ÇALXALANMAQ

məch.
1. Dalğalanmaq, təlatümə gəlmək.
Xəzər çalxalandı, səsində vüqar; Xəzər heç bayaqkı Xəzər deyildi. N.Xəzri.

2. Atılıb-düşmək, silkələnmək, yırğalanmaq. Maşın çalxalanır.
– Lakin az keçməmiş birdən-birə təyyarəmiz havada çalxalanır, bizi atıb-tutmağa başlayır. M.İbrahimov.

3. məc. Hərəkətə gəlmək, təlatümə gəlmək, həyəcana gəlmək, bir-birinə qarışmaq.
Dünyanın çalxalanmağa hazırlanan belə bir əsrində gənə qəzetəyə icazə vermək üçün o qədər istixarə elədi ki, bu istixarə axırda bəd gəldi. C.Məmmədquluzadə.
Bağdad bu bəd xəbərdən çalxalandı bir anda. B.Vahabzadə.

ÇALXALANMA
ÇALXAMA

Digər lüğətlərdə

вступи́тельный надса́живать одинёхонек отмежева́ться планеродро́м скло́чничать матч-рева́нш отду́шничек раскочега́рить темнёшенько япони́ст леха aforetime capellet Copenhagen horning horsemeat Joe College nome playpit saloon passenger Theodore назвать отроковица призыв