Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elek Benedek
Elek Benedek (mac. Benedek Elek; 30 sentyabr 1859 – 17 avqust 1929) — Macarıstan jurnalisti və yazıçısı. == Həyatı == Transilvaniyanın Betsaniy Miç yaşayış məskənində anadan olmuşdur. İlk olaraq Sekeyudvarxey, daha sonra isə Budapeştdə təhsil almışdır. Şagird olarkən Cob Şebeşi ilə Macarıstan folklor elementlərini toplamağa başlamışdı. Nəticəsə "Transilvaniyanın xalq nağılları" (ing. Transylvanian Folk Tales) adlı kitab toplusunu formalaşdırdı. İlk dəfə Budapeşt qəzetində və daha sonra isə, digər mətbu orqanlarda journalist kimi fəaliyyət göstərməyə başladı. 1887–1892-ci illərdə Budapeştdə Macarıstan Parlamentinin üzvü olmuşdur. Parlamentdəki çıxışlarında gənclərin ədəbiyyata marağı və "Folklor poeziyası", xalq yaradıcılığının dili və ictimai təhsillə bağlı bir sıra məsələlərə toxunmuşdur.
İlona Elek
İlona Elek (mac. Ilona Elek; 17 may 1907, Budapeşt – 24 iyul 1988, Budapeşt) — Macarıstan olimpik qılıncoynatma çempionu, rapiraçı. O, macar tarixində qılıncoynatma sahəsi üzrə ən çox çempion olmuş qadın qılıncoynatma ustasıdır. İlona Elek 1907-ci ilin may ayının 17-də yəhudi əsilli ata ilə rumın əsilli ananın qızı olaraq dünyaya göz açmışdır. İlona Elek 3 dəfə Macarıstanı olimpiya yarışlarında təmsil etmiş, 2 qızıl, 1 gümüş medal qazanmışdır. Qılıncoynatma növü üzrə dünyanın ən məşhur idmançılarından biri hesab edilir. O, 1946-1947, 1949-1950 və 1952-ci illərdə ölkə çempionatlarında qılıncoynatmanın rapira növü üzrə çempion olmuşdur. Bundan başqa 1934, 1935, 1951-ci il Dünya Çempionatlarında qızıl, 1937-1954-cü illərdə gümüş, 1955-ci ildə isə bürünc medal qazanmışdır. İlona Elek Olimpiya oyunlarında fərdi yarışlar üzrə iki qızıl medal qazanan ilk idmançı qadındır. Yəhudi əsilli Elek 1936-cı ildə keçirilən Yay Olimpiya Oyunlarında özü kimi yəhudi əsilli idmançı Helen Mayeri məğlub edərək qızıl medal qazanmışdır.
Dünya Elektron Kitabxanası
Dünya Rəqəmsal Kitabxanası — 21 aprel 2009-cu ildə Dünya Elektron Kitabxanası saytının rəsmi açılışı olub. Bu kitabxanada pulsuz olaraq dünyanın hər yerindən nadir kitabları, əlyazmalarını oxumaq olar; filmlərə, şəkillərə baxmaq olar. Veb-saytın ünvanı: wdl.org. Saytdakı mətnlər dünyanın 7 əsas dilindədir − ərəb, çin, ingilis, fransız, portuqal,rus və ispan dili. UNESCO-nun və dünyanın 32 kitabxanasının birgə yaratdığı yeni kitabxananın məqsədi qiyməti olmayan nadir materialları hamı üçün əl çatan etməkdir. Dünya Elektron Kitabxanası yaratmağı 2005-ci ildə Amerika Konqresi Kitabxanasının rəhbəri Ceyms Billinqton təklif edib.
Elektrod
Elektrod — [elɛkˈtroːde] (electric, „elektrik“ und ὁδός hodós, „yol“ sözlərindən əmələ gəlmişdir) elektron keçiricisi olub qarşı tərəfdə yerləşən elektrodla bilrikdə aralarındakı mühitə təsir edir. Elektrodlar çox hallarda metaldan və ya qrafitdən düzəldilir. Onlar elektrik cərəyanını ötürmək üçün tətbiq edilirlər. Həmçinin kimyəvi reaksiyaların aparılmasında da elektrodlardan istifadə edilir. Məsələn, batareyyadan sink elketrodundan ayrılan ionlar məhlula keçdikdə cərəyan yaradırlar. Müsbət yüklü elektrod anod, mənfi yüklü isə katod adlanır.
Elektrodinamika
Elektrodinamika — elektrik yükləri arasında qarşılıqlı təsiri həyata keçirən elektromaqnit sahəsinin klassik nəzəriyyəsi. Klassik elektrodinamikanın əsas qanunları Maksvell tənliklərində təşəkkül tapmışdır. Bu tənliklər elektromaqnit sahəsinin əsas xarakteristikaları olan elektrik sahəsinin intensivliyinin (E) və maqnit induksiyasının (B) qiymətlərini vakuumda və makroskopik cisimlərdə elektrik yüklərinin və cərəyanların fəzada paylanmasından asılı olaraq təyin etməyə imkan verir. Klassik elektrodinamikada ayrı-ayrı yüklü zərrəciklərin yaratdığı mikroskopik elektromaqnit sahəsi makroskopik cisimlərdə elektromaqnit proseslərin klassik statistik nəzəriyyəsinin əsasını təşkil edən Lorens–Maksvell tənlikləri ilə təyin olunur; Lorens–Maksvell tənliklərinin ortalaması Maksvell tənliklərinə gətirir. Klassik elektrodinamikanın qanunları yüksəktezlikli (qısa dalğa uzunluqlu) elektromaqnit dalğaları, yəni kiçik fəza–zaman intervallarında baş verən proseslər üçün kafi deyil. Bu halda kvant elektrodinamikasının qanunları tətbiq olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, VII CİLD. İ. M. Nəcəfov. Müasir klassik elektrodinamika, I hissə.
Elektroenergetika sistemi
Elektroenergetika sistemi (EES) — mənbələrin, ötürücü və paylayıcı sistemlərin və elektrik enerjisi işlədicilərinin cəmidir. Elektrik şəbəkəsi — birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarımstansiyalarından, paylayıcı qurğulardan, kabel və hava elektrik veriliş xətlərindən ibarət olan elektrik qurğuları. Elektroenergetika sistemi (elektrik sistemi) — elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakının ümumi bir prosesi ilə əlaqələndirilmiş energetika sisteminin elektrik hissəsidir. Energetika sistemi — bir-biri ilə birləşdirilmiş və ümumi bir rejimlə əlaqələndirilmiş elektrik stansiyaları, elektrik enerjisi işlədiciləri və elektrik şəbəkələrindən ibarət texniki obyektdir. = Elektroenergetikanın inkişafının birinci mərhələsi [1] = Azərbaycanda elektroenergetikanın inkişafı tarixi XIX əsrdən təşəkkül tapıb. İlk dəfə olaraq 1897-ci ildə Bakının neft rayonunda Nobel qardaşları tərəfindən qoyuluş gücü 550 kVt olan elektrik stansiyası inşa edilib. 1901-ci ildə gücü 2000 at.q.-də olan Bibiheybət elektrik stansiyası, 1902-ci ildə isə Qara şəhərdə (indiki Ağ Şəhər), gücü 2000 at.q. olan elektrik stansiyası istismara verilib. 1913-cü ildə Bakı rayonunda 109,8 min kVt·st elektrik enerjisi istehsal edilib ki, onun da 95%-i neft sənayesinə, yalnız 5%-i ölkənin işıqla təminatına yönəldilib. Birinci dünya müharibəsi ərəfəsində fəaliyyət göstərən “Elektrik gücü” Səhmdar Cəmiyyətinin iki böyük elektrik stansiyasının ümumi gücü - 45,7 MVt təşkil edib.
Elektroenergetika sistemlərındə zədələnmələr və qeyri-normal rejimlər
Elektroenergetika sistemlərində müxtəlif zədələnmələrin və qeyri-normal rejimlərinin əmələ gəlməsi baş verə bilər. Zədələnmələrinin əsas növlərindən biri qısa qapanmalar sayılır. Qısaqapanma dedikdə normal iş rejiminin pozulması ilə nəticələnən üçfazalı elektrik qurğularında fazalar arası qapanma, neytralı bilavasitə və effektiv torpaqlanmış şəbəkələrdə fazanın yerlə qapanması və elektrik maşınlarında sarğılararası qapanma nəzərdə tutulur. Qısaqapanma elektrik dövrələrində fazalar arası və yaxud da faza ilə yer arasında izolyasiyanın pozulması zamanı yaranır. İzolyasiyanın pozulması bir neçə səbəbdən ola birlər. Məsələn, izolyasiyanın köhnəlməsindən, elektrik veriliş xətlərində (EVX) fazaların kənardan tullanmış əşyalar vasitəsilə qapanması, xəttin qırılıb yerə düşməsi, yer qazan zaman kabel xətlərinin mexaniki zədələnməsi, elektrik veriliş xətlərinə ildırımın düşməsi və s. Qısa qapanmalar cərəyanın kəskin artması, eyni zamanda gərginliyin azalması ilə müşayiət olunur. Cərəyanın artması elektrik avadanlıqlarının yolverilməz qızmasına və dinamiki zədələnmələrinə səbəb olur, bu da elektroenergetika sisteminin normal iş rejiminin pozulmasına gətirib çıxarır. Qısa qapanma zamanı cərəyanın artması şəbəkəyə daxil olan bütün elementlərin də gərginlik düşgülərinin artmasına gətirib çıxarır. Bunun nəticəsində şəbəkənin müxtəlif nöqtələrində gərginlik kəskin şəkildə aşağı düşür, qısa qapanma nöqtəsində isə hətta sıfır qiymətinə kimi azalır.
Elektroensefaloqrafiya
Elektroensefaloqrafiya və ya EEQ — baş beyinin summar elektrik aktivliyini qeydə və qiymətləndirmək üçün istifadə olunan nevroloji müayinə metodudur. Baş beyinin elektrik aktivliyi çox aşağı olduğuna görə, onu qeydə almaq üçün eletroensefaloqraf adlandırılan xüsusi yüksək həssaslığa malik qurğulardan və gücləndiricilərdən istifadə olunur. EEQ daha çox epilepsiya xəstəliyinin diaqnozunun qoyulmasında istifadə olunur. EEG bəzi hallarda komalar, beyin ölümü, yuxu pozulmalarının, ensefalopatiyaların diaqnostikasında istifadə olunur.Rutin EEG çəkilməsi 20-30 Beyini sıradan çıxarır.dəqiqə davam edir. == EEQ dalğaları == Delta ritmi - 0,5-3,5 Hz tezlikdə, normal yetkin şəxslərdə dərin yuxuda görünür. Teta ritmi - 4–7 Hz tezlikdə, normal yetkin şəxslərdə yuxunun ilk mərhələrində görülür. Alfa ritmi - 8–12 Hz tezlikdə, normal yetkin şəxslərdə gözlər oyanıq və qapalı olduğunda görülür. Beta ritmi- 13–38 Hz tezlikidə,normal yetkin şəxslərdə oyanıqlıq vəziyyətində görülür. == Epilepsiya və EEQ == Elektroensefaloqrafiya (EEQ) – epilepsiya diaqnozu qoyulması və epilepsiya sindromunun müəyyən edilməsi üçün istifadə olunur. Lakin bu metodun üstünlükləri və məhdudiyyətlərini bilmək lazımdır.
Elektroerrozion üsulu
Elektroerrozion üsulu- mexaniki emala tamamlayıcı bir üsul olub elektrik keçirən hissələrin hazırlanmasında tətbiq olunur. Mürəkkəb metallik hissələrin hazırlanmasında bu üsulun yeri əvəz olunmazdır. Çünki, frezləmə üsulunun tətbiqi verilən hissənin həndəsəsindən asılıdır. Böyük dərinlikdə (> 200 mm) yerləşən mürəkkəb konturların effektiv frezlənməsi alətin uzunluğunun məhdud olmasına görə və ya da dəqiqlik baxımından mümkün deyildir. Belə səthlərin emalını elketroerrozion üsulu ilə aparmaq əlverişlidir. Bu üsulun ən çox tətbiq olunduğu sahə dəmir tərkibli metal formaların hazırlanmasıdır. Elektroerrozion üsulunda metalların emalının iki variantını göstərmək olar: elektrodla emal; məftillə emal. Bü iki kəsmə variantını birləşdirən onların eyni fiziki prinsipə malik olmasıdır. Elektroerrozion üsulu ilk dəfə olaraq rus alimləri Lazarenko B.R. və Zolotıx B.N. tərəfindən ixtira edilərək, onun elekrtotermiki nəzəriyyəsi işlənmişdir. Prosesin iş prinsipi emal olunan səthlərin elektrolit bir mühitdə erroziyasına, yəni aşınmasına əsaslanır.
Elektrofiziologiya
Elektrofiziologiya — (yunan sözü olub elektrov-elektron, kəhrəba; logos-bilik deməkdir) fiziologiyanın bir bölməsi olub, orqanizmdə onun müxtəlif fəaliyyət növlərində- iradi, qeyri-iradi, törədilmiş və spontan, mikro və makro səviyyələrdə ayrı-arrı hüceyrələrin və liflərin sinaps və membranlarında bioelektrik fəallığının tədqiqindən tutmuş bütöv orqanizmin inteqrativ funksiyalarını qiymətləndirməyə imkan verən nəticələrin poliqrafik registrasiyasına kimi elektrik hadisələrini öyrənən sahəsidir. Elektrofiziologiyanın əsas tədqiqat obyekti sabit və dəyişkən cərəyanın təsiri şəraitində sinir və digər elementlərin, ayrı-ayrı orqanların və bütöv orqanizmin elektrik fəallığını öyrənməkdən ibarətdir. Hal-hazırda elektrofiziologiya fiziologiya və psixologiyanın, eləcə də təbabət və biofizikanın metodik bazasını təşkil edir. == Elektrofiziologiyanın tarixi == Elektrofiziologiyanın tarixi italyan həkimi, anatomu və fizioloqu Luici Qalvaninin adı ilə bağlıdır. Biolelekrik və ya heyvani elektrik hadisəsi haqqında təlimi eksperiment dəlillərilə ilk dəfə əsaslandıran italyan həkimi Luici Qalvani(1786) olmuşdur.Öz müşahidələrinə və təsadüfi hadisələrə əsaslanaraq belə nəticəyə gəlir:əzələdə heyvanı elektrik çərəyanı vardır,bu elektrik cərəyanı sinirdən müxtəlif təbiətli metalların iştırakı ilə əzələyə qayıtdıqda ona qıcıqlandırıcı təsir göstərir.L.Qalvani öz müşahidələrini və digər təcrübələrini "əzələ hərəkəti zamanı elektrik qüvvələri haqqıda traktat" (1791) əsərində izah etmişdir.Lakin L.Qalvaninin müasiri fizik Aleksandr Volta (1792) Heyvani elektrikin varlığı fikrini yanlış hesab edərək,onun kəşfinin mötəbərliyini şübhə altına aldı.Volta fiziki yollarla isbat etməyə çalışdı ki,Qalvaninin təcrübəsində əzələnin təqəllüsünə səbəb olan elektrik ,qövsün müxtəlif metaldan ibarət uclarının nəm mühitə (əzələyə) toxunmasından əmələ gəlir;sinir-əzələ preparatı isə qövsün uclarını əlaqələndirməklə dövrəni bağlayan adi naqil rolunu oynayır.XIX əsrinəvvəllərində elektrik ölçən cihazların tətbiqi ilə aparılan tədqiqatlarda müəyyən oldu ki, sakit vəziyyətdə əzələnin səthi müsbət ,daxili isə mənfi elektrik yükü daşıyır.Əzələnin təqəllüsü zamanı isə onun səthi və daxili arasindakı potensiallar fərqi azalır. Bunu nəzərə alaraq ,əzələnin sakit vəziyyətindəki potensiallar fərqini sükunət cərəyanı (sükunət potensialı), təqəllüs edən əzələdəki potensiallar fərqini isə fəaliyyət cərəyanı (fəaliyyət potensialı) adlandırdılar.XIX əsrin ortalarında K.Matteuççi (1840,1861) Qalvaninin təcrübələrini təkrarlamaqla yeni maraqlı hadisə qeydə aldı.O elektrik qıcığı təsirilə təqəllüs edən əzələnin üzərinə ikinci preparatın sinirini qoyduqda ,həmin preparatın da əzələsinin təqəllüs etdiyini müşahidə etdi.Matteuççinin fikrinə görə preparatlardan birincisinin təqəllüsünə səbəb texniki elektrik qıcığı,ikincinin təqəllüsünə səbəb isə birinci preparatda təqəllüs zamanı əmələ gələn fəaliyyət potensialıdır.Bu təcrübə ikinci tetanusda adlandırılmışdır.Canlı toxumalarda elektrik hadisələri haqda təlim XIX əsrin 40-50-ci illərində Dübua-Reymon tərəfindən ətraflı öyrənilib təkmilləşdırılmışdir.O təkmilləşdirilmiş qalvonometr,induksion cihaz və qütbləşməyən elektrodların potensiallarının olmasını qəti surətdə isbat etmişdir."Heyvani elektrikin " mənşəyi barədə Dübua-Reymon (1848,1849) özünün məşhur "elektromotor molekulyar" nəzəriyyəsini ortaya atmış,onun təkləbəsi Herman (1870) isə bioelekrik cərəyanının kimyəvi əsaslarına dair fikir söyləmişdir.Gelliger və Müller (1856) müəyyən etdilər ki,döyünən ürəyin üzərinə sinir-əzələ preparatını qoyduqda, preparat ritmik olaraq təqəllüs edir.Daha sonra Y.Bernşteyn (1871) sinirdə və əzələdə fəaliyyət cərəyanı fazalarını müşahidə etmiş, V.Y.Danilevski (1876) beynin sükunət cərəyanının funksional vəziyyətdən asılılığını öyrənmiş N.Y.Vvedenski (1880) əzələ və sinirlərin oyanması zamanı təsir cərəyanları və onların ritmlərinə təklif etdiyi telefonla qulaq asmiş ,İ.M.Secenov (1982) isə beyində "spontan elektrik potensiallarını "aşkar etmişlər. == Sükunət və fəaliyyət potensiallarının mənşəyi == XIX əsrin ortalarında əzələnin zədələnməmiş və zədələnmiş sahələri arasında əmələ gələn bioelekrik cərəyanı artiq məlum idi. Canlı hüceyrədə sakit vəziyyətdə potensiallar fərqi sükunət potensialı və ya membran potensialı adlandırılmışdır.Sükunət potensialının dəqiq ölçülməsi hüceyrədaxili aparma ücün nəzərdə tutulan mikroelektrodların köməyi ilə mümkün olmuşdur.Membran potensialı eninə zolaqlı əzələ liflərində 60-90 mv,sinir hüceyrələri və liflərində60-70 mv,birləşdirici toxuma hüceyrələrində 30-50 mv və epitel toxuması hüceyrələrdə 15-35mv və epitel toxuması hüceyrələrində 15-35 mv-a bərabər olur.Eyni tipli hüceyrələrdə membran potensialının ölçüsü daimi qalmır.1866-ci ildə İ.M.Seçenov Dübüa-Reymon nəzəriyyəsi ilə razılaşmayaraq canlı toxumada elektrik potensiallarının mənşəyində metabolizmin rolu haqqinda mühüm fikir söyləmişdir.Bu fikrə əsaslanan sonrakı tədqiqatlar göstərdi ki, toxumada maddələr mübadiləsinin pozulması (temperaturun düşməsi ,asfiksiya,qlükolizin zəifləməsi və s.səbəblər) elektrik potensiallarının zəifləməsinə və ya itməsinə səbəb olur.Sükunət potensialı haqqinda ilk təsəvvür 1896-cı ildə V.Y.Çaqovetsi tərəfindən verilmişdir.O Arreniusun elektrolitik dissosiasiya nəzəriyyəsinə(1887) əsaslanaraq bioelektrik proseslərin ion təbiəti haqqinda fikir irəli sürmüşdür.Xockin və A.Xaksli bu nəzəriyyənin modifikasiyasını vermiş (1952) və eksperimental yolla əsaslandırmışdır.İon-membran nəzəriyyəsinə əsasən bioelektrik cərəyanın əmələ gəlməsində hüceyrə membranı və sitoplazmada K+,Na+ Cl- ionlarının qeyri-bərabər miqdarda yayılması və membran səthinin onlar üçün müxtəlif keçiriciliyə malik olmasıdır.Hüceyrənin sakit vəziyyətində onun sitoplazmasında K+ionlarının miqdarı hüceyrəni əhatə edən mayedəkinə nisbətən 30-50 dəfə çoxdur.Həmin vəziyyətdə hüceyrənin xaricində Na+ ionlarının miqdarı daxildəkinə nisbətən 8-10 dəfə,Cl- ionlarınınkı isə 15-30 dəfə çox olur.Cl-ionları miqdarının hüceyrəxarici mühitdə protoplazmadakına nisbətən 13,5 dəfə az olduğunu göstərir.Hüceyrəxarici və daxili potensiallar fərqini saxlaya bilən səbəb də mövcuddur.Həmin səbəb hüceyrə daxilində xeyli miqdarda (hər l.litr hüceyrədaxili mayedə 150ml/mol) mənfi elektrik yükü daşıyan üzvü anionların olmasıdır.Bununla belə Na+ və K+ ionları miqdarının hüceyrə səthində və daxilində qeyri-bərabər miqdarı sükunət potensialının səviyyəsini müəyyən edən əsas şərtdir.Hüceyrənin sakit vəziyyətində membranın xarıcı səthi müsbət,daxili (sitoplazma) mənfi elektrik yükü daşıyır.Hüceyrənin daxilində və xaricində K+ ionları miqdarı bərabərləşməyə meyl etdikcə potensiallar fərqi azalır,yəni sükunət cərəyanı zəifləyir.Bu zəifləmə Na+ ionlarının hüceyrə daxilinə axını artdiqda da aydın müşahidə olunur.Bu fərqlərin axını artdiqda da aydın müşahidə olunur.Bu fərqlərin sürətlə bərabərləşməsinə canlı hüceyrəni örtən nazik(100A-ə bərabər) plazmatik membrana maneçilik törədir. == Elektrofiziologiyanın bölmələri == ürək-elektrokardioqramma beyin-elektroensefaloqramma hüceyrə-elektroretinoqramma qan dövranı-reoqrafiya mədə-bağirsaq traktı-elektroqastroenteroqrafiya sümük-əzələ- elektromioqrafiya == Həmçinin bax == Elektroensefaloqrafiya Fiziologiya Elektromaqnit dalğaları Elektrokardioqrafiya == Ədəbiyyat == Гусельников В.И.Элэктрофизиология головного мозга.М:Высщая школа,1976. Коган А.Б. Элэктрофизиология М,1969 Мендельсон М.Э.,Электрофизиология //Энциклопедический словарь Брокауза и Ефрона: в 86 т.(82 т.
Elektrofobiya
Elektrofobiya— elektrik qorxusudur. == Səbəbləri == Elektrofobiyanın səbəbi ümumiyyətlə elektrik cərəyanı ilə bağlı travmatik təcrübədir. Bəziləri bunu televiziyada görmüş və ya təsadüfən elektrik cərəyanı vuraraq ölən insanların xəbərlərini oxumuş ola bilər. Elektrofobiyanın başqa bir təbii səbəbi ildırım vurması və ya digər insanların vurulması haqqında eşitməkdir. Elektrofobiya xəstələri mümkün qədər elektrikdən istifadə etməməyə çalışacaqlar. Onlar elektrik cihazlarının az olduğu evlərdə yaşamağa, tərəvəzləri elektrik doğrayandan istifadə etmək əvəzinə doğrama taxtası və bıçaqla doğramağa, kompüterdə yazı və çap etmək əvəzinə qələmlə nəsə yazmağa üstünlük verə bilərlər. Elektrofoblar elektriklə işləyən əşyalardan istifadə edərkən həddindən artıq narahatlıq hiss edəcəklər. Onlar televizoru və digər cihazları qoşmaqdan imtina edəcəklər və buna məcbur olduqda narahatlıq əlamətləri göstərə bilərlər.
Elektroforez
Elektroforez ("elektro" — elektrik cərəyan və "forez" — yunan dilində "daşınma", "köçürmə" deməkdir) — Elektroforez prosesi zamanı ionlar (elektrik yükü olan atomlar) elektrik sahədə hərəkət edir. Müxtəlf kimyəvi maddələr (dərmanlar) suda ionlara parçalanır və bu ionlar elektrik cərəyanı təsirindən hərəkət edərək insanın dərisindən, selikli qişalardan orqanizmin daxilinə keçir, daha sonra isə qana və limfaya sovrularaq orqanizmin müxtəlif sahələrinə çatdırılır və orqanizmə müalicəvi təsir edir. Müsbət yüklü hissəciklərin (kationların) elektroforezi bəzən kataforez, mənfi yüklü hissəciklərin (anionların) elektroforezi isə bəzən anaforez adlanır. Elektroforezin elektrokinetik fenomeni ilk dəfə 1807-ci ildə Moskva Universitetində rus professorları Peter İvanoviç Straxov və Ferdinand Frederik Reuss tərəfindən müşahidə edilmiş, daimi elektrik sahəsinin tətbiqi nəticəsində suda dağılmış gil hissəciklərinin miqrasiyasına səbəb olduğunu müşahidə etmişlər. Elektroforez laboratoriyalarda makromolekulları ölçüsünə görə ayırmaq üçün istifadə olunur. Texnika mənfi yük tətbiq edir ki, zülallar müsbət yükə doğru hərəkət etsin. Elektroforez DNT, RNT və protein analizində geniş istifadə olunur.
Elektrofotoqrafik printerlər
Elektrofotoqrafik printerlər – lazerli, işıq-şüalandıran diod, maye-kristal və ion-çöküntülü elektrostatik printerlərin aid olduğu çap qurğularının kateqoriyası. Onların əsas komponenti kağızda çap ediləcək görüntünü özünə köçürən elektrostatik yüklü barabandır. Bu yük boyaq hissəciklərini barabana çəkir ki, onlar da sonradan kağıza köçürülür. Elektrofotoqrafik printerlərin müxtəlif tipləri bir-birindən əsasən yükün barabanın üzərinə köçürülməsi üsulu ilə fərqlənir.
Elektrogitara
Elektrogitara və ya elektrikli gitara — polad simlərin titrəyişlərini elektrik siqnallarına çevirən və onu səsgücləndiriciyə ötürməklə səslər yaradan gitara növü. Elektrogitara ilk dəfə olaraq cazda istifadə olunmuş, ondan həm də pop musiqisində, rok-n-rol, kantri, blyuz, embiyent, nyu-eyc və hətta çağdaş klassik musiqidə də geniş istifadə olunur.
Elektrohərəkət qüvvəsi
Elektrohərəkət qüvvəsi — sabit vә ya dәyişәn cәrәyan mәnbәlәrindә kәnar (qeyri-potensial) qüvvәlәrin tәsirini xarakterizә edәn fiziki kәmiyyәt; qapalı dövrәdә vahid müsbәt yükü hәrәkәt etdirәn hәmin qüvvәlәrin gördüyü işә bәrabәrdir. Әgәr kәnar qüvvәlәrin sahә intensivliyini Ekәn., EHQ-ni ℰ ilә işarә etsәk, onda L qapalı konturunda ℰ=∮LEkәn.dl-ә bәrabәr olar, burada dl – konturun uzunluq elementidir. Elektrostatik sahәnin potensial qüvvәlәri dövrәdә sabit cәrәyanı saxlaya (davam etdirә) bilmirlәr, belә ki, bu qüvvәlәrin qapalı yoldakı işi sıfıra bәrabәrdir. Naqildәn cәrәyan keçәrkәn enerji ayrılır – naqil qızır. Kәnar qüvvәlәr generatorların, qalvanik elementlәrin, akkumulyatorların vә digәr cәrәyan mәnbәlәrinin daxilindә yüklü zәrrәciklәri hәrәkәtә gәtirir. Kәnar qüvvәlәrin mәnşәyi müxtәlifdir: generatorlarda bu qüvvәlәr maqnit sahәsinin zamana görә dәyişmәsi nәticәsindә әmәlә gәlәn burulğanlı elektrik sahәsi vә ya maqnit sahәsinin naqildә hәrәkәt edәn elektronlara tәsiri – Lorens qüvvәsi tәrәfindәn yaranır. Mәnbәnin EHQ açıq dövrәdә onun sıxaclarındakı elektrik gәrginliyinә bәrabәrdir. Dövrәnin müqavimәti mәlum olarsa, EHQ dövrәdәki cәrәyan şiddәtini tәyin edir. Elektrik gәrginliyi kimi EHQ dә voltlarla ölçülür.
Elektrokardioqrafiya
Elektrokardioqrafiya — ürəyin fəaliyyəti zamanı yaranan elektrik sahələrinin qeydiyyatını və tədqiqini aparan metodika. == Tarixi == Ürəyin işləməsini yazan ilk elektrokardioqrafiya cihazını 1903-cü ildə Vilhelm Eyndhoven, quraşdırıb. Buna görə ona 1924-cü ildə tibb üzrə Nobel mükafatı verildi. Instagram:Carnivorous == Ədəbiyyat == Зудбинов Ю. И. Азбука ЭКГ. Издание 3-е. Ростов-на-Дону: изд-во "Феникс", 2003.
Elektrokardiostimulyator
Elektrokardiostimulyator (EKS) (süni ritm tənzimləyicisi (SRT)) ürək ritmini tənzimləmək üçün tibbi cihaz. Bradikardiyalı, atrioventrikulyar blokadalı, zəif sinus düyünlü xəstələrin ürək vurğularının nizamlanması üçün istifadə edilir.
Elektrokimya
Elektrokimya — elektrolitlərin elektrik cərəyanını keçirməsi proseslərini, hərəkətli ionları olan bərk və maye cisimlərin həcm, səth xassələrini tədqiq edən Fiziki kimyanın bölməsidir. Bu elm XIX əsrin əvvəlində ilk uzunmüddətli təsir edən sabit elektrik cərəyanı mənbəyi yaradılarkən meydana gəlmişdir. Lakin elektrokimyanın həqiqi nəzəri əsası XIX əsrin 80-ci illərində meydana gəlmiş elektrolitik dissosiasiya nəzəriyyəsi oldu. Cərəyanın kimyəvi mənbələrində elektrik hərəkət qüvvəsi (qısa adı: e.h.q.) maddələrin kimyəvi qarşılıqlı təsiri zamanı yaranır. Cərəyanın ilk kimyəvi mənbələri sərbəst halda bir sıra kimyəvi elementlərin (natrium, kalium, kalsium və s.) kəşfinə və alınmasına kömək etdi. Sonralar aydınlaşdı ki, elektrik cərəyanının köməyi ilə nəinki yalnız bəsit, həm də mürəkkəb maddələri kimyəvi reaksiyanın sürətini geniş intervalda dəyişməklə fasiləsiz almaq olar. == Tarixi == === XVI əsr === XVI əsrdə elektrikin yavaş-yavaş başa düşülməyə başlandığı əsr olmuşdur. Bu əsrdə, İngilis alimi Uilyam Cilbert 17 il boyunca maqnit və elektrik üzərinə çalışmış və bu işləri ona "Maqnetizmanın atası" ünvanını qazandırmışdır. Cilbert, maqnitlərin istehsalı və gücləndirilməsi üzərinə fərqli metodlar kəşf etmişdir. 1663-cü ildə Alman fizikaçı Otto fon Qerike, sürtünmə qüvvəsi üzərində çalışaraq statik elektrik çıxaran ilk elektrik generatorunu inkişaf etdirdi.
Elektrokonvulsiv terapiya
Elektrokonvulsiv terapiya — baş beyinə elektrik cərəyanın təsiri zamanı süni qıcolmaların törədilməsidir. Depressiyalar zamanı bu müalicəyə göstərişlərə xəstənin somatik vəziyyətini pisləşdirən (qidadan imtina) yüksək intihar təhlükəsi, psixotik depressiya, pis həssaslıq və ya antidepressant qəbulunun çətin keçirilməsi, pasiyentin şəxsi istəyi aiddir. ET-nin əlavə təsirlərinə hiposteziya, ürəkbulanması, baş və əzələ ağrıları aiddir. Sümük-əzələ travmaları, dişlərin zədələnməsi, mialgiya, ürək-damar pozuntuları, koqnitiv funksiyaların qısamüddətli pozuntusu kimi hallar daha az qeydə alınır.
Elektrolit dissosiasiya nəzəriyyəsi
Elektrolitik dissosiasiya nəzəriyyəsi — Elektrolitlərin məhlullarda və ərinmiş halda xüsusi xassələr göstərməsini ionlara dağılması ilə izah edən nəzəriyyə. İngilis alimi Maykl Faradey məhlulların elektrik keçiriciliyini öyrənərək müəyyən etmişdir ki, duzların, turşuların və qələvilərin məhlulu elektrik cərəyanın keçirir. Üzvi maddələrin, məsələn, şəkər, spirt və s. məhlulları isə cərəyanı keçirmir. Məhlulu və ya ərintisi elektrik cərəyanını keçirən maddələri Maykl Faradey elektrolitlər, keçirməyən maddələri isə qeyri-elektrolitlər adlandırmışdır. Elektrolitlərdə elektrik cərəyanının daşıyıcısı ionlardır. Məhlulda cərəyan daşıyıcısı ionlar olduğundan, daha çox ion əmələ gətirən, başqa sözlə, öz ionlarına daha yaxşı dissosiasiya edən elektrolitlərin məhlulları elektrik cərəyanın daha yaxşı keçirir. Elektrolitləri suda həll etdikdə və ya əritdikdə ionlara ayrılması prosesinə elektrolitik dissosiasiya deyilir. Bəzi elektrolitlər praktik olaraq ionlarına tam dissosiasiya etdiyi halda, bəziləri az dissosiasiyaya uğrayır. Elektrolitlərin dissosiasiya prosesinin kəmiyyət xarakteristikası elektrolitik dissosiasiya dərəcəsi, elektrolitik dissosiasiya sabiti, izotonik əmsal və s.-dən ibarətdir.
Elektrolitlər
Elektrolitlər - həll etdikdə və ya əritdikdə elektrik cərəyanını keçirən maddələr. Suda məhlulları və ya ərintiləri elektrik cərəyanını keçirməyən maddələr qeyri-elektrolitlər adlanır. Elektrik cərəyanı verildikdə müsbət və mənfi yüklərin hərəkəti baş verir, onlar özünü birinci növ keçirici olan hərəkət edən elektron qazına oxşadır. Elektrolitlər yalnız məhlulda, onlardan bir neçəsi isə əritdikdə elektrik cərəyanını keçirir. Kristallik (bərk) halda onlar elektrik cərəyanını çox pis keçirir və ya heç keçirmir. Tipik elektrolitlərə misal olaraq natrium-xloridi göstərmək olar. Elektrolitlərə suda həll olan qeyri-üzvi turşular (Məsələn: HCOOH, CH3COOH), qələvilər (Məsələn:NaOH, KOH, Ca(OH)2) (İstisna: H2SiO3) və suda həll olan duzlar (Məsələn: Na2SO4, BaCl2, K3PO4) aiddir. Suda həll edən zaman onlar ionlarına dissosiasiya edir. İonların əmələ gəlməsi qeyri-elektrolitlərlə müqayisədə elektrolitlərin xüsusi xassəyə malik olmasını göstərir. Elektrolitlər Dissosiasiya Dərəcəsi'nin qiymətinə görə üç qrupa – qüvvətli (Dissosiasiya Dərəcəsi ≥ 30%), orta qüvvətli (3% - 30% < Dissosiasiya Dərəcəsi) və zəif (Dissosiasiya Dərəcəsi < 3%) elektrolitlərə bölünür.
Elektroliz
Elektroliz — elektrik cərəyanından keçdikdən sonra elektrodlarda ikinci reaksiyalardan yaranan həll olunmuş maddələrin ayrılmasını təmin edən fiziki-kimyəvi proses. Elektroliz elektrolitdən elektrik cərəyanı keçən zaman elektrodlar üzərində maddə toplanmasına deyilir. Elektrolit elektrik cərəyanı keçirən duz,turşu və qələvi məhluluna deyilir. Elektrolitik dissosiasiya suda neytral molekulların parçalanması zamanı mənfi və müsbət ionların əmələ gəlməsinə deyilir. Elektroliz qanunu:Elektroliz zamanı elektrodlar üzərində ayrılan maddənin kütləsi elektrolitdən keçən yükün miqdarı ilə düz mütənasibdir,m=k.q və ya m=kJt.Burada m-elektrodda ayrılan maddənin kütləsi,q- elektrolitdən keçən yükün miqdarı,k isə mütənasiblik əmsalı olub maddənin elektrokimyəvi ekvivalentidir.BS-də ölçü vahidi 1kq/kl-dur. Maddənin elektrokimyəvi ekvivalenti elektrolitdən 1kl yük keçdikdə ədədi qiymətcə elektrodda ayrılan maddənin kütləsinə bərabərdir və maddənin növündən asılı olan sabitdir.Elektrolizdən texnikada müxtəlif məqsədlər üçün istifadə edilir.Məsələn,elektroliz üsulu ilə bir metalın səthi başqa metalın nazik təbəqəsi ilə örtülür(nikelləmə, xromlama, qızıl çəkmə və s.). Bu örtük metalın səthini xarici təsirlərdən (məsələn, korroziyadan)qoruyur.Elektrolizin tətbiqi ilə metallar aşqarlardan təmizlənir, mürəkkəb relyefli iri ölçülü mis örtüklər alınır(qalvanoplastika). Rus alimi B.S.Yakobi 1836-cı ildə qalvanoplastika üsulu ilı Leninqraddakı İsaak kilsəsi üçün içi boş fiqurlar hazırlamışdır.
Elektrolüminessensiya
Elektro-lüminessensiya – elektrik cərəyanının təsiri altında maddənin işıq şüalandırması. Elektrolüminessent tablolardan portativ kompüterlərdə maye kristal displeylərin (LCD) işıqlandırılmasında geniş tətbiq olunur. Belə tablolarda, adətən, iki elektrodun (biri, demək olar ki, şəffaf olan) arasında yerləşdirilmiş lüminofor qatından istifadə olunur.
Elektrolüminessent displey
Elektrolüminessent displey – yastı-ekran displeylərin lüminofor qatının üfüqi və şaquli elektrodların arasına salındığı növü. Üfüqi və şaquli elektrodların kəsişdiyi hər bir nöqtə bir pikseldir (PIXEL) ki, o da cərəyan uyğun elektrodlardan keçdikdə işıqlanır.
Elektromaqnetizm
Elektrodinamika — elektrik yükləri arasında qarşılıqlı təsiri həyata keçirən elektromaqnit sahəsinin klassik nəzəriyyəsi. Klassik elektrodinamikanın əsas qanunları Maksvell tənliklərində təşəkkül tapmışdır. Bu tənliklər elektromaqnit sahəsinin əsas xarakteristikaları olan elektrik sahəsinin intensivliyinin (E) və maqnit induksiyasının (B) qiymətlərini vakuumda və makroskopik cisimlərdə elektrik yüklərinin və cərəyanların fəzada paylanmasından asılı olaraq təyin etməyə imkan verir. Klassik elektrodinamikada ayrı-ayrı yüklü zərrəciklərin yaratdığı mikroskopik elektromaqnit sahəsi makroskopik cisimlərdə elektromaqnit proseslərin klassik statistik nəzəriyyəsinin əsasını təşkil edən Lorens–Maksvell tənlikləri ilə təyin olunur; Lorens–Maksvell tənliklərinin ortalaması Maksvell tənliklərinə gətirir. Klassik elektrodinamikanın qanunları yüksəktezlikli (qısa dalğa uzunluqlu) elektromaqnit dalğaları, yəni kiçik fəza–zaman intervallarında baş verən proseslər üçün kafi deyil. Bu halda kvant elektrodinamikasının qanunları tətbiq olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, VII CİLD. İ. M. Nəcəfov. Müasir klassik elektrodinamika, I hissə.
Elektromaqnit
Elektromaqnit – maqnit sahəsi yaradan qurğu. Tipik elektromaqnit dəmir və ya polad mil üzərinə sarınmış naqildən ibarətdir. Naqildən cərəyan keçəndə maqnit sahəsi yaranır. Elektromaqnitlərdən, məsələn, disksürənlərdə diskin səthində yazılış aparmaq üçün istifadə olunur.
Elektromaqnit dalğaları
Elektromaqnit dalğaları (rus. Электромагнитные колебания) — dövri olaraq dəyişən elektrik və maqnit sahələrinin fəzada yayılmasıdır. Elektromaqnit dalğasında elektrik sahəsinin intensivlik vektoru (E) və maqnit induksiya vektoru (B) bir-birinə, həm də dalğanın yayılma istiqamətinə perpendikulyar istiqamətdə rəqs edir, yəni eninə dalğadır. Elektromaqnit dalğalarının yayılma sürəti — sonludur və işıq sürətinə bərabərdir, c=300 000km/san=3·108m/san. Vakuumdan mühitə keçdikdə dalğanın tezliyi dəyişmir. Sürəti və deməli dalğa uzunluğu azalır. Görünən işıq — dalğa uzunluğu 0,4mkm÷0,76 mkm (1mkm=10−6m) intervalında olan elektromaqnit dalğalarıdır. Ultrabənövşəyi şüalar — dalğa uzunluğu 4·10−7÷4·10−9m intervalında yerləşən elektromaqnit dalğalarıdır. Rentgen şüaları — dalğa uzunluğu 2·10−9÷6·10−10m intervalında yerləşən elektromaqnit dalğalarıdır. ɣ(qamma) şüalanma — dalğa uzunluğu 10−11÷10−13m intervalında olan elektromaqnit dalğalarıdır.
FLEK
FLEK (ing. Front for the Liberation of the Enclave of Cabinda) — Anqolanın anklav Kabinda əyalətinin müstəqilliyi uğrunda silahlı mübarizə aparan terror təşkilatı.
İlek
İlek ve ya Ellak (Qədim türkcə (hunca): İlig — padşah, hökmdar; yun. Έλλακ; 425, Avropa Hun İmperiyası[d] – 454, Pannoniya) — Avropa Hunlarının 12-ci xaqanı, Atillanın oğlu və varisi. Nedao Müharibəsində öldürülmüşdür. Yerinə vəliəhdi və qardaşı Dengizik Xan keçmişdir.
Edvin Flek
Edvin "Teddi" Flek (d. 5 noyabr 1873, London, Böyük Britaniya — ö. 10 yanvar 1935, Bervik, Avstraliya) — Avstraliyalı yüngül atlet və tennisçi. 800 və 1500 metr məsafəyə qaçış yarışları tarixdə üzrə birinci Olimpiya çempionu olan Evdin Flek həm də tennislədə məşğul olub. 1896 Afina Olimpiadasında o, qoşa yarışlarda bürünc medal qazanıb. == Həyatı == Edvin Flek 1873-cü ilin 5 noyabr tarixində Londonun İslinqton rayonunda Yozef və Marianın ailəsində anadan olub. 5 yaşında o, ailəsi birgə Avstraliyanın Bervik şəhərinə köçdü. Edvin Flek 1892-ci ildə Melburn qrammatik məktəbini bitirdi. 1895-ci ildə Flek "Price Waterhouse" firmasında təhsilini davam etmək üçün Londona getdi. Daha sonra isə o, Afinaya I Yay Olimpiya Oyunlarına qatılmaq üçün getdi.
Elea məktəbi
Elea məktəbi — Miladdan öncə VI və V yüzilliklərdə güney İtaliyanın Elea (yun. Έλέα, lat. Velia) şəhərində fəaliyyət göstərən fəlsəfi məktəb. Elea filosofları varlıq haqqında düşünmüş, onun nə olduğunu bilmək istəmişdilər. Bu problemi çözərkən onlar məntiqi düşüncənin real duyğularla ziddiyyətdə olması ehtimalını irəli sürmüşdürlər. Elealılar həm də bütün dünyanın vahidliyini iddia etmişdilər. Eyni zamanda, Elea filosofları yunan dininin bir çox aspektlərinin tənqidçiləri kimi də tanınmışdılar. Elea məktəbinin əsas təmsilçiləri: Ksenofan Parmenid Eleyalı Zenon Melissus Fəlsəfi təlimləri onlara aid olan məqalələrdə verilmişdir. == Mənbə == Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF).
Elen Donnelli
Elen Donnelli (ing. Elaine Donnelly; 22 mart 1948) — Böyük Britaniya aktrisası. Müxtəlif seriallarda iştirak etmişdir.
Elen Kuragin
Yelena "Elen" Vasiliyevna Kuragina (rus. Елен Курагина) — Lev Tolstoyun "Hərb və Sülh" romanının və roman əsasında çəkilmiş filmlərin qəhrəmanı. == Romanda == Öz istəklərini həyata keçirmək üçün seksual vasitələrdən istifadə edən Elen, Pyer Bezuxovun cəmiyyətdə sevilən və cazibədar həyat yoldaşıdır. Maddi və social qazanc əldə etmək üçün Pyerlə evlənmişdir. Pyerlə evləndikdən sonar Elen Doloxovla əlaqəyə girir və bunu öyrənən Pyer Doloxovu duelə çağırır. Əslində axmaq bir qadın olmasına baxmayaraq Elen, tezliklə Peterburq cəmiyyətində mədəni və dünyagörüşlü bir xanım kimi tanınır. O, tez-tez ziyafətlər təşkil edir və cəmiyyətin və dövlətin nüfuzlu adamları bu ziyafətlərə qatılır. Romanın sonuna yaxın Elen dinini dəyişərək katolisizmi qəbul edir. Cinsi əlaqədə olduğu fransız zabitlərindən birindən tutduğu xəstəlikdən Elen dünyasını dəyişir.
Elen Kuragina
Yelena "Elen" Vasiliyevna Kuragina (rus. Елен Курагина) — Lev Tolstoyun "Hərb və Sülh" romanının və roman əsasında çəkilmiş filmlərin qəhrəmanı. == Romanda == Öz istəklərini həyata keçirmək üçün seksual vasitələrdən istifadə edən Elen, Pyer Bezuxovun cəmiyyətdə sevilən və cazibədar həyat yoldaşıdır. Maddi və social qazanc əldə etmək üçün Pyerlə evlənmişdir. Pyerlə evləndikdən sonar Elen Doloxovla əlaqəyə girir və bunu öyrənən Pyer Doloxovu duelə çağırır. Əslində axmaq bir qadın olmasına baxmayaraq Elen, tezliklə Peterburq cəmiyyətində mədəni və dünyagörüşlü bir xanım kimi tanınır. O, tez-tez ziyafətlər təşkil edir və cəmiyyətin və dövlətin nüfuzlu adamları bu ziyafətlərə qatılır. Romanın sonuna yaxın Elen dinini dəyişərək katolisizmi qəbul edir. Cinsi əlaqədə olduğu fransız zabitlərindən birindən tutduğu xəstəlikdən Elen dünyasını dəyişir.
Elen Parmelen
Elen Parmelen (fr. Hélène Parmelin; d. 19 avqust 1915, Nansi, Fransa – ö. 5 fevral 1998, Paris, Fransa) — fransız qadın yazıçı == Həyatı == Elen Parmelen 19 avqust 1915-ci ildə Fransanın Nansi şəhərində anadan olub. 1957-ci ildə Azərbaycanda olmuşdur. 5 fevral 1998-ci ildə Fransanın Paris şəhərində vəfat edib. == Yaradıcılığı == 1944–1956-cı illərdə "Humanite" qəzetində əməkdaşlıq etmişdir. "2078 nömrəli əsgər" (1953) sənədli povesti Vyetnamda müstəmləkəçilik müharibəsi əleyhinə mübarizədən bəhs edir. "Leonar özgə aləmdə" (1957), "Məşhur əsgər" (1962), "Əyləncəli şeylər" (1967), "Qara əda" (1970) və s. sosial mövzulu romanların müəllifidir.
Elen Svedin
Helene Sve­din (21 oktyabr 1974, Sollefteo[d], Verternorrland[d]) — isveçli model. == Həyatı == Helen Svedin 1997-ci ildə Flamenko şousunda portuqaliyalı futbolçu Luiş Fiqu ilə tanış olub. 2001-ci ildə Luiş Fiqu ilə­ evlənib. 3 qı­zı var - Da­nie­la (1999), Mar­ti­na (2002) və Stel­la (2004). Helen Svedin H&M brendinin rəsmi simasıdır.
Alek Bolduin
Aleksandr Rey "Elek" Bolduin III (ing. Alexander Rae «Alec» Baldwin III; 3 aprel 1958[…]) — ABŞ aktyorudur. Kim Beysinqerin keçmiş həyat yoldaşıdır. == Maraqlı faktlar == Alek Bolduin ətli qidaları sevmir. Bu səbəbdən vegeteriandır. == Şəxsi həyatı == 1993–1999-cu illər ərzində Alek Bolduin Kim Beysinqer ilə evli olmuş, ondan İrland adlı qız övladı 1995-ci ildə dünyaya gəlmiş və 1999-cu ildə boşanmışlar. 2012-ci ildə Hilari Tomas ilə ailə həyatı qurur.
Alek Jorjen
Alek Jorjen (17 sentyabr 1998, Klamart[d]) — "Oser" klubundan icarə əsasında Fransanın aşağı çempionatının "Konkarno" klubunda müdafiəçi mövqeyində çıxış edən peşəkar Fransa futbolçusu. == Klub karyerası == === "Pari Sen-Jermen" === Jorjen öz peşəkar karyerasında debütünü Pari Sen-Jermen klubu ilə 24 yanvar 2017-ci ildə etmişdir. O, 88-ci dəqiqədə Bordo klubu ilə qarşılaşmada Lukas Mouranı əvəz etmişdir. Həmin görüşdə Pari-Sen Jermen Liqa Kubokunun yarımfinal mərhələsində Bordoya 4–1 hesabı ilə qalib gəlmişdir. ==== "AZ" klubuna icarə ==== 2018-ci ilin yanvar ayında Jorjen 2018-19 mövsümünün sonunadək Niderlandın "AZ" klubuna icarəyə verildi. O, həmin klubun gənclər heyətində 4 oyun keçirdikdən sonra "Pari Sen Jermen"ə geri döndü. === "Avranş" === 2019-cu ilin sentyabr ayında Jorjen Fransanın aşağı çempionatında çıxış edən "Avranş" klubuna keçid etdi.
Blek Sabbat
Black Sabbath — 1968-ci ildə Birminhem, İngiltərədə qurulmuş ilk heavy metal qrupudur. Qrupun öz adını daşıyan "Black Sabbath" albomunu ilk heavy metal albomu hesab etmək olar. Bu albom doom metal musiqisinin sonrakı inkişafı üçün bönövrə qoymuşdur. Qrup bir çox üzv dəyişməsi yaşamış olmasına baxmayaraq, illər boyunca qrupun tək dəyişməyən üzvü Tony Iommi olmuşdur. Ümumilikdə 22 musiqiçi ən az bir dəfə olmaqla Black Sabbath-da fəaliyyət göstərmişdir. Qrupun 9 albomu Böyük Britaniya albom siyahılarında ilk onluğa daxil olmuşdur. Artıq 2000-ci ildə Black Sabbath albomlarının ümumi tirajı 100 milyona yaxınlaşdı. 1995-ci ilə qədər qrup yeni albom buraxmırdı və 1970-ci illərin "klassik" tərkibi ilə yalnız konsertlərdə bir araya gəlirdi. Qrup üzvlərinin əksəriyyəti solo fəaliyyətiylə məşğul olurdular. Beləliklə, 2011-ci il 11 noyabr tarixində əfsanəvi Los-Anceles klubu olan "Whisky a Go Go"-da keçirilən mətbuat konfransında Ozzi Ozborn, Toni Ayomi, Qizer Batler və Bil Uord yeni albomu öz sevənləri ilə paylaşır.
Luiza Flek
Luiza Flek, həmçinin Luiza Kolm və ya Luiza Kolm-Flek kimi tanınır. Uşaqlıq adı Luiza Velte idi (alm. Luise Fleck‎; 1 avqust 1873, Vyana — 15 mart 1950, Vyana) — Avstriya kinorejissoru. Dünyanın ilk qadın-rejisorlarından biri hesab olunur (Alisa Qi-Blaşedən sonra). == Bioqrafiyası == Luiza Vyanada anadan olub. Atası - Louis Velte, XIX əsrin əvvəllərində Avstriyada məskunlaşmış Lion şəhərindən olan panoptikan sahibi idi. Uşaq ikən atasına işində kömək edir, kassada işləyirdi. 1910-cu ilin yanvarında Luiza ilk əri Anton Kolm və operator Yakob Flek və qardaşı Claudius ilə birlikdə Erste österreichische Kinofilms-Industrie kino şirkətini qurdular. Bu şirkət Luizanın atası da daxil olmaqla bir sıra insanların maliyyə dəstəyi ilə Avstriyada yaradılan ilk kino şirkəti idi. Bir il sonra Österreichisch-Ungarische Kinoindustrie GmbH adlandırıldı.
Maks Blek
Maks Blek (24 fevral 1909[…], Bakı, Rusiya imperiyası – 27 avqust 1988[…], İtaka[d], Nyu-York ştatı) — ingilis-amerikan filosofu, XX əsr analitik fəlsəfəsinin öncül şəxslərindən biri. Analitik fəlsəfə, dil fəlsəfəsi, incəsənət və riyaziyyat fəlsəfəsi sahələrindəki işləri ilə tanınır. == Həyatı == 1909-cu ildə Bakıda yəhudi mülkədar ailəsində anadan olub. Blek (Black) onun "ingilisdilli" soyadıdır, əsl soyadı "Çernıy" olub. Atası Lyonel Çernıy varlı bir iş adamı idi. 1903-cü ildə Sankt Peterburqda dərc edilən "Sion müdriklərinin protokolları" adlı mətnlər toplusu bütün Rusiyada, eləcə də Azərbaycanda antisemitizm hissləri yaymışdı. Bundan qorxan Lyonel Çernıy ailəsi (xanımı Sofiya Divinska, oğulları Maks, Moisey (Mişa), Samuel (Sem) və qızı Rivka (Betti)) ilə əvvəl Parisə, sonra isə Böyük Britaniyaya köçdü və "Black" soyadını qəbul etdi. == Təhsili == Kembric Universitetinə qəbul oldu və orda Bertran Rassel və Lüdviq Vitqenşteyndən dərs aldı. Məhz bu dövrdə onda riyaziyyat fəlsəfəsinə maraq oyandı. 1930-cu ildə məzun olmuş və Göttingendə 1 il təqaüdlə oxumaq imkanı qazanmışdır.
Melek Mosso
Mələk Mosso (türk. Melek Mosso) ya da gerçək adıyla Mələk Davarcı (türk. Melek Davarcı; d. 11 noyabr 1988, Kayseri, Türkiyə) — səhnə adı ilə bilinən Türkiyəli musiqiçi və musiqi müəllimi. 11 noyabr 1988-ci ildə Kayseri'də anadan olub. 7 yaşında ilk bəstəsini bəstələyərək musiqiyə başladı. 9 yaşında Dənizli Bələdiyyə Konservatoriyasında bağlama və Türk Xalq Musiqisi dərslərinə başlamışdır. Daha sonra təhsilini Gözəl Sənətlər Liseyində davam etdirdi. Liseydə yan fleyta çalmağa başladı. Universitet təhsilini Adnan Menderes Universiteti Təhsil Fakültəsi Musiqi Təlimi Bölməsində tamamladı.
Mişa Blek
Mişa Blek - yəhudi-ingilis dizayner və arxitektor. Mişa Blek 1910-cu ildə Bakıda yəhudi mülkədar ailəsində anadan olub. 1912-ci ildə ailəsi ilə İngiltərəyə köçüb. Təhsilinin az olmasına baxmayaraq innovativliyi ilə seçilən 1930-cu illərdə məşhurlaşmağa başlayıb. 1933-cü ildə Beynəlxalq Sənətkarlar Assosiasiyasını quran Mişa, həm də 1943-cü ildə Design Research Unit adlı bir şirkət qurdu. 1959-1979-cu illər arası Kraliyyət Sənət Kollecində professor olmuşdur. 1959-1961-ci illər arası Beynəlxalq Sənaye Dizaynı Birlikləri Assosiasiyasının prezidentliyini etmişdir. 1972-ci ildə cəngavər elan olunmuşdur. Mişa Blek Vestminster küçə nişanlarının dizaynı ilə məşhurdur. Həmçinin 1958-ci il və 1961-ci illərdəki Britiş Reyl şirkəti üçün hazırladığı qatar dizaynları hələ də istifadə olunur.
Pont-Evek
Pont-Evek (fr. Pont-Évêque) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38318. Kommunanın 2012-ci il üçün əhalisi 5106 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 165 ilə 321 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 26 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Sirius Blek
Sirius Blek (3 noyabr 1959 – 18 iyun 1996) — Coan Roulinqin yazdığı Harri Potter kitab seriyasındakı uydurma bir personaj. Sirius ilk olaraq Harri Potter və Fəlsəfə Daşında Lord Voldemortun Ceyms və Lili Potteri öldürməsindən qısa bir vaxt sonra Rubeus Haqridə uçan bir motosiklet borca verən bir sehrbaz olaraq qısaca bəhs edilmişdir. Özünün məhkum olduğu Harri Potter və Azkaban Dustağında önə çıxarkən, əsas personaj Harri Potterin xaç atası olduğu da ortaya çıxar. Seriyanın Harri Potter (film seriyası) Sirius personajı Qari Oldmen tərəfindən canlandırıldı. Sirius Blek, bir zamanlar önəmli bir Safqan Sehrbaz ailəsi olan Blek Hanəsinin son varisidir. Valideynləri Orion və Valburqa Blek, həm anadangəlmə Blek həm də ikincil əmiuşağıdırlar. Siriusin kiçik bir qardaşı Requlus Blek (R. A. B) və üç böyük əmisiuşağı vardır: Bellatriks Lestreync, Andromeda Tonks (ən sevdiyi əmisiuşağı və Nimfadora Tonksun anası) və Narsissa Malfoy (Drako Malfoyun anası). "Sirius", ən az üç nəsildə təkrarlanan və uşaqlara ulduz və bürclər adını verən bir ailənin ənənəsini təqib edən ənənəvi bir Blek soy adıdır. Siriusun ilk illəri kefsiz keçdi. qohumlarının çoxundan, özəlliklə də anasından nifrət etməyə başlamışdı.
Yozef Blek
Cozef Blek (ing. Joseph Black; 16 aprel 1728[…], Bordo – 6 dekabr 1799[…], Edinburq) — Şotland həkimi, fizik və kimyaçısı. Ticarət işləri ilə əlaqədar olaraq Bordo şəhərinə köçmüş çaxır istehsal edən ailədə anadan olmuşdur. Ailəsi ana tərəfdən şotlandiyalı olduğu üçün Qlazqo Universitetinə daxil olmuş və sonra öz təhsilini Edinburqda tibb ixtisası üzrə davam etdirmişdir. 1756-cı ildə Qlazqo Universitetində professor adına layiq görülmüş və 1766-cı ildə Edinburqda müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Bundan başqa, Cozef Blek 1783-cü ildə Sankt-Peterburq, 1789-cu ildə isə Parisdə Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir. Blek 1754-cü ildə ağ maqneziumun qızdırılmasından ayrılan əlaqədar hava, yəni karbon dioksid karbon dioksidi və yanmış maqnezium (maqnezium oksidi) əmələ gəlməsini aşkar etmişdir. Daha sonra əhəngdaşının yanmasında əlaqədar havanın çıxarılmasını göstərir. Bu eksperementlərə əsasən o, belə nəticəyə gəlir; karbon anhidridinin və qələvilərin əsasların fərqi ondan ibarətdir ki, birincilərin tərkibinə karbon qazı daxildir. Blekin bu ixtirası ilə pnevmanik kimyanın əsası qoyulur.
Cek Blek
Tomas Ceykob "Cek" Blek (ing. Jack Black; 28 avqust 1969, Santa-Monika, Kaliforniya) — amerikalı aktyor, komediyaçı, və musiqiçi. Tenacious D rok qrupunun üzvü. İki dəfə "Qızıl Qlobus" nominantı (2004, 2013). == Həyatı == Blek səhnəyə ilk peşəkar addımını 1989-cu ildə Edinburq festivalında Tim Robbinsin "Carnage" filmində göründüyü zaman atmışdır. Kino debütünü 1992-ci ildə Bob Roberts adlı siyasi satirada etdi. 90-cı illər boyunca Cek Blek müxtəlif filmlərdə köməkçi və baş rollarda oynamağa davam etdi. 1994-cü ildə, 5-ci mövsümün 5-ci hissəsində o, Şimal tərəfi teleserialında Maggie-ni baloya dəvət edən bir məktəb məzunu rolunu oynadı. 2000-ci ildə aktyor Fanatik filmində ən yaxşı rollarından birini aldı. Bu filmdə Cek Blek böyük ekranda musiqiçi kimi istedadını nümayiş etdirdi.
Ceyms Blek
Sir James Whyte Black (14 iyun 1924[…] – 21 mart 2010, London) — Şotlandiyalı həkim və farmakoloq. == Karyera == Karyerasını çox universitetdə tətqiqatçı və tədris üzvü kimi keçdi. Qlazqo Universitetdə fiziologiya şöbəsini təsis etib və burada adrenalinin insanın ürəyinə təsiri ilə maraqlanıb. O, araşdırmalarının nəticəsində Adrenalin hormonunun ürəyin daha çox pompalanmasına və qan təzyiqinin yüksəlməsinə səbəb olduğunu bildirib. 1960-cı illərin əvvəllərində adrenalin reseptorunu dayandıraraq ürəyə sakitləşdirici təsir göstərən "Propranolol" preparatını hazırlayıb. 1970-ci illərin əvvəllərində mədə turşusunun əmələ gəlməsini maneə törədən və xoralarla mübarizədə istifadə edilən "Simetidin" adlı dərman hazırlayıb.
Requlus Blek
Requlus Blek (1961 – 1979) – Orion və Walburga Black ailəsində anadan olmuş, Sirius Blekin kiçik qardaşı olan ingilis təmiz qanlı sehrbazdır. O, çox güman ki, orta əsrlərdə yaranmış köhnə sehrbazlar ailəsi olan nəcib Qaralar Evinin üzvü idi. O, 1972-ci ildə Hoqvarts Cadu və Sehrbazlıq Məktəbində oxuyub və Slizerin evinə daxil olub. Regulus gəncliyində Ölüm yeyən oldu, lakin Lord Voldemortun məqsədlərinə çatmaq üçün nə edəcəyini biləndə ondan ayrıldı. Regulus həmçinin Voldemortun Hortkuluqlarından biri haqqında məlumat aldı və onu məhv etmək qərarına gəldi. O, 1979-cu ildə Salazar Slizerinin qarderobunu aldıqdan sonra öldürüldü. Requlus 1961-ci ildə varlı, saf qanlı Blek ailəsində, Orion və Valburqa Blekin kiçik oğlu və Sirius Blekin kiçik qardaşı olaraq anadan olub. Ehtimal olunur ki, o, böyük əmisi, həmçinin Requlus adlı əmisi və ata tərəfdən babası Arkturun şərəfinə adlandırılıb. Qohumları arasında Lord Voldemortun sadiq Ölüm yeyənlərindən olan Bellatrix Lestrange, Maql əsilli bir şəxslə evlənən və sonradan ailəsi tərəfindən rədd edilən Andromeda Tonks və Ölüm yeyən Lucius Malfoy ilə evlənən Narcissa Malfoy da var idi. Regulusun valideynləri onu böyük qardaşı Sirius Blekdən çox fərqli hesab edirdilər.
Pınar Selek
Pınar Selek (türk. Pınar Selek; 8 oktyabr 1971, İstanbul) — türk yazıçısı, sosioloq, feminist. O, Türkiyədə qadınlar, yoxsullar, kimsəsiz uşaqlar, cinsi azlıqlar və kürd icmaları da daxil olmaqla həssas icmaların hüquqları ilə bağlı işi ilə tanınır. O, türk, alman və fransız dillərində nəşr olunmuş bir neçə kitabın müəllifi və türk feminist jurnalı "Amargin"in qurucu redaktorlarından biridir. Pınar Selek Fransada yaşayır, burada Strasburq, daha sonra Fransanın PAUSE proqramı çərçivəsində Nitsa universitetlərindən akademik dəvət alıb. Hazırda isə Kot d'Azur Universitetində sosiologiya üzrə dosent kimi daimi vəzifədə işləyir. 2017-ci ildə Fransa vətəndaşlığı alıb. Selek 1998-ci ildə İstanbulda Misir bazarında törədilən partlayışla bağlı 15 il Türkiyədə məhkəmə istintaqına cəlb edilib. O, dörd dəfə (2006, 2008, 2011, 2014-cü illərdə) mühakimə olunub və bütün ittihamlar üzrə bəraət qazanıb. Onun son bəraəti 21 iyun 2022-ci ildə Türkiyə Ali Məhkəməsi tərəfindən ləğv edilib.
Ələk
Ələk — unun kəpək və qeyri-yad əşyalardan təmizləmək üçün sağanağa keçirilmiş sıx tordan ibarət alətdir. Ələk dairəvi qutu şəklində olur. Əlәklər yastı olmaqla, vibrasiyalı, yırğalanan, barabanlı olmaqla, fırlanan kimi növlәrә ayrılır. Əsasәn, un, kombinә olunmuş yem vә yarma istehsalında, әrzaq vә yem mәhsullarının hazırlanması üçün dәnin xәlbirlәnmәsindә, hәmçinin faydalı qazıntıların saflaşdırılmasında istifadә edilir. Ələk unun ələnməsində istifadə edilən əsas alətdir. Ələklərin alı və qaraçı növləri mövcuddur. Ələk hazırlama peşəsi Azərbaycanda geniş yayılmışdır.
Bələk
Bələk (türk. Belek) — Aralıq dənizi sahillərində, Antalya şəhərində yerləşən Türkiyənin kurort qəsəbəsi. Bələk, Türkiyə Cümhuriyyətinin ən yeni kurortlarından biridir. Turizm və istirahət infrastrukturunun inkişafı 1984-cü ildə başlamışdır. Coğrafi mövqeyinə görə Bələk şəhəri bütün Antalya vilayətinin görməli yerlərinə ekskursiyalar etməyə imkan verir. Şəhərin inkişafının cəhətlərindən biri də qolfun populyarlaşmasıdır. Bələk golf mərkəzlərindən biridir. Bələkdə bir çox futbol sahəsi var. Qışda Avropa və Asiyadan futbol komandaları bu sahələrdə məşq etmək üçün Bələkə gəlirlər. Şəhərin mərkəzində məscid heykəllərin yanında və ağaclarla bəzədilmiş bulvarlarda geniş alış-verişə aparan şəlalənin yanında dayanır.
Eşək
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Dünyada 40 milyondan çox uzunqulaq yaşayır və onların əksəriyyəti inkişaf etməmiş ölkələrdədir. Onlar tez-tez ağır yüklərin daşınması və ya arabaların çəkilməsi kimi işlərdə istifadə olunur və gücü və dözümlülüyü ilə tanınır. Uzunqulaqların ömrü təxminən 30 ilə yaxındır. Uzunqulaqlar ən çox istismara və pis rəftara məruz qalan heyvanlar sırasındadır. Uzunqularların hündürlükləri 1–1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar.
Kələk
Kələk — Azərbaycan Respublikasının Goranboy rayonunun Kələk kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Kələk kəndi Xınalı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kələk kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsinin əsasını keçmış Tiflis quberniyasının Axalkalaki rayonundan gəlmiş ailələr qoymuş, yeni yaşayış məntəqəsinə də keçmış yurdlarının adını vermişlər. Sonralar toponimin tərkibindəki axal komponenti və kalaki sözündən isə i saiti düşmüşdür. Tədqiqatçılara görə isə, oykonim İran dillərində "qala" mənasında işlənən kalak/kələk sözündəndir, yaxud XIX əsrdə Gəncə qəzasında maldarlıqla məşğul olmuş kələk adlı icmanın adını əks etdirir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 802 nəfər əhali yaşayır.
Mələk
Mələk və ya əvvəlki mənbələrdə füriştə — iudaistik, xristian və müsəlman ənənələrində Allaha xidmət edən fərdiləşdirmiş bədənsiz və qanadlı varlıq. Rəvayətlərə görə miqdarca saysız mələklər nurabənzərlərdir. Xristian ənənəsində doqquz dənə mələk rütbə var (serafimlər, xeruvimlər, taxt-taclar, hökmranlıqlar, qüvvələr, hakimiyyətlər, başlanğıclar, arxmələklər və mələklər). Mələklər, Quranda 21 surədə qeyd olunduğu kimi, Allah tərəfindən müəyyən vəzifələri yerinə yetirmək məcburiyyətindədirlər. İslam dinində mələklər, yeməyən, içməyən erkəyi və dişisi olmayan, yatmayan, günah işləməyən , gözə görünməyən, nurdan ya da oddan yaranan varlıqlar kimi insanlara bilinir. Mələklər yalnız Allaha qulluq edirlər. Insanlar və cinlərdən fərqli olaraq, onların iradə azadlığı yoxdur və öz fövqəltəbii məskənlərinə təyin olunmuşlar. Buna görə də günahsız varlıqlardır İslamda ən müqərrəb (məqamı daha uca olan) mələk vəhy mələyi olan Cəbrayıl hesab olunur. Əzrayıl, Mikail, İsrafil də müqərrəb mələklərdir. Cəhənnəm mələkləri arasında məşhur olan Maalik, Zəbanilar və İblisdir.
Əlcək
Əlcək — əllər üçün nəzərdə tutulan geyim növü. İlk əlcəklər Misir piramidaları dövrünə aid edilir. İlk əvvəllər əlcəkləri torba halında hazırlayırdılar, buna görə də onların barmaq üçün nəzərdə tutulmuş hissələri yox idi. Amma sonradan bir barmaq üçün yer tikildi. Misir xanımları bu üsulla öz əllərini işdən və yeməkdən qoruya bilirdilər. Bu əlcəklər oddan və əllərin bulaşmasından uzaqlaşmaq üçün istifadə edilirdi. Orta əsr dövrünə qədər bu proses davam etdi, lakin sonradan dəriyə bənzər çox nazik quruluşa malik olan və barmaqlara sıxlaşmış əlcəklər tikdilər. Keçən əsrin kişiləri əllərində əlcəklər daşıyırdılar, onlar bunu çox vaxt ətrafdakıları cəlb etmək üçün istifadə edirdilər. İspanların kübar təbəqəyə aid olan nümayəndələri papa və kralların yanında olarkən əlcək taxmırlar, həmçinin kilsə, dəfn mərasimində, faciəvi hadisələrdə və bayramlarda da əlcəyin taxılması xoş hal deyil. Əlcəklərin tikişinə xüsusi diqqət yetirilirdi, çünki onları sürətli taxmaq üçün bu mühüm əhəmiyyət kəsb edir.
Əlik
Əlik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd, Əlik bələdiyyəsinin mərkəzi. Əlik oykonimi - sadə. Quba rayonunun eyniadlı i.ə.v.-də kənd. Ağçayın (Qudyalçayının qolu) sağ sahilində, Yan silsiləsinin cənub-qərb ətəyindədir. Azərbaycanın qafqazdilli etnik qruplarından biri olan qrupların məskunlaşdığı qədim kəndlərdən biridir. Kür adlandırılan kiçik dağ çayının sahilindəki çökəklikdə salınmışdır. Tədqiqatçıların fikrincə, oykonim xakas, tuvin, Şor və Sibir türklərinin dilində "kənd, aul, ulus" mənalarında işlənən al sözünə kiçiltmə bildirən -ik şək.-sini əlavə etməklə, yaxud "hündürlük, yüksəklik, zirvə" mənasında işlənən alık sözündən yaranmışdır. Digərlərinə görə, Əlik kənd adı türk dillərində "dağlarda çuxur, çökək" mənalarında işlənən alık sözü ilə bağlıdır. Bu fikir kəndin coğrafi mövqeyinə uyğundur. 2011-ci ilin aprel ayında Azərbaycanın Şimal bölgəsinə yağan güclü yağışlardan sonra Qubanın Əlik kəndində yenidən torpaq sürüşməsi baş verib.
Ələt
Ələt — Bakının Qaradağ rayonunda eyniadlı inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Xəzər dənizi sahilində, düzənlikdədir. Toponim türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adından yaranmışdır. Etnotoponimdir. Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40–50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881–1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921–1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir. Ərazidə "Ələt Azad İqtisadi Zonası" yerləşdir.
Əmək
Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti. Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır. Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır. Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır. Cəmiyyətin inkişafı əsasən əmək alətlərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır.
Ətək
Ətək və ya yubka — beldən asılan və ayaqları bütün və ya qismən əhatə edən boru və ya konus formalı geyim. Ətək paltarın və ya donun alt hissəsidir və yaxud bir insanı beldən aşağı hissəsini əhatə edən ayrı bir xarici geyimdir. Qərb dünyasında, ətək adətən qadın geyimi hesab olunur. Lakin, istisnalar da var: Kilt, Şotlandiyanın ənənəvi kişi geyimidir. Yubkaların ətəyinin uzunluğu mikro ölçüdən döşəmə uzunluğuna qədər dəyişə bilər və estetika mədəni anlayışlarına, geyinənin şəxsi zövqünə görə, moda və sosial kontekst kimi amillərin təsirinə görə dəyişə bilər. Əksər ətəklər ayrı geyimlərdir, lakin bəziləri şort və mayo kimi bir geyimlərin bir hissəsi ola bilər. Ətəklər erkən dövrlərdən bəri alt bədəni örtməyin ən sadə yolu kimi geyilib. Mis dövrünün əvvəlindən indiki Serbiya və qonşu Balkan xalqlarının ərazisində yerləşən Vinça mədəniyyətinin (e.ə.5700-4500) istehsal etdiyi heykəlciklər qadınlara ətək kimi geyimlər göstərir. Ətək Yaxın Şərqdə və Misirdə bütün qədim mədəniyyətlərdə kişilər və qadınlar üçün standart geyim idi. Mesopotamiyadakı şumerlər kaunakes geyirdilər, bu bir kəmərlə bağlanmış xəz yubka növü idi.
Eşem-elək (Bakalı)
Eşem-elək (başq. Емеш-еләк, rus. Плодоягодная) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Bakalı kənd şurasının tərkibindədir. 10 sentyabr 2007-cu ilə qədər Plodoyaqodnaya kənd kolxozu adlanırdı. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 6 km, kənd sovetliyindən (Bakalı): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 78 km.
Lək
Lək — Bostanda bitkilərin əkildiyi cərgə. Lək (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Lək (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Lək (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd. Lək (Şamaxı) — Azərbaycanın Ucar rayonunda kənd. Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonu inzibati ərazi vahidində qəsəbə.
Lək-lək (jurnal)
"Lək-lək" jurnalı (az.-əski. لک‌لک‎) — 1914-cü ildə İrəvanda nəşr olunmuş həftəlik satirik jurnal. "Lək-lək" jurnalı həm də İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnaldır. Fəaliyyət göstərdiyi 5 ay ərzində jurnalın 12 sayı nəşr edilib. == Haqqında == Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan senzura sənədinə əsasən İrəvan qubernatoru "Lək-lək" jurnalının nəşri üçün 1914-cü il yanvarın 21-də Mir Məhəmməd Mir Fətullayevə və Cabbar Əsgərzadəyə şəhadətnamə verib. Şəhadətnamədə qeyd olunub ki müəlliflər jurnalda məqalələr, şeirlər, şəhər işləri haqqında xəbərlər, teleqramlar, xarici və daxili xəbərlər, felyetonlar, təmsillər və elanlar çap edə bilərlər. Jurnalının ilk nömrəsi 1914-cü il fevralın 22-də İrəvanda çap edilib. Bununla "Lək-lək" jurnalı İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnal oldu. İrəvandakı "Luys" mətbəəsində çap olunan jurnalın naşiri və redaktoru Mir Məhəmməd Mir Fətullayev və Cabbar Əsgərzadə idi. "Lək-lək" (əslində senzura sənədlərində "Leylək" jurnalının ərəb qrafikalı əlifbadan transliterasiyasıdır.
Kələk (nəqliyyat)
Kələk — su nəqliyyatı vasitəsi. == Ümumi məlumat == XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda su nəqliyyatı vasitələrinin məhəlli-lokal xüsusiyyəti ilə fərqlənən növləri də mövcud olmuşdur. Naxçıvan bolgəsi ucun səciyyəvi olan, ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən pələ və kələk belə su nəqliyyatı vasitələrindəndir. Quruluşuna və təyinatına görə hər iki su nəqliyyatı vasitəsi oxşarlıq təşkil etsə də, ölçülərinə və yukgöturmə qabiliyytəinə görə pələ kicik, kələk isə nisbətən iri ölçudə hazırlanırdı. Kələk öz həcminə görə pələdən uç-dörd dəfə iri düzəldilirdi. Adətən bir kələyin düzəldilməsi üçün 5–6 m uzunluğunda beş ədəd ağac, təxminən bir o qədər də atmalar gərək olurdu. Kələyə bağlanmış tuluqların sayı isə 12–16 ədədə çatırdı. Kələk də xüsusi çəp vasitəsilə idarə olunurdu və təxminən 150–170 puda qədər yuk götürə bilirdi. Culfa rayonunun Yaycı kəndi ərazisində "Kələkişləyən yer" adlanan sahə indi də qalamqdadır. Buradan suya salınan kələk Üctəpədə digər sahilə çıxa bilirdi.