Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əbülfət Cavadov
Əbülfət Cavadov (Cavadov Əbülfət Kalvalı oğlu) — Biologiya elmləri doktoru, professor. Tədris Elmi‑İstehsalat Kompleksi ‑ Dövlət Universitetinin Mtsensk filialının kimya, ekologiya və yer quruluşu kafedrasının müdiri və professoru. == Həyatı == Cavadov Əbülfət Kalvalı oğlu 1956-cı il iyunun 12-də Azərbaycan Respublikasının Xanlar rayonunun (indiki Göygöl rayonu) Ziyadlı kəndində anadan olub. 1979-cu ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) bitirib və Şəki quşçuluq sovxozuna işləməyə göndərilib. Lakin quşçuluq sovxozunda baş baytar ştatının ləğvi ilə əlaqədar olaraq Ə.Cavadov işə götürülməyib və Azərbaycan Respublikası Quşçuluq Sənayesi idarəsi rəhbərliyinin icazəsi ilə RSFSR-in qeyri-qaratorpaq zonasına ixtisası üzrə işləməyə gedib və Kaluqa vilayətinin Jukov rayonunun “Zarya” kolxozunda baş veterinar işləyib. İşdə yüksək göstəricilərə görə kolxozun və Jukov rayonunun rəhbərliyi Ə.Cavadovun Ümumrusiya Elmi-Tədqiqat Kənd Təsərrüfatı Heyvanlarının Fiziologiyası, Biokimyası və Qidalanması İnstitutunda gələcək işinə və təhsilinə mane olmayıb. Ə.Cavadov 1982-ci ildən baş veterinar, 1984-cü ildən Ümumrusiya Elmi-Tədqiqat Kənd Təsərrüfatı Heyvanlarının Fiziologiyası, Biokimyası və Qidalanması İnstitutunda birləşdirici mübadilə laboratoriyasında baş veterinar işləyib. Ə.Cavadov “Rasionda yemin fiziki forması ilə əlaqədar buzovların orqanizmində fosfolipidlərin mübadiləsi” mövzusunda namizədlik dissertasiyasını yazıb və 1986-cı ildə müdafiə edib. Ə.Cavadov 1987-ci ildə Sumı Kənd Təsərrüfatı İnstitutuna (Ukrayna) işə dəvət edilib. 2000-ci ilədək Sumı Dövlət Aqrar Universitetinin daxili qeyri-yoluxucu xəstəliklər və farmakologiya kafedrasının dosenti vəzifəsində işləyib və doktorluq dissertasiyasının müdafiəsinə hazırlaşıb.
Əbülfət Misiroğlu
Əhmədov Əbülfət Misir oğlu (d. 23 dekabr 1946-v.10 dekabr 1998, Azərbaycan Respublikası, Ağcabədi rayonu) — yazıçı-publisist, nasir, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Əhmədov Əbülfət Misir oğlu 1946-cı il dekabrın 23-də Ağcabədi rayonunda Salmanbəyli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1963). == Təhsili == 1966-cı ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almışdır.Sonra Moskvada Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun nəsr şöbəsində təhsilini qiyabi davam etdirmişdir (1969-1976). == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə Bakı zavodlarında başlamışdır (1964-1965). Azərbaycan LKGİ Ağcabədi Rayon Komitəsində şöbə müdiri, sonra ikinci katib olmuşdur (1965-1968). Əmək müqaviləsi ilə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında xüsusi müxbir işləmişdir (1968-1969).Eyni zamanda Bakı şəhər İcraiyyə Komitəsi idarələrində müxtəlif vəzifələrdə çalışmışdır.1971-1972-ci illərdə "Beyləqan" qəzetində işləyib.1972-1975-ci illərdə Ə.Misiroğlu Azərbaycan Dövlət Televiziyasının "Gənclər" redaksiyasında müxbir,1986-1991-ci illərdə böyük redaktor vəzifəsində çalışmışdır."Yüksəliş" rayon qəzeti redaksiyasının (1975-1977), Ç.İldırım adına Azərbaycan Dövlət Politexnik İnstitutu (indiki Azərbaycan Texniki Universiteti) "Politexnik" qəzeti redaksiyasının əməkdaşı (1977-1984) olmuşdur. Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində "Gənclik" baş redaksiyasının böyük redaktoru işləmişdir. == Yaradıcılığı və uğurları == Bədii yaradıcılığa 60-cı illərdən başlamışdır.
Əbülfət Mədətoğlu
Əliyev Əbülfət Mədət oğlu (1 yanvar 1959, Tuğ, Hadrut rayonu) - şair, publisist. == Həyatı == Əbülfət Mədətoğlu (Əliyev Əbülfət Mədət oğlu ) 1959-cu il yanvarın 1-də Dağlıq Qarabağın Xocavənd rayonunun Tuğ kəndində anadan olmuşdur. 1966-1976 cı illərdə Tuğ kənd orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra 1976-1978 ci illərdə Tuğ kənd Oktyabr sovxozunda fəhlə işləmişdir. 1978-1980-ci illərdə Sovet ordusunda xidmət etmişdir. Ordudan tərxis olduqdan sonra "Təşviqatçı" jurnalında korrektor işləmişdir (1980-1985). İşlədiyi müddətdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır (1980-1986). Eyni zamanda həmin dövürdə (1982-1984) Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. "Araz" qəzetində şöbə müdiri (1986-1988), "Qarabağ" qəzetində (1988-1990) və "Azərbaycan ordusu" qəzetində (1990-1992) müxbir vəzifələrində işləmişdir. Hazırda "Ədalət" qəzetinin baş redaktor müavinidir (1992-ci ildən).
Əbülfət Məmmədov
Əbülfət Heydər oğlu Məmmədov (1898, Bakı quberniyası – 1957, Bakı) — Azərbaycan SSR Xalq Əkinçilik komissarı, SSRİ Ali Sovetinin (millətlər palatasının) birinci çağırış deputatı, siyasi repressiyalara uğramış şəxs. == Həyatı == ==== Repressiyalara uğraması ==== Stalin və Bağırov repressiyalarının qurbanı olmuşdur. 1938-ci ilin iyul ayında "Ehtiyatda olan sağ-troskiçi mərkəzinin əksinqilabi milliyətçi təşkilatının" rəhbərindən biri olduğu ittihamı ilə həbs olunmuşdur. İttiham əvvəldən axıra kimi Mir Cəfər Bağırovun başçılıq etdiyi Azərbaycanın o zamanki ali hakimiyyəti və onların əlaltıları tərəfindən saxtalaşdırılmışdır. Bu iş üzrə keçən başqa məhbuslar kimi işgəncələrə məruz qalaraq ittihamı etiraf etməyə məcbur edilmişdir. Ancaq başqa məhbuslarla birlikdə 1939-cu ildə öncəki ifadələrindən imtina etmişdi. Bundan sonra işi üzrə bir neçə dəfə istintaq aparılmışdır. Nəhayət 1941-ci ildə məhkəmənin hökmü ilə əmlakının müsadirə edilməsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kolleqiyasının qərarı ilə bəraət edilmişdi. 1957-ci ildə Bakıda vəfat etmişdir.
Əbülfət Pələngov
Əbülfət Qulam oğlu Pələngov – pedaqogika üzrə elmlər doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universiteti, FD 02.061 Müdafiə Şurası yanında elmi seminarın sədridir. == Həyatı == 1959-cu ildə Azərbaycan respublikasının Lerik rayonunun Züvüç kəndində anadan olmuşdur. 1976-cı ildə qardaşı Bunyadəli Qulamoğlu adına Züvüç kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1974 və 1976-cı illərdə riayziyyatdan keçirilən Respublika olimpiadasının qalibi , həmin illərdə SSRİ - Umumittifaq riyaziyyat olimpiadasının mükafatçısı olmuşdur. 1977-1981-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunu (indiki ADPU) riyaziyyat fakültəsini, riyaziyyat müəllimi ixtisası üzrə bitirmişdir. 1981-1982-ci illərdə təyinat üzrə Puşkin (indiki Biləsuvar) rayonunun Nərimanovka kəndində ixtisası üzrə müəllim işləmişdir. 1982-1990-cı illərdə həmin rayonun Səmədabad qəsəbə orta məktəbində riyaziyyat müəllimi işləmişdir. Orta məktəbdə işlədiyi illərdə hazırladığı şagirdlər hər il respublika riyaziyyat olimpiadasının qalibi olduğu üçün 1986-cı ildə AMEA-nın riyaziyyat institutunun diplomu və fəxri fərmanı, həmin ildən də o vaxtkı Maarif Nazirinin əmri ilə “Baş müəllim” adı verilmişdir. 1990-cı ildən ADPU-da əmək fəaliyyətini proqramçı-riyaziyyatçı vəsifəsində davam etdirmişdir. 1993-1996 illərdə ADPU-nun dissertantı olmuş “Ölçmə xarakterli praktik və laborator işləri şagirdlərin həndəsi biliklərini formalaşdıran vasitə kimi” adlı namizədlik dissertasiyasını tamamlamış ADPU-nun nəzdindəki 13.00.02 ixtisas şurasında (Riyaziyyatın tədrisi metodikası ixtisası üzrə) müdafiə etmişdir.
Əbülfət Təbrizi
Əbülfət Təbrizi (XV əsr). İsmayil Mirzə Səfəvinin (vəfatı 1557) - İran saray həkimi. Tibbi məharətinə görə şöhrət qazanmışdı. Boyu kiçik olduğuna görə xalq ona "Kiçik Həkim" ləqəbini vermişdi. İsmayıl Mirzənin ölümündən sonr o, Təbrizin valisi Əmir xan Türkmanın sarayında həkim işləmişşdi.
Əbülfət Vəli
Əbülfət bəy Məmmədhəsən bəy oğlu Vəliyev (1871-1918) — azərbaycanlı aktyor. == Həyatı == Əbülfət bəy Məmmədhəsən bəy oğlu 1871-ci ildə Şuşa şəhərində anadan olub. Şuşa realnı məktəbini bitirmişdi. Əbülfət Vəli yüksək istedadlı, mütərəqqi düşüncəli bir aktyor, bacarıqlı rejissor və təşkilatçı idi; xalq arasında teatr sənətinin təbliği sahəsində böyük əhəmiyyətə malik iş görürdü. XIX əsrin sonlarından başlayaraq 1918-ci ilə qədər Azərbaycan teatrının göstərdiyi tamaşaları Əbülfət Vəlisiz təsəvvür etmək qeyri-mümkündür. Həmin illərin dövri mətbuatı məlumat verir ki, Əbülfət Vəli teatr truppasının, demək olar ki, bütün tamaşalarında iştirak etmiş, müxtəlif, bir-birindən həm janr, həm də xaraktercə fərqlənən obrazlar yaratmış, gənc, həvəskar aktyorların yetişməsində böyük zəhmət çəkmiş, eyni zamanda da bir rejissor kimi gərgin fəaliyyət göstərmişdir. Məşhur faciə aktyorumuz Hüseyn Ərəblinskinin istedadının üzə çıxarılmasında, onda mütərəqqi ideyalara meylin güclənməsində Əbülfət Vəlinin də böyük xidməti olmuşdur. H. Ərəblinskinin bir sənətkar kimi yetişməsində Əbülfət Vəlinin təsiri həmişə duyulmuşdur. Əbülfət Vəli və Hüseyn Ərəblinski həmişə yekdil olmuşlar. Qəzet səhifələrində "Ərəblinski, Ə. Vəli… cənabları "Nicat" cəmiyyətindən üz döndərib yeni teatr truppası yaradıblar", "…Ə. Vəlizadə, Ərəblinski birgə tamaşa göstərdilər", "Bu tamaşada Ərəblinski və Ə. Vəli yerli həvəskarlarla birlikdə çıxış etdilər" və s.
Əbülfət İslam
Əbülfət İslam (Mahmudov Əbülfət Məhəmməd oğlu) — Publisist, şair, yazıçı. == Həyatı == Əbülfət İslam(Mahmudov Əbülfət Məhəmməd oğlu)20 oktyabr, 1950-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində qulluqçu ailəsində anadan olmuşdur. Uşaq yaşlarında “keratit” göz xəstəliyindən əziyyət çəkdiyi üçün 1959-cu ilə qədər məktəbə gedə bilməmişdir. 1959-1960-cı dərs ilində Bozalqanlı kənd yeddiillik məktəbinin birinci sinfinə qəbul edilmişdir. 6-cı sinifdə oxuduğu vaxtlar məktəbdə fəaliyyət göstərən dram dərnəyinə getmişdir. Onda bu sahəyə maraq oyadan məktəbin müəllimləri və fəal şagirdlərinin tamaşaya qoyduqları və daim anşlaqla qarşılanan S.Vurğunun “Vaqif” , M.F.Axundovun “Hacı Qara” və s. əsərlərinin tamaşaları olmuşdur. Qısa zamanda dram dərnəyinin ən fəal üzvünə çevrilmiş, S.S.Axundovun “Laçın yuvası” əsərində Cahangir ağa, Ə.Haqverdiyevin “Ağac kölgəsində” pyesində Mustafa bəy, Ü.Hacıbəyovun “Arşın mal alan”ında Süleyman bəy, S.Vurğunun “Vaqif”ində Qacar, C.Məmmədquluzadənin “Ölülər” komediyasında Kefli İsgəndər və onlarla başqa rolları tamaşaçıların alqışları ilə mükafatlandırılmışdır. A.S.Puşkin adına şəhər orta məktəbindən məzun olduqdan sonra M.Əliyev adına İncəsənət İnstitutuna sənədlərini verəcəyini qətiləşdirsə də, atasının istəyi ilə sənədlərini Ç.İldırım adına Azərbaycan Pedaqoji İnstitutunun Nəqliyyat fakultəsinə verir və bu institutun “Körpü, tünel və metro inşaatı” ixtisasına qəbul olur. Lakin sonradan teatra olan yatmış sevgisi oyanır və yazıçı Az.Pedoqoji İnstitutunun rektoru R.Bədəlova institutdan xaric olunması ilə bağlı rəsmi müraciət edir.
Əbülfət Əliyev
Əbülfət Əsəd oğlu Əliyev (30 dekabr 1926, Şuşa, DQMV – 27 dekabr 1990, Bakı) — muğam və opera müğənnisi, Azərbaycan SSR xalq artisti (1964). İlk ifalarını Seyid Şuşinski, Xan Şuşinski və Musa Şuşinski kimi sənətkarlar dinləyib. 19 yaşında Bakıya gəlir. Azərbaycan Dövlət Filarmoniyasının solisti olur və dövrün tanınmış müğənniləri ilə birlikdə konsertlər verir. Repertuarında "Dinə bilmədim", "Bu qala, daşlı qala", "Ay Pəri", "Endim bulaq başına", "Bülbüllər gəzər bağı", "Tel nazik", "Saçları burma", "Gəl-gəl", "Xal yanağında", "Qara gözlüm" kimi ümumilikdə 400-dən artıq xalq və bəstəkar mahnısı yer alıb. 1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində iştirak edən xanəndə yüksək ifaçılıq bacarığına görə UNESCO-nun döş nişanına və diplomuna layiq görülüb, ifası ümumittifaq radiosu ilə yayımlanıb. == Həyatı == Əbülfət Əsəd oğlu Əliyev 30 dekabr 1926-cı ildə Şuşa şəhərində dünyaya göz açıb. Şuşalı musiqiçilər ilin yaz və yay aylarında şəhərin Cıdır düzü, Bazarbaşı məkanlarında toplaşar və məclislər qurarmışlar. Əbülfətin uşaqlıq illəri də belə məclislərin əhatəsində keçib. O, Seyid Şuşinski, Xan Şuşinski və Musa Şuşinski kimi sənətkarları məhz ilk dəfə bu məclislərdə görüb, onların bənzərsiz ifalarına qulaq asıb.
Əbülfət Atamoğlanov
Əbülfət Sabir oğlu Atamoğlanov (4 iyun 1967; Kürsəngi, Salyan — 31 avqust 1993; Füzuli, Qarabağ) — Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Atamoğlanov Əbülfət Sabir oğlu 4.07.1967-ci ildə Salyan rayonunun Kürsəngi kəndində anadan olub. == Hərbi xidməti == 1993-cü il avqustun 31-də Füzulinin Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb. Xocavəndin Edilli kəndi düşmən işğalından azad edildikdən sonra kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin Atamoğlanov Əbülfətə məxsus olduğu təsdiqlənib. Birinci Qarabağ müharibəsində Füzulinin Kürdmahmudlu kəndində itkin düşən və meyitinin qalıqları 30 il sonra Xocavənddə Edilli kəndində aşkarlanan Atamoğlanov Əbülfət Sabir oğlunun nəşi Salyan rayonunun Kürsəngi kəndinə gətirilib. Orada şəhidlə vida mərasimi keçirilib. Mərhum doğulduğu Kürsəngi kəndində torpağa tapşırılıb.
Şeyx Əbülfət Şəbüstəri
Şeyx Əbülfət Şəbüstəri (?-1554)—İslam alimi == Həyatı == Şeyx Əbülfət Şəbüstəri şafii məzhəbində idi. alim və tədqiqatçı kimi şöhrət tapmışdı. Şeyx Əbülfət Şəbüstəri 1554-cü ildə Salehiyyədə taun xəstəliyindən vəfat etdi.
Əbülfət ağa Şahtaxtinski
Əbülfət ağa Nəcəfqulu ağa oğlu Şahtaxtinski (17 oktyabr 1858, Şahtaxtı, Naxçıvan qəzası – 13 mart 1913, Kutaisi) — Çar ordusunun polkovniki. == Həyatı == Əbülfət ağa Nəcəfqulu ağa oğlu 1858-ci ilin oktyabr ayında Şərur-Dərələyəz qəzasının Şahtaxtı kəndində anadan olmuşdu. Onun nüfuzlu nəsli Azərbaycan tarixinə Məhəmməd ağa Şahtaxtinski, Behbud ağa Şahtaxtinski, İsa Sultan Şahtaxtinski, Həmid bəy Şahtaxtinski kimi görkəmli şəxsiyyətlər bəxş edib.İlk təhsilinə 1871-ci ildə Tiflis real məktəbində başlayan Əbülfət ağa 1877-ci ildə Sankt-Peterburq Texnologiya Universitetinə daxil olmuşdu. Tələbə yoldaşı, ilk marksist Q. V. Plexanovla birgə tələbələri qadağan olunmuş yığıncaqlara təhrik etdiyinə görə bir il sonra – dekabr ayında univesitetdən xaric edilmişdi. Mənzilində aparılan axtarış zamanı məlum olub ki, Əbülfət ağa həm də Moskva və Peterburqda təhsil alan qafqazlı tələbələrin yaratdıqları "İmdadiyyə" adlı gizli dərnəyin üzvüdür. Bu dərnək 1878-ci ildə Həsən bəy Zərdabinin və Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə yaradılmışdı. Əbülfət ağa Moskvada təhsil alan həmyerlisi Nəcəf bəy Vəzirova 1878-ci il 3 mart tarixli məktubunda yazırdı: "Mən "İmdadiyyə"nin nizamnaməsini aldım. Üzümüzə gələn yay "İmdadiyyə"nin əsas qanunlarını müzakirə etməliyik ki, hərəmiz ölkənin bir guşəsinə gedərkən müəyyən bir məqsəd uğrunda hərəkət edə bilək… Buna görə də hər şeydən qabaq bu məqsədi özümüzə qət və aydın müəyyən etməkdə bütün vasitə və imkanları dərindən təhlil etməliyik… Bizim məqsədimiz zülmü kökündən kəsmək üçün çoxlu mübariz əllər hazırlamaqdır. Biz ziyalı qüvvəsiyik, silahımız birlikdir. Biz cəhalət, nadanlıq, avamlıq əleyhinə mübarizə aparmalıyıq.
Əbülfət bəy Cavanşir
Əbülfət bəy Cavanşir - Azadciran hakimi XIX əsrin birinci rübü == Haqqında == Sonralar Azadcirana hakimlik sәlahiyyәti Cavanşir tayfa nümayәndәlәrinin әlindәn alınıb kәngәrlәrә tapşırılmışdı. Şahzadә Abbas Mirzәnin Əbülfət bəy Cavanşirə ünvanlanmış reskripti "Kәngәrli sәnәdlәri" kitabında verilmişdir.
Əbülfət xan Cavanşir
Əbülfət xan Tuti (1766, Şuşa – 1839, Təbriz) — dövlət xadimi, şair, İbrahimxəlil xan Cavanşirin oğlu. == Həyatı == Əbülfət xan Tuti Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili görmüşdü. Özünü tanıyandan saray işlərində atasına kömək edirdi. 1796-cı ildə qraf Valerian Zubov çoxsaylı rus qoşununun başında Azərbaycana gəlir. Kür çayının yaxasında düşərgə qurur. İbrahimxəlil xan Cavanşir Ağaməhəmməd şah Qacarın yeni yürüşündən əndişələnib V. Zubovla ilişki qurmaq qərarına gəlir. Qərarını saray adamlarına bildirib, gənəşik istəyir. Baş vəziri Molla Pənah Vaqifin məsləhəti ilə oğlu Əbülfət ağanı V. Zubovun yanına göndərir. Tarixçi Mirzə Camal Cavanşir Qarabaği yazır: "Mərhum İbrahim xan oğlu Əbülfət xanı Qarabağın bir neçə bəyzadəsi ilə birlikdə töhfə, hədiyyələr və cins atlarla, tam bir razılıq və rəğbətlə, böyük sərdar Valeryan Zubovun hüzuruna göndərib, yüksək Rusiya dövlətinə səmimi qəlbdən itaət edəcəyini və sədaqətini bildirdi".Əbülfət ağa missiyasını yerinə yetirib, atasının yanına qayıdır.
Əbülfət xan Tuti
Əbülfət xan Tuti (1766, Şuşa – 1839, Təbriz) — dövlət xadimi, şair, İbrahimxəlil xan Cavanşirin oğlu. == Həyatı == Əbülfət xan Tuti Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili görmüşdü. Özünü tanıyandan saray işlərində atasına kömək edirdi. 1796-cı ildə qraf Valerian Zubov çoxsaylı rus qoşununun başında Azərbaycana gəlir. Kür çayının yaxasında düşərgə qurur. İbrahimxəlil xan Cavanşir Ağaməhəmməd şah Qacarın yeni yürüşündən əndişələnib V. Zubovla ilişki qurmaq qərarına gəlir. Qərarını saray adamlarına bildirib, gənəşik istəyir. Baş vəziri Molla Pənah Vaqifin məsləhəti ilə oğlu Əbülfət ağanı V. Zubovun yanına göndərir. Tarixçi Mirzə Camal Cavanşir Qarabaği yazır: "Mərhum İbrahim xan oğlu Əbülfət xanı Qarabağın bir neçə bəyzadəsi ilə birlikdə töhfə, hədiyyələr və cins atlarla, tam bir razılıq və rəğbətlə, böyük sərdar Valeryan Zubovun hüzuruna göndərib, yüksək Rusiya dövlətinə səmimi qəlbdən itaət edəcəyini və sədaqətini bildirdi".Əbülfət ağa missiyasını yerinə yetirib, atasının yanına qayıdır.
Mir Əbülfət bəy Talışinski
Ağaxan Talışınski (tam adı: Mir Əbülfət bəy Mir Rza xan oğlu Talışınski; 19 sentyabr 1885, Lənkəran, Lənkəran qəzası – 21 dekabr 1949, Bakı) — Azərbaycanda travmatologiya elminin banisi, tibb elmləri doktoru, professor, Kiyev Dövlət İnstitutunun tibb fakültəsinin məzunu. == Həyatı == Həkim, travmatoloq-orteped, Azərbaycan səhiyyəsinin təşkilatçılarından biri, tibb elmləri doktoru, professor Ağaxan (Əbülfət bəy) Mir Rza xan oğlu Talışınski 19 sentyabr 1885-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Ağaxanın əsil adı – Mir Əbülfətdir. Bu ad onun babası Mir Əbülfət xanın (1823–1877) adıdır. Atası Mir Rza xanın (1863–1932) ilk oğul övladı olduğu üçün, ənənəyə görə, atasının adını ona vermişdir, lakin babanın adını daşıyan ilk övlada ailədə ikinci ad olaraq Ağaxan deyilmişdir. Əbülfət bəy Talışinskinin ömür yoldaşı Hacı Zeynalabdin Tağıyev təsis etdiyi qız məktəbini bitirmiş Kişvər xanım Xanoğlan bəy qızı Talışinskaya idi. Onların bir oğlu və bir qızı olmuşdur. Oğlu tibb elmləri namizədi, travmotoloq həkim Əziz (Abbasqulu) Talışinski, qızı Adilə (Lyalya) xanım Talışinskaya. == Təhsili == Mir Əbülfət bəy ilk təhsilini Lənkəran şəhər birdərəcəli məktəbini bitirdikdən sonra 1901-ci ildə təhsilini Bakıda gimnaziyada davam etdirmişdir. 1909-cu ildə gimnaziyanı bitirən Mir Əbülfət bəy Talışinski elə həmin il Kiyev Dövlət İnstitutunun tibb fakültəsinə qəbul olur.
Mirzə Əbülfət xan Valatəbar
Mirzə Əbülfət xan Mirzə Fəzlulla xan oğlu Valatəbar (1874, Təbriz – 1958, Tehran) — siyasi-ictimai xadim. == Həyatı == Mirzə Əbülfət xan Mirzə Fəzlulla xan oğlu 1874-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Təbrizdə mükəmməl ruhani təhsili almışdı. O, əvvəlcə öz atası Mirzə Fəzlulla xanın, sonra əmisi Təbrizin məşhur müctəhidi Hacı Mirzə Məhəmmədrəfi Nazimülüləmanın yanında təhsil almışdır. İlahiyyat üzrə mükəmməl biliyə yiyələnmişdi. Mirzə Əbülfət xan Valatəbar Müzəffərəddin mirzənin yanında münşibaşı vəzifəsində çalışmışdı. Dəbirəssəltənə ləqəbini almışdı. Mirzə Əbülfət xan Valatəbar 1897-ci ildə əmisi Mirzə Əsədulla xan Naziməddövlənin Vəkilülmülk ləqəbinə yiyələnmişdi. Onun Dəbirəssəltənə ləqəbini isə qardaşı oğlu Mirzə Nəsrulla xana verilmişdi. Mirzə Əbülfət xan Valatəbar Məhəmmədəli mirzənin yanında münşibaşı vəzifəsini davam etdirməyə başlamışdı.
Əbülfət mirzə Qovanlı-Qacar
Əbülfət mirzə Müzəffərəddin şah oğlu Qovanlı-Qacar (1881-1961) —şahzadə, əyalət valisi == Həyatı == Əbülfət mirzə Müzəffərəddin şah oğlu 1881-ci ildə Təbriz anadan olmuşdu. Saray təhsili almışdı. Salarəddövlə ləqəbi almışdı. 1897-ci ildə Kirmanşahın valisi təyin edilmişdi. 1899-cu ildə Zəncana və 1900-cü ildə Ərəbistana (Əhvaz və ərəblərin yaşadığı bölgəyə) vali göndərilmişdi. 1904-cü ildə Tehran şəhərinə qayıtmışdı. 1905-ci ildə Kürdüstanı idarə etmişdi. Asi təbiətli olduğundan qardaşlarının, vələhd Məhəmmədəli mirzənin və Məlikmənsur mirzə Şüaüssəltənənin onunla arası yox idi. Bu ziddiyət aşkar olunandan sonra, 1907-ci ildə Lorestanın əhalisindən özünə qoşun topladı. 8 iyunda Nəhavənd şəhərinin yaxınlığında qardaşların arasında savaş baş verdi.
Əbülfət хan Sarıcalı-Cavanşir
Əbülfət xan Tuti (1766, Şuşa – 1839, Təbriz) — dövlət xadimi, şair, İbrahimxəlil xan Cavanşirin oğlu. == Həyatı == Əbülfət xan Tuti Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili görmüşdü. Özünü tanıyandan saray işlərində atasına kömək edirdi. 1796-cı ildə qraf Valerian Zubov çoxsaylı rus qoşununun başında Azərbaycana gəlir. Kür çayının yaxasında düşərgə qurur. İbrahimxəlil xan Cavanşir Ağaməhəmməd şah Qacarın yeni yürüşündən əndişələnib V. Zubovla ilişki qurmaq qərarına gəlir. Qərarını saray adamlarına bildirib, gənəşik istəyir. Baş vəziri Molla Pənah Vaqifin məsləhəti ilə oğlu Əbülfət ağanı V. Zubovun yanına göndərir. Tarixçi Mirzə Camal Cavanşir Qarabaği yazır: "Mərhum İbrahim xan oğlu Əbülfət xanı Qarabağın bir neçə bəyzadəsi ilə birlikdə töhfə, hədiyyələr və cins atlarla, tam bir razılıq və rəğbətlə, böyük sərdar Valeryan Zubovun hüzuruna göndərib, yüksək Rusiya dövlətinə səmimi qəlbdən itaət edəcəyini və sədaqətini bildirdi".Əbülfət ağa missiyasını yerinə yetirib, atasının yanına qayıdır.
Əbülfəth Musa
Əbülfəth Musa (v. 1034) — 1031-ci ildə atası Fəzl bin Məhəmmədin ölümündən sonra taxta çıxmışdır və 1034-cü ildə oğlu II Əli Ləşkəri tərəfindən öldürülmüşdür. == Mənbələr == Minorsky, Vladimir. Studies in Caucasian History. Cambridge: Cambridge University Press. 1977 [1953]. ISBN 0-521-05735-3. Peacock, Andrew. Shaddadids // Encyclopædia Iranica, Online Edition. 2011.
Mircamal Əbülfətov
Mircamal Əbülfətov — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. 1958-ci il 17 dekabr tarixində Lənkəran şəhərində anadan olub. Lənkəran şəhərlərarası yükdaşıma idarəsində fəhlə işləyib. Qara Yanvar hadisəsi zamanı şəhid olduqdan sonra yeddi yaşında bir qız övladı qalmışdır. Hadisə vaxtı atışma səsinə küçəyə çıxıb. XI Qızıl Ordu meydanı tərəfdə çoxlu yaralının olduğunu eşitdikdən sonra ora yollanıb. Ərazidə olan yaralılara kömək etmək istəməyi sovet əsgərlərinin xoşuna gəlməyib və Mircamal Əbülfətova atəş açılıb. Qarın və sinə nahiyəsindən güllə yarası alıb. Xəstəxanaya aparılarkən saat 03:30 dəqiqədə yolda olarkən keçinib.
Əbülfəth Musa ibn əl- Fəzl ibn Məhəmməd
I Fəzl bin Məhəmməd (v. 1031, Gəncə) — 985–1031–ci illərdə Aran əmiri olmuşdur. Fəzl sikkə kəsdirən ilk şəddadi əmiridir. Zərbxanası əvvəl Partavda (Bərdə) idi. Daha sonra Gəncəyə köçürüldü. Fəzl bin Məhəmməd Rəvvadilərlə mübarizə aparmaq üçün Araz çayı üzərində körpü tikmişdir. İbn əl-Əsirə görə, Fəzl 1030-cu ildə xəzərlərə qarşı ekspedisiya aparmışdır, xəzərlərdən 10 min nəfər öldürülmüşdür. Xəzər xaqanlığı 969-cu ildə ruslar tərəfindən darmadağın edildiyinə görə bu xəzərlərin Qafqazda onların xələfləri kimi qıpçaqlar və ya peçeneqlər tərəfindən idarə edildikləri və ya İbn əl-Əsirin səhv etdiyi və ya "xəzərlər" sözünün çöldə yaşayan insanlar üçün ümumi bir termin olaraq istifadə edildiyi aydın deyil. Fəzl 1031-ci ildə ölür və onun yerinə hakimiyyətə oğlu Əbülfəth Musa gəlir. == Ailəsi == 4 övladı vardı: Musa Əbüləsvar Şavur Əskuya Sitt bint Fəzl - Şirvanşah I Mənuçöhr ilə evlənmişdi.
Əbülfəth xan Bəxtiyari
Əbülfəth xan Bəxtiyari (fars. ابوالفتح خان بختیاری‎‎) — Həft Ləng budağının Bəxtiyari elinin xanı idi. == Həyatı == Əfşarlarlar dövründə İsfahan hakimi olan Əbülfəth xan, Nadir şah Əfşarın (1736-1747) vəfatından (1747) sonraki varislər Adil Şah, İbrahim Şah və Şahrux Şah, Əbülfəthin İsfahan şəhərin qubernatorluğu davam etməsini qəbul etdilər.Müttəfiq olan Kərim xan Zənd və Çahar Ləng komanderi Əlimərdan xan Bəxtiyari 1750-ci ilin mayında İsfahanın mühasirə etilər. Əli Mərdanın yaxcı bir təkliflərindən sonra Əbülfəth xan şəhərin qapılarını açıb Kərim xan və Əlimərdan xan ilə ittifaq qurmağı qəbul etdi. Əbülfəth xan Əlimərdan xan və Kərim xan birlikdə Səfəvi sülaləsinin hakimiyətini bərpa etmək üçün 17 yaşındaki Səfəvi şahzadəsi Əbu Turabini nayib olaraq, 29 iyunda şah elan etdilər və ona III İsmayıl adını verdilər. Sonra Əlimərdan xan Vəkil-ü-dövlət ünvanı aldı.Əlimərdan xan hökumət idarəçiliyin başçısı olaraq, Əbülfəth xanı İsfahanın hakimi vəzifəsini və Kərim xana da ordunun sərdarı təyin edildi və ona bölgə xanlıqları fəth etmək vəzifəsi verildi. Ancaq bir neçə ay sonra Kərim xan Kürdüstan bölgəsində bir döyüşdəykən iddialı Əlimərdan xan Əbülfəth xanı öldürdü.
Əsədulla xan Əbülfətzadə
Əsədulla xan Əbülfət xan oğlu Əbülfətzadə (1881-1918) — İran Kazak diviziyasının generalı. == Həyatı == Əsədulla xan Əbülfətzadə əslən Naxçıvanın Kəngərli elinin Şərurlu tayfasından olan mühacir Əbülfət xan Mirpəncin oğludur. II Rusiya-İran müharibəsindən sonra bir çox insanlar kimi onlar da rus dövlətinə tabe olmayaraq İrana mühacirət etdilər. Əsədulla xan əvvəlcə İran Kazak diviziyasının əsgəri olmuş, burada general rütbəsinə qədər yüksəlmişdir. O, Məşrutə inqilabının (1905-1911) ilk dövrlərindən milyonlarla insana qoşularaq Məhəmmədəli şah əleyhinə çıxmış, kazak divizyasından istefa verən hərbçilərdən biri olmuşdur. Ə. Əbülfətzadə 24 iyul 1908-ci ildə Məclis topa tutulan gecə Məşrutə inqilabının fəal mücahidlərindən biri kimi məclisin müdafiəsində iştirak etmişdir. O, bu hadisədən sonra milli-azadlıq hərəkatına qoşulan milyonlardan biri kimi tanınırdı. 1907-ci ildə də mücahidlərin Tehrana daxil olması üçün millətin Tehran və Qəzvinə tərəf hərəkətinin təşkili işində fəal iştirak etmişdir. Ə. Əbülfətzadə Tehran fəth olunduqdan sonra idarə heyəti tərəfindən şahzadə Məsud mirzə Qovanlı-Qacarın yanına göndərilmişdi. İnqilab yatırıldıqdan sonra Avropaya qısamüddətli səfər etmiş Ə. Əbülfətzadə 1912-ci ildə amerikalı Morqan Şusterin əvəzinə baş xəzinədar təyin olunmuş belçikalı Mornard tərəfindən Savucbulaq və Şəhriyara dövlət vergilərini yığmağa göndərilmiş, burada maliyyə işləri ilə məşğul olmuşdur.
Əbülfəs Qarayev
Əbülfəs Mürsəl oğlu Qarayev (13 noyabr 1956, Bakı) — Azərbaycanın keçmiş mədəniyyət naziri. == Həyatı == Qarayev Əbülfəs Mürsəl oğlu 13 noyabr 1956-ci ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirib. 1973–1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb. 1978-ci ildə Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi işləyib. 1980–1985-ci illərdə Azərbaycan LKGİMK-nın təşkilat şöbəsinin təlimatçısı, bölmə müdiri, 1985–1989-cu illərdə Azərbaycan KP Nərimanov rayon komitəsində təşkilat şöbəsinin təlimatçısı, təbliğat şöbəsinin müdiri vəzifələrində çalışıb.1989–1992-ci illərdə — Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasında təhsil alıb (1992-ci ilin yanvar ayında "1918–1930-cu illərdə — Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri" mövzusunda dissertasiya müdafiə edərək "Fəlsəfə elmləri namizədi" elmi dərəcəsi almışdır.1992-ci ildə Rusiya İdarəetmə Akademiyası nəzdində menecerlik və marketinq kurslarında, 1992–1993-cü illərdə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyatşunaslıq kafedrasında Baş müəllim olub.1993–1994-cü illərdə "İMPROTEKS Kommers" kiçik müəssisəsində müdir vəzifələrində çalışıb.1994–2001-ci illərdə Gənclər və İdman naziri, 2001–2006-cı illərdə Gənclər, İdman və Turizm naziri, 2006–2018-ci illərdə Mədəniyyət və Turizm naziri vəzifələrində çalışıb. 2018-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilmişdir. 21 may 2020-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilmişdir. Tələbəlik dövründə müxtəlif seçkili orqanlara seçilmişdir, 1980–1991-ci illərdə Sov.
Əbülfəz Fərəcoğlu
Əbülfəz Fərəcoğlu — Azərbaycanlı rəssam. == Həyatı == Əbülfəz Fərəcoğlu 1956-cı ildə Naxçıvanda anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu biritirb. 1981-1995-ci illərdə Naxçıvan İncəsənət Məktəbində dərs deyib. Əsərləri Türkiyə, Almaniya, Bolqarıstan, Fransa, Rusiya, Ukrayna, Polşa, İran, Yaponiyada nümayiş etdirilib.
Əbülfəz Hüseyni
Hüseyni Əbülfəz Aslan oğlu - şair, tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri namizədi (1968). == Həyatı == Əbülfəz Hüseyni 1925-ci ilin baharında İranın Təbriz şəhərində anadan olmuşdur. Burada orta təhsil almış, fars dilinə və klassik Şərq ədəbiyyatına dərindən bələd olmuşdur. Gənclik dövründən onda şerə maraq oyanmış, ilk şeirlərini yazmışdır. Milli Azadlıq hərəkatına qoşulmuş, Cənubi Azərbaycanda Demokratik hökumətin yaranması və möhkəmlənməsində fədakarcasına çalışmışdır. Lakin demokratik quruluşa qarşı şah ordusunun təcavüzündən sonra təqib olunduğuna görə Şimali Azərbaycanda siyasi sığınacaq tapmışdır (1946). Burada Bakı Tibb texnikumunun stomatologiya şöbəsində təhsil almışdır (1947-1950). Bakı Dövlət Universitetinin filologiya fakültəsinin axşam şöbəsinə daxil olmuşdur. İkinci kursdan əyani şöbəyə dəyişilmiş, oranı müvəfəqqiyyətlə bitirəndən sonra Qaradağ qəsəbə orta məktəbində müəllimlik etmişdir (1954-1957). Sonra Bakıda 160 saylı orta məktəbə dəyişilmişdir (1957).
Əbülfəz Mehdiyev
Əbülfəz Mehdiyev (tam adı: Əbülfəz Bəbir oğlu Mehdiyev; 1 noyabr 1965-ci il, Tarovlu, Qubadlı, Azərbaycan SSR – 30 iyun 1992-ci il, Tarovlu, Qubadlı, Azərbaycan) — Qarabağ müharibəsi şəhidi, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. == Həyatı == === Erkən illəri === Əbülfəz Bəbir oğlu Mehdiyev 1965-ci il noyabrın 1-də Qubadlı rayonunun Tarovlu kəndində anadan olmuşdur. 1971-ci ildə Qubadlı qəsəbəsində orta məktəbin birinci sinfinə daxil olmuşdu. 1979-cu ildə səkkizillik təhsil alandan sonra Şuşa şəhərindəki Musiqi məktəbinə qəbul olmuşdu. 1982-ci ildə musiqi məktəbini müvəffəqiyyətlə başa çatdırandan sonra Qubadlıya qayıtmış və qəsəbə musiqi məktəbində müəllim işləməyə başlamışdı. 1983-cü ildə Əbülfəz sovet ordusu sıralarına çağırılmış və hərbi xidməti qurtardıqdan sonra Vətənə qayıtmış, Qubadlı qəsəbə musiqi məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdi. Əbülfəz Mehdiyev 1987-ci ildə Bakı şəhər Kooperativ Texnikumunun qiyabi şöbəsinə daxil olmuş və 1991-ci ildə texnikumu bitirdikdən sonra rayon İstehlak Cəmiyyəti sistemində işləməyə başlamışdı. Lakin Qarabağ hadisələri, erməni xəyanətkarlığı, daşnakların haqsız iddiaları, onları dəstəkləyənlərin ədalətsizlikləri gənc Əbülfəzin səbrin tükəndirmiş, işdən əl-qolunu soyutmuşdu. ==== Qarabağ müharibəsi və döyüşlərdə iştirakı ==== Əbülfəz Mehdiyev, elə həmin (1987-ci) il Azərbaycanın dilbər guşələrindən sayılan Qubadlı torpaqlarının müdafiəsinə qalxmış və bu məqsədlə xalqımızın qeyrətli oğlu Əliyar Əliyevin başçılıq etdiyi ərazi özünümüdafiə taboruna qəbul edilmişdi. O, az vaxt ərzində istedadlı bir topçu kimi şöhrət qazanmışdı.
Əbülfəz Muxtaroğlu
== Həyatı == Qulıyev Əbülfəz Muxtar oğlu 1939-cu il iyun ayının birində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Zərnətün kəndində anadan olmuşdur. O, orta təhsilini Biçənək kənd yeddiillik məktəbində və Çayşahbuz onbirillik məktəbində almış, 1963-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedoqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Azərbaycan dili və ədəbiyyat ixtisasına qəbul olmuş, 1967-ci ildə təhsilini başa vurmuşdur. == Pedaqoji və elmi fəaliyyəti == 1971-ci ilədək Şahbuz rayon Aşağı Qışlaq kənd orta məktəbində ixtisası üzrə müəllim işləmiş, 1972-ci ildə müsabiqə yolu ilə V.İ.Lenin adına APİ-nun Naxçıvan filialına müəllim keçmişdir.Azərbaycan SSR EA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dialektolojiya şöbəsinin dissertantı olmuş,”Azərbaycan dilinin Şahbuz şivələrinin leksikası”mövzusunda namizədlik işi müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Haliyədə Ə.Muxtaroğlu Naxçıvan Dövlət Universitetinin ”Azərbaycan dilçiliyi” və Naxçıvan Müəllimlər İnstitutunun ”Dillər və ədəbiyyat” kafedralarının dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ailəlidir, 3 oğul bir qız atası, 8 nəvə babasıdır. == Əsərləri == Bir möhürbənd bəsimdir (şeirlər). Bakı: Təhsil, 199 İkinci görüş (şeirlər) Bakı: Nurlan, 2003 Şahbuzlu şəhidlər(publisist yazılar). Bakı: Şirvannəşr, 2009 (S.Rzazadə ilə birlikdə) El məhəbbəti (almanax.”M.Araz”ədəbi birliyinin Ulu öndər H.Əliyevə həsr etdikləri şeirlər,Öndər haqqında xatirələr və Öndərin Şahbuzla bağlı şəkilləri). Bakı: Şirvannəşr, 2009 (S.Rzazadə ilə birlikdə) Zorbulağın zümzüməsi (almanax”M.Araz”ədəbi birliyinin üzvlərinin şeirləri) Bakı: Nurlan, 2003 Azərbaycan dilinin Şahbuz şivələrinin leksikası. Arxivləşdirilib 2021-05-08 at the Wayback Machine(monoqrafiya) Bakı: Elm və təhsil, 2013 Deyimlərim,yorumlarım (1-hissə, Haqqımda deyilənlər).
Əbülfəz Məmmədov
Əbülfəz Qarayev
Əbülfəz Fərəc oğlu Qarayev (20 aprel 1885, Bakı – 25 oktyabr 1952) — əməkdar elm xadimi, Azərbaycanda dövrünün ən öncül uşaq həkimi. == Həyatı == Əbülfəz Fərəc oğlu Qarayev 1885-ci il aprel ayının 20-də Bakı şəhərində anadan olmuşdur. O, 1896-cı ildə Bakı gimnaziyasına daxil olmuş, 1907-ci ildə oranı bitirmişdir. Gimnaziyanı bitirdikdən sonra o, Odessa şəhərində Novorossiysk Universitetinin tibb fakültəsinə daxil olmuşdur. 1912-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirən Əbülfəz Qarayev savadlı məzun kimi universitetdə saxlanılmışdır. Uşaq Xəstəlikləri Klinikasında iki il ordinator kimi çalışan Əbülfəz Qarayev 1915-ci ildə Bakıya qayıtmışdır. O, 1917–1918-ci illərədək, yəni Oktyabr inqilabı və Azərbaycan Demokratik Respublikası qurulanadək həm diaqnost, daha sonralar isə həm də nəzəriyyəçi kimi böyük ad-san qazanmışdı. İlk azərbaycanlı pediatr olan Əbülfəz Qarayev Azərbaycanda ana və uşaqların sağlamlığının mühafizə sisteminin yaradıcısıdır. O, Respublika Uşaq Xəstəxanasının təşkilatçılarından biridir. 1930-cu ildən Əbülfəz Qarayevin praktiki, elmi və pedaqoji fəaliyyəti N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu ilə bağlıdır.
Əbülfəz Qasımov
Əbülfəz Cəbrayıl oğlu Qasımov (ədəbi təxəllüsü: Əbülfəz Bərəkət; 20 dekabr 1931, Ordubad, Naxçıvan MSSR) — publisist, dramaturq, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru (1970), professor (1971), Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, Əməkdar elm xadimi (1987), "Qızıl qələm" mükafatı laureatı (2000). == Həyatı == Əbülfəz Qasımov 1931-ci il dekabrın 20-də Naxçıvan MR-nin Ordubad şəhərində anadan olmuşdur. Burada orta məktəbin yeddinci sinfini bitirmiş, Ordubad Pedaqoji texnikumunda təhsilini davam etdirmişdir (1943–1947). Naxçıvan kolxoz məktəbini bitirdikdən sonra Ordubad rayon Kənd Təsərrüfatı şöbəsində zootexnik vəzifəsində işləmişdir (1947–1949). Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun plan-iqtisad fakültəsində təhsil almış (1949–1953), SSRİ EA İqtisadiyyat İnstitutunda aspirant (1953–1956), elmi işçi (1956–1959) olmuşdur. 18 mart 1957-ci ildə Moskvada SSRİ EA-nın İqtisad İnstitutunun Elmi Şurasında "Mil-Mugan düzənliklərinin təsərrüfatlarında heyvandarlığın iqtisadiyyatı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Dissertasiyanın rəhbəri V.Q.Venjer olmuşdur. Elmlər namizədi alimlik dərəcəsini aldıqdan sonra Bakıya qayıtmış, indiki Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. Azərbaycan Ali Partiya Məktəbinin iqtisadiyyat kafedrasına dəvət olunmuş, burada dosent işləmişdir (1959–1967). Sonra kənd təsərrüfatı kafedrasına müdir seçilmişdir (1967–1984).
Əbülfəz Quliyev
Quliyev Əbülfəz Aman oğlu (27 mart 1950, Naxçıvan) — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, filologiya elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Əbülfəz Quliyev 27 mart 1950-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 1966-cı ildə Naxçıvan şəhərindəki 7 saylı onillik orta məktəbi qurtarıb, həmin il Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dil-ədəbiyyat ixtisasına qəbul olub, 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək təyinat üzrə Naxçıvana gəlmişdir. Bir il şəhər 1 saylı orta məktəbdə müəllim işləmiş, 1972-ci ildə yeni yaradılan Naxçıvan Elm Mərkəzinə kiçik elmi işçi olaraq qəbul olunmuşdur. == Əsas elmi nailiyyətləri == Qədim türk Orxon-Yenisey yazılı abidələrinin Azərbaycanda əsas tədqiqatçılarından biridir. Bu sahəyə aid onlarla monoqrafiyası nəşr olunmuşdur. Orta əsrlər ümumtürk ədəbiyyatının öyrənilməsinə aid, Naxçıvan dialekt və şivələrinin tədqiqinə aid sanballı əsərləri vardır. == Əsas elmi əsərləri == Orxon-Yenisey abidələrində felin təsriflənməyən formaları, Bakı: Elm, 1997, 165 s. Əski türk yazılı abidələri müntəxəbatı, Bakı: BDU nəşri, 1993, 290 s.
Əbülfəz Rəcəbli
Əbülfəz Rəcəbli (tam adı: Əbülfəz Əjdər oğlu Rəcəbli) — Talış əsilli Azərbaycan alimi; türkoloq; ümumi dilçi; filologiya elmləri doktoru; professor; Əməkdar müəllim. == Həyatı == Əbülfəz Əjdər oğlu Rəcəbli 1936-cı il mayın 6-da Lənkəran şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirmişdir. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1959-cu ildə filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1971-ci ildə isə ikinci institutu – Azərbaycan Dövlət Pedaqoji Dillər institutunun ingilis dili fakültəsini bitirmişdir. 1985-ci ildə isə Markizm-leninizm universiteti ideoloji kadrlar fakültəsinin beynəlxalq münasibətlər şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-1963-cü illərdə nəşriyyatlarda əvvəlcə korrektor, sonra redaktor işləmişdir. 1963-cü ildə BDU-nun aspiranturasına daxil olmuş və Qırğızıstan EA-ya ezam edilmişdir. 1967-ci ilin dekabrında “Qədim türk yazısı Orxon-Yenisey abidələrinin dili. Morfologiya” mövzusunda namizədlik, 1978-ci ilin martında “Orxon-Yenisey abidələri dilində felyaratma” mövzusunda doktorluq dissertasiya müdafiə etmişdir.
Əbülfəz Rəhmətov
Əbülfəz Hüseynverdi oğlu Rəhmətov (3 iyul 1989, Ambu, Lerik rayonu – 16 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Əbülfəz Rəhmətov 3 iyul 1989-cu ildə Lerik rayonunun Ambu kəndində anadan olmuşdur. O, 2006-cı ildə Lerik rayonunun Kitabəli Həmidov adına Ambu kənd tam orta məktəbini müvəffəqiyyətlə bitirərək həmin ildə də Heydər Əliyev adına Ali Hərbi məktəbinə qəbul olmuşdur. 2010-cu ildə Ali Hərbi məktəbini bitirib leytenant hərbi rütbəsi almış və həmin ildən başlayaraq hərbi xidmətini davam etmişdir. Kapitan Əbülfəz Rəhmətov müxtəlif hərbi hissələrdə taqım komandiri vəzifəsindən başlamış tabor komandiri vəzifəsinə qədər yüksəlmiş və peşəkar, təcrübəli zabit kimi Azərbaycan Ordusunda xidmət etmişdir. Hərbi xidmət müddətində kapitan Əbülfəz Rəhmətov Dördgünlük müharibədə iştirak etmişdir. Həmçinin, 2020-ci ilin Tovuz döyüşlərində general-mayor Polad Həşimov ilə bir sırada döyüşmüşdür === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun kapitanı olan Əbülfəz Rəhmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı və motoatıcı taborun qərargah rəisi kimi iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 16 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir.
Əbülfəz Soltanov
Əbülfəz Ağasoltan oğlu Soltanov (24 sentyabr 1962) — Tibb elmləri doktoru, professor, Onkoloq-Torakal cərrah. == Həyatı == Əbülfəz Soltanov 24 sentyabr 1962-ci il tarixində anadan olmuşdur. 1980–1985-ci ildə Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika fakültəsini bitirmişdir. 1988–1991-ci ildə SSRİ T.E.A. Ümumittifaq onkoloji elmi mərkəzinin torakal onkologiya şöbəsində məqsədli aspirantura. == Fəaliyyəti == === Elmi fəaliyyəti === Soltanov Ə.A. klinik onkologiya üzrə yüksək ixtisaslı mütəxəssisdir. 1991-ci ildə "Ağciyər xərçənginin cərrahi müalicəsinin çətinliklərı, səhvləri və fəsadları" mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 2012-ci ildə "Ağciyər xərçənginin Azərbaycan Respublikasında yayılmasının epidemioloji xüsusiyyətləri" mövzusunda tibb elmləri doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işini müdafiə etmişdir. 170 dən çox elmi işi çap olunmuşdur. Bunlardan 1-i monoqrafiyadır. Soltanov Ə.A. rəhbərliyi altında bir sıra elmi tədqiqatlar icra olunmuşdur.
Əbülfəz Süleymanov
Əbülfəz Süleymanov — sosiologiya elmləri doktoru, professor, Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdiri. == Həyatı == Süleymanov Əbülfəz Davud oğlu 17 yanvar 1975-cı ildə Ucar rayonunda anadan olmuşdur. == Təhsili == 1991-ci ildə Ucar şəhər 2 nömrəli orta məktəbi bitirdikdən sonra dövlət xətti ilə Türkiyənin İstanbul Universitetinin sosiologiya bölməsinə qəbul olmuşdur. 1995-ci ildə bakalavr təhsilini müvəffəqiyyətlə tamamlayaraq İstanbul Universitetinin Sosial Elmlər İnstitutu sosiologiya ixtisasi üzrə magistraturaya qəbul olmuş və 1998-ci ildə "Azərbaycanın Orta Məktəblərində Tarix Tədrisində Sovet İdeologiyasının Təsiri (1980–1991)" mövzusunda elmi işini müdafiə edərək maqistr dərəcəsini qazanmışdır. 1998-ci ildə İstanbul Universiteti Sosial Elmlər İnstitutunun sosiologiya ixtisası üzrə doktoranturasına qəbul olmuş və 2003-cü ildə "Azərbaycanın Yaxın Tarixində Milli Kimlik Axtarışları" mövzusunda dissertasiya işini müdafiə edərək sosiologiya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. == Elmi fəaliyyəti == Türkiyədə təhsilini başa vurduqdan sonra vətənə dönərək elmi fəlaiyyətini davam etdirmişdir. 2003–2012 ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya instutunda aparıcı elmi işçi vəzifəsində çalışmış, ölkəmizin ali təhsil müəssisələrində sosiologiya fənnini tədris etmişdir. 2003-ci ildə təsis olunan Azərbaycan Sosioloqlar Birliyini içraçı direktoru, 2008-ci ildən Aktual Elmi-Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri vəzifəsində çalışmışdır. 2012-ci ildə Türkiyədə dosentlik elmi rütbəsini qazandıqdan sonra Türkiyənin Üsküdar Universitetinə dəvət almış və hal hazırda bu universitetdə sosiologiya kafedrasının müdiri vəzifəsində çalışmaqdadır. Süleymanov Əbülfəz Davud oğluna 2017-ci ildə Üsküdar Universitetinin Böyük Elmi Şurasının qərarı ilə professor elmi adı verilmişdir.
Əbülfəz Əliyev
Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev; 24 iyun 1938, Kələki – 22 avqust 2000, Ankara) — Azərbaycan dövlət, siyasi və ictimai xadimi, dissidenti, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992–1993). == Həyatı == Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.Tulunilər dövləti (868–905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). ADU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968–1975). 1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.