Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
.ax
.ax — Aland adalarının internet kodu.
Ax-Ox çay
Ax-Ox çay və ya Ohox çay — İsmayıllı rayonundan axan, Əyriçayın (Göyçayın qolu) sağ qollarından biri. Çay Qovdağ silsiləsindən 2000 metr yüksəklikdən başlayır. Çayın uzunluğu 25 km, hövzəsinin sahəsi 691 km² təkil edir. Suyundan suvarmada istifadə olunur. Axarı boyunca bəzi hissələrdə Dəvəbatan çayı da adlandırılır. == Toponim == Qədim türk dilində axlak – “yüksəklik, zirvə”, oxlok – “su, çay, axar su” deməkdir. Axox “dağ çayı” mənasını ifadə edir.
Tuf
Tuf — vulkanik küldən yaranan, maqma mənşəli dağ süxuru. Adətən qeyri-vulkanik qarışıqda olur. Çox yaxşı inşaat materialıdır. Qırmızı, çəhrayi, bənövşəyi, narıncı rəngdə olur. Bu materialın ən üstün keyfiyətlərindən biri asan emal olunmasıdır. Azərbaycan ərazisində bir çox qədim tikililərdə istifadə olunub. Məsələn: Pir Hüseyin türbəsi (İrəvan), Müqəddəs İohann kilsəsi (Gəncə), Əskipara monastırı, Qızılburun yaşayış yeri, Kültəpə (Babək) və bir çox başqa. Tuf (rus. туф, ing. tuff) /ital.tufo/ – müxtəlif mənşəli süxurlar qrupu.
Küf
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər. Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. == Oyunun qaydaları == İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Tük
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Tül
Tül — qapı, pəncərə və digər yerlərdən asılan, yüngül olmaqla setka toxunuşlu parça növü.
Tef
Tef (lat. Eragrostis tef) - qırtıckimilər fəsiləsinin eragrostis cinsinə aid bitki növü.
Sent-Tül
Sent-Tül (fr. Sainte-Tulle, oks. Santa Túlia) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Cənub-şərqi Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04197. 2008-ci ildə əhalinin sayı 3265 nəfər təşkil edirdi. 2007-ci ildə 1976 yaşda olan (15-64 yaş) insanlar arasında 1404 nəfər iqtisadi cəhətdən fəal, 572 nəfər hərəkətsiz (fəaliyyət göstərici 71.1%, 1999-cu ildə 66.6%) idi. Fəal olan 1404 nəfərdən 1273 nəfəri (715 kişi və 558 qadın), 131 nəfəri işsiz (70 kişi və 61 qadın) idi.
Tül (dəqiqləşdirmə)
Tül
Tük kökləri
Tük kökləri — Saç folekulu bir məməli dəri orqanıdır. Dərinin dermal qatında yerləşir və hər biri fərqli bir funksiyaya malik olan 20 fərqli hüceyrədən ibarətdir. Saç folekulu hormonlar, immun hüceyrələr arasında kompleks qarşılıqlı təsir nəticəsində saç böyüməsini tənzimləyir. Bu mürəkkəb qarşılıqlı təsir saç kökünü bədənin müxtəlif yerlərində fərqli tük növləri əmələ gətirir. Məsələn, terminal saçlar baş dərisində uzanır, lanugo tükləri uşaqlıqdakı və bəzi yeni doğulmuş uşaqların döllərinin bədənini örtür. Tüklərin böyüməsi ayrı -ayrı mərhələlərdə baş verir. Birinci mərhələ anagen adlanır və aktiv böyümə mərhələsidir, telogen istirahət mərhələsidir, katagen saç folekul fazasının geriləməsidir, ekzogen aktiv saç tökülmə mərhələsidir və nəhayət kenogen boş saçlar arasındakı fazadır. İnsan saç funksiyası uzun müddətdir ki, maraq mövzusudur və cəmiyyətdə, inkişaf biologiyasında və tibbdə vacib bir mövzu olmağa davam edir. Bütün məməlilər içərisində insanlar, bədənin digər hissələrində saç böyüməsi ilə müqayisədə baş dərisində ən uzun saç böyüməsi mərhələsinə sahibdirlər. Əsrlər boyu insanlar estetikanı saç dərisinin saç düzümü və üslubu ilə əlaqələndiriblər və bu, tez -tez cəmiyyətdəki sosial və ya mədəni normaları çatdırmaq üçün istifadə olunur.
Tül (parça)
Tül — qapı, pəncərə və digər yerlərdən asılan, yüngül olmaqla setka toxunuşlu parça növü.
Tül (şəhər)
Tül (fr. Tulle, oks. Tula [ˈtylɔ]) — Fransanın cənub-qərbindəki şəhər, Limuzin regionunda yerləşən Korrez departamentinin inzibati mərkəzi. Şəhərin əhalisi təxminən 15,5 min nəfərdir.
Aydağ seolitləşmiş tuf yatağı
Kotandağ kaolinləşmiş tuf yatağı
Xanlar kaolinləşmiş tuf yatağı
Xanlar stansiyasından təxminən 700 m. cənubda yerləşir. Yatağın geoloji quruluşunda aşağı santonun vulkanogen çöküntülərindən başlayaraq dördüncü dövrün elluvial-delluvial çöküntülərinə qədər müxtəlif süxurlar iştirak edir. Bu çöküntülər Gəncəçay sinklinorisinin qərb hissəsində inkişaf tapmışdır. Yataqda andezit tərkibli zəif kaolinləşmiş tuflar və ağ rəngli intensiv kaolinləşmiş süxurlar ayrılır. Kaolin lay dəstəsinin qalınlığı 9–29,5 m. arasında dəyişir. Faydalı xammal montmorillonit — kaolin gillərinə aid edilir. Gillər tez qızdırılıbbişmə qabliyyətinə malikdir, odadavamlıdır, çoxlu miqdarda zərərli qatışıqlar saxlayır.
.tf
.tf — Fransanın Cənub və Antarktika ərazilərinin internet kodu.
AD-AS modeli
AD-AS modeli makroiqtisadiyyatı başa düşmək üçün yaradılan standard dərslik modelidir. Bu model Məcmu Tələbin Məcmu Təklifə bərabər olduğu haldakı qiymət səviyyəsini və real istehsal həcmini göstərir. Məcmu tələb əyrisi aşağı meyillidir. Bu da aşağı qiymət səviyyəsində istehsala daha çox tələb olmasını göstərir. Məcmu tələbin aşağı meylli olmasına 3 effekt təsir göstərir: Piqu və ya real balans effekti. Əgər ölkədə real qiymətlərin səviyyəsi aşağı enirsə, real sərvət artır. Yəni, qiymətlər enirsə alıcı 1 manatla daha çox məhsul ala bilir, bu da məcmu tələbi artırır. Keyns və ya faiz dərəcəsi effekti. Məhsulların qiyməti düşürsə, pula olan tələb azalır. Bu faiz dərəcəsini aşağı endirir.
Ağ at mağarası
"Ağ at "— Gürcüstanın qərbində, Abxaziya Muxtar Respublikasının, Qafqaz dağlarının Arabika massivində yerləşən mağara. Mağara inzibati baxımdan Qaqra rayonu ərazisinə aiddir. Mağaranın ümumi uzunluğu — 268 m, dərinliyi — 110 m, sahəsi — 4200 m², həcmi — 40.000 m³, mağara girişinin hündürlüyü — 2300 metrdir. Bəzi mənbələrə görə mağaranın dərinliyi və uzunluğu daha çoxdur: 167 m və 600 m. == Ümumi məlumat == Mağaraya giriş Joekvara çayının troq mənşəli dərəsinin yuxarı hissəsində yerləşir. Mağara Didvake şilsiləsinin şimal yamacında, su ayrıcı xəttə yaxın ərazidədir. Mağara meylli qalereyadan və onu açılan 70 metrlik bir quyudan ibarətdir. Ağ at mağarası əsasən əhəng daşlı, çökmə və karbonatlı süxurlardan təşkil olunub üst yura dövrünə aiddir. Mağara daxilindəki quyuya qar və buz uçqunları səbəbi ilə daxil olmaq mümkünsüz. Ana süxur ilə uçüun arasında illər keçdikcə dar keçid formalaşmışdır.
Tof Bei Fonq
Tof Bei Fonq (ing. Toph Bei Fong) - Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsas personajlardan biri (2-ci mövsümdən (Yer kitabı) bəri). Tof əvvəl 16 yaşlı atletik, əzələli oğlan və Sokkanın təzadı olmalı idi. Onun prototipini hər seriyasının önsözündə görmək olar. Baş personajlara qoşulmaq üzərə olan torpaq maqının personajını təqdim etməyə vaxt yaxınlaşanda, serialın baş ssenaristi, Aaron Ehaz güclü, yetkin torpaq maqlarını məğlub etməyə bacaran balaca bir qız personajını yaratmağa təklif etmişdi. İşçilərin bəziləri bu fikri gülməli hesab ediblər, lakin Brayan Konietzko əvvəl onu rədd etmişdi. Bir sıra uzun müzakirələrdən sonra, Konietzko bu ideyaya qarşı mübarizəsini dayandırıb və onu qəbul olunub. Nəticədə, Tof Konietzkonun ən sevdiyi personajlarından biri olmuş. Personajın öncəki konsepsiyası isə serialda daha küçük rolu olan başqa iki personaj üçün işlənilib. Konietzkonun sözlərinə görə, Korra əfsanəsi serialındaki Bolin personajı da, həmçinin Tofun əvvəlki konsepsiyasından hayranlanaraq yaradılmışdı.
Tük tökən kremlər
Tük tökən kremlər və ya kimyəvi depilyasiya, arzuolunmaz tüklərdən müvəqqəti olaraq xilas olmaq üçün tətbiq edilən kosmetik məhsullardır. Bir qrup depilyasiya üsuludur. Tüklərin zülallar quruluşunu dağıdaraq tökülməsini təmin edir.
Tüp-Tərxan yarımadası
Tüp-Tərxan (ukr. Тюп-Тархан, krımtat. Tüp Tarhan, Тюп Тархан) — Krımın şimal-şərqində yerləşən yarımada. İnzibati cəhətdən Krım Muxtar Respublikasının Canköy rayonu ərazisinə daxildir. Yarımadanın səthi hamardır. Sivaş körfəzinin suları ilə yuyulur. Sahillərində şoranlıq vardır. Ən hündür nöqtəsi 8,2 metrdir. Sahil xəttində dərinlik 0,4 metr, şimal-şərqində isə 0,1 metrdir. Sahilləri düzəndir.
Tüp Canköy yarımadası
Tüp Canköy (krımtat. Tüp Canköy) — Krımın şimal-şərqində yerləşən yarımada. İnzibati cəhətdən Krım Muxtar Respublikasının Canköy rayonu ərazisinə daxildir. Yarımadanın səthi hamardır. Canköydən şimal-şərqdə Sivaş körfəzinə doğru uzanır. Cənubdan şimala uzanır. Tüp-Tərxan yarımadasından Roqaçinski körfəzi ilə ayrılır. Onun uzunluğu 20 km, eni 2-4 km arasında dəyişir. Maksimal hündürlük 18,6 metrdir. Yarımadada yerləşən yaşayış məntəqələri: Ermakovoe (1945-ci ilə qədər - Totou), Medvedevka, Turqenev və Peredmestnoe.
Ay bəri bax (mahnı)
Ay bəri bax və yaxud "Bura bax" — Azərbaycan xalq mahnısı. Mahnı demək olar ki, bütün xalq ifaçılarının — xanəndə və vokalçıların repertuarına daxildir. Bu baxımdan mahnının ifa variantları çoxdur. Bu sevgi məzmunlu lirik mahnıdır, təbiətcə nikbindir. == Mahnının tarixi == Mahnının yaranma tarixi XVIII–XIX əsrlərə aiddir. Xanəndənin ifa etdiyi mahnının yazısı XX əsrin əvvəllərində qrammofon vallarında qorunub saxlanılmışdır. Mahnının ilk nota yazısı 1920–1930-cu illərə təsadüf edir. Müxtəlif illərdə müşayiətlə səs və xor üçün notlar və aranjimanlar yaranmışdır. Birinci variantda poetik mətn bayram təbriki ilə bağlıdır, mətn həm də sevgi etirafını əks etdirir (1938-ci ildə Cabbar Qaryağdıoğlunun ifası ilə Səid Rüstəmov tərəfindən lentə alınıb). Mahnının Cabbar Qaryağdıoğlunun ifasında Rüstəmovun nota yazılan ikinci variantı — "Ay al çan, çaxır" "Azərbaycan xalq mahnıları" toplusunda (2-ci cild, Bakı, 1956) çap olunub.
Ay bəri bax (rəqs)
Ay bəri bax – Azərbaycanın milli rəqsi. Yalnız qadınlar tərəfindən ifa olunan ən qədim rəqslərdəndir.
TF-X
TF-X - Türkiyənin 5-ci nəsil qırıcı təyyarə layihəsi. İlkin olaraq TF-X-in 2023-cü ildə uçuşa hazır olmasının hədəf götürüldüyü bildirilsə də, sonradan bu tarix 2025-ci ilə təyin olunub. Təyyarənin mühərriki Böyük Britaniyanın BAE Systems şirkəti ilə birlikdə hazırlanır. Mühərrik İnkişaf Etdirmə proqramı çərçivəsində Türkiyənin “TR Motor” şirkəti isə mühərriklərin kritik alt sistemi və komponentlərini inkişaf etdirəcək.
Ağ tut
Ağ tut (lat. Morus alba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Azərbaycanda tut ağacının bir çox növləri yayılıb, eyni zamanda qiymətli bitki kimi respublikanın əksər rayonlarında çox qədimdən becərilir. Abşeronda qara və ağ tut daha geniş becərilir. Dərman məqsədilə tut ağacının yarpaqlarından, meyvələrindən və bəzi qabıqlarından və budaqlarından istifadə olunur. Ağ tut yarpaqlarında 0,75 % üzvi turşular, 50–60 mq % askorbin turşusu, 1,5 %–2 % şəkərli maddələr, 2–3 % aşı maddələri vardır. Meyvələrində 23–24 % şəkər, 2,5 % üzvi turşular, 70–80 mq % askorbin turşusu, pektin maddələri və s. müəyyən edilmişdir. Ağ tut ağacının hündürlüyü 20 m-ə çatır. Qara xartutun ağacı isə bir qədər xırda olur.
TU9
TU9 — Almaniyanın 9 aparıcı texniki universitetinin daxil olduğu ittifaq.
Tui
Tui — İspaniyanın şimal-qərbində yerləşən Qalisiya muxtar vilayətinin Pontevedra əyalətində bələdiyyədir. 2005-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı; 16680 nəfərdir. Tui — İspaniyanın şimal-qərbində yerləşən Qalisiya muxtar vilayətinin Pontevedra əyalətində bələdiyyədir. 2005-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı; 16680 nəfərdir.
Tur
Tur (şəhər)
Tus
Tus (fars. توس‎ və ya طوس) — İranın Rəzəvi Xorasan ostanında yerləşən şəhər. Qədim yunanlar buranı Susia (yun. Σούσια) adlandırırdılar. Tarixi qeydlərə görə e.ə. 330-cu ildə Makedoniyalı İsgəndər şəhəri ələ keçirmişdir. Şəhər 1220-1259-cu illər monqol istilaları zamanı demək olar ki, tamamilə məhv edilmişdir. 808-ci ildə Xorasan iğtişaşlarını yatırmaq üçün yola çıxan xəlifə Harun ər-Rəşid Tus şəhərində xəstələnərək vəfat etmişdir. Tusun ən məşhur sakinləri arasında Firdovsi, Nəsirəddin Tusi, Əl-Qəzəli, Nizamülmülk, Cabir ibn Həyyan, Əsədi Tusi və Əbu Cəfər əl-Tusinin adlarını çəkmək olar. Firdovsinin minillik yubileyi ərəfəsində (1934) Tus şəhərində onun məqbərəsi inşa olunmuşdur.
Tut
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
Tux
Tux (Tuks) — Linuks Əməliyat Sisteminin rəsmi talismanıdır. 1996-cı Larri Yuinq tərəfindən yaradılmışdır. Ceyms Hyuqs(James Hughes) bu pinqvini TUX (Torvald's UniX) adlandıran ilk şəxs olub. Linuxun simvolunun pinqvin olması ideyası Linus Torvalds tərəfindən irəli sürülmüşdü. Bu gün bu pinqvin dünyada nəinki Linux, həm də ümumiyyətlə Açıq kodun simvolu sayılır. Tux həm də Tux Racer və Pingus oyununlarının əsas qəhrəmanıdır. TuxPaint — uşaqlar üçün rəsm proqramında da bu personaja rast gəlirik.
Tuğ
Tuğ — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində kənd. 31 oktyabr 1991-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Tuğ kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Tuğ sözü bir sıra müasir türk dillərində və o cümlədən, Azərbaycan dilinin Şuşa və Qubadlı şivələrində bayraq mənasını daşıyır. Tuğ etnotoponimi Tuq (tuk, tok) məşhur qıpçaq tayfalarından birinin adı ilə bağlıdır. Qafqazda, o cümlədən Gürcüstanda bir çox yaşayış məntəqələrinin adları bu tayfa ilə əlaqədardır. Azərbaycanda üç Tuğ kəndi, Tuğ çayı, Tuğ dağı və Tuğ yurdu əraziləri məlumdur. Şimali Qafqazda da Tuq, Tuk, Tok, Tukdaq, Tukovo və s. kəndlər vardır. Qərbi Azərbaycanda (Ermənistanda) XIX əsrə aid olan xəritələrdə Tuğlu, Tuqun, Tuqut türk kəndlərinin adları öz əksini tapmışdır.
Kuf oyunu
Ağdaş rayonunun Kürqırağı kəndlərində surmançaq, Cəbrayılda usuncaq, Füzulidə uçuncaq, Qubadlıda kuf, Zəngilanda kuf, kufgelli, Şərikan kəndində yellənküp adı ilə tanınan bu oyun Azərbaycanda vaxtilə çox geniş yayılmışdır. Kuf oyunu Qarabağda Novruz bayramının ayrılmaz bir elementi olmuş, vaxtilə hər ilin axır çərşənbəsində oynanılmışdı. Zəngilan rayonunun eyni adlı kəndində bu oyun axır çərşənbədən başlayıb martın axırlarına qədər davam etmişdi. Ağdaş rayonunda isə bu oyun qız gəlin köçən ərəfədə oynanılmışdı. Oyunun əsas iştirakçıları yetkinlik yaşına çatmış qızlar və oğlanlar idi. Ağdaş rayonunun Pirəzə kəndində bu oyun ya gəlin köçən qızın həyətində, ya da Kür qırağındakı meşəlikdə təşkil olunardı. Kənd sakini Şükufə Məmmədovanın dediyinə görə bacısı qızını gəlin köçürərkən həyətdəki ağaclardan birində yelləncək qurmuş və bacısı qızının yoldaşlarının iştirakı ilə belə bir oyun təşkil etmişdir. Qarabağ zonasında isə ya açıq havada, ya da dam evlərində təşkil olunub. Dam evlərində təşkil olunanda damın bacasından lom, ya ağır dəmir atılar, oradan kəndir asıb yellənilirdi. Açıq havada təşkil olunan zaman qoz, ərik ağaclarının budaqları möhkəm olduğu üçün yelləncək əsasən həmin ağaclardan asılırdı.
Qara tut
Qara tut (lat. Morus nigra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Qara tuta Xartut da deyilir. Tutun Azərbaycanda və Orta Asiyada keyfiyyətli və iri meyvəsi olan növ müxtəliflikləri vardır. Xartutun meyvəsi tünd qara, qırmızı və ya tünd bənövşəyi rəngdə, turşa-şirin dadlı və ətirlidir. Xartutun tərkibində 9% şəkər, 2,86% üzvi turşu, 2,03% zülal, 0,36% zülalsız azotlu maddələr, 0,55% pektin maddəsi vardır. Xartutdan mürəbbə, şirə və jele hazırlanır Təbii halda İran, Qazaxıstan, Rostov-Don, Əfqanıstan və Orta Asiya ölkələrində çox geniş yayılmışdır. Hündürlüyü 10–15 m-ə çatan, çətiri nisbətən sallaq budaqlara malik ağacdır. Cavan budaqları qısa, yoğun, sərt, narın tükcüklərlə örtülmüşdür. Yarpağı yumurtaşəkilli, tam kənarlı və ya 2–3 dilimli, uzunluğu 7–9 sm, eni 3–4 sm-ə çatır.
Qırmızı tut
Qırmızı tut (lat. Morus rubra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Bu növ əsasən Şimali Amerika, Orta Asiya, Avropa, Zaqafqaziya, Belarusiyada yayılmışdır. Hündürlüyü 15-20 m olan ağacdır. Qabığı qəhvəyi-boz, cavan budaqları isə sarımtıl-boz rəngdə olur. Çətiri nisbətən aşağı sallanmış yarımşarşəkillidir. Yarpaqları yumurtavarı, bəzən isə yumru, üstdən parlaq, altdan isə xırda tüklərlə örtülür. Yarpağın kənarı iti dişli, uc hissəsi iti oxşəkilli, bəzən tam, bəzən isə 3-7 dilimlidir. Yarpaq ayası 5-7 sm, saplağı isə 0,5-1,5 sm uzunluqda olur. Yarpaqlar cod və kobuddur.
Qızıl tut
Tut ağacı
Tutağacı (Mahnişan)
Tuğ (dəqiqləşdirmə)
Tuğ (bayraq) — əski türkcə bayraq dеməkdir. Tuğ (Xocavənd) — Xocavənd rayonunda kənd. Tuğ — Xızı rayonu ərazisində çay. Xəzər dənizinə tökülür; Tuğ — Xocavənd rayonunun Tuğ kəndi ərazisində mineral bulaqlar. Tuğ — Xocavənd rayonu ərazisində Tuğ kəndindən qərbdə yerləşir. Hündürlüyü 1471 m.
Ağ düz
Ağdüz və ya Ağduz;
Ağ gün (Yaponiya)
Ağ gün (yap. ホワイトデー) — hər il mart ayının 14-də Yaponiya ilə yanaşı Cənubi Koreya, Vyetnam, Tayvan və Çində də qeyd edilən qeyri-dövlət bayramı. == Tarixi == "Ağ gün"ün başlanğıcını reklam şirkətlərinin məhsullarını satmaq üçün həyata keçirdikləri satış kompaniyası qoyub. 1965-ci ildə "Marshmallow" şirniyyat şirkəti ağ zefiri satmaq üçün xüsusi kompaniyaya başlayır. Reklam kompaniyası kişiləri zərif cinsin nümayəndələrinin düz bir ay öncə "Sevgililər günün`də onlara aldıqları hədiyyəyə görə xanımlara təşəkkür etməyə çağırır. Qadınlar tərəfindən də rəğbətlə qarşılandığı üçün beləcə, "Marshmallow Day" yarandı. Daha sonra Ağ gün kimi adlanmağa başlamışdır. Hədiyyələr siyahısı genişlənərək şokolad və digər şirniyyatları ehtiva etməyə başladı və ənənəvi hal alaraq bayram kimi 14 marta təsadüf etdi. Bu tarix 14 fevral — Valentin günündən düz bir ay sonra idi. Qeyd edək ki, "Müqəddəs Valentin" günü 1958-ci ildən etibarən Yaponiyada əlamətdar gün kimi qeyd edilir.
Ay bəri bax rəqsi
Ay bəri bax – Azərbaycanın milli rəqsi. Yalnız qadınlar tərəfindən ifa olunan ən qədim rəqslərdəndir.
ATX/ATX12V güc mənbəyi
ATX (ing. Advanced Technology extended) – Fərdi stolüstü kompüterlərin formfaktorudur. 2001-ci ildən başlayaraq kütləvi buraxılan kompüter sistemləri üçün dominant standart sayılır. ATX standartının aşağıdakı xarakteristikaları var: 1. anakartların həndəsi ölçüləri; 2. gövdəsində sökük və deşiklərin vəziyyətinə görə ümumi tələblər; 3. bəzi söküklərin (qidalanma üstünlüyünə görə) vəziyyəti və forması; 4. qida blokunun həndəsi ölçüləri; 5. qida blokunun elektrik xarakteristikaları. ATX/ATX12V 1995-ci ildə Intel firması müəyyən etdi ki, qida blokunun mövcud dizaynı artan yükün öhdəsindən demək olar son nəfəsdə gəlir. Problem onda idi ki, mövcud standartda 12 ötürücü pini olan 2 sökükdən istifadə olunurdu, bunun vasitəsilə də anakartın qidalanması təmin edilirdi. Bundan başqa, sökükün çəngəli qida blokunun və həm də anakartın düzgün şəkildə qoşulmaması zamanı zədələnməsinə gətirə biləcək ətraflı düşünülməmiş siyirmə ilə təchiz olunmuşdur. Bu problemi həll etmək üçün 1995-ci ildə Intel şirkəti həmin dövrdə geniş yayılmış LPX (PS/2) formfaktorunu əsas götürdü və qida blokunun əvvəlki fiziki quruluşunu və ölçülərini saxlamaqla onda quraşdırılmış sökükləri və qidalanma zəncirini sadəcə yenidən işlədi. Beləliklə, ATX standartı həyata vəsiqə aldı. Intel şirkəti 1995-ci ildə ATX standartının xüsusiyyətlərini təqdim etdi, 1996-cı ildə isə bu farmfaktor prosessor bazasındakı stolüstü sistemlər arasında geniş yayılmağa başladı.