Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daşqın
Daşqın — çayların su rejimində hər il təkrar olunan dövr. Qarın və buzların əridiyi, yağışın ən çox yağdığı vaxtda olur. Çayların suyunun artması, səviyyəsinin qalxması, yatağın tamamilə su altında qalması, bəzən də sahilləri basması ilə səciyyələnir. Çayların illik axımının 60-80%-ə qədəri daşqın dövrünə düşür.Daşğınlara nə səbəb olur Soyuq damla: yer səthinin istiliyi dənizlərə nisbətən daha soyuq olduqda baş verir. Bu fərq, böyük bir isti və nəmli havanın atmosferin orta və üst qatlarına qədər qalxmasına, leysan yağışlarına səbəb olur və nəticədə daşqınlar ola bilər. İspaniyada payızdan bəri baş verən illik bir fenomendir. Monzon: musson ekvatorial kəmərin yerdəyişməsi nəticəsində yaranan mövsümi bir küləkdir. Bunun səbəbi suyunkından daha sürətli olan yerin soyumasıdır. Beləliklə, yayda yer səthinin istiliyi okeandan daha yüksəkdir və bu da yer üzündəki havanın sürətlə yüksəlməsinə və fırtına yaratmasına səbəb olur. Külək hər iki təzyiqi tarazlaşdırmaq üçün antisiklonlardan (yüksək təzyiq sahələrindən) siklonlara (aşağı təzyiq sahələri) əsərkən, güclü bir külək daim okeandan əsir.
Arqın (Xudabəndə)
Arqın (fars. ارقين‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 936 nəfər yaşayır (209 ailə).
Daşqın (1969)
== Məzmun == Kinolentdə respublikamızda güclü yağışlardan sonra çaylarda daşqınların əmələ gəlməsindən, onların qarşısını almaq üçün görülən tədbirlərdən danışılır. == Film haqqında == Film Azərbaycan Su Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Daşqın Ağayev
Daşqın Əliqulu oğlu Ağayev (21 noyabr 1987, Sumqayıt – 17 noyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Daşqın Ağayev 1987-ci il noyabrın 21-də Sumqayıt şəhərində anadan olub. 1993-2004-cü illərdə Sumqayıt şəhərində 29 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Daşqın Ağayev 2006-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Daşqın Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın Ağayev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanlnda dəfn olunub.
Daşqın Gülməmmədov
Daşqın Gülməmməd oğlu Gülməmmədov (gürc. დაშგინ გიულმამედ ოღლუ გიულმამედოვი; 12 sentyabr 1977, Qaçağan, Marneuli rayonu) — Aşina Türk Qarapapaq Şadı, tanınmış ictimai-siyasi xadim, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri, yazıçı, şair və publisist, 2002–2011-ci illərdə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının Prezidenti, 2008–2009-cu illərdə Transmilli İnformasiya Təhlükəsizliyi Agentliyinin icraçı direktoru, 2011-2013-cü illərdə Gürcüstan Türkləri Konfederasiyasının Prezidenti, Gürcüstan Qaydasız döyüş üzrə idman ustası (2011), Kik-boksinq üzrə beynəlxalq dərəcəli idman ustası (2012). 2013-cü il seçkilərində Gürcüstan prezidentliyinə namizəd. == Həyatı == Daşqın Gülməmmədov 12 sentyabr 1977-ci ildə Gürcüstan SSR-in Marneuli (Sarvan) rayonunun, Qaçağan kəndində ziyalı ailəsində anadan olub. == Təhsili == 1983–1994-cü illərdə M.H.Mollayev adına Qaçağan 1 saylı orta məktəbində təhsil alıb. 1994–1996-cı illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitunun (BSİPİ) Hərbi kafedrasında "Hərbi qoşun hissələrində şəxsi heyətlə siyasi işin aparılması" kursu üzrə hazırlıq keçib. 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Sosial idarəetmə və Sosiologiya fakültəsini "Sosiologiya" ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi aləb. 2015-ci ildə Kiyev siyasi proqnozlaşdırma və İdarəetmə İnstitunun "Konfliktologiya" kursunu bitirib. 2019-cu ildə Kiyev Siyasi prespektivlər Akademiyasının "Siyasi texnologiyalar" kursunu bitirib. 2020-ci il 21 yanvar London İnsan Hüquqları Akademiyasının kursunu bitirib.
Daşqın Quliyev
Daşqın Nəcməddin oğlu Quliyev (20 dekabr 2001, Dəvəçi – 16 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Daşqın Quliyev 2001-ci il dekabrın 20-də Şabran şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Daşqın Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın Quliyev oktyabrın 16-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Şabran şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Quliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Quliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Daşqın Rzalı
Daşqın Elşad oğlu Rzalı (27 may 1993, Yaycı, Naxçıvan Muxtar Respublikası – 21 oktyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Daşqın Rzalı 1993-cü il mayın 27-də Culfa rayonunun Yaycı kəndində anadan olub. 2000-2011-ci illərdə Yaycı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Daşqın Rzalı 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ilin fevral ayından isə əvvəlcə Lənkəran şəhərində yerləşən "N" saylı hərbi hissədə, sonra isə Xızı şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Daşqın Rzalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın Rzalı oktyabrın 21-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Culfa rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Rzalı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Rzalı ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Rzalı ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Daşqın İskəndərov
İskəndərov Daşqın Ələm oğlu — Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İstehsalat Birliyinin Baş direktoru, texnika üzrə fəlsəfə doktoru. ARDNŞ-nin vitse-prezidenti (2019–2023), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin müşaviri. == Həyatı == Daşqın İskəndərov 1965-ci ildə Şamaxı rayonunda anadan olmuşdur. 1983–1985-ci illərdə hərbi xidmətdə olmuş və xidməti tamamlayaraq 1985-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsinə daxil olmuşdur. İnstitutu 1991-ci ildə bitirərək dağ mühəndisi ixtisasına yiyələnmişdir. Evlidir, 2 övladı var. == Fəaliyyəti == 1991-ci ildə 28 May neft — qazçıxarma idarəsinin (NQÇİ) 5 saylı dərin dəniz özülündə neft-qazçıxarma operatoru kimi əmək fəaliyyətinə başlamışdır. 1999-cu ilədək orada operator, mühəndis, Neftin və qazın ilkin hazırlanması və nəqli sexinin rəisinin müavini və rəisi vəzifələrini icra etmişdir. 1999–2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində və daha sonra BP Exploration Caspian Sea Limited şirkətində əməliyatlara nəzarət mərkəzində texnik və daha sonra istehsalat üzrə sahə rəhbəri vəzifəsində çalışmışdır. 2007–2010-cu illərdə SOCAR-ın Azneft istehsalat Birliyinin 28 may NQÇİ-nin rəisinin 1-ci müavini, daha sonra isə rəisi vəzifəsinə təyin edilmişdir.
Daşqın İslamov
Daşqın Alik oğlu İslamov (11 iyun 1993, Poladtuğay, Sabirabad rayonu – 29 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Daşqın İslamov 1993-cü il iyunun 11-də Sabirabad rayonunun Poladtuğay kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Daşqın İslamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın İslamov oktyabrın 29-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Sabirabad rayonunun Poladtuğay kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın İslamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın İslamov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Daşqın Şikarov
Daşqın Məzi oğlu Şikarov (29 yanvar 1973, Şamaxı) — Azərbaycan Respublikasının dövlət xadimi və diplomatı, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Fövqəladə və Səlahiyyətli Səfiri. 2010–2011-ci illərdə Azərbaycan Respublikasının Pakistanda müvəqqəti işlər vəkili, 2011–2015-ci illərdə Azərbaycan Respublikasının Pakistanda Fövqəladə və Səlahiyyətli Səfiri, 2012–2015-ci illərdə isə Əfqanıstanda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifələrini icra etmişdir. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi verilmişdir. Bir çox elmi-publisistik məqalələrin və əsərlərin müəllifidir. == Həyatı == Daşqın Şikarov 29 yanvar 1973-cü ildə Azərbaycan SSR-in Şamaxı şəhərində dünyaya gəlmişdir. Uşaqlığı və gəncliyi Bakı şəhərində keçmişdir. === Təhsili === 1990-cı ildə Bakı şəhəri S.C.Pişəvəri adına 4 saylı Fars təmayüllü orta məktəbini başa vurub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1996-cı ildə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik kursunu başa vurub. 1998-ci ildə İslamabadda, Pakistan İslam Respublikası Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş Diplomatik kursu bitirib.Daşqın Şikarov azərbaycan ingilis, türk, fars, rus və urdu dillərini akademik səviyyədə bilir.
Daşqın Şəfiyev
Daşqın Hidayət oğlu Şəfiyev (22 avqust 1989, Krasnodar – 5 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Daşqın Şəfiyev 1989-cu il avqustun 22-də Rusiyanın Krasnodar şəhərində anadan olub. 1995–2006-cı illərdə Samux rayonunda Seyidlər kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Daşqın Şəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın Şəfiyev noyabrın 5-də Laçın döyüşləri zamanı şəhid olub. Samux rayonunun Seyidlər kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Şəfiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Şəfiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Daşqın Şəfiyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Daşqın Əhmədov
Daşqın Əhmədov (azərb. Əhmədov Daşqın Qonsur oğlu‎) — "Azərbaycan Bayrağı" ordeni kavaleri. Qarabağ müharibəsinin iştirakçısı. == Həyatı == Əhmədov Daşqın Qonsur oğlu 1970-ci il 16 aprelda Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşdur.1988-1990-cı illərdə hərbi xidmət keçmişdir. == Hərbi xidməti == Xocalı faciəsindən sonra 21 mart 1992-ci ildə Sabirabad rayon hərbi komissarlığına müraciət edərək könüllü olaraq Qarabağa döyüşə getmişdir. Daşqın Əhmədov Ağdam ətrafında gedən döyüşlərdə özünü cəsur komandir kimi göstərmiş, düşmənin 2 BMP-ni, 26 nəfər canlı qüvvəsini məhv etmişdir. 1992-ci il 4 sentyabrda Ağdamın Pircamal kəndi uğrunda gedən qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olmuşdur. == Təltifi == Daşqın Əhmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli Sərəncami ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Daşqın Əliyev
Daşqın Bəşir оğlu Əliyev (1976, Maniklu, DQMV – 12 mart 1997, Azərbaycan) — azərbaycanlı şəhid. == Həyatı == Daşqın Əliyev 1976-cı ildə Azərbaycan Respublikasının Ağdərə rayоnunun Maniklu kəndində anadan olmuşdur.Qaçqın düşdükdən sonra Bərdə rayоnunun Yеni Daşkənd kəndində məskunlaşıblar. Tovuzun Əlibəyli, Vahidli kəndlərində döyüşmüşdür. 12 mart 1997-ci ildə Maraldağ yüksəkliyində minaya düşərək əmisi oğlu Elşən Əliyev ilə birlikdə şəhid olmuşdur. Bərdə rayоnunun Yеni Daşkənd kəndində dəfn оlunmuşdur.
Məzahir Daşqın
Axundov Mazahir Həmzə oğlu (Məzahir Daşqın; 1909, Borsunlu, Tərtər rayonu – 31 oktyabr 1979, Borsunlu, Mirbəşir rayonu) — azərbaycanlı aşıq və şair. == Həyatı == Mazahir Daşqın 1909-cu ilin payızında Tərtər rayonunun İncə Borsunlu kəndində anadan olmuşdur. Kiçik yaşlarından aşıq yaradıcılığına güclü meyl göstərir. İbtidai məktəbi kənddə bitirdikdən sonra Bakıda fəhlə gənclər məktəbində təhsilini davam etdirir. Son kursda ikən atası həbs olunduğuna görə məktəbdən çıxarılır (1925). Taleyini Gəncə ilə bağlayır, "Qızıl Gəncə" jurnalında şerlərini çap etdirir. Şair Səməd Vurğunla şəxsi tanışlıqdan sonra təhsilini davam etdirməyə imkan tapır. İkinci Dünya müharibəsi başlayanda ordu sıralarında könüllü xidmət edir (1941). Sovet qoşunları tərkibində İranda olarkən Aşıq Hüseyn Cavanla tanış olur, şair aşıq Səyyahla deyişir, Gülgəzin məclislərində iştirak edir. Onun "İran səfəri" şerlər silsiləsi bu zaman yaranır.
İlhan Aşkın
Aşkın Olayım
Aşkın Olayım (azərb. Eşqin Olum‎) — Türkiyə müğənnisi Simgənin 2018-ci ildə çıxan Ben Bazen albomundan bir mahnı. Albomun üçüncü klipi olaraq buraxıldı. Murad Cokerin prodüserliyi ilə çəkilən klipdə müğənnini portuqaliyalı model Markos Santos müşayiət etdi. Habertürk qəzetinin köşə yazarı Oben Budak albomda iki versiyası olan mahnının Onurr versiyasında klipinin çəkilməsini "Simgənin yenisini sınamaq cəsarəti" nəticəsində baş verdiyini yazdı.
Daşqın Turabov
Aqşin
Aqşin — kişi adı, Türkiyədə qadın adı. Aqşin Babayev — yazıçı-dramaturq, şair, tərcüməçi, pedaqoq, ictimai xadim Aqşin Əlizadə — Azərbaycan bəstəkarı Aqşin İsmayılov — Azərbaycanı təmsil edən dağ velosipedçisi Aqşin Abdullayev — Azərbaycan Silahlı Qüvvələrinin zabiti Aqşin Yenisey — Azərbaycanlı yazıçı, şair, publisist Aqşin Kazımzadə — Azərbaycanın əməkdar jurnalisti Aqşin Məmmədov — Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri (1992). Aqşin Novruzov — Vətən müharibəsi şəhidi Aqşin Vəliyev — Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru Aqşin Vəlixanov — aktyor, Azərbaycan SSR əməkdar artisti Aqşin Xəlilov ― azərbaycanlı idmançı, kikboksinqin semi-kontakt növü üzrə dünya çempionu (2006).
Basqın
Basqın - Düşmənə gözləmədiyi yerdən və bilmədiyi bir vaxtda zərbə endirməkdir. == Digər mənaları == Talamaq məqsədi ilə edilən hərəkət.
Aşkın Nur Yengi
Aşkın Nur Yengi (3 iyul 1970, İstanbul) — Türkiyə pop musiqiçisi. == Yaradıcılığı == 1981-ci ildə Onno Tunç orkestrində Sezən Aksunun vokalisti olaraq səhnə fəaliyyətinə başladı. 1987-ci ildə Qrup Dövrü adı Harun Kolçak'la birlikdə "Yaxşı şeylər söyləyin" mahnısı ilə Türkiyədən Eurovision Mahnı Yarışması Finallarına qatıldı. Elə həmin il, Quşadası Qızıl Göyərçin Mahnı Yarışmasında "Yenidən", 1988 Antalya Qızıl Portağal Film Festivalında "Portağal Çiçəyi" və ertəsi il Çeşme Musiqi Festivalında "Daha Ağlama" mahnıları ilə beynəlxalq platformalarda ilk mükafatları qazandı. 2006-cı ildə Haluk Bilginerlə evləndi və bir qız anasıdır. Cütlük 2012-ci ildə boşandı.
Borsunlu Məzahir Daşqın
Axundov Mazahir Həmzə oğlu (Məzahir Daşqın; 1909, Borsunlu, Tərtər rayonu – 31 oktyabr 1979, Borsunlu, Mirbəşir rayonu) — azərbaycanlı aşıq və şair. == Həyatı == Mazahir Daşqın 1909-cu ilin payızında Tərtər rayonunun İncə Borsunlu kəndində anadan olmuşdur. Kiçik yaşlarından aşıq yaradıcılığına güclü meyl göstərir. İbtidai məktəbi kənddə bitirdikdən sonra Bakıda fəhlə gənclər məktəbində təhsilini davam etdirir. Son kursda ikən atası həbs olunduğuna görə məktəbdən çıxarılır (1925). Taleyini Gəncə ilə bağlayır, "Qızıl Gəncə" jurnalında şerlərini çap etdirir. Şair Səməd Vurğunla şəxsi tanışlıqdan sonra təhsilini davam etdirməyə imkan tapır. İkinci Dünya müharibəsi başlayanda ordu sıralarında könüllü xidmət edir (1941). Sovet qoşunları tərkibində İranda olarkən Aşıq Hüseyn Cavanla tanış olur, şair aşıq Səyyahla deyişir, Gülgəzin məclislərində iştirak edir. Onun "İran səfəri" şerlər silsiləsi bu zaman yaranır.
Braziliyada daşqın (2008)
Braziliyadakı daşqın (2008) — təbii fəlakət 2008-ci ilin noyabr ayında bir necə gün ərzində yağan intensiv leysan yağışlarının nəticəsində yaranmışdır. Əsas zərbə Braziliyanın Santa-Katarina ştatına dəymişdir. 26 noyabr tarixində 84 nəfər həlak olmuş, 30 nəfər itkin düşmüş və 54 min nəfər öz evlərini tərl etməli olmuşdur. Fəlakətin böyük olmasının səbəbi güçlü sel olmuşdur. Bu fəlakət zamanı ümumilikdə 60 şəhər zərər çəkmiş, 1,5 milyon insan zərər görmüşdür.. Xilasetmə xidmətinin sözçülərinin sözlərinə nəqliyyat kammunikasiyasının böyük qismi su altında qalmışdır. İnsanlar ərzaq və içməli su baxımdan əziyyət çəkmişlər. Bölgədə fövqəladə vəziyyət elan edilmış, istər mülki istərsə hərbi qüvvələr nəticələri aradan qaldırmağa cəlb edilmişdir.
Braziliyada daşqın (2009)
Braziliyada daşqın (2009) — Braziliyanın şimal-şərq bölgələrini əhatə edən təbii fəlakət. Braziliyanın beş ştatı bu fəlakətdən zərər görmüşdür. 5 may 2009-cu ildə leysan yağışları səbəbindən 19 nəfər ölmüş və 186 000 nəfər evsiz qalmışdırÖn böyük zərər Maranyan ştatına dəymişdir. Burada 6 nəfər ölmüş və maksimum olaraq 40 700 nəfər evsiz qalmışdırBu subasma Amazon çayı hövzəsində son yüz ildə və Braziliyada isə son 20 ildə ən güçlüsü olmuşdur.
Daşqın (film, 1969)
== Məzmun == Kinolentdə respublikamızda güclü yağışlardan sonra çaylarda daşqınların əmələ gəlməsindən, onların qarşısını almaq üçün görülən tədbirlərdən danışılır. == Film haqqında == Film Azərbaycan Su Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Daşqın Zaqatala FK
Daşqın futbol klubu 1968-ci ildə Zaqatalada yaranmışdır. 1992 və 1993-cü il mövsümlərində 2 dəfə futbol üzrə Azərbaycan çempionatının Güclülər Dəstəsində iştirak etmişdir. 1993-cü ildə 20 komanda arasında 6-cı yeri tutmuş, amma mövsümün başa çatmasından sonra maliyyə çətinlikləri ucbatından fəaliyyətini dayandırmışdır. 1994/95 mövsümündə yenidən Azərbaycan çempionatında iştirak etsə də (aşağı dəstə), Güclülər Dəstəsinə vəsiqə qazana bilməmişdir. 1995-ci ildən sonra fəaliyyəti olmamışdır. 2012-ci ildə klubun fəaliyyətə başladığı xəbər olundu.
ARGİN
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi — Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət gösətərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatı. Nazirlik Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır. == Haqqında == Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır.
Daşqın Rzalı (kiçik gizir)
Daşqın Elşad oğlu Rzalı (27 may 1993, Yaycı, Naxçıvan Muxtar Respublikası – 21 oktyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Daşqın Rzalı 1993-cü il mayın 27-də Culfa rayonunun Yaycı kəndində anadan olub. 2000-2011-ci illərdə Yaycı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Daşqın Rzalı 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ilin fevral ayından isə əvvəlcə Lənkəran şəhərində yerləşən "N" saylı hərbi hissədə, sonra isə Xızı şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Daşqın Rzalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın Rzalı oktyabrın 21-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Culfa rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Rzalı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Rzalı ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Rzalı ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Qara dənizdə daşqın nəzəriyyəsi
Qara dənizdə daşqın nəzəriyyəsi — elmi hipotez. Bu hipotezə görə təqribən e.ə. 5600-cı ildə Qara dənizdə suyun səviyyəsində genişmiqyaslı katastrofik yüksəliş baş vermişdir ki, bu da Tufan əfsanələri üçün tarixi əsas rolunu oynamış ola bilər. Aralıq dənizindən suların əvvəllər bağlanmış Qara dənizə sıçrayışının səbəbinin zəlzələ olduğu güman edilir. Bu kataklizmdən əvvəl Qara dənizin səviyyəsi açıq şəkildə dünya okeanlarının ümumi səviyyəsindən aşağı idi. == Rayan-Pitmen hipotezi == Qara dənizdə daşqın nəzəriyyəsi 1996-cı ildə Kolumbiya Universitetindən olan amerikalı geoloqlar Vilyam Rayan və Valter Pitmen tərəfindən irəli sürülmüşdür . Rayan və Pitmen daşqın nəticəsində 155 min km² ərazinin su altında qaldığını və eyni zamanda bunun nəticəsində Azov dənizinin əmələ gəldiyini qeyd edirlər. Həmçinin Bosfor boğazının ərazisində gündə təxminən 40 km³ su axdığı böyük bir şəlalə meydana gəlmişdir. Boğaz axını ən azı 300 gün ərzində oxşar gücə malik olmuşdur . Müasir elm Qara dənizin qədim zamanlarda şirin sulu olduğunu, lakin sonra duzlu dəniz suyunun ona töküldüyünü müəyyən etmişdir.
Ağin
Ağin — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda kənd. == Tarixi == Gümrü şəhərindən 22–23 km cənub-qərbdə, Arpaçayın üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ağit kimi, Qafqazın 5 verstlik xəritəsində Ağin formasında qeyd edilmişdir. Toponim qədim türk dilində «uca, hündür, böyük» mənasında işlənən ağ sözü ilə qədim türk dilində «daxma, koma, mağara» mənasında işlənən in sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.X.1961-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ani qoyulmuşdur. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. XIX əsrin əvvəllərində azərbaycanlılar tarixi torpaqlarından qovulmuş, 1829-30 - cu illərdə Türkiyənin Muş, Alaşkert, Basin vilayətlərindən, 1877-78-cı illərdə Qarsdan ermənilər köçürülüb burada yerləşdirilmişdir.
Anton Şaqin
Anton Aleksandroviç Şaqin — Rusiya teatr və kino aktyoru, Prezident seçkiləri mükafatı laureatı (2016), Rusiya Federasiyasının hökuməti (2011). == Həyatı == Anton Şaqin 1984-cü il aprelin 2-də Kalininqrad rayonunun Kimrı şəhərində anadan olmuşdur. Uşaqlığını Karaçev şəhərində (Bryansk vilayəti) keçirilib, burada babası Yuri Konstantinoviç Gorşkov ilə qalıb. O, SM Kirov məktəbində oxudu. Məktəbdən əvvəl Anton soyadını Gorşkov adlandırdı. Ancaq sonradan Şaqin olaraq dəyişdi. Şaqin onun ögey atasının soyadı idi. Anton 14 yaşında ikən anası öldü. 9-cu sinifdən sonra peşə məktəbində çilingər kimi təhsil almağa getdi. Zəif çıxışlarda iştirak etmişdir.
Aqşin Abdullayev
Aqşin Abdullayev (hərbçi) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olub. Aqşin Abdullayev (müğənni) — Azərbaycan Respublikasının əməkdar artisti.
Aqşin Ağayev
Aqşin Şirvan oğlu Ağayev (1 iyun 1993, Ulacalı, Sabirabad rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqşin Ağayev 1 iyun 1993-cü ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşdur. 1999—2010-cu illərdə Ulacalı kənd tam orta məktəbdə təhsil almışdır. Ailəli idi. Zümrüd adlı qızı yadigar qaldı. == Hərbi xidməti == Aqşin Ağayev 2011-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. Gəncədə yerləşən Piyada Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət etmişdir. Qüsursuz xidmətiylə komandanlığın diqqətini çəkdiyinə görə ona "kiçik çavuş" rütbəsi verilmiş, həmçinin, o, "manqa komandiri" vəzifəsinə təyin olunmuşdur. 2013-cü ilin yanvarında hərbi xidmət müddətini başa vurmuşdur. 2020-ci ilin Tovuz döyüşlərindən sonra iyul-sentyabr aylarında səfərbər olunan Aqşin Ağayev sentyabr ayında "əsgər" rütbəsi ilə çağırılmışdır.
Aqşin Ağkəmərli
Aqşin Ağkəmərli (21 mart 1960, Şəbistər, Şərqi Azərbaycan ostanı) — Şair, nasir, publisist və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == === Təhsili === Aqşin Ağkəmərli 1960-cı ildə Güney Azərbaycanın Şəbüstər mahalının İskəmər kəndində anadan olmuşdur. Kiçik yaşlarından ailəsi ilə birlikdə Tehrana köçmüş və orta məktəbi orda bitirmişdir. 1996-cı ildə Tehrandakı Milli Universitetin tibb fakültəsini stomatologiya ixtisası üzrə bitirmiş, bir müddət Kərəc, Talağan və Tehranda həkim işləmişdir. == Yaradıcılığı == Bədii yaradıcılığa orta məktəb illərində farsca yazdığı şeir və hekayələrlə başlamışdır. Bakıda və Tehranda yayımlanan “Kibritçi qız” (1990), “Dondurmaçı” (1995), “Bizi yaşadan tarix” (2001), “Öpdüm Arazı” (2016) kimi şeir və hekayələr kitablarının müəllifidir. Azərbaycan şairlərindən Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə və başqalarının şeirlərini fars dilinə çevirmişdir. O, həmçinin bir çox Azərbaycan şairlərinin əsərlərinin redaktoru, tərtibçisi və ön sözünün yazarıdır. Onun baş redaktorluğu ilə 1990-cı ildən Tehranda fars və türk dillərində “Mişov dağı” adlı rüblük ədəbi dərgi nəşr olunur. Dərginin səhifələrində davamlı olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin təbliğinə geniş yer verilir.
Aqşin Babayev
Aqşin Əlisəttar oğlu Babayev (23 noyabr 1936, Bakı – 10 iyun 2020, Bakı) — Azərbaycanın tanınmış yazıçı-dramaturqu, şair, tərcüməçi, pedaqoq, ictimai xadim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Ədəbi yaradıcılıq və ekran dramaturgiyası" kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, II dərəcəli Dövlət müşaviri, Azərbaycan SSR əməkdar jurnalisti (1987). == Həyatı == Aqshin Babayev 1936-cı ildə Bakıda anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə tələbəykən respublika radiosunda başlayıb. Türkiyə, ərəb ölkələrinə, İrana və Cənubi Azərbaycana verilişlər hazırlayan redaksiyaların baş redaktoru təyin edilib. Əsas işindən ayrılmadan 10 il (1969-1979) ingilis, fransız, alman və ispan dillərində çap olunan "Moskou nyus" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub. Azərbaycanın ictimai həyatı, mədəniyyəti, incəsənəti haqqında həmin qəzetin səhifələrində yazılar dərc etdirib. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Tahir Salahov kimi sənətkarları xarici ölkə oxucularına tanıtdırıb. 1959-cu ildən 1991-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, 15 il (1976-cı ildən) Azərbaycan radiosu və xarici verilişlər üzrə sədr müavini olub. 1972-1975-ci illərdə Türkiyədə işləyib.
Aqşin Bağırov
Aqşin Bağırov (Bağırov Aqşin Böyükağa oğlu; d. 6 iyun, 1953. Bakı, Azərbaycan SSR, SSRİ ) — Rusiya alimi; Tibb elmləri doktoru, professor. 1 nömrəli Moskva ortopediya və travmatologiya klinikasının rəhbəri. == Həyatı == Bağırov Aqşin Böyükağa oğlu 1953-cü il iyunun 6-da Bakı şəhərində doğulub. 1970-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) qəbul olunub. 1976-1977-ci illərdə Zabaykalye dəmir yolunun Beloqorsk bölmə xəstəxanasında internatura keçib. 1978-1980-ci illərdə Sumqayıt şəhərində təcili tibbi yardım xəstəxanasında travmatoloq- həkim vəzifəsində çalışıb. 1980-ci ildə Azərbaycan Səhiyyə Nazirliyinin kollegiyasının qərarına əsasən Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təyinat alıb. A.Bağırov 1982-ci ildə Moskva Mərkəzi Travmatologiya və Ortopediya İnstitutuna (MTOİ) göndərilib.
Aqşin Fateh
Aqşin Fateh (23 oktyabr 1978, Tbilisi) — azərbaycanlı meyxanaçı. == Həyatı == Aqşin Səyyad oğlu Hacıyev 23 oktyabr 1978-cu ildə Tbilisi şəhəri Borçalı mahalında anadan olmuşdur. 1984-cü ildə Bakı şəhəri 63 nömrəli tam orta məktəbə gedib. 2 qızı, 2 oğlu var.
Aqşin Kazımzadə
Aqşin Zəki oğlu Kazımzadə (17 dekabr 1937, Bakı – 10 iyun 2011, Bakı) — Azərbaycanın əməkdar jurnalisti. == Həyatı == Aqşin Kazımzadə 17 dekabr 1937-ci ildə texnika elmləri doktoru, professor Zəki Kazımzadənin ailəsində anadan olub. 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunda (indiki Dövlət Neft Akademiyası) təhsil alarkən jurnalistikaya ilk qədəmlərini "Molodyoj Azerbaydjana" qəzetində qoyub. "Sovetski sport"un Azərbaycan üzrə yeganə azərbaycanlı bölgə müxbiri işləyib. 2011-ci il 10 iyun tarixində 74 yaşında dünyasını dəyişib. == Fəaliyyəti == O həmçinin "Fizkulturnik Azerbaydjana" (indi "İdman") və "Panorama" qəzetlərinə rəhbərlik edib, "Bakinski raboçi", "Gü­nay", "Bizim əsr", "Zerkalo", "Vışka", "Kaspi" və digər rusdilli nəşrlərdə çalışıb. "Sovetski sport" qəzetinin müxbiri olub. Xü­susi müxbir kimi futbol üzrə bir neçə dünya və Avropa çempionatında - İngiltərədə (1966-cı il), Meksikada (1970-ci il), Argentinada (1978-ci il), İspaniyada (1982-ci il) və Fransada (1984-cü il) olub. 5 olimpiya oyunlarında da olub. 90-cı illərin əvvəllərində "İdman" qəzetinin baş redaktoru vəzifəsindən gedən Aqşin Kazımzadə yeni yaradılan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında Beynəlxalq əlaqələr departamentinə başçılıq etdi.
Aqşin Mehdiyev
Mehdiyev Aqşin Şəfaət oğlu (28 aprel 1949, Bakı) — Azərbaycanın Avropa Şurasında keçmiş daimi nümayəndəsi- Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında keçmiş Daimi Nümayəndəsi, Azərbaycanın Kuba, Venesuela, Yamayka və Nikaraquada Fövqəladə və Səlahiyyətli səfiri, İslam Əməkdaşlıq Təşkilatının Avropa İtiifaqı yanında keçmiş müşahidəçisi, İslam Əməkdaşlıq Təşkilatının Birləşmiş Millətlər Təşkilatı yanında daimi müşahidəçisi və İƏT-ın Nyu York bürosunun Baş Direktoru. == Həyatı == Mehdiyev Aqşin Şəfaət oğlu 1949-cu ilin 28 aprel tarixində Bakı şəhərində görkəmli alim-qeoloq, Azərbaycanda neft elminin təsisçilərindən olan akademik Şəfaət Mehdiyevin ailəsində anadan olub. Evlidir, 3 övladı və 5 nəvəsi var. Aqşin Mehdiyev Bakı şəhəri 6 saylı orta məktəbdə təhsil alıb. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini şərqşünas və ərəb dili tərcüməçisi və filoloqu mütəxəssisi kimi bitirib. 1960–1970 illərdə Qahirə Universitetində oxuyub. 1985–1987 illərdə Moskvada SSRİ XİN-in Diplomatik Akademiyasında təhsil alıb və orada beynəlxalq əlaqərin tarixinə aid elmlər namizədliyi dissertasiyasını müdafiə edib. == Diplomatik fəaliyyəti == Aqşin Mehdiyev diplomatik fəaliyyətinə 1975-ci ildə başlayıb. 1971–1975 illər ərzində Misir Ərəb Respublikasında (MƏR) əvvəlcə Helwan metallurgiya kompleksində tərcüməçi, daha sonra MƏR-də SSRİ Səfirliyin iqtisadi məsələlər üzrə müşavirin köməkçisi vəzifəsində işləyib. 1975–1977 illərdə Azərbaycan SSR-nin XİN-də II Katib, I Katib, İnformasiya və Nəşriyyət Şöbəsinin rəisi vəzifələrində işləyib.
Aqşin Məhərrəmov
Aqşin Ramiz oğlu Məhərrəmov (1982, Xaçmaz rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, İkinci Qarabağ müharibəsinin komandanlarından biri. == Həyatı == Aqşin Məhərrəmov 1982-ci ildə Xaçmaz rayonunda anadan olub. == Hərbi xidməti == Aqşin Məhərrəmov 17 avqust 2020-ci ildə general-mayor rütbəsi alıb. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. Müharibədə göstərdiyi şücaətə görə 9 dekabr 2020-ci ildə "Zəfər" ordeni, 24 dekabr "Cəbrayılın azad olunmasına görə" medalı, 25 dekabrda isə "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Aqşin Novruzov
Novruzov Aqşin Şahin oğlu (15 avqust 1998, Bakı – 13 oktyabr 2020, Kəlbəcər rayonu )Aqşin Novruzov Texniki Humanitar liseyin şagirdi idi .Vəfatından sonra həmin liseyə Aqşin Novruzovun adı verilmişdir. Aqşin Novruzov Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Ölümdən sonra 3 medal tərtif edilib. == Həyatı == Aqşin Novruzov 1998-ci il avqustun 15-də Bakı şəhərində anadan olub. Texniki-Humanitar liseyini bitirib. Ali təhsilini Əmək və Sosial Münasibətlər Akademiyasında alıb. 2020-ci ilin yayında həqiqi hərbi xidmətə çağırılıb, 2-ci Qarabağ müharibəsində iştirak edib. Döyüşlərin əvvəlində ayağından yaralanıb, müalicə olunduqdan sonra yenidən ön cəbhəyə yollanıb. Topçu olaraq briqadası ilə birlikdə döyüşlər zamanı 2 düşmən tankını məhv edib. 13 oktyabr 2020-ci ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Aqşin Quliyev
Aqşin Quliyev (kiçik gizir)
Aqşin Quluzadə
Aqşin İlham oğlu Quluzadə (31 avqust 1998-ci ildə Azərbaycanda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Keşlə FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar azərbaycanlı futbolçu. == Klub karyerası == === Keşlə FK === Quluzadə Keşlə FK akademiyası vasitəsilə inkişaf etmişdir.2006-cı idən İnter PİK də oynamağa başlamışdır. Quluzadə əsas komanda ilə debütünü 4 may 2016-cı ildə etmişdir. O, Qarabağ FK klubu ilə qarşılaşmada 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə İnter Azərbaycan Kuboku görüşündə Qarabağa 1-0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistiklkası == === Klub === 16 Yanvar 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Aqşin Qədirzadə
Aqşin Elman oğlu Qədirzadə (10 mart 1999, Seyidqışlaq, Qəbələ rayonu – 18 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqşin Qədirzadə 10 mart 1999-cu ildə Qəbələ rayonunun Seyidqışlaq kəndində anadan olub. 2005-ci ildə Seyidqışlaq kənd məktəbində 1-ci sinifə getmişdir. 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. Kənddə bir müddət işlədikdən sonra 2016-cı ildə çilingər peşəsinə yiyələnmək üçün Qəbələ rayonu Peşə məktəbinə getmişdir. 2017-ci ildə peşə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb. == Hərbi xidməti == Aqşin Qədirzadə 2017–2018-ci illərdə Ədliyyə Nazirliyində müddətli həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra kənddə bir neçə ay işlədikdən sonra yenidən Ordu Sıralarında xidmət üçün 15 may 2019-cu ildə kursa başlayıb, 12 iyul 2019-cu ildə həmin kursu moto atıcı manqa komandiri vəzifəsi ilə bitirmişdir. Şəmkirin Seyfəli kəndində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət edib. Tovuz döyüşləri zamanı da döyüşlərdə iştirak etmişdir.
Aqşin Vəlixanov
Aqşin Məmmədəli oğlu Vəlixanov (28 may 1936, Bakı – 21 iyul 1998, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1989). == Həyatı == Aqşin Məmmədəli oğlu Vəlixanovun soyadı əksər proqramlarda "Vəlixanlı" kimi yazılıb. 1956–1960-cı illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində oxuyub. 1957–1958-ci illərdə Azərbaycan Dövlət Radiosunda işləyib. Yaradıcılığı 1960–1998-ci illərdə Akademik Milli Dram Teatrı ilə bağlı olub. 21 mart 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti adı ilə təltif edilib.
Aqşin Xəlilov
Aqşin Ariz oğlu Xəlilov (16 iyun 1978, Dəvəçi) — azərbaycanlı idmançı, kikboksinqin semi-kontakt növü üzrə dünya çempionu (2006). == Həyatı və fəaliyyəti == Aqşin Ariz oğlu Xəlilov 1978-ci il iyun ayının 16-da Şabran rayonunda anadan olmuşdur. 1985-1995-ci illərdə Bakı şəhəri 246 nömrəli məktəbdə təhsil almışdır. 1995-ci ildə Bakı Dövlət Əmtəəşünaslıq və Kommersiya İnstitutuda, "Əmtəə bazarında kommersiya fəaliyyəti" ixtisası üzrə ali təhsil almış və 1999-cu ildə məzun olmuşdur. 1999—2000-ci illərdə Ordu İdman Klubunda həqiqi hərbi xidmət keçmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali İdarəçilik Akademiyasında ikinci ali təhsilini almağa başlamış, 2013-cü ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Erkən yaşlarından karate-do idman növü ilə peşəkar səviyyədə məşğul olmuşdur. Dəfələrlə karate-do üzrə Azərbaycan çempionu, 2003-cü ildə şotokan karate-do üzrə Avropa çempionu, 2006-cı ildə isə kikboksinqin semi-kontakt növü üzrə dünya çempionu olmuşdur. Azərbaycan Respublikasının idman ustasıdır. 2008-2013 cü illərdə Qəbələ İdman Klubunda lisenziyalaşdırma məsələləri üzrə baş menecer vəzifəsində çalışmışdır.
Aqşin Yenisey
Aqşin Yenisey (1978, Cəlilabad) — Azərbaycanlı yazıçı, şair, publisist.[mənbə göstərin] == Həyatı == Aqşin Yenisey 1978-ci ildə Cəlilabad rayonunda anadan olub. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Yeni dövr Azərbaycan ədəbiyyatının nümayəndələrindən biridir. Azad Yazarlar Ocağının üzvü olub. Aqşin Yenisey bir müddət siyasətçi Bədrəddin Quliyevin rəhbərlik etdiyi Cümhuriyyət Xalq Partiyasının üzvü olmuşdur. == Ailəsi == Şair Aqşin Yenisey yazıçı Aysel Əlizadə ilə ailəli olub, bir qızı var.Şairin ikinci həyat yoldaşı Turana Rəsulovadır. 2014-cü ilin əvvəlindən Turana Rəsulova Almaniyaya köçüb orada yaşayır və aprel ayında oğlu Almaniyada doğulub. Bununla da Aqşin Yenisey ikinci dəfə oğul atası olub. == Yaradıcılığı == Aqşin Yeniseyin ilk kitabı 2000-ci ildə dərc olunub – "Unutmaq sözünün şəkli". 2005-ci ildə ikinci şeirlər kitabını – "Sizin eradan əvvəl"i çap etdirən Aqşinin qələmə aldıqları türk, gürcü, fransız dillərinə tərcümə edilib.
Aqşin İbadov
Aqşin Nazim oğlu İbadov (24 avqust 1984, Boladı, Lənkəran rayonu – 19 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqşin İbadov 1984-cü il avqustun 24-də Lənkəran rayonunun Boladı kəndində anadan olub. 2001–2005-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin "kəşfiyyatçı" ixtisasında təhsil alıb. Ailəli idi. Zeynəb adında bir qızı yadigar qaldı. == Hərbi xidməti == Aqşin İbadov 2005-ci ildə "leytenant" rütbəsi alaraq hərbi vəzifəyə başlayıb. Ağstafa rayonunda, Mingəçevir şəhərində, Murovdağda, Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissələrdə xidmət edib. Azərbaycan Ordusunun mayoru olan Aqşin İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Füzulinin, Cəbrayılın, Xocavəndin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqşin İbadov oktyabrın 19-da Zəngilanın azad edilməsi zamanı şəhid olub. Lənkəran rayonunda dəfn olunub.
Aqşin Əlizadə
Aqşin Əliqulu oğlu Əlizadə (22 may 1937, Bakı – 3 may 2014, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR xalq artisti (1987), professor (1990), Azərbaycan SSR dövlət mükafatı laureatı (1978). == Həyatı == Aqşin Əliqulu oğlu Əlizadə 22 may 1937-ci ildə Bakıda anadan olub. Bakı Konservatoriyasını, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib (1962). Aqşin Əliqulu oğlu Əlizadə 3 may 2014-cü ildə vəfat etmişdir.Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı Bikə xanımın oğludur. Bəstəkar Əli Əlizadənin atasıdır. == Fəaliyyəti == Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I diploma layiq görülüb. 16 simli alətlər üçün yazılan "Ekspressiya" əsəri aleatorik və sonor texnikası üçün maraqlı təcrübədir. "Bayatılar" əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq, daha çox monodik xarakter daşıyır. Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir. Əsas əsərləri "Babək" baleti, "Qafqaza səyahət" baleti, "Ümid valsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd suitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya və s.
Aqşin Ənvərli
Aqşin Ənvərli (10 oktyabr 1994, Qəbələ – 6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqşin Faiq oğlu Ənvərli 1994-cü il oktyabrın 10-da Qəbələ şəhərində anadan olub. 2001-2012-ci illərdə Qəbələ şəhərinin N. Apayev adına 4 nömrəli tam orta məktəbində təhsil alıb. Ali təhsilini isə 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) alıb. Subay idi. == Hərbi xidməti == Aqşin Ənvərli 2018-ci ildə tibbi xidməti leytenantı rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmətə başladı. Bir müddət sonra isə Xüsusi Təyinatlı Qüvvələrin Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edildi. Azərbaycan Ordusunun leytenantı olan Aqşin Ənvərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının, Şuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Aqşin Ənvərli noyabrın 6-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Döyüşlər zamanı səngərdə "baş leytenant" rütbəsi alıb.
Arqan
Arqan (lat. Ricinus) — Ərəb ölkələrində yetişən 10 metrə boyunda olan ağac. Zeytuna bənzər meyvələri olur. Bu meyvənin çəyirdəyini kəndlilər qovurub, üyüdür. Bu yolla ortaya çıxan az miqdarda arqan yağından müalicəvi və kosmetik vasitə kimi istifadə edilir. == Təbabətdə == Arqan bitkisindən xalq təbabətində geniş isifadə olunur. Bu bitkidən alınan yağ müxtəlif dəri xəstəlikərində istifadə olunur. Onun antibakteriyal, nəmlədirici, sağaldıcı və yumuşaldıcı xüsusiyyətləri hələ qədim zamanlardan insanlara məlum idi.
Arqon
Arqon (Ar) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 18-ci element. O, nəcib qazdır, 1894-cü ildə havadan ingilis fiziki Con Vilyam Rele (1842-1919) və şotland kimyaçısı Vilyam Ramzay tərəfindən ayrılmışdır. O, heç bir maddə ilə reaksiyaya girmir və buna görə də bu adı almışdır, yunanca argos - “fəaliyyətsiz”. Bu adı kimyaçı X.C.Madan təklif etmişdir. O, 1894-cü ilin avqustun 13-də Oksfordda Britaniya elmə dəstək assosiasiyasının iclasına sədrlik edirdi və həmin iclasda Reley və Ramzay yeni qazın kəşfi haqqında məlumat verirdi. 1904-cü ildə Vilyam Ramzay arqon və digər təsirsiz qazları kəşf etdiyi üçün kimya üzrə Nobel mükafatına layiq görülüb, fizik Con Vilyam Strett (lord Reley) həmin ildə mahiyyətcə eyni kəşfə görə fizika üzrə Nobel mükafatına layiq görülüb. Elektrikli işıqlandırma lampalarında və fluoressensiya balonlarda istifadə edilir. Elektrik arxlarıyla edilən kəsici və qaynaq əməliyyatlarında, həmçinin, silikon və germanium kristallarının istehsalında qoruyucu soyqaz olaraq istifadə edilir. Titan və bənzəri reaktiv elementlərin əldə edilməsində rol oynayır. Radiasiya səviyyələrini ölçən Geiger sayğaclarında da istifadə edilir.
Arqun
Arqun (çay, Asiya)
Arşın
Arşın— Şərqdə uzunluğu ölçmək üçün istifadə edilən uzunluq ölçü vahidi. == Ümumi məlumat == Alimlər uzun illər apardıqları ciddi araşdırmalar nəticəsində belə bir fikrə gəlmişlər ki, Azərbaycan ərazisi mədəni əkinçiliyin ən qədim ocaqlarındandır. Sonrakı mədəni-təsərrüfat inkişafı zəminində cəmiyyətin istehsal münasibətlərində baş verən köklü dəyişikliklər məhsuldar qüvvələrin, eləcə də əmək alətlərinin yeni-yeni formalarının yaranmasına müsbət təsir göstərmişdir. Bu dövrdə qədim əcdadlarımızın düşünmə qabiliyyəti artmış, həyatın bəzi sirlərini dərk etmək bacarığı çoxalmış, onlar əkinəcəklərdə, torpaq sahələrində, mal-qaranın sayının müəyyənləşdirilməsində, yaşayış evlərinin tikintisində və digər yüzlərlə həyati işlərdə ölçüyə - hesablamaya ehtiyac duymuşlar. Odur ki, zaman keçdikcə, daha dəqiq və mükəmməl ölçü vahidləri meydana çıxmışdır. Arşın uzunluq ölçü vahidi də məhz belə yaranmışdır. Arşın türk sözü olub çox qədimlərdən xalqımızın məişətinə daxil olmuş və bu gün də kənd təsərrüfatında torpaqölçmə işlərində geniş istifadə edilən 0,71 m-ə bərabər uzunluq ölçüsüdür. Hətta yer ölçmək üçün iki ağacdan haça şəklində düzəldilən və hər addımı 0,71 m-ə bərabər olan alət də arşın adlanır. Bu haçaları bəzən 2 arşınlıq da düzəldirlər. Arşın 1931-ci ilədək Türkiyədə geniş istifadə olunmuş uzunluq ölçü vahidi idi; ipək parçaların ölçülməsi üçün ticarət arşını 60 sm-ə, digər parçalar üçün 68 sm-ə, inşaat arşını isə 75,8 sm-ə bərabər idi.
Atqız
Atqız — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Oxçu çayının sol sahilində, Oxçu kəndindən 2 km şimalda, Pirhəmzə dağının cənub-qərbində, Qafan-Gecalan avtomobil yolundan 2 km şimalda dağ döşündə yerləşirdi. 1959 - cu ildə Kecalan şəhəri ilə birləşdirilmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Yerli tələffüz forması AtqizToponim oğuz türk tayfa adının fonetik forması olan qız etnonimi əsasında yaranmışdır. == Əhalisi == Kənddə 1831-ci ildə 37 nəfər, 1873 - cü ildə 105 nəfər, 1886-cı ildə 120 nəfər, 1897-ci ildə 242 nəfər, 1908-ci ildə 198 nəfər, 1914 - cü ildə 36 nəfər azərbaycanlı yaşamışdır. 1916-18-cı illərdə azərbaycanlılar deportasiya edilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1926-cı ildə 74 nəfər, 1931-ci ildə 101 nəfər azərbaycanlı yaşamışdır. 1959-cu ilə Keçalan kəndinə birləşdirilmiş, əkin yerləri Kürdükan kəndinə verilmiş və kənd ləğv edilmişdir.1988-ci ilin noyabr ayında azərbaycanlılar tamamilə öz doğma ocaqlarından qovulmuşdur.
Aydın
Aydın — Azərbaycan kişi adı. Aydın Ata — türk mifologiyasında əfsanəvi ozan. Aydın Feyzullayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin. Aydın Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Əhmədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Rüstəmov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Bəşirov — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi. Aydın Kələntərli — neft hasilatı sahəsində tanınmış Azərbaycanlı alimi. Aydın Mirzəzadə — Azərbaycan Respublikası II, III, IV, V və VI çağırış Milli Məclisinin deputatı. Aydın Süleymanov — fizika-riyaziyyat elmləri namizədi, Aydın Şükürov — "Tanıtım" qəzetinin baş direktoru, siyasətçi Aydın Əfəndi — rusdilli Azərbaycan şairi Aydın Həsəni — Aydın Paşacanov — Aydın Rəcəbov — Azərbaycan xalçaçı-rəssamı Aydın Ağabəyov — Aydın Abıyev — ədəbiyyatşünas Aydın Əzim Kərimoğlu — bəstəkar Aydın İbrahimov — güləşçi.