Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ayət namazı
Ayət namazı — Zəlzələ, daşqın, qorxunc göy gurultusu, ümumiyyətlə, kütləvi şəkildə insanları qorxuya salan təbiət hadisələri zamanı, eləcə də, Günəş və Ay tutulmaları müşahidə olunduqda qılınır. == Qılınma qaydası == 2 rəkətdir və sübh namazı kimi qılınır. Ayət namazı iki rəkətdir və hər rəkətdə 5 ruku vardır. Onun qaydası budur ki, insan niyyətdən sonra təkbir desin və bir Həmd və bir surəni tamam oxusun, rukuya getsin, rukudan qalxsın və təzədən bir Həmd və bir surə oxusun, sonra yenə rukuya getsin. Beləliklə, bunu beş dəfə təkrarlasın, beşinci rukudan qalxandan sonra iki səcdə etsin və qalxsın, ikinci rəkəti də birinci rəkət kimi yerinə yetirsin, təşəhhüd oxusun və salam versin. Ayət namazında mümkündür ki, insan niyyət, təkbir və Həmddən sonra, bir surənin ayələrini beş yerə bölsün və bir ayə, ya çox oxusun. Bir ayədən az da oxuya bilər, amma ehtiyata əsasən gərək cümlə tamam olsun və surənin əvvəlindən başlasın, bismillah deməklə kifayətlənməsin və sonra rukuya getsin və rukudan qalxsın. Həmd oxumadan həmin surədən ikinci hissəni oxusun və rukuya getsin. Bu qayda üzrə beşinci rukudan əvvəl surəni tamam etsin, məsələn; Fələq surəsində birinci "Bismillahir-rəhmanir-rəhim". "Qul əuzu birəbbil-fələq" – desin və rukuya getsin, sonra qalxsın və desin: "Min şərri ma xaləq" – təzədən rukuya getsin və rukudan sonra qalxsın və desin: "Və min şərri ğasiqin iza vaqəb".
Ayətul-kursi
Ayətul-kursi - Bəqərə surəsinin 255-ci ayəsi. == Ərəb dilində == أَللّٰهُ لَا إِلٰهَ إِلَّا هُوَ ٱلْحَيُّ ٱلْقَيُّومُ ---- لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ ---- لَهُ مَا فِي ٱلسَّمَوَاتِ وَمَا فِي ٱلْأَرْضِ ---- مَنْ ذَا ٱلَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ ---- يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ---- وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ ---- وَسِعَ كُرْسِيُهُ ٱلسَّمَوَاتِ وَٱلْأَرْضَ ---- وَلَا يَؤُدُهُ حِفْظُهُمَا وَهُوَ ٱلْعَلِيُّ ٱلْعَظِيمُ == Tərcüməsi == Allahdan başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir.
Ayətullah
Ayətullah (ərəb. آية الله‎; fars. آيت‌الله‎ — Āyatollāh), Şiəlikdə xüsusilə Cəfərilikdə istifadə edilən bir dərəcədir. İranda dini bir dərəcə olaraq da tanınır. Ayətullah dərəcəsində olanların fətva vermək səlahiyyəti var. Tarixdə ilk dəfə müctəhid Əllamə Hilli ayətullah dərəcəsi almışdır.Ayətullah Allahın ayəsi (dəlili) deməkdir. Ayətullah dərəcəsi olanların Quran, Sünnə, İcma və Ağıl əsas olmaqla Əsli dəlillərdən istifadə edərək ictihad etmə hüquqları var. Öz sahəsində elmi hövzədə müəllimlik edə bilər və istiftaatlar üçün fətva verə bilər. Hazırda İranda 1.000-dən çox ayətullah var. Ən böyük ayətullahlar fiqhi məsələlərin toplusu olan “Risalə” (رسالة توضيح المسائل) yazmaqla Ayətullahül üzma (ərəb.
Ayətullah Behcət
Məhəmmədtağı Behcət (1913-17 may 2009) — İslam alimi, din xadimi, müctəhid, böyük ayətullah. == Həyatı == Həzrəti Ayətullah Məhəmmədtağı Behcət 1913-cü ilin sonlarında Gilan əyalətinin dindar Fumən şəhərində dünyaya gəlmişdir. Ömründən 16 ay keçdikdə anası vəfat edir və o, uşaqlıqda yetimliyin acılığını dadır. Ayətullah Məhəmməd Təqi Behcətin atası Kərbəlayi Mahmud Behcət Fumən şəhərinin etimadlı insanlarından idi və öz işlərindən əlavə xalqın problemlərini də həll edirdi. Mühüm sənədlər onun şahidliyi və təsdiqi ilə həyata keçirdi. O, ədəb və zövq əhli idi və böyük həvəslə Əhli – Beyt barəsində xüsusilə İmam Hüseyn (ə) haqqında şeir yazırdı. Aradan yarım əsr keçməsinə baxmayaraq, bu şeirlər hələ də o diyarın məddahlarının dillər əzbəridir. Ayətullah Behcət uşaqlıqda belə, Əhli – Beytə, xüsusilə İmam Hüseynə (ə) bağlı olan bir ata tərəfindən tərbiyə olunmuş və həmin məclislərdə iştirak etməklə bu yığıncaqların nuraniliyindən istifadə edərək böyümüşdür. Uşaqlıqdan oynamaqdan çəkinərmiş, istedad və iman nuru üzündə seçilərdi və elm öyrənməyə olan böyük eşqi rəftarında açıqca görünürdü. === Təhsili === İbtidai dini təhsilini Fumən mədrəsəsində başa vurduqdan və ərəb ədəbiyyatına yiyələndikdən sonra 1929-cu ildə ön dörd yaşında dini təhsilini təkmilləşdirməkdən ötrü İraqa yola düşür.
Ayətullah Behişti
Məhəmməd Behişti (23.10.1928 İsfahan - 28.6.1981 Tehran) - Ayətullah. == Həyatı == Şəhid Seyid Məhəmməd Behişti 1928-ci il oktyabrın 23-də İsfahanın Lumban məhəlləsində anadan olub. Atası İsfahan ruhanilərindən və imam-camaat idi. Anası isə tanınmış alim və müctəhid Ayətullah Hacı Mir Məhəmməd Sadiq Xatunabadinin qızı idi. == Təhsili == Seyid Məhəmməd 1942-ci ildə 14 yaşında orta təhsilini yarımçıq qoyaraq İsfahan elmi hövzəsində dini təhsil almağa başlayır. O, dini hövzəsində səkkiz ildə oxumalı olduğu dərsləri dörd ildə başa çatdıraraq, 1946-cı ildə, yəni 18 yaşında təhsilini davam etdirmək üçün Qum elmi hövzəsinə yollanır. Höccətiyyə mədrəsəsinin kiçik və sadə hücrələrinin birində məskunlaşan Seyid Məhəmməd tezliklə Şəhid Mütəhhəri və Seyid Musa Sədr kimi tələbələrlə tanış olur. O, dini dərslərin birinci mərhələsini altı ayda təkmilləşdirdikdən sonra 1947-ci ildə ali fiqh və üsul dərslərində, o cümlədən Şəhid Mütəhhəri ilə birlikdə İmam Xomeyninin fiqh və üsul dərslərində iştirak etməyə başladı. Həmçinin o, gənc tələbələrə də dərs deyirdi. Seyid Məhəmməd orta təhsilini yarımçıq buraxıb dini dərsləri öyrənməsinə rəğmən dini dərslərlə yanaşı, yarımçıq qoyduğu dərsləri də davam etdirməyə başladı.
Ayətullah Bürucərdi
Seyid Hüseyn Təbatəbai Bürucirdi — İslam alimi. Tarix boyu İslam dünyasında məzhəblərarası münasibətləri yumşaltmağa çalışan bir sıra görkəmli alimlər olmuşdur. Bu mühüm vəzifəni yerinə yetirməyə çalışanlardan biri də XX əsrin məşhur alimi Seyid Hüseyn Bürucirdidir. Ayətullah-üzma Seyid Hüseyn Bürucirdi 1875-ci ildə İranın Luristan əyalətinin Bürucird şəhərində doğulmuşdur. Xeyli elm adamı yetişdirən tanınmış ailəyə mənsubdur. Kiçik yaşlarından dini elmlərə böyük həvəs göstərmiş, ilk təhsilini Nurbəxş mədrəsəsində almışdır. Bu dövrdə əsas müəllimi atası Seyid Əli olmuşdur. Sonra isə biliyini artırmaq üçün İsfahana yollanmışdır. Orada Seyid Məhəmməd Bağır Dərcayi, Əbul-Məali Kəlbasi, Məhəmməd Tağı Müdərrisi, Məhəmməd əl-Kaşani, Molla Məhəmməd Kaşi və Mirzə Cahangir xan Qaşqay kimi tanınmış alimlərdən təhsil almışdır. İyirmi iki yaşında ikən atasının təkidilə doğma şəhərinə qayıdaraq ailə həyatı qurmuş və bir neçə ay burada qaldıqdan sonra həyat yoldaşı ilə birgə yenidən İsfahana dönmüş və təhsilini davam etdirmişdir.
Ayətullah Gülpeyqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Ayətullah Kazım Şəriətmədari
Seyid Məhəmməd Kazım Şəriətmədari (az.-əbcəd سید محمد کاظیم شریتمداری‎; fars. محمد کاظم شریعتمداری‎), həmçinin Şəriət-Madari (6 yanvar 1906, Təbriz – 3 aprel 1986, Tehran) — İranın böyük ayətullahı. Əslən İran azərbaycanlılarındandır. O, din xadimlərinin hökumət vəzifələrindən uzaq tutulması kimi ənənəvi şiə praktikasının tərəfdarı idi və ABŞ-ın Tehrandakı səfirliyində diplomatların girov götürülməsini pisləyən Ali Rəhbər Ruhullah Xomeynini tənqid edirdi. == Bioqrafiya == === Erkən həyat və təhsil === 1906-cı ildə Təbrizdə azərbaycanlı (türk) ailəsində anadan olan Şəriətmədari İran və İraqda on ikilik şiələrinin ən yüksək səviyyəli ruhanilərindən biri olub, uzaqgörənliyi və liberal baxışları ilə tanınıb. 1961-ci ildə Ali və Böyük Ayətullah Bürücirdinin (Mərcə' Mutlaq) vəfatından sonra İran, Pakistan, Hindistan, Livan, Küveyt və Fars körfəzinin cənubundakı dövlətlərdə ardıcılları ilə aparıcı mərcələrdən birinə çevrilib.1963-cü ildə o, şahın Ayətullah Xomeynini Böyük Ayətullah kimi tanıyaraq onu edam etməsinə mane oldu, çünki İran konstitusiyasına görə bir Mərcə edam edilə bilməzdi. Bunun əvəzinə Xomeyni sürgün edildi. Aparıcı müctəhid kimi o, Xomeyninin gəlişinə qədər Qum seminariyasının rəhbəri idi. O, şiələrin din xadimlərinin hökumət mövqelərindən uzaq tutulması ilə bağlı ənənəvi baxışının və Xomeyninin kəskin tənqidçiliyinin tərəfdarı idi. O, İslami Tədqiqatlar və Nəşrlər Mərkəzinə rəhbərlik edib, Qumdakı Dar ət-Təbliğ və Fatimə mədrəsəsinin idarəçisi olub.
Ayətullah Lənkərani
Ayətullah Məhəmməd Fazil Lənkərani (Həzrət Ayətullah əl-Uzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani; 1931, Qum – 16 iyun 2007, London) — İslam alimi, İran İslam Respublikasının din xadimi, müctəhid, böyük ayətullah. == Həyatı == Əslən Azərbaycanlı olan Həzrət Ayətullah əl-Üzma Haci Şeyx Muhəmməd Fazil Lənkərani 1931-ci (hicri-şəmsi 1310) ildə İranın Qum şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Böyük fəqih,elm və əxlaq sahibi olmuşdur. Atası Qum elmi hövzəsinin böyük alim və ustadlarından olmuş mərhum Ayətullah Fazil Lənkərani 1920-ci ildə Azərbaycan Sovet hakimiyyəti tərəfindən zəbt edildikdən sonra Lənkəran mahalının (indiki Masallı rayonunun ərazisində yerləşən) Ərkivan kəndindən İrana hicrət edir. Anası isə tanınmış və hörmətli seyyidə bir qadın olmuşdur. Alim özü və valideynləri haqqında buyurur: "Mən bu ailəmizin dördüncü oğluyam və yalnız mən ruhani oldum. Hələ orta məktəbdə müəllim bizə “gələcəkdə nə olacaqsınız?” adlı inşa mövzusu verəndə mən yazdım ki, “ruhani olmaq istəyirəm”. Özü də bu sözləri elə bir dövrdə yazırdım ki, o zamanlar ruhanilər bəzilərinin nəzərində ağılsız və yolunu azmış kimi qiymətləndirilirdi". == Təhsil == Muhəmməd ibtidai təhsil aldıqdan sonra 13 yaşında Qum Elmiyyə Hövzəsinə daxil olub İslam dininin incəliklərini öyrənməyə başlayır. İstedadlı və bacarıqlı olduğu üçün müqəddimat və səth dərslərini 6 ildə oxuyub başa çatdırır.
Ayətullah Meşkini
Əliəkbər Meşkini (2 dekabr 1922, Meşginşəhr, Ərdəbil ostanı – 30 iyul 2007, Tehran) — müctəhid, İslam alimi. == Həyatı == Feyz Alni (Meşkini) Əliəkbər Əli oğlu 1921-ci ildə Meşkin şəhərinin ətraf kəndlərinin birində anadan olmuşdur. Rəhbərliyin Xübrəqan Məclisinin 1-ci, 2-ci və 3-cü məclislərinin sədri, Qum Elmi Hövzəsinin Müəllimlər birliyinin üzvü, Xuzestan İslam İnqilabı məhkəmələrinin şəri hakimi, Konstitusiyaya yenidən baxan şuranın sədridir. Uşaqlıq illərində Nəcəf şəhərində - atası dini elmləri öyrənmək üçün orada idi – təqribən 4 il ibtidai təhsil alıb. Sonra atası ilə birlikdə doğma vətənə qayıdıb və dini elmlərin müqəddimə dərslərini ondan öyrənib. Atası vəfat etdikdə onun dini elmlər sahəsində təhsili davam etdirmək barədə təkidli tövsiyəsinə əməl etmək üçün Ərdəbil şəhərinə gedib. Orada bir neçə ay ərəb dilinin qrammatikası dərslərini oxuduqdan sonra pəhrizkar bir alimlə görüşü həyatında dəyişilik yaradıb. Bu, Rza xan Pəhləvinin əmri ilə hücuma məruz qalmış Məşhəd şəhərinin Gövhərşad məscidində ölən və yaralanların arasından sağ çıxmış bir şəxs idi. Əliəkbər onunla tanış olduqdan sonra təhsilini davam etdirmək üçün Ərdəbil tələbələri ilə birlikdə Qum şəhərinə getməyi qərara alıb. Rza xan hakimiyyətinin sonuncu illəri idi.
Ayətullah Mirzə İbrahim Badkubeyi
Əxlaqlı, pəhrizkar fəqih və ədəbiyyatçı Ayətullah Mirzə İbranim Badkubeyi on üçünçü, əsrin axırlarında (hicri qəmri tarixi ilə) Bakıda anadan olmuşdur. İbtidai təhsilini öz şəhərinin almlərindən aldıqdan sonra dini təhsilini davam etdirmək üçün Nəçəfi-Əşrəf şəhərinə köçür. Uzun illər dərin İslam elmlərini və maarifini alimlərdən öyrənib, ictihad məqamına çatdıqdan sonra öz vətəninə Bakıya qayıdır və İslam elmlərinin tədrisi və şəriət əkamlarını bəyan etməklə xalqı düzgün yola istiqamətləndirir. Amma çox çəkmir ki, bolşeviklərin Azərbaycana hücumu alimin öz doğma vətənindən didərgin düşməsinə səbəb olur. Bir qrup alimlə birlikdə artıq bu şəhərdə yaşamağı məsləhət olmadığını hiss edən Badkubeyi İrana köçür və Təbrizdə sakin olur və orada ailə qurur. 1300-cü şəmsi ilində (1921) Marağa şəhərindən bir dəstə dindar və mömin tacir onun Marağaya gəlməsini xahiş edirlər. Alim bu xahişi qəbul etdikdən sonra şəhərin əhalisi onu təntənəli surətdə qarşılayır və ona ev verirlər. Alim yüksək səviyyədə təqva, gözəl əxlaq və yaxşı əməl sahibi olmuşdur. Marağa şəhərində yaşadığı illərdə həm mədrəsədə həm də öz evində İslam elmlərini orta və ali səviyyədə tədris etməklə məşğul olur. Şəhərin bütün camaatı, dövlətlilər, dindarlar və tacirlər ona dərin hörmət bəsləyir.
Ayətullah Məhəmməd Fazil Lənkərani
Ayətullah Məhəmməd Fazil Lənkərani (Həzrət Ayətullah əl-Uzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani; 1931, Qum – 16 iyun 2007, London) — İslam alimi, İran İslam Respublikasının din xadimi, müctəhid, böyük ayətullah. == Həyatı == Əslən Azərbaycanlı olan Həzrət Ayətullah əl-Üzma Haci Şeyx Muhəmməd Fazil Lənkərani 1931-ci (hicri-şəmsi 1310) ildə İranın Qum şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Böyük fəqih,elm və əxlaq sahibi olmuşdur. Atası Qum elmi hövzəsinin böyük alim və ustadlarından olmuş mərhum Ayətullah Fazil Lənkərani 1920-ci ildə Azərbaycan Sovet hakimiyyəti tərəfindən zəbt edildikdən sonra Lənkəran mahalının (indiki Masallı rayonunun ərazisində yerləşən) Ərkivan kəndindən İrana hicrət edir. Anası isə tanınmış və hörmətli seyyidə bir qadın olmuşdur. Alim özü və valideynləri haqqında buyurur: "Mən bu ailəmizin dördüncü oğluyam və yalnız mən ruhani oldum. Hələ orta məktəbdə müəllim bizə “gələcəkdə nə olacaqsınız?” adlı inşa mövzusu verəndə mən yazdım ki, “ruhani olmaq istəyirəm”. Özü də bu sözləri elə bir dövrdə yazırdım ki, o zamanlar ruhanilər bəzilərinin nəzərində ağılsız və yolunu azmış kimi qiymətləndirilirdi". == Təhsil == Muhəmməd ibtidai təhsil aldıqdan sonra 13 yaşında Qum Elmiyyə Hövzəsinə daxil olub İslam dininin incəliklərini öyrənməyə başlayır. İstedadlı və bacarıqlı olduğu üçün müqəddimat və səth dərslərini 6 ildə oxuyub başa çatdırır.
Ayətullah Məkarim Şirazi
Ayətullah Nasir Məkarim Şirazi (fars. ناصر مکارم شیرازی‎) — İran din xadimi, müctəhid, ayətullah. == Həyatı == 1924-cü ildə Şiraz şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Bu ailə öz əxlaqi üstünlükləri ilə tanınmışdır. Cənab ustad ibtidai təhsilini Şirazda başa çatdırmışdır. Onun güclü yaddaşı və misilsiz istedadı şagirdlər arasında seçilməsinə səbəb olmuşdur. Baxmayaraq ki, ailədə heç kim ruhani olmamişdır onun İslam maarifinə olan eşqi onu iftixarla dolu olan bu yola gətirmişdir. O böyük şəxsiyyət təxminən 14 yaşlarında rəsmən dini dərslərini "Ağa Babaxan Mədrəsəsi " -ndə başlamışdır. O qısa zamanda sərf, nəhv, məntiq, mə"na, bəyan elmlərini əxz etmişdir. O 18 yaşinda Şirazdan Qum elmi hövzəsinə gəlir və 5 il ərzində Ayətullah Burucerdi və digər böyük üləma və ustadlardan dərs almışdır.
Ayətullah Mərifət
Məhəmməd Hadi Mərifət (1931, Kərbəla — 19 yanvar 2007) — İlahiyyatçı-alim; Ayətullah; Şeyx. == Həyatı == Ayətullah Mərifət 1931-cu ildə Kərbəla şəhərində ruhanibir ailədə dünyaya göz açmışdır. Ruhanilərdən biri olan atası Şeyx Əli Mərifət 15 yaşından Kərbəlada məskunlaşmışdır. Ayətullah Mərifətin sülaləsi 300 ildən bəri elm və təqva əhli olmuşlar. Bu soy "Risaləti-Misiyyə" kitabının müəllifi Şeyx Əbd əl-Ali Misidən gəlir. O, Cəbəl-Amilin Mis kəndindən (Keçmişdə Kiçik Asiyanın şimal-qərbində yerləşən və adını orada yaşayan yerli əhalidən — mislilərdən alan Mis — və ya Meys — kəndi) İsfahana köçmüş, sonradan isə Ayətullah Mərifətin babası ailəsi ilə birgə Kərbəlaya getmiş və orada yaşamağa başlamışdır. Ayətullah Mərifət 19 yanvar 2007-ci ildə vəfat edib. == Təhsil illəri == Ayətullah Mərifət təhsilinə o dönəmin məktəbxanalarında başlamış, hətta "Came əl-müqəddimat" kitabını da o məktəbxanalarda oxumuşdur. Sonra Kərbəla Dini Elmlər Hövzəsinə daxil olmuş, ibtidai dini təhsil almışdır. İbtidai dərslərin bir hissəsini atasından, digər hissəsini isə elmi hövzədəki müəllimlərindən öyrənmişdir.
Ayətullah Safi Gülpeyqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Ayətullah Sistani
Əli Sistani (tam adı:Seyid Əli Hüseyni Sistani; d. 4 avqust 1930, Məşhəd, İran) — Mərkəzi Nəcəfdə olan "Alul-Bayt" elmi müəssisəsinin rəhbəri, Ayətullah əl-üzma. Hal-hazırda İraqın Nəcəf şəhərində yaşayır. 2014-cü il Nobel Sülh mükafatına namizəd göstərilmişdir. == Həyatı == Əli Sistani 4 avqust 1930-cu ildə İranın Məşhəd şəhərinin yaxınlığında dünyaya gəlmişdir.Anası Seyid Rza Mehrabaninin qızı (Mehraban şəhəri). == Təhsili == İbtidai və orta təhsilini Məşhəddə o dövrün məşhur alimlərindən alır. Ali dərəcədə Üsul, Fiqh, Əqli elmlər və ilahiyyat elmlərini o dövrün məşhur alimi Mühəqqiq Mirzə Mehdi İsfahani və d. alır. 1948/1949-cu illərdə təhsilini artırmaq üçün Qum şəhərinə köçür. Burada o, o dövrün məşhur alimlərindən Ayətullah əl-Üzma Seyid Hüseyn Burucərdi və b.
Ayətullah Tehrani
Məhəmməd Sadiqi-Tehrani - Müctəhid, İslam dünyasının böyük alimlərindən biri. Ayətullah Sadiqi-Tehrani dövrümüzün məşhur Quran təfsirçilərindən biri, 30 cildlik "Təfsir əl-Fürqan" əsərinin müəllifidir. Din alimi olmaqla bərabər, hələ gənc ikən Tehran Universitetində ictimai elmlər üzrə elmlər doktoru dərəcəsini almış mütəfəkkir öz məhsuldar həyatını İslam elmlərinin və İslam toplumunun inkişafına sərf etmişdir. Aydın görüşləri ilə seçilən alim uzun illər Pəhləvi rejiminə qarşı mübarizə aparıb, həyatının böyük hissəsini İrandan kənarda - İraq, Livan və Səudiyyə Ərəbistanında keçirib. İraqın Nəcəf şəhərində olduğu illərdə böyük elmi nailiyyətlərə imza atmış Ayətullah Sadiqi-Tehrani ictihad məqamına yüksəlməklə bərabər, elmi hövzələrdə İslam elmlərinin tədrisi ilə məşğul olub, çoxlu sayda alim və mütəxəssis yetişdirib. Ayətulla Sadiqi-Tehraninin metodologiyası Qurana əsaslanır və o, zəmanəmizdə Quran İslamını təbliğ edən alimlərdən hesab edilir. İslam dünyasının qardaşlığına xüsusi önəm verən müctəhid Azərbaycan ərazilərinin erməni təcavüzkarları tərəfindən işğalına kəskin münasibət sərgiləyib, buna dair xüsusi fətva verib: "Müsəlman Azərbaycan Respublikası ərazilərini işğal etmiş Ermənistanla hər cür əlaqələrin qurulması haramdır. Harada olmasından asılı olmayaraq, bütün müsəlmanlara vacibdir ki, Azərbaycanın işğal altında olan ərazilərinin işğaldan azad edilməsi yönündə bacardığı yardımı göstərsin. Bu işdə hər cür səhlənkarlıq - haramdır" - Ayətullah Sadiqinin fətvasında belə qeyd olunurdu. Ayətullah Məhəmməd Sadiqi-Tehrani 85 yaşında dünyasını dəyişib.
Ayətullah Xamneyi
Əli Xamenei (fars. سید علی حسینی خامنه‌ای‎; Seyyid Əli Hüseyni Xamenei; 19 aprel 1939, Məşhəd) — On iki imam şiəsi, mərceyi-təqlid və 1989-cu ildən bu yana vəzifədə olan İranın ikinci və hazırkı Ali Rəhbəridir. 1981–1989-cu illərdə İran prezidenti idi. Xamenei Yaxın Şərqdə ən uzun müddət xidmətdə olan dövlət başçısıdır, eyni zamanda ötən əsr Şah Məhəmməd Rza Pəhləvidən sonra ikinci ən çox vəzifədə olan İran lideridir.Rəsmi veb saytındaki məlumatlara görə, Xamenei Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə üç il sürgünə göndərilmədən əvvəl altı dəfə həbs edilmişdi. Şahı devirən İslam inqilabından sonra, 1981-ci ilin iyun ayında sağ qolunu iflic edən sui-qəsdin hədəfinə çevrildi. Xamenei 1980-ci illərdə İran-İraq müharibəsi dövründə İranın liderlərindən biri idi və özünün nəzarət etdiyi indiki güclü İnqilab Keşikçiləri ilə sıx əlaqələr qurdu. İnqilab Keşikçiləri ona qarşı olan müxalifəti yatırmaq üçün istifadə edilirdi. Xamenei 1981-ci ildən 1989-cu ilədək İranın üçüncü prezidenti vəzifəsini icra edərkən, ilk Ali Rəhbər Ruhullah Xomeyninin yaxın müttəfiqi oldu. Ruhullah Xomeyninin ölümündən bir müddət əvvəl seçdiyi varislə — Hüseynəli Müntəziri ilə — fikir ayrılığı vardı, buna görə Xomeyni öldükdə varisin kim olacağı barədə razılıq yox idi. Mütəxəssislər Məclisi 4 iyun 1989-cu ildə 49 yaşındaki Xameneini növbəti Ali Rəhbər seçdi.
Ayətullah Xomeyni
Ruhullah Mustafavi Musəvi Xomeyni (17 may 1900[…], Xomeyn, Mərkəzi ostanı – 3 iyun 1989, Tehran) – İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu. Seyid. Ayətullah əl-üzma. == Həyatı == Ayətullah Xomeyni 1902-ci ildə sentyabr ayının 24-də İranın Xomeyn şəhərində anadan olmuşdur. 5 aylığında ikən atası Seyyid Mustafanı, 15 yaşında isə anasını itirmişdir. Uşaq yaşlarından başlayaraq dini mədrəsələrdə ərəb dili və ədəbiyyatı, məntiq, fiqh, üsul və başqa elmləri öyrənmişdir. 1919-cu ildə Ərak Elmiyyə Mədrəsəsinə qəbul olunan Xomeyni burada bir müddət təhsil aldıqdan sonra Qum şəhərində Elmiyyə Mədrəsəsinə daxil olmuşdur. Fiqh və üsul dərslərində müvəffəqiyyət qazanaraq qısa zamanda ictihad (müctəhidlik) dərəcəsini əldə etmişdi. Ayətullah Xomeyni fəlsəfə, təhzibi nəfs və əxlaq kimi fənlərdən dərs deməyə başlamış və tanınmış Qum alimləri arasında yer almış, sonralar isə fiqh və üsul dərslərinin məşhur müəllimlərindən biri olmuşdur. Xomeyni o dövrdə hökumət əleyhinə olan şəxslərlə əməkdaşlıq edərək Rza şaha və Pəhləvi sülaləsinə qarşı mübarizə aparırdı.
Ayətullah Xoyi
Seyid Əbülqasim Xoyi (19 noyabr 1899, Xoy, Qərbi Azərbaycan ostanı – 8 avqust 1992[…], Kufə, Nəcəf mühafəzəsi) — müctəhid, ayətullah əl-üzma. == Həyatı == Əbulqasim ibn Əliəkbər ibn Haşim Musəvi Xoyi q. 1371-ci ildə (15 rəcəb) Xoy şəhərində dünyaya göz açmışdır. Məşrutə hərəkatı dönəmində yaranan problemlərdən sonra atası Nəcəf şəhərinə köçmüşdür. Bundan iki il sonra isə (1330-cu ildə) oğlu atasının yanına getmişdir. O, Nəcəfdə dövrünün Şeyx Fəthullah, Ayətullah Naini, Ayətullah Kompani, Seyid Hüseyn Badkubi və s. məşhur alimlərinin dərslərində iştirak edərək ictihad dərəcəsinə yetir. Mərhum Ayətullah Xoyi İslam elmlərinə böyük xidmətlər etmişdir. Onun Üsul elmində özünəməxsus metodu olmuşdur. Təsadüfi deyil ki, İran İslam İnqilabının lideri Ayətullah Xamenei onun haqqında deyir: "Biz, Mərhum Ayətullah Xoyiyə yalnız bir mərcəi-təqlid deyil, həm də böyük tədqiqatçı, pedaqoq və müəllif kimi baxırıq.
Ayətxan Ziyad
İsgəndərov Ayətxan Ziyatxan oğlu (D. 15 oktyabr 1951, Hacıqabul) — azərbaycanlı yazıçı-jurnalist, tədqiqatçı. SSRİ Jurnalistlər İttifaqının (1980), Azərbaycan Jurnalistlər Birliyinin (2010), Azərbaycan Yazıçılar Birliyinin (2015) üzvü. == Həyatı == Ayətxan Ziyad (İsgəndərov) 15 oktyabr 1951-ci ildə Hacıqabul şəhərində dünyaya gəlmişdir. 1959-69-cu illərdə Hacıqabul şəhəri Xilə yaşayış massivindəki 9 saylı dəmir yolu məktəbində təhsil almışdır. 1969-cu ilin avqustunda (orta təhsilini başa çatdırdığı il) Əlibayramlı şəhər Partiya Komitəsinin orqanı olan “İşıq” qəzetində dərc etdirdiyi iki məqalə ilə fakültə olaraq ilk dəfə həmin il fəaliyyətə başlayan ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsinə sənəd vermək hüququ qazanmış və adı çəkilən fakültənin tələbəsi olmuşdur.Fakültənin yaradıcısı Nurəddin Babayevdən, akademik Məmməd Cəfərdən, professor Mir Cəlal Paşayevdən, Təhsin Mütəllimov, Zinyət Əlizadə və Əli Fəhmidən, Nəsir İmanquluyev, Seyfulla Əliyev, Tofiq Rüstəmov, Şirməmməd Hüseynov, Famil Mehdi, Nəriman Zeynalov, Nüsrət Bağırov, Yalçın Əlizadə, Cahangir Məmmədli, Akif Rüstəmov, Mahmud Mahmudov və Əliş Nəbilidən dərs almışdır. Tələbəlik illərində (1969-1975) Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (indi Qapalı Səhmdar Cəmiyyət) fəal ştatdankənar müxbirlərindən olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışdığı dövrdə (1976-1994) Qarabağ müharibəsinin ilk günlərindən ATƏŞKƏS-ə qədər hər ay bir, yaxud iki dəfə (hər dəfə bir həftə müddətinə) cəbhə bölgələrində ezamiyyətdə olmuş, dinləyicilərinə səngərlərdən əsgər həyatından reportajlar təqdim etmişdir. Hazırladığı verilişlər Dövlət Teleradiosunun Qızıl Fondunda və Müdafiə Nazirliyinin arxivində saxlanc edilmişdir. Ağdam, Füzuli, Tərtər, Şuşa, Xankəndi və Naxçıvan MR-də döyüş bölgələrindən hazırladığı verilişlər “Ədalət” qəzetinin keçirdiyi müsabiqədə xüsusi mükafata layiq görülmüşdür. Qanlı 20 Yanvar hadisələrinə həsr etdiyi, lakin səslənməsinə qadağa qoyulan “Xalqı da ağladarlarmış, Allah, Allah, Allah!” radio verilişinin mətni “Şahidlər” kitabına daxil edilmişdir.
Ayətullah Şəriətmədari hərəkatı
Ayətullah Şəriətmədari hərəkatı (az.-əbcəd آیتوللاه شریتمداری حرکاتی‎; fars. قیام آیت الله شریعتمداری‎) —‎ böyük ayətullah Məhəmməd Kazım Şəriətmədari və onun tərəfdarlarının İranın Azərbaycan vilayətlərinin muxtariyyəti uğrunda hərəkatı. Müsəlman Xalq Respublikası Partiyasının (MXRP) İran İslam İnqilabından sonra yeni qurulan hökumətə etirazları, nəhayət, ikisi arasında kütləvi qarşıdurmaya səbəb olmuşdur. Bu qarşıdurma xüsusilə Azərbaycanın mərkəzi sayılan Təbriz şəhərində özünü büruzə vermişdir. Liberal fikirləri ilə tanınan və ruhanilərin hakimiyyətdə roluna qarşı çıxan Şəriətmədari və MXRP 1979-cu ildə yeni konstitusiya ilə bağlı referendumu boykot etmiş, yeni rejimə qarşı aksiyalar keçirilmişdir. Şəriətmədarinin evinə hücumdan və onun mühafizəçilərindən birinin ölümündən sonra bu nümayişlər şiddətlənmiş, qiyam xarakteri almışdır. Vilayətlərin yerli özünüidarəetməsini dəstəkləyən İran azərbaycanlıları və kürdləri Təbrizdə, Urmiyada, Ərdəbildə və Germidə çox sayda hökumət binası etirazçılar tərəfindən ələ keçirilmişdir. Qiyamı yatırmaqda çətinlik çəkən Ruhullah Xomeyni Şəriətmədari ilə görüşmüş, burada Təbrizin bombalanması ilə bağlı təhdidlər etmişdir. Azərbaycanda gerilla müharibəsinin imkanlarının az olmasından və kürdlərin mart üsyanında baş vermiş qətliamların təkrarlanmasından narahat qalmış Şəriətmədari etirazçıları çəkilməyə çağırmışdır. Buna baxmayaraq, hökumət qüvvələrinin bağlanmış sövdələşməyə əməl etməməsi səbəbindən vəziyyət yenidən gərginləşmişdir.
Böyük ayətullah
Ayətullah (ərəb. آية الله‎; fars. آيت‌الله‎ — Āyatollāh), Şiəlikdə xüsusilə Cəfərilikdə istifadə edilən bir dərəcədir. İranda dini bir dərəcə olaraq da tanınır. Ayətullah dərəcəsində olanların fətva vermək səlahiyyəti var. Tarixdə ilk dəfə müctəhid Əllamə Hilli ayətullah dərəcəsi almışdır.Ayətullah Allahın ayəsi (dəlili) deməkdir. Ayətullah dərəcəsi olanların Quran, Sünnə, İcma və Ağıl əsas olmaqla Əsli dəlillərdən istifadə edərək ictihad etmə hüquqları var. Öz sahəsində elmi hövzədə müəllimlik edə bilər və istiftaatlar üçün fətva verə bilər. Hazırda İranda 1.000-dən çox ayətullah var. Ən böyük ayətullahlar fiqhi məsələlərin toplusu olan “Risalə” (رسالة توضيح المسائل) yazmaqla Ayətullahül üzma (ərəb.
ATƏT
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) —dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı. == Tarixi == 30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır.ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər. Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür.
Adət
Adət-ənənə, adət və ya ənənə — bir cəmiyyət və ya qrup içərisində müəyyən keçmişə sahib olan, simvolik və ya xüsusi bir əhəmiyyət kəsb edən nəsildən nəsilə ötürülərək mədəni vərdişlər, məlumat, davranış və inanc toplusudur. == Adət-ənənə anlayışının məzmunu == Adət və ənənələr bəşəriyyətin təkamül prosesini özündə əks etdirir, bütün dövrlərdə cəmiyyətin sosial-mənəvi və mədəni tərəqqisinin göstəricilərindən biri kimi çıxış edir, Bir çox elmi ədəbiyyatlardan məlumdur ki, adət və ənənələrin təkamülü insan cəmiyyətinin üst poleolit dövründən başlamış, həyat tərzi, sosial qurumlar dəyişdikcə onlar da inkişaf etmiş, modernləşərək zənginləşmişdir. Keçmişdə yaranaraq bir nəsildən digər nəslə ötürülərək indiki dövrümüzə qədər gəlib çıxmışdır. Hər bir xalqın keçmişi, tarixi, psixologiyası, milli-mənəvi dəyərləri adətlərdə əksini tapır, onlar bizim üçün keçmişlə bağlı böyük bir informasiya mənbəyidir, burada insanların baxışlarını, zövqünü, həyat tərzini, əxlaqını, düşüncə tərzini, yaradıcılıq qabiliyyətini və.s görmək olar. Ənənə - özünəməxsus xalq yaddaşıdır. Bizim bütün həyatımız müəyyən qaydalar, nümunələr əsasında qurulur. Ənənə anlayışına ictimai elmlərin fərqli alt intizamlarının yanaşmaları ilə ənənəvi cəmiyyətlərin yüklədikləri mənalar arasında həm bənzərliklər həm də fərqliliklər mövcuddur. İctimai elmlər ənənəyə cəmiyyətlərin yaşadıqları coğrafiya, iqlim və s. kimi xarici şərtlərə uyğunlaşma təmin etmək məqsədiylə törədilmiş, bəşəri qaynaqlı "inşa"lar, "icad"lar olaraq baxarkən ənənəvi cəmiyyətlər öz ənənələrinin qaynağını mif, əfsanə, atalar, qəhrəmanlar və tanrı kimi müqəddəsdə görürlər. İctimai elmlərdə daha fenomenolojik bir yanaşma ilə ənənələri tam funksional xüsusiyyətləri istiqamətiylə görüb mənşələrini bu funksiyaya bağlayan şərhlərin yanında ənənələri müəyyən bir məna bütünlüyünü əks etdirən fenomenlər olaraq qiymətləndirən yazarlar da vardır.
Alət
Alət — obyektə təsir etmək üçün əl ilə idarə edilən sadə qurğu, predmet və ya maşın. Onunla obyekt öyrənilir, ölçülür və ya dəyişilir. Geniş mənada obyekti dəyişmək və ya yaratmaq üçün istifadə edilən vasitə. O ancaq əmək aləti olaraq köməkçi vasitə deyil. == Alət anlayışı == "Alət" heç də bütün maşən və qurğular demək deyil. Alət dedikdə əllə istifadə edilə bilən, daşınan və ötürülə bilən qeyri-stasionar qurğular başa düşülür. Təbiətdə alətlərin məqsədli hazırlanması qabiliyyəti insanlarla yanaşı bəzi heyvanlara da aiddir. Hissənin alətlə emalı insan və heyvanın fiziki gücünün istifadəsi və ya maşınların tətbiqi ilə həyata keçirilir. Aləti sərbəst olaraq tətbiq edən maşın və dəzgahlar alət hesab edilmir. Ümumlilkdə alət aşağıdakı hallara xasdır: Dülgərlik işləri (çəkic, yiyə, açar), Presləmə və yayma prosesləri (formalar), Dəzgahlarda tətiq olunan kəsmə əməliyyatları (kəski, frez, burğu) İnformasiya texnologiyasında yeni proqramların yaradılmasında (kompayler, interpreter).
Ayə
Ayə (ərəb. آية‎‎‎ – əlamət, işarə) — Quranda mətnin bölündüyü kiçik həcmli parçalar. Ayələr daha böyük parça olan surələrin tərkib hissələri kimi çıxış edir. Ayə lüğətdə əlamət, ibrət, dəlil, nişan və yüksək bina kimi mənalara gəlir. Quranın hər cümləsi: bir həqiqət nişanəsi, ibrət verici bir öyüd olduğu üçün ayə adını almışdır. Qurandakı ayələrin sayı mübahisəlidir. Nafiyə görə onların sayı 6235, Şeybəyə görə 6236, kufəlilərə görə 6236, misirlilərə görə 6236, müfəssir Zəməxşəriyə görə isə ayələrin 6236-dır.
3 (adət)
Üç — dəfn mərasimi. == Üç mərasimi haqqında == "Üç" adicə rəqəm olsa da, yas mərasimi ifadəçisi kimi maddiləşərək, ad göstəricisinə çevrilmiş, saylа omonimik mövqe qazanmışdır. "Üç" yas mərasimi kimi Zərdüşt ənənələri ilə bağlı bir məfhumun ifadəçisidir. "Avesta"da qeyd edildiyinə görə mərhumun ruhunun himayəsizlikdən xilas olub, Günəşin himayəsinə keçdiyi günü ifadə etmişdir. Uzun əsrlərin islam təsiri bu adəti də özünə çulğaşdıraraq, matəm günlərinin qeyd olunan əlamətdar və ağır günləri sırаsınа daxil etmişdir. "Yeddi", "cümə axşamı", "cümə" və "qırx" günlərində olduğu kimi, "üç" mərasimində də ölünün ruhu öz evinə baş çəkir, doğmalarının qəlbinə yaxın olur. Bu zaman ruhu ovundurmaq naminə ehsan verir, "Yasin" oxutdurur, dualar edir və namaz qılırlar.
40 (adət)
"Qırx" – dəfnin qırxıncı günü. == Adət haqında == İnsanın dünyaya gəlişindən, çağanın ana bətnindən ayrıldığı gündən qırx gün keçənə qədər həm ananın, həm də körpənin orqanizmində bir-birindən ayrılmadan yaranan zədələnmələrin bərpası prosesi gedir. Bu qırx gündə həm ana, həm də çağa qırxlı olur. Onların kənar təmaslardan qorunması həm ruhi, həm də gigiyenik cəhətdən zəruri hal kəsb edir. Qəribədir ki, insanın dünyadan gedişi də "qırx" rəqəmi ilə bağlı matəm mərasimlərinin bitməsi, başa çatması ilə qeyd olunur. Qırx gün ərzində ölünün cəsədində çürümə getməsi və bu prosesin başa çatması yekunlaşır. Bu müddət ərzində ölü sahibləri də baş vermiş ağır itkiyə sanki alışır, matəm günlərindəki yır-yığışa baş qarışdırmaqla fikrən qəmdən-kədərdən bir qədər uzaqlaşır. Dünyaya gəlişindən qırx gün keçənə qədər dünya ilə qovuşub onun reallıqlarına alışan insanın dünya ilə üzülüşməsi də qırx günə başa çatır. "Olum" və "Ölüm!" – Dünyaya gəlişlə dünyadan gedişin sonuclarına vurulan "qırx" düyün!Ruhşünasların "qırx" əlamətinin ruhla bağlılığı barəsindəki qənaəti belədir ki, qırx gün ərzində ölünün ruhu atmosfer qatından bir qədər yuxarıda durur. Bu müddət ərzində mərhumun ruhu – astral bədən cismani bədəndən uzaqda durmaqla hər şeydən əvvəl özünü bu ayrılmaya alışdırır.
7 (adət)
Yeddi — dəfn mərasimi. == Adət haqqında == Azərbaycanlılar içərisində xüsusi mifik semantikaya malik olan "yeddi" rəqəminə münasibət əcdadlarımızın təfəkkür formalaşdırılması ilə bağlıdır. "Yeddi" türk mənşəli sözdür. "Orxon-Yenisey abidələri"ndə bu söz "yeti" kimi işlənmişdir. (Ida tasta kalmısı kubranıp yeti yuz boltı). "Yeddi" sözünün mifik semantika qazanması tarixi qədim Şumer, Akkad mifik təfəkkürünə bağlanır. Belə ki, qədim akkad və elam yazılarında yeddi şər ruhun varlığından söz açılır. Ruhların "O dünya" deyilən astral aləmlə və ölülərlə bağlı bir anlayış olduğunu nəzərə alsaq, şər ruhların şər hərəkətlərə rəhbərlik edən mifik qüvvələr olaraq qədim dünyanın mənəvi təfəkkür məhsulları sırasında mövqeyi aydın olar. Dünyasını dəyişmiş mərhumların şər ruhlardan qorunması vaxtı və şər ruhların ölü bədənlərə təsir mexanizmi barəsində bir-birindən uzaq ölkələrdə yaşayan müxtəlif xalqların adət-ənənələrində oxşarlıqların mövcudluğundan bəhs edərkən Oljas Süleymenov yazır ki, dəfn mərasimi və onun ünsürləri bir xalqdan digərinə yalnız dinin, yəni şüur formasının vasitəsilə keçir. Belə qənaət hasil olur ki, "yeddi" rəqəminin də "üç" rəqəmi kimi mərhumun ruhunun şər ruhlardan (inkir-minkir) xilas olma vaxtı kimi rəmzi bir mənası olmuşdur.
Adət-ənənə
Adət-ənənə, adət və ya ənənə — bir cəmiyyət və ya qrup içərisində müəyyən keçmişə sahib olan, simvolik və ya xüsusi bir əhəmiyyət kəsb edən nəsildən nəsilə ötürülərək mədəni vərdişlər, məlumat, davranış və inanc toplusudur. == Adət-ənənə anlayışının məzmunu == Adət və ənənələr bəşəriyyətin təkamül prosesini özündə əks etdirir, bütün dövrlərdə cəmiyyətin sosial-mənəvi və mədəni tərəqqisinin göstəricilərindən biri kimi çıxış edir, Bir çox elmi ədəbiyyatlardan məlumdur ki, adət və ənənələrin təkamülü insan cəmiyyətinin üst poleolit dövründən başlamış, həyat tərzi, sosial qurumlar dəyişdikcə onlar da inkişaf etmiş, modernləşərək zənginləşmişdir. Keçmişdə yaranaraq bir nəsildən digər nəslə ötürülərək indiki dövrümüzə qədər gəlib çıxmışdır. Hər bir xalqın keçmişi, tarixi, psixologiyası, milli-mənəvi dəyərləri adətlərdə əksini tapır, onlar bizim üçün keçmişlə bağlı böyük bir informasiya mənbəyidir, burada insanların baxışlarını, zövqünü, həyat tərzini, əxlaqını, düşüncə tərzini, yaradıcılıq qabiliyyətini və.s görmək olar. Ənənə - özünəməxsus xalq yaddaşıdır. Bizim bütün həyatımız müəyyən qaydalar, nümunələr əsasında qurulur. Ənənə anlayışına ictimai elmlərin fərqli alt intizamlarının yanaşmaları ilə ənənəvi cəmiyyətlərin yüklədikləri mənalar arasında həm bənzərliklər həm də fərqliliklər mövcuddur. İctimai elmlər ənənəyə cəmiyyətlərin yaşadıqları coğrafiya, iqlim və s. kimi xarici şərtlərə uyğunlaşma təmin etmək məqsədiylə törədilmiş, bəşəri qaynaqlı "inşa"lar, "icad"lar olaraq baxarkən ənənəvi cəmiyyətlər öz ənənələrinin qaynağını mif, əfsanə, atalar, qəhrəmanlar və tanrı kimi müqəddəsdə görürlər. İctimai elmlərdə daha fenomenolojik bir yanaşma ilə ənənələri tam funksional xüsusiyyətləri istiqamətiylə görüb mənşələrini bu funksiyaya bağlayan şərhlərin yanında ənənələri müəyyən bir məna bütünlüyünü əks etdirən fenomenlər olaraq qiymətləndirən yazarlar da vardır.
Adət hüququ
Adət hüququ – hüququn ən ilkin formasıdır. Dövlət və hüququn qarşılıqlı əlaqəsidir. İctimai mühitdə kortəbii surətdə yaranan və uzun müddət ərzində vərdiş halına keçən, dövlət tərəfindən bəyənilən və sanksiyalaşdırılan normaların məcmusu. Hakim təbəqənin mənafelərini ifadə edən adətlərin əsasında yaradılmışdır. == Ümumi məlumat == Dünyəvi və tarixi təcrübə sübut edir ki, ümumi davranış qaydasının ifadə olunmasının başqa formaları da mövcuddur. Bir sıra ölkələrdə hüquq mənbələrinə yalnız normativ aktlar yox, həm də hüquqi adətlər, məhkəmə və hüquq presedentləri daxil edilir. Hüquqi adəti yəni adət hüququnu belə anlamaq lazımdır ki, o, dövlətdən asılı olmayaraq təşəkkül tapmış və cəmiyyət üzvlərinin şüurunda məcburi mahiyyət kəsb etmişdir. O yerdə ki, qanun susur, orada adət hüququnun təsiri başlayır. Məsələn, inqilaba qədərki Rusiyanın tarixinə nəzər salsaq görərik ki, qanunların çatışmaması üzündən hakimlərin adət hüququna müraciət etmək ixtiyarı olmuşdur. Adət hüququ qanuna zidd olmamalıdır.
Afət Babayeva
Afət Nuhu qızı Babayeva (Afət; 22 mart 1967. İmişli rayonu, Qaradonlu) — Azərbaycanlı şair, publisist. Polis mayoru. == Həyatı == Afət Babayeva 22 mart 1967-ci ildə İmişli rayonunun Qaradonlu kəndində anadan olub. 1974-cü ildə orta Qaradonlu kənd orta məktəbin birinci sinfinə daxil olub. 1984-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. Hüquqşünas olmaq istəyir. O, dövrün tələblərinə görə hüquq fakültəsinə daxil olmaq üçün iki illik əmək stajı tələb olunurdu. Ona görə də sənədlərini heç bir ali məktəbə vermir. Bu məqsədlə iki il çalışdıqdan sonra 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə sənədlərini verir.
Afət Həsənova
Afət Əbil qızı Həsənova (3 sentyabr 1960, Quba) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Afət Həsənova 1960-cı il sentyabrın 3-də Quba şəhərində anadan olub. 1967–1977-ci illərdə Quba şəhər 3 №-li orta məktəbdə təhsil alıb. 1979–1983-cü illərdə isə indiki Moskva Humanitar Elmlər Universitetində tarix üzrə ali təhsil alıb. === Ailəsi === Afət Həsənova ailəlidir, 2 övladı var. == Fəaliyyəti == İlk əmək fəaliyyətinə 1977-ci ildə Quba rayonunda başlayan Afət Həsənova 2001–2012-ci illərdə Slavyan Universitetində (BSU) tədqiqat laboratoriyasının elmi işçisi olmuş, 2012–2015-ci illərdə Quba RİH başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini, 2015–2020-ci illərdə isə Suraxanı RİH başçısının müavini vəzifəsində çalışmışdır. 2020-ci il fevralın 9-da baş tutan Parlament seçimlərində 32 saylı Suraxanı III dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Afət Həsənova, 65,10 % səslə VI çağırış Milli Məclisin deputatı seçildi. 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Afət Həsənova, Milli Məclisin elm və təhsil Komitəsinin, təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin, habelə İntizam Komissiyasının üzvü oldu.
Afət Telmanqızı
Afət Telmanqızı— LAF TV-nin həmtəsisçisi (2020-ci ildən), telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti == Həyatı == Məhərrəmova Afət Telman qızı 7 noyabr, 1975-ci il, Bakı şəhərində anadan olub. Bakıda İlqar Əbülhəsənov adına 42 saylı orta məktəbi bitirib. 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr, 2000-ci ildə isə magistr pilləsini bitirib. Ali məktəbdə oxuduğu illərdə- 1993-1997-ci illərdə "Səhər" qəzetində", "Müxalifət", "Millət" qəzetlərində, AZTV-də təcrübə keçib. 1997-ci ildən rəsmi əmək fəaliyyətinə başlayıb. İlk iş yeri " Hürriyyət" qəzeti olub. 2000-ci illərdə " Yeni Müsavat" qəzetində müxbir kimi çalışıb. 2001-ci ildən isə ANS TV-də redaktor, sonra Xəbərlər Departamentinin baş redaktoru olub. "Xəbərçi", "Nəzər nöqtəsi", "Açıq söhbət" verilişlərinin aparıcısı olub. İlk dəfə ANS- də müstəqilliyin bərpa tarixinə həsr olunmuş "Var dövlətimiz Azərbaycan" sənədli fìlminin müəllifi olub.
Afət İnan
Afət İnan — (29 noyabr 1908, Saloniki vilayəti – 8 iyun 1985, Ankara) — tarixçi və sosiologiya professoru, Atatürkün mənəvi qızı. Türkiyə Respublikasının ilk tarix professorlarından biri. Afət İnan 7 iyun 1985-ci il tarixində 77 yaşında Ankarada vəfat etmişdir.
Ayşət Maqomayeva
Ayşət Maqomayeva (qızlıq soyadı və səhnə təxəllüsü: Kinjalova; 19 noyabr 1921, Şenji[d], Şimali Qafqaz diyarı[d] – 23 avqust 2003, Murmansk) — sovet teatr aktrisası. Stalin təqaüdçüsü (1941). SSRİ xalq artisti, müğənni və bəstəkar Müslüm Maqomayevin anası. == Haqqında == Ayşət Maqomayeva 1921-ci il noyabrın 19-da Maykop şəhərində anadan olub.. Onun əsli haqqında oğlu Müslüm Maqomayev yazırdı ki, onun atası milliyyətcə türk, anası isə yarı adıgey, yarı rus olub.1936-cı ildə Krasnodar Pedaqoji Məktəbini, 1941-ci ildə isə Rusiya Dövlət Teatr Sənəti İnstitutunu bitirib. Bir müddət Bakıda yaşayıb. Onun teatr karyerasının əsas hissəsi Çimkənd Rus Dram Teatrında keçib. Burada o, "Şahzadə Turandot", "Həlim" və "Qara qızılgül" kimi bir çox tamaşalarda oynayıb. 1971-ci ildən 1978-ci ilədək Murmansk Vilayət Dram Teatrında işləyib.Ayşət Maqomayeva 21 avqust 2003-cü ildə dünyasını dəyişib. Aktrisa ilə vida mərasimi Murmansk Vilayət Dram Teatrında baş tutub.Murmanskda dəfn olunub.
Bel (alət)
Bel — dünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir. Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı. == Azərbaycan ərazisində bel alətinin növləri == Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b.
Deşər (alət)
Mexaniki çəkic yaxud deşər — bərk , məsələn dağ çöküntü süxurları, asfalt, beton konstruksiyaların dəlinməsi, kəsilməsi yaxud eşilməsi üçün nəzərdə tutulmuş zərbə hərəkətli əl aləti. Hər hansı təhriklə (məsələn pnevmatika ilə) hərəkətə gətirilən metal süngü və ya tir. Təhrik hissəsinin zərbə hissəsinə ötürdüyü impuls nəticəsində, dəmir süngü emal olunan metariala dəlməklə və ya kəsməklə təsir edir.
Hanqiri (alət)
Hanqiri (半切 və ya 飯切), həm də handay (飯台, düyü mizi və ya düyü kasası) – dairəvi, altı düz ağacdan qayrılmış ləyən və ya boçka. Suşi üçün düyü hazırlamanın son mərhələlərində istifadə olunur. Ənənəvi hanqiri sərv ağacından hazırlanır və iki mis lent ilə bağlanır. Hanqiri və şamoci (ağacdan qayrılmış qısa kəfgir) düyünü soslandırmaq və soyutmaq üçün isifadə olunur. Bişdikdən sonra düyü hangiriyə tökülür və orada düyü sirkəsi, şəkər və duzdan hazırlanmış sos ilə qarışdırılır. Qarışdırma əməliyyatı tamamlandığından sonra bir parça fukin ilə əhatə olunur və soyumağa buraxılır.
Kürək (alət)
Bel — dünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir. Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı. == Azərbaycan ərazisində bel alətinin növləri == Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b.
Qırx (adət)
"Qırx" – dəfnin qırxıncı günü. == Adət haqında == İnsanın dünyaya gəlişindən, çağanın ana bətnindən ayrıldığı gündən qırx gün keçənə qədər həm ananın, həm də körpənin orqanizmində bir-birindən ayrılmadan yaranan zədələnmələrin bərpası prosesi gedir. Bu qırx gündə həm ana, həm də çağa qırxlı olur. Onların kənar təmaslardan qorunması həm ruhi, həm də gigiyenik cəhətdən zəruri hal kəsb edir. Qəribədir ki, insanın dünyadan gedişi də "qırx" rəqəmi ilə bağlı matəm mərasimlərinin bitməsi, başa çatması ilə qeyd olunur. Qırx gün ərzində ölünün cəsədində çürümə getməsi və bu prosesin başa çatması yekunlaşır. Bu müddət ərzində ölü sahibləri də baş vermiş ağır itkiyə sanki alışır, matəm günlərindəki yır-yığışa baş qarışdırmaqla fikrən qəmdən-kədərdən bir qədər uzaqlaşır. Dünyaya gəlişindən qırx gün keçənə qədər dünya ilə qovuşub onun reallıqlarına alışan insanın dünya ilə üzülüşməsi də qırx günə başa çatır. "Olum" və "Ölüm!" – Dünyaya gəlişlə dünyadan gedişin sonuclarına vurulan "qırx" düyün!Ruhşünasların "qırx" əlamətinin ruhla bağlılığı barəsindəki qənaəti belədir ki, qırx gün ərzində ölünün ruhu atmosfer qatından bir qədər yuxarıda durur. Bu müddət ərzində mərhumun ruhu – astral bədən cismani bədəndən uzaqda durmaqla hər şeydən əvvəl özünü bu ayrılmaya alışdırır.
Vəlvələ (alət)
Vəlvələ — kətan lifini əyirməyin bir səmərəli əmək aləti; pərsəngli əyircək. Əsasən Şahdağ xalqlarının məskunlaşdığı dağ kəndlərində geniş istifadə olunmuşdur. Şahdağ xalqları keçmişdə vəlvələdən təkcə kətan (kəndir) lifi deyil, həm də lazım gəldikdə yun ip əyirərmişlər. == Quruluşu və istifadəsi == Vəlvələ bir qarış uzunluğunda ağac hərləncəkdən, onun ortasına keçirilmiş ox rolunu oynayan dəstəkdən, hərləncəyin hər iki ucunda açılmış gəzlərə siyirtmə bağlanan 25-30 sm uzunluğunda əyircək ipindən ibarət olurdu. Hərləncəyin sürətlə fırlanmasını təmin etmək üçün onun bir başına pərsəng daşı bağlanırdı. Çox vaxt uzunsov və hamar çaydaşından ibarət olan pərsəng hərləncəkdən 6-7 sm-ə qədər ondan aralı qalırdı.
Zindan (alət)
Zindan və ya qədim qıpçaq türkcəsində Örs — əl ilə sərbəst döymədə pəstah üçün dayaq kimi işlədilən stasionar dəmirçi aləti. Zindanın işlək səthi pardaqlanmış ağır polad tökmə hissədən ibarətdir. Tökmə adətən kötük oturacağa bərkidilir. Cihazqayırmada və saat istehsalında masaya bərkidilmiş kiçik zindanlardan istifadə edilir.
Azərbaycan–ATƏT əlaqələri
Azərbaycan ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT) üzvülüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunmuşdur. Qeyd etmək lazımdır ki, ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olmuşdur. == İkitərəfli əlaqələr == 1992-ci ilin fevral ayından başlayaraq Ermənistan-Azərbaycan münaqişəsi ATƏM-in prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrildi. Bu məqsədlə fevralın ortalarında ATƏM-in ilk xüsusi missiyası Azərbaycanda oldu. Fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsilə bağlı müzakirələr aparıldı. Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsub olunmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapdı. 1992-ci ilin mart ayının 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olundu. Görüşdə ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edildi. Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə Toplantısında iştirak etmiş, onun sənədlərini imzalamışdır. 20 dekabr 1993-cu ildə Azərbaycan ATƏM-in Paris Xartiyasına qoşulmuşdur.
Ayt-Ben-Xaddu
Ayt-Ben-Xaddu (bər. ⴰⵢⵜ ⴱⴻⵏⵃⴰⴷⴷⵓ ; ərəb. آيت بن حدّو‎ ) — müasir Mərakeşdə, Böyük Səhra və Marrakeş şəhəri arasındakı keçmiş karvan yolu boyunca yerləşən tarixi ksar (istehkam yaşayış məntəqəsi). Bura, gil palçıqdan hazırlanmış tikililərlə xarakterizə edilən Mərakeş memarlığının böyük bir nümunəsi hesab olunur və 1987-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Tarix == Ksar XI əsrdən, Əlmürabilər dövründən bəri inşa edilmişdir. İndiki tikililərin heç birinin 17-ci əsrdən əvvələ aid olmadığına inanılır, lakin ehtimal ki, əsrlər boyu istifadə edilən eyni tikinti metodları və dizaynları ilə inşa edilmişdir. Sahənin strateji əhəmiyyəti, əsas trans-Sxara ticarət yollarından biri boyunca yerləşməsi ilə əlaqədar idi. Bu marşrut üzərində olan Tizi-n'Tiçka keçidi, Marrakeş şəhəri ilə Böyük səhranın kənarındakı Draa vadisindən keçərək Atlas dağlarını aşan bir neçə yoldan biri idi. Bu yol boyunca digər kasbah və ksarlar yerləşirdi.Bu gün ksarın özündə yalnız bir neçə ailə yaşayır. Vaxt keçdikcə ərazidə başlayan depopulyasiya vadinin 20-ci əsrdə strateji əhəmiyyətini itirməsinin nəticəsidir.
Alet
Alet (Mikena çarı) — yunan mifologiyasında personaj. Alet (Korinf çarı) — yunan mifologiyasında personaj.
Axet
Axet — Qədim Misir təqvimində bir mövsüm, sel vaxtı və ya daşqınlar mövsümü anlamını verir. Yuxarı Misir üçün bu müddət iyun ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Axet mövsümünə Vepet-renpet (iyunun əvvəli -iyul əvvəli), Texi (iyul əvvəli — avqustun əvvəli), Menxet (avqustun əvvəli — sentyabrın əvvəli) və Hut-heru (sentyabrın əvvəli — oktyabrın əvvəli) ayları daxildir. Dövr Yeni padşahlıq dövründən başlayaraq avqustun 31-dən dekabrın 28-nə qədər sürürdü.
ATƏT-in Minsk Qrupu
ATƏT-in Minsk qrupu (əvvəlki adı ATƏM-in Minsk qrupu) — Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur. == Tarixi == Qrupun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayır. Belə ki, həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunmuş, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilmişdir. 1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilmişdir. Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edilmişdir. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995-1996-cı illər ərzində İsveç və Rusiya başçılıq etmişdir. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. 8 aprel 2022-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk qrupunun ləğv edildiyini deyib. == Tərkibi == Qrupun tərkibinə aşağıdakı ölkələr daxildir: HəmsədrlərABŞ Fransa RusiyaMünaqişə tərəfləriAzərbaycan ErmənistanDigər üzvlərAlmaniya Belarus İsveç İtaliya Niderland Portuqaliya Türkiyə Finlandiya == Əsas vəzifəsi == Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir. == Təklifləri == 1997-1998-ci illərdə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən üç təklif tərtib edilib.
Aye-aye
Əlayaqlılar (lat. Daubentoniidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin yaşburunlar yarımdəstəsinə aid heyvan fəsiləsi.
Aset İsayeva
Aset İsayeva (5 sentyabr 1915, Nadtereçnoye, Terek vilayəti – 5 mart 1971, Qroznı) — Xanbaba Nurədilov adına Çeçenistan Dövlət Dram Teatrının aktrisası, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Xalq artisti (1961), RSFSR-in əməkdar artisti (13.9.1968). == Bioqrafiyası == 5 sentyabr 1915-ci ildə Nadtereçnoe kəndin anadan olmuşdur. Ailədə ondan başqa İki oğlan və qız uşağıda var idi. Uşaqlar hələ gənc ikən ataları dünaysını dəyişir. Anası qohumları tərəfindən ərə verilir, uşaqlar isə uşaq evinə göndərilir. Bir neçə il sonra Aset kəsmə və tikiş kurslarını bitirir, sonra partiya məktəbinə daxil olur. 1931-ci ildə direktoru Səid Baduyev olan teatr studiyasına daxil olur. Burada Səid Baduyevin kiçik qardaşı, Movcinlə tanış olur. Tezliklə yaxınlarının istəklərinə qarşı olaraq onlar evlənir. Studiyanı bitirdikdən sonra Çeçenistan Dövlət Dram Teatrının truppasına qatılır.
Aset İsekeşev
Əset Örentay oğlu İsekeşev (qaz. Әсет Өрентайұлы Исекешев, 17 avqust 1971, Qaraqanda) — Qazaxıstan dövlət xadimi, Qazaxıstan prezidentinin köməkçisi - Təhlükəsizlik Şurasının katibi (16 yanvar 2020-ci il tarixindən). Sənaye və Ticarət Naziri (2009-2010), Sənaye və Yeni Texnologiyalar Naziri (2010-2014), İnvestisiya və İnkişaf Naziri (2014-2016), Astana Bələdiyyə Başçısı (2016-2018), prezident administrasiyasının rəhbəri (2018-2019) vəzifələrində çalışmışdır. == Həyatı == === Erkən illəri və təhsili === Qazaxıstan SSR-in Karaqanda şəhərində anadan olub. 1989-cu ildə Uralsk şəhər 5 nömrəli Xüsusi peşə məktəbini "montajçı-montajçı" ixtisası ilə bitirib. Almatı şəhərində Əl-Farabi adına Qazaxıstan Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldu və oradan 1994-cü ildə Hüquqşünaslıq ixtisası ilə qurtardı. 1998-ci ildə Qazaxıstan Respublikasının Prezidenti yanında Ali Dövlət İdarəetmə Məktəbini bitirib. == Bioqrafiyası == 1989-cu ildə Ural zavodunda "Omega" radiotexnika montajçısı idi. 1995-1997-ci illərdə — Almatı Medeu bölgəsi prokurorunun təcrübəçisi, köməkçisi, böyük köməkçisi vəzifələrində çalışmışdır. 1998-1999-cu illərdə — Qazaxıstan Respublikası Strateji Planlaşdırma və İslahatlar Agentliyinin baş mütəxəssisi vəzifəsində çalışmışdır.
Avet Avetisyan
Avet Markosoviç Avetisyan (rus. Аве́т Маркосо́вич Аветися́н; əsl soyadı Voskanyan; 12 (24) noyabr 1897, Tiflis – 29 mart 1971, İrəvan) — Ermənistan-sovet aktyoru, SSRİ xalq artisti. == Həyatı == Avet Markosoviç Avetisyan 25 noyabr 1897-ci ildə Rusiya imperiyasının bir hissəsi olan Tiflis şəhərində anadan olmuşdur. O, 1922-ci ildən İrəvanda yerləşən Qabriel Sundukyan adına teatrın yaradıcılarından olmuşdur. Avetisyanın yaratdığı obrazlarda milli xüsusiyyətlər və yumor güclüdür. Əsas rolları: Zambaxov ("Xatabala", Qabriel Sundukyan), Saqatel ("Şərəf naminə", Aleksandr Şirvanzadə), Balabəy ("Təcrübə tarlası", Nairi Zaryan), Kuligin ("Tufan", Aleksandr Ostrovski), Dostiqayev ("Dostiqayev və başqaları", Maksim Qorki). 1926-cı ildən kinoya çəkilmişdir ("Pepo", "Zəngəzur" və s.). O, 1942-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Avetisyan 29 mart 1971-ci ildə Ermənistan SSR-nin paytaxtı İrəvan şəhərində vəfat etmişdir. == Təltif və mükafatlar == Avet Avetisyan 1941-ci ildə SSRİ Dövlət mükafatına, 1962-ci ildə isə SSRİ xalq artisti adına layiq görülmüşdür.
AMDT
Azərbaycan Milli Dirəniş Təşkilatı Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların milli müqəddəratını təyinetmə haqqını əldə etmələri üçün dinc mübarizə aparan təşkilat.Azərbaycan Milli Dirəniş (Muqavimət) Təşkilatı 19 mart 2006-cı ildə Cənubi Azərbaycanda yaradılmışdır. Cənubi Azərbaycanda fars şovinizmilə mubarizə aparan milli təşkilatlardan biridir. Yayımladığı məramnaməsində təşkilatın Azərbaycan vətəni və türklüyü əsas tutaraq Cənubi Azərbaycanda yaşayan türklərin öz siyasi gələcəklərini təyinetmə haqqını əldə etmələri üçün dinc şəkildə mübarizə aparmaqdadır.Araz News saytı təşkilatın rəsmi xəbər orqanı olaraq 3 sentyabr 2010-cu ildə Babək Çələbiyanlı tərəfindən qurulmuşdur. Hazırda Araz News 3 dildə Cənubi Azərbaycan haqqında xəbər və məlumatlar yaymaqdadır.Təşkilat irqçiliyə, terrorizmə qarşı fəaliyyət göstərir, həmçinin Cənubi Azərbaycanda yaşayan dini azlıqların İran rejimi tərəfindən pozulan haqlarını mudafiə edir.Təşkilatın ilk sözçüsü Davud Turan olmuşdur. Hazırda təşkilatın rəsmi sözçüsü ABŞ-da yaşayan milli fəal Babək Çələbiyanlıdır. 2016-cı ildə isə təşkilat Cənubi Azərbaycanın şəhərlərində gizli olaraq 10-cu ildönümü munasibəti ilə tədbirlər keçirib. Təşkilat bir il sonra — 2017-ci ildə Ankara və Vaşinqton şəhərlərində 11-ci ildönümünü qeyd edib.Təşkilatın sözçüsü Babək Çələbiyanlı İsrail dövlətinin Yaxın Şərqdə yeni bir kürd dövlətinin yaranmasını dəstəkləməsinə və bu yeni dövlətin sərhədləri içinə Cənubi Azərbaycanın Urmiya şəhərinin də salınmasına etiraz olaraq İsrail xarici işlər nazirliyinə məktub yazmışdır. == Məramnamə == Azərbaycan Milli Dirəniş Təşkilatı Azərbaycanın milli varlığına qarşı aparılan yağma və talanı durdurmağın tək yolunun irəli səviyyədə təşkilatlanmada və uzmanlaşmada görür və aşağıda sayılan ilkələr və inancları mənimsəyir: Azərbaycan Türk milləti işsizlik, yoxsulluq, məcburi köç və hər türlü maddi və mənəvi bohran və təzyiqdən qurtularaq səadət və rifaha qovuşmalıdır. Azərbaycan Türk milləti hər cür sinif, cinsiyyət, inanc və başqa ayrımlardan uzaq və çağdaş dünya standardlarına uyğun, eşitlik və müsavat içində bir yaşam sürməlidir. Azərbaycan vətəni və Türk milliyyəti əsasında, milli məfkurə və düşüncə zəminində Azərbaycan Türk millətinin öz gələcəyini və milli muqəddəratını təyin etmək haqqı geri qazanılmalıdır.
Adəl
Adel (ing. Adele) (Əsl adı Adel Lori Blue Edkins (ing. Adele Laurie Blue Adkins)) — Britaniya müğənni və söz yazarı. == Həyatı == 2006-cı ildə bir tanışının Adeleyə aid parçanı Myspace`ə göndərməsindən sonra XL Recordings ona səs yazma müqaviləsi təklif edir. 2008-də BBC-nin "2008-in səsi" yarışmasının qalibi olur. Daha sonrakı il BBC-nin "2008-ci ilin səsi" mükafatını qazanır. İlk albomu sayılan 19 ilə o, bir çox tənqidçilərin təqdirini qazanmışdır. Birləşmiş Krallıqda 4 dəfə platin mükafatı almışdır. Bundan başqa 2009-cu ildə Gremmi mükafatına layiq görülüb və "İlin ən yaxşı qadın pop vokalçısı" adını qazanmışdır. "21" adlı albomu ilə Ginnesin Rekordlar Kitabına daxil olmuşdur.