ORAZ

(Şamaxı)
kömək
◊ Oraz eləmək – kömək etmək. – Bu gün sənə oraz eliyəcəm
ORAŞIN
ORFA
OBASTAN VİKİ
Məhəmməd Oraz
Məhəmməd Oraz (16 sentyabr 1969, Nəqədə, Qərbi Azərbaycan ostanı – 7 sentyabr 2003, İslamabad) — İran alpinisti. Everest dağın fəth edən ikinci İranlıdır.
Oraz Yağmur
Oraz Yağmur (türkm. Orazdurdu Yağmurov; 15 avqust 1947, Yolötən rayonu[d] – 3 yanvar 2022, Aşqabad) — tanınmış türkmən şairi, yazıçı, publisist Oraz Yağmur 15 avqust 1947-ci ildə qədim Marı vilayətinin Yolötən rayonunun Qanlıbaş kəndində doğulmuşdur. İbtidai və orta təhsilini Mərv şəhərində almışdır. Orta məktəbdə oxuyarkən ehtiyac üzündən kitabxanaçı, traktorçu kimi çalışmışdır. Aşqabadda indiki Məhdimqulu adına Türkmənistan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır (1967–1972). Tələbəlik illərində oxumaqla yanaşı, ibtidai məktəbdə müəllimlik etmişdir. Sonrakı dönəmlərdə müxtəlif işlərdə çalışmış, hətta dövlət katibi vəzifəsinə qədər yüksəlmişdir. Ədəbi yaradıcılıqla yanaşı Türk Dünyasının birliyi, bütövlüyü uğrunda ciddi mübarizə aparmışdır. O, Türkiyə, Quzey Kıbrıs Türk Cümhuriyyəti, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, İran, Hindistan və başqa ölkələrdə keçirilən konfrans, simpozium və forumlara qatılmış, məqalələri çeşidli dərgilərdə yayınlanmışdır. Ömrünün son illəri ciddi nəzarət altında yaşamış, ölkədən çıxışına qadağa qoyulmuşdur.