Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
O
Latın qrafikalı Azərbaycan əlifbasında 20-ci hərf, 9 saitdən biri. O saiti qalın, dodaqlanan və açıq saitdir. Oksigen elementi böyük o (O) hərfi ilə işarə olunur.
Amanda O
Amanda O (isp. Amanda O) — Argentina telenovellası. Məhz internet-televiziyası üçün çəkilmiş qısametrajlı komediya serialı. Baş rollarda - Nataliya Oreyro, Amanda O rolunda və Luçiano Kastro - Dante rolunda. Rusiyanın CTC kanalında 2010-cu ildə filmin rus versiyası çəkilmişdir. Filmin baş rolunu Anastasiya Zavorotnyuk. Rus versiyası şöhrət qazanmaması ilə əlaqədar olaraq efirdən çıxarılmışdır.
Niyə O?
Niyə O? — bir 2016 Amerika romantik komediya filmidir. Bu film 23 dekabr 2016-cı il tarixində 20th Century Fox tərəfindən ABŞ-də yayımlandı.
O'G3NE
O'G3NE — Liza, Emi və Şelli Vol bacılarından ibarət Niderlandlı musiqi triosu. Onlar "Adem in, Adem uit" mahnısı ilə Niderlandı 2017 Avroviziya Uşaq Mahnı Müsabiqəsində təmsil etmişdirlər. 2014-cü ildə trio Niderlandın The Voice səs yarışmasında qələbə qazanmışdır və həmin qələbədən sonra O'G3NE Britaniyanın EMI Records albom şirkəti ilə anlaşma imzalamışdır. O'G3NE "Lights and Shadows" mahnısı ilə Niderlandı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Yaranma tarixçəsi == Liza Vol 21 iyun 1994-cü ildə, Emi və Şelli əkizləri isə 18 oktyabr 1995-ci ildə Niderlandın Dordrext şəhərində anadan olmuşdur. Qızlar daha sonra ölkənin Fixnaart şəhərinə köçmüş və orada böyümüşdürlər. === 2007-2011: 300% və Sweet 16 albomları === Liza, Emi və Şelli "Adem in, Adem uit" mahnısı ilə 2007-ci ildə Niderlandın Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün təşkil etdiyi Junior Songfestival milli seçim turunda iştirak etmiş və nəticədə seçim turunda qalib gəlmişdirlər. Beləliklə bacılar Niderlandın Rotterdam şəhərində keçirilən 2007 Avroviziya Uşaq Mahnı Müsabiqəsində ölkələrini "Adem in, Adem uit" mahnısı ilə təmsil etmiş və 17 ölkə təmsilçisinin mübarizə apardığı müsabiqədə Niderlanda 11-ci yeri qazandırmışdırlar. 2008-ci ildə onların 300% adlı debüt albomu işıq üzü görmüşdür. Daha sonra isə 2011-ci ildə qrupun Sweet 16 adlı ikinci studiya albomu təqdim edilmişdir.
O-Fenilendiamin
o- Fenilendiamin – formulası C6H8N2 olan üzvi birləşmə, aromatik diamin. == Fiziki xassələri == o-Fenilendiamin - ağ, açıq çəhrayı və ya sarımtıl rəngli kristallardır. == Alınması == Sənayedə o-fenilendiamin 2-nitroanilinin bərpası nəticəsində alınır, hansı ki 2-nitroxlorobenzolun aminləşmə reaksiyası zamanı sintez olunur. Bərpa müxtəlif reagentlərin, məsələn, dəmir tozu, hidrazin və ya hidrogen sulfidin təsirindən həyata keçirilə bilər. Sənaye üsulu palladium katalizatorunun istifadəsi ilə keçirilir. Həmçinin, o-fenilendiamin 1,2-dixlorobenzolun və anilinin aminləşmə reaksiyası nəticəsində alınır. Laboratoriyada o-fenilendiamin natrium hidrogen sulfitin 1% sulu məhlulundan kristallaşma yolu ilə təmizlənir, sonra maddə buzlu su ilə yuyulur, vakuumda qurudulur və və sublimasiya olunur. == Kimyəvi xassələri == o-Fenilendiamin isti suda, etil spirtində, dietil efirdə, xloroformda həll olunur. İşıqda və havada kristallar tez qaralır. o-Fenilendiamin, reaksiyalarda gələvi kimi özünü görsədərək duzlar əmələ gətirir, tipik aromatik aminlərə bənzər.
O.Torvald
O.Torvald (ukr. Оторвальд) — Ukraynalı rok qrupu. 2005-ci ildə Ukraynanın Poltava şəhərində yaranmışdır. Qrupun O.Torvald adlı debüt albomu 2008-ci ildə işıq üzü görmüşdür. O.Torvald qrupu GBOB, Chervona Ruta, Tavria games, Prosto Rock (Linkin Park qrupu ilə birlikdə), Zakhid, Krashche Misto UA (Evanescence və The Rasmus qrupları ilə birlikdə), Ekolomyja və Global Gathering kimi festivallarda çıxış etmişdir. Onlar "Time" mahnısı ilə Ukraynanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Qrup nəticədə müsabiqənin finalında 24-cü yerdə qərarlaşmışdır. == Qrupun üzvləri == Yevhen Halıç — vokalist, gitaraçı (2005–indiyə kimi) Denıs Mızyuk – gitaraçı, dəstək vokalçı (2005–indiyə kimi) Oleksandr Soloha — təbilçi (2011–indiyə kimi) Mıkıta Vasılyev — bassist (2014–indiyə kimi) Mıkola Rayda — pianoçu, DJ (2008–indiyə kimi) == Diskoqrafiya == === Albomlar === O.Torvald (2008) В тобі (2011) Примат (2012) Ти Є (2014) #нашілюдивсюди (2016) === Sinqllar === "Почуття" (2008) "Не грузи" (2009) "УЙ" (2010) "Качай" (2010) "Нас двоє" (2011) "Без тебе" (2012) "Mr.
O. Henri
O. Henri (ing. O. Henry; 11 sentyabr 1862, ABŞ - 5 iyun 1910, ABŞ) — Amerika hekayə yazıçısı. == Həyatı == Dünya şöhrətli amerikan yazıçı O. Henri 1862-ci ildə Şimali Karolinada doğulmuşdur. Öz yazdığı əsərlərini O. Henri təxəllüsü ilə çap etdirmişdir. Əsl adı Uiliam Sidney Porter (William Sydney Porter) olan yazıçı dünyada qısa hekayə yazan yazıçıların ən məşhur isimlərindən biri kimi tanınır. Çox az təhsil alan O. Henri aptekdə işləmiş, bank kassirliyi daxil olmaqla müxtəlif işlərdə çalışdıqdan sonra, işlədiyi bankdan pul mənimsəməkdə günahlandırılaraq üç ildən artıq həbsdə yatmışdır. İlk hekayələrini də müxtəlif imzalar altında elə o həbsxanada qələmə almışdır. Həbsdən çıxdıqdan sonra O. Henri "The Rolling Stone" (Avara) adlı həftəlik satirik jurnalının baş redaktoru vəzifəsində işləmişdir. Yazıçı həyatının son səkkiz ilində iki yüzdən çox hekayə yazmışdır. O. Henrinin zarafatcıl və canlı üslubda qələmə aldığı əsərləri böyük insan kütlələrinin bəyənməsinisinə səbəb olmuş və bu işdə o, çoxlu müvəffəqiyyət qazanmışdır.
O (dəqiqləşdirmə)
O — Latın qrafikalı Azərbaycan əlifbasında 20-ci hərf. O həmçinin bu mənaları da verə bilər: == Filmlər == O (film, 1990) — 1990-cı ildə qorxu janrında çəkilən ABŞ filmi. O (film, 2013) — 2013-cü ildə romantik dram və elmi fantastika janrında çəkilən ABŞ filmi.
O (roman)
O — Amerika yazıçısı Stiven Kinqin 1986-cı ildə yazdığı qorxu romanıdır . Bu , onun 22-ci kitabı və öz adı ilə yazdığı 17-ci romanı idi. Hekayə qurbanlarının qorxusundan istifadə edərək ovunu ovlayarkən özünü maskalamaq üçün istifadə edən şər varlıq tərəfindən terrora məruz qalan yeddi uşağın nə edəcəyindən bəhs edir. == Məzmun == Maine ştatının Derri şəhərində yağış fırtınası zamanı Georgie Denbrough adlı altı yaşlı uşaq yağışlı küçədə üzən kağız qayığının arxası ilə qaçır və qayıqı yağış suyu kanalizasiyaya aparır. Kanalizasiyaya baxan Georgie orada Rəqs edən özünü Pennywise kimi təqdim edən bir təlxəklə qarşılaşır.Georgie, Pennywise tərəfindən aldadılır və təlxək onun qolunu qoparır və onu öldürür. Bu hadisədən sonra Georgienin qardaşı və dostları onun axtarışına çıxırlar.
O Fortuna
O Fortuna— XII əsrin əvvəllərində yazılmış orta əsr Latın Qoliardik şeridir. O Fortuna həmdə Carmina Burana kimi tanınan kolleksiyanın hissələrindən biridir. Bu Roma mifologiyasındakı xoşbəxtlik təcəssümünə, Fortuna və taleyə narazılıq edir. 1935-1936-cı ildə Alman bəstəkar Karl Orf öz Carmina Burana kantatasının ən məşhur hissəsi və əsərin açılış və bağlanış hissələrində ifa edilən "Fortuna Imperatrix Mundi" kimi adlanan musiqi bəstələdi. Birinci dəfə 8 iyun 1937-ci ildə Alte Operdə səhnələşdirilib. Ton son doqquz bara qədər məqamlıdır. Konsertin müddəti iki dəqiqə yarımdan bir az daha çoxdur. Orffun şeir üzərindəki aktları olduqca populyar olub saysız-hesabsız klassik musiqi orkestrləri və sənətkarlar tərəfindən ifa edilib. Bu musiqi parçası çoxsaylı filmlər və televiziya reklam çarxlarında eşidilir və dramatik və ya həlledici hallarda əhval-ruhiyyəni tənzimləmək üçün populyar mədəniyyətin əsasında çevrilib. "O Fortuna" İngiltərədə son 75 ilin ən çox ifa olunan klassik musiqi əsəri halına gəlmişdir.
O jardim
O jardim (azərb. Bağ‎) — Portuqaliyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Klaudiya Paskual "O jardim" mahnısı ilə Portuqaliyanın ev sahibliyi etdiyi Avroviziya 2018-də ölkəsini təmsil etmək hüququ əldə etmişdir. Mahnı portuqaliyalı söz yazıçısı İzaura tərəfindən bəstələnmişdir.
O İl
O İl (1 yanvar 1978) — Şimali Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == O İl Şimali Koreyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
O İnqyonq
O İnqyonq (kor. 오은경; rus. Ынгёнг О; 1969, Seul) — Cənubi Koreyanın qadın türkoloq alimi, Türk xalqları folklorunun, xüsusilə özbək dastanlarının araşdırıcısı, müqayisəli ədəbiyyat üzrə bir sıra ciddi tədqiqatların müəllifi, jurnalist, professor, elmlər doktoru. Mənşəcə koreyalıdır. Seuldakı Dongduk Qadınlar Universitetinin professoru, Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, UNESCO-nun Orta Asiya ölkələri üzrə təmsilçisi. == Həyatı == 1969-cu ildə Cənubi Koreyanın paytaxtı Seulda anadan olmuşdur. Seul şəhərindəki Hankuk Xarici Dillər Universitetinin Türkologiya fakültəsində təhsil almışdır. 1992–1999-cu illər arasında Türkiyə Cümhuriyyətinin burslu tələbəsi olaraq Ankara Hacettepe Universitetinin Türk dili və ədəbiyyati bölümüdə magistr təhsili almış, daha sonra doktoranturanı bitirmişdir. 1995–1999-cu illərdə Ankara Universitetinin Dil, tarix və coğrafiya fakültəsində Koreya dili və ədəbiyyatı bölümündə müəllim kimi çalışmışdır. 1994–1997-ci illərdə Koreya televiziyası və radiosunda Türkiyə Cümhuriyyətinin müxbiri kimi fəaliyyət göstərmişdir.
'O sole mio
'O sole mio (azərb. Mənim Günəşim‎) — musiqisi italyan bəstəkarı və müğənnisi Eduardo di Kapua, sözləri isə italyan şairi Covanni Kapuro tərəfindən 1898-ci ildə yazılmış opera janrındakı italyan mahnısı. Dünyanın bir çox ölkələrində ən çox dinlənilən və məşhur mahnıları sırasında yer almaqla yanaşı digər dillərə də tərcümə olunaraq oxunur. Buna baxmayaraq, əsasən yazıldığı dildə, Neapol ləhcəsində ifa olunur. Ədəbi italyan dilində "Il sole mio" adlandırılan mahnı, Azərbaycan dilinə "Mənim günəşim" kimi tərcümə olunur. Mahnını başda Enriko Karuzo olmaqla, Cüzeppe di Stefano, Luçano Pavarotti, Plaçido Dominqo, Xose Karreras və Andrea Boçelli kimi dünya şöhrətli tenorlar oxumuşdur. Elvis Preslinin "It`s now or never" (Ya indi, ya heç vaxt) mahnısı məhz "`O sole mio" mahnısının musiqisi əsasında yazılmışdır.
5-O-MetilMirisetin
5-O-Metil Mirisetin — bir flavonoid növü olan O-metilləşdirilmiş flavonoldur. Təbii olaraq meydana gəlir və sintez edilə bilər.
Arazın o tayında
Arazın o tayında (vokal-simfonik poema)
Cudit O'Di
Cudit O'Di (ing. Judith O'Dea; 20 aprel 1945) — ABŞ aktrisasıdır. Ən yaxşı rolu "Yaşayan ölülərin gecəsi" filmində Barbara roludur. Cudit O'Di şifahi kommunikasiyalar tədrisi ilə məşğul olan "O'Dea Communications" firmasının sahibəsidir. == Seçilmiş filmoqrafiya == 1968: Yaşayan ölülərin gecəsi == İstinadlar == == Xarici keçidlər == Cudit O'Di — IMDb səhifəsi. O'Dea Communications.
Culi O Kallaxan
Culi O Kallaxan (ing. Julie O'Callaghan, 1954, ABŞ) ― İrlandiyada yaşayan ABŞ şairi. == Həyatı == Çikaqoda anadan olmuş Culi o Kallaxan 1974-cü ilin iyul ayında Dublin Trinti Kollecində bir il təhsil almaq üçün İrlandiyaya gəlib. O, diplomunu tərk edərək kollecin kitabxanasında işləməyə başlamış və daimi olaraq İrlandiyaya köçmüşdür. Kallaxan 1985-ci ildə 2012-ci ildə vəfat edən şair Dennis O Driskoll evlənib. Kallaxanın ilk kitabı olan "Yüngül lətifələr" 1983-cü ildə çap olunub.[mənbə göstərin] Kitab Britaniya Şairlər Birliyinin təqdimatı ilə işıq üzü görmüş və bu fakt onun özünü təsdiqində böyük rol oynamışdır. O vaxtdan Culinin böyüklər və uşaqlar üçün 5 kitabı işıq üzü görüb. Müəllif 20 yaşında ABŞ-ni tərk etsə də, özünü amerika şairi hesab edir.[mənbə göstərin]2021-ci ildə onun "The Net" şeiri İrlandiya Müstəqil qəzeti tərəfindən işıqlandırılıb.
Danny O'Donoghue
Denni O'Donohyu — 1979-ci il oktyabr ayının 3-də İrlandiyanın paytaxtı Dublində anadan olmuşdur. Əslən yunandır. Babaları vaxtı ilə Yunanıstandan köç edib İrlandiyaya gəlmişdir və ondan sonrakı nəsillər də həyatlarını burada yaşamağa üstünlük vermişdir. Denninin isə hələ uşaq yaşlarından musiqiyə böyük həvəsi var idi. 6 yaşında olarkən atası onu musiqi məktəbinə yazdırır. Musiqi məktəbində oxuyurkən bir sıra musiqi yarışlarında mükafat qazanır və musiqiyə olan bu böyük sevgisi onu 1996-cı ildə qrup yaratmağa vadar edir. O, Mark Sheehan və 2 digər dostu ilə "MyTown" adlı pop qrupu yaradır. Bu qrupun fəaliyyəti cəmi 5 il olur. Bu 5 il ərzində "MyTown" qrupu cəmi 2 albom buraxır. 2001-ci ildə artıq "MyTown" dağıldıqdan sonra o, dostu "Mark Sheehan"ı yanına alır və 2001-ci ildə The Script rok qrupunu yaradır.
Deklan O'Breyn
Deklan O'Breyn (ing. Declan O'Brien) — ABŞ ssenaristi, prodüseri və rejissori, "Utopia Pictures-Television"nın prezidenti. == Həyatı == Deklan O'Breyn əvvəlcə "Say fay" adlı telekanalda işləyib. Bu telekanal qorxu və mistika kimi proqramlar hazırlayırdı. 2006-ci ildə İlanlar Kralı və The Harpy adlı filmlərin ssenarisini yazdı. Bundan sonra o, Yanlış Döngə filminin 3-4-5-ci seriyalarına rejissorluq etdi.
Denni O'Donohyu
Denni O'Donohyu — 1979-ci il oktyabr ayının 3-də İrlandiyanın paytaxtı Dublində anadan olmuşdur. Əslən yunandır. Babaları vaxtı ilə Yunanıstandan köç edib İrlandiyaya gəlmişdir və ondan sonrakı nəsillər də həyatlarını burada yaşamağa üstünlük vermişdir. Denninin isə hələ uşaq yaşlarından musiqiyə böyük həvəsi var idi. 6 yaşında olarkən atası onu musiqi məktəbinə yazdırır. Musiqi məktəbində oxuyurkən bir sıra musiqi yarışlarında mükafat qazanır və musiqiyə olan bu böyük sevgisi onu 1996-cı ildə qrup yaratmağa vadar edir. O, Mark Sheehan və 2 digər dostu ilə "MyTown" adlı pop qrupu yaradır. Bu qrupun fəaliyyəti cəmi 5 il olur. Bu 5 il ərzində "MyTown" qrupu cəmi 2 albom buraxır. 2001-ci ildə artıq "MyTown" dağıldıqdan sonra o, dostu "Mark Sheehan"ı yanına alır və 2001-ci ildə The Script rok qrupunu yaradır.
Devid O. Selznik
Devid O. Selznik və ya Zelsnik (ing. David O. Selznick; 10 may 1902[…], Pitsburq, ABŞ – 22 iyun 1965[…], Hollivud, ABŞ) — ABŞ prodüseri, Hollivud tarixində ən böyük uğurlara imza atmış kinoprodüserlərdən biri. Onun rəhbərliyi altında XX əsrin "Kinq-Konq" (1933), "Küləklə sovrulanlar" (1939), "Rebekka" (1940) kimi ən möhtəşəm filmlərinə imza atılmışdır. == Həyatı == Devid Selznik 1902-ci ildə Pensilvaniyada yəhudi ailəsində anadan olmuşdur. Atası səssiz kino distribütoru Lüis C. Selznik idi. Devid Nyu-Yorkdakı Kolumbiya Universitetində təhsil almış və 1923-cü ildəki iflasa qədər atasının şagirdi kimi işləmişdir. 1926-cı ildə Selznik Hollivuda köçür və atasının əlaqələrini köməyilə Metro-Goldwyn-Mayer kino şirkətində ssenari redaktorunun köməkçisi kimi işə düzəlir. 1928-ci ildə MGM-i tərk edərək Paramount Pictures studiyasına üz tutur. Selznik orada 1931-ci ilə qədər işləyir. Bu, artıq onun RKO Pictures-in rəhbəri olduğu dövrə təsadüf edir.
Dilan O'Brayen
Dylan Rouds O'Brayen (26 avqust 1991, Nyu-York, Nyu-York ştatı, ABŞ) — Amerikalı aktyor və rejissor. MTV serialı "Gənc qurd"daki Stiles rolu ilə tanınır. İlk filmi "High Road"dur. 2012-ci ildə Jon Kasdan rejissorluğunda, Britt Robertson və Victoria Justice ilə birlikdə The First Time filmində baş rolda çəkilmişdir. == Həyatı == O'Brien New York mənşəlidir. Atası kamera operatoru, anası keçmiş aktrisadır. 2011 istehsalı olan "Teen Wolf" serialındakı "Stiles" rolunu canlandırıb. Bu rol ilə tanınmış və çox sevilmişdir. Serialdakı aktyorluq bacarığını "The First Time" adlı filmdə də göstərmiş və özünü tanıtmışdır. Ən yaxın dostu "Teen Wolf" serialında tanış olduğu Scott rolundakı Tyler Posey-dir.
Dilan O'Donnell
Dilan Ceyms Cozef O'Donnell (1 fevral 2001 və ya 14 fevral 2001) — Liqa İki təmsilçilərindən olan Stiveneyc klubunda müdafiənin sağ cinahında çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Karyerası == O'Donnell futbolçu karyerasına Norviç Siti klubunun U-18 komandasında start vermişdir. O, 2017-ci ilin dekabr ayında Stiveneyc klubunun akademiyası ilə bir il yarımlıq müqavilə imzalamışdır. O'Donnell U-18 komandası ilə FA Gənclər Kubokunun 2017-18 mövsümünün dördüncü mərhələsində iştirak etmişdir.O, peşəkar karyerasında debütünü 28 aprel 2018-ci ildə Ekseter Siti klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Brodholl Vey stadionunda keçirilən Liqa İki görüşündə Stiveneyc rəqibinə 3-1 hesabı ilə qalib gəlmişdir.
Dilan O`Brayn
Dylan Rouds O'Brayen (26 avqust 1991, Nyu-York, Nyu-York ştatı, ABŞ) — Amerikalı aktyor və rejissor. MTV serialı "Gənc qurd"daki Stiles rolu ilə tanınır. İlk filmi "High Road"dur. 2012-ci ildə Jon Kasdan rejissorluğunda, Britt Robertson və Victoria Justice ilə birlikdə The First Time filmində baş rolda çəkilmişdir. == Həyatı == O'Brien New York mənşəlidir. Atası kamera operatoru, anası keçmiş aktrisadır. 2011 istehsalı olan "Teen Wolf" serialındakı "Stiles" rolunu canlandırıb. Bu rol ilə tanınmış və çox sevilmişdir. Serialdakı aktyorluq bacarığını "The First Time" adlı filmdə də göstərmiş və özünü tanıtmışdır. Ən yaxın dostu "Teen Wolf" serialında tanış olduğu Scott rolundakı Tyler Posey-dir.
Dilin ucunda
“Dilin ucunda” - hər hansı tanınmış sözü xatırlaya bilməməkdir , unudulmuş söz haqqında müəyyən miqdarda məlumat yaddaşda yaranır. Unudulmuş sözün elə indi tapılacağı hissi var və onu xatırlamaq çox asandır, amma buna baxmayaraq xatırlanmır. Bu vəziyyət ağrılı və hətta obsesif ola bilər. Bu fenomen oklyuziyanın bir formasıdır və tanış sözü xatırlaya bilməməsi səbəbindən güclü frustrasiya hissi ilə müşayiət olunur. İngilisdilli elmi ədəbiyyatda bu hal "TOT-phenomenon" və ya "TOT-state" terminləri ilə xatırlanır. (ing. tip-of-the-tongue "dilin ucunda fırlanır" ). Bu fenomen ilk dəfə 1890-cı ildə Vilyam Ceyms tərəfindən "Psixologiyanın prinsipləri " adlı fundamental əsərdə təsvir edilmişdir. Fransız psixoterapevti Emil Kue bu problemi özünü hipnoz fenomeni və həddindən artıq iradi səyin bəzən məqsədə çatmaq yolunda əngəl törədə biləcəyi fikri ilə əlaqədar olduğunu qeyd etmişdir. Bu fenomenin ilk eksperimental tədqiqi Harvard tədqiqatçıları Rocer Broun və David MakNeyl tərəfindən aparılmışdır.
Ayrılıqdan o yana... (film, 2013)
Ayrılıqdan o yana... qısametrajlı sənədli televiziya filmi 2013-cü ildə Azərbaycan televiziyasında istehsal edilmişdir. Film bəstəkar, Azərbaycanın xalq artisti, yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyən görkəmli sənətkar Elza İbrahimovanın həyat və yaradıcılığından bəhs edir. == Məzmun == Film bəstəkar, Azərbaycanın xalq artisti, yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyən görkəmli sənətkar Elza İbrahimovanın həyat və yaradıcılığından bəhs edir.
Yalı
Yalı İstanbul boğazının hər iki tərəfində tikilmiş, dənizə sıfır, başda iki, bəzən də üç mərtəbəli olan mənzillərə verilən ümumi addır. Osmanlı dövründə sahillərə inşa edilməyə başlanan yalılar, Boğaziçi memarlığının ən görkəmli nümunələrindən olubdur. Əsrlər boyu İstanbul Boğazının iki yaxasında tikilən yalılardan günümüzə çatanlarının sayı təxminən 360 ədəddir. Yalıların ən böyük xüsusiyyəti lebiderya, yəni dənizə sıfır evlər olmaları olsa da, zaman içində bəzi yalılar lazım mənzil sahibləri məkan qazanmaq üçün nəzərləri torpaq doldurularaq, istərsə də sahil zolağına yol göstərmək üçün bələdiyyə tərəfindən geri plana alınaraq dənizdən qismən uzaqlaşmışdır. Günümüzdə böyük əksəriyyəti hələ də köhnə hallarını qoruyan yalılar, həm İstanbul şəhərinin, həm də Türkiyənin ən bahalı daşınmaz əmlakı arasında yer alırlar. Boğaziçi yalılarının dəyərləri ən yüksək olanları arasında Hasip Paşa yalı, Muhsinizadə yalı, Əhməd Fəth Paşa yalı, Topxanə Müşir-i Zəki Paşa yalı, Kiprli yalı, Tahsin Bəy yalı, Qraf Ostrorog yalı, Şahzadə Bürhanəddin Əfəndi yalı, Zərif Mustafa Paşa yalı və Nuri Paşa yalıları var. == Etimologiya == Yalı, söz mənası olaraq keçmişdə sahil mənasında işlənmişdir. Bodrumdakı Bitez yalı, quş növü mavi suquzğunu, söz olaraq "yalıkazığı," "Yalı kənarında zülfümü darayaram" nəğməsi, Krımdakı Yalıboyu bölgəsi bu köhnə məzmunun izləridir. == Memarlıq xüsusiyyətləri == Osmanlı yalılarının memarlıq xüsusiyyətləri sahiblərinin sosial sinfinə görə dəyişirdi. Müsəlman yalıları arasında boşluqlar tikilərkən, qeyri-müsəlman yalıları isə ümumiyyətlə bitişik şəkildə inşa edilirdi.
Yana
Yana (çay, Oxot dənizi hövzəsi) — Rusiya Federasiyasının şimali–şərqində, Maqadan vilayətində çay. Yana (çay, Laptevlər dənizi hövzəsi) — Saxa Respublikasında çay.
Yanıq
Yanıq — termiki, kimyəvi, elektrik, günəş, şüa agentlərinin təsirindən orqanizmin dəri və toxumaların zədələnməsi. Zədələnmənin kütləvi xarakter aldığı fövqəladə vəziyyətlərdə (təbii fəlakətlər zamanı, istehsalat qəzalarında, hərbi münaqişələr zamanı və s.) yanıqlar xüsusi diqqət tələb edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə yanıqlar bütün travmatik zədələnmələr arasında 3-cü yeri tutur. Hər il min nəfərdən biri yanıq zədəsinə məruz qalır. Son illərdə lokal müharibələrdə zədələnmələrin 10%-ini yanıqlar təşkil edir. == Yanıqlar haqqında məlumat == Statistik məlumatlara görə, dünyada hər dəqiqədə kimsə yanıqla zədələnir. Alovla bağlı yanıqlar hər il bütün dünyada dörd yüz minə yaxın ölüm hadisəsinə səbəb olmuşdur. Bunların çox hissəsi (96%-i) inkişaf etməkdə olan ölkələrdə baş vermişdir.Azərbaycanda il ərzində ağır yanıqları olan xəstələrin sayı 1000 və daha artıq olur. Yanğınlara, əsasən uşaqlar və qocalar məruz qalır. Bütün dünya üzrə yanıqlara məruz qalmış şəxslərin ən yüksək faizini 12 yaşdan aşağı uşaqlar təşkil edir.
Yanıx
Yanıx, Nşxark — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «yanmış, susuz, quru yer» mənasında işlənən yanıx sözü əsasında əmələ gəlmişdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 194 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildən 360 nəfər, 1914 - cü ildə 730 nəfər, 1916-cı ildə 423 nəfər azərbaycanlı yaşamışdır. 1919 - cu ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 66 nəfər azərbaycanlı, 1926-cı ildə 37 nəfər azərbaycanlı, 163 erməni yaşamışdır. Göründüyü kimi, ermənilər buraya 1922-ci ildən sonra, 1923-1925-cı illərdə köçürülmüşdür.
Yasnı
Yasnı — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir == Tarixi == Şəhərin əsası 1961-ci ildə qoyulub. 1979-cu ildən şəhər statusunu daşıyır. == Coğrafiyası və iqlimi == == Əhalisi == 2017-ci ildə şəhər əhalisi 15000 nəfər təşkil edib.
Yazı
Yazı — səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupu. Yazı bəşəriyyətin ən böyük kəşflərdən biri hesab olunur. == Yaranma tarixi == Yazının yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnızca şifahi formada idi. İlk yazı nümunələri 7000 ilə yaxın tarixə malikdir və o vaxtdan bu günə uzun inkişaf yolu keçərək bu günkü formaya gəlib çatmışdır. Lap qədimdən insanlar ayrı-ayrı qruplar şəklində yaşamışlar. Bu qruplar arasında əlaqələr zəif olmuşdur, lakin sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi, və s. əlaqələr yarandı. Tayfalar müəyyən məqsədlər üçün əlaqə saxlamalı oldular. Buna görə də ikinci köməkçi ünsiyyət vasitəsi olaraq yazı yaranmağa başladı.
Xanı
Xanı (lat. Perca) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Yan
Yan (dövlət) — Çində tarixi dövlət. Yan (İran) — İranda kənd.
Adaçayı yağı
Adaçayı yağı — Azərbaycanda acı alma yağı olaraq bilinən Adaçayı yağı bitkisinin hündürlüyü 100–130 sm-ə qədər çatan çox illik bitkinin yağı. Bu bitkinin qoxusu fərqli və cəzbedicidir. Özünəxas xarakteristik qoxusu var. Çox vaxt sarımtıl, bəzi hallarda isə rəngsizdir. Adaçayın bitkisinin vətəni Orta Avropa və Balkanlardır. Hal-hazırda dünyanın hər yerində hətta Azərbaycandada yetişdirilir. Adaçayının digər adı Acı Alma yağıdır. Buna səbəb isə yağın əldə edildiyi Salvia triloba bitkisinin budaqlarında almanı xatırladan balaca tünd yaşıl rəngli toxumların olmasıdır. Bu toxumların tərkibində 60-a qədər Sineol maddəsi var. Adaçayı yağını bitkinin yarpaq və çiçəklərindən buxar damcı yoluyla əldə edirlər.
Arqan yağı
Arqan yağı — arqan bitkisindən əldə olunan yağ. Arqan bitkisinin meyvəsinin çəyirdəyini qovurub üyüdürlər. Alınan yağ "Duru qızıl" adlandırırlar. == Xalq təbabətində əhəmiyyəti == Arqan yağı kosmetika yağlarının içərisində qidalandırma baxımından ən dəyərli və ən zəngin yağdır. Bu yağ saçda, dəridə, əldə və bədənin hər yerində isdifadə edə biləcəyiniz möcüzəvi bir yağdır. Arqan yağı tərkibli kremlər, şampunlar, əl kremləri dəri qırışıqlığının düzəlməsində möcüzəvi təsir göstərir. Bu möcüzəvi yağ dərini çox tez bir zamanda nəmləndirir və hüceyrələri yeniləşdirir. Dərinin quru və ya yağlı olmasından aslı olmayaraq hər kəs bu faydalı yağdan tərəddüd etmədən istifadə edə bilər. İstər səhər, istər gecə istifadə edilə bilən bu faydalı yağı hamilə qadınlar da hamiləlik zamanı və hamiləlikdən sonra bədəndə yaranan dəri süzülmələrinin müalicəsində istifadə edə bilər. Tez bir zamanda gözlə görünəbiləcək qədər təsir göstərir.
Azərbaycan nanı
== Tərkibi == Əla növ buğda unu - 325q, kərə yağı - 160q, şəkər kirşanı - 95q, kişmiş - 80q, sukat - 50q, yumurta 115q, fındıq ləpəsi - 50q, zəfəran - 0,06q, ammonium - 12q, pomada üçün şəkər tozu - 245q, patka - 25q, quru karmin boyağı. == Hazırlanma qaydası == Xəmir yoğurmaq üçün lazım olan fındıq xırdalanır, sukat xırda doğranır, kərə yağı şəkər kirşanı ilə bircinsli kütlə alınana qədər çalınır. Sonra buna yumurta, zəfəran şirəsi, fındıq, kişmiş, sukat və ammonium karbonat əlavə edilir, yaxşıca qarışdırılır. Ələnmiş un tökülüb tez xəmir yoğrulur. Xəmir yoğrulması ilə bərabər eyni zamanda şəkər tozu və patkadan pomada hazırlanır. Xəmir 5 kq-lıq kündələrə bölünür və hər pay 30-35 mm diametr ölçüsündə baton şəklinə salınıb içinə perqament kağızı sərilmiş dəmir listlərə düzülür. Üzərinə yumurta sürtülür, 180-200 °S tempraturda 20-25 dəq. bişirilir. Soyuduqdan sonra üzərinə çəhrayı pomada çəkilir, pomada bərkidikdən sonra baton 40 mm enində qıyqacı dilim formasında tikələrə doğranır.
Ağ Şanı
Ağ Şanı — üzüm növü. Abşeronun yerli sortudur. Azərbaycan Respublikasının əksər üzümçülük rayonlarında, Dərbənddə, Həştərxan və Volqoqrad vilayətlərində becərilir. Kolları güclü böyüyəndir. Çardaqda, alleyada, sərilən formada (qumlu torpaqlarda) yaxşı məhsul verir. Bu onu göstərir ki, dayağı şpalerdən ibarət olan üzümlüklərdə kordon və kombinələşmiş formalar tətbiq edilməlidir. Çiçəkləri funksional dişi tiplidir. Qara Şanı onun ən yaxşı tozlayıcısıdır. Mərdəkanda, Bilgəh və Fatmayıda Ağ Şanı Qara Şanı ilə qarışıq əkilir. Siyezen ve Zarat bolgelerinde,en yaxshi mehsul veren "Fransa süfre üzüm sortu"dur.
Axullu Yalı
Axullu yalı — Azərbaycan Respublikası Füzuli şəhərinin 10 km qərbdə, Xocavənd rayonu ilə sərhəddə yerləşən yüksəklikdir. Axullu yalı Qarabağ silsiləsinin ətəyində yerləşir. Toponim vaxtilə Füzuli rayonu ərazisində yaşayan Haxıllı nəslinin adındandır. Haxıllı nəsli həmin ərazidə Axullu adlı kənd də salmışdır. Bəzi tədqiqatçılar Axullu toponiminin təhrifə uğradığını qeyd edirlər.
Badam yağı
Badam yağı — badam ağacının toxumlarından soyuq sıxma nəticəsində əldə edilmiş, açıq sarı rəngli, yüngül qoxulu və qoz dadında yağ. Badam yağında yüksək miqdarda doymamış yağ, kalsium, kalium, dəmir və manqan mövcuddur.
Balıq yağı
Balıq yağı — qida məhsulu Balıq yağı dünyada gənclik məlhəmi hesab edilir. Kaliforniya ştatının Amerikan Universitetindəki alimlər balıq yağının tərkibində Omeqa 3 olduğunu aydınlaşdırmış və bunun da insan orqanizminin gec qocalmasına səbəb olduğunu bildirmişdir. Tədqiqatlarda həkimlər də yer almışdır və onlar da insanın qan sistemində bu tərkibin əhəmiyyətli rolunu tibbi sahədən açıqlamağı bacarmışdır. Omeqa 3 xromosomlara da öz təsirini göstərir. Nəticədə insanın həyatı əhəmiyyətində rol oynayan şəbəkələrin müddəti çoxalır və orqanizmdə qocalma prosesi olduqca ləng gedir. Məhz buna görə də alimlər həftəlik qida rasionunda balığın rolunun mühüm olduğunu bildirmiş və xörəklərin tərkibində balıq ətinin istifadəsinin vacibliyini ortaya qoymuşdur. Balıqdan hazırlanan qidaların tərkibində Omeqa 3-ün olması hər bir orqanizm üçün xüsusi əhəmiyyətə malikdir. Balıq növlərinə görə siz qızılbalıq, sardina (Siyənəklər fəsiləsindən xırda balıq), skumbriya və ala balığa üstünlük verin. Həmçinin bu yağın tərkibi təxminən yunan qozu, toxumlu qabaq və soya bitkisində də vardır. Məhz bu qidaların insanın daha uzun yaşamasına yardım edir.
Canı-Qabaxlı
Qabaxlı (Keşişkənd) — Dərələyəz mahalında, Alagöz çayının (erm.: e. Եղեգիս գետի, l. Yeğeqis qeti) sol sahilində kənd. Qabaxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Qabaxlı (Axta) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında indi Axta (Razdan) rayonunda kənd. Qabaxlı körpüsü — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda körpü. Qabaxlı çayı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay. Qabaxlı selavı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda selav.
Ceff Yanq
Ceff Yanq (ing. Jeff Yang) —- ABŞ prodüseri və ssenaristidir.
Cerri Yanq
Ceri Yang - (ing. Jerri Yang) (6 noyabr, 1968) tayvanlı-amerikalı iş adamıdır. O Yahoo internet axtarış sistemi şirkətinin qurucusu və keçmiş icraçı direktoru və müdiridir. 2008-ci ildə onun xalis gəliri 2.3 milyard Amerika dollarına çatmışdır. Forbes jurnalının sıralamasına görə, dünyanın 524-cü varlı adamı sayılır.
Dağ yalı
Dağ yalı – sıra dağların və ya dağ massivinin ən hündür üst tirəsidir. Dağ yalı zirvə və gədik zolağından ibarət olub, adətən suayrıcı xəttini təşkil edir. .
Efir yağı
Efir yağı — bitkilərin hasil etdiyi müxtəlif üzvi maddələrin uçucu qarışıqlarının ümumi adı. Efir yağları əsasən distillə üsulu ilə əldə edilir. Onlardan ətir, kosmetika, sabun və digər məhsullarda, yemək və içkilərə ləzzət vermək və ya məişət təmizlik məhsullarına ətir əlavə etmək üçün istifadə olunur. Efir yağları aromatik birləşmələrlə müalicəsini ehtiva edən aromaterapiya üçün istifadə olunur. == Tərkibində efir yağı olan bitkilər == Efir yağı istehsal etmək üçün müxtəlif bitkilərdən istifadə edilir. Tərkibində efir yağı olan və praktikada geniş istifadə olunan, həddən artıq uçucu maddələr konsentrasiyasına malik bitkilərə efiryağlı bitkilər deyilir: Sarıkök Yarpız Qoz Cirə Küknar Portağal limon Naringi Kəklikotu Zəncəfil Qızılgül Qreyfurt Valerian(pişikotu) Şam == Efir yağlarının kimyəvi tərkibi == Efir yağları yeganə təbii maddədir ki, onun tərkibində yüzlərlə kimyəvi komponent vardır. Hər bir komponent fərdi maddələr yığımından ibarətdir və o da nəticədə çox mürəkkəb bir qarışığın əmələ gəlməsini yaradır. Efir yağının tərkibindəki bütün maddələr üzvü maddələrdir, başqa sözlə hər bir maddənin molekulyar quruluşu karbon atomlarından təşkil olunmuşdur. Bitkilərin efir yağlarındakı komponentlər, onun tərkibində olan əsas komponentin sanki kombinasiyasıdır. Məsələn, hamıya məlum olan nanənin efir yağının əsas komponenti mentoldur.
Elflərin qanı
Elflərin qanı (pol. Krew elfów) — Polşa yazıçısı Andjey Sapkovskinin fentezi janrında yazdığı, "Cadugər Saqası"ndan olan ilk romandır. Roman ilk dəfə 1994-cü ildə Polşada çap edilmişdir. Əsərdəki hadisələr ümumi qəhrəman cadugər Riviyalı Geraltın iştirakı ilə birləşdirilən "Sonuncu arzu" və "Qismət qılıncı" hekayələr toplularında baş verən hadisələrin davamıdır. Roman, Polşada Yanuş Zeydel Ədəbiyyat mükafatına, Böyük Britaniyada isə Devid Gemmel Fentezi mükafatına layiq görülmüşdür. Əsərin ingiliscə tərcüməsi Böyük Britaniyada 2008-ci ildə (Gollancz nəşriyyatı tərəfindən), ABŞ-də isə 2009-cu ildə (Orbit nəşriyyatı tərəfindən) çap edilmişdir. == Məzmunu == Kitabdakı hadisələrin başlamasından təxminən bir il əvvəl Nilfqaard imperiyası Sintraya hücum edir. Ölümcül yaralanmış kraliça Kalante intihar edir, onun Siri adlandırılan nəvəsi Sirilla isə alovlar içində olan şəhərdən qaçır. Nilfqaard imperatoru Emqır var Emreys Sirinin tapılması üçün ,casuslarını qitənin dörd bir tərəfinə göndərir. Emqır bilir ki, bu balaca qız yalnız krallığın varisi olduğuna görə yox, həm də elflərin qanını daşıdığına və sehr potensialına görə böyük əhəmiyyət daşıyır.
Endryu Yanq
Endryu Cekson Yanq kiçik (ing. Andrew Jackson Young Jr.; 12 mart 1932, Nyu-Orlean, Luiziana) — ABŞ mülki hüquq müdafiəçisi və dövlət xadimi, ABŞ-nin BMT-dəki nümayəndəsi (1977-1979). == Həyatı == Diş həkimi Endry Cekson Yanq və müəllim Deyzi Yanqın (nikahdan əvvəl Fuller) oğlu 12 mart 1932 Yeni Orleanda anadan olmuşdur. 1947—1948-ci illərdə Dillard Universitetində təhsil alırdı, 1951-ci ildə Hovard Universitetində biologiya üzrə bakalavr dərəcəsini bitirdi, 1955-ci ildə isə Hartford Seminariyasında ilahiyyat üzrə bakalavr dərəcəsini aldı. 1955-ci ildə Birləşmiş Məsih Kilsəsinin keşişi oldu, Alabama və Corciyada müxtəlif kilsələrdə xidmət etmişdir. 1961-ci ildə Atlantaya köçdü və Cənubi Xristian Rəhbəriliyi Konfransına qatıldı. Martin Lüter Kinqin tərəfdaşlarından biri olmuşdur, 1968-ci ildə onun qətlindən sonra Ralf Abernati ilə əməkdaşlıq edirdi. 1970-ci ildəki uğursuz cəhddən sonra, Yanq 1972-ci ildə demokratlardan ABŞ Nümayəndələr Palatasına seçildi, daha sonra 1974 və 1976-cı illərdə yenidən seçildi. Cimmi Karteri dəstəkləyirdi və 1977-ci ildəki onun prezident seçkilərindəki qələbəsindən sonra ABŞ-nin BMT-dəki Daimi Nümayəndəsi təyin edildi. Fələstin Azadlıq Təşkilatının nümayəndəsi ilə görüşdüyü məlum olduqdan sonra istefa etdi.
Kamal Bani Hani
Kamal Bani Hani (ərəb. كمال الدين بني هاني‎; d. 5 dekabr 1958, İrbid, İordaniya) — İordaniyanın Haşimi Universitetinin prezidenti. Mədə-bağırsaq cərrahıdır. == Həyatı == Kamal Bani Hani 5 dekabr 1958-ci ildə İordaniyanın İrbid şəhərində anadan olmuşdur. O, 1984-cü ildə İraqın Bağdad Tibb Universitetinin Kollecini, 1992-ci ildə Birləşmiş Krallıqda Qlazqo Kral Kollecini bitirmişdir. 2002-ci ildə Lids Universitetində doktorluq dərəcəsini almışdır. 2008-ci ilin sentyabrından 2010-cu ilin oktyabrına qədər İordaniya Elm və Texnologiya Universitetinin Tibb fakültəsinin dekanı olmuşdur. 2011-ci ildən İordaniyanın Haşimi Universitetinin prezidentidir.
Ucuncaq
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər.Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. == Oyunun qaydaları == İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Uzundağ
Uzundağ — Ordubad rayonu ərazisində dağ (hünd. 1109,7 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (hünd. 3825,9 m) cənub-qərbə ayrılan Girdəni qolunun qurtaracağında zirvə. Düylünçayla Vənəndçayın suayırıcısında, Vənənd kəndindən 1,3 km qərbdədir. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən Xoşkeşin-Düylün sinklinalının nüvə hissəsində yerləşir.
Cunqan
Cunqan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Farsan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,660 nəfər və 3,437 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Ageratina jucunda
Ageratina jucunda (lat. Ageratina jucunda) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Cucumis jucunda
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Hermione jucunda
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Ixora jucunda
Ixora jucunda (lat. Ixora jucunda) — boyaqotukimilər fəsiləsinin ixora cinsinə aid bitki növü.
Uzundaş (Soyuqbulaq)
Uzundaş (fars. اوزون تاش‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 371 nəfər yaşayır (45 ailə).
Astracantha jucunda
Şax astrakanta (lat. Astracantha jucunda) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü. == Təbii yayılması == Azərbaycanda Kiçik Qafqazda, Naxçıvan dağlarının orta qurşaq sahələrində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5-15 sm-ə çatan, yarpağını tökən kolcuqdur. Nazik budaqların diametri 5–15 mm-ə qədər olub, tikanlarla örtülü, yerə sərilmişdir. Yarpaqcıqları 7-8 cüt, uzunsov, dağınıq, kirpikvarı tüklüdür. Çiçəkləri sarı, şarvari, başcıq çiçək qrupundadır. İyul ayında çiçəkləyir. Paxlası uzunsov-yumurtavari, bir qədər yumşaq tüklüdür. Meyvələri avqust ayında yetişir.
Qustav Yani
Qustav Yani (mac. Jány Gusztáv; d. 21 oktyabr 1883, Rayka — ö. 26 noyabr 1947, Budapeşt) — İkinci dünya müharibəsi ərzində baş verən Stalinqrad döyüşündə 2-ci Macar Ordusuna rəhbərlik etmiş macar hərbi xadim.
Yuy Yani
Yuy Yani (çin. 余泱漪, 8 iyun 1994, Xuanşi, Çin) — Çin şahmatçısı, qrosmeyster (2009). == Karyera == 2014-cü ilin noyabrında Vladimir Kramnik və Aniş Qiri kimi rəqibləri də məğlub edərək Qatar Masters Open turnirinin qalibi oldu. 2013-cü ilin sentyabrında 13 oyundan 11 xal toplayaraq gənclər arasında Dünya Çempionatını birinci pillədə bitirdi və bu qələbə birbaşa ona Dünya Kubokunda oynamaq hüququ verdi. Mart 2014: Çin Çempionatında 11 oyundan 7 xal toplayaraq Dinq Liren ilə birinci yeri bölüşdürdü. Əlavə göstəricilərə görə ölkə çempionu oldu. Aprel 2014: Asiya Çempionatında məğlubiyyətsiz 9 oyundan 7 xal ilə Ni Hua, Rüstəm Qasımcanov və Adhiban B. kimi şahmatçıları geridə qoyaraq qalib oldu. İyun 2015: Havanada keçirilən 50-ci "Capablanca in Memoriam" turnirini birinci yerdə bitirdi. == Xarici keçidlər == Yu Yangyi. Chess-DB.com Arxivləşdirilib 2016-09-13 at the Wayback Machine (ing.) Yu Yangyi.
Qabaqcadan görmək
Qabaqcadan görmək ya Proqnozlaşdırma (İngiliscə. Forecasting) keçmiş və indiki verilərinin istiqamət və gedişini analizi (data trend analysis) əsasında gələcək haqda öncədən faktlı və məntiqli xəbər vermək prosesidir. Bir adi örnək, gələcək müəyyənləşmiş günlərdə faiz dəyişənin təxminidir. Öncədən Demək (Prediction) isə Qabaqcadan görməklə eynidir, ancaq daha ümumi sözdür. İkisi də formal statistik metodlarında olan Zaman Seriləri, keçmə-bloklu (cross-sectional), uzunasına rəqəmlər (longitudinal data), ya alternativ az formal qərar çıxarmaq metodlarını işlədirlər. Bu istifadə çeşidli sahələr arasındda fərqli ola bilər: misal üçün, hidrologiya'da, "Qabaqcadan görmə" (forecasting) və "Ön görü" (forecast) müəyyənləşmiş gələcək zamanlardakı dəyərlərin qiymətləndirilməsi için saxlanılır, halbuki "Öncədən Demək" (Prediction) ibarəti, uzun bir dönəmdə sel axımlarınının neçə dəfə baş verməsi kimi, daha çox ümumi təxminlərə işlənir. == Qabaqcadan görmə yollarının kateqoriyaları == === Sayılı yollar Keyfiyyətli yollar qarşısında === Keyfiyyətli öngörü yolları istehlakçıların düşüncə və qərarı əsasında və subyektiv dirlər. Onlar keçmiş verilər(data) əldə olmasalar uyğundurlar. Onları adətən orta və ya uzun mənzilli qərarlarda işlətmək olar. Keyfiyyətli öngörü yollarından neçə örnək: Bildirilmiş rəy və qərar (informed opinion and judgment) Delfi yolu (Delphi method) Bazar araşdırması Tarixi yaşam dövrü bənzətməsi (historical life-cycle analogy)Sayılı qabaqcadan görmə modelləri indiki və keçmiş verilər(data)dən gələcək veriləri (data`nı) əldə etmək için işlənirlər.
Uşaqlıq boynunun eroziyası
Uşaqlıq boynunun eroziyası qadın cinsiyyət üzvlərində, ən çox təsadüf edilən ginekoloji xəstəliklərdən biridir. Hərfi mənada ifadə etsək, eroziya - uşaqlıq boynunun selikli qişasının xoşxassəli dəyişikliyindən ibarətdir. Ancaq ilkin olaraq xoşxassəli olmasına baxmayaraq, uzun müddət mövcud olduğu halda və müalicə olunmadığı təqdirdə, eroziya çox təhlükəli xəstəlik olan uşaqlıq boynunun xərçənginə çevrilə bilər! Məhz buna görə də uşaqlıq boynunun eroziasını vaxtında müalicə etmək lazımdır! Uşaqlıq boynunun eroziyası əksər hallarda özünü heç bir əlamətlə büruzə vermir və yalnız ginekoloq tərəfindən profilaktik tibbi müayinə zamanı aşkar edilir. Bəzi hallarda eroziyası olan qadınlarda cinsi əlaqə zamanı və ondan sonra qan qarışıqlı ifrazatın və ağrının olması, cinsi yollardan ifrazatın artması və s. əlamətlər müşahidə edilə bilər. Bu əlamətlərdən hər hansı birinin olduğu halda isə, ginekoloqa müraciət etmək vacib hesab edilir! Uşaqlıq boynunun eroziyasının inkişaf etməsinə müxtəlif infeksiyalar səbəb olur. Bu infeksiyaların bəziləri qadın cinsi yollarında daimi olaraq yaşayır (stafilo-koklar, streptokoklar və s.), bəziləri buraya bağırsaqdan keçir (bağırsaq çöpləri), digərləri isə qadın cinsi əlaqə zamanı (ureaplazma, mikoplazma, xlamidiyalar və s.) yoluxa bilir.
Nakaqava Cunan
Nakaqava Cunan (中川 淳庵, 1739, Edo[d] – 2 iyul 1786, Edo[d]) – Yaponiya həkimi, botaniki və ranqaku alimi. == Həyatı == 1739-cu ildə Obama hanında həkim ailəsində doğulmuşdur. O, gənc yaşlarından etibarən botanika və mineralogiyaya maraq göstərmişdir. 1764-cü ildə Hiraqa Qennay ilə birlikdə asbest parçanı ixtira etmişdir. O, daha sonra Qərb tibbinə maraq göstərmiş və Yasutomi Kisekidən holland dilini öyrənmişdir. Maeno Ryotaku, Suqita Qenpaku və digər alimlərlə birlikdə alman anatom Yohan Adam Kulmusun "Anatomiya cədvəlləri" (alm. "Anatomische Tabellen"‎, 1722) əsərinin 1734-cü ildə nəşr olunmuş holland versiyasını (nid. "Ontieedkundige Tafelen") yapon dilinə tərcümə etmişdir. Bu əsər 1774-cü ildə Yaponiyada "Yeni anatomiya kitabı" adı ilə nəşr olunmuş və Yaponiyada Qərb tibbinin öyrənilməsi üçün vacib rol oynamışdır.Cunan isveçli həkim və botanik Karl Peter Tunberqdən dərslər almış, hollandların Naqasakidə yerləşən ticarət postunun direktoru İsaak Titsinqlə dostluq etmişdir. == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Görəmə Milli Parkı
Görəmə Milli Parkı — Türkiyənin Nevşəhər vilayətində yerləşən milli park. UNESCO-nun Ümumdünya irsi siyahısındadır. == Yerləşməsi == Milli park Orta Anadolunun Həsən-Ərciyəs vulkanik dağı bölgəsində yerləşir. Milli park sıldırımlı yamaclardan, allüvial vadilərdən, eroziyaya uğramış təbəqələrdən ibarətdir. Vulkanik quruluşa malik parkın tarixi bölgəsində isə Bizans memarlığı sərgilənir. Bölgədə bir zaman yaşayanlar digərlərindən fərqli olaraq uzun müddət Bizans hakimiyyətindən uzaq qalmışdırlar. Bura olan yolların uzaqlığı və girintili-çıxıntılı relyrfi burada gizlənənlər üçün ideal şərait yaratmışdır. Burada ilk monastrlar III-IV əsrlərdə tikilmişdir. Monastrlar tikilmiş və divarlar rənglənmişdir. Milli parkda Ürgüp, Ovçular, Üçhisar, Çavuşini, Yeni Zelve kimi zəngin tarixə və mədəniyyətə sahib yaşayış məntəqələri də yerləşir.
Kani
Məhəmməd Kabuli və ya təxəllüsü ilə Kani (1898, Mərivan, Kürdüstan ostanı – 1965) — kürd şairi. Qacar dövlətində, Mərivan ətrafındakı Rişen kəndində anadan olmuşdur. O, doğulduqdan az sonra valideynlərini itirmişdir. Poeziyasının böyük hissəsini məzlum insanlara həsr etmişdir. Onun poeziyasının əsas mövzuları azadlıq, kürd mübarizəsi, qadın hüquqları, təbiət və sevgidir.
Mani
Mani – “Şur” ladında qurulan zərbi muğamlardan biridir. Xalq – peşəkar musiqiçilər bu muğamı “Osmanı” da adlandırırlar. Marşvari ritm (4/2 ölçüsündə) bu muğamın sonuna qədər davam edir. Mani zərbi muğamı bir qayda olaraq təsniflə tamamlanır. Bu zərbi muğamda cəmi bir təsnif oxunur.
Nani
Luiş Nani (17 noyabr 1986, Praya) — (Port. Luís Carlos Almeida da Cunha) Portuqaliyalı futbolçu. Valensiya klubunda oynayır.
Vani
Vani (gürc. ვანი) — Gürcüstanın İmereti diyarında, Sulori çayının sahilində (Rioni çayının qolu), Kutaisi şəhərinin 41 km cənub-qərbində yerləşən şəhər. 2014-cü ilin siyahıalmasına görə şəhərin əhalisi 3744 nəfərdir. Vani şəhəri 40 kənddən ibarət Vani bələdiyyəsinin (sahəsi 557 km2, əhalisi 24.512 (2014)) mərkəzidir. == Tarixi == 1947-ci ildə Vani şəhəri ətrafında aparılan arxeoloji qazıntı işləri zamanı (N. Xoştariya və O. Lortkifanidze) qədim Kolxida şəhərinə aid yaşayış məntəqəsi ilə bağlı artifaktlar tapılmışdır. Bu şəhərin adı məlum olmasa da, tarixi 4 dövrə ayrılır. E.ə. VII–VIII əsrlərdə Vani şəhərinin mədəni mərkəz olduğu fərz edilir. Vanin e.ə VII–VI əsrlərdəki tarixi qədim mədni qatlarla, taxta məmulatlarla, qurbangahlarla, qəbiristanlıqlarla təmsil olunur. Vaninin Kolxida şəhərinin siyasi mərkəzi olduğu güman olunur.
Yanni
Yanni (tam adı Yiannis Hrysomallis ya da məşhur olduğu adıyla John Yanni Christopher; 14 noyabr 1954[…], Kalamata[d], Peloponnes, Qərbi Yunanıstan və İon adaları) — Yunan pianoçu və bəstəkar. 1992-ci ildə "Dare to Dream" albomu ilə Grammy mükafatı qazanmışdır. Başqa uğurlu albomlarından biri isə 1993-cü ildə çıxardığı "My Time" albomu olmuşdur. Əsl müvəffəqiyyəti 1994-ci ildə çıxardığı "Yanni Live at the Acropolis" albomu ilə qazanan sənətçinin bu əsəri bütün zamanların ən çox satan ikinci video-klipi olmuşdur. 2011-ci ilə qədər 20 ölkədə, 2 milyondan çox konsert vermiş; 20 milyonun üzərində albom satmışdır. == Yanni == 1993-cü ildə İngilis Kraliyət Simfonik Orkestri ilə Acropolis-də verdiyi konsertlə özünü dünyaya tanıtdırmışdır. Özü xüsusi bir musiqi təhsili almadığı halda Simfoniyalar yazan bir musiqiçidir. 1987-ci ildəki ilk albomu " Keys to Imagination " olan məşhur musiqiçinin eyni zamanda Yunanıstan gənclər üzmə rekorçuluğu və Amerikadakı Minnesota Universitetindən psixologiya lisenziya var. == Albomları == Optimystique (1980) Keys to Imagination (1986) Out of Silence (1987) Chamaleon Days (1988) Niki Nana (1989) Reflections of Passion (1990) In Celebration of Life (1991) Dare to Dream (1992) In my time (1993) Live at the Acropolis (1993) In the Mirror (1997) Tribute (1997) If I Could Tell You (2000) Ethnicity (2003) Yanni Live!
Ani
Ani (erm: Անի, yun: Ανίον, lat: Abnicum) — Türkiyə Cümhuriyyətinin Şərqində, Anadolunun qədim mədəniyyət mərkəzlərindən biri, şəhərlər şəhəri, yalnız şəhər, min bir kilsəli şəhər kimi tanınmış qədim erməni şəhəri. Bu möhtəşəm şəhərin dövrümüzə yalnız xarabalıqları çatmışdır. 961–1045 ilərdə Erməni Ani çarlığının paytaxtı olub. 1064-cü ildə şəhər səlcuqlu türklərinin əlinə keçib. 1072-ci ildən şəhər Şəddadilərin hakimiyyəti altında olub. 1236-cı ildə şəhər monqollar tərəfindən işğal edilib. 1319-cu ildə zəlzələ zamanı şəhərin xeyli hissəsi dağılıb və tədricən şəhər xarabalığa çevrilib.1878-ci ildə Rusiya ərazini işğal etsə də 1914–1918-ci illərdə türklər ərazini yenidən geri qaytarıblar. Şəhərin adını indi Ermənistan Respublikasında bir rayona veriblər. Akademik Nikolay Marr 1892-ci ildən başlayaraq kiçik fasilələrlə 14 il bu ərazidə arxeoloji qazıntılar aparıb. == Tarixi == Şəhərlə bağlı əfsanədə qeyd edilir ki, bir zaman Ani şəhərində Urum baba adlı bir qoca yaşayırmış.
Uçurdağ
Uçurdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2573,0 m). Zəngəzur silsiləsinin Azərməsçid aşırımından (3474,7 m) cənub-qərb istiqamətdə ayrılan eyniadlı qolunun suayırıcısında zirvə. Pəzməri kəndindən 1,5 km cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb qanadında yerləşib, şimal-şərqdən və cənub-qərbdən şimal-qərb istiqamətli qırılma pozulmaları ilə kəsilmişdir.
Alissa Yaqi
Alissa Yaqi (八木 アリサ, Yaqi Arisa, 31 iyul 1995, Sapporo) və ya Arisa Yaqi – Yaponiya modeli və aktrisası. 2008-2012-ci illərdə "Nicola" jurnalının ekslüsiv modeli olmuşdur. 2012-ci ildən "Vivi" dəb jurnalının ekslüsiv modelidir. 2013-cü ildə "De ki, səni sevirəm" filmində Mequmi Kitaqava rolunda çıxış edərək aktrisa kimi debüt etmişdir. == İlk illəri == Alissa Yaqi 31 iyul 1995-ci ildə Yaponiyanın Hokkaydo prefekturasında anadan olmuşdur. Atası fransız, anası yapondur. İngilis və yapon dillərində səlis danışır, koreya və çin dillərini də öyrənib. == Karyerası == Yaqi Hokkaydoda qurulmuş Actors Studio agentliyi ilə əməkdaşlıq edərək Teardrops qız qrupunda debüt etsə də, 2006-cı ilin oktyabrında oranı tərk etmişdir. "Qızıl kompas" filminin yaponca dublajı üçün sınaqlara qatılmış və müsabiqənin finalçısı olmuşdur. Bu zaman "Nicola" jurnalı tərəfindən kəşf edilmişdir.
Cüzdan
Cüzdan, pul kisəsi və ya portmanat — şəxsiyyət vəsiqəsi, pul, kredit kartı, fotoşəkil, kontakt kimi obyektləri daşımağa yarayan və əksəriyyətlə dəridən ya da dəriyə bənzər maddələrdən tikilən kiçik ölçülü qatlama çanta.
Qay Minisi Fundan
Qay Minisi Fundan (lat. Gaius Minicius Fundanus; I əsr – ən tezi 123) — Qədim Roma hərbi və siyasi xadimi. O, Minisilər plebey ailəsindəndir. 107-ci ildə konsul-suffekt təyin edilmişdir. == Həyatı == Retiyada aşkar edilmiş və 107-ci il tarixli hərbi diplomda qeyd edilən bir məlumat sayəsində məlum olur ki, Minisi bu dövrdə konsul-suffekt olmuşdur. Onun həmkarı Qay Vettenni Sever olmuşdur.122–123-cü illərdə Fundan Asiya vilayətinin prokonsulu vəzifəsini icra etmişdir. Bu zaman o, sələfi Kvint Lisini Silvan Kvadroni Prokul tərəfindən imperator Adriana göndərilən vəxristianlar haqqında olan məktuba cavab almışdır. Əzabkeş Yustin tərəfindən qorunub-saxlanılmış reskriptdə Adrian fərman vermişdir ki, xristianları ittiham edənlər öz ittihamlarını sübut etmək yükünü daşımalı və əks təqdirdə böhtana görə cəzalandırılmalıdırlar.
Cüzdan (şəhər)
Cüzdan – İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,393 nəfər və 1,561 ailədən ibarət idi.
Elektron cüzdan
Elektron cüzdan – elektron pulları özündə saxlamağa və elektron ödənişləri yerinə yetirməyə imkan verən ödəniş çipi (CHIP) olan smart-kart, yaxud başqa elektron daşıyıcı. "Elektron cüzdan" termini elektron pulların toplanması, saxlanması və köçürülməsi əməliyyatlarını yerinə yetirməyə imkan verən qurğulara və proqram təminatına da aid ola bilər.
Çərpələng uçuran
Çərpələng uçuran (ing. The Kite Runner) — əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin 2003-cü ildə çapdan çıxmış ilk romanı. == Məzmun == Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab edirlər. “Çərpələng uçuran” bu an yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası müharibə, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış bucağı gətirir. Bundan əlavə, müəllif xatirələr, aydınlaşdırma, cinsi münasibətlər kimi qavrayışlara da toxunur. Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan təmizlənmə haqqındadır və Xalid Hüseyninin bu incə, canayaxın, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir. Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri – Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isə bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da faciə böyüyür, getdikcə davam edir.
Qətl gününün mühakiməsi
Qətl gününün mühakiməsi (ing. The Doomsday Conspiracy) — Sidni Şeldonun 1991-ci ildə yazdığı romandır.
Çərpələng uçuran (film)
Çərpələng uçuran rejissor Mark Forster tərəfindən ekranlaşdırılan ABŞ filmi. == Süjet == Filmin süjet xətti əfqan əsilli yazıçı Xalid Hüseyninin eyni adlı romanından götürülmüşdür. Uzun illərdir ki, Kaliforniyada yaşayan Əmir adlı əfqan mühacir, uşaqlıq dostu olan Həsənin oğlunun başının bəlada olduğunu öyrəndikdən sonra uşağa kömək etmək üçün Talibanın nəzarəti altında olan doğma diyarına qayıdır...