Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Afiq Həsənov
Afiq Rəşid oğlu Həsənov (7 may 1951, Fərzalı, Gədəbəy rayonu) — Texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2014). == Həyatı == Afiq Həsənov 07 may 1951-ci ildə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Fərzalı kəndində anadan olmuşdur. 1958÷1968-ci illərdə həmin rayonun İsalı kənd orta məktəbində oxumuş, 1968-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1972-ci ildən təhsilini prof. Bonç-Bruyeviç adına Leninqrad Elektrotexnika Rabitə İnstitutunda davam etdirmiş və 1974-cü ildə həmin İnstitu bitirib. «Start» və «Pluq» tipli Havada Hərəkətin İdarə Edilməsi Avtomatlaşdırılmış Sistemlərinin işlənməsində iştirak edib. 1993-cü ildə namizədlik (PhD), 2003-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Uzun müddət Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmış və eyni zamanda Azərbaycan Texniki Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Siqnalların işlənməsi üçün yeni tipli akustooptik metodların və vasitələrin yaradılması problemləri üzərində çalışır. Bir çox elmi tədqiqat və təcrübi konstruktor işlərinin elmi rəhbəri olmuşdur. Milli Aviasiya Akademiyasında fəaliyyət göstərən texnika elmləri üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının həmsədridir.
Afiq Qulamlı
Afiq Fərhad oğlu Qulamlı (24 dekabr 1996, Xırdalan – 19 oktyabr 2020, Gecəgözlü, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Afiq Qulamlı 24 dekabr 1996-cı ildə Xırdalan şəhərində anadan olmuşdur. Orta təhsilini 2003–2014-cü illərdə Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidməti başa vuran Afiq müxtəlif işlərdə çalışmış, mülki fəaliyyət göstərmişdir. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Afiq Qulamlı 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Afiq Qulamlı səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Afiq Qulamlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 19 oktyabr 2020-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində döyüş tapşırığnın yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Afiq Süleymanov
Afiq Süleymanov (10 iyul 1954) — Azərbaycan Milli Paralimpiya Komitəsinin Baş Katibi (1999). 2 fevral 2016-cı ildə Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülmüşdür.[mənbə göstərin] == Həyatı == Afiq Süleymanov 10 iyul 1954-cü ildə anadan olub. 1976-cı ildə ADBTİA-nı bitirdikdən sonra Azərbaycan Dövlət İdman Komitəsində təlimatçı, dövlət məşqçisi, idarə rəisi vəzifəsində çalışıb. Sonralar ÜİLKGİ MK-nin komsorqu, KP RK-nin şöbə müdiri, qadınlardan ibarət ot üstü xokkey üzrə "Rabitəçi" idman komandasının rəisi, 1991-1996-cı illədrə Əlillərin "Mərhəmət" Bədən Tərbiyəsi və İdman Assosiyasiyasının 1-ci vitse prezidenti vəzifəsində işləyib. 1996 -cı il təsis konqresində qrumun baş katibi seçilib. 1996 -cı il Atlanta, 2000 - ci il Sidney, 2004 - cü il Afina,2008-də Pekin, 2012 ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavinin olub.[mənbə göstərin]8 fevral 2013-cü il Milli Paralimpiya Komitəsinin IV hesabat Seçki Konqresində Milli Paralimpiya Komitəsinin Baş katibi vəzifəsinə təkrarən seçilmişdir.
Afaq
Afaq — qadın adı və təxəllüs. Afaq Bəşirqızı - teatr və kino aktrisası Afaq Hüseynova - Azərbaycan rəssamı Afaq Gəncəli - televiziya aparıcısı və sənətçi. Afaq Məsud - yazıçı, dramaturq, əməkdar incəsənət xadimi Afaq Şıxlı - həkim, şairə, publisist, tərcüməçi Afaq Məlikova - Azərbaycan rəqqasəsi, Azərbaycan SSR-in xalq artisti Afaq Rüstəmova - fəlsəfə elmləri doktoru Afaq Sultanova - Azərbaycanlı para-cüdoçu Afaq Nəbiqızı - yazıçı.
Faiq
Faiq — Azərbaycanlı kişi adı. Faiq Hüsiyev — Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008) Faiq Süleyman Paşa — Faiq Əlizadə — 20 yanvar şəhidi.Faiq MəmmədovFaiq Məmmədov (professor) — professor.
Rafiq
Rafiq — Azərbaycanda kişilərə verilən şəxsi ad. Rafiq Abdullayev — "Buduq" Cəmiyyətinin sədri. Rafiq Alıcanov — Azərbaycanın milli qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Rafiq Abbasov — polis general-mayoru. Rafiq Nəbiyev — Azərbaycan Respublikasının əməkdar jurnalisti Rafiq Sədrəddinov — Azərbaycanlı jurnalist. Rafiq Allahverdiyev — Rafiq Xudayev Rafiq NağıyevRafiq Nağıyev (fotojurnalist) — Azərbaycan fotojurnalisti. Rafiq Nağıyev (hərbçi) — Azərbaycan zabiti.Rafiq Babayev — azərbaycanlı bəstəkar, Azərbaycanın xalq artisti.Rafiq ƏliyevRafiq Əliyev (aktyor) — Aktyor. Mətn oxuyan. Film səsləndirən. Rafiq Əliyev (operator) — operator Rafiq Əliyev (professor) — texnika elmləri doktoru, professor Rafiq Əliyev (dinşünas) — fəlsəfə elməri doktoruRafiq HüseynovRafiq Hüseynov (aktyor) — aktyor Rafiq Hüseynov (diktor) — Azərbaycan diktoru, kino redaktoru, Azərbaycanın xalq artistı.Rafiq HüseynzadəRafiq Hüseynzadə (uroloq) — uroloq, tibb elmləri doktoru Rafiq Hüseynzadə (şair) — Azərbaycanlı şair, həkim-onkoloqRafiq QasımovRafiq Qasımov (mühəndis) — "Əməkdar Mədəniyyət işçisi".
Afaq (qəzet)
"Afaq" (qəzeti) — Kərkükdə 1959-cu ildə çap edilimiş qəzet. == Məlumat == İlk sayı 1954-cü il 8 mayda yayımlanmış qəzetin ərəb və türkman dillərində olan bölmələrində Şakir Hörmüzlü təsisçi idi. “Afaq”ın sahibi Suat Hörmüzlü, baş yazarı Mehdi Əl Rical idi. Qəzetin yarısı ərəb, yarısı türk dilində idi. Nəşrin 7-ci sayında baş yazar Ata Tərzibaşı, məsul rəhbər Husaməddin Salihi olub. “Afaq” beş ilə yaxın fəaliyyət göstərib, 202 sayı nəşr edildikdən sonra bağlanıb. Son sayı 1959-cu il 27 martda işıq üzü görüb. Qəzetin türkcə bölməsində Ata Tərzibaşı, İzzəddin Abdi, Rəffat Bulcu Yazılar, Asat Naib, Məhəmməd Sadiq Şairlinin imzalarına rast gəlmək mümkündür.
Afaq Abbasova
Afaq Abbasova (Afaq Nurəhməd qızı Abbasova; d.1986, Şirvan) — Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == === Təhsili === Afaq Abbasova 1986-cı ildə Şirvan şəhərində müəllim ailəsində anadan olmuşdur, şəhər 13 saylı orta məktəbin 9-cu sinifini bitirdikdən sonra , 2002–2006-cı illərdə Asəf Zeynallı adına musiqi kollecində təhsilini davam etdirmişdir. Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil almışdır. Xalq artisti, professor Fidan Qasımovanın tələbəsidir. Ailəlidir. == Yaradıcılıq fəaliyyəti == 2010-cu ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Teatrın repertuarındakı "Sevil", "Arşın mal alan", "Traviata", "Boqema", "Çio-Çio-San", "Trubadur" opera tamaşalarında Sevil, Gülçöhrə, Violetta, Mimi, Çio-Çio-San, Leonora kimi aparıcı partiyaları ifa etmişdir. Türkiyə, Avstriya, Şimali Kipr və Moldovada keçirilmiş beynəlxalq festivallarda çıxış etmişdir. Belarusun ""Bolşoy teatr"ının, Belqrad Milli Opera Teatrının, Əlişir Nəvai adına Özbəkistan Akademik Opera Teatrının dəvətli solistidir. Afaq Abbasova Müstəqil Dövlətlər Birliyi ölkələri gənc opera solistlərinin "Voronej – MDB-nin mədəni paytaxtı" dövlətlərarası proqramının Qala-konsertində çıxış edərək Azərbaycanı təmsil etmişdir.
Afaq Bəşirqızı
Afaq Bəşirqızı (15 avqust 1955, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı (1993) "Şöhrət" ordeni laureatı (2013)‚ Prezidentin fəxri təqaüdçüsü (2015), Mədəniyyət və İncəsənət Universetinin professoru. Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktrisası. == Həyatı == Afaq Bəşir qızı Səfərova 1955-ci ildə Bakı şəhərində böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub. 1962-ci ildə 31 saylı orta məktəbin 1-ci sinifinə gedib və 1972-ci ildə 20 saylı orta məktəbi bitirib. Sənədlərini BDU-nun Şərqşünaslıq fakültəsinə verib, lakin müsabiqədən keçməyib. Bir müddət Tibb işçiləri Mədəniyyət evinin dram dərnəyinə (rəhbəri Məhərrəm Bədirzadə) gedib. 1974-1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutu (indiki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti təhsil alıb. Aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrına dəvət alan aktrisa 1989-cu ilə qədər burada çalışıb.
Afaq Gəncəli
Afaq Aqil qızı Gəncəli (7 sentyabr 1977, Bakı) — Azərbaycanlı televiziya aparıcısı və sənətçi. == Həyatı == Afaq Aqil qızı Gəncəli 1977-ci il 7 sentyabr Bakı şəhərində anadan olub. İki qardaşı var. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissor və aktyor" fakültəsində təhsilini alıb. == Fəaliyyəti == Şair, dramaturq Novruz Gəncəlinin nəvəsi olan Afaq Gəncəli 1998-ci ildən televiziyada çalışır. Hazırda Xəzər TV kanalında yayımlanan "Səhər mərkəzi " və "Şourum" verlişinin aparıcısıdır .
Afaq Hüseynova
Afaq Böyük-Ağa qızı Hüseynova — Azərbaycan rəssamı, xoreoqraf, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Yaradıcı Qadınlar Assosiasiyasının rəhbəri Azərbaycan Rəssamlar İttifaqının üzvü (1988). == Həyatı == 1955-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Bakı Xoreoqrafiya Məktəbini, 1980-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dekorativ-təbiqi sənət fakültəsini bitirib. 1980–85-ci illərdə Azərbaycan Bədii Fondunun rəssamı, 1985–91-ci illər Azkonsertin solisti işləyib. 1991–2003-cü illərdə Azərbaycan muzey sərvətlərinin və əşyalarının bərpası mərkəzinin elmi işçisi olub. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun elmi işçisidir. 1999-cu ildən "Yaradıcı Qadınlar Assosiasiyası"nın prezidentidir. 1976-cı ildən — Azərbaycan və beynəlxalq sərgilərdə iştirak edib, əsərləri Almaniya, Portuqaliya, Monqoliya, Amerika, Turkiyə, Fransa, Danimarka nümayiş etdirilib. 1998–99-cu illər — Sabirabad rayonu çadır şəhərçiyində qaçqın uşaqların folklor seksiyasının bədii rəhbəri olub (Norvergin Refuqee Council). 2013-cü ildən- Sənətşünaslıq üzrə fəlsəfə doktoru == Diplomları == United States Agency for International Development (Certificate of Achievement).
Afaq Kərimova
Afaq Kərimova (Bakı) — Azərbaycanın tanınmış xalçaçı rəssamı.Azərbaycan Rəssamlar İttifaqının üzvü,Xəzər Universitetinin Tətbiqi Sənət Muzeyinin direktoru == Həyatı == Afaq Kərimova Bakı şəhərində anadan olub. 1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indi ki,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bitirmişdir. 1990-1995-ci illərdə Azərxalça İstehsalat Birliyində baş rəssam vəzifəsində çalışmışdır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev ABŞ-yə ilk səfəri zamanı Bill Klintona Afaq Kərimovanın eskizi əsasında toxunmuş, süjeti Azərbaycan mövzusu olan xalça hədiyyə etmişdi. Səfərdən sonra Azərbaycana göndərdiyi minnətdarlıq məktubunda Klinton “gözəl xalçanın mənasını anladığını və bir daha heyranlığını” bildirmişdi. 1995-2003-cü illərdə Azərbaycan Respublikası MEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində baş rəssam və şöbə müdiri vəzifəsində çalışmışdır. 1996-cı ildə Məhəmməd Füzulinin 500-illik yubileyində UNESCO xətti ilə "Füzuli - 500" xalçası Parisdə nümayiş etdirilmişdir. 1997-2005-ci illərdə Hüseyn Cavid muzeyinin yaradılmasında ilk tərtibatçı rəssam olmuşdur. 1997-ci ildə Nizami muzeyində, 2007-ci ildə İncəsənət muzeyində fərdi sərgiləri olmuşdur.
Afaq Məlikova
Afaq Süleyman qızı Məlikova (18 yanvar 1947, Bakı) — Azərbaycan rəqqasəsi, Azərbaycan SSR xalq artisti (1978). == Həyatı == Afaq xanım 1947-ci il yanvar ayının 18-də Bakıda anadan olub. Uşaqlığı müharibədən sonrakı çətin illərə təsadüf edib. Kiçik Afaq elə uşaqlıqdan eşitdiyi musiqiləri dodaqaltı zümzümə edir, rəqs etməyi sevirdi. Qızlarının rəqsə hədsiz marağını görən valideynləri onu Bakı Xoreoqrafiya Məktəbinə təyin edirlər. Leyla Vəkilovadan dərs alan gənc xanım istedadı sayəsində xalq artisti adına qədər yüksəlir. == Yaradıcılığı == Afaq Süleyman qızı 1963–1974-cü illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1974-cü ildən Azərbaycan Dövlət Rəqs Ansamblının solisti və məşqçi pedaqoqudur. Azərbaycan xalq rəqslərinin ifaçısı olan Afaq xanımın repertuarına Şərq xalqları rəqsləri də daxildir. Bir sıra xarici ölkədə (Türkiyə, MƏR, Polşa, Fransa, İngiltərə, Kanada, Portuqaliya, Almaniya, İspaniya və s.) çıxış etmişdir.
Afaq Məsud
Məsud Afaq Məsud qızı (3 iyun 1957, Bakı) — Xalq yazıçısı, dramaturq, Əməkdar incəsənət xadimi, Rusiyanın Elm və İncəsənət Pyotr Akademiyasının (PANİ) həqiqi üzvü, Avropa Elm, Sənət və Ədəbiyyat Akademiyasının həqiqi üzvü, Gürcüstan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru. == Həyat və fəaliyyəti == Afaq Məsud qızı Vəliyeva 3 iyun 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1979–1986-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya heyətinin üzvü, 1986–1988-ci illərdə "Azərbaycantelefilm"in direktoru, 1989–2014-cü illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 may tarixli 501 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 may tarixli 110 nömrəli sərəncamı ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib. Roman, pyes, esse və hekayələr müəllifidir. Əsərləri, müsahibə və məqalələri bir çox ölkələrin nəşriiyyatlarında, KİV-də nəşr olunub, mədəniyyət, ədəbiyyat portallarında yayınlanıb. “Can üstə”, “O məni sevir”, “Yol üstə”, “Qatarın altına atılan qadın”, “Kərbəla”, “Mənsur Həllac” pyeslərinin müəllifidir. Dövlət “Yuğ” Teatrında “Can üstə”, “O məni sevir” (rejissor – Vaqif İbrahimoğlu), Akademik Milli Dram Teatrının səhnəsində “Qatarın altına atılan qadın” tamaşaya qoyulub (rejissor – Mehriban Ələkbərzadə).
Afaq Nəbiqızı
Cavadova Afaq Nəbi qızı (Afaq Nəbiqızı) — yazıçı. == Həyatı == Afaq Nəbiqızı 1950-ci il dekabrın 23-də Ağcabədi rayonunda anadan olmuşdur. Uşaq ikən ailəsi Beyləqan rayonuna köçmüşdür. Beyləqandakı 1 saylı şəhər orta məktəbi, 1975-ci ildə isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Beyləqan 1 saylı şəhər və Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbində ədəbiyyat müəllimi işləmişdir. 1983-cü il mayın 6-da Bakıda vəfat etmişdir. Beyləqan rayonunda dəfn olunmuşdur. Aynur adında qızı, Məhəmməd, Yağmur və Afaq adlı nəvəsi var. == Yaradıcılığı == Afaq Nəbiqızının sağlığında dövri mətbuatda cəmi bir neçə hekayəsi dərc olunmuşdur. "Acıbağırsaq" adlı ilk hekayəsi 1980-ci ildə "Ədəbiyyat qəzeti"ndə işıq üzü görmüşdür.
Afaq Rüstəmova
Afaq Rüstəmova — fəlsəfə elmləri doktoru, AMEA Fəlsəfə İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfi problemləri” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru. Afaq Baloğlan qızı Rüstəmova 1 avqust 1949-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1971-ci ildə M.F.Axundov adına APRDƏİ- ni (indiki Bakı Slavyan Universiteti) bitirmişdir. M.F.Axundov adına APRDƏİ-nin nəzdində aspiranturanın qiyabi şöbəsini bitirmiş, 1995-ci ildə “Tərz kateqoriyasının rus dilində məna və formaları, onların Azərbaycan dilində müvafiq ifadə üsulları” (10.02.01 - Rus dili, 10.02.02 - Azərbaycan dili) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2010-cu ildə “Sosial linqvistika və etnodil prosesləri: fəlsəfi təhlil” (09.00.11 - Sosial fəlsəfə) mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun “rus və xarici dillər” kafedrasında müəllim, sonra isə baş müəllim vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərb. SSRİ Xalqlar Dostluğu Respublika Sarayında kiçik elmi işçi, 1992- ci ilin mart ayında 2002-ci ilədək EA-nın Milli Münasibətlər institutunda şöbə müdiri vəzifəsində çalışmışdır. Hazırda Fəlsəfə və Hüquq İnstitutu Sosial fəlsəfə şöbəsinin baş elmi işçisidir. Ailəlidir, iki övladı var.
Afir (Əlcəzair)
Afir (ərəb. أعفير‎) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 17 metr yüksəklikdə, 62 km2 ərazidə yerləşir. == Demoqrafiya == 2008-ci ildə əhalinin sayı 13,223 nəfər idi.
Afaq Sultanova
Afaq Vaqif qızı Sultanova (20 fevral 1987; Bakı, Azərbaycan) – Azərbaycanı təmsil edən cüdoçu. 2012-ci ildə XIV Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Afaq Sultanova 1987-ci il fevralın 20-də Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olub. Şəxsi məşqçisi Ağanağı Cəfərovdur. == Karyerası == Afaq Sultanova 2010-cu ildə Antalya şəhərində (Türkiyə) baş tutan Dünya Çempionatının qızıl medalına sahib oldu. Afaq Sultanova 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Turnirin 1/4 final mərhələsində Fransa nümayəndəsi Marion Koaduya ipponla qalib gələn Afaq Sultanova, 1/2 final mərhələsində Türkiyə nümayəndəsi Duyğu Çeteni gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə məğlub elədi və Paralimpiadanın final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Braziliya nümayəndəsi Lusia da Silva Teixeira oldu. Həmin görüşdə rəqibinə ipponla qalib gələn Afaq Sultanova, XIV Yay Paralimpiya Oyunlarının qalibi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Afaq Vaqif qızı Sultanova "Şöhrət" ordeni ilə təltif edildi.London Paralimpiadasından sonra Afaq Sultanova 2015-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Avropa Çempionatında mübarizə apardı və turniri bürünc medalla başa vurdu.
Afaq TV
«Afaq TV» (ərəb. «قناة آفاق الفضائية»‎) — Qərargahı Bağdad şəhərində yerləşən İraq peyk televiziya kanalı. Telekanal 2006-cı ildən ingilis və ərəb dillərində yayım edir. Kanalın sahibi Nuri əl-Malikidir.
Afaq Şıxlı
Afaq Şıxlı (25 iyun 1969, Bakı, SSRİ) — həkim, şairə, publisist, tərcüməçi Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, Avrasiya Yazarlar birliyinin, Rusiya Yazarlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2015-ci ilin yanvar ayından AYB Moskva bölməsinin məsul katibi vəzifəsinə təyin olunmuşdur. == Həyatı == Afaq Şıxlı 25 iyun 1969-cu ildə Azərbaycan SSR-in Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndinin Şıxlinskilər soyundandır. 1984-cü ildə - 15 yaşında ikən 12 saylı orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Tibb Universitetinin 2-ci müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1990-cı ildə 2-ci müalicə-profilaktika fakültəsini əla qiymətlərlə bitirərək, 2000-ci ilədək 15 saylı TSH-nin 5-ci şöbəsində həkim-terapevt işləmişdir. Hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. 2011-ci ildən Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, 2012-ci ildən Avrasiya Yazarlar birliyinin, Rusiya Yazarlar Birliyinin və Rusiya Poeziya Akademiyasının, 2013-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmiş və 2015-ci ilin yanvar ayından AYB Moskva bölməsinin məsul katibi vəzifəsinə təyin olunmuşdur. Ədəbiyyatdan əlavə təbabət, musiqi və rəssamlıqla məşğul olur.
Afik Həsənov
Afik Namik oğlu Həsənov (1 noyabr 1999; Böyük Muruq, Qusar rayonu, Azərbaycan — 3 oktyabr 2020; Buzluq, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Afik Həsənov 1 noyabr 1999-ci ildə Qusar rayonunun Böyük Muruq kəndində Namik Həsənovun ailəsində anadan olmuşdur. 2005-2016-cı illərdə Qusar rayon Böyük Muruq kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Afik Həsənov 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon üzrə Hərbi Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri olan Afik Həsənov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Afik Həsənov 3 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri gedişatında Goranboy rayonunun Buzluq kəndi istiqamətində təmas xəttində bir çox hərbi qulluqçular ilə birlikdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Aliq Nağıoğlu
Məmmədov Aliq Nağı oğlu (12 sentyabr 1957, Birinci Yeddioymaq, Masallı rayonu) — Azərbaycan yazıçısı, jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Yazıçıların Rusiya İttifaqının üzvü (2016), Prezident təqaüdçüsü. == Həyatı == Aliq Nağıoğlu 12 sentyabr 1957-ci ildə Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olmuşdur. 1980-ci ildə Krasnodar Politexnik İnstitutunu, 2 illik jurnalist sənətkarlığı kursunu bitirmişdir. Uzun illər Azərbaycanın sənaye müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır. 1981-ci ildən çap olunur. Doqquz nəsr, iki tərcümə kitablarının müəllifidir. Bir çox kitabların redaktoru, ön söz müəllifi və tərtibçisidir. Əsərləri Türkiyə, İran və başqa xarici saytlarda, Moskvada, Praqada dərc olunan toplularda, Azərbaycan ədəbi-bədii jurnallarında və qəzet səhifələrində, almanaxlarda, müxtəlif yerli portallarda nəşr olunub. 2012-2013-cü illərdə baş tutan sayca üçüncü MKM-də (Milli Kitab Mükafatı) 241 müəllif sırasında uzun siyahıya - iyirmiliyə düşüb. Dalbadal iki il məşhur çoxmilyonlu "Proza.ru" portalının "2014-cü ilin yazıçısı", "2015-ci ilin yazıçısı" nominasiyası üzrə nominantı olub.
Atiq İbrahimov
Atiq Ariz oğlu İbrahimov (d. 24 iyun 1990; Mingəçevir, Azərbaycan SSR, SSRİ - 16 oktyabr 2020; Ağdərə, Azərbaycan Respublikası) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == İbrahimov Atiq Ariz oğlu 24 iyun 1990-cı ildə anadan olub. Subay idi. === Təhsili === 5-ci sinifə kimi Mingəçevir Texniki Hümanitar Liseyində oxuyub, sonra 2002-ci ildə Mingəçevir Türk Litseyinə qəbul olub, 2008-ci ildə Türk Litseyini qurtarıb. Türkiyənin Akdeniz və 2012-2016-cı illərdə Ukraynanın Xarkov Beynəlxalq Universitetində təhsil alıb.2016-cı ildə Azərbaycana qayıdıb. 5 xarici dildə sərbəst danışa bilirdi. Karate üzrə qara kəmərə sahib olmuşdur. == Əmək fəaliyyəti == Hərbi xidmətini başa vurduqdan sonra “Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) sahəsinə daxil olan Ağdaş ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi kimi işləyib. == Hərbi xidməti == Atiq İbrahimov 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır.
Aşiq Paşa
Aşıq Paşa (1272 – 1333) — Anadolu aşığı. == Həyatı == Aşıq Paşa Anadoluda Kırşəhərdə doğulmuş və orada da vəfat etmişdir. Əsərlərini türk dilində yazmışdır. Təsəvvüf fəlsəfəsini yaymaq, dərvişliyi öyrətmək məqsədilə yazdığı "Qəribnamə"si on iki min beytdən ibarətdir. Əruzla yazılmış bu əsər didaktik mahiyyətdədir. Əsərində türk dilinin əhəmiyyətini xüsusi olaraq vurğulayır. Aşıq Paşa Yunus İmrənin təsiri ilə bəzən heca, bəzən də əruzla ilahilər və qəzəllər yazmışdır. Aşıq Paşa türk dilinin inkişafında və yayılmasında böyük xidmətləri olan və türkcə şeirlər yazan ilk şairlərdəndir. 1272-ci ildə Kırşəhərdə dünyaya gələn Aşıq Paşa tanınmış mütəsəvvüf Baba İlyasın nəvəsidir. Baba İlyas XIII əsrin əvvəllərində Orta Asiyadakı Xorasan bölgəsindən Anadoluya köçmüş, Kırşəhər və ətrafındakı türkmən oymaqlarının şeyxi olmuş, onlarla birlikdə Səlcuqlu sultanı II Keyxosrova qarşı təşkil olunan Babayi üsyanında iştirak etmişdir.
Faiq (ad)
Faiq — Azərbaycanlı kişi adı. Faiq Hüsiyev — Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008) Faiq Süleyman Paşa — Faiq Əlizadə — 20 yanvar şəhidi.Faiq MəmmədovFaiq Məmmədov (professor) — professor.
Açıq
Açıq sistemlər — ətraf mühitlə daimi əlaqə ilə xarakterizə olunur. Bu cür sistem özü özünü təmin edən deyil (əslində bu cür sistemlərin mövcudluğu mümkün deyil) və kənardan da-xil olan enerji, material və informasiyadan asılıdır. Bununla belə, açıq sistem ətraf mühitdə baş verən dəyişikliklərə uy-ğunlaşa bilər və bunu öz fəaliyyətini davam etdirmək üçün etməlidir. Açıq sistemlər istifadəçinin dünyagörüşünə görə dəyişilir. Birlikdə işlənəbilərlik və daşınabilərlik xüsusiyyətləri olan və ya müəllif hüquqlarından asılı olan müstəqil sistemlər mənasını verir. Sistemlərin iki tipi mövcuddur: qapalı və açıq sistemlər. Qapalı sistem sərt, müəyyən edilmiş sərhədlərə malikdir və onun fəaliyyəti ətraf mühitdən nisbətən asılı deyil. Qapalı sistemin tipik misalı saatdır. Termini əsasən, xüsusilə o vaxt istifadə daha bazarda yer edinmiş mainframe'lerinde və minicomputers fərqli olaraq, Unix əsasında sistemi təsvir etmək üçün, erkən 1980-ci illərdə təbliğ edilmişdir. Older mövcud sistemi fərqli olaraq, Unix sistemlərinin, yeni nəsil standart proqramlaşdırma interfeys və periferik qarşılıqlı nümayiş; avadanlıq və proqram təminatı üçüncü tərəf inkişafı təşviq edilmiş, belə Amdahl və Hitachi kimi şirkətlər məhkəmə gedən gördüm ki, vaxt norması, bir əhəmiyyətli gediş sistemləri və IBM mainframe'lerinde uyğun olduğunu periferikler satmaq hüququ.
Aşıq
Aşıq — saz ifaçısı. Aşıq musiqisi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomim, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor Məmmədhüseyn Təhmasib "aşığı" hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman etmək olar ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" "mahnı oxuyan", "müğənni" deməkdir. Məlumdur ki, "varsaq" sözü "aşıq şeri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir. Deməli, ehtimal ki, "aş-u-la" yaxud "aş-ı-la" "aş" kökündən törəyərək, Azərbaycan dili qanunlarına görə "-ıq" şəkilçisi ilə birləşib fəxri ad-ünvan şəklini almışdır.
Adıq dili
Aşağı Adıqca (КӀахыбзэ; КӀах Адыгэ псалъэ) — Abxaz-adıq dillərindən Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Adıgey Respublikasında, Lazarev və Tuapse bölgələrində və Krasnodar vilayətində yayılmışdır. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti isə Yuxarı Adıqdır (Kabarda-çərkəz). Aşağı Adıq dialektindən 120 mindən artıq adam ünsiyyət vasitəsi kimi istifadə edir. Aşağı Adıq dili əsas ağızları arasında temirgoi, abadzex, bjeduq və şapsuq kimi boyların ağızları tapılar. Temirgoi, bu dilaketin ədəbi standartıdır. Ədəbi dil intensiv şəkildə inkişaf edir.
Alığ Han
Alığ Xan
Arıq (Məlikan)
Arıq (fars. اروق‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,566 nəfər yaşayır (902 ailə).
Arıq Buğa
Arıq Buğa (monq. Аригбөх; 1219 — 1266) — Toluy xanın kiçik oğlu, Çingiz xanın nəvəsi. == Həyatı == Böyük xanlıq uğrunda Çingiz xanın nəvəsi, Mönkge və Hülakü xanın kiçik qardaşı Arıq Buğa və böyük qardaşı Xubilay qaan arasında müharibə baş verdi. Baydarın böyük oğlu Algü Arıq Buğanın da yardımı ilə xanlığı ələ keçirdi. 2 il sonra güc topladıqdan sonra Arıq Buğaya qarşı Xubilayın yanında müharibəyə başladı. Bu onu daha güclü etsə də Arıq Buğanın digər müttəfiqi Kaydu (Ugedeyin nəvəsi) ona qarşı Bərkə ilə müharibəyə başladı və məğlub oldu. Taxt yenidən Mütügenlərə, Mübarək Şaha keçdi. Mübarək şah müsəlman olan ilk xan idi. Buna görə Xubilay hirsləndi və Baydarın nəvəsi, Algünün qardaşı Yesüntoanın oğlu Barakı xan elan etdi. 1269-cu ildə Barak Mübarəkşahı sürgün etdirdi.
Ayığ Xan
Ayığ Xan - türk, altay və yakut mifologiyalarında səma ilahı. Ayıh Xan olaraq da deyilər. İlk insanı o yaratmışdır. Dünyanı idarə edər. Yaradıcı ruhların ən böyüklərindəndir. İnsanlara qabiliyyətlərini və bacarıqlarını o verir. İlham qaynağıdır. Torpağın məhsuldar olmasını təmin edər. Qısaca yaradıcılıqla bağlı bütün ünsürlərin qaynağıdır. Bərəkət və heyvanların çoxalması onun istəyiylə olar.