fars. çellə
1. Doğuşdan, toydan və ya ölümdən keçən qırxgünlük müddət.
2. Qışın böyük və kiçik çillədən ibarət ilk iki ayı (60 gün).
Yalan olmaz mən fəqirin sözündə,
Qışın çilləsində, bahar yazında.
Əyləşdim viran Qarsın düzündə,
Baş götürüb Qeysər deyə gedirəm.
(“Qulam Kəmtər”)
çillə2
fars. çellə
Yay-oxun kirişi.
Prof. B.Əhmədov “Etimologiya lüğəti”ndə yazır: Görünür, kiriş 40 sapdan (ipdən) eşilmiş olub (çillə 40 deməkdir):
Şahzadə Bəhrəm irəli yeridi. Oxunu çilləyə qoydu. Kəkliyə bir ox atdı. Bəhrəmin oxu da kəkliyə dəymədi... Acıqlı-acıqlı üçüncü oxunu çilləyə mindirib atdı. Bu ox da dəymədi. (“Şahzadə Bəhrəm”)
*
Nəzər salıb qara daşı dindirən,
Hökm ilə ay ilə günü döndərən,
On dörd oxu bir çilləyə mindirən,
Kimin vardır kamandarı təkhatək?
(“Şahzadə Əbülfəz”)