Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alış Qasımov
Qasımov Alış Məmiş oğlu (1960, Milabad, Jdanov rayonu) — hüquq elmləri doktoru, professor, Hüquq elmləri doktoru, Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri. == Həyatı == 1960-cı ildə Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olmuşdur. 1982-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin axşam şöbəsinə daxil olmuş və 1988-ci ildə oranı "Hüquqşünaslıq" ixtisası üzrə bitirmişdir. 1979-cu ilin aprelin 20-dən 1981-ci ilin iyunun 6-dək Sovet Ordusu sıralarında xidmət keçmişdir. 1988-ci ilin iyulun 11-dən 1989-cu ilin fevralın 20-dək Bakı şəhəri Əzizbəyov rayon xalq məhkəməsində kuryer, kargüzar və dəftərxana müdiri vəzifələrində işləmişdir. 1989-cu ilin fevralın 21-dən taleyini Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ilə bağlamış, metodist, müəllim, baş müəllim, dosent, dekan müavini vəzifələrində işləmişdir. 1991-ci ildə istehsalatdan ayrılmadan ADU-nun Mülki proses, əmək və ekologiya hüququ kafedrasının aspiranturasına daxil olmuşdur. 1995-ci ildə AR Prezidenti yanında AAK-nın qərarına əsasən kafedranın dosenti elmi adına layiq görülmüş, 2004-cü ilin dekabrından isə kafedranın professoru seçilmişdir. 2002-ci ilin fevralın 18-dən bu günə kimi Mülki proses, əmək və ekologiya hüququ kafedrasına rəhbərlik edir. Professor A. M. Qasımov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Dövlət və hüquq" bölməsinin katibi, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq elmləri üzrə Ekspert Şurasının üzvü, Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-məsləhət Şurasının üzvü, AMEA-nın nəzdində Hüquq problemləri əlaqələndirmə Şurasının üzvü, "Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri" adlı elmi-məcmuənin, "Qanun", "Dövlət və hüquq", "Hüquq və gənclik" jurnallarının, Azərbaycan Respbulikası Ali Məhkəməsinin Bülleteninin redaksiya heyətinin üzvüdür.
Alış üçün opsion
Alış üçün opsion — müəyyən hallarda və müəyyən şəraitdə səhmdarların bəzi şirkətlərin səhmlərini aşağı qiymətə almaq hüququnun təmin edilməsi. Bu həmçinin, müəyyən şəxsin məhsulu ya müəyyən səviyyəli qiymətə, ya da müəyyən tarixə qədər almaq hüququdur. Satıcı həmin tarixə qədər bu malı heç bir başqa alıcıya satmamağı və onu satışdan çıxarmamağı öhdəyə götürür.
Qara cümə (alış-veriş)
"Qara Cümə" (ing. Black Friday) — ABŞ-də Noyabr ayının dördüncü Cümə axşamı günü qeyd olunan Şükran günündən sonrakı Cüməyə verilən qeyri-rəsmi bir addır. 1952-ci ildən bəri Şükranlıqdan sonrakı gün Amerikanın Milad alış-veriş mövsümünün başlanğıcı kimi qəbul edilib. Buna baxmayaraq "Qara Cümə" termini son onilliklərə qədər elə də geniş yayılmamışdı. Qara Cümə günü bir çox mağazada yüksək səviyyədə təşkil olunan endirimlər təqdim edilir, və mağazaların açılışı çox erkən saatlara, bəzən də gecə yarısına təsadüf edir. Hətta bəzi hallarda mağazalar endirimləri Şükran günü axşam saatlarında başladırlar. Həmin gün məşhur şirkətlər öz məhsullarını 80% güzəştlə satırlar. "Qara cümə" günü ABŞ-dən başqa daha bir neçə ölkələrdə keçirilir. 2013-cü ilin dekabrın 6-dan Rusiyada həyata keçirilən bu tədbiri ABŞ-dən fərqləndirən əsas xüsusiyyət odur ki, burada güzəştli məhsullar, əsasən, internet vasitəsilə həyata keçirilir. Qara cümə rəsmi bir tətil deyil, lakin həmin gün Kaliforniya da daxil olmaqla Amerikanın digər bir neçə ştatında hökumət işçiləri üçün "Şükranlıqdan sonrakı gün" adı altında qeyri iş günü elan edilib.
Qışlaq-i Alış (Biləsuvar)
Qışlaq-i Alış (fars. قشلاق عليش‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 19 nəfər yaşayır (5 ailə).
Alyaskanın satın alışı
Alyaskanın satın alınması — ABŞ-nin Alyaska torpaqlarını Rusiya imperiyasından 1867-ci ildə 7.2 milyon dollara almasını verilən ad. Satın alınma prosesi zamanı aparılan danışıqlarda ABŞ tərəfindən ölkənin xarici işlər naziri Vilyam Sivard təmsil etmişdir. Alınan torpaqların ərazisi 1.518.800 km²'dir.
Alışan
Alışan (lat. Dictamnus) - sədokimilər fəsiləsinə aid çoxillik ot bitkisi.Latınca "Dictamnus" adlanır. Lüğəti mənası Dikte — Krit dağlarının birinin adı, Thamnos isə "kol" deməkdir. Qaratikan kolları arasında bitən bu bitkinin yayın qızmar günlərində öz-özünə alışıb yandığı haqqında rəvayətlər gəzir. Elə buna görə də bitkiyə xalq arasında "alışdım-yandım" da deyirlər. "Alışdım-yandım" quraqlığadavamlı olmaqdan ötrü öz ətrafında efir yağı ilə zəngin atmosfer yaradır. Kibriti yandırıb bu bitkiyə yaxın tutduqda o ani olaraq alovlanır. Bu bitkinin tərkibində diktamin alkalloidi, saponin və 0,5%-ə qədər efir yağı vardır. Çində sarılıq, öd kisəsi iltihabı xəstəliklərinin müalicəsində, qaşların tökülməsində və keçəlləşmənin qarşısının alınmasında istifadə edilir. Azərbaycan florasında 1 növü - Qafqaz alışan növü geniş yayılmışdır.
Alışanlı
Alışanlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Alışanlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati ərazi vahidinin Alışanlı kəndi Birinci Səmədxanlı kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Əhalisi == Əhalisi 924 nəfərdir. == Din == Kənddə Alışanlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Alışar
Alışar — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Elmi ədəbiyyatda bu oykonimin izahı belə verilir: alış (qədim türk dillərində "çay ağzı, çayın mənsəbi, axar suyun hövzəyə tökülən yeri") və ar ("qarşı, əks tərəf mənasını ifadə edir) komponentlərindən düzəlib, "çay ağzının əks tərəfi" deməkdir. Kəndin Xələcdaşı dağının ətəyində, Arazın sahilində, çay suyunun güclü axaraq töküldüyü yerin əks tərəfində yerləşməsi bu fikri təsdiq edir. 29 mart 2005-ci ildə Xələc kəndi Alışar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Xələc kənd inzibati ərazi vahidi yaradılmışdır. == Tarixi abidələri == Alışar yaşayış yeri == Əhalisi == Əhalisi 1943 nəfərdir.
Alışar yaşayış yeri
Alışar yaşayış yeri — Şərur rayonunda eyniadlı kəndin cənubunda Antik dövrə aid arxeoloji abidə. Alışar kəndinin cənubunda, düzənlik sahədə yerləşir. Yaşayış yerinin ərazisi dəfələrlə şumlanıb əkildiyindən yerüstü əlamətləri itmişdir. Tədqiqat zamanı buradan Dəmir dövrünə aid çəhrayı və qara rəngli keramika parçaları aşkar edilmişdir. Yaşayış yerində tikinti qalıqlarına rastlanmamışdır. Ehtimal ki, onlar möhrədən olmuş və dağılmışdır. Tədqiqat zamanı yaşayış yerinin ərazisindən bir ədəd tunc bilərzik də əldə olunmuşdur. Ehtimal ki, yaşayış yerinin yaxınlığında qəbiristanlıqda olmuşdur. Arxeoloji materiallara əsasən yaşayış yerini e.ə. I minilliyə aid etmək olar.
Alışarlı
Alışarlı, Qapanlı (?-2015) — Azərbaycan Respublikasının Tərtər rayonunun Soyulan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Soyulan kənd inzibati ərazi dairəsi tərkibindəki Qapanlı kəndi Alışarlı kəndi adlandırılmışdır.
Alışarlılar
Alışarlılar — azərbaycanlıların etnogenezində iştirak etmiş kəngərlilərin sofulu tayfasının bir qolu == Həyatı == Əsasən, Şərur rayonunun Alışar kəndində yaşayırlar. Kəndin adı da Alışarlılarla əlaqədardır;həmin tayfanın burada məskunlaşması ilə yaşayış məntəqəsi yaranmışdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 105-21. ISBN 5-8066-1468-9.
Alışdım-yandım
Alışdım-yandım — Azərbaycanın qədim xalq rəqslərindən biri. Rəqsin ilk adı "fason" olmuşdur. Bu söz "fors", "əda", "dəb" mənalarında işlədilmişdir. Rəqsə sonradan verilmiş "alışdım-yandım" adı isə o dövrdə tanınmış bahalı parça adından götürülmüşdür. Belə ki, hələ XVIII əsrdə Azərbaycan milli geyimlərində istifadə olunan bir çox parçalar xalq arasında "gecə-gündüz", "sürüşdüm-düşdüm", "küçə mənə dar gəlir", "indiko", "gendə dur", "alışdım-yandım" və s. adlanırdı.
Alışdım (albom)
Alışdım – Azərbaycan Respublikasının xalq artisti, müğənni Eyyub Yaqubovun yeddinci studiya albomu. == Albom haqqında == Albomda sırf Nadir Əzimovun bəstələri yer almışdır. Aranjimanların müəllifi Nadir Əzimov və Eldar Məmmədovdur.
Alışdırma şamları
Alışdırma şamları — Yanma şamları hava ilə yanacağın qarışığının alışdırılması üçün istifadə olunur. Şamların qığılcım, qızma, yarım keçiriçi, katalik və s. növləri var.Benzin ilə işləyən mühəriklərdə qığılcım şamlardan istifadə edilir. Yanma kamerasında hava ilə yanacağın qarışmasına minlərlə vəya on minlərlə voltun qığılcımı nəticəsində alışma baş verir. Şamlar hər silindirdə idarə etmə blokundan vəya "traplordan" gələn informasiya əsasında qığılcım verir. Bunlar mühərrikin t/o vəziyətinə uyğun hesablanılıb qoyulur. Raket mühərriklərində şamlar yalnız işə salma zamanı istifadə edilir və ikinci dəfə istifadə edilməsi mümkün olmur, amma avtomobil mühərriklərində yanacaqdan asılı olaraq şamlar bir neçə min km istifadə edilə bilir. Dizel mühərriklərində yanma şamları sadəcə mühərrik işə salan zaman ilk növbədə qızır və yanmanı verir. Bundan sonra növbəti partlayış üçün sönür və alışma özü özündən daxili baş verir. Yəni, əsas iş prinsipi ilk startı verməkdir.
Alışeevski rayonu
Əlşəy rayonu (başq. Әлшәй районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Raevski kəndidir. == Coğrafi yerləşməsi == Başqırdıstanın cənub-qərbində yerləşir. Dyoma çayının orta axarında qərarlaşır. Rayonun ərazisi 2415 km² təşkil edir. Ərazisi şimaldan cənuba 38 km, şərqdən qərbə 66 km məsafədə uzanır. Rayon ərazisindən Moskva — Çelyabinsk dəmiryolu və Çişmi — Davlekonova — Qırğız-Miyaki, Raebski — Sterlitamak avtomobil yolu keçir. == Tarix == Əlşəy rayonu 31 yanvar 1935-ci ildə təşkil edilmişdir. == Əhali == Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Əlşəy rayonu ərazisin milli tərkibi: başqırdlar — 39,3 %, tatarlar — 32,4%, ruslar — 22,7 %, ukraynalılar — 2,5 %, çuvaşlar — 1,6 %, digər millər — 1,8 %.
Alışlı (Kəleybər)
Alışlı (fars. عليش لو‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Alışqan
Alışqan — kibritin ixtirasından əvvəl icad olunmuş alov yaradan polad alətdir. == Yaranması == Bu, köhnə çaxmaqdaşlı silahlarda qayaya vuraraq qığılcım yaradaraq barıt vurmaq üçün istifadə olunan alət idi. Alışqanı alovlandırarkən qığılcımları alovlandırmaq üçün ağac gövdələrindən çıxarılan və qurudulmuş, asanlıqla alovlanan maddələrdən istifadə edilmişdir. Göyərtə, sol əlin baş barmağı və şəhadət barmağı arasında sıxılaraq daşın üstünə qoyulur. Sağ əlində tutulan alışqan daşa dəyəndə yaranan qığılcımla alovlandı. Daha sonra isə pambıq iplik fitillərindən istifadə olunmağa başladı. Çaxmaq daş, və ya fitil dərisindən hazırlanmış ağzı büzməli torbada saxlanılırdı. Hal-hazırda alışqan əsasən siqaret yandırmaq üçün istifadə olunur. Bundan əlavə, butan tipli alovlanma üçün istifadə olunan alətlərə alışqan da deyilir. Əvvəlcə benzin, sonra qaz alışqanları əvəzinə maqnit alışqanlarının istifadəsi adi hala çevrildi.
Arif Alışanov
Arif Alışanov (tam adı: Arif Nizam oğlu Alışanov) — azərbaycanlı iqtisadçı, iqtisad elmləri namizədi, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri (2006–2019). == Həyatı == Arif Alışanov 30 iyul 1960-cı ildə Bakı şəhərində anadan olub. 45 saylı orta məktəbdə və D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu, iqtisadiyyat və təsərrüfat fəaliyyətinin analizi fakültəsində təhsil alıb. 1984-cü ildə iqtisadçı ixtisasına yiyələnib. Sonrakı dövrdə Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu, Bakı Ali Partiya Məktəbinin ideoloji kadrlar fakültəsini bitirib. Ali təhsil almaqla yanaşı, 1977-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə başlayıb. Ordu sıralarında hərbi xidmət keçdikdən sonra yenidən AzTV-də əmək fəaliyyətini davam etdirib. 1981-ci ildən şöbə müdiri, idarə rəisi, baş idarə rəisi, 1997-ci ildən Texniki-İstehsalat Birliyinin direktoru vəzifələrində çalışıb. 17 may 2001-ci ildən həmin birliyin direktoru vəzifəsi saxlanılmaqla Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti sədrinin texnika üzrə müavini işləyib. 28 mart 2005-ci ildə dövlət başçısının sərəncamı ilə "Azərbaycan Teleradio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, 16 avqust 2006-cı ildə isə sədr vəzifələrinə təyin olunub.
Ağ alışan
Ağ alışan (lat. Dictamnus albus) – alışan cinsinə aid bitki növü. == Sinonim == Dictamnus albus var. bucharicus N.A.Winter Dictamnus albus subsp. caucasicus (Fisch. & C.A.Mey.) N.A.Winter Dictamnus albus subsp. dasycarpus (Turcz.) N.A.Winter Dictamnus albus var. dasycarpus (Turcz.) T.N.Liou & Y.H.Chang Dictamnus albus subsp. dasycarpus (Turcz.) Kitag. Dictamnus albus subsp.
Ağali Alışov
Ağali Alışov (30 iyun 1986, Oğlanqala, İliç rayonu) — Azərbaycanlı peşəkar boksçudur, EBA (WBA) versiyası üzrə Avropa çempionu. == Həyatı == Alışov Ağali Alış oğlu 30 iyun 1986-cı ildə Azərbaycanda anadan olub. 1998-ci ildən oxuduğu orta məktəbdə yeni açılan Uşu idman növü ilə məşğul olmağa başlayıb. Dəfələrlə beynəlxalq turnirlərin qalibi olub. 2001-ci ildə Gürcüstan Respublikasında keçirilən yarışda Avroasiya çempionu, 2001-ci ildə Kiyevdə Avropa kubokunun qalibi olub. Bir müddət maddi vəziyyətinin aşağı olduğu üçün idmandan kənarlşıb. 2004-cü ildən peşəkar boks karyerasına Rusiyanın Moskva şəhərində başlayıb. 2007-ci ildən Ukrayna Respublikasında yaşayır. Ukraynaya köçmə səbəbi, 1 may 2007-ci ildə Rusiya Xalqlar Dostluğu Universitetində keçirilən bayram tədbirində qondarma Dağlıq Qarabağ Respublikasının "bayrağını" cırdığına görə aldığı güllə yarası olub. 2012-ci ildən Donetsk Milli Universitetində (ДонНу) Beynəlxalq Əlaqələr ixtisası üzrə təhsil alır.
Ensizyarpaq alışan
Ensizyarpaq alışan (lat. Dictamnus angustifolius) - alışan cinsinə aid bitki növü.
Mehman Alışanov
Mehman Alışanov - "Qarabağ" klubunun yarımmüdafiəçisi, Azərbaycan milli çempionatında ilk qolun müəllifi. Narkotika alverinə görə təqsirli bilinərək həbs olunub. == Həyatı == Mehman Alışanov 1993-cü ildə Ağdamın "Qarabağ" klubunun heyətində həm ölkə çempionu, həm də ölkə kubokunun sahibi olub. Peşəkar futbolçu karyerasını 2008-ci ilin mayında başa vurub, bundan sonra Bakıya köçərək fəhləliklə pul qazanıb. Daş sexində çalışan futbolçu Nəbi Bayramov adlı şəxslə işbirliyinə girmiş, kokain sataraq pul qazanmışdıq. Xətai rayonunun hüquq-mühafizə orqanları tərəfindən yaxalanmışdır. == Karyerası == Mingəçevir futbol məktəbinin yetirməsi olan Mehman Alışanovun karyerasının əsas hissəsi doğulub-boya başa çatdığı şəhərin təmsilçiləri - "Kür-Nur" və "Energetik"lə bağlıdır. O, 1992-ci ildə startı verilən birinci milli çempionatda ilk qolun müəllifi kimi tarixə düşüb. Karyerası boyu "Qarabağ" (1992-93, 96/97 mövsümünün ikinci yarısı; 65 oyunda 15 qol), "Kür-Nur" (1993-95, 96/97 və 97/98 mövsümlərinin ilk yarısı; 48 oyunda 3 qol), "Şəmkir" (1997/98 mövsümünün ikinci yarısı), "Viləş" (1998/99; 25 oyunda 1 qol), "Turan" (1999/2000; 9 oyun) klublarında çıxış edən Alışanov güclülər dəstəsində 156 matçda 19 dəfə fərqlənib. Son 5 mövsümü birinci divizionda Mingəçevirin "Energetik" klubunda keçirən yarımmüdafiəçi 64 görüşdə 4 qola imza atıb.
Nurəddin Alışov
Nurəddin Talış oğlu Alışov (25 mart 1970, Qazaxlar, Füzuli rayonu, Azərbaycan SSR – 17 aprel 1993, Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. I Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurəddin Alışov 1970-ci il martın 25-də Füzuli rayonunun Qazaxlar kəndində müəllim ailəsində dünyaya gəlmişdir. O, 1977-ci ildə Qazaxlar kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin 10-cu sinfini yaxşı qiymətlərlə bitirmişdir. 1990-cı ildə Rusiya Federasiyasının Moskva şəhərinə getmiş və burada yerləşən Ümumittifaq Tekstil və Yüngül Sanaye İnstitutunun "Mühəndis iqtisadiyyat" fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. 1991-ci ildə əmək fəaliyətinə başlamış və Horadiz Kimya Sənaye Birliyinə mühasib vəzifəsinə işə qəbul olunmuşdur. == Hərbi xidməti == Nurəddin 1988-ci ilin iyul ayında hərbi xidmətə yola düşmüş və Rusiya Federasiyasının Çita şəhərində yerləşən 44039 N-li hərbi hissədə xidmətə başlamışdır. 1991-ci ildə hərbi xidməti başa vurduqdan sonra, 1992-ci ildə könüllü olaraq ön cəbhəyə gedir və Füzuli rayonunun Könüllü özünümüdafiə taboruna daxil olur. Füzuli rayonu uğrunda gedən onlarla döyüş əməliyyatlarında faal iştirak edir və erməni işğalçılarına qarşı döyüşlərdə şücaət göstərir. O, yüksək döyüş bacarığı və şücaəti ilə seçilərək Füzuli rayonu Məngələnata yüksəkliyində yerləşən Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının komandiri təyin edilir və zenit-raket qurğusunun idarə olunmasına rəhbərlik edir.
Qafqaz alışanı
Ağ alışan (lat. Dictamnus albus) – alışan cinsinə aid bitki növü. == Sinonim == Dictamnus albus var. bucharicus N.A.Winter Dictamnus albus subsp. caucasicus (Fisch. & C.A.Mey.) N.A.Winter Dictamnus albus subsp. dasycarpus (Turcz.) N.A.Winter Dictamnus albus var. dasycarpus (Turcz.) T.N.Liou & Y.H.Chang Dictamnus albus subsp. dasycarpus (Turcz.) Kitag. Dictamnus albus subsp.
Samir Alışov
Samir Cəmil oğlu Alışov (23 avqust 1997; Hacıqabul, Azərbaycan — 24 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Alışov 1997-ci ildə Hacıqabul rayonu Qubalı kəndində anadan olub.. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Samir Alışov könüllü olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı könüllü yazılıb. Fizuli və Hadrutun azad edilməsində iştirak edib. Samir Alışov oktyabrın 24-də Xocavənd istiqamətində şəhid olub. Hacıqabulda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Alışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vasif Abiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Alışov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Alıc
Alıc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Amsar bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Kənd Qaraçayın sahilində yerləşir. Qədim türk dillərində alıs/alış/alıç sözü çoxmənalı olub, "çayın ağzı, mənsəbi; axar suyun hövzəyə tökülən yeri", "soyuq", "uzaq, uzaqda olan"; "düz olmayan, kələ-kötür", "dəyişdirilmiş", "iynəyarpaqlı ağac", "vəhşi heyvan, quş" və s. mənaları ifadə edir. Oykonim "uzaqda olan, ucqar kənd" deməkdir. 1933-cü ildə Quba rayonunun Digah kəndinin adı da Alıc Digah şəklində qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 382 nəfər əhali yaşayır. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Quba rayonu Alıc kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 260 000 manat vəsait ayrılmışdır.
Alın
Alın (lat. regio frontalis) — yuxarı baş dərisi və qaşlar (sərhəd sümükün infraorbital kənarı) ilə bağlanan insan başının anatomik bölgəsi.
Balış
Yastıq və ya balış — içərisi quş və ya başqa heyvan tükləri ilə doldurulmuş torba şəkilli yataq dəstidir. Çox vaxt yastıqlardan divanaların üstündə dekorativ məqsədlə də istifadə edirlər. Boyun arxasında qoyulmuş diyircək də yastıq hesab olunur. El arasında ona balış da deyirlər.
Kalış
Kalış, Sudan otu və ya Sudan sorqosu (lat. Sorghum sudanense) — sorqonun növü. == Botaniki təsviri == Güclü, saçaqlı kök sisteminə malikdir. Kökü torpağın 2,5 m dərinliyinə işləyir, ətrafa isə 0,75 m-ə qədər yayıla bilir. Sudan otunda da dayaq yaxud hava kökləri əmələ gəlir. Gövdəsi silindir şəkilli, içərisi ağ parenxim hüceyrələrlə doludur. Gövdənin hündürlüyü 0,8 m-dən 3 m-ə qədər olur. Gövdəsində 3-5 yaxud 8-12 buğumarası olur. Ümumi kollanmasına görə sudan otu üç qrupa bölünür. - zəif kollanan- 12 ədədə qədər budaq əmələ gətirən, - orta dərəcədə kollanan 12-25-ə qədər budaq əmələ gətirən, - şiddətli kollanan 25-dən yuxarı budaq əmələ gətirən.
Qalış
Galışlar və ya Galeşlər (Söz Sanskrit dilində "inəkçi" mənasını verir) — Gilan və Mazandaranın dağlarında yaşayan köçəri xalqdır ki Qalış dialektində danışırlar. Anzolu/Anzoli, Bradi, Bürsülüm/Bırsılım, Conu/Coni, Çayrud, Tülü/Tüli, Hamarat, Rvarud, Siyov/Siov, Veri kəndlərində (Lerik rayonu), Biləsər, Daştatük, Rəzvan/Razano, Rvo kəndlərində (Lənkəran rayonu), və Miyanku kəndində (Masallı rayonu) yaşayırlar.
Talış
Talışlar (tal. Tolışon تالشان) — Azərbaycan Republikasının cənub-şərqində, əsasən Lənkəran, Astara, Lerik, Masallı rayonlarında və Bakı, Sumqayıt şəhərləri (sonradan köçmüşlər), eləcə də İranın şimalında, əsasən Gilan ostanının Astara şəhristanı, Fumən şəhristanı, Şəft şəhristanı, Rudbar şəhristanı və az sayda Ərdəbil ostanının Nəmin şəhristanının Ənbəran bəxşində yaşayan İranlı etnik grup. Talışların əksəriyyəti özlərini "Tolış" adlandırırlar, lakin, onların müəyyən bir qismi özlərinə "Taleş" deyir. Ana dilləri Hind-Avropa dil ailəsinin İran qrupuna aid edilən talış dilidir. Antropologiya baxımından böyük avropoid irqinin Balkan-Qafqaz irqinin Ön Asiya variantına daxildir. Azərbaycan və İrandan sonra ən çox Rusiyada yaşayırlar. 2009-cu ildə keçirilmiş ümumimilli siyahıalmanın nəticələrinə görə Azərbaycanda talışların sayı 112 min nəfər təşkil edir. Lakin, bəzi tədqiqatçılar və yerli əhali hesab edirlər ki, talış dilinin və etnik mədəniyyətinin daşıyıcılarının sayı bu rəqəmdən müəyyən dərəcədə çoxdur. == Məskunlaşma == Azərbaycanın Xəzəryanı cənub şərqində, Lənkəran iqtisadi rayonuna daxil olan bölgələrdə, əsasən Astara, Lənkəran, Masallı, Lerik rayonlarında kompakt şəkildə yaşayırlar. Xəzər sahillərinin həm ovalıq hissəsində, həm də onu qərb tərəfdən əhatə edən dağlıq hissəsində məskunlaşıblar.
Abdulla Aliş
Abdulla Aliş (tatar. Abdulla Aliş, Ğabdulla Aliş; 15 sentyabr 1908 – 25 avqust 1944, Plyötsenzee həbsxanası[d], Berlin, Üçüncü Reyx) — Tatarıstan sovet şairi, yazıçısı. Əsil adı Abdullah Bariev oğlu Alişevdir. O 15 sentyabr 1908-ci ildə Kayuki kəndində anadan olmuşdur. Onun uşaqlar üçün nağıllar, şeirlər və dramatik əsərləri vardır. == Tərcümeyi-hal == Abdulla 1908-ci ildə anadan olub. 1927-ci ildə Kazan torpaq-tikinti texnikomuna daxil olur. O meliorativ və usta işləyibdir. 1933-cü ildə jurnalistika ilə məşğul olmağa başlayır. O ilk dəfə "Pioner kalyame" (Pioner yazısı) jurnalında işləməyə başlayır.
Alı
Alı — Azərbaycanda daha çox işlədilən kişi adı. Aşıq Alı — Azərbaycanın görkəmli aşığı. Dəli Alı — Azərbaycanın xalq qəhrəmanı. Alı Mustafayev — Azərbaycan telejurnalisti, publisist, şair, Azərbaycan Milli Qəhrəmanı Alı Həsənli — Vətən müharibəsi şəhidi Alı Qocayev — Samux Rayon İcra Hakimiyyətinin Başçısı. Alı Alıyev — "Tərəqqi" medalı laureatı (2009), Füzuli rayonu İcra hakimiyyətinin başçısı.
Abış Ahməd
Abış Əhməd (fars. آبش احمد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında yerləşən şəhər. Təbrizdən 273 kilometr şimal-şərqdə yerləşir və Hurand şəhərilə 54 kilometr məsafəsi var. Şəhərin qədim adı Əhmədli / Əhmədlu olmuşdur. Kənd qalası və Şahzadə Qasım imamzadəsi şəhərin tarixi abidələrindəndir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2329 nəfər yaşayır (526 ailə).
Abış Mustafayev
Abış Hüseyn oğlu Mustafayev (Abış Borclu) (rus. Мустафаев Абыш Гусейнович və ya Гусеин-оглы, d. 1924 – ö. 2020, Qazax, Azərbaycan (indiki Ağstafa) rayonunun Köhnə Qışlaq kəndi) — Qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı. == Həyatı == Abış Hüseyn oğlu Mustafayev (Abış Borclu) 1924-cü ildə Qazax mahalının ucqar dağ kəndi Köhnə Qışlaqda anadan olub. 1943-cü ildə orta məktəbi bitirib faşistlərə qarşı müharibəyə yollanıb. 1947-ci ildə müharibədən orden-medallarla qayıdan A.H.Mustafayev həmin il imtahansız Azərbaycan Dövlət Universitetinə qəbul olunub. 1952-ci ildə universiteti bitirərək bir müddət indiki Həsənsu məktəbində, sonra isə doğma Köhnə Qışlaqda müəllim və direktor işləmişdir. 50 illik pedaqoji işdən sonra qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı kimi təqaüdə çıxmışdır. Beş övladı — üç oğlu, iki qızı var.
Abış Əhməd
Abış Əhməd (fars. آبش احمد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında yerləşən şəhər. Təbrizdən 273 kilometr şimal-şərqdə yerləşir və Hurand şəhərilə 54 kilometr məsafəsi var. Şəhərin qədim adı Əhmədli / Əhmədlu olmuşdur. Kənd qalası və Şahzadə Qasım imamzadəsi şəhərin tarixi abidələrindəndir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2329 nəfər yaşayır (526 ailə).
Adış Məmmədov
Adış Məmmədov (tam adı: Adış Sakit oğlu Məmmədov 17 dekabr 1968, Seyidbazar, Cəlilabad rayonu) — alim, diplomat, Azərbaycan Respublikasının Çexiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri. == Tərcümeyi-hali == Adış Sakit oğlu Məmmədov 1968-ci il 17 dekabrda Cəlilabad rayonunun Seyidbazar kəndində doğulmuşdur. Qafqaz müsəlmanlarının XII Şeyxülislamı Allahşükür Paşazadənin kürəkənidir. 1986-cı ildə orta məktəbi Gümüş medalla bitirərək Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsinə daxil olmuşdur. 1991-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirərək Bakı Dövlət Universitetinin riyazi analiz ixtisası üzrə aspiranturasına daxil olmuşdur. 1995-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə daxil olmuş, 2005-ci ildə isə beynəlxalq hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci idə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun doktaranturasına daxil olmuş, hal-hazırda "Daxili münaqişələrin tənzimlənməsinin siyasi və hüquqi aspektləri" adlı doktorluq dissertasiyasının (siyasi elmlər doktoru) üzərində çalışır. 1995–1998-ci illərdə BDU-nun Riyazi-analiz kafedrasında müəllim və baş müəllim vəzifələrində çalışmışdır. 1998–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır.
Alaş Orda
Alaş Orda — 1917–1920-ci illər arasında qazax və qırğızların birgə hərəkatının və nəticədə elan etdikləri dövlətin adıdır. Rəsmi olaraq 1928-ci ilə qədər mövcud olmuşdur. Alaş Orda 1905-ci ildə Alaş hərəkatı ilə meydana çıxmış və 1912-ci ildə qurulan siyasi Alaş Partiyası ilə güclənmişdir. Bu partiya siyasi fəaliyyətlərini 1928-ci ildə dayandırsa da əslində 1937-ci ilə qədər mövcud olmuşdur. 1980-ci illərin sonunda, təsir dairəsi Qazaxıstan və Qırğızıstan olan eyni adlı yeni bir milliyyətçi partiya qurulmuşdur. == Söz açımı == Qazaxıstanın rəsmi açıqlamasına görə Alaş adı Qazaxların əfsanəvi babası Alaş Xandan götürülmüşdür. Alaş Xan Orda xanın digər bir adıdır, lakin Orta Asiyanın digər Türk dillərində alaşa — at mənasına gəldiyinə görə Alaş Ordanın izahının Atlı Ordusu olduğu daha məntiqli hesab olunur. == Tarixi == 1905-ci ildə Mustafa Çokay tərəfindən təşkil edilib "Hamımız Alaşın oğullarıyıq!" başlığı altında Daşkənddə baş tutan Türküstan Müsəlmanları Konqresində, nəcabətli ailələrdən olan Qazax və Qırğız rəhbərləri Alaş adı altında birləşmişdi. Bu hərəkata Qazax və Qırğız ziyalıları də qatılmışdı. Bu yeni hərəkatın başlıca hədəfləri bunlar idi: Orta Asiyada İslamı çağdaşlaştırmaq Qazaxların və Qırğızların ənənəvi köçəri mədəniyyətlərini yenidən azad şəkildə yaşamasını təmin etmək (yəni, Rus Çarlarının daha əvvəllər başlatdıqları köçəri xalqları oturaq həyata məcvuretmə qanunlarını ləğv etmək) Türküstan bölgəsinə yerləşən rusları buradan uzaqlaşdırmaqAlaş Hərəkatı Mustafa Çokay tərəfindən qurulmuş olan Türküstan Müsəlmanları Komitəsi ilə möhkəm ortaqlığa malik idi.
Alaş Partiyası
Alaş Partiyası — Qazaxların partiyası. == Tarixi == Alaş XX əsrin əvvəlində milli liberal hərəkatın liderləri tərəfindən qurulmuş olan ilk Qazax siyasi partiyasının adıdır. Qurulduğu dönəmdə Rusiyanın Qazaxıstanı müstəmləkə durumuna gətirməsindən doğan iqtisadi və sosial problemlər kritik bir nöqtəyə çatmış idi. Qazax çöllərinin müstəmləkələşdirilməsi könüllü Slavyan köçmənlərinin, əsasən Rus kazaklarının və kəndlülərin verimli Qazax otlaqlarına əl qoyması şəklində tanımlana bilər. Bu müddət 1731-ci ildə Kiçik Jüzün ilhaqı ardından başlamış; Qazax ərazisi rəsmən dövlət mülkü elan edilmiş və 1868-ci ildəki Keçici Nizamlara görə qazaxların ortaq istifadəsinə verilmişdi.Rus kəndlərinin köç etməsi özəlliklə 1905-ci il Rus inqilabının ardından Pyotr Stolıpin torpaq islahatının (1906–1917) həyata keçdiyi sırada kritik bir hal almışdı. Bu islahat Rus çöl icmasının yox edilməsi və yerinə güclü və müstəqil ailə mülklərinin meydana gətirilməsini hədəfləyirdi. Rus hökuməti bu torpaqların alış-satışına müsaidə edən bir siyasət izləyərək bu torpaqların xoşgüzar kəndliləri olan kulakların əllərində olmasına şərait yaratmış və fəqir kəndlilərin Rusiya imperiyasının digər əyalətlərinə, özəlliklə Orta Asiya və Sibirə köç etməsini təşviq etmişdir. Fəqir kəndlilər torpaqlarını satdıqdan sonra topdan köç etmişdilər. Rusiya dövləti köçmənləri qorumuş idi: bütün vergilərdən (15 il müddət ilə) və bütün vəzifələrdən (25 il müddət ilə) məaf tutulmuşlar; hər ailəyə 100 manatliq bir hissə verilmiş və hər ailə rəisi 30 desyatinlik torpaq almış idi. Stolipinin köç kampaniyası ilk etapda Rus kəndlilərinin yenidən yerləşmələrinə yönəlikdi, torpaqlarına sadəcə keçici olaraq sahib olan qazaxlara ərazi təhsis etməyi planlamamışdı.
Alaş Xan
Alaş xan və ya Alaşa xan — qazax mifologiyasında əfsanəvi padşah. Alaş boyunun qurucusu və qazaxların atası olaraq qəbul edilir. Digər türk boylarında da ona böyük hörmət göstərilir. İslam öncəsi türklərin döyüşərkən "Alaş! Alaş!" deyə bağırdıqları bilinməkdədir. Alaş Xanın oğlunun adı Qazax Xandır. Alaş Xan haqqında bir çox rəvayət vardır. Bunlardan ən çox bilinəni, yüzlərlə il əvvəl otuz iki qəbiləyə hakim olan Arıstan Xan ilə əlaqədardır. Bu xan döyüşdə əsir düşmüş gözəl bir qıza aşiq olur və evlənər. Ondan bədəni alaca rəngli bir uşağı olduğu üçün bunu pis bir vəziyyət olaraq qəbul edər.
Alın epilepsiyası
Alın epilepsiyası — bütün lokal mənşəli epilepsiyalar arasında rastgəlmə tezliyinə görə gicgah epilepsiyasından sonra ikinci yer tutur. Alın epilepsiyasının simptomatik, kriptogen və idiopatik formalarınıayırd edirlər. Sadə parsial tutmalar somatosensor aura şəklinə malikdirlər(sancma, dartılma, təzyiq, elektrik cərəyanı və ya boşalmasınınkeçməsi hissləri). Görmə illüziyaları və hallüsinasiyalarınaqavramanın parlaqlığının dəyişməsi və ya görmənin yayğınlığı, ağdairələr, görmə obrazlarının görmə sahəsində uzun müddətsaxlanması daxildir. Vegetativ əlamətlər (tremor, təngnəfəslik, bradikardiya, hiperemiya, sianoz) müşahidə olunur. Xəstələrintəxminən ¼-də qorxu, dəhşət affekti, ekzaltasiya, eyforiya və yabeyindən çıxmayan fikirlər və hər hansı hərəkətə məcbur edilməhissi şəklində psixi pozulma meydana çıxır. Epileptik boşalmaya baş beynin üç şöbəsindən hansının cəlb edilməsindən asılı olaraq hərəkitutmaları təsnif etmək qəbul olunmuşdur. Bu kontekstdə beyinqabığının presentral şöbələrində baş verən boşalmalarlaəlaqələndirilən parsial (fokal) hərəki tutmalar ("Cekson tutmaları")ayırd edilir. Onlar birtərəfli klonik dartılmalar, başın kontrlateraldöndərilməsi və şüurun saxlanması ilə xarakterizə olunur. Əlavəsensomotor sahədə tutmalar birtərəfli və ya ikitərəfli gərginlik, qışqırıq və ya inilti, yaxud, əksinə nitqin dayanması ilə səciyyələnir.
Alın payı
Alın payı – (lat. lobulus frontalis) çəpgənin ön şöbəsini işğal edərək dal tərəfdə – mərkəzi şırım vasitəsilə təpə payından və bayır tərəfdə – bayır şırım vasitəsilə gicgah payından ayrılır. Yarımkürənin içəri səthində alın payı ilə təpə payı arasındakı hüdudu mərkəzi şırımın içəri ucundan aşağı doğru çəkilmiş xəyali xətt təşkil edir. Alın payının dal hissəsində mərkəzi şırıma paralel olaraq mərkəzönü şırım – lat. sulcus paracentralis gedir. Mərkəzönü şırımdan iki digər şırım – yuxarı və aşağı alın şırımları – lat. sulci frontalis superior et inferior başlayaraq boylama istiqamətdə öə doğru gedir. Bu şırımlar vasitəsilə alın payı aşağıdakı qırışlara bölünür. Mərkəzönü qırışıq – lat. gyrus precentralis (gyrus centralis anterior – BNA) mərkəzi şırımla mərkəzönü şırım arasında yerləşir.
Alın sümüyü
Alın sümüyü —
Alıç (Meşkinşəhr)
Alıç (fars. الوچ‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 469 nəfər yaşayır (102 ailə).
Alığ Han
Alığ Xan
Atış-Sumqan
Atış-Sumqan şəlaləsi (başq. Атышсумған) — Başqırdıstanın Beloret rayonu ərazisində yerləşən yeraltı şəlalə. Cənubi Uralın turistik ərazilərindən hesab edilir. Hündürlüyü 6 metrdir. == Coğrafiyası == Atış çayı üzərində yerləşir. Başqırd dilindən tərcümədə «Atış daldı» və ya «Atış çökdü» mənasını verir. Atış çayı kiçik bir arx şəklində 276 m hündürlükdə yerin dərinliyinə axır. Bura Atış-Sumqan şəlaləsi adlanır. Artıq 174 m hündürlükdə isə Atış şəlaləsi olaraq üzə çıxır. Bu hissəni də bəzən Atış-Sumqan adlandırırlar.
Atış şəlaləsi
Atış şəlaləsi (başq. Атыш — döyüşən, atan) — Cənubi Uralda, Başqırdıstanın Beloretski rayonunda yerləşən şəlalə. == Ümumi məlumat == Atış şəlaləsinin hündürlüyü 4,5 metr, eni isə 6 metrdir. Əsrlər boyu qayanın arasından axan şəlalə, diametri 20 m, dərinliyi 7–10 m olan iki su qazanını xatırladır. Atış şəlaləsi zamanı yaranan göl Lemeza çayına axır. Şəlalənin yaşı çox böyükdür. Atış şəlaləsinin üzərindən axdığı dağ 570 milyon il yaşı olan əhəng daşıdır. Şəlalədəki ekoloji vəziyyətə baxmayaraq, Atış şəlaləsi hazırda Başqırdıstanın təbii gözəlliklərini bilənlər üçün ən məşhur yerlərdən biridir. Lemesanın çayının kənarından olan yol, şəlaləyə açılır, bu da avtomobilin şəlaləyə gəlməsinə imkan verir. == Qalereya == == Xarici keçidlər == Vikianbarda Atış şəlaləsi ilə əlaqəli mediafayllar var.
Axis axis
Adi aksis (lat. Axis axis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü. == Yayılması == Aksislər Himalay və Seylonun dağətəyi meşə zonalarında yaşayır. Bu marallara artıq tez-tez Hindistanda da rast gəlinir və onların sayı artmaqdadır. Ermənistan meşələrinə müvəffəqiyyətlə uyğunlaşdırılıb.
Alas
Alas – Yakutiyada çoxillik donmuş yeraltı süxurların əriməsi və ərazinin enməsi nəticəsində əmələ gələn hamar çökəklikdir. Alas ot bitkiləri ilə örtülü olur, burada dayaz göllər də olur. Örüş kimi istifadə olunur. .
Albıs
Ales
Ales (fr. Alès) — Fransada yerləşən Ales rayonun inzibati mərkəzi. == Tarixi == XVI əsrdə Ales mühüm quqenot mərkəzi idi. Şəhərin 1629-cu ildə Fransanın kralı XIII Luis tərəfindən ələ keçirildikdən sonra Nantesin fərmanını təsdiqləyən sülh müqaviləsi bağlanmışdı.
Alik
Alik (erm. Ալիք) - İranın paytaxtı Tehran şəhərində gündəlik nəşr olunan erməni dilli qəzet. Alik, İranda nəşr olunan ilk və yeganə erməni icmasına məxsus qəzetdir. Qəzetin nəşrinə 1931-ci ilin mart ayında başlanmışdır. İlk vaxtlarda həftədə 1 dəfə olmaqla nəşr edilən Alik, 1935-ci ilin əvvvələrindən etibarən həftədə 2 dəfə olmaqla nəşr edilmişdir. 1941-ci ildən etibarən isə gündəlik nəşrə keçmişdir. Hal-hazırda baş redaktoru Terenik Melikyandır.
Alim
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Amiş
Qəribə geyimləri ilə bərabər modernizmi və texnologiyanı rədd edən Amişlər əcnəbilər üçün maraq obyekti olmaqla yanaşı istər Amerikada, istərsə də dünyada bir çox insan onların varlığından xəbərsizdir. Amişlərin əcdadları 1500-cü illərdə ən başda İsveçrə olmaqla, bir çox Avropa ölkələrində yaşamışdır. Amişlər adlarını "Jacob Amman"-dan (topluluğun banisi) almışdır. Amişlərin dini Xristian dini olmaqla bərabər Protestanlıq məzhəbinə daha yaxındır və Anavaptist (revaptister-təkrar xaç suyuna salınma) qoluna mənsubdurlar. Anavaptistlər dövlət və kilsə bağlantısını rədd edərək ayrıca bir qol müəyyənləşmişdirlər. İlk Amişlər 1700-cü illərdə Pensilvaniya ştatında məskunlaşmışdılar. Daha sonra buradan bütün Amerikada məskən salıblar. Amişlər dini düşüncələrdən irəli gələn "Sadə həyat" anlayışı ilə yaşamlarını davam etdirirlər. Bu gün Amişlərin sayı Amerikada 150.000 və ya 200.000 arasındadır və əksəriyyəti Ohio, Pensilvaniya , İndiana və Lowa ştatlarında yaşayırlar. Amişlər daha çox əkinçiliklə məşğul olur lakin dülgər, faytonçu və açarçılıq kimi peşə nüvləri ilə məşğul olanlarda var. Evlərində isə qaz lampası və XIX əsrdə istifadə edilən ev alətləri istifadə edilir.Həmçinin Amişlər İncil tərs olacağına inandıqları üçün foto çəkdirmirlər.
Apis
Apis (münbitlik allahı) — münbitlik allahı. Apis (arı) — bal arısı cinsi. Apis (şəhər) — şəhər. Apis (Yunan mifologiyası) — Yunan mifologiyası.
Arıs
Arıs — Qazaxıstanın Türkistan vilayətində şəhər (1956-cı ilə qədər - qəsəbə). Çimkent aqlomerasiyasının bir hissəsidir. == Tarixi == Arıs, 1900-cü ildə Orenburq-Daşkənd dəmir yolu xəttindəki bir stansiya olaraq quruldu. 1901-1904-cü illərdə inşa edilmiş dəmir yolu stansiyasının binasında İmperator II Nikolayın monoqramları hələ də qorunub saxlanılır. 2009-cu ilin mart ayında "Kazarsenal" QHT-də baş verən partlayış nəticəsində 3 nəfər öldü . 26 iyun 2014-cü ildə silah sursat məhv edildiyi yerdə barıt partladı və nəticədə 2 nəfər öldü . 2015-ci ilin noyabr ayında tullantıların məhv edilməsi zamanı zibilxanada partlayıcı işə düşdü. Nəticədə 1 nəfər (texnoloq) öldü. 24 iyun 2019-cu il tarixində hərbi hissənin ərazisində partlayış baş verdi , yaxınlıqdakı binalar şok dalğasından ziyan gördü. Şəhərin bütün əhalisi (40.000 nəfərdən çox) təxliyə edildi.
Axis
Aksis (lat. Axis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Glis
Glis (lat. Glis) — gliridae fəsiləsinə aid heyvan cinsi.
İlis
Qarakötük (əvvəlki adı: İlis) — Azərbaycan Respublikasının Xocalı rayonunun Almalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun İlis kəndi Qarakötük kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarakötük kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələrinin İlis adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. İlis Qarqar çayı hövzəsindəki iki çayın qovuşduğu yerin adıdır. Bu yerdən başlanan çay da eyni adı daşıyır. 1992-ci ildən kəndin adı Qarakotuk kimi rəsmiləşdirilmişdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsində yerləşir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Qarakötük kəndinin əhalisinin faktiki sayı 165 nəfər, qeydiyyatdakı əhalinin sayı 172 nəfər təşkil edirdi.
Alis Qi-Blaşe
Alice Guy-Blaché (1 iyul1873 - 24 mart 1968) Fransız kinorejissor, ssenarist və prodüser. Bədii film çəkən ilk kinorejissorlardan biri, həmçinin ilk qadın kinorejissor olub.