Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əl-Əhram
"Əl-Əhram" (ərəb. الأهرام‎; azərb. Piramidalar‎) — Misirin paytaxtı Qahirədə nəşr olunan gündəlik qəzet. Qəzet 1875-ci ildə Livanlı iki xristian qardaş – Salim və Bişara Takla tərəfindən yaradılmışdır. 1881-ci ildən sonra gündəlik nəşrə keçmişdir. 29 yanvar 2015-ci ildə naməlum silahlılar Əl-Əriş şəhərindəki qəzetinin regional bürosuna hücum edərək 6 nəfəri qətlə yetirmişdir.
Ehram
Piramida (yunanca πυραμίς pyramis) və ya ehram — təqribən həndəsi piramida ilə oxşar quruluşa malik, yerüstü səthi üçtərəfli olub və tərəfləri təpədə bir nöqtədə birləşən üçbucaq formalı tikilidir. Ehramın bünövrəsi üçbucaq, dördbucaq və ya istənilən digər çoxbucaqlı formasında ola bilər. Belə ki, ehramın ən azı 3 yerüstü üçbucaq səthi (bünövrə ilə birlikdə isə ən azı 4 üzü) var. Dördbucaq bünövrəyə və 4 üçbucaq yerüstü səthə malik ehram forması piramidanın bizə məlum olan ən məşhur variantıdır. Ehramların inşasında zəminə daha yaxın olan hissədə əsas kütlənin cəmlənməsi və üst hissədə piramidaının yerləşməsi onu göstərir ki, ehram üzərində nə qədər az material olarsa yuxarıdan olan təzyiq də o qədər çox olacaqdır. Materialın kütləsinin bu formada bölüşdürülməsi erkən sivilizasiyalara davamlı sanballı tikililər inşa etmək üçün əlverişli şərait yaratmışdır. Dünyanın bir çox hissələrindən olan sivilizasiyalar ehramların inşası ilə məşğul olmuşlar. Min illər boyu yer üzərində ən böyük tikililər ehramlar olmuşdur. Bunlara Misirdə Dəşur nekropolundakı Qırmızı Ehram və Dünyanın 7 qədim möcüzəsindən biri olan Böyük Küfü ehramını nümunə göstərmək olar. Küfü ehramının inşasında əsasən sal qayadan (bəzi daxili hissələrində geniş qırmızı qranit daşlardan) istifadə olunub və bu tikili gözəl memarlıq nümunəsi hesab olunur.
Bəhram
Bəhram, bəzən Bəhrəm — Kişi adı. I Bəhram — Sasani şahənşahı. II Bəhram — Sasani şahənşahı. Bəhram Gur — Sasani şahənşahı. Bəhram bəy — Şirvanşahlar dövlətinin otuz yeddinci hökmdarı, Bəhram Çələbi — Azərbaycan yazıçısı. Bəhram Əfşar — İran televiziyasının xəbər ankeri. Bəhram Bağırzadə — tanınmış Azərbaycan aktyoru, şoumen, naşir. Bəhram Mansurov — tarzən, Azərbaycanın xalq artisti. Bəhram Osmanov — Azərbaycan teatr rejissoru, aktyor.
Həram
Məscidül-Həram — Məkkə şəhərində məscid. Həram (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
İhram
İhram (ərəb. إحرام‎‎ — həsr etmək) — həcc ziyarətini həyata keçirən zəvvarın xüsusi mənəvi paklıq vəziyyətidir. Bunun üçün qüsl almaq (bədəni tamamilə yumaq), xüsusi geyim geyinmək və ihramın qaydalarına riayət etmək tələb olunur. İhram vəziyyətində ticarətlə və digər dünyəvi işlər məşğul olmaq; cinsi əlaqəyə girmək, kəbinə girmək, əsəbləşmək və kimisə incitmək; canlılara ziyan vurmaq (heyvanları və həşəratları öldürmək, otu və ya yarpaqları qopartmaq və s.) üz qırmaq, baş qırxdırmaq, dırnaq kəsmək, ətirdən istifadə etmək, zinət əşyaları taxmaq və siqaret çəkmək qadağandır. Qadınlar qüsl aldıqdan sonra enli ağ paltar geyinir, başlarını ötrürlər (yalnız sifət, əl və ayağın daban hissəsi görünə bilər). Kişilər iki sadə ağ örtük geyinirlər: biri baldırdan qıça qədər olan hissəni ötrür, digəri isə sağ çiyinin üzərinə atılır. Bu geyimlər zəvvarların niyyətlərinin paklığını və onların allah qarşısında bərabər olmasına işarədir. Zəvvarlar ihram geyimlərini Kəbədən 4 kilometr aralıda yerləşən mikat adlı yerdə geyinirlər. Müasir dövrümüzdə zəvvarların əksəriyyti ihram geyimini artıq təyyarə enişə başlayanda geyinirlər. Али-заде, А. А. Ихрам Arxivləşdirilib 2014-08-13 at the Wayback Machine // Исламский энциклопедический словарь.
Əhrar
Əhrar Partiyası (Osmanlı) — 1908-1910-cu illərdə mövcud olmuş Osmanlı partiyası
Əhrəm
Əhrəm — İranın Buşehr ostanının şəhərlərindən və Təngistan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,182 nəfər və 2,710 ailədən ibarət idi.
Əhkam
Əhkam — Məsuliyyət yaşı olaraq təyin olunan həddi-büluğa çatmış hər bir ağıllı müsəlmanın edə biləcəyi hərəkətlərlə bağlı dini etiket və ya təsnifatı ifadə edən termindir. Etiketlər 8-ə bölünür. Bu 8 sinifdən ilk 5-in edilməsi; son 3 hərəkət edilməməsi lazım olan hərəkətlərdir. Bu mövzuda işlədilən digər ifadələr arasında “əmr” ciddi şəkildə icra edilməsi əmr edilənlər üçün, “qadağan” isə qəti şəkildə edilməməsi tələb olunan hərəkətlər üçün işlədilir. Fiqhdə insan davranışı müxtəlif kateqoriyalara bölünür. Fərz (mütləq zərurəti ifadə edən əməl və ibadət), Vacib (zəruri, daha aşağı dərəcədə mükəlləfiyyət), sünnə, müstəhəb (bəyənilən əməllər), halal, məkruh (çirkin hesab edilən; çox çirkin, təhrimi məkruh, az çirkin, tənzihi məkruh) haram (qəti qadağandır). Bu hərəkətlərin klassik şəriət anlayışında maddi və ya mənəvi ekvivalentləri var. Fərz, vacib və sünnə sayılan əməlləri tərk etmək, məkruh və haram sayılan işləri yerinə yetirməyə görə cəzalar verilir (had və ya tazir cəzaları). Bu gün insanların bu təsnifat əsasında etiketlənməsi və cəzalandırılması fundamental insan hüquqlarının ciddi şəkildə pozulmasını kimi nəzərdə tutur. Fərz - Allahın Quranda açıq və aydın şəkildə ifadə etdiyi sözlərdir.
Ehram Məcidov
Təkbirətul-ehram
Təkbirətül-ehram - namazın vacib hissələrindən biri, eləcə də namazın rüknüdür. Hər namazın əvvəlində "Allahu əkbər" demək vacib və rükndür. "Allah" kəlməsinin və "əkbər" kəlməsini hərflərini və iki–"Allah" və "əkbər" kəlmələrini ardıcıl və ərəb dilində səhih deməlidir. Deməli bir kəs bunları ərəbcə səhv desə, yaxud tərcümələrini desə, səhih deyil. Ehtiyat budur ki, namazın təkbirətül-ehramı ondan əvvəl deyilən hissələrə (iqaməyə, yaxud təkbirətül-ehramdan əvvəl oxunan duaya) birləşdirilməsin. Əgər namaz qılan "Allahu əkbər" kəlməsini ondan sonra oxuduğu kəlməyə (məsələn "bismillahir-rəhmanir-rəhim"ə) birləşdirmək istəsə, gərək "əkbər" kəlməsinin rey hərfinə zəmmə versin (yəni "Allahu əkbəru bismilləhir-rahmənir-rahim" desin). Təkbirətul-ehram deyən vaxt bədən aram olmalıdır. Əgər bir kəs təkbirətül-ehramı qəsdən hərəkət halında desə batildir. Həmçinin səhvən hərəkət etsə, ehtiyat-vacibə görə gərək namazı batil edən hər hansı əməl edib sonra yenidən təkbir desin. Təkbir, Həmd, Surə, zikr və dua elə oxunmalıdır ki, şəxsin özü eşitsin.
Həram (Meşkinşəhr)
Həram (fars. حرم علياوحرم سفلي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 29 nəfər yaşayır (7 ailə).
II Bəhram
II Bəhram — 276–293 illər arasında Sasani dövlətinin şahı. I Bəhramın (273–276) oğludur.
I Bəhram
I Bəhram (h.: 273–276) — Sasani dövlətinin dördüncü hökmdarıydı. Sadəcə bir il taxtda qalan qardaşı I Hörmüzdən (272–273) sonra şah oldu.
Məscidül-Həram
Məscidül-Həram (ərəb. المسجد الحرام‎) — Məkkə şəhərində məscid. Kəbəni daxilinə alan və "Hörmətli Məscid" mənasını verən bu "Məscidül-Həram" ifadəsi Quranda 16 yerdə işlənib. Kəbə İbrahim və İsmail peyğəmbərdən sonra bir çox dəyişikliklərə uğramışdır. Ayrı-ayrı dönəmlərdə qismən genişləndirilərək indiki duruma gəlib çıxmışdır. Hazırda Məscidül-Həramın sahəsi 361.000 m2-dır. Ümrə və həcc ziyarətinin rüknü olan səy əməlinin icra olunduğu Səfa və Mərva təpələri də bu məscidin ərazisindədir.
Məscidül Həram
Məscidül-Həram (ərəb. المسجد الحرام‎) — Məkkə şəhərində məscid. Kəbəni daxilinə alan və "Hörmətli Məscid" mənasını verən bu "Məscidül-Həram" ifadəsi Quranda 16 yerdə işlənib. Kəbə İbrahim və İsmail peyğəmbərdən sonra bir çox dəyişikliklərə uğramışdır. Ayrı-ayrı dönəmlərdə qismən genişləndirilərək indiki duruma gəlib çıxmışdır. Hazırda Məscidül-Həramın sahəsi 361.000 m2-dır. Ümrə və həcc ziyarətinin rüknü olan səy əməlinin icra olunduğu Səfa və Mərva təpələri də bu məscidin ərazisindədir.
Nihad Bəhram
Nihad Bəhram (18 noyabr 1946, Qars, Qars ili), Türk şairi, yazar və qəzetçi. Əsl adı Mustafa Nihad Bəhramoğludur. Evli olan Nihadın Mavi adında bir qız övladı vardır. Qəzetçilik üzrə ali təhsil almışdır. İlk şeiri 1967-ci ildə dərc olunmuşdur. Qəzetçilik həyatına 1970-ci ilin Mart ayında başlamış və "Xalqın Dostları" dərgisindəki Aprel, 1971-ci il tarixli 13-cü sayından etibarən yazı işlərindən məsul olmuşdur. 1975-ci ildə qardaşı Ataol Bəhramoğlu ilə birlikdə Militan dərgisini buraxmışdır. 1972-ci ildə nəşr etdiyi ilk şeir kitabı "Həyatımız Üstünə Şeirlər"ə qadağa qoyulmuş və yazılarına görə 12 Mart tarixində hərbi həbsxanasında iki il azadlıqdan məhrum olmuşduru. Həpsxanadan çıxdıqdan sonra bir müddət qəzetçiliklə məşğul oldu. Vətən qəzetində ələ aldığı Dəniz Gəzmiş, Yusif Aslan və Hüseyn İnanın həyat və mücadilələrindən bəhs edən yazıları "Darağacında Üç Fidan" adı altında kitablaşdırıldı.
Suk-Əhras
Suk-Əhras (ərəb. سوق أهراس‎) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Toponim iki sözün birləşməsindən yaranmışdır. Ərəb dilində "suk" bazar, bərbər dilində "əhra" (cəmdə "əhras") şir deməkdir. Şəhər vilayətin şimal-qərb hissəsində, Ores massivinin dağlıq ərazisində, dəniz səviyyəsindən 699 metr yüksəklikdə yerləşir. Suk-Əhras ölkənin paytaxtı Əlcəzairdən təxminən 440 kilometr şərq-cənub-şərqdə yerləşir. 2008-ci ilin siyahıyaalınmasına əsasən əhalinin sayı 155,259 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: Əhalinin etnik tərkibində bərbərlər üstünlük təşkil edir. Ən yaxın hava limanı Ənnabə şəhərində yerləşir.
V Bəhram
V Bəhram (pəhl. 𐭥𐭫𐭧𐭫𐭠𐭭 Uəhrām, fars. بهرام پنجم‎ Bəhrām) və ya Bəhram Gur (406 – 438, Midiya) — 15-ci Sasani şahənşahı. 420-438-ci illərdə 21 il hakimiyyətdə olmuşdur.
Xacə Əhrar
Nasirəddin Ubeydullah ibn Mahmud Şaşi Xacə Əhrar kimi tanınır (aprel 1404 və ya 1404, Turan və ya Daşkənd – 21 fevral 1490 və ya 1489, Səmərqənd) — Mavərənnəhrin böyük sufisi, Nəqşibəndiyyə şeyxi. Ubeydullah ibn Mahmud 1404-cü ildə Şaş vilayətinin Bağıstan kəndində doğulmuşdu. Nəqşibəndi ənənəsində Xacə-i Əhrar deyə tanınır. Uşaqlığında həm məktəbə davam etdi, həm də əkinçiliklə məşğul olan atasına yardımçı oldu. İyirmi iki yaşına gəldiyində dayısı Xacə İbrahim onu elm təhsili üçün Səmərqəndə gətirdü. Burada bir müddət Mövlanə Qütbəddin Sədr mədrəsəsinə davam etdiysə də təsəvvüfə duyduğu meyil səbəbiylə mədrəsə təhsilini başa çatdıra bilmədi. Bu dönəmdə tanış olduğu Nəqşibəndi şeyxi Sa‘dəddin-i Qaşqari ilə birlikdə Nizaməddin Xamuşun söhbətlərinə qatıldı. Səmərqənddə iki illik iqamətinin ilk ilində Mavəraünəhirin müxtəlif şəhərlərini dolaşıb, Nəqşibəndiyyə təriqətinin öndə gələn şeyxlərini ziyarət etdi. Ertəsi il Heratdan Səmərqəndə gələn və Şah Qasım Ənvar deyə məşhur olan Səfəvi şeyxi Seyyid Muinəddin Əli Təbrizinin söhbətlərindən faydalandı. Daha sonra Səmərqənddən ayrılıb Herata getdi.
Əkram Abdullayev
Ubeydullah Əhrar
Nasirəddin Ubeydullah ibn Mahmud Şaşi Xacə Əhrar kimi tanınır (aprel 1404 və ya 1404, Turan və ya Daşkənd – 21 fevral 1490 və ya 1489, Səmərqənd) — Mavərənnəhrin böyük sufisi, Nəqşibəndiyyə şeyxi. Ubeydullah ibn Mahmud 1404-cü ildə Şaş vilayətinin Bağıstan kəndində doğulmuşdu. Nəqşibəndi ənənəsində Xacə-i Əhrar deyə tanınır. Uşaqlığında həm məktəbə davam etdi, həm də əkinçiliklə məşğul olan atasına yardımçı oldu. İyirmi iki yaşına gəldiyində dayısı Xacə İbrahim onu elm təhsili üçün Səmərqəndə gətirdü. Burada bir müddət Mövlanə Qütbəddin Sədr mədrəsəsinə davam etdiysə də təsəvvüfə duyduğu meyil səbəbiylə mədrəsə təhsilini başa çatdıra bilmədi. Bu dönəmdə tanış olduğu Nəqşibəndi şeyxi Sa‘dəddin-i Qaşqari ilə birlikdə Nizaməddin Xamuşun söhbətlərinə qatıldı. Səmərqənddə iki illik iqamətinin ilk ilində Mavəraünəhirin müxtəlif şəhərlərini dolaşıb, Nəqşibəndiyyə təriqətinin öndə gələn şeyxlərini ziyarət etdi. Ertəsi il Heratdan Səmərqəndə gələn və Şah Qasım Ənvar deyə məşhur olan Səfəvi şeyxi Seyyid Muinəddin Əli Təbrizinin söhbətlərindən faydalandı. Daha sonra Səmərqənddən ayrılıb Herata getdi.
Əhrab (Təbriz)
Əhrab — Təbriz şəhərinin mərkəz hissəsinin tarixi və qədim bələdiyyə məhəllələrindən biri. Təbrizin tarixi binalarından olan Şirkət binası bu məhəllədə yerləşir. Mahmud Şatiryan (1944-2006) - məşhur tarzən və musiqişünas. 1944-cü ildə Təbriz şəhərinin Əhrab məhəlləsində anadan olmuşdur. Nəsrullah Medqalçı (d. 1944 29 sentyabr) - dublyaj aktyorudur. 1944-ü ildə Təbriz şəhərinin Əhrab məhəlləsində anadan olmuşdur. Hüseyn Xundəl - əsasən Azərbaycan dilində şerlər yazan şairdir. Əhrab məhəlləsində anadan olmuşdur.
Əhrar Firqəsi
Əhrar Partiyası (Osmanlı) — 1908-1910-cu illərdə mövcud olmuş Osmanlı partiyası
Əhrar Partiyası
Əhrar Partiyası (Osmanlı) — 1908-1910-cu illərdə mövcud olmuş Osmanlı partiyası
Əhrar fraksiyası
Mehram (Heris)
Mehram (fars. مهرام‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 21 nəfər yaşayır (5 ailə).
Sexemxet ehramı
Xaba ehramı
Xaba ehramı, Pilləli ehram (ərəb. الهرم المدور‎‎ - il-haram il-midawwar və ya "dairəvi ehram", bəzən onu "qatlı ehram" da adlandırılar) - Sakkara şəhərinin bir neçə mil aralıqda Qize istiqamətində yerləşir. Günümüzə demək olar ki, tam dağılmış şəkildə gəlib çatmışdır. Ehram haqqında ilk məlumatlara 1839 ildə ing. John Shae Perring malik olmuşdur. Eyni zamanda ehram Karl Rixard Lepsiusun ehramlar siyahısında XIV nömrədə öz əksini tapmışdır.
Xefren ehramı
Xefren ya da Xafra, Misirin paytaxtı Qahirədə, Giza bölgəsində yerləşən edən bir ehram. Ehramın hündürlüyü 143,5 metr, mailliyi 53,2 dərəcədir. Firon Kefrenin oğulu Mikerinos tərəfinən tikilməsi güman edilir. Ən əhəmiyyətli xüsusiyyəti onun ən üst hissəsindəki qoruyucu örtmələrinin pozulmadan günümüzə qədər gəlməsidir. Ən üstündəki daş 36 tondur və bu daşın ora necə qoyulduğu hələ də müəyyən edilməmişdir. Xeops ehramı ilə müqayisədə daha kiçik olmasına baxmayaraq yüksək bir zəminə oturdulduğundan daha böyük görünür. Ehramın alt qatında hökmdar və üst qatında isə hökmdarın arvadına məxsus otaq yerləşir.
Xeops Ehramı
Xeops ehramı — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılırdı. Piramidaların daşları təxminən 2 ton ağırlığında olduğu hesab edilir və bu möhtəşəm piramidaları keçmişdə tikmək çətin olduğu üçün piramidaları "Dünyanın yeddi möcüzəsi"ndən biri kimi qələmə almışlar. Xeops ehramının tikintisinə hər biri 2,5 ton olan 2 300 000 ədəd daş sərf olunmuşdur. İlk piramida firon Coserə məxsus olmuşdur. Həmin piramidanın hündürlüyü 60 metr olmuşdur. Ən hündür piramida isə firon Xeopsa aid olmuşdur. Bu piramidanın hündürlüyü isə 147 metrdir. Herodotun verdiyi məlumata görə Xeops ehramı 20 ilə tikilmişdir. Ehramın tikintisinə firon yaşıyan zaman başlanılırdı. Ehramların ətrafında əyanlar dəfn olunurdular.