Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əlçim
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
Əlçi bəy
Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev; 24 iyun 1938, Kələki, Ordubad rayonu – 22 avqust 2000, Ankara) — Azərbaycan dövlət, siyasi və ictimai xadimi, dissidenti, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992–1993). Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.Tulunilər dövləti (868–905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). ADU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968–1975). 1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.
Sabir Əlim Xəliloğlu
Sabir Əlim Xəliloğlu (tam adı: Sabir Xəlil oğlu Əliyev; 15 may 1935, Qaracalar, Gürcüstan SSR, ZSFSR, SSRİ – 14 may 2007, Tbilisi) — şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. Sabir Xəlil oğlu Əliyev 1935-ci il mayın 15-də Gürcüstanın Qarayazı rayonunun (indiki Qardabani bələdiyyəsi) Qaracalar kəndində anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Universitetində filologiya fakültəsinin dil və ədəbiyyat şöbəsinə daxil olub. 1960-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1961–1962-ci illərdə ikinci dəfə ADU-nun şərqşünaslıq fəkültəsində təhsil alıb, oranın ərəb tərcüməçiliyi şöbəsini də fərqlənmə diplomu ilə bitirib. 7 ildən artıq (1960-cı ilin sentyabrından 1967-ci ilin dekabrına kimi) Azərbaycan SSR Elmələr Akademiyasının Nizami adına Ədəbiyyat və Dil İnstitutunda kiçik elmi işçi olub. 1966-cı ildə "Klassik Azərbaycan şeirinin şəkilləri" mövzusunda namizədlik, 1990-cı ildə isə "Füzulinin ədəbi-nəzəri görüşləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1967-ci ildən ömrünün axırına kimi Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutunda (daha sonra Universitet) işləyib, Azərbaycan ədəbiyyatı kafedrasının professoru olub. 2007-ci il mayın 14-də dünyasını dəyişib. Doğma kəndi Qaracalarda dəfn olunub.
Elçin
Elçin — kişi adı, Türkiyədə qadın adı. Elçin Əfəndiyev — Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycanın xalq yazıçısı Elçin Səfərli — azərbaycanlı yazıçı, jurnalist. Elçin İsağa oğlu Quliyev — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Musa oğlu Quliyev — kinorejissor, ssenari müəllifi. Elçin İbrahim oğlu Quliyev — 24 dekabr 1998-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmiş hərbçi. Elçin Quliyev — Azərbaycan Milli Məclisinin V çağırış deputatı. Elçin Əliyev (dosent) — Elçin Qafarlı — Elçin Sultanov — Elçin Zeynalov (idmançı) — Elçin Cəfərov (idman xadimi) — Elçin Hüseynov (alim) — Elçin Əliməmmədov — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, Vətən müharibəsinin şəhidi. Elçin Əhmədov (kiçik gizir) Elçin Əliyev (əsgər, 1995) — Vətən müharibəsi şəhidi. Elçin Əliyev (əsgər, 1997) — Vətən müharibəsi şəhidi.
Elçi
Elçi bu mənaları ifadə edə bilər: Elçi — oğlan yaxud onun yaxınları tərəfindən qızı istəmək üçün onun evinə göndərilən şəxs və ya şəxslər. Səfir və ya elçi — xarici dövlətdə və ya beynəlxalq təşkilatda dövlətin yüksək dərəcəli diplomatik nümayəndəsi.
Elçin (ad)
Elçin — kişi adı, Türkiyədə qadın adı. Elçin Əfəndiyev — Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycanın xalq yazıçısı Elçin Səfərli — azərbaycanlı yazıçı, jurnalist. Elçin İsağa oğlu Quliyev — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Musa oğlu Quliyev — kinorejissor, ssenari müəllifi. Elçin İbrahim oğlu Quliyev — 24 dekabr 1998-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmiş hərbçi. Elçin Quliyev — Azərbaycan Milli Məclisinin V çağırış deputatı. Elçin Əliyev (dosent) — Elçin Qafarlı — Elçin Sultanov — Elçin Zeynalov (idmançı) — Elçin Cəfərov (idman xadimi) — Elçin Hüseynov (alim) — Elçin Əliməmmədov — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, Vətən müharibəsinin şəhidi. Elçin Əhmədov (kiçik gizir) Elçin Əliyev (əsgər, 1995) — Vətən müharibəsi şəhidi. Elçin Əliyev (əsgər, 1997) — Vətən müharibəsi şəhidi.
Elçin (meyxanaçı)
Elçin Atakişiyev (tam adı: Elçin Arif oğlu Atakişiyev; 31 oktyabr 1968 – 11 fevral 1994) — azərbaycanlı şair, qəzəlxan, meyxanaçı. == Həyatı == Elçin Arif oğlu Atakişiyev 31 oktyabr 1968-ci ildə Bakının Maştağa qəsəbəsində ziyalı ailəsində dünyaya gəlmişdir. Atası Arif kəndin sayılıb seçilən xanəndələrindən biri idi. Arif muğam və qəzəllərin mahir bilicisi idi. Atasının şeirə, qəzələ və muğama olan dərin biliyindən bəhrələnərək Elçin gənc yaşlarından şeiriyyata həvəs göstərdi. 1975-ci ildə Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbə daxil olmuşdur. Elə məktəb illərindən Elçində şeiriyyata həvəs oyanmışdır. Məktəbi bitirdikdən sonra Elçin artıq püxtələşmiş şair idi. Bir müddətdən sonra Elçin hərbi xidmətə yollandı. İki qardaşı var: Faiq və Şahin.
Elçin (yazıçı)
Elçin (tam adı: Elçin İlyas oğlu Əfəndiyev; 13 may 1943, Bakı) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı (1998), "İstiqlal" ordenli (2003), Azərbaycan Respublikası Baş Nazirinin keçmiş müavini (1993–2018). == Həyatı == Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində doğulub. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir: "Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım…" Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin Filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1969) bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə (1945–1965)" mövzusunda namizədlik (1970), "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq (1997) dissertasiyalarını müdafiə edib. 1969–1972-ci illərdə Azərbaycan ЕА Nizami adına Dil və Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" şöbəsində kiçik elmi işçi, 1972–1975-ci illərdə baş elmi işçi vəzifəsində işləmiş, eyni zamanda Nəsimi adına Dilçilik və Nizami adına Ədəbiyyat İnstitutlarının Birləşmiş Müdafiə Şurasının elmi katibi olmuşdur. 1975-ci ildə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiya heyətinin üzvü seçilmişdir. 1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin katibi olmuşdur.
Elçin Abbasov
Elçin Alıyev
Elçin Arazov
Elçin Aslanov
Elçin Muxtar oğlu Aslanov — Azərbaycanın əməkdar rəssamı, kino rəssamı, miniatürçü-rəssam. == Həyatı == Elçin Aslanov 1934-cü ildə Bakıda anadan olub. 1962-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. O, kiçik yaşlı uşaqlar üçün nəşr olunmuş 60-dan çox kitabın tərtibatı və illüstrasiyaların müəllifidir. Elçin Aslanov 1982–1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının "Miniatür və kitab qrafikası" bölməsinə rəhbərlik edib. 2002-ci ildə əməkdar rəssam fəxri adına layiq görülüb. == Filmoqrafiya == Cırtdan (film, 1969) Üçüncü zəng (film, 2006) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Elçin Atakişiyev
Elçin Atakişiyev (tam adı: Elçin Arif oğlu Atakişiyev; 31 oktyabr 1968 – 11 fevral 1994) — azərbaycanlı şair, qəzəlxan, meyxanaçı. == Həyatı == Elçin Arif oğlu Atakişiyev 31 oktyabr 1968-ci ildə Bakının Maştağa qəsəbəsində ziyalı ailəsində dünyaya gəlmişdir. Atası Arif kəndin sayılıb seçilən xanəndələrindən biri idi. Arif muğam və qəzəllərin mahir bilicisi idi. Atasının şeirə, qəzələ və muğama olan dərin biliyindən bəhrələnərək Elçin gənc yaşlarından şeiriyyata həvəs göstərdi. 1975-ci ildə Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbə daxil olmuşdur. Elə məktəb illərindən Elçində şeiriyyata həvəs oyanmışdır. Məktəbi bitirdikdən sonra Elçin artıq püxtələşmiş şair idi. Bir müddətdən sonra Elçin hərbi xidmətə yollandı. İki qardaşı var: Faiq və Şahin.
Elçin Axundov
Elçin Hami Əbdül oğlu Axundov — Azərbaycanın tanınmış animasiya rejissoru, ssenari müəllifi, kino rəssamı, rəssam assistenti, fazaçı rəssam, fon rəssamı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000). == Həyatı == Elçin Hami Əbdül oğlu Axundov 7 fevral 1948-ci ildə Bakıda anadan olmuşdur. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1968), Lvov Poliqrafiya İnstitutunda (1978) təhsil alıb. 1966-cı ildən quruluşçu rəssam, animator rəssam, quruluşçu rejissor kimi kino sahəsində çalışır. Kiçik yaşlı uşaqlar üçün "Sənin ilk kitabın" silsiləsindən olan "Qarış-qarış öyrən və çalış", "Ekoloji əlifba", "Əlifba 1" və "Əlifba 2", hətta Üzeyir Hacıbəyovun 90 illiyinə həsr olunmuş kitabın tərtibatını verib. 1994-cü ildən "Azanfilm" animasiya filmləri studiyasının bədii rəhbəridir. 2000-2012-ci illərdə bu studiyanın direktoru olmuşdur. "Qızıl çıraq" və "Naməlum kino" festivallarının qalibidir. 2019-cu ildə 2-ci Beynəlxalq Animasiya Festivalında "Qızıl qayıq" mükafatına layiq görülüb. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Elçin Axundzadə
Elçin Hami Əbdül oğlu Axundov — Azərbaycanın tanınmış animasiya rejissoru, ssenari müəllifi, kino rəssamı, rəssam assistenti, fazaçı rəssam, fon rəssamı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000). == Həyatı == Elçin Hami Əbdül oğlu Axundov 7 fevral 1948-ci ildə Bakıda anadan olmuşdur. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1968), Lvov Poliqrafiya İnstitutunda (1978) təhsil alıb. 1966-cı ildən quruluşçu rəssam, animator rəssam, quruluşçu rejissor kimi kino sahəsində çalışır. Kiçik yaşlı uşaqlar üçün "Sənin ilk kitabın" silsiləsindən olan "Qarış-qarış öyrən və çalış", "Ekoloji əlifba", "Əlifba 1" və "Əlifba 2", hətta Üzeyir Hacıbəyovun 90 illiyinə həsr olunmuş kitabın tərtibatını verib. 1994-cü ildən "Azanfilm" animasiya filmləri studiyasının bədii rəhbəridir. 2000-2012-ci illərdə bu studiyanın direktoru olmuşdur. "Qızıl çıraq" və "Naməlum kino" festivallarının qalibidir. 2019-cu ildə 2-ci Beynəlxalq Animasiya Festivalında "Qızıl qayıq" mükafatına layiq görülüb. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Elçin Ağayev
Elçin Ağazadə
Elçin Ağazadə (30 avqust 1981, 26 Bakı Komissarı rayonu) — Azərbaycanlı rejissor, prodüser. == Həyat və fəaliyyəti == Elçin Fizuli oğlu Ağayev 30 avqust 1981-ci ildə Azərbaycan SSR-in paytaxtı Bakı şəhərinin, Səbail rayonunda dünyaya gəlib. 1988-ci ildə Bakı şəhəri, Səbail rayonunda 190 saylı tam orta məktəbdə təhsil almağa başlamış, 1999-cu ildə Hüseyn Cavid adına 132 № t.o.m-də tam orta təhsilini bitirib. 2000–2015-ci illərdə ilk şəxsi fəaliyyətinə səs rejissoru kimi başlamış, 2015-ci ildən rejissor kimi fəaliyyətinə davam edir. Reklam, klip, sosial çarxlar və daha sonra isə sənədli filmlərin rejissorluğunu edib. Bir çox işlərdə prodüser kimi də fəaliyyət göstərmişdir. Autizm sindromlu uşaqlara həsr etdiyi "Uğur böcəyi" qısametrajlı filmi ABŞ-nin Florida ştatında keçirilən "15 dəqiqə çərçivə" adlı Beynəlxalq Kino Festivalının "Ən yaxşı sosial film" nominasiyasında 1-ci yeri tutmuşdur. Quruluşçu rejissoru olduğu qısametrajlı "28" bədii-sənədli filmi 2021-ci ildə Türkiyənin Xaricdə Yaşayan Türklər və Qohum Cəmiyyətləri İdarəsi (YTB), Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsi, TRT, Anadolu Agentliyi və Boğaziçi Mədəniyyət-Sənət Fondunun təşkilatçılığı ilə ilk dəfə keçirilən Diaspora Beynəlxalq Qısa Film Festivalında 120 ölkədən təqdim edilən 3123 film arasında münsiflər heyəti tərəfindən final mərhələsinə seçilən 24 filmdən biri kimi 27–29 avqust tarixlərində İstanbulun "Atlas" kinoteatrında nümayişi təşkil edilib. 2022-ci ildə İran İslam Respublikasında keçirilən "Beynəlxalq Ərbəin Festivalı"nda rejissoru olduğu "Başqa Həyat" sənədli filmi ən yaxşı film nominasiyası üzrə qalib olmuşdur. 2022-ci ilin 2 aprel – 2 may tarixlərində Ramazan ayı boyunca Xəzər TV-də yayımlanmış Hacı Şahin Həsənlinin qonaq olduğu "Ramazan sevinci" adlı verilişin rejissoru olub.
Elçin Babayev
Elçin Səfərəli oğlu Babayev (4 aprel 1965, Naxçıvan) — fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru (2009–2019), AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müaviniŞamaxı Astrofizika Rəsədxanasının "Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsinin rəhbəri, 2019-cu il 11 martdan etibarən Bakı Dövlət Universitetinin rektoru. == Həyatı == Elçin Babayev 4 aprel 1965-ci ildə Naxçıvanda doğulub. AMEA-nın müxbir üzvü Səfəralı Babayevin oğludur. 1996–1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində, 1998–1999-cu illərdə Bakı Dövlət Universitetində, 1996–1999-cu illərdə Əmək və Sosial Münasibətlər Akademiyasında, 1995–2009-cu illərdə 289 nömrəli məktəb – "Zəngi" liseyində, Azərbaycan Respublikasının Prezidenti yanına Dövlət İdarəçilik Akademiyasında, Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunda və Rəhbər kadrların fasiləsiz təhsil mərkəzinin qısamüddətli ixtisasartırma kurslarında pedaqoji fəaliyyət göstərib. 2019-ci il martın 11-də Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir. 2024-cü il martın 27-də növbəti 5 il müddətinə həmin universitetin rektoru təyin olunub. == Təltif və mükafatları == 2005-ci il dekabrın 14-də "Tərəqqi" medalı təltif edilmişdir.
Elçin Baxşaliyev
Elçin Baxşəliyev
Elçin Bayramlı
Elçin Bağırov
Elçin Tələt oğlu Bağırov (8 aprel 1959, Kirovabad) — Fövqəladə və səlahiyyətli səfir, Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi (2004–2022), Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Elçin Bağırov 8 aprel 1959-cu ildə Gəncə şəhərində anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 18 iyun 1984-cü ildən 2 mart 1992-ci ilə qədər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində II katib, I katib və 4 may 1992-ci ildən 25 mart 2004-cü ilə kimi isə nazirliyin Dövlət protokolu idarəsi rəisinin müavini və rəisi vəzifələrində çalışmışdır. Elçin Bağırov 2 mart 1992-ci ildən 2 may 1992-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Dövlət katibinin köməkçisi, 25 mart 2004-cü ildən 2022-ci ilə kimi Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi işləyib. 17 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Elçin Cahangirli
Elçin Məmiyev (28 yanvar 1966, Masallı rayonu) — Azərbaycan televiziya rejissoru və aktyoru. == Həyatı == Azərbaycanın ilk teleserial rejissoru Elçin Təvəkkül oğlu Məmiyev 28 yanvar 1966-cı ildə Masallı rayonu, Qasımlı kəndində Müəllim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra, incəsənət universitetinin aktyorluq fakültəsinə daxil olub. Tələbəlik illərində gənc aktyor kimi Azərbaycan və dünya dramaturqlarının səhnə əsərlərində müxtəlif rollar oynayıb. 1988-ci ildə ali təhsilini başa vurub. Nizami Gəncəvinin eyniadlı poemasının motivləri əsasında çəkdiyi "Leyli və Məcnun" bədii televiziya filmi ilk rejissorluq işidir. 1990-cı illərdə "iynə-sap", "səs", "qorxma atəş aç!" və sair televiziya filmləri ilə tamaşaçıların və sənətşünasların böyük rəğbətini qazanıb. 1992-ci ildə Salam Qədirzadənin eyniadlı hekayəsinin motivləri əsasında çəkdiyi və xalq artisti Arif Quliyevin baş rolda oynadığı "Bığ əhvalatı" televiziya filmidir. 1994-cü ildə "Sənət" mükafatına layiq görülüb. Elçin Məmiyevin "Yanmış körpülər", "Oyunçu", "Susmuş vicdan", "Sevginin Göz Yaşları", "Boyunbağı" teleserialları onun özünün də aktyor kimi oynadığı rejissorluq işlərindəndir.
Elçin Cəbrayılov
Elçin Cəfərov
Elçin Cəfərov (teatrşünas) — azərbaycanlı teatrşünas
Elçin Cəlilov
Elçin Cəlilov (17 iyul 1968 – 10 may 2005) — Azərbaycan müğənnisi. == Bioqrafiyası == === Erkən illəri === Elçin Əsəd oğlu Cəlilov 17 iyul 1968-ci ildə, musiqiçi ailəsində anadan olub. Ailədə iki qardaş, bir bacı olublar. Elçin atasını erkən yaşlarında avtomobil qəzasında itirib. Musiqiyə həvəsi ailəsindən başlanıb. Sovet dövründə ailə ansambllarından birini də Cəlilovlar ailəsi təşkil edib. Səkkiz nəfərlik ailə ansamblı müxtəlif qastrollara gedir, konsert proqramları ilə çıxış edirdilər. Daha sonra Elçin Bülbül adına musiqi məktəbinə daxil olur, Şövkət Ələkbərovadan dərs alır.
Elçin Dostuyev
Elçin Hüseynov (alim)
== Həyatı == 01 yanvar 1986-ci ildə Saatlı rayonunda anadan olmuşdur. 2003-cü ildə Saatlı rayonunda orta məktəbi bitirmişdir. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakultəsində fizika ixtisasında bakalavr təhsilini almışdır. 2007-2008 cu illərdə hərbi xidmətdə olmuşdur. 2008-2010- cu illərdə Bakı Dövlət Universitetinin Fizika fakultəsində kvant elektronnikası ixtisasında magistr təhsilini almışdır. 2010-2014- cü illərdə AMEA Radiasiya Problemləri İnstitunun Nüvə Spektroskopiya laboratoriyasında elmi işçi vəzifəsində çalışmışdır. 2011-2014- cü illərdə AMEA Radiasiya Problemləri İnstitununda doktrant olmuşdur. 2014- cü ildə AMEA Radiasiya Problemləri İnstitununda fizika üzrə fəlsəfə doktorluğu müdafiə etmişdir. 2014- cü ildən AMEA Radiasiya Problemləri İnstitununda böyük elmi işçidir. 2014- cü ildən Milli Nüvə Tədqiqatları Mərkəzinin Radiasiya materialşünaslığı və radiasion nanotexnologiya şöbəndə rəhbərdir.
Elçin Süleymanov (alim)
Elçin Süleymanov (22 sentyabr 1973, Şişqaya, Vardenis rayonu) — Azərbaycan alimi, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru (2017–2023), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin Sədrinin müavini (2024- hal hazırda) == Həyatı == Elçin Süleymanov 22 sentyabr 1973-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalı Şişqaya kəndində anadan olub. 1996-cı ildə dövlət təqaüdü ilə Türkiyə Respublikasının Dokuz Eylül Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsi Maliyyə ixtisasında bakalavr təhsilini başa vurmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabineti Nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun, Biznesin Təşkili və İdarə olunması ixtisası üzrə magistr dərəcəsi, Azərbaycan Dövlət İqtisad Universitetində "Azərbaycanın beynəlxalq maliyyə təşkilatları ilə əlaqələrinin inkişaf problemləri" mövzusunda dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2018-ci ildən maliyyə ixtisası üzrə dosent elmi adı verilmişdir. Eyni zamanda 2018-ci ildən AMEA İqtisadiyyat İnstitutunda iqtisad elmlər doktorluğu üzrə dissertantdır. 1996–2000-ci illərdə Bakı Ekonomi Kollecində ixtisas fənnləri müəllimi işləmişdir. 2000-ci ildən Qafqaz Universiteti , Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasında pedaqoji fəaliyyətlə məşgul olmuşdur. 2017-ci ildən Bakı Mühəndislik Universiteti, İqtisadiyyat və İdarəetmə Fakültəsi, Maliyyə kafedrasının müdiri işləmişdir. 18 dekabr 2017-ci il tarixindən etibarən Azərbaycan Respublikasi Təhsil Nazirinin müvafiq əmri ilə Elçin Süleymanov Bakı Mühəndislik Universitetin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilmiş və 2023-cü ilin dekabr ayına kimi bu vəzifədə işləmişdir. 2024-cü ilin yanvar ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın idarə heyəti sədrinin müavini vəzifəsində işləyir.
Elçin İbrahimov (alim)
Elçin İbrahimov (Elçin Əli oğlu İbrahimov; 1985, Nehrəm, Babək rayonu) — türkoloq alim, filologiya elmləri doktoru, "Türk dünyasına xidmət", "Lev Tolstoy", "Dyula Nemet-130" medalları təltifçisi, "İlin gənc alimi" mükafatçısı, Türk Dil Qurumunun müxbir üzvü (2018), Türk Ədəbiyyatı Fondunun fəxri üzvüdür (2020). == Həyatı == Elçin İbrahimov 15 mart 1985-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm kəndində anadan olmuşdur. BDU-nun Şərqşünaslıq fakültəsində bakalavriatura (2002–06), Qafqaz Universiteti Filologiya fakültəsində (Türk dili və ədəbiyyatı üzrə) magistratura (2006–09) təhsili almışdır. 2006–2016-cı illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş məsləhətçi vəzifəsində çalışmışdır. 10 illik dövlət qulluğu stajına malikdir. 1 dərəcə dövlət qulluqçusudur. Qüsursuz fəaliyyət və nailiyyətlərinə görə dəfələrlə təşəkkürnamə və fəxri fərmanlarla təltif edilmişdir. 2016–2021-ci illərdə AMEA rəyasət heyətinin təsisçisi olduğu "Türkologiya" jurnalının məsul katibi vəzifəsində çalışmışdır.. 2017-ci ildə "Türklər" arasında ortaq imla və əlifba problemləri" adlı filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir. 2018–2022-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir.
Elçin Ağayev (alim)
Elçin Kamil oğlu Ağayev (20 oktyabr 1962, Mollavaizli, Saatlı rayonu) — Azərbaycan alimi, ümumi cərrah, tibb elmləri doktoru (2014), professor (2015), Azərbaycan Tibb Universitetinin Ümumi cərrahlıq kafedrasının müdiri (2017), Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı (2021) laureatı. == Həyatı == Elçin Ağayev 20 oktyabr 1962-ci ildə Saatlı rayonunun Mollavaizli kəndində anadan olmuşdur. Orta təhsilini 1970–1980-ci illərdə Saatlı rayonu Səməd Vurğun adına orta məktəbdə almışdır. Orta məktəbi fərqlənmə attestatı ilə bitirərək Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1986-cı ildə məzun olmuşdur. 1986–87-ci illərdə Musa Nağıyev adına Bakı şəhəri Kliniki Təcili Tibbi Yardım Xəstəxanasında cərrahlıq ixtisası üzrə bir illik internatura keçmişdir. 1987–90-cı illərdə Saatlı Rayon Mərkəzi Xəstəxanasında cərrah vəzifəsində çalışmışdır. 1990–94-cü illərdə Azərbaycan Tibb Universitetinin Ümumi cərrahlıq kafedrasının aspirantı, 1994-cü ildə assistenti, 2011-ci ildə dosenti, 2015-ci ildə professoru, 2017-ci ildə isə həmən kafedranın müdiri vəzifəsinə seçilmişdir. 2021-ci ilin aprelin 9-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Elçin Ağayev "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Ailəlidir, iki övladı var. == Fəaliyyəti == === Elmi fəaliyyəti === Elçin Ağayev 1994-cü ildə "Hemodinamikanın və homeostazın müxtəlif vəziyyətlərində bağırsaq anastomozlarının bitişməsi" mövzusunda namizədlik, 2015-ci ildə isə "Bağırsaqların təcili və təxirəsalınmaz rezeksiyasından sonrakı erkən nəticələrin yaxşılaşdırılması yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiət etmişdir.
Elçin Qənbərov (alim)
Əlzin
Əlzin (az-əbcəd. الزین‎, fars. الزین‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 398 nəfər yaşayır (124 ailə).
Əli Məmmədov (alim)
Əli Məmmədov (tam adı: Əli Pənah oğlu Məmmədov) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Spektroskopik analizi” laboratoriyasının Baş elmi işçisi, Fizika-riyaziyyat elmləri doktoru, professor. Məmmədov Əli Pənah oğlu 1931-ci il aprel ayının 15-də Qazı-Məhəmməd (indiki Hacıqabul) rayonunun Rəncbər kəndində anadan olub, 1949-cu ildə Nəvahi orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Fizika-riyaziyyat” fakultəsinə daxil olub və 1953-cü ildə onun “Fizika” şöbəsini bitirib. O, 1953-1956-cı illərdə həmin institutun “Fizika” kafedrasının aspirantı olub. Ə.P.Məmmədov 1956-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika institutunda laborant, baş laborant, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb. O, 1965-ci ildə “Bəzi monokristallik NaCl əsaslı fosforlarda tutma mərkəzlərinin kompleks tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. Ə.P.Məmmədov Azərbaycan EA rəyasət heyətinin qərarı ilə 1967-ci ildə optik spektroskopiya və lüminessensiya sahəsində mütəxəssis kimi EA-nın Neft-Kimya Prosesləri İnstitutuna keçib. O, bu institutda 1967-1971-ci illərdə böyük elmi işçi, 1971-2012-ci illərdə isə laboratoriya müdiri vəzifəsində çalışıb. Hazırda Ə.P.Məmmədov institutun “Spektroskopik analiz” laboratoriyasında baş elmi işçi vəzifəsində çalışır.
Alim
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Əlik
Əlik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd, Əlik bələdiyyəsinin mərkəzi. Əlik oykonimi - sadə. Quba rayonunun eyniadlı i.ə.v.-də kənd. Ağçayın (Qudyalçayının qolu) sağ sahilində, Yan silsiləsinin cənub-qərb ətəyindədir. Azərbaycanın qafqazdilli etnik qruplarından biri olan qrupların məskunlaşdığı qədim kəndlərdən biridir. Kür adlandırılan kiçik dağ çayının sahilindəki çökəklikdə salınmışdır. Tədqiqatçıların fikrincə, oykonim xakas, tuvin, Şor və Sibir türklərinin dilində "kənd, aul, ulus" mənalarında işlənən al sözünə kiçiltmə bildirən -ik şək.-sini əlavə etməklə, yaxud "hündürlük, yüksəklik, zirvə" mənasında işlənən alık sözündən yaranmışdır. Digərlərinə görə, Əlik kənd adı türk dillərində "dağlarda çuxur, çökək" mənalarında işlənən alık sözü ilə bağlıdır. Bu fikir kəndin coğrafi mövqeyinə uyğundur. 2011-ci ilin aprel ayında Azərbaycanın Şimal bölgəsinə yağan güclü yağışlardan sonra Qubanın Əlik kəndində yenidən torpaq sürüşməsi baş verib.
Əlix
Əlix — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Sudur kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Əlix kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 86 nəfər əhali yaşayır.
Əlli
Əlli — say sistemində ədədlərdən biridir. Qırx doqquzdan sonra, əlli birdən əvvəl gəlir. Əlli ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 5, 10, 25 və 50 ədədlərinə qalıqsız bölünür. Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı.
Əlil
Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.
Əli Məmmədov (neftçi alim)
Məmmədov Əli Əhməd oğlu — texnika elmləri doktoru, professor Məmmədov Əli Əhməd oğlu 1931-ci ildə Azərbaycan Respublikasının Naxçıvan MR Şərur rayonu Dəmirçi kəndində anadan olmuşdur. 1961-ci ildə APİ-nun mexaniki fakültəsini fərqlənmə ilə bitirmişdir. 1963–1966-cı illərdə bu institutun aspirantıdır. 1966-cı ildə "Qoruyucu kəmərlərinin süzülmə zonasında möhkəmliyin və dayanıqlığın tədqiqi" mövzusunda namizədlik, 1973-cü ildə isə "Qoruyucu kəmərlərinin pozulmasının qarşısının alınmasının nəzəriyyə və praktikasının bəzi problemləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1966–1985-ci illərdə Azərbaycan elmi tədqiqat qazıma institutunda böyük elmi işçi, laboratoriya və şöbə müdiri işləmişdir. 1985-ci illərdə AzPİ-nun "Əməyin mühafizəsi" kafedrasının rəhbəri olmuşdur. Hal hazırda "Sənaye ekologiyası" kafedrasının professorudur. 1986–1991-ci illərdə Respublikanın Təhsil nazirliyində ictimai əsaslar üzrə şöbə rəhbəri olub. Məmmədov Ə. Ə. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: qoruyucu kəmərlərinin süzülmə zonalarının deformasiyası məsələləri; müxtəlif tipli perforatorların səmərəliliyinin tədqiqi; boruların divarlarında çatların əmələ gəlməsinin təhlili; boruların istehsalı zamanı yaranan, gözlə görünməyən çatların təyin edilməsi üçün defektoskopik üsulun tətbiqi; qoruyucu borularının divarının qazıma aləti ilə yeyilməsini nəzərə almaqla hesabat üsulları.
Evcik-evcik
Evcik-evcik - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə uşaqlar arasında, əsasən də kiçik və orta yaşlı qız uşaqları arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Unudulub aradan çıxmaqda olan bu oyunun yaranma tarixi bizə məlum olmasada, ailə məişəti zəmnində yarandığı məlumdur. Bu barədə dəqiq fikir demək çətindir.Hər halda, oyunu xüsusiyyətləri onun uzaq keşmişlərə aid olduğunu göstərir. Hələ Azərbaycanda XVIII və XIX əsrlərdə uşaq oyuncaqları istehsal olunmadığı, yaxud da zəif istehsal olunduğu bir dövrdə bu oyunu keçirmək üçün qızlar “yorğan-döşək dəsti” eləcə də başqa məişət əşyaları tikib düzəldirdilər. Çubuqlardan, düymədən (piləkdən) və kiçik parça qalıqlarından (qırıntılarından), müxtəlif saplardan olduca gözəl, gəlincik hazırlayırdılar. Evcik-evcik oyunu maraqlı oyunlardan biri olmaqla yanaşı, müqəddəs ailə məişəti mərasimlərinin qalığı olub, sonradan oyuna çevrilmişdir. Hər dövrün tələblərinə uyğun olaraq dəyişən bu oyunun müasir ailənin məişət və mədəniyyətində tərbiyəvi əhəmiyyəti böyükdür. == Oyunun quruluşu == Bir neçə uşaq (əsas hallarda qız uşaqları) bir yerə cəm olub sanama yolu ilə ev yiyəsi (başçı, molla və ya aparıcı) seçirlər. Yerdə qalan oyunçulara ev yiyəsi (başçı, molla və ya aparıcı) tərəfindən müxtəlif vəzifələr tapşırılır. Oyun zamanı Azərbaycan xalqının ailə məişətinə (qonaqpərvərlik, ailəcanlılıq və s.) uyğun şəkildə ailədə baş verən hadisə və olaylar uşaqlar tərəfindən oyun şəklində oynanılır (yamsılanır, icra edilir).