iyul, 2006-cı il tarixinə 5.042.920 nəfər iyul, 2007-ci il tarixinə 5.097.028 nəfər iyul, 2009-cu il tarixinə 4.884.887 nəfər iyul, 2010-cu il tarixinə 4.940.916 nəfər iyul, 2012-ci il tarixinə 5.054.828 nəfər iyul, 2013-cü il tarixinə 5.113.040 nəfər iyul, 2014-cü il tarixinə 5.171.943 nəfər MKİ-nin və Dünya Bankının məlumatlarına nəzər yetirildikdə aydın olur ki, Türkmənistan əhalisinin sayına dair təxminlər edilərkən 1995-ci ildə keçirilmiş rəsmi sayımın nəticələri nəzərə alınmamışıdır və bu səbəbdən bu təxminlər yalnışdır.Beynəlxalq Demokratiya və Seçkiyə Yardım İnstitutunun Türkmənistan dövlətinin rəsmi məlumatlarına əsasən yayımladığı rəqəmlərə görə Türkmənistanda seçkinin keçirilmə tarixinə 18 və yuxarı yaşda olan qeydə alınmış seçicilərin sayı:11 fevral, 2007-ci il Prezident seçkilərində: 2.677.589 nəfər 14 dekabr, 2008-ci il Parlament seçkilərində: 2.763.993 12 fevral, 2012-ci il Prezident seçkilərində: 2.987.324 nəfər 15 dekabr, 2013-cü il Parlament seçkilərində: 3.063.218 nəfər == Etnik tərkib == 1995 – ci ildə (10 – 21 yanvar) Türkmənistanda aparılmış əhalinin rəsmi siyahıyaalınmasının yekunlarına əsasən ölkənin təxminən 100 xalqın nümayəndələrindən ibarət 4.437.570 nəfər (2.198.853 nəfəri kişilər, 2.238.717 nəfəri qadınlar) vətəndaşı olan de-yuri əhalisi var idi, Türkmənistanın ölkədə yaşayan və qeydiyyatda olan faktiki əhalisi (ölkə vətəndaşları və əcnəbilər) isə 4.483.251 nəfər (2.225.331 nəfəri kişilər, 2.257.920 nəfəri qadınlar) idi.
Yağ fraksiyasının kimyəvi tərkibi
Yağ fraksiyasının kimyəvi tərkibi == Tətbiq sahələri == Istifadə sahəsinə görə keçmiş ittifaqda istehsal olunan müxtəlif çeşidli sürtkü yağlarını bir neçə qrupa bölmək olar: - motor yağları; - transmissiya sənaye yağları; - xüsusi yağlar. Motor yağları daxili yanma mühərriklərini; sənaye yağları fabrik, zavod, kənd təsərrüfatında işlədilən maşın və mexanizmləri; silindr yağları isə buxar maşınlarının silindrlərini yağlamaq üçün tətbiq olunur. == Təhlil üsulları == Yağ fraksiyalarının tərkibi spektrroqrafiq, mass-spektroqrafiq tədqiqat və həlqəvi təhlil üsulları ilə öyrənilir. Yağ fraksiyalarının tərkibinə bir və ikihalqalı qısa yan zəncirli aromatik karbohidrogenlər daxildir. Bir və ikihalqalı uzun zəncirli aromatik karbohidrogenlər daxildir. Bir və ikihalqalı uzun zəncirli aromatik karbohidrogenlər Dissor, Makat, Suraxanı (parafinli), Qroznı (parafinli), Çələkən Naftalan, Romaşkin, Tuymazin və ağır Balaxanı neftlərindən alınmış yağ fraksiyalarında geniş yayılmışdır. Yüngül yağ fraksiyalarında naften karbohidrogenləri bir halqalı uzun yan zəncirli, orta fraksiyalarda iki və üç – halqalı uzun yan zəncirli, yüksək temperaturlarda qoyulan fraksiyalarda isə iki, üç və dörd halqalı törəmələr şəklində təsadüf edilir. Yağ fraksiyalarının tərkibindəki sülb parafin karbohidrogenləri adi temperaturda yağlarda pis həll olur və onların ərimə temperaturu yüksəkdir. Parafinli neftlərin yağ fraksiyalarında sülb parafinlərin miqdarı çox olduğu halda, naften və aromatik əsaslı neftlərdə 1–2%-dən artıq olmur. Parafin karbohidrogenlərin ərimə temperaturuna molekulun şaxələnmə dərəcəsi və yan zəncirin vəziyyəti təsir edir.
İran əhalisinin etnik tərkibi
MKİ-ə əsasən İran İslam Republikası dünyada ən çoxsaylı əhaliyə malik XIX ölkədir. İran əhalisi sürətlə artan ölkələrdəndir. Rəsmi sayımlararası 55 ildə (1956–2011) ölkənin əhalisi 4 dəfə artmışdır. Ərazi üzrə orta sıxlığa görə İran Asiya ölkələrinin əksəriyyətindən geri qalır (1 km²-də 46 nəfər). Ölkə əhalisinin 4/5-ü şimal və şimal-qərb regionlarında cəmləşdiyi halda, ərazisinin təxminən 2/3-sini əhatə edən səhra və yarımsəhra regionlarında 1 km²-də sıxlıq 2-3 nəfərdən artıq deyil. Tehran, Məşhəd, İsfahan, Kərəc, Təbriz, Şiraz, Əhvaz və Qum şəhərlərinin əhalisi 1 milyondan artıqdır. 2011-ci il siyahıyaalınmasına əsasən qeyri-şəhər əhalisi içərisində 56.225 nəfər köçəri olaraq yaşayır. == Əhali sayının dinamikası == == Əhalinin yerləşmə məskəni == === Ostanlar üzrə === 24 oktyabr – 13 noyabr 2011 – ci il siyahıyaalınması yekunlarına əsasən:İranın ümumi əhalisi - 21.185.647 ailədə 75.149.669 nəfər olmuşdur. == Əhalinin sıxlığı == == Əhalinin artımı == == Əhalinin yaş strukturu == == Əhalinin milli tərkibi == == Əhalinin dini tərkibi == == Qaçqınlar == Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı (United Nations High Commissioner for Refugees - UNHCR) yanında Əcnəbilər və Xarici İmmiqrantlarla İşlər Bürosunun (Bureau for Aliens and Foreign Immigrant Affairs - BAFIA) məlumatlarına əsasən: 2006-cı il sa. yekunlarına əsasən İranda yaşayan və rəsmən qeydiyyatda olan Əfqanıstan vətəndaşlarının (1.211.171 nəfər) 39%-i etnik həzaralara, 22%-i etnik taciklərə, 9%-i etnik puştunlara, 10%-i isə digər (əsasən türkmənlərə, özbəklərə və bəluclara) etnik qruplara mənsub insanlardan ibarətdir.
İraq əhalisinin etnik tərkibi
İşğal edilmiş üç Osmanlı vilayəti (Mosul, Bağdad və Bəsrə) əsasında 10 avqust 1920-ci ildə Britaniya mandatı altında İraq Krallığı təşkil edildi. Rəsmən 1958-ci ilədək krallıq,1958-ci ildən bəri isə respublika olan İraqda 1919, 1927, 1934, 1947, 1957, 1965, 1977 və 1987-ci illərdə ölkənin bütün ərazilərini əhatə edən, 1997-ci ildə isə Kürdüstan Regional Hökumətinin nəzarətində olan üç mühafaza çıxılmaqla digər 15 mühafazanı əhatə edən siyahıyaalınmalar aparılmışdır. == Əhali sayının dinamikası == === Mühafazalar üzrə məskunlaşma === == Etnik tərkibi == İraqda 10-dan çox xalqın nümayəndəsi yaşayır. Bunlar ərəblər, kürdlər, türkmanlər, farslar, lurlar, ermənilər, asurlar, xaldeylər, çərkəzlər, qaraçılar (əsasən qürbətilər) və sairələrdir. === Rəsmi məlumatlar === ==== 1921, 1923, 1922-24 sa. yekunlarına əsasən Mosul məsələsi rəqəmlərdə ==== ==== 1932-ci il ==== 1932-ci ilə aid rəsmi məlumata əsasən İraqda danışılan dillər: ==== 1947-ci il siyahıyaalınmasına əsasən ==== ===== Kərkük livası ===== ==== 1957-ci il siyahıyaalınmasına əsasən ==== ===== Kərkük livası ===== ===== Ərbil şəhəri ===== ==== 1965-ci il siyahıyaalınmasına əsasən ==== ===== Kərkük livası ===== ==== 1977, 1987 və 1997-ci illərdə gerçəkləşmiş siyahıyaalınmalara əsasən ==== ===== Ət-Təmim mühafazası ===== === Qeyri-rəsmi təxminlər === === Etnik qruplar === 1997-ci il istisna olmaqla 1957, 1965, 1977 və 1987-ci illərdə həyat keçirilmiş əhali sayımlarında sorğu anketlərində şəxsin etnik mənsubiyyəti haqqında sual olmamış, ona yalnız ana dili haqqında sual verilmişdir. ==== Ərəblər ==== ABŞ MKİ-nin nəşr etdirdiyi "Dünya faktlar kitabı"nda, külliyatın 1974-cü ildən 1983-cü ilədək olan nəşrlərində verilən məlumatlara əsasən İraq əhalisinin 70.90%-ini etnik ərəblər təşkil edirdi. İraqda ən böyük etnik qrup ərəblərdir . Onlar İraq əhalisinin 65% – 73%-ni təşkil edirlər . ==== Kürdlər ==== Kürdlər İraq əhalisinin 1947-ci siyahıyaalınmasına əsasən 18.40%-ini, 1957-ci siyahıyaalınmasına əsasən 16.45%-ini , 1965-ci siyahıyaalınmasına əsasən 15.25%-ini, 1977-ci siyahıyaalınmasına əsasən 13.95%-ini, 1987-ci il siyahıyaalınmasına əsasən isə 18.93%-ini təşkil etmişdir.
Müqəddəs Sərkis kilsəsi (Gəncə)
Müqəddəs Sərkis kilsəsi — XVIII əsrdə bərpa edilən binanın dəqiq tikilmə tarixi məlum deyil. Məbədin tikintisində qırmızı kərpic və gil əhəng qatışığından istifadə olunub. Bina günbəzli və sütunludur. Gəncə şəhərinin Gəncə küçəsi döngə 9 ünvanında yerləşir və hal-hazırda Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13-14 nömrəli filialı olaraq fəaliyyət göstərir.
Təkrir
Təkrir — bədii əsərdə eyni sözün, söz qrupunun, ifadənin məqsədli şəkildə təkrar olunması. Təkririn iki növü var: anafora və epifora; anafora — misranın, cümlənin əvvəlində işlənən təkrirdir; epifora — misranın, cümlənin sonunda işlənən təkrirdir.
Tərkeş
Tərkeş — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Rayon mərkəzindən 30 km cənub-şərqdə, Tikanlıçayın sağında, Oğuz-Qəbələ avtomobil yolunun sağında yerləşir. Sincan İnzibati Ərazi Dairəsinə daxildir. Tərkeş Oğuzda ən qədim yaşayış məskənlərindən biridir. Kəndin ərazisində respublika əhəmiyyətli arxeoloji və memarlıq abidələrindən Qədim Qəbiristanlıq (son orta əsrlər), Böyük Qala, Kiçik Qala (antik dövr), Tikanlı qoruq yaşayış yeri (III–VIII əsrlər) var. "Tərkeş" – etnotoponimdir. Göytürklərin bir qolu olan türkeş tayfasının adını əks etdirir. Bu tayfa haqqında "Türkün qızıl kitabı"nda geniş məlumat verilir. "Türk" – "hərəkətedənod"dur. Uruk-turuk (nəsil-kök), ətrak, tukyu, Terek (çay), tərk, struktur, strategiya, elektrik kimi sözlərin məzmunu da odla, hərəkətlə, həyata qovuşmaqla bağlıdır.
Təzhib
Təzhib sözü ərəbcə “zəhəb” (qızıl) kökündən yaranıb, “qızıllamaq, qızıllaşdırmaq” mənasına gəlir. Cəm şəklində “təzhibat” isə “qızılla bəzəmələr” deməkdir. Türk və İslam dünyasında yaranmış məşhur incəsənət növlərindən biridir. Təzhib sənətilə məşğul olan insanlara müzəhhib/müzəhhibə deyilir. == Təzhibin tarixi == İslamın yaranması və yayılması ilə başlayan təzhib sənəti, bütün İslam dövlətlərində xətt sənətiylə yanaşı tətbiq olunmuş və inkişaf etmişdir. Təməli İran və ətrafında atılan təzhib sənəti, ilk inkişafını, Təbrizdən başlamış, daha sonra Herat, Bağdad, Mosul, Konya, Karaman, Amasya, Harput, Sivas və s. davam etdirmişdir. Bölgələrə görə fərqliliklər görülsə də ümumiyyətlə bir üslub xətti vardır. Təzhib sənəti ilk dəfə Qurani-Kərimin təzhiblənməsiylə başlayan bir sənətdir. Quranı ilk təzhibləyən isə Həzrəti Əli olmuşdur.
Kərki
Kərki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biri. 1990-cı ilin yanvarında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. == Toponimikası == Oykonim kərki tayfasının adı ilə bağlıdır. Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınmışdır. Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ mövcuddur. == Tarixi == Kərki kəndi 1990-ci ildə ermənilər tərəfindən işğal edilib.
Mərib
Mərib (ərəb. مأرب‎) — Yəməndə şəhər. == Tarixi == Tarixləri miladdan öncə VIII əsrə qədər çatan Səba kitabələrində Mryb (Mrb) şəklində qeyd edilən şəhərin adı Ərəb dilli qaynaqlarda Mərib (Marib) olaraq keçir. Mərib kəliməsi haqqında, Səba krallarına verilən bir ünvan vəya Ad qəbiləsinin qollarından birinin adı olduğu yaxud “sahib, hakim” anlamını daşıyan Himyəricə maridən ya da ərəbcə “ehtiyaç” anlamındakı ərəbdən gəldiyi yolunda müxtəlif fərziyyə və görüşlər iləri sürülmüşdür . Kimlər tərəfindən nə zaman qurulduğu bilinməyən Mərib, miladdan öncə I minildə Cənubi Ərəbistanın dəniz ipək yolu üzərindəki ən böyük mərkəzi və Səba dövlətinin paytaxtı idi. Arxeoloji qazıntı nəticələrinə görə antik şəhər 1 km²lik bir sahəni əhatə edirdi və səkkiz qapılı bir divarla çevrilmişdi. Hələ qədim zamanlardan Məribin ən böyük və ən məşhur memarlıq əsərləri arasında saraylar və mabədlər yer alırdı. Tarixçi Həmdani Məribdə Səlhin, Həcər və Kaşib adlı saraylardan bəhs edir . Kitabələrdə də adı keçən Səlhin (Səlhim) Sarayı kralların hakimiyyət mərkəzi və iqamətgahı olaraq istifadə edilməklə, pullar da burada zərb olunurdu. Ən önəmli məbəd, şəhərdən 5 km.
TƏBİB
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və ya qısaca TƏBİB — İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirir. == Tarixi == "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs (TƏBİB) Azərbaycan Respublikası Prezidenti 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmana əsasən yaradılmışdır. Fərmanın icrası məqsədilə 12 aprel tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısının təsdiq edilməsi barədə qərar qəbul edib. TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir. == Fəaliyyət istiqamətləri == TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradacaq, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdıracaq. Tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edəcək. TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçiriləcək.
Təkab
Təkab (fars. تکاب‎) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. == Tarix == 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. == Əhali == 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı. Ailənin atası Şərif adlı kişi idi.
Təkin
Təkin — ad, soyad. Təkin Alp — Təkin Arıburun — Təkin Bingöl — Təkin Dərəli — Bülent Tekin — Kürd yazıçı. Gürsel Tekin — Türk siyasətçi.Harun TəkinHarun Təkin (musiqiçi) — məşhur Türkiyə müğənnisi. Harun Təkin (futbolçu) — futbolçu.
Tərif
Tərif — Riyazi anlayışın tərif – onun məzmunu (mənasını) izah edən təklif. Tərif müxtəlif üsullarla verilə bilər: 1) Təyin olunan anlayışın məzmununun əsas anlayışların və tərifləri əvvəllər verilmiş anlayışların köməyi ilə izahıə; 2) Genetik və ya konstruktiv tərif burada təyin olunan anlayışın (obyektin) əmələ gəlmə qaydası göstərilir. 3) Anlayışın aksiomatik təyin olunması. Bu halda anlayış ilk anlayış kimi daxil edilir və anlayışlar arasında əlaqələr aksiomlarda ifadə olunur. Məsələn, natural ədəd anlayışı Peano aksiomlarında verilir, məsafə anlayışı metrikanın aksiomlarında verilir və s. Riyaziyyatda qəbul edilmiş aksiomatikaya görə eyni bir anlayışa müxtəlif (lakin eynigüclü) təriflər verilə bilər. Bir aksiomatikada müəyyən anlayışlara tərif verilə bilər, başqa aksiomatikada həmin anlayışlar tərifsiz qəbul edilə bilər. == Ədəbiyyat == 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Ərkil
Ərkil — İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı. == Tarixi == Mənbədə Arkel kimidir. 1590-cı ildə Rəvan əyalətinin İrəvan qəzasında kənd adı, 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı. "Qara Abdal kəndinin yaxınlığında yerləşir". == Toponimi == Ərk adından və qədim türkcə il (azərbaycanca el-"tayfa") cözündən ibarətdir. Erkən orta əsrlərdə Van gölündən şimal-qərbdə Tavrubəran əyalətində (Araz çayının yuxarı axını ilə Murad-Su və Bingöl-Su, yə'ni Mingəl-Su çayları arasında) Ark (Ərk) mahalındançıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XX əsrin 30-cu illərində kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir.
Ərkit
Ərkit – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Ərkit kəndi «„Ərkit kənd sovetliyinə“» daxildir. == Əhali == Milli tərkibi: Azәrbaycan türkləri və Tabasaranlılar. Dini baxımdan islam dininin sünni məzhəbində etiqad edirlər. 2010-cu ildə əhalisi 608 nəfər təşkil etmişdir. == Yerləşməsi == Xuçni kəndindən 6 km şərqdə yerləşir.
Yəhyanın İncili
Yəhyanın İncili və ya Yəhyanın nəql etdiyi Müjdə — Əhdi-Cədidin ilk dörd hissəsini əmələ gətirən kanonik incillərdən sonuncusudur. Balıqçılıqla məşğul olan, İsanın on iki həvarisindən ən gənci olan Həvari Yəhya tərəfindən yazılmışdır. == Mənbə == İncil onlayn: http://www.korpu.net/BibleNorth.html Arxivləşdirilib 2013-09-18 at the Wayback Machine Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009.
İlahiyyatçı Yəhyanın Vəhyi
İlahiyyatçı Yəhyanın Vəhyi (q.yun. Ἀποκάλυψις Ἰωάννου, lat. Apocalypsis Ioannis), həmçinin sadəcə Vəhy Kitabı — Əhdi-cədid kanonunun son kitabı. Bu əsər Neronun kilsəni təqib etməsindən tutmuş dünyanın sonuna qədər dünya və kilsə tarixinin peyğəmbərlik toplusudur. Bu, Əhdi-cədidin didaktik və ya tarixi deyil, apokaliptik ədəbiyyat kimi təsnif edilən yeganə kitabıdır. Brokhauz və Efronun ensiklopedik lüğətinə görə, kitabın məqsədi "xristianlara imanda möhkəmlik aşılamaq, onları qarşıdan gələn əzabkeşliyə hazırlamaqdır". == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Early Christian Writings: Apocalypse of John: text, introduction, context "Revelation to John." Encyclopædia Britannica Online. Apocalypse, Book of – Article from the Catholic Encyclopedia Understanding the Book of Revelation – Article by L. Michael White from PBS Frontline program "Apocalypse!" The Marvelous Address: The Revelation of the Beloved (Disciple) is an 18th-century manuscript about the book of Revelation written in Garshuni (Arabic written in Syriac script).
Torki
Torki (ing. Torquay — Böyük Britaniyada, İngiltərədə (İngiltərə Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Qazan (məişət əşyası)
Qazan — metaldan və ya odadavamlı materiallardan hazırlanan, yemək bişirmək üçün istifadə olunan xüsusi qab. Azərbaycanda qazanlar forma və hazırlandıqları materialdan asılı olaraq müxtəlif xörəklərin hazırlanması üçün istifadə olunurlar. Aş qazanı, buxar qazanı (Mantı qazanı), xaş qazanı, dolma qazanı və s.
Şüanın genetik təsiri
== Şüanın genetik təsiri == Radiasiya mutagenezi – orqanizmlərin şüalanması zamanı irsi dəyişkənliklərin (mutasiyaların) meydana çıxması. Şüanın genetik təsiri radiasiya genetikası ilə tədqiq olunan ionlaşdırıcı şüaların bioloji təsirinin mühüm hissəsidir. İonlaşdırıcı şüaların bütün tipləri, həmçinin ultrabənövşəyi şüalar virus və bakteriyalardan tutmuş, insan da daxil olmaqla bütün yüksək quruluşlu orqanizmlərin cinsiyyət hüceyrələrində yeni olan qametlərdə, eləcə də bədən hüceyrələri sayılan somatik hüceyrələrdə, bilavasitə onların irsi strukturunda mutagen təsirə malikdir. Mühitdə radioaktivliyin yüksəlməsi insan da daxil olmaqla orqanizmlərin populyasiyalarında gizli zərərli mutasiyaların toplanmasına səbəb olur. Radiasiya seleksiyasında təsərrüfat əhəmiyyətli mutantların alınmasında şüanın genetik təsirinin təcrübi əhəmiyyəti var. Bu üsulla bir neçə sort yaradılmışdır. == Şüadan mühafizə == Şüadan mühafizə- İonlaşdırıcı şüalanmanın orqanizmə təsirini azaltmağa yönəldilmiş vasitədir. Fiziki mühafizə üçün şüaları yaxşı udan materiallardan (qurğuşun, beton və s.) istifadə edilir. Bu materiallar şüa mənbəyi və obyekt arasında yerləşdirilir. “Açıq” şüalanma mənbəyi ilə i şləyənlər fərdi mühafizə vasitələrindən (kombinezonlar, pnevmogeyimlər, rapiratorlar, xüsusi çəkmələr, əlcəklər və s.) istifadə etməlidir.
Bulbophyllum turkii
Bulbophyllum turkii (lat. Bulbophyllum turkii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Mərkid (Heris)
Mərkid (fars. مركيد‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 614 nəfər yaşayır (132 ailə).
Termin
Termin (lat. terminus — sərhəd, son hədd) — müxtəlif ixtisas və peşə sahibləri ilə əlaqədar sözlər (ixtisas sözləri). Terminlər hansısa sahənin predmetləri, halları, anlayışları üçün ixtisaslaşmış məzmun daşıyır Adi sözlərdən fərqli olaraq terminlər birmənalıdır və ədəbi izah deyildir. Terminlər, əsasən, elmi üslubda işlədilir. Dilimizdə elə sözlər var ki, onlar yalnız termin kimi işlənir. Məsələn, relyef, qrafient, fiksaj, akvarel, metafor, sinexdoxa və s. Elə sözlər var ki, onlar həm termin, həm də ümumişlək söz kimi işlənir. Məs: aşıq, ada, bənd, isim, güc, bucaq, qüvvə, enerji, zərf və s. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq terminlərdən bəziləri ümumişlək sözlərə çevrilir. Məsələn: ekran, solo, aspirin, arayış, protokol, soyuducu, komputer və s.
Termit
Termitlər (lat. Isoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinə aid heyvan infradəstəsi. El içində bu həşəratlara əsasən ağ qarışqa desələr də, bunlar qarışqa deyillər. == Termit (ağ qarışqa) inqulinləri == Termit inqulinləri də qarışqa yuvalarında olduğu kimi kimyəvi gizlənmə yolu ilə termit yuvalarına daxil olurlar. Termit inqulinlərinin, qonaqlarının vücud divarındakı epikutikular hidrokarbon qarışıqlarının quruluşunu təqlid etdikləri müəyyən edilmişdir. Bir qarışqa növü olan hipoponera eduardi ilə termit növlərindən retikulitermas santonensis və qrassei arasındakı münasibət də bunu açıq şəkildə göstərməkdədir. H. eduardi, termitləri ovlamaqla bəslənməsinə baxmayaraq termit yuvasına daxil olarkən heç bir təcavüzkar davranışla qarşılaşmır. Həm ovçu, həm də ov olan növlərdə münasib formada bənzər kimyəvi molekulların olması, termitlərin qarışqalara xoş davranmalarına səbəb olur. Qarışqa-termit münasibətlərində, vücud divarındakı bənzərlikdən tamamilə fərqli bir kimyəvi gizlənmənin olduğu da bildirilməkdədir. Alifatik alkollara malik termit ovçusu bəzi qarışqalar, termit qalereyalarına daxil olanda, onlarda diqqət davranışı meydana gəlməkdədir.
Cerki
Cerki (ing. jerky) - qaxac edilmiş, nazik kəsilmiş ət parçaları. Xüsusi qaydada bişirilir. Cersinin tək və ya iştahaçıcı kimi istifadə etmək olar. == Tarixi == Cersi sözü ch'arki terminindən irəli gəlir və mənası "saralmış ət" deməkdir. əsas məqsəd əti müəyyən müddət basdırma etməkdir. Avropada cersi Napaleonun dövründə məşhurlaşmağa başladı . Cersi ABŞ və Qərbi Avropada çox məşhurdur. 1996-cı ildə NASA-nın əsas yeməklərindən biri olur. O artıq çəki yaratmır və yüksək keyfiyyətə malikdir.
Kerki
Atamurad — Türkmənistan Respublikasının Lebap vilayətində etrap tabeli şəhər, Atamurad etrapının inzibati mərkəzi.
Tekab
Təkab (fars. تکاب‎) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. == Tarix == 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. == Əhali == 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı. Ailənin atası Şərif adlı kişi idi.
Terni
Terni — İtaliyanın mərkəzində Umbria regionunun və eyni adlı Terni vilayətinin mərkəzi olan bir şəhərdir. Terni Romadan 104 km şimalda, Rietidən 36 km şimal-şərqdə, Spoletodan isə 29 km cənubda yerləşir.
Alpaqut (termin)
== Tarixcə == "Alpaqut" (Alpagut, Alpağut, Alpaq, Alpat və s.) kəlməsinin tarixdəki ilk Türk Dövləti olan Hunlardan bu tərəfə istifadə edildiyi təsbit olunmuşdur. Uyğurlarda "Döyüşçü" mənasında istifadə olunurdu. Hunlarda isə Ordu Komandiri, indiki Hərbi General mənasında işlədilirdi. Sonunda; "Alpaqut" kəlməsi əsgərliklə bağlı olmuş, "cəsur", "igid" və "döyüşçü" mənasını verir. Daha sonrakı illərdə bu kəlməyə Türk tayfalarının adlarıı olaraq Anadoluda Alpaqut Türkləri kimi rastlanmışdır. "Alpaqut Türkmənlərinin" əsl yerləşdiyi məkan Azərbaycanın Şirvan bölgəsidir. Lakin, zaman keçdikcə, özəlliklə Osmanlı Dövləti Azərbaycanı itirəndən sonra Alpaqut Türkmənlərinin bəzi qrupları köç edərək Anadoluya, hətta Balkanlara qədər yerləşmişdilər. Yerləşdikləri bir çox yerlərə isə öz adlarını verməyə başlamışdılar. Elazığ, Çorum, Bolu, Kastamonu, Bursa, Ankara, Kütahya, Çanqırı, Çanaqqala, Bilecik ve Kırklarelide "Alpaqut" adıyla olan bir çox məkanlar vardır. Bugün kənd və qəsəbə adları xaricində bəzi ailələrin soyadları olaraq da rastlanmağı təsadüfi deyildir.