Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arat
Corat
Corat — Azərbaycan Respublikasının Sumqayıt şəhər inzibati-ərazi vahidində qəsəbə. Sumqayıtın Xəzər sahilində yerləşən qəsəbəsidir. Corat qəsəbəsi Bakıdan 35 km şimal-qərbdə, Xəzər dənizin qərb sahilində, düzənlikdə yerləşir. Mənbələrə əsasən Corat kəndi eramızın V–VII əsrlərində meydana gəlmişdir. Hal-hazırda qəsəbənin ərazisi 225,6 ha-dır, amma keçmişdə ərazisi çox böyük olmuşdur. Orta temperatur yanvarda 3,1C, avqustda 24,9C-dir. Havanın ən aşağı temperaturu −13C yanvar ayında müşahidə olunub, ən isti temperaturu isə +40C avqust ayında qeydə alınıb. İllik yağıntının miqdarı 185 mm-dir. Corat qəsəbəsi üçün şimal küləyi – xəzri və cənub küləyi – gilavar xarakterlidir. 2008-ci ilin aprelin 1-i vəziyyətinə görə Corat qəsəbəsinin əhalisi 8,8 min nəfərdir.
Oran
Vəhran (ərəb. وهران‎ Wahrān) və ya Oran — Əlcəzairin ikinci iri şəhəri. Aralıq dənizinin sahilində yerləşir. Vəhran vilayətinin inzibati mərkəzidir. 2008-ci ilin məlumatına görə əhalisi 609.940 nəfərdən ibarət olmuşdur.
Oraq
Oraq — kənd təsərrüfatı aləti. Taxıl, qismən də ot biçinində istifadə edilir. Kiçik polad tiyədən və ağac sapdan ibarətdir. Dişsiz olması ilə çindən fərqlənir. Tiyənin arxa tərəfi ağac sapa geydirilir. Neolit dövründə yaranmışdır İlk dəfə Ön Asiyada tapılmışdır. Oraq gövdəsi ağac, sümük və gildən olurdu, sonralar isə tunc, dəmir və poladdan da hazırlanırdı. Arxeoloji qazıntılar zamanı Azərbaycanda tapılmış qədim oraqlarla XX əsrdə istifadə olunan oraqlar arasında oxşarlıq var. Oraq "urak" adı ilə bir sıra türkdilli xalqlar arasında da yayılmışdır. Həyətyanı təsərrüfatda işlədilir.
Osat
Osat (serb. Osat / Осат) — Bosniya və Herseqovina ərazisində yerləşən coğrafi vilayət. Podrinenin mərkəzi hissəsində (Drina çayının sağ sahili boyunca), Vişeqrad və Srebrenisa şəhərləri arasında yerləşir. Osat vilayəti ərazisinə Bratunas və Srebrenisa icmaları bütünlüklə, Biraç regionunun isə bir hissəsi daxildir. Vasili Stefanovun yazdıqlarına görə Osat vilayətində 1860-cı ildə aşağıdakı kəndlər mövcud olmuşdur: Blajieviçi, Boleviçi, Bojiçi, Buyakoviçi, Srvisa, Yaketiçi, Karina, Kalimoniçi, Kosytolomsi, Krniçi, Mleçva, Moşiçi, Osatisa, Petrisa, Postole, Pribidol-Srpski, Pribidol-Turski, Radoçeviçi, Ratkoviçi, Stanatoviçi, Teqare, Toplisa, Vraneçeviçi, Vusare, Jakobnisa-Srpska, Jakobnisa-Turska, Kliebas. Osat vilayəti orta əsrlərdə Jupaniya adı ilə tanınırdı. 1402–1459-cu illərdə Serb despotiyasının tərkib hissəsi olmuşdur. 1459-cu ildə Osmanlı imperiyası ərazisinə daxil edilmişdir. Bundan sonra vilayət Zvornik sancağının bir hissəsinə çevrilmişdir. 1804–1813-cü illər ərzində ilk serb üsyanı zamanı Kara-Marko Vasicin qoşunları bir müddətliyinə də olsa Osatı Srvisadan qoparıl ələ keçirə bilirlər.
Brat
Brat — İngiltərə müğənnisi Charli XCX-nin altıncı studiya albomu. 7 iyun 2024-cü ildə Atlantic Records tərəfindən buraxılıb.
Harmonik orta
n {\displaystyle n} sayda a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\ldots ,a_{n}} müsbət ədədin harmonik ortası n 1 a 1 + 1 a 2 + … + 1 a n {\displaystyle {\frac {n}{{\frac {1}{a_{1}}}+{\frac {1}{a_{2}}}+\ldots +{\frac {1}{a_{n}}}}}} ədədinə deyilir. Verilmiş a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\ldots ,a_{n}} müsbət ədədlərinin harmonik ortası həmin ədədlərin tərs qiymətlərinin ədədi ortasının tərs qiymətinə bərabərdir. Ədəbiyyat 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Həndəsi orta
n {\displaystyle n} müsbət a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\dots ,a_{n}} ədədinin həndəsi ortası onların hasilinin n {\displaystyle n} dərəcəli hesabi kökünə deyilir: G = a 1 ⋅ a 2 ⋯ a n n {\displaystyle G={\sqrt[{n}]{a_{1}\cdot a_{2}\cdots a_{n}}}} və ya G = ∏ i = 1 n a i n {\displaystyle G={\sqrt[{n}]{\prod \limits _{i=1}^{n}a_{i}}}} . İki ədədin həndəsi ortası onlarla orta mütənasib də deyilir. Bir neçə ədədin həndəsi ortası digər ortalar kimi onların ən kiçiyi ilə ən böyüyü arasında olur. Bir neçə ədədin həndəsi ortası onların qüvvət ortasının xüsusi halıdır. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Məhəmməd Oraz
Məhəmməd Oraz (16 sentyabr 1969, Nəqədə, Qərbi Azərbaycan ostanı – 7 sentyabr 2003, İslamabad) — İran alpinisti. Everest dağın fəth edən ikinci İranlıdır.
Onat Kutlar
Onat Kutlar (25 yanvar 1936, Alanya, Antalya ili – 11 yanvar 1995, İstanbul) — türkiyəli şair, yazıçı, düşüncə adamı. 1959-cu ildə nəşr olunan " İshak" ilə 1960-cı ildə Türk Dil Qurumu mükafatını qazandı. Fetih Naciye görə İshak dünya ədəbiyyatında sehrli gerçəklik axınının ilk nümayəndələrindən biri olaraq dəyərləndirilməlidir. İstanbul Universitetində Hüquq fakültəsini sonuncu imtahana girməyərək təhsilini yarımçıq qoydu və fəlsəfə təhsili almaq üçün Parisə getdi. Iki il sonra geri qayıtdı və "Doğan Kardeş" dərgisində işləməyə başladı. 1965-ci ildə Türk Sinamatek Dərnəyini və "Yeni Sinema" dərgisini yaratdı. 1965–1976-cı illərdə Türkiyəyə dünya kinosunun qapılarını açan Türk Sinamatek Dərnəyini idarə etdi. 1985-ci ildə Berlin Film Festivalında münsif oldu. 1994-cü ildə Fransa hökumətinin verdiyi "L'Ordre des Arts et des Lettres" mükafatına layiq görüldü. 30 dekabr 1994-cü ildə Mərmərə hotelində edilən bombalı hücum zamanı ağır yaralandı.
Oral seks
Oral seks (lat. os, oris — ağız sözündəndir) — partnyorun cinsi orqanına dodaqlar, dişlər, dil, yanağın içi, boğaz, bütün ağız və bütövlükdə ağız boşluğu və ya bu bədən hissələrinin birləşməsi ilə stimulyasiya etməklə cinsi oyanma və/yaxud həzzin əldə edildiyi cinsi əlaqə. Erogen zonaların stimulyasiyası öpüşmə, yalama, dil ilə masaj hərəkətləri, zərif dişləmə, əmmə (ağız və dodaqların qarşılıqlı hərəkətləri) şəklində olur. Oral seks, insanlardan başqa, digər primatlarda, eləcə də yarasalarda mövcuddur. Yoluxucu xəstəliklərin ötürülməsinin qarşısını almaq üçün oral seks zamanı prezervativlərdən (kişilər üçün) və lateks lentlərdən (qadınlar üçün) istifadə edilməlidir ki, bu, oral cinsi əlaqə zamanı, həmçinin vaginal cinsi əlaqə zamanı mümkündür. Bununla belə, iki səbəbə görə həkimlərin tövsiyələrinə nadir hallarda əməl olunur: hətta nazik prezervativ belə həssaslığı azaldır və xoşagəlməz "rezin" dad cinsi əhval-ruhiyyəni aşağı salır. Oral seks ağız boşluğunda və yuxarı tənəffüs yollarında (kəskin respirator virus infeksiyaları, tonzillit, skarlatina, tonzillit, faringit və s.) hər hansı iltihabi proseslər üçün təhlükəlidir, çünki infeksiya partnyorun cinsiyyət orqanlarına yayılaraq, iltihablı təsirlər yarada bilər. Bu cür infeksiyalar çox vaxt xarakterik olmayan klinik mənzərəyə (diaqnozun qoyulmasını çətinləşdirir) və ya bəzi cinsi yolla keçən infeksiyalara oxşar simptomlara malikdir. Oral seks təcrübəsi nəticəsində bakteriya, virus və göbələklərin yaratdığı yoluxucu xəstəliklər keçə bilər. Ağız mikroorqanizmləri (həm normal şəraitdə, həm də xəstəliklərdə, məsələn, kariyesdə) də ağız boşluğunun iltihabına və cinsiyyət orqanlarının mikroflorasının pozulmasına səbəb ola bilər.
Oral Çalışlar
Oral Çalışlar (14 dekabr 1946, Tarsus) — türk jurnalist və yazıçı. 14 dekabr 1946-cı ildə Tarsusda doğulmuşdur. İstanbul Universitetini bitirmişdir.
Oran sülaləsi
Oran və ya Оran-Nassaus sülaləsi (nid. Oranje-Nassau) — Niderland krallığının 1815-ci ildən kral sülaləsi, Nassau knyaz evinin qolu. XVI əsrdən Oran şahzadəsi Birləşmiş Vilayətlər Respublikasında stathauderlər seçilən nüfuzlu oliqarx ailəsidir. Sülalə rəngi kmi narıncı rəng qəbul edilib.
Oraz Yağmur
Oraz Yağmur (türkm. Orazdurdu Yağmurov; 15 avqust 1947, Yolötən rayonu[d] – 3 yanvar 2022, Aşqabad) — tanınmış türkmən şairi, yazıçı, publisist Oraz Yağmur 15 avqust 1947-ci ildə qədim Marı vilayətinin Yolötən rayonunun Qanlıbaş kəndində doğulmuşdur. İbtidai və orta təhsilini Mərv şəhərində almışdır. Orta məktəbdə oxuyarkən ehtiyac üzündən kitabxanaçı, traktorçu kimi çalışmışdır. Aşqabadda indiki Məhdimqulu adına Türkmənistan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır (1967–1972). Tələbəlik illərində oxumaqla yanaşı, ibtidai məktəbdə müəllimlik etmişdir. Sonrakı dönəmlərdə müxtəlif işlərdə çalışmış, hətta dövlət katibi vəzifəsinə qədər yüksəlmişdir. Ədəbi yaradıcılıqla yanaşı Türk Dünyasının birliyi, bütövlüyü uğrunda ciddi mübarizə aparmışdır. O, Türkiyə, Quzey Kıbrıs Türk Cümhuriyyəti, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, İran, Hindistan və başqa ölkələrdə keçirilən konfrans, simpozium və forumlara qatılmış, məqalələri çeşidli dərgilərdə yayınlanmışdır. Ömrünün son illəri ciddi nəzarət altında yaşamış, ölkədən çıxışına qadağa qoyulmuşdur.
Orta Amerika
Mərkəzi Amerika — Şimali Amerikada, Meksikadan Panama kanalına qədər olan ərazidə yerləşən bölgə.
Orta Andaman
Orta Andaman adası (ing. Middle Andaman Island) — Böyük Andaman adaları qrupuna daxil olan ən böyük ada. Arxipelaqın mərkəzində yerləşir. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Sahəsi 1535,5 km². Adada 2001-cin il məlumatına görə 54 385 nəfər yaşayır. Əhalisi əsasən Tamilnada, Kerala və Benqaliya ərazisindən gəlmişlərdən təşkil olunmuşdur. Ada əhalisi əsasən kənd təsərrüfatı ilə məşqul olur. Əsas şəhərləri— Ranqat, Billiqraund, Kadamtala, Bakultata və Bedapur. Adada yerləşən ən şimal şəhəri olan Mayabunder inzibati baxımından Şimali Andamana daxildir.
Orta Asiya
Mərkəzi Asiya və ya Orta Asiya — Asiyanın cənub-qərbdə Xəzər dənizinə, şimal-qərbdə Şərqi Avropaya, şərqdə Çinə və Monqolustana, cənubda Əfqanıstan və İrana, şimalda Rusiyaya qədər uzanan altregionu. Buraya keçmiş sovet respublikaları olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. 1924–1925-ci illərə qədər "Türküstan" adlanırdı. Mərkəzi Asiya tarixən İpək yolu ticarət yolları ilə sıx bağlı olmuşdur. Avropa ilə Uzaq Şərq arasında insanların, məhsulların və ideyaların daşınması üçün kəsişmə rolunu oynamışdır. Mərkəzi Asiyanın əksər ölkələri hələ də dünya iqtisadiyyatının bir hissəsidir. Bu regiona daxil olan ölkələr qərbdə Xəzər dənizi sahilindən başlamış şərqdə Çinin Böyük Xinqan dağlarınadək yerləşir. Bu yeganə regiondur ki, heç bir ölkəsinin okeana bilavasitə çıxış yolu yoxdur. Transsibir magistralına və Xəzər-Volqa su yoluna çıxışı olan şimal-qərb hissəsinin iqtisadi-coğrafi mövqeyi daha əlverişlidir. Bu yollar regionu Qafqaz və Avropa ölkələri ilə birləşdirir.
Orta Asya
Mərkəzi Asiya və ya Orta Asiya — Asiyanın cənub-qərbdə Xəzər dənizinə, şimal-qərbdə Şərqi Avropaya, şərqdə Çinə və Monqolustana, cənubda Əfqanıstan və İrana, şimalda Rusiyaya qədər uzanan altregionu. Buraya keçmiş sovet respublikaları olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. 1924–1925-ci illərə qədər "Türküstan" adlanırdı. Mərkəzi Asiya tarixən İpək yolu ticarət yolları ilə sıx bağlı olmuşdur. Avropa ilə Uzaq Şərq arasında insanların, məhsulların və ideyaların daşınması üçün kəsişmə rolunu oynamışdır. Mərkəzi Asiyanın əksər ölkələri hələ də dünya iqtisadiyyatının bir hissəsidir. Bu regiona daxil olan ölkələr qərbdə Xəzər dənizi sahilindən başlamış şərqdə Çinin Böyük Xinqan dağlarınadək yerləşir. Bu yeganə regiondur ki, heç bir ölkəsinin okeana bilavasitə çıxış yolu yoxdur. Transsibir magistralına və Xəzər-Volqa su yoluna çıxışı olan şimal-qərb hissəsinin iqtisadi-coğrafi mövqeyi daha əlverişlidir. Bu yollar regionu Qafqaz və Avropa ölkələri ilə birləşdirir.
Orta Azərbaycanca
Orta Azərbaycanca (az-əbcəd. اورتا آزربایجانجا‎) və ya Əcəm türkcəsi — XV–XVIII əsrlərdə İran və Cənubi Qafqazda danışılan türk dili. Azərbaycan dilinin müasir forması orta Azərbaycancadan törəmişdir. Bu dil, xüsusilə onun sintaksisi ağır şəkildə farscanın təsirinə məruz qalmışdır. "Əcəm türkcəsi" termini 1684-cü ildə fransız yazıçı Kapuçin Rafael du Mans tərəfindən yazılan qrammatika kitabında istifadə edilən erkən dövr adlandırılmalarından (fr. lingua turcica agemica və ya fr. Turc Agemi) qaynaqlanır. Yerli mənbələr dili "Türki" adlandırırdılar. Orta Azərbaycanca Qədim Anadolu türkcəsi və ya qədim Azərbaycan türkcəsindən törəmişdir və oğuz dillərinin cənub-qərb qolunun bir hissəsidir. Bu dil ilk dəfə XV əsrdə Azərbaycanda, Şərqi Anadoluda və İranda ortaya çıxıb.
Orta Açaluk
Orta Açaluk (inquş Юкъера-Ачалкхе, Боьтамарзи-Юрт, çeç. Юккъера Ачалкхе) - İnquşetiya Respublikasının Malqobek rayonunda yerləşən kənd. Kənd rayon mərkəzindən 28 km cənub-şərqdə - Malqobek şəhərindən və Maqas şəhərindən 30 km şimal-qərbdə (yol boyu məsafədə), Açaluk çayının dağlıq vadisində yerləşir. Çay kəndin qərbindən başlayır, Yuxarı Açaluk kəndindən keçir, sonra şimal-şərqə, Orta Açaluk kəndinə, oradan isə Aşağı Açaluk kəndinə istiqamətlənir, Sunja silsiləsindən keçərək Alxançurt vadisinə tökülür. Orta Açaluk kəndindən bir az şimalda, bu çayın sağ qolu olan Mavi Daş adlı kiçik bir çay axır. Kəndin şərqində, Sunjenski silsiləsinin yamacında Alxançurt kanalı çəkilmişdir. Orta Açaluk kəndinin yerləşdiyi Sunja silsiləsinin qərbdən şərqə doğru hündürlüyü azalır. Kəndin şimal-qərbində Babalo zirvəsi (818.1 m), şərqdə - Albaskina dağı (777.9 m) yerləşir. Kənd regional R-296 Mozdok - Çermen - Vladiqafqaz magistral yolu boyunca yerləşir. Ən yaxın yaşayış məntəqələri: cənub-qərbdə - Yuxarı Açaluk kəndi, şimal-qərbdə - Qeyrbek-Yurt, şimal-şərqdə - Aşağı Açaluk və cənub-şərqdə - Pliyevo və Qarabulaq şəhəri.
Orta Cami
Orta-Cami (krımtat. Orta Cami) — Ukraynanın Krım yarımadası, Baxçasaray şəhərinin tarixi hissəsində, Krım xan sarayı yaxınlığında yerləşən məscid. Orta Cami haqqında ilkin mənbələr 1674-ci ilə aiddir (1085 hicri). Krım xanlığının əsas cümə məscidlərindən biri hesab edilir. Məscidin tam inşa edilib təhvil verilməsi, 1737 və 1743 illərdə iki qardaş II Məngli Gəray və II Səlamət Gərayın dəstəyi ilə baş tutmuşdur. Onlar Krım xanı Hacı Səlim Gərayın oğulları olmuşlar. Məscidin dəqiq inşa tarixi bilinmir. Amma 1674, 1701 və ya 1710-cu illərdə inşa olunması fərz edilir. 1881-ci ildə məscid təmir olunmuşdur. 1927-cu ildə isə o ziyarətə bağlanmışdır.
Orta Ceyrançöl
Orta Ceyrançöl — Azərbaycan Respublikasının Tovuz rayonunun Əlimərdanlı kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə Tovuz rayonunun Əlimərdanlı kənd inzibati ərazi vahidinin tərkibindəki Orta Ceyrançöl kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Orta Dünya
Orta Dünya (ing. Middle-earth; Éndor (kv. Endor); Ennorat (sind. Ennorath)) — Con Tolkinin legendariumunda, icad etdiyi kainatda bir qitə, hadisələrin baş verdiyi əsas məkan. "Hobbit" və "Üzüklərin hökmdarında" hadisələr tam olaraq, "Silmarillion" və "Bitməmiş əfsanələr" əsərlərində isə qismən Orta Dünyada baş verir. Tolkin, Orta Dünyanın və onun ayrı-ayrı ərazilərində baş verən hadisələrin bir neçə xəritəsini hazırlamışdı. O, sağ olanda, onların heç də hamısı dərc olunmamışdır. Əsas xəritələr “Hobbit”, “Üzüklərin hökmdarı”, “Silmarillion” və “Bitməmiş əfsanələrdə” nəşr olunan xəritələr idi. Birinci Dövrün hadisələrinin əksəriyyəti həmin dövrün sonunda Orta Dünyanın batmış Beleriand adlı hissəsində baş verirdi. Beleriand xəritəsinin sağ kənarındakı Göy dağlar Orta Dünyanın İkinci və Üçüncü Dövrlərə aid xəritəsində yuxarı solundakı dağ silsiləsi həmin Göy dağlardı.
Orta Güneypəyə
Orta Güneypəyə — Azərbaycan Respublikasının Ağdərə rayonunun Orta Güneypəyə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 1991-ci il tarixli, 441 saylı Fərmanı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunda Orta Güneypəyə kənd Soveti yaradılmış və Orta Güneypəyə kəndi Baş Güneypəyə kənd Sovetinin tərkibindən onun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Orta Güneypəyə kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Orta Güneypəyə kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci Ağdərə rayonu ləğv edilib və ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.
Orta Ləki
Orta Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonunun Orta Ləki kənd inzibati ərazi dairəsində kənd. Ləki kəndi inzibati cəhətdən Orta Ləki, Yuxarı Ləki, Aşağı Ləki kəndi və Ləki Qəsəbəsi olaraq 4 ərazi vahidinə bölünür. Ləki kəndin ərazisində 4 məktəb, 1 xəstəxana, dəmiryolu stansiyası, bağça, tibb məntəqələri, kitabxana, musiqi məktəbi, yem zavodu, pambıq emalı zavodu, və onlarla böyük və orta iaşə obyektləri mövcuddur.
Orta Araz təbii vilayətinin iqlimi