orage
orange
OBASTAN VİKİ
Oral seks
Oral seks (lat. os, oris — ağız sözündəndir) — partnyorun cinsi orqanına dodaqlar, dişlər, dil, yanağın içi, boğaz, bütün ağız və bütövlükdə ağız boşluğu və ya bu bədən hissələrinin birləşməsi ilə stimulyasiya etməklə cinsi oyanma və/yaxud həzzin əldə edildiyi cinsi əlaqə. Erogen zonaların stimulyasiyası öpüşmə, yalama, dil ilə masaj hərəkətləri, zərif dişləmə, əmmə (ağız və dodaqların qarşılıqlı hərəkətləri) şəklində olur. Oral seks, insanlardan başqa, digər primatlarda, eləcə də yarasalarda mövcuddur. Yoluxucu xəstəliklərin ötürülməsinin qarşısını almaq üçün oral seks zamanı prezervativlərdən (kişilər üçün) və lateks lentlərdən (qadınlar üçün) istifadə edilməlidir ki, bu, oral cinsi əlaqə zamanı, həmçinin vaginal cinsi əlaqə zamanı mümkündür. Bununla belə, iki səbəbə görə həkimlərin tövsiyələrinə nadir hallarda əməl olunur: hətta nazik prezervativ belə həssaslığı azaldır və xoşagəlməz "rezin" dad cinsi əhval-ruhiyyəni aşağı salır. Oral seks ağız boşluğunda və yuxarı tənəffüs yollarında (kəskin respirator virus infeksiyaları, tonzillit, skarlatina, tonzillit, faringit və s.) hər hansı iltihabi proseslər üçün təhlükəlidir, çünki infeksiya partnyorun cinsiyyət orqanlarına yayılaraq, iltihablı təsirlər yarada bilər. Bu cür infeksiyalar çox vaxt xarakterik olmayan klinik mənzərəyə (diaqnozun qoyulmasını çətinləşdirir) və ya bəzi cinsi yolla keçən infeksiyalara oxşar simptomlara malikdir. Oral seks təcrübəsi nəticəsində bakteriya, virus və göbələklərin yaratdığı yoluxucu xəstəliklər keçə bilər. Ağız mikroorqanizmləri (həm normal şəraitdə, həm də xəstəliklərdə, məsələn, kariyesdə) də ağız boşluğunun iltihabına və cinsiyyət orqanlarının mikroflorasının pozulmasına səbəb ola bilər.
Oral Çalışlar
Oral Çalışlar (14 dekabr 1946, Tarsus) — türk jurnalist və yazıçı. 14 dekabr 1946-cı ildə Tarsusda doğulmuşdur. İstanbul Universitetini bitirmişdir.
İslamda oral seks
İslami baxımdan oral seks, “Təhrimi məkruh” və ya bəzi İslam hüquqşünaslarına görə cinsiyyət orqanının ağız və dillə təmasda olması çox arzuolunmazdır. Bu əməlin tövsiyə edilməməsinin səbəbi ilk növbədə təvazökarlıq, təmizlik və paklıq ilə əlaqədar olan digər məsələləridir. Ən çox yayılmış iddiada deyilir ki, ağız və dil Quran oxumaq və Allahın zikri (zikr etmək) üçün istifadə olunur. Birinci olaraq alimlər, cinsiyyət orqanına ağız vasitəsi ilə toxunmağı iyrənc hesab edirlər, çünki cinsi orqana sol əllə deyil, sağ əllə toxunmaq Məhəmməd peyğəmbər tərəfindən qadağan edilmişdir; onların fikrincə, ağız sağ ələ nisbətən daha şərəflidir, çünki ağızla cinsiyyət orqanına toxunmaq daha iyrəncdir. İkinci olaraq, genital ifrazatın vəziyyəti dörd sünni məzhəbi arasında müzakirə olunur, bəzi alimlər bunu təmiz, bəziləri isə çirkin hesab edirlər. Bununla bağlı fikir ayrılıqları mövcuddur. Bir çox alimlər oral seksin icazəli olduğuna inansalar da, bəyənmirlər. Ağızla cinsi əlaqəni caiz hesab edən alimlər qrupu hədislərdə və Quranda belə bir hərəkəti qadağan edən açıq-aydın bir əmr olmadığı üçün bu hərəkəti caiz yəni icazəli bilmişdirlər. Yusif əl-Qaradavi kimi aparıcı müsəlman alimləri bu fikrə şərikdirlər. Hədisdə öpüşmə, toxunma və bu kimi şeylər açıq-aydın qeyd olunmuş, eyni zamanda İslam dini ön sevişmənin vacibliyini vurğulamışdırsa da, belə bir hərəkət hədisdə ön sevişmənin bir hissəsi kimi qeyd olunmamışdır.
İslami baxımdan oral seks

Oralar
"Oralar" — Azərbaycan televiziya verilişi. 2017-ci il aprelin 8-də ATV kanalında yayımlanıb. Verilişdə aparıcı Turanə Hüseynli qlamur həyat, dəbli butiklər, gənclərin əyləncə məkanlarına, Azər Qəribov şəhərlərin lüks həyatını, məşhur abidələrini, muzeyləri və turistik məkanlarını, Rüstəm Əfsərli isə büdcəli səyyah həyatı sürərək sadə insanların yaşayışını tamaşaçılara göstərir. 2018-ci ildə veriliş "Oralar" verilişi Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Beynəlxalq Turizm Filmləri Festivalında "Televiziya verilişləri" nominasiyasında birinci yerə layiq görülüb. Oralar — Internet Movie Database saytında.
Oralmanlar
Oralmanlar (qaz. Оралмандар - qayıdanlar) və ya qandaşlar (qaz. қандастар) — Qazaxıstan 1991-ci ildə SSRİ-dən müstəqilliyini alandan bəri ora köçmüş etnik qazaxlar. 2008-ci ildən başlayaraq etnik qazaxların göçmə proqramı Nurlu göçmə (qaz. Нұрлы көш) adlanır. O vaxtan bəri Qarağandı və Çimkənd kimi cənub şəhərlərində ormanların müvəqqəti məskənləşməsi üçün bir sıra inteqrasiya mərkəzləri açılıb. Repatriasiya Qazaxıstan köçetmə siyasətinin ən vacib məsələlərindən biri sayılır. Ormanlar ənənəvi olaraq, hava və rahatlıq səbəblərinə görə keçmiş yaşayış yerləri ilə bitişik və ya yaxın olan Qazaxıstanın bölgələrində məskənləşirlər. Dolayısıyla, Özbəkistanla Qırğızıstandan gələnlər əsasən ölkənin cənubunda, Çinlə Monqolustandan gələnlər isə şərqində qalırlar. Hökumət onları şimalda yerləşdirməyə, lakin ormanların özləri gündəlik həyatda rus dilinin vacibliyi az olduğu yerlərdə, özəlliklə ölkənin cənubunda yerləşməyə üstünlük verirlər, baxmıyaraq ki, şimalda qalan ormanlara imtiyazlar təklif olunur.
Oralxan Bukeyev
Oralxan Bökey (28 sentyabr 1943 – 17 may 1993, Dehli) — qazax yazıçısı. Oralxan Bökey 1943-cü ildə Qazaxıstanın Qaton-Qarağay rayonunun Çinqistau kəndində doğulubdur. 1961-ci ildə Sultanmahmud Torayğırov adına orta məktəbi bitirdikdən sonra bir müddət pioner dəstə rəhbəri, daha sonra Altay sovet təsərrüfatının traktorçusu olubdur. 1968-ci ildə Kirov adına Qazaxıstan Dövlət Universitetinin jurnalistika fakültəsini qiyabi bitirən Bukeyev bir müddət "Əmək bayrağı" adlı rayon qəzetində korrektor, tərcüməçi, redaktor əvəzi, əyalət qəzeti olan "Kommunizm bayrağı"nda ədəbi əməkdaş olaraq çalışmışdır. sonra Alma-Ataya köçmüş, əvvəlcə respublika gəncləri qəzeti "Leninçi gənclər"də, daha sonralar isə uzun illər (1974-1983) "Ulduz" dərgisində şöbə müdiri, 1991-ci ildən isə "Qazax ədəbiyyatı" dərgisinin baş redaktoru vəzifəsində işləmişdir. Bökey 1991-ci ildə qazax ədəbi birliyi "Ağ quş"u yaratmış və ona rəhbərlik etmişdir. Oralxan Bökey 1993-cü ilin may ayında Hindistanda ezamiyyət zamanı qəfildən dünyasını dəyişmişdir. "Dəstələr", 1971 "Hardasan, qaçqalı dayçam", 1973 "Buz dağı", 1975 "Yuxusuzluq", 1987 "İldırım izi" (azərbaycan dilində), Bakı, "Elm və təhsil", 2012. Nərmin Azadgil, "Sadəcə sözün sahibi" (ön söz), Oralxan Bukeyev, "İldırım izi" kitabı (azərbaycan dilində), Bakı, "Elm və təhsil", 2012.

Digər lüğətlərdə