Bu adın digər istifadə formaları üçün bax:
Qaraçimən.
Yuxarı Qaraçimən — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd olmuşdur.[1]
Toponim qədim türk dilində «böyük, geniş» mənasında işlənən qara sözü ilə[2] «yaşıl otla örtülmüş sahə» mənasında işlənən çəmən sözünün[3] dialekt variantı olan çimən sözünün birləşməsindən əmələ gəlmişdir. «Yuxarı» sözü fərqləndirici əlamət bildirir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kənddə 1897-ci ildə 237 nəfər, 1922-ci ildə 217 nəfər azərbaycanlı yaşamışdır[4].
1926-cı ildən sonra ləğv edilərək Aşağı Qaraçimən kəndi ilə birləşdirilmişdir.
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Əhmədov T.M. Azərbaycan paleotoponimiyası, Bakı, ADU, 1985. s.70
- ↑ 12, s.429
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.56-57,
134-135
|
---|
Şəhərlər | |
---|
Rayonlar (1930–1995) | |
---|
Mahallar | |
---|