Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Clear (Unix)
clear — Unix əməliyyat sistemlərində ekranı (terminalı) təmizləmək üçün istifadə olunan komandadır.
Elmar Qasımov (Eldar oğlu)
Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən). == Həyatı == Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya üzrə fəlsəfə doktorudur. 1995–1999-cu illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. === Ailəsi === Ailəlidir, iki övladı var. == İctimai-siyasi fəaliyyəti == 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb.
Allar
Allar (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Allar (Gorus) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd.
Altar
Altar (isp. Gran Desierto de Altar) — Meksika ərazisində yerləşən Sonora səhrasının təribini hissəsini təşkil edən qumlu səhra. Səhra Kaliforniya körfəzinin şimal sahillərində qərarlaşır. Uzunluğu 40 km, eni isə 100 km təşkil edir.
Alvar
Toponimlər
Calea
Kaleya (lat. Calea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonim == Aschenbornia S.Schauer Brasilia G.M.Barroso Geissopappus Benth. Mocinna Lag.
Caqar
Caqar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bəzi tədqiqatçıların fikrincə, toponim türk dillərindəki caqar (qaladan kənarda divarla əhatə olunmuş, möhkəmləndirilmiş yer) sözü ilə bağlıdır. Lakin caqar sözü dilimizdə "cadarlanmaq" mənasında da işlənir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 417 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Kənd Qızılqaya dağının (Böyük Qafqaz) yamacında yerləşir. == İqtisadiyyatı == Rayon ərazisində çəkilmiş və 1973-cü ildə istifadəyə verilmiş Caqar-Cibir kanalı bu ərazilərin həqiqətən də susuz olduğunu göstərir. Samurçaydan başlanan bu kanal 45.6 km. uzunluğa malik olub, Qusar rayonu ərazisində 4 min ha. torpaq sahəsinin suvarılmasına xidmət edir.
Cokar
Cövkar — İranın Həmədan ostanının Məlayir şəhristanının Cövkar bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,209 nəfər və 548 ailədən ibarət idi.
Cupar
Cupar— İranın Kirman ostanının Kirman şəhristanının Mahan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,830 nəfər və 1,054 ailədən ibarət idi.
Eldar
Eldar — kişi adı. Eldar Qasımov — azərbaycanlı müğənni, Eldar Hacıyev — Azərbaycan Rəssamlar İttifaqının (1997-ci il) üzvü. Eldar Mamayev — rusiya futbolçusu, müdafiəçi. Eldar Məmmədbəyli — Eldar Qasımov (alim) — Tibb elmləri doktoru, professor Eldar Zülfüqarov — professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (2000–2011-ci illər). Eldar Şəfiyev — Rəssamlar İttifaqının üzvü Eldar Əliyev Eldar Əliyev — . Eldar Əliyev — balet ustası. Eldar İsmayıl — şair. Eldar Həsənli — şair.
Elmar
Elmar — Azərbaycanlı kişi adı. Elmar Vəliyev — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı.
İlqar
İlqar — Kişi adı və təxəllüs. İlqar Məmmədov İlqar Məmmədov (riyaziyyatçı) — Azərbaycanlı alim. İlqar Məmmədov (siyasətçi) — siyasətçi, Respublikaçı Alternativ hərəkatının sədri. lqar Məmmədov (hərbçi) — Ali Hərbi Məktəbin rəisi. İlqar Məmmədov (idmançı) — Azərbaycanlı qılıncoynatma ustası, rapiraçı.
CAESAR
CAESAR (CAmion Équipé d'un Système d'ARtillerie) Fransa istehsalı olan zirehli haubitsadır.
Cream
Cream — İngiltərə rok qrupu. Qrupun üzvləri Cek Brüs (bas gitara), Erik Klepton (gitara) və Cincr Beyker (zərb alətləri) olmuşdur. Cream ilk super-qrup hesab olunur. Qrup üzvləri instrumental ifa bacarıqlarına görə yüksək qiymətləndirilmişdir. Qısamüddətli üç illik fəaliyyəti ərzində qrup dörd albom buraxmışdır: "Fresh Cream" (1966), "Disraeli Gears" (1967), "Wheels of Fire" (1968) və "Goodbye" (1969). "Disraeli Gears" albomunun buraxılış ərəfələrində prodüser və multi-instrumental ifaçısı Feliks Pappalardi studiyada qrupa qoşulmuşdur. Onların musiqisi blüz-rok, psixodeliya və hard rok kimi rok musiqi janrlarını əhatə edirdi. Cream fəaliyyət müddətində dünya üzrə 15 milyondan çox səsyazma nüsxəsi satmışdır. Qrupun üçüncü albomu, "Wheels of Fire" (1968) ilk platin-satışlı cüt albom olmuşdur. Onlar "Sunshine of Your Love" (1967) və "White Room" (1968) kimi mahnılarla beynəlxalq hitlərə imza atmışdır.
Lesar
Lesar (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Eldar Qurban
Eldar Qurban (1948) — rəssam, Azərbaycanın Əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Eldar Qurbanov Ə. Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq, sonra da Azərbaycan Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirmişdir. 1973-cü ildə o, ilk dəfə olaraq rəsm sərgisində iştirak edir. 1989-cu ildə isə rəssam Xəzəryanı respublikaların Biennalesində "Şair və Muza" əsərinə görə birinci dərəcəli diplom və qızıl medala layiq görülür. 1994-cü ildə Azərbaycan Rəssamlar İttifaqının Sultan Məhəmmədin xatirəsinə həsr olunmuş müsabiqəsinin laureatı olur. Onun fərdi sərgiləri 1997-ci ildə Almaniyada, madam Raapın salonunda və Türkiyədə uğurla keçmişdir. Hazırda Musiqili Komediya Teatrında teatr rəssamı kimi fəaliyyət göstərir. Gənc Tamaşaçılar Teatrında "Dədə Qorqud" tamaşasına tərtibat verib. Elçin Məmmədovla birlikdə Naxçıvan teatrında "Elektra" üzərində işləmişdir. Eldar Qurbanov eyni zamanda bir çox beynəlxalq sərgilər — "Azərbaycanın bütün nəğmələri" (Rusiya), Beynəlxalq rəssamlıq simpoziumu (ABŞ) və digər sərgilərin iştirakçısıdır.
Eldar Qəhrəmanov
Eldar Əvəz oğlu Qəhrəmanov (30 yanvar 1948, Vartaşen) — Azərbaycan Universitetinin keçmiş rektoru. Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, Azərbaycan Universitetinin İnzibati idaerəetmə kafedrasının müdiri. == Həyatı == Eldar Qəhrəmanov 1948-ci ildə Oğuz rayonunda anadan olmuşdur. 1966–1970-ci illərdə M. Qorki adına Türkmənistan Dövlət Universitetinin İqtisadiyyat fakültəsində ali təhsil almış, Türkmənistan SSR-in Mərkəzi Statistika sistemində fəhlə, daha sonra sənaye, nəqliyyat və rabitə statistikası şöbələrində iqtisadçı vəzifəsində çalışmışdır. 1970–1974-cü illərdə Azərbaycana qayıdaraq Oğuz rayonunun kolxozlararası tikinti idarəsində inşaat texniki, mühasib və iqtisadçı vəzifələrində çalışmışdır. 1974–1978-ci illərdə Oğuz rayon məlumat hesablama stansiyasının rəisi vəzifəsinə, 1978-ci ildən Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinə dəvət edilərək Kənd təsərrüfatı statistikası şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş, kollegiya üzvü seçilmişdir. Eldar Qəhramnov, 1981–1989-cu illərdə Azərbaycan KP MK-nın aparatında Kənd təsərrüfatı və yeyinti sənayesi şöbəsində təlimatçı, daha sonra Kənd təsərrüfatı elmi və iqtisadiyyatı sektorunun müdiri işləmişdir. 1990-cı ildə Bakı Politologiya İnstitutundakı təhsilini başa vuraraq politoloq ixtisasına yiyələnmişdir. 1989–1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışan Eldar Qəhrəmanov əski statistika sisteminin transformasiyasına, milli statistika konsepsiyasının hüquqi və metodiki bazasının yaradılmasına, onun rəsmi və etibarlı beynəlxalq ünsiyyət vasitəsinə çevrilməsi prosesinə rəhbərlik etmişdir. Bazar iqtisadiyyatının keçid mərhələsinə dair təhlili məruzələri, aqrar islahatın istiqamətləri haqqındakı təklifləri yüksək qiymətləndirilən Eldar Qəhrəmanov 1994-cü ildən Azərbaycan Respublikasın Ali Sovetinin (Milli Məclisin) ekspert işçi qrupunun üzvü təyin edilmişdir.
Eldar Ryazanov
Eldar Aleksandroviç Ryazanov (rus. Эльдар Александрович Рязанов; 18 noyabr 1927[…], Samara – 30 noyabr 2015, Moskva) — Rusiya və Sovet kinorejissoru, ssenarist, aktyor, prodüser və şairi. SSRİ xalq artisti (1984). == Həyatı == Eldar Ryazanov 18 noyabr 1927-ci ildə Samarada Aleksandr Semyonoviç Ryazanov və Sofi Mixaylovna Ryazanovanın ailəsində anadan olmuşdur. Tezliklə bu ailə Moskvaya gəlir. 1930-cu illərdə ailə dağılır və gələcək kinorejissor anası ilə qalmalı olur. Eldar Ryazanov hələ uşaqlığından kitab oxumağı çox sevirdi. Yazıçı olmaq niyyətində idi, səyahətlər haqqında düşünürdü. Hətta məktəbi qurtarandan sonra Odessa dəniz məktəbinə ərizə göndərmişdi. Lakin elə bu vaxtlar müharibə başladı və Eldar artıq cavab gözləmədi.
Eldar Rzayev
Eldar Rzayev (azərb. Rzayev Eldar Həmid oğlu‎; 17 iyul 1968) — Azərbaycan Respublikası Prezidentin Protokol xidmətinin rəisinin müavini — Birinci vitse-prezidentin protokol sektorunun müdiri, 2-ci dərəcəli dövlət müşaviri, fövqəladə və səlahiyyətli səfir. == Həyatı == Eldar Həmid oğlu Rzayev 17 iyul 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir, daha sonra Fransa Respublikasının Milli Administrasiya Məktəbinin (ENA) ixtisasartırma kurslarında təhsilini davam etdirmişdi. Hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyinə 1994-cü ildə Gənclər və İdman Nazirliyində başlamışdır. 1995-ci ildən etibarən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsində müxtəlif vəzifələrdə işləmiş, o cümlədən Dövlət Protokolu İdarəsinin rəis müavini olmuşdur. 2003-cü ildə Vatikan Dövlətinin Müqəddəs Böyük Qreqori (Ordine di San Gregori Magno) ordeni ilə təltif olunmuşdur. 2004-cü ilin mayında Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətində işə başlamış, 2005–2007-ci illər arasında Prezidentin Protokol xidmətinin Protokol təminatı sektorunun müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 may 2007-ci il tarixli Sərəncamı ilə Eldar Həmid oğlu Rzayev Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini — sektor müdiri vəzifəsinə təyin edilmişdir.
Eldar Rüstəmov
Eldar Səid oğlu Rüstəmov — Azərbaycan bəstəkarı.[mənbə göstərin] == Həyatı == Eldar Rüstəmov 13 iyul 1946-cı ildə anadan olub. Skripka və piano üçün Sonata (1990), "Sən gedəndən" romansı (1991), solist, xor və simfonik orkestr üçün "Heyranam, Vətən" Odası (1992), Solo skripka üçün Sonata (1994), 2 akapella xoru – "Səadət nəğməsi", "Bahar" (1996), "Düşdü yada" romansı (1998), kiçik tərkibli simfonik orkestr üçün "Meşə nağılı" Süitası (1999), "Bir də baxsan mənə" akapella xoru (2001), Xor və simfonik orkestr üçün işləmələr (1990–2001), "Подземная история" (1993), "Haqqın səsi" (1994) sənədli filmlərinə musiqi və başqa bəstələrinin müəllifidir.
Eldar Sabiroğlu
Eldar Sabir oğlu Səfərov (4 yanvar 1957, Zəhmət, Zəngibasar rayonu) — Azərbaycanın dövlət, hərbi siyasi və ictimai xadimi, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri (1994–2000), 1998-ci ildə prezident seçkilərində prezidentliyə namizəd Heydər Əliyevin mətbuat katibi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi (2007–2013). == Həyatı == Eldar Səfərov 1957-ci il yanvarın 4-də Zəngibasar rayonunun Zəhmət qəsəbəsində anadan olub. Zəhmət qəsəbəsindəki orta məktəbi bitirmişdir. Ardınca Ermənistan Dövlət Pedaqoji İnstitutunda filologiya üzrə, Ali Partiya Məktəbində politologiya üzrə, Bakı Dövlət Universitetində isə hüquq üzrə ali təhsil almışdır. 1979–1980-ci illərdə Sovet Ordusunun həqiqi hərbi xidmətdə olmuşdur. Rus, erməni, türk dillərini bilir. 2 övladı var. == Üzvlükləri == Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur (1994-?). 1983-cü ildə SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Eldar Salayev
Eldar Yunis oğlu Salayev (31 dekabr 1933, Naxçıvan – 20 iyun 2022) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, akademik, 1983–1997-ci illərdə Azərbaycan EA-nın prezidenti, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972). == Həyatı == Eldar Salayev 1933-cü ildə dekabrın 31-də Naxçıvan şəhərində dünyaya gəlmişdir. 1970–1973-cü illərdə Azərbaycan EA Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini. 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almışdır. 1979-cu ildən professordur. 1980-ci ildə EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1983–1997-ci illərdə Azərbaycan EA-nın Prezidenti seçilmişdir. Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır. İslam Akademiyasının üzvüdür. 20 iyun 2022-ci ildə vəfat etmişdir.
Eldar Sultanov
Eldar Bəşir oğlu Sultanov — Polis zabiti və Çernobıl faciəsində likvidator. == Həyatı == === Erkən illəri === 1972-ci ildə Bakıda polis kimi işə başlayıb. 1974-cü ildə Ukraynaya təyinat alıb. === Çernobıl faciəsi === 1986-ci il aprelin 26-da Çernobıl faciəsi baş verəndə, Eldar Sultanov Ukraynanın Qostomel şəhərində polis zabiti idi. Qəzadan bir neçə gün sonra, axşam xəbərlərində Çernobıl alovlara bürünmüş nüvə zavodunu görəndən sonra, hərbi komissarlığa yollanaraq, könüllü olaraq xilasetmə əməliyyatlarında iştirak etmək qərarına gəlir. Hadisə zamanı, bir çox könüllü kimi sənəd imzalayaraq, bütün məsuliyyəti öz üzərinə götürmüşdü. İşə başlayandan bir neçə həftə sonra şualanma Sultanova da təsir etdi. O bir ay müddətində xəstəxanada müalicə aldı, daha sonra yenidən təmizləmə işlərinə geri qaytarıldı. Bir il sonra, 1987-ci ilin may ayında, o, yarı iflic olmuş vəziyyətdə zəhərli bölgəni tərk etdi. O, Kiyevdəki xəstəxanada 5 ay müddətində radiasiyaya qarşı müalicə aldı.
Elmar Abdullayev
Abdullayev Elmar Şahmar oğlu — Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş mühəndisi, texnika elmləri doktoru. == Həyatı == Elmar Abdullayev 26 yanvar 1947-ci ildə Goranboy rayonunun Şəfəq kəndində anadan olub. 1953-cü ildə R.Qulubəyov adına Şəfəq kənd orta məktəbinə daxil olub. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirib. 1970-ci ildə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasına daxil olmuşdur və bu günə kimi əmək fəaliyyətini bu institutda davam etdirir. 1977-ci ildə namizədlik, 2003-cü ildə isə doktorluq dissertasiyası müdafiə edərək neft-kimya ixtisası üzrə texnika elmləri doktoru adına layiq görülmüşdür. Dissertasiya işi Ali Attestasiya Komisiyası tərəfindən kimya sahəsində 2003-cü ilin ən yaxşı işi kimi qəbul olunmuşdur. 1978-ildə SSRİ XTNS-nin bürünc medalını qazanmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 1973-1978 illərdə kiçik elmi işçi, 1978-1994-cü illərdə baş elmi işçi, 1994-2004-cü illərdə aparıcı elmi işçi, 2004-2012-ci illərdə laboratoriya rəhbəri, 2012-2014-cü illərdə baş texnoloq, və hal-hazırda institutun baş mühəndisi vəzifəsindədir. Kimya və texnika üzrə 4 fəlsəfə doktoru hazırlamışdır.
Elmar Babanlı
Şəhid Mirzəyev Elyar Cəlal oğlu
Çabar
Çabar (fars. چابار‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 46 ailədə 72 nəfəri kişilər və 67 nəfəri qadınlar olmaqla cəmi 139 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Çahar
Çahar — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Çapar
Çapar haqqında aşağıdakı məqalələr var: Çapar (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunun inzibati ərazi vahidində kənd. Çapar (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Çapar (Zəncan) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. Çapar (peşə) — qədim dövrələrə aid Atlı poçtçular. Çapar (jurnal) — Azərbaycanda jurnal.
Çezar
Çezar — 18 fevral 1980-ci ildə anadan olan Rumıniyalı müğənni. Çezar 2013 Avroviziya Mahnı Müsabiqəsində Rumıniyanı "It's My Life" mahnısı ilə təmsil edib və öz ölkəsinə 14-cü yeri qazandırıb.
Çilər
Çilər (İsp. Chilenos) — Çili milli etnik qruplar. Çilər əksəriyyəti Çili yaşayır baxmayaraq, əhəmiyyətli icmalar çox ölkələrdə, ən xeyli Argentina və ABŞ-də yaradılıb. Digər böyük Çili icmalar Avstraliya, Kanada və İsveç var. sıra kiçik olsa da, Çili xalqı da Antarktida və Falkland adaları daimi əhalisinin böyük hissəsini təşkil edir.
Çinar
Çinar — Çinarkimiklər fəsiləsindən olan bitkidir. Latınca "Platanaus", rus dilində "Платан", "Чинар" adlanır. Yüngül, möhkəm, gözəl cizgili oduncağından faner, parket və s. hazırlanır. Dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir. Nadir və nəsli kəsilməkdə olan bitki kimi Azərbaycanın "Qırmızı Kitab"na daxil edilmişdir. Azərbaycan florasında Barmaqyarpaq çinar növü vardır. Mərkəzi Nəbatat Bağınin Pokatan təcrübə sahəsində əkilib becərilir. Bir çox növləri şəhər yaşıllaşdırmasında istifadə edilən qiymətli dekorativ bitkilərdir. Bu bitkiyə Şimal yarımkürəsində, əsasən Aralıq Dənizində, Şimali Amerikada, Orta və Kiçik Asiya, həmçinin cənub-qərbi və Mərkəzi Avropada yayılmış təxminən on xəzan və həmişəyaşıl növ daxildir.
Çobar
Çubər — İranın Gilan ostanında yerləşən şəhər. Çobar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 1,481 nəfər yaşayır (374 ailə).
Çuvar
Çuvar — İranın İlam ostanının İlam şəhristanının Çuvar bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5,574 nəfər və 1,080 ailədən ibarət idi.
Cəlal
Cəlal — ad. Cəlal Əliyev (siyasətçi) — azərbaycanlı elm, dövlət və siyasi xadim; Professor Cəlal Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Cəlal Vəzirov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cəlal Tələbani — İraq prezidenti (2005–2014). Cəlal Ağayev — Azərbaycan Silahlı Qüvvələrinin giziri Cəlal Mahmudov — texnika elmləri doktoru, professor. Cəlal İslamov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Çomar
Çomar — Rəcəb Tayyib Ərdoğanı kor-koranə dəstəkləyən stereotip fanat, dindar, milliyətçi, mühafizəkar və savadsız türklərə istinad etmək üçün istifadə edilən türkcə jarqon. Bu söz əvvəlcə Anadolunun kənd yerlərində sahibinə hədsiz sədaqətləri ilə tanınan iri çoban itləri üçün istifadə edilmişdir. Buna baxmayaraq, bu, Gəzi parkı etirazlarından sonra siyasi sözə çevrilmişdir. Bu söz mahiyyət etibarı ilə "rednek"in türkcə variantıdır. Türk Dil Qurumu bu sözün başqa bir mənasını "dözümsüz, kobud, aqressiv insan" kimi vermişdir.