Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cage the Elephant
Cage the Elephant — 2006-cı ildə ABŞ-nin Kentukki ştatında qurulan rok qrupu. Onlar İngiltərəyə köçəndən bir müddət sonra öz adlarını daşıyan ilk albomlarını buraxdılar.
Kral Çadae
Kral Çadae (71 – 165) — Goguryeo krallığının yeddinci kralıdır. 146–165-ci illərdə hökmdarlıq etmişdir. Hakimiyyəti Kral Taejodaedan təhvil almışdır. Ondan sonra hakimiyyətə ögey qardaşı Kral Sindae keçmişdir.
Cache
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Dodge
Dodge — avtomobil və yük maşını markası. Horake Doc və Con Doc qardaşlar tərəfindən qurulan şirkət ilk qurulduğunda Ford Model T üçün hissələr istehal edirdi. Avtomobil istehsalına başladıqdan sonra 1914-ci ildən 1927-ci ilə qədər Dodge Brothers Motor Vehicle Company adını istifadə etmişdir. 1928-də Chrysler MMM. tərəfindən satın alınmışdır. Şirkət 1970-ci illərdə ailə avtomobilləri, 1980-ci illərdə isə kiçik həcmli və ön çəkişli avtomobil istehsalına başlamışdır. Chrysler ilə birlikdə 2002-də Daimler-Chrysler Avtomobil Qrupuna qatılmışdır. Ancaq 2007-ci ildə Daimler-Chrysler Qrupunun dağılması nəticəsində bağlı olduğu əsas firma Chrysler Qrupunu Cerberus adlı investisiya firması tərəfindən satın alındı. == Tarix == === Quruluş və ilk illər === Horace və Con Dodc 1900-cü ildə Detroitdə Dodge Brothers şirkətini qurdular və tez bir zamanda şəhərdə artan avtomobil firmaları üçün dəqiq mühərrik və şassi komponentlərinin istehsalı ilə bağlı iş tapdılar. Onların arasında əsas qurulmuş Olds Motor Vehicle Company və yeni Ford Motor Company idi. Henry Ford, bütün şassidən ibarət orijinal Model A (1903-04) üçün geniş çeşidli komponentlər təmin etmək üçün Dodge qardaşlarını seçdi: Ford avtomobilləri bitirmək üçün yalnız kuzov və təkərlər əlavə etməli idi.
Rudge
Eduard Rudge (ing. Edward Rudge; 27 iyun 1763, Solsberi, Uiltşir[d] – 3 sentyabr 1846) - İngilis botaniki. == Elmi əsərləri == 1811. A description of several species of plants from New Holland. Ed. R.Taylor. == Şərəfinə adlandırılmış taksonlar == Rudgea Salisb. onun şərəfinə adlandırılmışdır. Eləcə də aşağıdakı bitki növləri: Calyptrostylis rudgei Nees, Panicum rudgei Roem. & Schult.
Jurinea cadmea
Jurinea cadmea (lat. Jurinea cadmea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü. == Yarımnövləri == Jurinea cadmea subsp. cadmea Jurinea cadmea subsp.
Padre adası
Padre adası Texas maneə adalarının ən böyüyü və dünyanın ən uzun maneə adasıdır . Ada Texasın Meksika körfəzinin cənub sahilində yerləşir və ağ qumlu çimərlikləri ilə seçilir. İspan dilində ata mənasını verən bu ad, adanın sahibi olan və Rio Qrande Vadisindəki bütün kilsələr üçün missioner keşiş və maliyyə kollektoru kimi xidmət edən Ata Xose Nikolas Ballinin (c.1770-1829) şərəfinə adlandırılmışdır . O, həmçinin indiki Cameron County - də ilk missiyanı qurdu . Padre adası , Atlantik sahilindəki Nyu Yorkdakı Long Island adasından sonra bitişik ABŞ -da ərazisinə görə ikinci ən böyük adadır . O, təxminən 113 mil (182 km) uzunluğunda və 1,8 mil (3 km) enindədir , şimalda Corpus Christi şəhərindən cənubda Cənubi Padre adasının kurort icmasına qədər uzanır. Ada şimaldan cənuba istiqamətlənmişdir, şərqdə Meksika körfəzi və qərbdə Laquna Madre ilə həmsərhəddir. Adanın şimal ucu avtomobil yolu ilə Mustanq adasına bağlanır . Adanın cənub ucu Brazos adasından ayrılırBrazos Santiago keçidi ilə. South Padre Adası şəhəri onun cənub ucunda, Corpus Christi şəhəri şimal ucunda yerləşir, lakin bütövlükdə ada seyrək məskunlaşmışdır.
Cadi
Cadi (gürc. მჭადი) — ənənəvi olaraq lobio və pendirlə yeyilən ənənəvi gürcü qarğıdalı çörəyi.
Cadu
Cadugər, bir çox dində və mifologiyada pis məqsədlərlə istifadə etdiyi sehrli gücləri olduğuna inanılan insan. Qədim mədəniyyətdə qara paltarlı, iti uclu papağı olan, süpürgə ilə uçan bir qadın olaraq təsvir edilir Cadugərlik, ilə yaxından əlaqəlidir. Hər falçı bir cadugər ola bilməz, ancaq, cadugər çox yaxşı bir falçıdır. Mistisizim ilə məşğul olan insanlar cadugərliyi belə izah edirlər:"Cadugərlər; pisniyyətli, bədbin və dağıdıcıdırlar. Mistik elmlərlə məşğul olmaqları onları inanılmaz sehrli güclərlə təmin edir. Hadisələrin ged falçılıqişini və insanların həyatını, zərər verərək dəyişdirə bilərlər. Məqsədləri çox böyük zənginliyə nail olmaqdır. Bu da , sadəcə digər insanlara zərər verərək əldə oluna bilər. Onlara təsadüfən rast gəlmiş birinə rahatlıqla əzab verə bilər, xəstəlik verə bilər, hətta , öldürəbilərlər. Toplu olaraq yaşayan qadınlardan ibarətdir və Qara Kraliça adlanan istedadlı liderləri vardır." Mistisizimlə məşğul olan çox insan(islam dini ilə məşğul olanlarda daxil olmaqla) mistik elmlərdə dahiləşmiş və pisniyyətli bu qadınlara, yəni cadugərlərə inanırlar.
Cafe
Qəhvə ağacı (lat. Coffea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Adıge-Xabl
Adıge-Xabl (abq. Адыгьа-ХӀабльа, kab.-çərk. Адыгэ Хьэблэ, qaraç.-balk. Адыге-Хабль, noq. Адыге-Хабль) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının kənd, Adıge-Xabl rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir. == Coğrafiyası == Adıge-Xabl rayonunun şərq hissəsində, Kiçik Zelençuk çayının sağ sahilində yerləşir. Çerkessk şəhərindən 12 km şimal-qərbdə, P217 şossesi üzərində yerləşir. Kənd yaşayış məntəqəsinin sahəsi 11,75 km²-dir. Aşağıdakı yaşayış məntəqələri ilə həmsərhəddir: cənub-qərbdə İkon-Xalq, şimal-qərbdə Adil Xalq, şimalda Erken Xalq və Erken-Şaxar.
Adıge Respublikası
Adıge Respublikası (rus. Республика Адыгея, adıq Адыгэ Республик) — Rusiya Federasiyasının Krasnodar diyarı ərazisində respublika. Şimali Qafqazda, Kuban və Laba çaylarının sol sahillərindədir. Cənub federal dairəsinə daxildir. Sahəsi 7.600 km²-dir. Əhalisi 447.000 nəfərdir. Onların 120.000 nəfəri adıgeylərdir. Paytaxtı Maykop şəhəridir. Yeddi rayonu, iki şəhəri (Maykop və Adıgeysk), beş şəhər tipli qəsəbəsi var. Respublikada neft və qaz çıxarılır.
Anders Bagge
Anders Bagge isveçli prodüser, söz yazarı, bəstəkar və aranjimançıdır. Həmçinin Stefan Örn ilə birlikdə "Drip Drop" mahnısını arnjiman etmişdir. "Drip Drop" mahnısı 2010 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Səfurə Əlizadə tərəfindən ifa edilmişdir və 5-ci yerə layiq görülmüşdür.
Anton Lange
Anton Lange (1963-cü il 12 oktyabrda Moskva şəhərində anadan olmuşdur; həqiqi adı - Anton Leonidoviç Tamarin) - tanınmış rus fotoqrafı, fotorəssam.. Fərdi və kollektiv sərgilərin iştirakçısı, "Qızıl alma" mükafatı laureatı, == Tərcümeyi-halı == Anton Lange 1985-ci ildə Moskva Dövlət Universitetinin biologiya fakultəsini bitirmişdir. O, 1989-cu ildə aspiranturanı bitirərək namizədlik dissertasiyasını müdafiə etmiş və biologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1989-cu ildən 1992-ci ilədək Anton Lange Moskva Dövlət Universitetinin biologiya fakultəsində müəllim vəzifəsində işləmiş, eyni zamanda SSRİ-nin tanınmış fotoqraflarının assisenti olmuşdur. O, 1992-ci ildən ömrünü tamamilə fotoqrafiyaya həsr etmişdir. Anton Lange 1992-ci ildən 1995-ci ilədək Fransada "Danone" firmasında fotoqraf işləmiş,, 1995-ci ildən Rusiyaya qayıtmışdır.
Radde armudu
Radde armudu (lat. Pyrus raddeana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Ermənistanda Zəngəzur dağında, palıd meşələrində bitir. == Botaniki təsviri == Hündürlüyü 1-2 m olan alçaq gövdəli kolşəkilli ağacdır. Ağacın cavan budaqları həm tükcüklü, həm də çılpaqdır. Şarabənzər çətri vardır. Gövdə və budaqlarının qabığı hamar olub, bozumtul rənglidir. Yarpaqları lansetvari-ellipsvari, altdan keçəli tükcükülü, sonradan çılpaq, yarpağın mərkəzində daha enli, uzunluğu 8 sm-dək və eni 4 sm-dəkdir. Aprel ayının əvvəllərində çiçəkləyir, iyul-avqust aylarında meyvəsi yetişir. == Ekologiyası == Aşağı dağ qurşağında (600-850 m) əhəngli, quru, daşlı yerlərdə rast gəlinir.
Radde ayıdöşəyi
Radde ayıdöşəyi (Oreopteris raddeana (Fomin) Fomin) - qıjılar sinfinə aid bitki növüdür. Elmi adı-Dryopterisraddeana (Fomin) Fomin IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN B2ab (iii). Azərbaycanın nadir, endemik və relikt növüdür. == Qısa morfoloji təsviri == Çoxillik, 80 sm hündürlüyündə bitkidir. Yarpaqları uzunsov-oval, ucdan itidir; saplaq ayadan kiçikdir, birinci sıra seqmentləri lansetvari, qısasaplaqlı, ucdan sevrilən, sonuncu sıra seqmentləri uzunsovdur, küt yaxud əyri, dişciklidir; soruslar damarların ortasına yaxın yerləşir; örtüyü çılpaqdır; sporlar qonur, böyrəkşəkillidir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Sporların yetişmə dövrü iyul ayına təsadüf edir. Çiçəkləməsi iyul ayına təsadüf edir. Orta, aşağı dağ qurşağında və düzənlik ərazinin kölgəli Hirkan tipli meşələrində rast gəlinir.. Dekorativ və dərman bitkisidir. == Yayılması == Lənkəran ovalığı və dağlıq hissəsi (Lənkəran və Astara rayonları).
Radde böyürtkəni
Radde böyürtkəni (lat. Rubus raddeanus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Rusiyada, Stavropolda, Kabardın Balkarda yayılmışdır. == Botaniki təsviri == Yarpaqları oval, saplaqlı, mürəkkəb, 3-7 yumurtavari xırda yarpaqlardan ibarətdir, gövdədə növbəli yerləşir. Yarpaq ayasının üstü tünd yaşıl, alt tərəfi ağımtıl, xırda tükcüklərlə örtülmüşdür. Yarpaqların qoltuqlarında qarışıq tumurcuqlar formalaşır. İkinci il onlardan yan budaqlar, salxımvari çiçək qrupunda toplanan ağ öz-özünü tozlanan, diametri təxminən 1 sm olan ikicinsli çiçəklər formalaşır. Çiçəkləmə dövrü iyun-iyulda baş verir və 20-25 gün davam edir. Şaxələnmiş çiçək yatağında tükcüklü, sarı, qırmızı və ya qara rəngli çəyirdək formalaşır. == Ekologiyası == Şaxtaya davamlı, işıqsevən bitkidır.
Radde qonurdişi
Radde qonurdişi (lat. Sorex raddei) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinin qonurdiş cinsinə aid heyvan növü. == Qısa təsviri == Azərbaycanda əldə edilmiş 19 heyvanın kütləsi 9, 7-10,0 q, bədənin uzunluğu 65-80 quruğu, 43, 6-52,1 mm, pəncəsi 12,0-13,1 mm olmuşdur. == Yayılması == Radde qonurdişi Qafqaz endemikdir. Eləcə də Türkiyə ilə həmsərhəd rayonlarda yayılmışdır. Azərbaycanda bu növ yalnız Kiçik və Böyük Qafqazda qeyd alınmışdır. Çox azsaylı, nadirdir. Dağətəyi və dağ meşələrində, kolluqlarda, çayların yanında, daş yığınlarında, arxların kənarında rast gəlinir. == Həyat tərzi == Aprelin ikinci yarısından başlayaraq payızın sonuna qədər ildə 2-3 dəfə çoxalır. Bir nəsildə 3-7, çox vaxt 5 bala verir.
Radde tozağacı
Radde tozağacı (lat. Betula raddeana) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –Vu C2a(ii). Qafqazın nadir, endemik növüdür. == Qısa morfoloji təsviri == Ağ və ya qonurqabıqlı çoxda böyük olmayan ağacdır. Yarpaqları yumurtavari və ya uzunsov-yumurtavari, yuxarı hissədən iti, yan hissələrdən nahamar dişciklidir. Meyvə verən sırğa çiçək qrupu təkdir, yumurtavari-ellipsşəkillidir, 2–2,5 sm uzunluğunda, 10–14 mm enində, qısa sallanan ayaqcıqda yerləşir. Qozaları yuxarı hissədən böz-tükcüklü, 2–2,5 mm uzunluğundadır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəklənməsi iyul ayında baş verir. Subalp qurşağının aşağı hissəsində karbonatlı dağ süxurları əmələ gələn meşələrdə rast gəlinir.
Radde əsməsi
Anemonoides raddeana (lat. Anemonoides raddeana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Anemone raddeana Regel === Heterotipik sinonimləri === Anemone maximowiczii Juz. Anemone raddeana subsp. glabra Ulbr. Anemone raddeana var. glabrata Nakai Anemone raddeana subsp. villosa Ulbr.
Range Rover
Range Rover — Land Rover tərəfindən istehsal olunan 5 qapılı lüks SUV marka. Marka Tata Motors şirkətinə məxsusdur. Range Rover 1970-ci ildən istehsal olunur. Vasitə 3 nəsil davam edir. Orijinal modeli yalnız Range Rover kimi tanınır. Avtomobilin adı Land Rover tərəfindən fərqlənə bilmədikdən sonra Range Rover Classic oldu. Markanın əsas sahibi 1970–1986-cı illər arasında British Leyland Motor Corporation, 1986–1988-ci illər arasında Rover Group, 1988–1994-cü illər arasında British Aerospace, 1994–2004-cü illər arasında BMW, 2004–2008-ci illər arasında Ford və 2009-cu ildən etibarən Tata Motors şirkətidir.
Riçard Qadze
Riçard Qadze (23 avqust 1993 və ya 23 avqust 1994, Akkra) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə klubunda hücumçu kimi çıxış edən Qanalı peşəkar futbolçudur. == Karyerası == === Klub === Qadze karyerasına Qana komandalarından olan Ebusua Dvarfs klubunda başlamışdır. 2015-ci ilin sentyabr ayında Hindistan Super Liqası təmsilçilərindən olan Dehli Dinamos klubu ilə müqavilə imzalamışdır. Qadze klubda ilk qolunun 14 oktyabr 2015-ci ildə Puna Siti klubuna qarşı oyunda vurmuş və komandası 2-1 hesabı ilə qalib gəlmişdir. === HJK === 25 yanvar 2016-cı ildə Qadze Veikkausliqa təmsilçilərindən olan HJK Helsinki klubuna icarəyə verilmişdir. 7 sentyabr 2016-cı ildə Dehli klubuna geri dönmüşdür. === Zirə === 1 fevral 2017-ci ildə Qadze Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə klubu ilə yarım illik müqavilə imzalamışdır. Zirə klubu 30 may 2017-ci ildə Qadze ilə yeni bir illik müqavilə imzaladıqlarını açıqlamışdır. === Milli komanda === Qadze 2013-cü ilin noyabr ayında Maksvell Konadunun rəhbərliyi altında Qana millisi ilə 2013 VAFU Millətlər Kubokunda iştirak etmişdir. Finalda Qana millisi Seneqal millisinə 3-1 hesabı ilə qalib gələrək turnirin qalibi olmuşdur.
Cozef Badger
Cozef Badger- (1707–1765) portret rəssamı. == Həyatı və karyerası == O, Massaçusets ştatının Çarlstaun şəhərində anadan olub. O, karyerasına evdə rəssamlıq edərək və şüşəçi kimi başlamışdır. Portret sifarişləri zəiflədiyi zaman dolanışığını təmin etmək üçün lövhələr və lyuklar çəkməklə yanaşı, evdə rəssamlıq edərək şüşəçi kimi işləyərək qazanc əldə etmişdir. 1731-ci ildə Katarina Felç ilə evləndi və onlar 1733-cü ildə Bostona köçdülər. O, Bratl Strit kilsəsinin üzvü idi. O, 1765-ci il mayın 11-də Bostonda vəfat edib. Badgerin əsərləri Vorçestr İncəsənət Muzeyinin, Boston Təsviri İncəsənət Muzeyinin və Tarixi Nyu England Filips House, Salem, Mas kolleksiyalarındadır. == Portretləri == Ceyms (1676–1747), Massaçusets qubernatoru Ceyms Boudoinin atası Vilyam Foyenin həyat yoldaşı Elizabet Çambel Vilyam Kuper (1716–1743), Bostondakı Bratl Müqəddəs Kilsəsinin keşişi Andrev Krosvel (1709–1785), King's Çapel, Boston pastoru Tomas Kuşinq (1696–1746), Massaçusets Nümayəndələr Palatasının spikeri və Tomas Kuşinqin atası Tomas Daves Conatan Edvards == Həmçinin bax == Rəsm Rəssam Portret == Xarici keçidlər == Butler Institute of American Art, Youngstown, Ohio. Joseph Badger.
Qustav Radde
Qustav Radde (15 (27) noyabr 1831, Qdansk – 3 (16) mart 1903, Tiflis) — alman təbiətşünası və tədqiqatçısı. Radde yarpaqgüdəni və bir neçə başqa növ onun adını daşıyır. == Bioqrafiya == Radde Qdansk şəhərində bir məktəb müdirinin ailəsində dünyaya gəlib. O, karyerasına əczaçı kimi başlayıb. Erkən yaşlarında alman entomologist Anton Mengedən təsirləndi və getdikcə təbiət tarixi ilə maraqlanmağa başladı və 1852-ci ildə karyerasını dayandırdı və iki il Krımda botanik Xristian fon Stevenlə birlikdə həm bitkiləri, həm də heyvanları topladı. Daha sonra İohann Fridrix fon Brandt və Karl Ernst fon Ber ilə Rusiya imperiyasının cənubuna daha çox səfər etdi. 1855-ci ildə astronom Lüdviq Şvarsın rəhbərlik etdiyi Şərqi Sibir Ekspedisiyasına botanik və zooloq kimi qoşuldu. 1864-cü ildə Tiflisdə məskunlaşdı. Həmin il o, Elbrus dağının ətrafındakı bölgəni tədqiq etdi. O, bir çox bitki toplamaqla yanaşı, yerli tayfaların dillərini, mahnılarını və adət-ənənələrini qeyd etmişdir.
Space Cadet
Space Cadet — İngiltərə müğənnisi Beabadoobee-nin dördüncü mini-albomu (EP). 14 oktyabr 2019-cu ildə Dirty Hit tərəfindən buraxılıb.
Cadugər
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər. Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.
Ciddə
Ciddə (ərəb. جدة‎) — Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri və maliyyə paytaxtı. Əhalisi 3,8 milyon nəfərdir (2009).
Cərgə
Sıra — bir neçə mənası vardır: Sıra — eyni situasiyada və statusda olan insanların, eyni tipli əşyaların bir sırada düzülüşü. Sıra — hansısa halın bir-birinin ardınca müəyyən qaydada düzülüşü. Sıra — ardıcıllıq. Sıra (riyaziyyat) — sonsuz sayda toplananların cəmi. Sıra (hərb) - hərbiçilərin çiyin-çiyinə bir xətt üzrə düzülüşü.
Kanqe
Kanqe (kor. 강계시) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimalında yerləşən şəhər, Çaqando vilayətinin inzibati mərkəzi. Şəhər yerləşdiyi yerə görə tarixən strateji əhəmiyyətə malikdir. == Tarixi == Koreya müharibəsi zamanı, Pxenyan şəhərindən qovulduqdan sonra Kim İr Sen və hökuməti müvəqqəti olaraq Kanqe şəhərinə köçmüşdür. == Coğrafiyası == Şəhər, Çanca çayı daxil olmaqla dörd çayın birləşdiyi yerdə yerləşir. == İnzibati bölgüsü == Şəhər 34 məhəlləyə və 2 kəndə bölünmüşdür: == İqlim == Orta illik hava temperaturu — 7,3 °C Havanın nisbi rütubətliyi — 72,6% Orta külək sürəti — 0,5 m/s == Nəqliyyat == Kanqe şəhəri digər şəhərlərə quru yolu, dəmiryolu və hava yolu ilə bağlı olan bir nəqliyyat mərkəzidir. Şəhər Kanqe və Manpo dəmiryolu xəttlərinin qovşağında yerləşir. Bundan əlavə olaraq, avtomobil yolları şəhəri paytaxt Pxenyana və KXDR-ın digər şəhərlərinə birləşdirir. Şəhər, hərbi və mülki məqsədli hava limanının yaxınlığında yerləşir. == Mədəniyyət == Şəhərdə Kanqe Təhsil Universiteti, Kanqe Texnologiya Universiteti və Kanqe Tibb Universiteti yerləşir.
Maddə
Maddə — materiyanın bir mövcudluq forması olub, sahədən fərqli olaraq, fiziki kütləyə malikdir. Maddə elementar hissəciklərdən ibarətdir. Cisimlər maddədən əmələ gəlir. Maddələr molekullardan, molekullar isə atomlardan yaranıb. Onları ancaq xüsusi mikroskoplarla görmək olar. Sahə maddədən fərqli olaraq kəsilməzliyə malikdir. Məsələn, elektromaqnit, qravitasiya sahələri, elementar hissəciklərin dalğavari sahələri və s. Maddə ilə sahə ayrı-ayrı hissəciklərdən ibarətdir. Onların fərqləndirilməsi maddi dünya haqqında təsəvvürlərin genişləndirilməsinə gətirib çıxardıb. Maddələr sıxlığa malikdir, fiziki sahənin isə bu xarakteristikası yoxdur.
Çadan
Çadan — Rusiya Federasiyasında yerləşən şəhər. Tıva Respublikasınana daxildir.
Çadgan
Çadigan — İranın İsfahan ostanının şəhərlərindən və Çadigan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,037 nəfər və 1,872 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan (şamlılar, bayatlar və inanlılar) ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.Bu şəhərin adı "çatdamaq" və ya "çatmaq" sözündən gəlibdir.
Çadır
Çanqze
Çanqze (tib. བྱང་རྩེ) — Everest dağından şimalda, Çinin Tibet Muxtar Bölgəsindəki əsas Ronqbuk və Şərqi Ronqbuk buzlaqları arasında yerləşən bir dağ. Şimali Aşırımı vasitəsilə Everest dağına bağlanır. Müasir Çin xəritələrində hündürlüyü 7,543 metr (24,747 ft) olaraq verilir. Bəzi mənbələrdə isə dağın hündürlüyü 7,583 metr (24,879 ft) olaraq qeyd edilir. Changtse buzlağı şimaldan Şərqi Ronqbuk buzlağına axır. Dünyadakı üçüncü ən yüksək gölün 6,216 metr (20,394 ft) hündürülüyü olan Çanqze buzlağında olması mümkündür. == Tarixi == Çanqzeyə ilk dəfə 1924-cü ildə Corc Mallori və Andrev İrvine ayaq basdı. Onlar Şərqi Ronqbuk buzlağındakı düşərgə yerlərini kəşf etmək üçün Çanqzenin şərq silsiləsinə qalxmışdılar. 1935 Everest ekspedisiyası zamanı Erik Şipton, Edmund Viqram və Bill Tilman Şimal zirvəsinə cəhd etdilər.
Haqqə surəsi
69-cu surə
Kristian Lanqe
Kristian Lous Lanqe — (17 sentyabr 1869[…], Stavanqer[d], Ruqalann[d] – 11 dekabr 1938[…], Oslo) Norveçli tarixçi, müəllim və politoloq. O, internasionalizm nəzəriyyəsi və praktikasının dünyadakı ən qabaqcıl təmsilçilərindən biri idi. == Həyatı == Kristian Lanqe Stavanqerdə anadan olub. Onun atası hərbi mühəndis idi və tarixçi Kristian Kristof Andreas Lanqenin nəvəsi idi. O,1887-ci ildə orta məktəbi bitirdikdən sonra, səyahət etməyə və Oslo Universitetində tarix, ingilis və fransız dillərini öyrənməyə davam etdi. 1893-cü ildə filologiya elmləri namizədi dərəcəsinə yiyələndi. Uzun illər orta məktəblərdə müəllimlik etdi və doktorluq dərəcəsinə yiyələnmək üçün Oslo Universitetinə müraciət etdi. == Karyerası == 1899-cu ildə, Parlamentlərarası Birliyin Oslo konfransını təşkil edən komitənin katibi təyin edildikdə, müxtəlif ölkələrin parlamentariləri arasında müzakirələrin aparılmasına həsr olunmuş təşkilatın, internasionalist hərəkatının ilk rəsmisi oldu. Növbəti il,Norveç Parlamentinin Nobel Komitəsinin katibi elan edildi və 1909-cu ildə vəzifəsindən imtina etməsinə baxmayaraq,Norveç Nobel İnstitutunun ilk günlərində əsas rol oynayacaqdı. Bu müddət ərzində İkinci Haaqa Sülh Konfransının Norveç texniki nümayəndəsi oldu.
Loya cirgə
Loya cirgə (puşt. لويه جرګه Böyük Şura)—ümuməfqan ağsaqqaları şurası. Ümuməfqan şurası olan Loya cirgə (Böyük Şura) Əfqanıstan tarixində dövlətin ictimai-siyasi həyatının ən mühüm məsələlərinin həllində böyük əhəmiyyət kəsb edib. Əfqanıstanda aşağı palatası (Xalq Şurası) xalq tərəfindən seçilən, yuxarı palatası (Senat) şah tərəfindən təyin olunan ilk müasir tipli parlament 1931-ci ildə formalaşıb. 1973-cü il şah rejimi devrilib respublika yaradılanda parlament buraxılıb və bir daha çağırılmayıb. 1978-ci il kommunist çevrilişindən sonra da parlament seçkiləri keçirilməyib. Nəhayət, 1988-ci ildə parlamentə çoxpartiyalılıq əsasında seçkilər keçirilib. 1990-cı ildə kommunist rejimini devirib hakimiyyətə gələn taliblər də parlamentsiz keçiniblər. 2001-ci ildə Əfqanıstana ABŞ qoşunları yeridiləndən sonra qəbul edilən 2003-cü il Konstitusiyasına əsasən, 2005-ci ildə ikipalatalı parlamentə - Milli Şuraya seçkilər baş tutub. == İkipalatalı parlament - Milli Şura == Əfqanıstan parlamenti ikipalatalıdır - Xalq Şurası və Ağsaqqallar Şurası.
Maddə 22
«Maddə 22» (ing. Catch-22) — amerikalı yazıçı Jozef Hellerin qara yumor və satira janrında olan romanı. Roman 1953-cü ildə yazılmağa başlamış və ilk dəfə 1961-ci ildə çap edilmişdir. Əsərdə hadisələr İkinci dünya müharibəsi illərində cərəyan edir. XX əsrin ən yaxşı əsərlərindən biri hesab olunur. == Maraqlı faktlar == Əsərin baş qəhrəmanı Yossarian yazdığı məktublara məşhur amerikalı yazıçı Vaşinqton İrvinqin adı ilə imza atır. Belə imza atmaq onu bezdirdikdə isə ad və soyadın yerini dəyişib imza atır. Romanın mətnində Yossarian assuriyalı adlanır. Romanın davamı sayılan "Bağlanma vaxtı" əsərində Yossarian dostlarına deyir ki, onun adı milliyətcə assuriyalı olan dostu Frensis Yohannenin adının sintezindən əmələ gəlib. Əsər çap olunduqdan sonra "Maddə 22" ifadəsi ABŞ-də çox məşhurlaşır.
Maddə miqdarı
Maddə miqdarı — Maddədə olan eyni tipli struktur vahidlərin miqdarını müəyyən edən fiziki kəmiyyətdir. Struktur vahidi dedikdə maddənin təşkil olunduğu istənilən zərrəciklər (atomlar, molekullar, ionlar, elektronlar və başqa hissəciklər) başa düşülür. Maddə miqdarı, adətən, n {\displaystyle n} (en) latın və ya ν {\displaystyle \nu } (nü) yunan hərfləri ilə ifadə olunur. Lakin, məktəb kursunda ν {\displaystyle \nu } yunan hərfindən istifadə geniş yayılmışdır. Həm Beynəlxalq vahidlər sistemində (BS), həm də SQS sistemində maddə miqdarının ölçü vahidi mol qəbul edilmişdir ( [ ν ] = m o l ) {\displaystyle ([\nu ]=\mathrm {mol} )} . Maddə miqdarı fiziki kəmiyyət olaraq molekulların N {\displaystyle N} sayının N A {\displaystyle N_{A}} Avoqadro sabitinə nisbətinə bərabərdir: ν = N N A {\displaystyle \nu ={\frac {N}{N_{A}}}} Başqa sözlə, maddə miqdarı struktur vahidlərinin nisbi sayını təyin edir. ν {\displaystyle \nu } maddə miqdarını maddənin m ( m = m 0 N ) {\displaystyle m\ \left(m=m_{0}N\right)} kütləsinin M ( M = m 0 N A ) {\displaystyle M\ \left(M=m_{0}N_{A}\right)} molyar kütləsinə nisbəti kimi də tapmaq olar: ν = m M {\displaystyle \nu ={\frac {m}{M}}} Burada m 0 {\displaystyle m_{0}} kəmiyyəti molekulun kütləsidir.
Manqe Sisse
Manqe Sisse Cibrila (fr. Mangué Cissé Djibrila, d. 17 oktyabr 1945 — ö. 30 sentyabr 2009, Abican, Kot-d'İvuar) — Müdafiəçi mövqeyində oynamış olan keçmiş Kot-d'İvuar futbolçusu. Manqe Sisse 17 oktyabr 1945 tarixində Fransanın koloniyalarından biri olan Kot-d'İvuarın Abican şəhərində anadan olmuşdur. 1970-ci ildə Afrika Millətlər Kubokunun yarı finalında oynamışdır. 7 uşağı olan Manqe Sisse, Fransa peşəkar futbolçusu Cibril Sissenin atasıdır. Manqe Sisse 30 sentyabr 2009 tarixində, 63 yaşında uzun çəkən bir xəstəlikdən vəfat etmişdir.
Mik Caqqer
Ser Maykl Filip (Mik) Caqqer (ing. Sir Michael Philip (Mick) Jagger; 26 iyul 1943, Dartford) — britaniyalı rok musiqiçi, aktyor, prodüser, Rolling Stones qrupunun qurucusu və vokalisti. == İlk illər == Maykl Caqqer 26 iyul 1943-cü ildə İngiltərənin Dartford şəhərində dünyaya gəlib. Onun ailəsinin incəsənətlə heç bir əlaqəsi olmayıb. Atası Basil Fanshawe "Joe" Jagger (13 aprel 1913 – 11 noyabr 2006) məktəbdə müəllim işləyirdi, anası Eva Ensley Mary (6 aprel 1913 – 18 may 2000) isə bərbər, həmçinin Mühafizəkarlar Partiyasında koordinator idi. Caqqerin kiçik qardaşı Kris Caqqer (19 dekabr 1947) də musiqiçidir. Valideynlər oğlunu iqtisadçı kimi görmək arzusunda idilər. Ona görə də çalışırdılar ki, onu nüfuzlu London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinə qəbul etsinlər. Mayklı təhsil çox az maraqlandırırdı. Mahnı oxumaq uşaqlıqdan onun ən sevimli məşğuliyyəti idi və o, ümid edirdi ki, nə vaxtsa böyük səhnəyə gələcək.
Mürəkkəb maddə
Mürəkkəb maddə — Bir neçə növ element atomlarından təşkil olunan kimyəvi birləşmə. Mürəkkəb maddələr bəsit maddələrdən fərqli olaraq böyük qruplara bölünürlər və müxtəlif növ atomlardan əmələ gəlmiş olurlar. Mürəkkəb maddələrin müxtəlif növ atomlardan təşkil olunduğunu sübut etmək üçün kimyəvi təcrübələrdən istifadə edirlər. Məsələn, suyun sabit elektrik cərəyanının tə — siri ilə oksigen və hidrogen qazlarına parçalanmasını təcrübədə asanlıqla müşahidə etmək olar. Bunun üçün içərisində su olan aşağıdakı cihazı (Hofman cihazını) dövrəyə qoşaq. Borudan çıxan qazın oksigen olduğunu, "Həyat bilgisi" kursundan bildiyiniz kimi, közərmiş çöplə yoxlamaq olar. Hidrogen qazını yoxlamaq üçün borudan çıxan qazı kiçik sınaq şüşəsinə yığıb spirt lampasının alovuna tuturuq. Bu zaman kiçik "pax" səsi eşidiləcəkdir. Hava qarışığı olmayan hidrogen isə sakit, rəngsiz alovla yanır. Deməli, su iki müxtəlif element atomlarından—hidrogen (H) və oksigendən (O) ibarətdir, yəni o, mürəkkəb maddədir.
Oskar Lanqe
Oskar Rışard Lanqe (pol. Oskar Ryszard Lange; 27 iyul 1904[…] – 2 oktyabr 1965[…], London) — polşalı iqtisadçı, ekonometrik, siyasi və ictimai xadim. == Həyatı == Əsas elmi məsləhətçisi Adam Krzyżanowski idi. 1927-ci ildə Hüquq elmləri üzrə magistr dərəcəsini və 1928-ci ildə Krakov Universitetində hüquq elmləri doktoru dərəcəsini alıb. 1929–30-cu illərdə London İqtisadiyyat Məktəbində oxudu. 1931-ci ildə Krakov Universitetində müəllim oldu. 1935-ci ildə ABŞ-yə getdi və Miçigan Universitetində dərs deməyə başladı. 1938–1945-ci illərdə Çikaqo Universitetində dərs demişdir. 1927–1947-ci illərdə Polşa Sosialist Partiyasının üzvü, 1948-ci ildən PBİP üzvü. 1945-ci ildə Polşaya, 1945–1947-ci illərdə Polşa Xalq Respublikasının ABŞ-dakı səfiri, 1947-ci ilin yanvar-dekabr aylarında Polşa Xalq Respublikasının BMT-də və Təhlükəsizlik Şurasında təmsilçisi oldu.