Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 28 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Əli Əsğər Əli oğlu
Əli Əsğər Hüseyn oğlu Əlinin (ərəb. علی الاصغر بن علی بن الحسین زین العابدین‎) ən kiçik oğlu. anasının adı Ümmü Vələd olan seyid Əli Əsğər tarix kitablarının dediyinə görə şərəfli, kərmətlərə sahib, yüksək əxlaqlı və alim bir insanidi.İmam Səccad onu öz qardaşı olan Əli adı ilə adlandırıbdır. Əli Əsğərin ləqəbi Əbülhəsəndir (Həsən atası) ki, onun nəsli oğlu Həsən Əftəs yolu ilə davam tapıb. == Övladları == Həsən Əftəsin oğlanları Ömər, Əli Əlhuri, Hüseyn, Həsən Məkfuf və Obeydullahdırlar ki Bərməkilər əliylə şəhid olmuşlar. === Törəməsi === Ələvi Misri duası Seyid Həsən Baba Seyid Əli Mir Qılınc Seyid Hüseyn Kuhkəməri Seyid Məhəmməd Höccət Kuhkəməri Mirzə Möhbəli xan Yekani Mirzə Cahangir xan Ziyai Nəzərəli xan Mərəndi Əlirza xan Yekani == Vəfatı == Əli Əsğər 30 yaşında oğlu Həsən anası qarnında olarkən Ərəbistanın Yənbə şəhərində vəfat etmişdir.
Akif Əli
Akif Əli — Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–2019). Əməkdar jurnalist, 2-ci dərəcə Dövlət müşaviri. == Həyatı == ƏLİ Akif Əli oğlu — 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində doğulub. Atası – hüquqşünas Əli Məhərrəmov (1924–1977) uzun illər respublikanın prokurorluq və məhkəmə sistemində çalışıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olub. Anası – Şəhla Məhərrəmova (1928–2008) evdar qadın olub. Akif ƏLİ Bakı ş. 16 №-li orta məktəbi (1970), M. F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu (1974), "Azərbaycanfilm" k/st nəzdində Kinoaktyorluq kurlarını (1974) və Bakı Ali Partiya Məktəbini (1989) bitirib. == Yaradıcılıq fəaliyyəti == Uzun illər ədəbi-bədii yaradıcılıqla məşğul olaraq, kino, radio, televiziya, elm, təhsil, mətbuat, həmçinin Dövlət qulluğu sahələrində işləyib. İlk əmək fəaliyyətinə "Azərbaycanfilm"də dahi sənətkar Rəşid Behbudovun iştirakı ilə çəkilən "1001-ci qastrol" filmində rejissor assistenti kimi başlayıb. Sonra kinoaktyor kimi bədii filmlərdə baş rollara dəvət olunaraq, kinoda yaddaqalan obrazlar yaradıb: Rüstəm — "Uzun müharibədə qısa görüşlər" ("Tacikfilm" — "Lenfilm"), Tapdıq — "Tütək səsi", Fazil müəllim — "Arxadan vurulan zərbə", Məmməd — "Əgər biz biryerdəyiksə" ("Azərbaycanfilm"); və b.
Aşıq Əli
Aşıq Əli İmamquliyev
Bürhan Əli
Bürhan Əli (Bakı – 1549, Bakı) — Şirvanşahlar taxtına iddiaçı şahzadə. == Hakimiyyət üçün mübarizə == Şahruxun əmisi oğlu Bürhanəddin uzun müddət Dağıstanda qaytaqlı qohumlarının yanında qaldıqdan sonra böyük qoşun toplayaraq 1544-cü ildə Əlqas mirzə Səfəvi ilə mübarizə aparmaq üçün Şirvana doğru hərəkət etmişdi. Lakin Əlqas Mirzə onu məğlub edərək Osmanlıya mühacirət etməsinə səbəb oldu. Bürhan Əlinin köməyilə öz düşməni Səfəvilərlə mübarizə aparmağa və Şirvanı tutmağa ümid edən sultan onu böyük ehtiramla qarşıladı. Sultan Süleyman ona silahlı qüvvə verdi. Lakin Bürhanəli Şirvana yaxınlaşarkən bəylərbəyinin böyük orduya malik olması haqda xəbər aldı. Buna görə də, o, sultanın qoşunlarını Osmanlıya qaytardı, özü isə Dağıstana gedərək Şirvana yenidən yürüş etmək üçün məqam gözləməyə başladı. 1548-ci ildə Sultan Süleyman Qanuni böyük ordu ilə Azərbaycana, I Təhmasibin üzərinə yürüş etdi. Təhmasib ölkənin içərilərinə çəkildi. Bürhanəli Dağıstandan hərəkət edərək sultan qoşunları ilə birləşdirdi.
Ceyhun Əli
Ceyhun Yusif oğlu Əliyev və ya Ceyhun Əli (16 fevral 1984, Salyan rayonu) — azərbaycanlı aparıcı, spiker, moderator, telejurnalist, dövlət qulluğunun kiçik müşaviri, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis. == Həyatı == Ceyhun Əli 1984-cü ildə fevralın 16-da Salyan rayonunda anadan olub. 1991–1995-ci illərdə Bakı şəhərinin 20 saylı liseydə, 1995–2001-ci illərdə Respublika İncəsənət Gimnaziyasında Səhnə danışığı — Nitq mədəniyyəti ixtisası üzrə təhsil alıb. Ali təhsilini 2001–2006-cı illərdə Bakı Slavyan Universitetinin Filologiya fakültəsində alıb. Rus, ingilis, türk dillərində sərbəst danışır. 2009-cu ildə Almaniyanın Deutsche Welle Akademie / akademiyasının "Konflikt-sensetiv jurnalistika" üzrə beynəlxalq sertifikatını alıb. == Fəaliyyəti == Əmək fəaliyyətinə 2004-cü ildə başlayıb.2004–2006-cı illərdə ANS Müstəqil Teleradio Şirkətində diktor, aparıcı, reportyor, xüsusi müxbir vəzifələrində çalışıb. 2006-cı ildən Azad Azərbaycan Müstəqil Teleradio Yayım Şirkətində diktor, aparıcı, reportyor, xüsusi müxbir, İctimai-Siyasi Proqramlar Departamentinin redaktor assistenti, redaktoru vəzifələrində çalışmağa başlayıb. Televiziya sahəsində biliklərini artırmaq məqsədi ilə xarici telekanallarda (RTR, Ekspert TV) təcrübə keçmək üçün 2008-ci ildə əmək fəaliyyətinə ara verib. 2008-ci ilin sonunda ANTENN Müstəqil Teleradio Şirkətində İctimai — Siyasi Proqramlar Departamentinin direktoru vəzifəsinə işə başlayıb.
Dev Əli
Dev Əli – Malazgird döyüşündən sonra Anadoluya köçüb, bu bölgəyə yerləşən türkmən obasının rəisi olaraq bilinir. == Həyatı == Kayseri ilinə bağlı olan Devəli ilçəsinin adı Dev Əlidən qaynaqlanmaqdadır. Türbəsi bu ilçənin Yuxarı Devəli məhəlləsində yerləşir. Sultan Alparslanın qohumu olduğu bilinən Dev Əlinin soyundan gələnlər Devəlioğlu olaraq adlandırılmışdır. Əfsanəyə görə, Dev Əli adı ilə Xıdırellezdən Qala dağına atlanmağı düşünmüş və atlanarkən atınınayaq izləri dağda qalmışdır. Səlcuqlu sülaləsinin mənsub olduğu Oğuzların Qınıq boyundan olmuşdur.
Div Əli
Dev Əli – Malazgird döyüşündən sonra Anadoluya köçüb, bu bölgəyə yerləşən türkmən obasının rəisi olaraq bilinir. == Həyatı == Kayseri ilinə bağlı olan Devəli ilçəsinin adı Dev Əlidən qaynaqlanmaqdadır. Türbəsi bu ilçənin Yuxarı Devəli məhəlləsində yerləşir. Sultan Alparslanın qohumu olduğu bilinən Dev Əlinin soyundan gələnlər Devəlioğlu olaraq adlandırılmışdır. Əfsanəyə görə, Dev Əli adı ilə Xıdırellezdən Qala dağına atlanmağı düşünmüş və atlanarkən atınınayaq izləri dağda qalmışdır. Səlcuqlu sülaləsinin mənsub olduğu Oğuzların Qınıq boyundan olmuşdur.
Fəxrəddin Əli
Fəxrəddin Əli Vəli oğlu (10 may 1938, Nüvədi, Meğri rayonu – 8 fevral 2022, Bakı) — Əlyazmalar İnstitutunun baş rəssamı, miniatür sənətinin peşəkar davamçısı, Əməkdar rəssam. == Həyatı == Fəxrəddin Əli Vəli oğlu 10 may 1938-ci ildə Zəngəzur mahalının Mehri rayonun Nüvədi kəndində sənətkar ailəsində doğulub. 1952-ci ildə yeddiillik kənd məktəbini bitirdikdən sonra Ordubad şəhəri Pedaqoji Məktəbində təhsilini davam etdirib. Əmək fəaliyyətinə İmişli rayonunun Cəfəri kənd orta məktəbində müəllim kimi başlayıb. 1958-ci ildə Bakı Rəssamlıq Məktəbinə, oranı bitirib hərbi xidməti başa vurduqdan sonra isə Rəssamlıq İnstitutuna daxil olub. 1969-cu ildə institutu bitirən gənc rəssamın "Babək" qobeleni diplom işi Moskva XTN sərgisində qızıl medala layiq görülüb. 8 fevral 2022-ci ildə axşam saatlarında vəfat edib. == Rəssamlıq fəaliyyəti == 1970-ci ildə "Həyatın gözəlliyi" adlı tablo ilə respublika sərgisində iştirak edib. Onlarla yağlı boya ilə çəkilmiş əsərləri respublikada və xarici ölkələrdə nümayiş etdirilib. M.Şəhriyarın "Heydərbabaya salam", "Dədə Qorqud", Nizami Gəncəvinin "Xəmsə"si, Saib Təbrizinin "Mehr və müştəri", Nəsrəddin Tusi, Füzuli, Aşıq Veysəl, Yunus Əmrə, M.F.Axundov, M.P.Vaqif, Əliağa Vahid və b.
Hz. Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 28 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Həsən Əli
Həsənəli — Azərbaycanda kişi adı. Bu adı olan tanınmış insanlarHəsənəli Qaraqoyunlu — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğlu. Həsənəli xan Ziyadlı-Qacar — İrəvan xanı Həsənəli bəy Əsgərxanov — şair, polis pristavı, "Georgi" xaçı kavaleri. Həsənəli bəy Vəlibəyov — Qarabağda quberniya katibi, dövlət məmuru. Həsənəli xan Qaradaği — görkəmli Azərbaycan maarifpərvəri, şair, pedaqoq.
Həzrət Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 28 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Həzrəti Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 28 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Kürd Əli
Kürdalı, Kürd Əli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Abaran çayının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1728-ci ilə aid türkcə mənbədə Kürd Əli, lakin həmin vaxta aid ermənicə mənbədə Kurdali kimidir. Kəndin adı ya Əli adlı bir kürd (feodalın), ya da "Kürd eli", yə’ni "Kürd tayfası" mə’nasındadır. == Əhalisi == Kənddə 1873-cü ildə 132 nəfər, 1886-cı ildə 102 nəfər, 1897-ci ildə 143 nəfər, 1908-ci ildə 135 nəfər, 1914-cü ildə 260 nəfər, 1916-cı ildə 249 nəfər, 1918-ci ildə 135 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Leyla Əli
Leyla Əli (30 dekabr 1977) — təqaüdçü Amerikalı peşəkar boksçudur. O, Məhəmməd Əli, əfsanəvi Amerika boksçusunun üçüncü həyat yoldaşı Veronika Porş Əlidən qızıdır. == Həyatı == == İstinadlar == == Qaynaqlar == http://www.eastsideboxing.com/news.php?p=522&more=1 http://forums.doghouseboxing.com/lofiversion/index.php/t112741.html Arxivləşdirilib 2011-07-25 at the Wayback Machine http://www.womenboxing.com/news062204commentsaliwolfe.htm Arxivləşdirilib 2006-11-12 at the Wayback Machine http://www.wban.org/biog/awolfe.htm Arxivləşdirilib 2015-05-07 at the Wayback Machine http://www.talkingboxing.com/interviews/2005/vondawardinterview.html http://www.imdb.com/name/nm0000738/bio http://www.netglimse.com/celebs/pages/laila_ali/index.shtml Arxivləşdirilib 2010-11-18 at the Wayback Machine http://findarticles.com/p/articles/mi_m1355/is_21_95/ai_54727854/ Arxivləşdirilib 2012-01-20 at the Wayback Machine http://proxy.mbc.edu:2380/hottopics/lnacademic/? http://proxy.mbc.edu:2572/entry/blackfirsts/boxing http://www.amazon.com/REACH-FINDING-STRENGTH-SPIRIT-PERSONAL/dp/0786887362 NetGlimse.com (2009). Laila Ali — Biography . Retrieved October 8, 2010 from http://www.netglimse.com/celebs/pages/laila_ali/index.shtml Arxivləşdirilib 2010-11-18 at the Wayback Machine CBS Interactive (2010). Laila Ali FOLLOWS BOXING CAREER OF LEGENDARY FATHER MUHAMMAD ALI. Retrieved October 10, 2010 from http://findarticles.com/p/articles/mi_m1355/is_21_95/ai_54727854/ Arxivləşdirilib 2012-01-20 at the Wayback Machine Andrew Rooney. (2003). Years of Minutes. New York: Essay Productions.
Mirzə Əli
Mirzə Əli (rəssam)
Məhəmməd Əli
Məhəmməd Əli (ing. Muhammad Ali; doğum adı Kassius Marsellus Kley, ing. Cassius Marcellus Clay) — boks tarixçiləri, idman mütəxəssisləri, keçmiş və indiki boksçular və boks azarkeşləri tərəfindən "Bütün zamanların ən böyük boksçusu" olaraq qəbul edilən, ağır çəkidə çıxış etmiş afro-amerikan və irland əsilli əfsanəvi peşəkar ABŞ boksçusu. Dünya Boks Federasiyasının rəsmi səhifəsində bu sözlər yazılmışdır:"Səs birliyi ilə Məhəmməd Əli bütün zamanların gəlmiş keçmiş və gələcək ən böyük boksçusudur". Həmçinin, Məhəmməd Əli dünyada ikonlaşmış xarakterdir. İnsan hüquqları müdafiəçisi və ABŞ-də ilk İslam Təşkilatının liderlərindən biri olmuşdur, eyni zamanda şairdir. O, 1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında orta ağır çəkidə (81 kq) boks yarışlarının qalibi olmuşdur. TIME jurnalının açıqladığı "Tarixin ən dahi 100 şəxsiyyəti" arasında adı olan yeganə idmançıdır. Məşhur BBC kanalının apardığı sorğulara və araşdırmalara əsasən Məhəmməd Əli Adolf Hitler, Albert Eynşteyn və Makedoniyalı İsgəndər kimi şəxsiyyətləri geridə qoyaraq bəşər tarixinin ən çox tanınan və bilinən insanı seçilmişdir. Belə ki, Məhəmməd Əlini dünyanın ən inkişaf etmiş ölkələrindən, Afrikanın ən geridə qalmış yerlərinədək hər kəs tanıyır və sevir.
Pir Əli
Pirəli (Urmiya)
Qabar Əli
Qabarəli - İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı. == Tarixi == 1830-cu ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Əsli Kabar eli yə'ni Kabar tayfası. == Toponimi == Mənşəcə Xəzərlərin Kabar (Kəbər) tayfasının adını əks etdirir. Azərbaycanda Kəbirli və Kəlbəcər rayonunda Havarlı (Qabarlıdan təhrif) kənd adları ilə mənşəcə eynidir.
Qara Əli
Qara Əli (türk. Kara Ali) — Osmanlı İmperiyasında yaşamış ən məşhur cəllad. Qara Əlinin yeniyetməlik və gənclik illəri haqqında məlumat yoxdur. XVII əsrin ortalarında yaşadığı və dövrünün ən məşhur cəlladı olduğu məlumdur. Qara Əli özündən əvvəl Osmanlı İmperiyasında cəlladbaşı olmuş cəllad Süleymanın yanında şagird vəzifəsində çalışmışdır. Həmin dövrdə yaşamış cəlladlar bir qayda olaraq qaraçılardan seçilirdi. Qara Əlinin də əslən qaraçı olduğu ehtimal edilir. Qara Əlinin görünüşü haqqında osmanlı mənbələridə bir sıra qeydlər vardır. Onun iri bədənli olduğu söylənilir. Edam zamanı istifadə etdiyi alətləri üstündə gəzirdiyi və Osmanlı sarayında xidmətçilərin görkəminə görə ondan qorxduqları qeyd edilmişdir.
Qul Əli
Qul Əli (tatar. قل علی, Кол Гали, Qol Ğali, çuvaş Кул Али, 1183, İdil Bulqar xanlığı – 1236 və ya 1234, Bilyarsk, Tatarıstan) — XIII əsr Azərbaycan şairi, "Qisseyi-Yusif" dastanının müəllifi. == Həyatı == Təkcə Nizaminin müasiri olduğu bilinən bu böyük şairin həyatı, hansı bölgədə doğulması barədə tarixdə heç bir məlumat yoxdur. Təxəllüsünün Qul olmasını isə belə izah etmək olar: "O, özünü xalqın qulu hesab edib. Əslində bütün orta əsr şairləri şeirlərində özlərinə təvazökarlıqla "qul"- deyə müraciət ediblər". == Yaradıcılığı == Qul Əli "Qisseyi-Yusif" dastanını (Yusif dastanı) 1212-ci ildə tamamlamışdır. Şərqdə "Yusif və Züleyxa" dastanı kimi məşhur olan bu mövzunu türk aləmində ilk dəfə o, qələmə almışdır. == Əsərləri == Qul Əli. Qisseyi-Yusif. Bakı, "Şərq-Qərb", 2005.
Qurban Əli
Qurban Əli (bilinmir – 1550, Nargin adası, Abşeron rayonu) — Şirvanşah şahzadəsi. == Hakimiyyət uğrunda mübarizə == Haqqında çox məlumat yoxdur. Abdulla xan tezliklə Şirvanlıların yeni bir üsyanını yatırmalı oldu. Şirvan zadəganları Mehrabın qohumu Qurbanəlinin başçılığı ilə üsyan qaldıraraq, Xəzər dənizi adalarından birindəki Derov kəndinə qaçdılar. Abdulla xan çoxlu qızılbaş döyüşçüsü ilə üzərək adaya çatmış, onlara hücum edərək Qurbanəlinin və üsyançıların əksəriyyətini öldürmüş, onların mallarını ələ keçirib Şamaxıya qayıtmışdır.
Səbahəddin Əli
Səbahəddin Əli (d. 25 fevral, 1907 – ö. 2 aprel, 1948) — Türkiyə şairi və yazıçısı. == Həyatı == Səbahəddin Əli (1907-1948) Türkiyədə olduğu kimi, bizdə də ilk əvvəl hekayə və roman yazarı kimi tanınır. Əslində, ədibin həyatı və yaradıcılığı, haqqında daha çox söz deməyə imkan verir. Hazırda Bolqarıstan ərazisində qalan Eğridere qəsəbəsində əsgər ailəsində anadan olub. Atası ilə Çanaqqala döyüşü zamanı Edremitə köçür. Burada 1918-1921 illəri arası ibtidai təhsil alır. Atası yunan işğalı dövrü burada ticarətlə məşgul olur. Gənc yaşında içinə düşdüyü bu Anadolu kənd və qəsəbələri ilk romanı Kuyucaklı Yusif üçün qaynaq olur.
Səhranın əli
Səhranın əli (isp. Mano del desierto) — Antofaqasta bölgəsində (Çili) Pan-Amerika magistralının 5-ci şossesindən 400 metr məsafədə, Atakama səhrasında heykəldir. Heykəl insanın sol ovcunun sanki torpaqdan çıxmış vəziyyətini əks etdirir. Heykəlin hündürlüyü 11 metrdir. Müəllifi çilili Mario İrarrasabaldır. Müəllifin fikrində onun əsəri insan haqsızlığını, tənhalığını, dərd və əzabını və belə nəzərə çarpan ölçüdə olası — acizliyi və köməksizliyi ifadə etməlidir. Tikinti materialı polad karkasüzərində betondur. Açılış 1992-ci il martın 28-də baş tutmuşdur. Heykəl çəkilişlər üçün məşhur yerdir və bir çox reklam roliklərində və musiqi kliplərində çəkilib. "Əl" tez-tez qraffiti ilə boyanır, buna görə də səlahiyyətlilər onu müntəzəm olaraq təmizləyirlər, xüsusən də 2013-cü ildə Ümumdünya Turizm Gününün qeyd edilməsi çərçivəsində Antofaqastanın səlahiyyətliləri və ölkənin Turizm Nazirliyi 20 könüllünün köməyi ilə onun təmizlənməsini təşkil etdilər.
Tariq Əli
Tariq Əli (urdu طارق علی; ing. Tariq Ali; 21 oktyabr 1943, Lahor, Pəncab[d], Britaniya Hindistanı) — İngilis-Pakistanlı yazıçı, tarixçi, publisist, kinorejissor, ssenari müəllifi, solçu trotskizm ictimai xadim, «New Left Review»un redaksiya heyətinin üzvü «The Guardian», «CounterPunch» и «London Review of Books» üçün müntəzəm olaraq yazır. Məşhur "Sivilizasiyaların Çatışması" (2002), "Babildə Bush" (2003), "Eduard Səid ilə Söhbətlər" (2005), "Karib Dəniz Quldurları:" Ümid oxu "(2006) və bir çox kitabın müəllifi.
Əli Məmmədov (əmək qəhrəmanı)
Əli Cəlil oğlu Məmmədov (1898–1968) — Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyat və əmək fəaliyyəti == Əli Məmmədov 1898-ci ildə İliç rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1928-1953-cü illərdə Naxçıvan rayonunun "Azərbaycan" kolxozunda sədr işləmişdir. 1948-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Naxçıvan MSSR Ali Sovetinin (2-ci çağırış) deputatı olmuşdur. Azərbaycan SSR və Zaqafqaziya MİK-lərinə, Azərbaycan KP MK Naxçıvan Vilayət Partiya Komitəsinə üzv seçilmişdir. 24 iyun 1949-cu ildə qoyunçuluğun inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni, "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif olunmuşdur. Əli Məmmədov 1968-ci ildə Naxçıvanda vəfat etmişdir. == Mənbə == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. VI ҹилд: Куба—Мисир.
Əli İsmayılov (əmək qəhrəmanı)
Əli Qurbanəli oğlu İsmayılov (1909, Şərur-Dərələyəz qəzası – 5 oktyabr 1969, İliç rayonu) — pambıqçı, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1941), Sosialist Əməyi Qəhrəmanı (1950). == Həyat və əmək fəaliyyəti == Əli İsmayılov 1909-cu ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Şərur rayonu) Mahmudkənd kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1938-ci ildə H.Aslanov adına kolxozda başlamış, 1968-ci ilə qədər bu kolxozda manqabaşçısı işləmişdir. 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1949-cu ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 17 iyun 1950-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Əli İsmayılov 5 oktyabr 1968-ci ildə İliç rayonunda vəfat etmişdir.
Əli Əliyev (əmək qəhrəmanı)
Əli Nağı oğlu Əliyev (1932, Nehrəm, Naxçıvan MSSR – 22 may 1995, Nehrəm, Naxçıvan Muxtar Respublikası) — Naxçıvanın əmək qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1982). == Həyatı == Əli Nağı oğlu Əliyev 1932-ci ildə Azərbaycan Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (indi ADAU) məktəbini bitirib. == Əmək fəaliyyəti == 30-ildən çox Babək rayonunun "Kommunizm" kalxozunda birqadir işləmiş, "Usta pambıqçı", "Usta tütünçü", "Usta üzümçü" adlarına layiq görülüb. 1976–1980-ci ildə yüksək əmək göstəricilərinə nail olmuşdur. 2 çağırış SSRİ Ali Sovetinin, 2 çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur. Gərgin əməyi yüksək qiymətləndirilən Əli Əliyev kalxozçuluq sahəsində qazandığı nailiyyətlərə görə bir çox orden və medallarla təltif edilmiş, 2 dəfə "Lenin" ordeni, "Oktyabr İnqilabı", ən əsası 1982-ci ildə sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1978-ci ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.
Əli əl-Əsğər
Əli əl-Əsğər (ərəb. ‎عبدالله بن حسین علی الأصغر‎‎) — İmam Hüseynin (ə) kiçik oğlu. Kərbəla döyüşündə şəhid olmuş ən azyaşlı şəhid. == Həyatı == Əli əl-Əsğər ibn Hüseyn 680-ci ildə anadan olmuşdur. == Vəfatı == Aşura günü İmam Hüseyn düşmən müqabilində dayanıb oğlu Əli Əsğəri əlinə alıb düşmənə su üçün müraciət etdi:"Ey düşmən! Siz mənim yaxınlarımı, qardaşlarımı, övladlarımı öldürdünüz. Onların arasında tək 6 aylıq körpəm qalıb. Susuzluqdan quş kimi ləhləyir. Bu körpənin heç bir günahı yoxdur. Ona görə sizin yanınıza gətirdim ki, ona su verəsiniz.
Mirzə Əli Ləli
Mirzə Əli Ləli və ya Mirzə Əlixan İrəvani (1845, Təbriz və ya İrəvan, Gürcüstan-İmeretiya quberniyası – 1907, Tiflis və ya Təbriz) — azərbaycanlı şair, həkim. == Həyatı == Mirzə Əli Ləli 1845-ci ildə Təbrizdə dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillərini öyrənib. Təbrizdə əttarlıq dükanı açıb və bir müddət ticarətlə məşğul olub. Sonra o dövrün məşhur həkimlərindən təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmilləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıdaraq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib.
Əmək
Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti. == Ümumi anlayış == Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır. Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır. Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır. Cəmiyyətin inkişafı əsasən əmək alətlərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır.
Əsmə
Əsmə (lat. Anemone) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkinin adı yunanca "anemonos" sözündən götürülmüşdür, mənası "külək" deməkdir. Şimal yarımkürəsinin mülayim iqlim zonalarında və rayonlarında bitən əsmənin 120 növü məlumdur. Bitkinin mədəni formalarının 50 növü yaşıllaşdırmada istifadə olunur. Taclı əsmə (A. coronaria) qalın, ətli kökümsovlu, düzgövdəli, kök üstündə olan yarpaqlı, rozetli və tək, iri çiçəklıri olan çoxillik bitkidir. Çiçəklərin rəngi müxtəlif: ağ, çəhrayı, qırmızı, mavi ya da bənövşəyi olur. Əkindən əvvəl əsmənin kök yumrularını isti suda 24 saat islatmaq lazımdır. Əsmənin kök yumrusunu bir neçə hissəyə bölməklə çoxaltmaq olar. Hər hissədə bir tumurcuq olmalıdır.
Naci əl-Əli
Naci əl-Əli (ərəb. ناجي سليم العلي ‎; təq. 1937 – 29 avqust 1987, London) — Fələstinli karikaturist. Ərəb ölkələrinin apardığı siyasəti və İsraili tənqid edən karikaturaları ilə məşhurlaşmışdır. Fələstinli və ərəb siyasi xadimləri ilə bağlı sərt üslublu karikaturaları ilə tanınan Naci əl-Əli fəaliyyəti dövründə topamda 40.000 dən çox karikatura çəkmişdir. Naci əl-Əli daha çox Hanzala adlı karikatura personajının yaradıcısı kimi xatırlanır. Hanzala qısa zamanda məşhurlaşaraq, Fələstin Azadlıq Hərəkatının simvollarından birinə çevrilmişdir. Naci əl-Əli Londonda işlədiyi və Küveytə aid olan Əl-Qabas qəzetinin ofisindən çıxarkən silahlı hücuma məruz qalmış və ağır yaralanmışdır. Sui-qəsd cəhdi 1987-ci ilin 22 iyun tarixində baş vermişdi. Karikaturist üzündən ağır yaralandığından 5 həftə reanimasiyada saxlanılsada həmin ilin 29 avqust tarixində vəfat etmişdir.
Əli Əl Qrari
Əli Əl Qrari (31 yanvar 1997) — Liviyalı oxatan. Əli Əl Qrari Liviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Əli Əl Qrari birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Bredi Ellison ilə üz-üzə gəldi. Həmin görüşdə Əli Əl Qrari rəqibinə 0:6 hesabı ilə uduzdu.
Əli əl-Əkbər
Əli əl-Əkbər (ərəb. علي الأكبر بن حسين‎‎) — İmam Hüseyn və Ümmü Leylanın oğlu. Kərbəla döyüşündə şəhid olub.
Pelin Əsmər
Pelin Əsmər (1972, İstanbul) — Türkiyəli rejisor, prodüser və ssenarist. Boğaziçi Universitetinin İncəsənət və Ədəbiyyat fakültəsinin, Sosiologiya bölumunun məzunu olub. == Bioqrafiya == Pelin Əsmər 1972-ci ildə İstanbulda anadan olub. Atası əslən Türkiyənin Antaka şəhərindəndir. Boğaziçi Universiteinin məzunudur. Boğaziçi Universitetini bitirdikdən sonra Yavus Özkanın "Z1 Film Atölyesi"ndə bir il kino fakültəsində oxuyub.1995-ci ildən başlayaraq Türkiyədə və xaricdə rejissor köməkçisi olaraq uzun və sənədli filmlər çəkmişdir. Rejissor köməkçisi kimi çəkilişində iştirak etdiyi filmlər arasında "Cumhuriyet " (rejissor: Ziya Öztan), "Gönlümdeki Köşk" (rejissor: Elisabeth Rygard) və "Deliyürek" (rejissor: Osman Sınav) kimi filmlər var, bunlardan əlavə çoxlu sayda kommersiya filmləri çəkib.Pelin xanım həm də "Kadir Has Universiteti"nin Radio, Televiziya və Kino şöbəsində sənədli film haqqında mühazirələr oxuyub. == Karyerası == Pelin xanım karyerasına 1998-ci ildə Ziya Öztənin çəkdiyi "Cümhuriyyət" filmində rejissor köməkçisi olaraq başlayıb.2001-ci ildə daha iki filmdə rejisor köməkşisi olaraq çalışıb. 2002-ci ildə müstəqil olaraq çəkdiyi ilk film olan "Kolleksiyaçı" filmini ərsəyə gətirib. Pelin xanım bu filmi kolleksiyaçı olan əmisi Mithat Əsmərdən ilhamlanaraq ərsəyə gətirir.2005-ci ildə Pelin xanımın ilk səs küylu və ona uğur gətirən "Oyun" adlı sənədli filmi əsrsəyə gəlir.
Ərmək (Hurand)
Ərmək (fars. ارمك‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (27 ailə).
Əsməd Muxtarova
Əsməd İmamməmməd qızı Muxtarova (d. 1944, Buzovna, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin "Türk xalqları tarixi" kafedrasının müdiri, "Tarix və onun problemləri" nəzəri, elmi, metodik jurnalının təsisçisi və baş redaktoru. == Həyatı == 1944-cü ildə Bakı şəhəri Buzovna qəsəbəsində anadan olub. Buzovna qəsəbəsində 125 saylı orta məktəbdə təhsil alıb. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1974-cü ildə "Azərbaycan SSR-də ali təhsilin inkişafı (1959–1965-ci illər)" adlı namizədlik dissertasiyasını müdafiə edib. 1991-ci ildə "Azərbaycan SSR-də kənd təsərrüfatı fəhlələri" adlı doktorluq dissertasiyasını müdafiə edib. == Fəaliyyəti == 1967–1970-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani aspirantı olub. 1971-ci ildən həmin fakültədə "SSRİ tarixi" kafedrasında çalışır. 1992-ci ildən "Türk və Qafqaz xalqları tarixi kafedrası"nda çalışır.
"Əmək" ordeni
"Əmək" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi (ordeni). 2017-ci il 25 yanvarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə təsis edilib. == Statusu == Azərbaycan Respublikasının "Əmək" ordeni ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istənilən fəaliyyət sahəsində Azərbaycan Respublikasının inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə, o cümlədən:sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətlərinə, kənd təsərrüfatı məhsullarının istehsalında (emalında) kənd təsərrüfatının inkişafına təsir edən yüksək göstəricilərə, istehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə; yüksəkkeyfiyyətli məhsul istehsalına (hazırlanmasına, yetişdirilməsinə), yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təklifin istehsalatda davamlı, nəticəli tətbiqinə görə təltif edilirlər. == Taxılma qaydası == Azərbaycan Respublikasının "Əmək" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Vətənə xidmətə görə" ordenindən sonra taxılır. == Təsviri == Azərbaycan Respublikasının "Əmək" ordeni (bundan sonra – orden) daxili diametrinin içərisində hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduz yerləşən bütöv ayparadan ibarətdir. Ordenin 1-ci dərəcəsi qızıldan, 2-ci dərəcəsi gümüşdən, 3-cü dərəcəsi bürüncdəndir. Ordenin ön tərəfi Ayparanın xarici diametri 38 mm, daxili diametri 30 mm-dir. Ayparanın aşağı hissəsinin mərkəzində dairə boyunca "ƏMƏK" sözü yazılmışdır. "ƏMƏK" sözü basma üsulu ilə ayparanın daxilində həkk olunmuşdur. Hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduzun üzərində milli ornamentləri əks etdirən naxışlar həkk olunmuşdur.
Dixotomik əsmə
Dixotomik əsmə (lat. Anemone dichotoma) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü.
Məcburi əmək
Məcburi əmək — cəza verməklə hədə-qorxu gələrək hər hansı bir şəxsin boynuna qoyulan hər cür iş və xidmət.
Əmək mühaciri
"Əmək mühaciri" termini dünyanın müxtəlif yerlərində müxtəlif mənalarda işlədilir. Birləşmiş Millətlər Təşkilatı "Əmək mühaciri" dedikdə, öz vətənindən kənarda işləyən hər kəsi nəzərdə tutur. Onlar mühacir adlanır. Bir neçə ölkənin milyonlarla mühacir işçisi var. Bəzi ölkələrdə qeyri-leqal mühacirlər də çoxluq təşkil edir ki, onlar da əsasən iş üçün müxtəlif ölkələrə gedənlərdir. Bu termin eyni zamanda ölkə daxilində bir şəhərdən digərinə köç edənlərə də şamil olunur. Onlar mühacir adlanır. == Dünya ölkələrində mühacir işçilər == ===== Kanada ===== Kanadada şirkətlər mühacirlər üçün immiqrasiya proqramının genişləndirilməsi məqsədilə onları müvəqqəti işə cəlb edir. ===== Çin ===== Çin hökuməti iqtisadiyyatın inkişafında uzunmüddətli məqsədlərə çatmaqda, eləcə də, Çinin kənd əsaslı iqtisadiyyatdan şəhər əsaslı iqtisadiyyata keçməsində mühacirlərin rolunun böyük olduğunu vurğulayıb. Bəzi daxili şəhərlərdə pensiya və sosial sığorta da daxil olmaqla mühacirlərə sosial təminat verilməsinə başlanılmışdır.
Əmək müqaviləsi
Əmək müqaviləsi (ing. contract of employment ,rus. трудово́й догово́р, alm. arbeitsvertrag‎) – müәssisә әmәkdaşının vә müdiriyyәtinin hüquq vә vәzifәlәrini müәyyәn edәn rәsmi sәnәd. İşә götürmә zamanı rәsmilәşdirilir vә hәr iki tәrәf – işçi vә müdiriyyәtin nümayәndәsi imzalayır. Müxtәlif ölkәlәrdə əmək müqaviləsinin tәrkibi vә bölmәlәri fәrqlidir. Mәsələn Almaniyada uzun illәr əmək müqaviləsinin әsas bölmәlәrinә: әmәk fәaliyyәti; gәlirlәr (o cümlәdәn әmәkhaqqı); müdafiә tәdbirlәri (müvәqqәti әmәkqabiliyyәtsizliyi, әlillik, ölüm hallarında); mәzuniyyәt; 5) әlavә işlәrin görülmәsi qaydası; istehsal vә kommersiya sirlәrini saxlamaq öhdәliyi; ixtiraların rәsmilәşdirilmәsi vә ödәnilmәsi şәrtlәri; müqavilәnin qüvvәdә olduğu müddәt vә onu lәğv etmәk qaydası aid edilirdi.Əmək müqaviləsinin xüsusi növü işçilәr vә administrasiya arasında bağlanmış әmәk sazişidir. Bu sazişdә әmәk münasibәtlәri vә digәr münasibәtlәr, hәmçinin tәrәflәrin hüquq vә vәzifәlәri göstәrilir. == Əmək münasibətlərinin tərəfləri == Əmək münasibətləri işçilər ilə işəgötürənlər arasında əmək müqaviləsi əsasında yaranan və əmək hüquq normaları ilə tənzimlənən münasibətlərdir. Əmək münasibətlərinin bir tərəfi qismində işçi, digər tərəfin qismində isə işəgötürən çıxış edir.
Əmək məzuniyyəti
Əmək məzuniyyəti - işçilərə verilən məzuniyyət İşçilərə əmək məzuniyyətlərinin verilməsi XIX əsrin ikinci yarısından, onun qanunvericiliklə tənzimlənməsinə isə ötən əsrin əvvəllərindən başlanılıb. 1903 və 1908-ci illərdə İsveçrə, 1909-da İslandiya, 1919-cu ildə Avstraliyada buna yönəlik qanunlar qəbul edilib. 1936-cı ildə Beynəlxalq Əmək Təşkilatı əmək məzuniyyəti haqda 47 saylı tövsiyə qərarı, 52 saylı konvensiyanı hazırlayıb. Azərbaycana gəlincə, o cümlədən məzuniyyət hüququnu tənzimləyən Əmək Məcəlləsi 1999-cu il iyulun 1-dən qüvvəyə minib. Ötən 10 il müddətində məcəlləyə bir neçə dəfə əlavə və dəyişiklik edilib. Sonuncu belə dəyişiklik 2009-cu ilin mayın 14-də reallaşıb. Azərbaycanın ana qanunu vətəndaşların məzuniyyət hüququna təminat verir. Konstitusiyanın 37-ci maddəsinə görə, əmək müqaviləsi ilə işləyənlərə ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. 1999-cu ildə qüvvəyə minmiş Əmək Məcəlləsinə görə, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq məzuniyyətlərdən istifadə hüququna malikdirlər. Məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.
Mirzə Əli Xan Ləli
Mirzə Əli Ləli və ya Mirzə Əlixan İrəvani (1845, Təbriz və ya İrəvan, Gürcüstan-İmeretiya quberniyası – 1907, Tiflis və ya Təbriz) — azərbaycanlı şair, həkim. == Həyatı == Mirzə Əli Ləli 1845-ci ildə Təbrizdə dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillərini öyrənib. Təbrizdə əttarlıq dükanı açıb və bir müddət ticarətlə məşğul olub. Sonra o dövrün məşhur həkimlərindən təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmilləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıdaraq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib.
Əl-Vəli
Əl-Vəliyy (ər. الولي) — Allahın adlarından biri.
Əli bin əl-Hüseyn
Əli bin əl-Hüseyn (ərəb. الأمير علي بن الحسين‎; 23 dekabr 1975) — İordaniya kralı Hüseynin üçüncü oğlu və kralın üçüncü arvadı olan kraliça Aliyədən ikinci uşağı. O, həmçinin İorodaniya kralı II Abullanın ögey qardaşıdır. O, 1921-ci ildən İordaniyaya başçılıq edən və Məhəmməd peyğəmbərin nəslindən gəldiyi iddia edilən Haşimilər sülaləsinin üzvüdür. 2015-ci ilin sentyabr ayında şahzadə Əli Zepp Blatterin istefasından sonra FİFA-nın prezident seçkilərində namizədliyini irəli sürmüşdü. == Bioqrafiyası == Şahzadə Əli ilk təhsilini Əmmanda yerləşən İslam Təhsil kollecində almağa başlayıb. Sonradan Böyük Britaniyada və Birləşmiş Ştatlarda təhsilini davam etdirib və Konnektikut ştatında olan Solsberi məktəbini 1993-cü ildə bitirib, orada, ilk növbədə güləşdə olmaqla, idman sahəsində müvəffəqiyyət qazanıb.O, Böyük Britaniyanın Sandherst kral hərbi akademiyasına qəbul olmuşdur. 1999-cu ildə Prinston Universitetində bakalavr təhsilini başa vurdu. Şahzadə Əli ərəb, ingilis, və adıq dillərini mükəmməl bilir.1998-ci ildə Şahzadə Əli Suriya və Türkiyədən adıqların yaşadığı yerə atla səyahətə yollanmışdır ki, dünyada adıq diasporu haqqında məlumatlar artsın. Bu səfərin istiqaməti adıqların soyqırım vaxtı Rusiya İmpreiyasından İorodaniyaya qaçdığı yolla eyni tutulmuşdur.
Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi
Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi (?-?) — Həkkak. Naxçıvan həkkaklıq məktəbinin nümayəndəsidir. Ordubad şəhərində Yəhya bəy (Təkeşiyi-şiə təkyəsi) məscidinin kitabəsini yazmışdır. Həkkak öz adını da elə həmin kitabədə qeyd etmişdir. Gözəl nəstəliq xətti ilə həkk edilən bu kitabənin tarixinə (hicri 1241 il = 1825-1826 il) əsasən demək olar ki, həkkak Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi XVIII əsrin son rübü, XIX əsrin birinci yarısında yaşamışdır.
Eşşək beli sındırdı
Eşşək beli sındırdı - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə uşaq və gənclər arasında geniş şəkildə yayılan ən qədim oyunlardan biri. Bu oyun müəyyən mənada ənzəliyə bənzəyir, onun davamı kimidir. == Oyunun qaydaları == Oyunu keçirmək üçün iki dəstəyə ayrılmaq gərəkdir. Dəstələr halay getmək yolu ilə ayrılır. Püşk ilə uduzan dəstə bir-birinin arxasından yapışaraq əyilir, o biri dəstə isə onların belinə tullanıb otururlar. Əgər bu arada dəstədən biri yıxılırsa, dəstələr yerlərini dəyişdirir.
Dəli Alı
Dəli Alı (tam adı: Dəli Alı Məhərrəm oğlu, 1857, Annenfeld – 1917) — Azərbaycanın xalq qəhrəmanı. == Həyatı == Dəli Alı Məhərrəm oğlu 1857-ci ildə Şəmkirin Keçili kəndində anadan olub. Həyatının gənc çağlarından çobanlıq etməyə başlayıb. Alı və qardaşı Aslan Qovlarasarı kəndində çobanlıq edirdi. Çar məmuru Alının atası Məhərrəm kişini vergi ödəmədiyinə görə qətlə yetirir və bu səbəbdən Alı məmurdan atasının qisasını alır. Ondan sonra Alıgilin Keçilidə yaşamı çətinləşir və onlar Goranboyun Qarasuçu kəndinə köçürlər. Goranboyda yaşadıqları zaman Gəncənin Bağmanlar qəsəbəsindən olan İbrahim adlı bir nəfərin sürülərini otarırdılar. Yay qabağı Göyçənin Canəhmədli yaylağına heyvanları aparardılar. Göyçəyə gedəndə erməni pristavı onların qarşısını kəsir və atışma başlayır. Nəticədə Alı pristavı öldürür.
Əli Əsgər
Karabük Universitetinin İqtisadiyyat və İdarə Elmləri Fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının sədri, professor.[mənbə göstərin] == Ailəsi == Ailəlidir, bir övladı var. == Təhsili və pedaqoji fəaliyyəti == 1986-1993-cü illər ərzində Azərbaycan Texniki Universitetinin Radio Texnika fakültəsində həm bakalavr, həm də magistr dərəcələrində təhsilini tamamlamışdır. Məzun olduğu dövrdə ölkədəki vəziyyəti diqqətə alaraq hüquq təhsili almağa qərar verərək, 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakülətsinə daxil olub. 1998-2000-ci illər ərzində isə Türkiyənin nüfuzlu universitetlərindən olan Mərmərə Universitetinin Sosial Elmlər İnstitutundan Ümumi Hüquq üzrə magistr dərəcəsi alıb. 2007-ci ildə isə Ankara Universitetində doktorantura təhsilini tamamlamış və "Post Sosialist Ölkələrdə Siyasi Rejim Dəyişikləri" adlı dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. == Elmi fəaliyyəti == Doktorantura təhsilini tamamladıqdan sonra Azərbaycanda fəaliyyət göstərən bir qəzetin Türkiyə təmsilcisi olmuşdur. Əli Əsgərin fərqli QHT-lərdə Qafqaz, Rus-Slavyan, Orta Asiya və Türk dünyası ilə bağlı araşdırmaları mövcuddur. Eyni zamanda professor erməni vandalizmin gerçəkliyini Türk dünyasına çatdırılması üçün müxtəlif fəaliyyətlər göstərmiş, təbliğatlar aparmışdır. 2021-ci ildə professor adına layiq görülən Əli Əsgər halhazırda Karabük Universitetinin İqtisadiyyat və İdarə Elmləri Fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının müdiridir.[1] == Mükafatlar == Dünyada mövcud olan konstitusiyaların türkcəyə tərcümə etməsi səbəbi ilə Əli Əsgərə 2019-cu ildə Hüquq Ensiklopediyası Özəl Mükafatı verilmişdir.
Abiy Əhməd Əli
Abiy Əhməd Əli (Ge'ez: ዐቢይ አህመድ አሊ; 15 avqust 1976) – 2 aprel 2018 tarixindən etibarən Efiopiyanın 10-cu Baş naziri və Efiopiya Federal Demokratik Respublikasının 4-cü Baş naziri olaraq xidmət edən bir Efiopiyalı siyasətçidir. Oromo Demokratik Partiyasından olan Efiopiya Xalq İnqilabçı Demokratik Cəbhəsinin ilk Oromo sədridir. EPRDF-nin dörd koalisiya partiyasından biridir. Abiy eyni zamanda Efiopiya parlamentinin seçilmiş üzvü və ODP və EPRDF icra komitələrinin üzvüdür. Keçmiş bir ordu kəşfiyyatçısı, Baş nazir olduqdan bəri geniş siyasi və iqtisadi islahatlar proqramına başlamış və Cənubi Sudan, Eritreya'daki sülh sazişləri və Sudan Respublikasında keçid razılaşması işləmişdir. Abiy, Efiopiya ilə Eritreya arasındakı 20 illik müharibədən sonrakı ərazi böhranını bitirməkdəki işinə görə 2019 Nobel sülh mükafatı layiq görüldü.2021-ci ilin oktyabr ayında Abiy Əhməd ikinci 5 illik müddətə rəsmən and içdi.
Elman Əli Əhməd
Elman Əli Əhməd (somali Cilmi Cali Axmed, ərəb. علم علي أحمد‎; Moqadişo – 9 mart 1996, Moqadişo) — somalili sahibkar və ictimai fəal. == Həyatı == Somalidə anadan olmuşdur. 9 mart 1996-cı ildə Moqadişoda vəfat etmişdir. == Fəaliyyəti == 1993-cü ildə onun tərəfindən "Elman" FK yaradılmışdır. == Ailəsi == Fartuun Adan ilə evli idi. Bu evlilikdən onların Almas, İlvad və İman adlı övladları olmuşdur.
Mehmet Əli (əsgər)
Mehmet Əli (türk. Mehmet Ali; d. 1874, İstanbul, Osmanlı imperiyası – ö. ?) — Türk hərbi xadimi. == Hərbi fəaliyyəti == 1896-cı ildə hərbi məktəbə daxil olmuş və 1900-cu ildə oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1919-cu ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak etmiş, müharibədən sonra “İstiqlaliyyət" medalı ilə təltif edilmişdir. 1 iyul 1932-ci ildə öz istəyi ilə təqaüdə çıxmışdır. == Mükafatları == Məcidiyyə ordeni Dəmir xaç ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İmtiyaz" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) == Həmçinin bax == Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi == Mənbə == T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 58.
Məhməd Əli (əsgər)
Mehmet Əli (türk. Mehmet Ali; d. 1874, İstanbul, Osmanlı imperiyası – ö. ?) — Türk hərbi xadimi. == Hərbi fəaliyyəti == 1896-cı ildə hərbi məktəbə daxil olmuş və 1900-cu ildə oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1919-cu ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak etmiş, müharibədən sonra “İstiqlaliyyət" medalı ilə təltif edilmişdir. 1 iyul 1932-ci ildə öz istəyi ilə təqaüdə çıxmışdır. == Mükafatları == Məcidiyyə ordeni Dəmir xaç ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İmtiyaz" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) == Həmçinin bax == Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi == Mənbə == T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 58.
Əli Bayramov (əsgər)
Əli Nadir oğlu Bayramov (24 mart 1999, Bakı – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əli Bayramov 24 mart 1999-cu ildə Binəqədi rayonunda anadan olmuşdur. 2006-2016-cı illərdə Binəqədi rayon 179 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Əli Bayramov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Əli Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əli Bayramov Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 5 oktyabr 2020-ci ildə Binəqədi rayonunda yerləşən Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Bayramov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Bayramov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Bayramov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əli Eyvazov (əsgər)
Əli Eyvazov (tam adı: Əli Seyran oğlu Eyvazov; 30 iyun 2001, Göyçay – 14 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əli Eyvazov 2001-ci il iyunun 30-da Göyçay şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Əli Eyvazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Əli Eyvazov oktyabrın 14-də şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Eyvazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Əli Məhərrəmov (əsgər)
Əli Kamal oğlu Məhərrəmov (15 aprel 2001, Mirzalıbəyli, Bərdə, Azərbaycan — 27 sentyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əli Məhərrəmov 15 aprel 2001-ci idlə Bərdə rayonunun Mirzalıbəyli kəndində anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elçin İsmayılov Füzulinin azad edilməsində savaşıb. 27 sentyabrda Füzuli rayonu Horadiz qəsəbəsində şəhid olmuşdur. Bərdədə dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məhərrəmov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əli Məmmədov (əsgər)
Əli Abbas oğlu Məmmədov (6 dekabr 1997; Maxta, Şərur rayonu — 23 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əli Məmmədov 6 dekabr 1997-ci ildə Şərur rayonunun Maxta kəndində dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra Əli 2017-2018-ci illərdə qaydasız döyüş (MMA) idmanı ilə məşğul olmuş, bir çox respublika və beynəlxalq səviyyəli yarışların qalibi olmuşdur. O, 2019-cu ildə hərbi xidmətə yollanmış, 2020-ci ildə hərbi müddəti bitən zaman müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq orduda xidmətini davam etdirmişdir. Ailəli idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Əli Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin,Cəbrayılın, Hadrut və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Oktyabrın 23-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Əli Qasımov (əsgər)
Əli İbrahim oğlu Qasımov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əli İbrahim oğlu Qasımov 20 may 2001-ci ildə Tovuz rayonunun Hacıalılı kəndində anadan olub. Ailəsi ilə birlikdə Nərimanov rayonunda yaşayıblar. == Hərbi xidməti == 2020-ci ildə Azərbaycan Ordusu sıralarında əsgər kimi müddətli həqiqi xidmətə çağırılıb. O, Azərbaycanın suverenliyi və ərazi bütövlü uğurunda 27 sentyabr 2020-ci ildə başlanan və Müzəffər Ordumuzun qələbəsi ilə bitən İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak edib.
Əli Quliyev (əsgər)
Əli Turac oğlu Quliyev (20 oktyabr 2001, Kərbəla – 27 oktyabr 2020, Füzuli rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əli Quliyev 20 oktyabr 2001-ci ildə İraqın Kərbəla şəhərində ilahiyyatçı ailəsində anadan olmuşdur. 12 yaşına kimi Kərbəla şəhərində yaşamış və təhsil almışdır. 2013-cü ildə ailəsi ilə birlikdə Azərbaycanın Masallı rayon Kolatan kəndinin Bağıroba qəsəbəsinə yerləşmişdir. Elə həmin ildə də Birinci Qarabağ Müharibəsi kənd şəhidi Simran Rzayev adına məktəbin altıncı sinfinə daxil olmuşdur. Məktəbi başa vuran Əli ali təhsil olmaq üçün imtahan verir, lakin müvəffəqiyətli olmur. 2020-ci ildə hərbi xidmətə yollanır. Dislokasiyası Cocuq Mərcanlı olan "N" saylı hərbi hissədə xidmətə başladı. İkinci Qarabağ Müharibəsinə qatılaraq düşmənin Azərbaycan torpaqlarından qovulmasında iştirak etdi. Oktyabrın 26-dan 27-ə keçən gecə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.
Əli Rzayev (əsgər)
Əli Rəsul oğlu Rzayev (14 aprel 1988; Gədəbəy rayonu, Azərbaycan SSR — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuş, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əli Rzayev 1988-ci il aprelin 14-də Gədəbəy rayonunun Novosaratovka kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Əli Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əli Rzayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Dekabrın 18-də Gədəbəy rayonunda dəfn olunub.
Əli Vəliyev (əsgər)
Əli Kamran oğlu Vəliyev (15 iyun 2002; Sumqayıt, Azərbaycan — 30 sentyabr 2020; Tapqaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əli Vəliyev 2002-ci ildə, iyunun 6-da Sumqayıt şəhərində dünyaya gəlib. Sumqayıt şəhəri 13 saylı orta məktəbdə təhsil almışdır. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əli Vəliyev Goranboy rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. O, 2020-ci il sentyabrın 30-da Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalıb. Sumqayıt Şəhidlər Xiyabanı'nda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əli Vəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Vəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Əli ibn Əhməd
Əli ibn Əhməd (ərəb. علي بن أحمد‎) — təqribən 943–949-cu illərdə hakimiyyətdə olmuş Krit əmiri. Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq yeddinci əmir Əhməd ibn Ömərin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun qardaşı Şüeybdən sonra hakimiyyətə gəldiyi, 943-cü ildən təxminən 949-cu ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta Şüeybin oğlu Əbdüləziz keçmişdir.Əli ibn Əhmədin Bizansın 949-cu ildə Kritə qarşı genişmiqyaslı dəniz ekspedisiyası zamanı hakimiyyətdə olduğu güman edilir. Hər halda, bizanslıların hücumu saratinlər tərəfindən dəf edilmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Canard, M. (1971). "Iḳrīṭis̲h̲". In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch.
Əli Əhmədov (əsgər)
Əli İlqar oğlu Əhmədov (5 yanvar 1993, Mingəçevir – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əli Əhmədov 1993-cü il yanvarın 5-də Mingəçevir şəhərində anadan olub Nişanlı idi. Qardaşı İslam Əhmədov da İkinci Qarabağ müharibəsində şəhid olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Əli Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Əhmədov sentyabrın 27-də Tərtər — Laçın istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Sentyabrın 27-də Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Əhmədov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Əli Əsgər (rəssam)
Əli Əsgər (Kaşan) — Səfəvilər dövlətində saray rəssamı. O, miniatürçü Rza Abbasinin atası olmuşdur. == Həyatı == Əli Əsgər Kaşan şəhərində anadan olmuşdur. Əli Əsgər Qazi Əhmədin miniatür rəssamlığında müəllimlərindən biri olmuşdur. Müasir tarixçilər onun yaradıcılığa Səfəvi şahı I Təhmasibin (1524–1576-cı ildə hakimiyyətdə olmuşdur) dövründə başladığını düşünürlər. Bundan sonra o, Məşhəd şəhərinə köçmüş və burada Şeyx Məhəmməd və Abdullahın yanında şahzadə valisi İbrahim mirzə Cahinin xidmətində aparıcı rəssamlardan biri olmuşdur.Saray tarixçisi İsgəndər bəy Münşinin yazdıqlarına görə, Əli Əsgər peyzaj rəngkarlığında fərqlənmişdi. O, daha sonra Səfəvilər dövlətinin paytaxtı Qəzvin şəhərində II Şah İsmayılın (1576–1577-ci illərdə hakimiyyətdə olmuşdur) yanında işləmişdir. Əli Əsgərin üslubu oğlu Rza Abbasinin ilk əsərlərinə təsir göstərmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Canby, Sheila R. The Rebellious Reformer: The Drawings and Paintings of Riza-yi Abbasi of Isfahan (ingilis). Bloomsbury Academic.
Əsgər Əli Abiyev
Əsgər Əli Qulam oğlu Abiyev (28 iyun 1934, Bakı, Azərbaycan) — Azərbaycan alimi, fizika-riyaziyyat elmlər doktoru, professor. == Həyatı == Əsgər Əli Qulam oğlu Abiyev 28 iyun 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Ə.Abiyev 1957-1961-ci illərdə təhsilini M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsində davam etdirmiş, təhsilini bitirdikdən sonra Bakıya qayıtmış və 1961-1963-cü illər ərzində Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda çalışmışdır. 1963-cü ildə o, Moskvada İ.V.Kurçatov adına Atom Enerjisi İnstitutunda aspiranturaya daxil olmuş və 1966-cı ilədək orada nüvə tədqiqatı sahəsində islərini davam etdirmişdir. Ə. Abiyev 1966-cı ildə yenidən Bakıya – Elmlər Akademiyasının Fizika İnstitutuna qayıtmış və 1969-cu ilədək orada çalışmışdır. Prof. Ə. Abiyev 1969-cu ildən EA-nın Rəyasət Heyətinin nəzdində yeni təsis olunmuş Radiasiya Problemləri Bölməsində (indiki AMEA-nın Radiasiya Problemləri İnstitutu) kiçik elmi işçi, böyük elmi işçi, 1976-cı ildən 1993-cü ilədək isə həmin İnstitutunun “Yarımkeçiricilərin Radiasiya Fizikası” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Ə.Abiyev 1993-2007-ci illərdə Türkiyənin müxtəlif elm ocaqlarında: 1993-2000-ci illərdə Ankara şəhərində yerləşən Özel Yavuz Sultan Fən Liseyində, 2000-2007-ci illərdə isə Gaziantep şəhərinin Gaziantep Universitetinin riyaziyyat kafedrasında müəllim kimi fəaliyyət göstərmişdir. Əsgər Əli Abiyev 1970 və 1988-ci illərdə “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə dissertasiyalar müdafiə edərək, muvafiq olaraq fizika-riyaziyyat elmləri namizədi və elmlər doktoru alimlik dərəcələrini, 1990-cı ildə isə göstərilən ixtisas üzrə professor adını almışdır.
Eşşək
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Eşşəkləri hündürlükləri 1-1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar. == Ulaq nəqliyyat vasitəsi kimi == Atlar cinsindәn tәkdırnaqlı mәmәli heyvan yarımcinsi. Uzun vә hәrәkәtli qulaqlarının, ensiz dırnaqlarının vә ucunda uzun tüklәrdәn ibarәt fırçası olan nazik quyruğunun olması ilә әsl atlardan fәrqlәnir. Rәngi boz, ağ, qara, qәhvәyi olur. Vәhşi Ulaq Afrikada, Ön, Orta vә Mәrkәzi Asiyada yayılmışdır.
Feşmək
Feşmək — karameləoxşar Azərbaycan şirniyyatı Tərkibinə un, şəkər tozu, kərə yağı, sirkə, cövhər, rəngli yeyinti boyaları daxildir. Mənbələrə əsasən pərvərdənin ilk reseptlərinin qədim İranda, xüsusilə ölkənin şimal hissəsində yaranmış, fars kulinariya mədəniyyətinin Azərbaycan kulinariya mədəniyyətinə təsiri nəticəsində bu şirniyyat Azərbaycan mətbəxində də geniş yayılmışdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Çeşmək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt şüşə və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s.Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. == Optik eynəklər == Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi. Həmçinin ilk eynəklər dəstəksiz idi.
Eşək
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Eşşəkləri hündürlükləri 1-1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar. == Ulaq nəqliyyat vasitəsi kimi == Atlar cinsindәn tәkdırnaqlı mәmәli heyvan yarımcinsi. Uzun vә hәrәkәtli qulaqlarının, ensiz dırnaqlarının vә ucunda uzun tüklәrdәn ibarәt fırçası olan nazik quyruğunun olması ilә әsl atlardan fәrqlәnir. Rәngi boz, ağ, qara, qәhvәyi olur. Vәhşi Ulaq Afrikada, Ön, Orta vә Mәrkәzi Asiyada yayılmışdır.
Əli Nuriyev (elm xadimi)
Əli Xudu oğlu Nuriyev (26 iyun 1939, Horadiz, Füzuli rayonu, Azərbaycan SSR) — Yeni Azərbaycan Partiyasının üzvü (2005), İqtisad elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (30.06.2001). == Həyatı == 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. == Təhsil, elmi dərəcə və elmi adları == Əli Nuriyev 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakultəsini "Maliyyə-kredit" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1969-cu ildə Akademik Asəf Nadirovun rəhbərliyi altında "Aşağı Kür-Araz sənaye kompleksi və onun gələcək inkişaf yolları" mövzusunda dissertasiya müdafiə edərək "Məhsuldar qüvvələrin yerləşməsi, SSRİ rayonlarının iqtisadiyyat ixtisası (08.00.04) üzrə i.e.namizədi alimlik dərəcəsi almışdır, 1977-ci ildə ona həmin ixtisas üzrə "böyük elmi işçi" elmi adı verilmişdir. Əli Nuriyev 1991-ci ildə SSRİ Ali attestasiya komitəsi tərəfindən təşkil olunmuş birdəfəlik şürada "Yeni təsərrüfatçılıq şəraitində müttəfiq Respublikanın xalq təsərrüfatının ərazi quruluşunun təkmilləşməsi" Azərbaycan Respublikasının timsalında mövzusunda dissertasiya müdafiə edərək 08.00.05 - Xalq təsərrüfatı və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə olunmasının təşkili (sənaye); 08-00-04 - SSRİ rayonlarının iqtisadiyyatı, məhsuldar qüvvələrin yerləşməsi ixtisasları üzrə i.e.d. alimlik dərəcəsi almışdır. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş, 2005-ci ildə ona "Dövlət İdarəetməsi və menecment" kafedrası üzrə professor elmi adı verilmişdir. == İcra etdiyi vəzifələr == 1963-cü ildə Naxçıvan şəhər Maliyyə şöbəsində böyük iqtisadçı, 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin "Siyasi iqtisad" kafedrasında baş laborant, 1965-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, 1966-1968-ci illərdə əyani aspirant, 1969-1972-ci illərdə həmin institutda kiçik elmi işçi, böyük elmi işçi, 1972-1979-cu illərdə Naxçıvan Elm mərkəzində İqtisadiyyat şöbəsinin müdürü, 1974-1979-cu illərdə ictimai əsaslarla həm də tarix şöbəsinin müdürü, 1980-1981-ci illərdə ÜİKT Elmi-Tətqiqat İnstitutunun Azərbaycan filialında elmi hissə üzrə direktor müavini, 1982-1989-cu illərdə Sumqayıt Sənaye İnstitutunda dosent, 1989-1991-ci illərdəAMEA-nın İqtisadiyyat İnstitutunda baş elmi işçi, şöbə müdirinin müavini, 1992-2002-ci illərdə şöbə müdiri, 2002-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Geostrateji Araşdırmalar Mərkəzinin direktoru vəzifələrində işləmişdir. 2012-ci il iyul ayından həmin Akademiyada "Regional iqtisadi və sosial araşdırmalar" institutunun direktoru vəzifəsində işləyir. == Yaradıcılığı == Əli Nuriyev geniş profilli alimdir.
ESME Sudria
ESME Sudria (École spéciale de mécanique et d'électricité və ya ESME kimi də tanınır) Fransanın ən tarixi mühəndislik məktəblərindən biridir. Paris, Bordo, Lil və Lion bölgəsində İvri-sür-Seyndə yerləşən bu məktəb "Grande Ecole" statusuna malikdir. O, həmçinin Conférence des Grandes Écoles və IONIS Təhsil Qrupunun üzvüdür və əsasən şirkətlərdə işləmək üçün nəzərdə tutulmuş yüksək səviyyəli ümumi mühəndislər hazırlayır.
Esme Kallen
Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir. == Əsas obrazlar == === Bella Svon === İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. “Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.