Çıraqəli xan Zəngənə
Çıraqəli xan Zəngənə (?-1865) — Nasirəddin şah Qacarın münşisi.
Çıraqəli xan Zəngənə elindəndir. Təbrizdə Nasirəddin şah Qacarın münşisi olmuşdu. Sonra şah onu Tehrana aparmışdı. Tehranda orduya daxil olmuş, qullarağası dəstəsində sərhəng (polkovnik) rütbəsinədək yüksəlmişdi. Siracülmülk ləqəbini daşıyırdı.
Çıraqəli xan Zəngənə 1865-ci ildə vəfat edib.
Ənvər Çingizoğlu, Zəngənə eli və məşhur şəxsiyyətləri, Bakı, "Soy" dərgisi, 2010.
Bāmdād, Rejāl I, pp. 300–01.