Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qabaqcadan görmək
Qabaqcadan görmək ya Proqnozlaşdırma (İngiliscə. Forecasting) keçmiş və indiki verilərinin istiqamət və gedişini analizi (data trend analysis) əsasında gələcək haqda öncədən faktlı və məntiqli xəbər vermək prosesidir. Bir adi örnək, gələcək müəyyənləşmiş günlərdə faiz dəyişənin təxminidir. Öncədən Demək (Prediction) isə Qabaqcadan görməklə eynidir, ancaq daha ümumi sözdür. İkisi də formal statistik metodlarında olan Zaman Seriləri, keçmə-bloklu (cross-sectional), uzunasına rəqəmlər (longitudinal data), ya alternativ az formal qərar çıxarmaq metodlarını işlədirlər. Bu istifadə çeşidli sahələr arasındda fərqli ola bilər: misal üçün, hidrologiya'da, "Qabaqcadan görmə" (forecasting) və "Ön görü" (forecast) müəyyənləşmiş gələcək zamanlardakı dəyərlərin qiymətləndirilməsi için saxlanılır, halbuki "Öncədən Demək" (Prediction) ibarəti, uzun bir dönəmdə sel axımlarınının neçə dəfə baş verməsi kimi, daha çox ümumi təxminlərə işlənir. == Qabaqcadan görmə yollarının kateqoriyaları == === Sayılı yollar Keyfiyyətli yollar qarşısında === Keyfiyyətli öngörü yolları istehlakçıların düşüncə və qərarı əsasında və subyektiv dirlər. Onlar keçmiş verilər(data) əldə olmasalar uyğundurlar. Onları adətən orta və ya uzun mənzilli qərarlarda işlətmək olar. Keyfiyyətli öngörü yollarından neçə örnək: Bildirilmiş rəy və qərar (informed opinion and judgment) Delfi yolu (Delphi method) Bazar araşdırması Tarixi yaşam dövrü bənzətməsi (historical life-cycle analogy) Sayılı qabaqcadan görmə modelləri indiki və keçmiş verilər(data)dən gələcək veriləri (data`nı) əldə etmək için işlənirlər.
Gözdə Kırdar
Gözde Kırdar – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının ən təcrübəli oyunçularından biri. Milli komandanın digər bir üzvü Özge Kırdar Çembercinin əkiz bacısıdır. == Karyerası == Voleybola 1999-cu ildə Günəş Sığortanın B komandasında başlayan voleybolçu bu komandanın Vakıfbankla birləşməsindən sonra karyerasına Vakıfbank Günəş Sığortada davam etmişdir. 2003-cü ildə ilk dəfə Türkiyə millisinə çağrılan voleybolçu ilk vaxtlar milli komanda da istədiyi oyunu göstər bilmir. Ancaq illər ötdükcə təcrübəsi də artan Gözde yavaş-yavaş milli komandanın əsas oyunçusuna çevrilməyə başlayır. Vakıfbankda da özünü yaxşı cəhətdən göstərən voleybolçu 2012-ci ilə qədər komandası ilə birlikdə sırası ilə CEV Çağırış Kuboku, Top Komandalar Kuboku, Çempionlar Liqası və Kulublar arası Dünya Çempionatının qızıl medallarını qazanmışdır. Türkiyədə də, kubok və superkubok qalibiyyətlərinin yanında ölkə çempionluğu da yaşayır. 2012-ci ildə voleybolçu üçün iki əlamətdar hadisə baş verir. Bunlardan biri milli komanda ilə Dünya Qranpirisində yaşanan üçüncülük olur, digəri isə təbii ki, 2012 Yay Olimpiya Oyunlarıdır.
Gözdə Kırdar Sonsırma
Gözde Kırdar – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının ən təcrübəli oyunçularından biri. Milli komandanın digər bir üzvü Özge Kırdar Çembercinin əkiz bacısıdır. == Karyerası == Voleybola 1999-cu ildə Günəş Sığortanın B komandasında başlayan voleybolçu bu komandanın Vakıfbankla birləşməsindən sonra karyerasına Vakıfbank Günəş Sığortada davam etmişdir. 2003-cü ildə ilk dəfə Türkiyə millisinə çağrılan voleybolçu ilk vaxtlar milli komanda da istədiyi oyunu göstər bilmir. Ancaq illər ötdükcə təcrübəsi də artan Gözde yavaş-yavaş milli komandanın əsas oyunçusuna çevrilməyə başlayır. Vakıfbankda da özünü yaxşı cəhətdən göstərən voleybolçu 2012-ci ilə qədər komandası ilə birlikdə sırası ilə CEV Çağırış Kuboku, Top Komandalar Kuboku, Çempionlar Liqası və Kulublar arası Dünya Çempionatının qızıl medallarını qazanmışdır. Türkiyədə də, kubok və superkubok qalibiyyətlərinin yanında ölkə çempionluğu da yaşayır. 2012-ci ildə voleybolçu üçün iki əlamətdar hadisə baş verir. Bunlardan biri milli komanda ilə Dünya Qranpirisində yaşanan üçüncülük olur, digəri isə təbii ki, 2012 Yay Olimpiya Oyunlarıdır.
Gözdə kimyəvi zədələnmə
Gözdə kimyəvi zədələnmə — gözə turşular, qələvilər, əhəng, naşatır spirti, kimyəvi karandaş düşdükdə kimyəvi yanıqlar baş verir. Bədənin müxtəlif lokalizasiyalı kimyəvi yanıqları içərisində ən qorxulusu gözlərin kimyəvi yanıqlarıdır. Göz almasının zədələnməsi yanmış gözdə görmə qabiliyyətinin tam itməsindən başqa, zədələnməmiş gözdə bir neçə müddət sonra simpatik iltihab adlanan səbəbdən görmə qabiliyyətin zəifləməsi də baş verə bilər. Bundan əlavə bir qayda olaraq, gözlərin kimyəvi yanıqlarında zədələyici amilin bir hissəsi gözləri əhatə edən toxumalara tökülərək ağır kosmetik defektlər ilə nəticələnir. Gözlərin kimyəvi zədələnməsi kəskin, bəzən dözülməz ağrı, göz yaşının axması, kəskin başlayan (bəzən müvəqqəti) zədələnmiş gözdə görmə qabiliyyətinin pozulması müşayiət olunur. Bəzən qısa müddətli şüur itməsi də müşahidə olunur. == Həmçinin bax == Yanıq; Kimyəvi yanıqlar; Göz; Görmə siniri; Zədə; Korluq; Sarğı (tibbi); Oftalmologiya.
Naşidə Gözdə Durmuş
Naşidə Gözdə Durmuş (türk. Naşide Gözde Durmuş; 1985, İzmir) — Türkiyə genetiki. == Bioqrafiya == 1985-ci ildə İzmirdə dünyaya gəlib. 2003-cü ildə Orta Doğu Teknik Üniversitesinin Molekulyar biologiya ixtisasına daxil olmuşdur. Fulbright kursunu qazanaraq Amerika Birləşmiş Ştatlarında oxumağa gedir. 2014-cü ildə Stantord Universitetində doktorluq işini müadifə edir. 2015-ci ildə mükafata layiq görülür. İnsan genetikası öyrənmiş və prof. Ronald Deyvislə birlikdə araşdırma aparmışdır. == Karyera == 1985-ci ildə İzmirdə anadan olmuşdur.
Səni yenidən görmək (kitab)
Səni yenidən görmək - fransız yazıçısı Mark Levi tərəfindən yazılmış kitab. == Məzmun == Ürəyiniz geridə qalsa, mütləq qayıdacaqsınız... Mark Levinin milyonlarla satılan “Kaş ki doğru olsaydı” romanının davamı olan “Səni yenidən görmək” birincisi qədər sürprizlərlə dolu bir nağıldır. Uğurlu memar Artur və idealist həkim Lauren arasındakı sevgi qaldığı yerdən davam edir; Onların fantaziya ilə reallıq arasında fırlanan həyatları yenidən San-Fransiskoda kəsişir. Gücünü itirməyən sevgiləri növbəti dəfə gözlənilməz maneələrlə qarşılaşır. "Həyat sizə ikinci bir şans versəydi, ondan maksimum istifadə etmək üçün risk edərdinizmi?" Marc Levy bu suala cavab axtararkən xəyallarını itirmiş çağımızın insanlara sevginin vəsfini təqdim edir.
Eyni ulduzun altında
Eyni ulduzun altında (ing. The Fault in Our Stars; hərf. Günah ulduzlarımızdadır) — Con Qrinin 2012-ci ilin yanvarında nəşr olunmuş 6-cı romanı. Romanın adı Uilyam Şekspirin "Yuli Sezar" faciəsinin birinci aktının ikinci səhnəsindən götürülmüşdür: bu səhnədə Qay Kassi Lonqin Bruta deyir: "Günah, əziz Brut, ulduzlarımızda deyil, özümüzdədir". Hekayə 16 yaşlı xərçəng xəstəsi Hazel Qreys Lankasterin dilindən nəql olunur. Hazel valideynləri tərəfindən dəstək qrupunda iştirak etməyə məcbur edilir. O, tezliklə 17 yaşlı keçmiş basketbolçu və xərçəngə görə bir ayağı kəsilmiş Aqust Vaterslə tanış olur və ona aşiq olur. Kitab uğur qazanmışdır. == Məzmun == 16 yaşlı ağciyər xərçəngi Hazel Qreys Lankester anasının təkidi ilə xərçəng xəstələri arasında keçirilən görüşlərə qatılır. Hazel dəstək qrupunun görüşlərində iştirak etməkdən məmnun deyil, lakin bir gün sümük xərçəngi üzündən sağ ayağı kəsilən, buna görə də protez ayaq taxan 17 yaşlı Aqust Vaterslə tanış olur.
Bir dəfə görmək... (film, 1984)
Bir dəfə görmək... qısametrajlı sənədli televiziya filmi rejissor Nicat Əliyev tərəfindən 1984-cü ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Sənədli televiziya etnoqrafik filmi tamaşaçıları respublikamıza səyahətə çıxarır. == Məzmun == Sənədli televiziya etnoqrafik filmi tamaşaçıları respublikamıza səyahətə çıxarır, onlara qədim Naxçıvanın, bağlar diyarı Qarabağın, başı qarlı Kəlbəcərin və başqa bölgələrin görməli yerləri, tarixi abidələri, mənzərəli guşələri ilə tanış edir.
GMTA (Böyük beyinlər eyni düşünür)
GMTA (Böyük beyinlər eyni düşünür) - GMTA (ing. Great minds think alike, ru. Великие умы мыслят одинаково) – elektron poçtda, telekonfranslarda və gap-forumlarda qəbul olunmuş abreviatur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Eyni ildə iki Oskar mükafatına namizəd göstərilən aktyorların siyahısı
Kino Sənətləri və Elmləri Akademiyasının ilk dəfə 1938-ci ildə olmaqla, bir il içərisində aktyorluq kateqoriyalarında iki fərqli "Oskar" mükafatına namizəd göstərilən aktyor və ya aktrisalar olmuşdur. Namizəd olmaq üçün hər iki kateqoriya üzrə Akademiyadan kifayət qədər səs toplamaq şərti ilə, heç bir məhdudiyyət yoxdur. Aktyorlar eyni ildə həm "Ən yaxşı aktyor", həm də "Ən yaxşı ikinci plan aktyor" mükafatına və eynilə aktrisalar da həm "Ən yaxşı aktrisa", həm də "Ən yaxşı ikinci plan aktrisa" mükafatına namizəd göstərilə bilər. Birdən çox namizədliklə əlaqəli sadəcə iki qayda var. Bir aktyor və ya aktrisa eyni kateqoriyada fərqli rollar belə olsa bir dəfədən artıq namizəd göstərilə bilməz (bir baş rol və bir ikinci plan roluna görə namizəd ola bilər, amma iki baş rol və ya iki ikinci plan roluna görə namizəd ola bilməz). Digər qayda isə filmdəki eyni rola görə bir dəfədən artıq namizəd göstərilə bilməməsidir. Bu qayda 1944-cü ildə Barri Fitsceraldın "Öz yolunda get" filmindəki roluna görə həm "Ən yaxşı kişi rolu", həm də "Ən yaxşı ikinci plan kişi rolu"na namizəd göstərilməsindən sonra qəbul edilmişdir. 2021-ci ildəki məlumata əsasən 12 aktyor və aktrisa eyni ildə iki "Oskar" mükafatına namizəd göstərilmişdir. Bu aktyorlardan birincisi Fey Beynterdir. O, 11-ci Oskar mükafatında "Ağ bannerlər" və "İezabel" filmlərindəki roluna görə iki namizədlik qazanmışdır.
Gövdə
Gövdə — hər hansı mühitdə olursa-olsun (torpaq üstündə, torpaq altında, suda), üzərində normal və ya metamorfoziyaya uğramış halda olan, qoltuqlarında tumurcuq yerləşən orqandır. Ağacların və otların bir, kolların isə bir neçə gövdəsi olur. Yürüstü gövdənin vəzifəsi: yarpaqların əlverişli bir surətdə düzülməsi və bitkinin böyük sahə tutmasını təmin etmək, kök və yarpaqlar arasında hərəkət edən maddələri nəql etmək, cinsi və qeyri-cinsi çoxalmanı təmin edən orqanları əmələ gətirməkdən ibarətdir. Gövdə bitkilərin ehtiyat qida maddələrinin toplanması üçün əksər hallarda anbar vəzifəsini, maldili, ruskus, qulançar və sairədə isə yarpaq vəzifəsini görür. Bəzi bitkilərdə (dəvətikanı, göyəm, nar, yemişan və s.) gövdənin bir hissəsi tikana çevrilərək müdafiə, digərlərində (tənəkdə, qabaqkimilərdə) dırmanma vəzifəsini görür. Gövdələr formalarına görə müxtəlif olur: silindrşəkilli üçtilli dördtilli çoxtilli Əksərən gövdələr silindrşəkilli olur, məsələn, taxıl, yonca, pambıq və sairənin gövdələri kimi. Bəzilərində isə üçtilli və dördtilli olur, məsələn, cillərdə, dodaqçiçəklilərdə olduğu kimi. Çoxtilli olan gövdələr də vardır. Məsələn, bəzi maldili, günəbaxan, kəndalaş və sairədə olduğu kimi. Nadir hallarda gövdə yastı olur, məsələn, yastı maldilində olduğu kimi.
Görmə siniri
Görmə siniri (lat. nervus opticus) kəllə sinirlərindən II cütüdür. Duyğu üzvü siniridir, görmə qovuqcuğu sağından inkişaf edir; hissi sinir olduğu üçün iki növ nüvəyə malikdir. Başlanğıc nüvəsini göz almasının tor qişasında olan qanqlioz hüceyrələr təşkil edir. Uz nüvəsi üç ədəddir: bunlardan biri görmə qabarı balışında (lat. pulvinar) digəri (lat. nucleus corporis geniculati lateralis) bayır dizəbənzər cisimdə və üçüncü (lat. stratum griseum colliculi superioris) orta beyin qapağının (dördtəpənin) yuxarı təpəciyində yerləşir. Görmə siniri silindir şəklində olub görmə sinirləri çarpazından (lat. chiasma opticum) başlayır və görmə siniri kanalından göz yuvasına daxil olur; burada bir az önə doğru gedir və göz almasına çatdıqdan sonra onun dal qütbündən 4mm içəri tərəfə tor qişaya daxil olur və orada olan qanqlioz hüceyrələrdə qurtarır.
Görmə üzvü
Göz — görmə funksiyasını təmin edən duyğu orqanı. Bir çox canlı orqanizmdə görmə sisin tərkib hissəsi olub, dalğaların işıq diapazonundakı elektromaqnit şüalanmasını qəbul edərək onu elektro-kimyəvi siqnal şəklində neyronlara ötürür. == Quruluşu və funksiyası == İnsanda göz kəllənin göz yuvasında yerləşir. Göz yuvasının divarlarından göz almasının xarici səthinə gözləri hərəkət etdirən əzələlər bitişir. Gözləri qaşlar qoruyur, onlar alından axan təri yanlara axıdır. Göz qapaqları və kirpiklər gözləri tozdan qoruyur. İnsan ətraf aləmdən informasiya almaq üçün göz duyğu üzvündən istifadə edir. Gözün bayır küncündə yerləşən göz yaşı vəzisinin ifraz etdiyi maye göz almasının üzərini isladır, gözü qızdırır, gözə düşmüş yad cisimləri yuyub aparır, sonra da gözün içəri küncündən göz yaşı kanalı ilə burun boşluğuna axır. Göz almasını örtən sıx ağlı qişa onu mexaniki və kimyəvi zədələrdən qoruyur, gözə yad cisimlər və mikroorqanizimlər düşməyə qoymur. Gözün ön hissəsində bu qişa şəffafdır.
Yuxu görmə
Röya ya da yuxugörmə — yuxunun ümumi və xarakteristika özəlliklərindən biri olub, yuxunun "Sürətli göz hərəkəti" (REM) adlı mərhələləriylə yaxından əlaqəli olan, vizual qəbul edilən duyğulardır. Yatmış insan yuxunun nə olduğunu bilmir və ondakı baş verən hadisələri canlı obyekt kimi qəbul edir. Yuxuların bioloji məzmunu, işləyişi və məqsədləri tamamilə aydın olmuş deyildir. Yuxulara "duyğusuz qəbul"unun bir növü və ya obyekti qəbul olaraq da baxmaq olar. Müxtəlif inanclara və təxminlərə də səbəb olan yuxular, hər vaxt üçün maraqlı və şərhə açıq bir mövzu meydana gətirmişlər. Fərqli psixologiya, parapsixoloqların və təcrübi spiritualistlər yuxuları fərqli formalarda şərh etmişlər. Yuxuların işləyişinin açıqlanması elmi birliyin ümumi qəbuluna görə fərziyyələr səviyyəsindən kənara çox gedə bilməyibdir. Yuxular hələ də sirrini qorumaqda olan bir araşdırma sahəsini təşkil edir. Yuxuların elmi araşdırılması oneiroloji adını alır. Şübhəsiz, heç kəs insanların nə vaxtdan yuxular görməsini dəqiqləşdirə bilməz.
Binokulyar görmə
Binokulyar görmə (lat. bini - "iki" və lat. oculus - “ göz ”) — hər iki gözlə bir obyektin görüntüsünü eyni vaxtda aydın görmə qabiliyyəti; bu zaman insan baxdığı obyektin vahid görüntüsünü alır. Binokulyar görmə stereoskopik görmə də adlanır. Binokulyar görmə, görmə analizatorunun kortikal hissəsində görmənin ən mürəkkəb fizioloji mexanizmi - fuziyadır ( lat. fusio‬ - birləşmə), yəni hər bir gözdə ayrı-ayrılıqda yaranan vizual təsvirlərin (monokulyar görüntü) vahid birləşmiş vizual qavrayışda birləşməsi. Əgər binokulyar görmə inkişaf etməzsə, yalnız sağ və ya sol gözdə görmək mümkündür. Bu tip görmə monokulyar adlanır.
Görmə sistemi
Görmə sistemi (vizual analizator, görmə orqanı) — heyvanlarda təkamül edən və görünən spektrin (işığın) elektromaqnit şüalanmasını qavramağa qadir olan, məkandakı cisimlərin mövqeyini hiss edən bioloji təbiətli binokulyar (stereoskopik) optik sistem. Vizual sistem görmə funksiyasını təmin edir. Görmə orqanının normal qıcıqlandırıcısı yüngüldür. İşığın təsiri altında çöpcüklərdə, kolbacıqlar və işığa həssas qanqlion hüceyrələrində görmə piqmentlərinin (rodopsin, yodopsin və melanopsin) məhvi baş verir. Çöpcüklər alaqaranlıqda, aşağı intensivlikli işıqda işləyir; bu halda əldə edilən vizual hisslər rəngsizdir. Kolbacıqlar isə, gün ərzində və parlaq işıqda fəaliyyət göstərir; onların funksiyası rəng hissini müəyyən edir. İnsanlar və bir çox başqa heyvanlar üçölçülü görüntüləri qavramağa imkan verən binokulyar görmə qabiliyyətinə malikdir. Gündəlik heyvanların əksəriyyəti günəş işığının fərdi rənglərini ayırd etmək qabiliyyətinə malikdir.
Mehmet Görməz
Mehmet Görməz (1 yanvar 1959, Nizip[d], Qaziantep ili) — Türkiyənin din və diyanət başqanı. == Həyatı == 1959-cu ildə Qazıəntəpdə dünyaya göz açıb. İlk təhsilini Nizipdə, orta məktəbi isə doğulduğu şəhərin İmam-Xətib Litseyində başa vurub. 1983-cü ildə Ankara Universitetinin İlahiyyat fakültəsində ali təhsilini davam etdirib. Təhsilini davam etdirməklə yanaşı, ilk əvvəl Kırıkkala bölgəsində Quran kursunda dərs demiş, daha sonralar Ankaranın müxtəlif qəsəbələrində imam və vaiz vəzifəsində işləmişdir. 1987-ci ildə bakalavr pilləsini başa vuran Görməz, Ankara Universitetinin İlahiyyat fakültəsinin Hədis bölməsində doktorluq dissertasiyasını yazmağa başlayır. 1988-ci ildə bir müddət Qahirə Universitetində araşdırma və tədqiqatlarını davam etdirir. 1990-cı ildə "Musa Carullah Bigiyev, həyatı, fikirləri və əsərləri" adlı dissertasiya işini başa vurur və doktoranturaya daxil olur. 1994-cü ildə "Sünnə və hədisin başa düşülməsi və izahında metodologiya problemi" adlı dissertasiyası ilə doktor pilləsini də başa vurur. Bununla yanaşı, yazdığı dissertasiya 1995-ci ildə Türkiyə Diyanət Vəqfi İslam Araşdırmaları Birincilik mükafatı ilə təltif olunur.
Gövdə (bitki)
Gövdə — hər hansı mühitdə olursa-olsun (torpaq üstündə, torpaq altında, suda), üzərində normal və ya metamorfoziyaya uğramış halda olan, qoltuqlarında tumurcuq yerləşən orqandır. Ağacların və otların bir, kolların isə bir neçə gövdəsi olur. Yürüstü gövdənin vəzifəsi: yarpaqların əlverişli bir surətdə düzülməsi və bitkinin böyük sahə tutmasını təmin etmək, kök və yarpaqlar arasında hərəkət edən maddələri nəql etmək, cinsi və qeyri-cinsi çoxalmanı təmin edən orqanları əmələ gətirməkdən ibarətdir. Gövdə bitkilərin ehtiyat qida maddələrinin toplanması üçün əksər hallarda anbar vəzifəsini, maldili, ruskus, qulançar və sairədə isə yarpaq vəzifəsini görür. Bəzi bitkilərdə (dəvətikanı, göyəm, nar, yemişan və s.) gövdənin bir hissəsi tikana çevrilərək müdafiə, digərlərində (tənəkdə, qabaqkimilərdə) dırmanma vəzifəsini görür. Gövdələr formalarına görə müxtəlif olur: silindrşəkilli üçtilli dördtilli çoxtilli Əksərən gövdələr silindrşəkilli olur, məsələn, taxıl, yonca, pambıq və sairənin gövdələri kimi. Bəzilərində isə üçtilli və dördtilli olur, məsələn, cillərdə, dodaqçiçəklilərdə olduğu kimi. Çoxtilli olan gövdələr də vardır. Məsələn, bəzi maldili, günəbaxan, kəndalaş və sairədə olduğu kimi. Nadir hallarda gövdə yastı olur, məsələn, yastı maldilində olduğu kimi.
Tapın görək
Tapın görək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyun bəzi bölgələrdə "Qələndər, ay Qələndər", bəzən "Sual-cavab" adlandırılsada bu oyun əsasən "Tapın görək" oyunu kimi təşəkkül tapmışdır. Bu oyunun da Azərbaycanın ayrı-ayrı bolgələrində muxtəlif adları ("Yengəla ha, yengəla", "Quşum-quşum", "Durna-durna", "Səməndər, ay Səməndər", "Yalan-palan", "Bir quşum var bu boyda" və s.) məlum idi. == Oyunun qaydaları == Tapın görək oyununa hazır olan uşaqlar sanama yolu ilə bir nəfəri oyun başçısı (usta, ya molla) seçirlər. Oyun başçısı(usta, ya molla) seçiləndən sonra uşaqları sıraya düzür və bir turna başda durana(sırada birinci dayanana) verərlər. Özü isə nisbətən bir uca yerə çıxıb nəzərdə tutduğu bir quşu, heyvanı və yaxud da başqa bir əşyanın əlamətlərini və hərəkətlərini uşaqlara nişan verməklə söyləyərlər: Əvvəlcə uşaqlar növbə ilə cavab verməlidirlər. Hər kəs öz ağlına gələni bir şeyə oxşadar və deyər. Düz deməyən şəxs turnanı yanındakına verməlidir. Hər hansı kəs düz desə oyun başçısı(usta, ya molla) deyər: "palan" O vaxt cavabı düz tapan turna ilə o biri uşaqları döyər. Beləcə sual-cavab davam edər.
Gözde Kırdar Sonsırma
Gözde Kırdar – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının ən təcrübəli oyunçularından biri. Milli komandanın digər bir üzvü Özge Kırdar Çembercinin əkiz bacısıdır. == Karyerası == Voleybola 1999-cu ildə Günəş Sığortanın B komandasında başlayan voleybolçu bu komandanın Vakıfbankla birləşməsindən sonra karyerasına Vakıfbank Günəş Sığortada davam etmişdir. 2003-cü ildə ilk dəfə Türkiyə millisinə çağrılan voleybolçu ilk vaxtlar milli komanda da istədiyi oyunu göstər bilmir. Ancaq illər ötdükcə təcrübəsi də artan Gözde yavaş-yavaş milli komandanın əsas oyunçusuna çevrilməyə başlayır. Vakıfbankda da özünü yaxşı cəhətdən göstərən voleybolçu 2012-ci ilə qədər komandası ilə birlikdə sırası ilə CEV Çağırış Kuboku, Top Komandalar Kuboku, Çempionlar Liqası və Kulublar arası Dünya Çempionatının qızıl medallarını qazanmışdır. Türkiyədə də, kubok və superkubok qalibiyyətlərinin yanında ölkə çempionluğu da yaşayır. 2012-ci ildə voleybolçu üçün iki əlamətdar hadisə baş verir. Bunlardan biri milli komanda ilə Dünya Qranpirisində yaşanan üçüncülük olur, digəri isə təbii ki, 2012 Yay Olimpiya Oyunlarıdır.
Gözlə Məni (1980)
Gözlə məni — 1980-ci ildə çəkilmiş film. == Məzmun == 1920-ci ilin baharı. İnqilab dalğası Dağlıq Qarabağın ən ucqar guşələrinə belə gedib çıxır. Qırmızı ordu dəstələri yerli feodalların hakimiyyətini öz əllərinə alır, burada yeni qayda qanunlar yaradırlar... Filmin mərkəzində sıravi qırmızı ordu döyüşçüsündən dağ rayonunun fövqəladə komissarına qədər yüksələn gənc kəndli balası Nicatın (Rasim Balayev) taleyi, onun bəy qızı Şahnaz xanıma (Tamara Yandiyeva) olan dramatik məhəbbət əhvalatı durur. == Film haqqında == Filmin sonunda Fəxrəndənin ərinin ardınca çaya girməsi və batması səhnəsi oktyabr ayında çəkilmiş və bu trükü aktrisa Amaliya Pənahovanın özü ifa etmişdir. Film dramaturq İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesinin motivləri əsasında çəkilmişdir. Film Azərbaycan SSR-in və Azərbaycan SSR Kommunist Partiyasının yaradılmasının 60 illiyinə həsr olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: İlyas Əfəndiyev Ssenari müəllifi: Elçin, Elqa Lındina Quruluşçu rejissor: Kamil Rüstəmbəyov Quruluşçu operator: Zaur Məhərrəmov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Ağahüseyn Kərimov Rejissor: Əbdül Mahmudov Rejissor-stajçı: Elxan Qasımov Operator: Vaqif Muradov Geyim rəssamı: Tatyana Əmirova Qrim rəssamı: A. Rzazadə Montaj edən: Olqa Etenko Rejissor assistenti: Süleyman Əhmədov, T. Atakişiyev, R. Hüseynov Operator assistenti: Abbas Rzayev, Gennadi Pastuşkov Rəssam assistenti: Əziz Məmmədov, M. Manuvaxova Quraşdırılmış səhnələrin rəssamı: Gennadi Tişşenko Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu İşıq ustası: Rüstəm Rüstəmov Plyonka üzrə rəng ustası: F. Dadaşov Çalır: Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor: D. Ştilman Məsləhətçi: Məcid Katibli (tarix elmləri namizədi) Redaktor: Asim Cəlilov Filmin direktoru: Davud Zöhrabov === Rollarda === Rasim Balayev — Nicat Tamara Yandiyeva — Şahnaz Həsənağa Turabov — Böyük bəy Amaliya Pənahova — Fəxrəndə Həsən Məmmədov — Bahadur Məlik Dadaşov — Cabbar bəy Ələddin Abbasov — Həsənəli Şahmar Ələkbərov — Tahir Fərqanə Quliyeva — Gülgəz Muxtar Avşarov — Hümmət Şəmsi Şəmsizadə — Yunis bəy Süsən Məcidova — çörəkçi Valeri Malışev — Kanuryov Muxtar Maniyev — Balahüseyn Gəray Əlibəyov (K. Əlibəyov kimi) — Rəsul Eldəniz Rəsulov — Qaragöz Novruz Axundov — Mirzə bəy Gümrah Rəhimov — Xosrov Vəliəhd Vəliyev — komissar köməkçisi Məmməd Tələt Rəhmanov — kənd mülkədarı Sadıq Hüseynov — kəndli Kamil Məhərrəmov — nökər V. Postnikov — Andrey Ənvər Həsənov — Ömər Məmməd Bürcəliyev — bəy Zilli Namazov — qaçaq Zirəddin Tağıyev E. Səfərova F. Bayramov Rauf Qəniyev Rafiq Qasımov Qafar Həqqi — Sərxan Sədaqət Zülfüqarova Dadaş Kazımov — Dadaş Ömür Nağıyev — Bahadurun adamı Süleyman Əhmədov — kəndli Bahadur Əliyev === Filmi səsləndirənlər === Şahmar Ələkbərov — Nicat (Rasim Balayev) (titrlərdə yoxdur) Ramiz Məlikov — bəy (titrlərdə yoxdur) Hamlet Xanızadə — bəy (titrlərdə yoxdur) Eldəniz Zeynalov — Mirzə bəy (Novruz Axundov) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — nökər (Kamil Məhərrəmov) (titrlərdə yoxdur) Məmmədrza Şeyxzamanov — Həsənəli (Ələddin Abbasov) (titrlərdə yoxdur) Elxan Ağahüseynoğlu — Xosrov (Gümrah Rəhimov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Tahir (Şahmar Ələkbərov) (titrlərdə yoxdur) Pərviz Bağırov — Rəsul (Gəray Əlibəyov) (titrlərdə yoxdur) Kamal Xudaverdiyev — Kanuryov (Valeri Malışev) (titrlərdə yoxdur) Hacı İsmayılov — Andrey (V. Postnikov) (titrlərdə yoxdur) Həsənağa Turabov — bolşevik (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Qarğıdalı gövdə kəpənəyi
Qarğıdalı gövdə kəpənəyi (lat. Pyrausta nubilalis Hb.)-Dişi kəpənəklər erkəklərdən iri olur. == Quruluşu == Dişi kəpənəklər erkəklərdən iri olur. Dişilərin qanadları açıq- sarımtıl rəngdədir. Üzərində qəhvəyi rəngdə ləkə və dişli zolaq vardır. Qanadları açılmış halda 27–32 mm, bədəninin uzunluğu isə 13–15 mm-dir. Erkək kəpənəyin ön qanadları açıq- qəhvəyi və ya bozumtul rəngdə olur. Tırtıllar 16 ayaqlı olub, sarımtıl bozdur. Tırtılın beli uzunu tutqun zolaq gedir. Baş, peysər buğumu və axırıncı buğumda qonur rəngli qalxancıqlar vardır.
Tap görək (oyun)
Tap görək — Azərbaycan milli uşaq oyunu. == Yaş == 15 6-10 == Oyunçuların sayı == 1 == Oyun qaydası == Bir dəstə uşaq bir yerə yığılır və hər bir uşağa ad qoyulur. Eləcə də adlarına müvafiq onların yeyəcəyi xörək təyin edilir. Məsələn: uşaqların biri dovşan yediyi-kələm; ikinci adam yediyi-cörək, üçüncü kirpi yediyi-ilan, dördüncü tülkü yediyi-toyuq, beşinci toyuq yediyi-darı, altıncı qarğa yediyi-pendir. Uşaqlar dairə vurub otururlar. Onlardan biri dairənin mərkəzinə gəlib barmağı və yaxud əlindəki ağac ilə yerdə dairə çəkə-çəkə deyir: karıxma-darıxma, darıxma-karıxma, karıxma-darıxma. O biri uşaqlar da barmaqları ilə və ya təbaşirlə dairə çəkə-çəkə karıxma-darıxma, darıxma-karıxma, karıxma-darıxma deyirlər. Dairənin ortasındakı uşaq birdən barmağını yuxarı qaldıraraq, yoldaşlarının birindən soruşur: yediyin nədir? Həmin uşaq çaşmayaraq qabaqcadan təyin edilən xörəyin adını düzgün söyləyərsə oyun davam edər. Uşaqlar yenə karıxma-darıxma, kəliməsini təkrar edirlər.
Beynəlxalq Gözdən Əlillər Günü
Beynəlxalq Gözdən Əlillər Günü — hər il 13 noyabrda qeyd olunan xüsusi gün. == Haqqında == Beynəlxalq Gözdən Əlillər Günü Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə gözdən əlillik və zəif görmə problemlərinə diqqəti cəlb etmək məqsədilə yaradılmışdır. Əlillər üçün məhz 13 noyabr tarixinin ayrılmasının isə özünəməxsus tarixi səbəbləri var. Belə ki, bu tarix fransız pedaqoqu Valentin Qayuinin doğulduğu tarixdir. 1745-ci ilin 13 noyabrında anadan olan Valentin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabartmalı şriftlər yaratmışdır. XVIII əsrə qədər dünyada korlar üçün təhsil müəssisəsi yox idi. Valentin Qayui ilk dəfə Fransada gözü dünya işığından məhrum olanların təhsili üçün xüsusi üsul yaratmışdır. O, 1784-cü ildə dünyada ilk dəfə Parisdə hökumətin və xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz evində şəxsi vəsaiti hesabına kor uşaqlar üçün “işləyən korların emalatxanası”nı açmışdır. İlk dəfə həmin məktəbə kimsəsiz uşaqlar qəbul edilmişdir. Valentin Qayui kor uşaqlarının təlim və tərbiyəsinə elmi cəhətdən yanaşmışdır.
Göydə asarlar (film, 1976)
Göydə asalar (ing. Aces High) — Birinci Dünya müharibəsi haqqında hərbi dram. Müəllifi Cecil Lyuis olan əsərin ekranlaşdırılması. == Süjet == 1916-cı il. Böyük Britaniyanın Kral Hava korpusunun gənc pilotu leytenant Stephen Croft Fransada aerodroma gəlir.
Gözlə məni (film, 1980)
Gözlə məni — 1980-ci ildə çəkilmiş film. == Məzmun == 1920-ci ilin baharı. İnqilab dalğası Dağlıq Qarabağın ən ucqar guşələrinə belə gedib çıxır. Qırmızı ordu dəstələri yerli feodalların hakimiyyətini öz əllərinə alır, burada yeni qayda qanunlar yaradırlar... Filmin mərkəzində sıravi qırmızı ordu döyüşçüsündən dağ rayonunun fövqəladə komissarına qədər yüksələn gənc kəndli balası Nicatın (Rasim Balayev) taleyi, onun bəy qızı Şahnaz xanıma (Tamara Yandiyeva) olan dramatik məhəbbət əhvalatı durur. == Film haqqında == Filmin sonunda Fəxrəndənin ərinin ardınca çaya girməsi və batması səhnəsi oktyabr ayında çəkilmiş və bu trükü aktrisa Amaliya Pənahovanın özü ifa etmişdir. Film dramaturq İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesinin motivləri əsasında çəkilmişdir. Film Azərbaycan SSR-in və Azərbaycan SSR Kommunist Partiyasının yaradılmasının 60 illiyinə həsr olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: İlyas Əfəndiyev Ssenari müəllifi: Elçin, Elqa Lındina Quruluşçu rejissor: Kamil Rüstəmbəyov Quruluşçu operator: Zaur Məhərrəmov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Ağahüseyn Kərimov Rejissor: Əbdül Mahmudov Rejissor-stajçı: Elxan Qasımov Operator: Vaqif Muradov Geyim rəssamı: Tatyana Əmirova Qrim rəssamı: A. Rzazadə Montaj edən: Olqa Etenko Rejissor assistenti: Süleyman Əhmədov, T. Atakişiyev, R. Hüseynov Operator assistenti: Abbas Rzayev, Gennadi Pastuşkov Rəssam assistenti: Əziz Məmmədov, M. Manuvaxova Quraşdırılmış səhnələrin rəssamı: Gennadi Tişşenko Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu İşıq ustası: Rüstəm Rüstəmov Plyonka üzrə rəng ustası: F. Dadaşov Çalır: Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor: D. Ştilman Məsləhətçi: Məcid Katibli (tarix elmləri namizədi) Redaktor: Asim Cəlilov Filmin direktoru: Davud Zöhrabov === Rollarda === Rasim Balayev — Nicat Tamara Yandiyeva — Şahnaz Həsənağa Turabov — Böyük bəy Amaliya Pənahova — Fəxrəndə Həsən Məmmədov — Bahadur Məlik Dadaşov — Cabbar bəy Ələddin Abbasov — Həsənəli Şahmar Ələkbərov — Tahir Fərqanə Quliyeva — Gülgəz Muxtar Avşarov — Hümmət Şəmsi Şəmsizadə — Yunis bəy Süsən Məcidova — çörəkçi Valeri Malışev — Kanuryov Muxtar Maniyev — Balahüseyn Gəray Əlibəyov (K. Əlibəyov kimi) — Rəsul Eldəniz Rəsulov — Qaragöz Novruz Axundov — Mirzə bəy Gümrah Rəhimov — Xosrov Vəliəhd Vəliyev — komissar köməkçisi Məmməd Tələt Rəhmanov — kənd mülkədarı Sadıq Hüseynov — kəndli Kamil Məhərrəmov — nökər V. Postnikov — Andrey Ənvər Həsənov — Ömər Məmməd Bürcəliyev — bəy Zilli Namazov — qaçaq Zirəddin Tağıyev E. Səfərova F. Bayramov Rauf Qəniyev Rafiq Qasımov Qafar Həqqi — Sərxan Sədaqət Zülfüqarova Dadaş Kazımov — Dadaş Ömür Nağıyev — Bahadurun adamı Süleyman Əhmədov — kəndli Bahadur Əliyev === Filmi səsləndirənlər === Şahmar Ələkbərov — Nicat (Rasim Balayev) (titrlərdə yoxdur) Ramiz Məlikov — bəy (titrlərdə yoxdur) Hamlet Xanızadə — bəy (titrlərdə yoxdur) Eldəniz Zeynalov — Mirzə bəy (Novruz Axundov) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — nökər (Kamil Məhərrəmov) (titrlərdə yoxdur) Məmmədrza Şeyxzamanov — Həsənəli (Ələddin Abbasov) (titrlərdə yoxdur) Elxan Ağahüseynoğlu — Xosrov (Gümrah Rəhimov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Tahir (Şahmar Ələkbərov) (titrlərdə yoxdur) Pərviz Bağırov — Rəsul (Gəray Əlibəyov) (titrlərdə yoxdur) Kamal Xudaverdiyev — Kanuryov (Valeri Malışev) (titrlərdə yoxdur) Hacı İsmayılov — Andrey (V. Postnikov) (titrlərdə yoxdur) Həsənağa Turabov — bolşevik (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Kələmin gövdə gizli xortumlusu
Kələmin gövdə gizli xortumlusu (lat. Ceutorhynchus pallidactylus) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Uzunburun böcəklər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Böcəklərdə xortum uzun və nazikdir. Böcək qara rənglidir. Üzərində sıx boz tükcüklər vardır. Pəncələri qırmızı rəngli iti caynaqlı olur. Dişilərin böyüklüyü 2,5-3,2 mm-dir. Yumurtası ovaldır və şüşə kimi şəffafdır. Orta hesablama uzunluğu 0,7 mm, eni 0,5 mm-dir. Pupu sarımtıldır.
Respublika Gözdən Əlillər Kitabxanası
Respublika Gözdən Əlillər Kitabxanası — 1981-ci ildə fəaliyyətə başlamışdır. Kitabxana gözdən əlillər üçün informasiya müəssisəsidir. Kitabxananın əsas fəaliyyət istiqaməti respublikada olan gözdən əlilləri Brayl yazı sistemi ilə çap olunmuş ədəbiyyatla və "danışan kitablar"la (audiokassetlər, CD-lər) təmin edilməsidir. == Tarixi == Gözdən əlillərə kitabxana-informasiya xidmətini daha da yaxşılaşdırmaq məqsədi ilə o zamankı Azərbaycan Korlar Cəmiyyətinin Bakı şəhərindəki obyektlərində yerləşən kitabxana və fonotekaların mərkəzləşdirilməsi zərurəti yarandı.Bu cür kitabxanalar keçmiş müttəfiq respublikalarında da var idi. Buna görə də Azərbaycan Respublikası Korlar Cəmiyyəti Mərkəzi İdarəsi Rəyasət Heyətinin 23 may 1980-ci il tarixli il, 11 nömrəli qərarına əsasən Respublika Mərkəzi kitabxanasının yaradılması sərəncamı verildi. 01 iyun 1981-ci ildə kiabxana fəaliyyətə başladı. Lakin sonralar Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin büdcəsində maliyyə çətinliyi yarandığı üçün kitabxanada çalışan işçilərə əmək haqqı verilməsi və yeni "danışan kitablar"ın alınması mümkün olmadı.Buna görədə AzKC Respublika Mərkəzi kitabxanası 01 yanvar 1994-cü il tarixdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verildi. Bütün yaş kateqoriyalarını əhatə edən kitabxanada kitabxanaçıların əsas vəzifəsi oxuculara fərdi yanaşma tərzidir. Burada oxucunun görmə səviyyəsi, obyektə adaptasiya dərəcəsi, digər xüsusi amillər nəzərə alınır. Tənha yaşayan, sərbəst hərəkət edə bilməyən oxuculara evdə səyyar kitabxana xidməti göstərilir.
Yeni Göyçə
Yeni Göyçə (1991-ci ilədək Saler) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd dağətəyi ərazidədir. 1988-ci ildə Qərbi Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırım nəticəsində öz doğma torpaqlarından məcburən çıxarılanların müəyyən bir hissəsi 1988-ci ildən bu kənddə məskunlaşmış və o üzdən kəndin adını Yeni Göyçə qoymuşlar. Sonradan əsasən Kəlbəcər rayonundan da qaçqınlar burada yaşamağa başlamışlar. == Əhalisi == 1988-ci ilin məlum deportasiyasından sonra Qərbi Azərbaycanın Göyçə mahalından bu kəndə pənah gətirənlər məskunlaşmışlar. Kənd əhalisi 204 nəfərdir ki, onunda 104 nəfəri kişi, 100 nəfəri isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Gödək Pipin
Gödək Pipin (III Pipin; lat. Pippinus Brevis, fr. Pépin le Bref; təq. 715 və ya 714, Lyej – 24 sentyabr 768) — 741-751-ci illərdə frank mayordromu, daha sonra 751-768-ci illərdə Karolinqlər sülaləsindən olan ilk Frank kralı, Karl Martelllin kiçik oğlu və Böyük Karlın atası.
Gödək qoyunu
Gödək qoyunu — Azərbaycanda, Quba-Xaçmaz iqtisadi rayonunda miqdarca birinci yeri tutan qoyun cinsi. Cins xalq seleksiyası yolu ilə yaradılmışdır və qədim cins hesab olunur. Cinssin nümayəndələri xırda olması, qısa ayaqları, möhkəm gövdəsi ilə çeçilir. Konstitusiyası quru və möhkəmdir. Ağır şəraitə davamlı, çevik və uzaq yol getməyə qadir, yerli şəraitə uyğunlaşmış qoyunlardır. Qoyunların 80 % ağ, başı və ayaqları qonur və qara rəngli olur. Ətlik-yunluq istiqamətli cinsdir. Dişilərdə diri çəki 30-40 kq, qoçlarda isə 45-50 kq-dır. Ət çıxarı orta hesabla 45,0-48,0 % təşkil edir. İlllik süd verimliyi 45 litr, südünün yağlığı isə 6,4- 7,2 % olur.
Gödək Əhməd
Əbül Nasir Gödək Əhməd (1476, Konstantinopol – 13 dekabr 1497 və ya 1497, İsfahan) — Ağqoyunlu dövlətinin VI hökmdarı. Həsən bəy Rumlu Əhsənüt-təvarix əsərində Gödək Əhmədlə bağlı yazırdı: "O, həmin ilin qışında öldürüldü. Onun hakimiyyəti altı ay davam etdi. Bədən quruluşuna gəlincə; üzü son dərəcə qırmızı və ağ, əlləri və ayaqları qısa idi. Bu səbəbdən Əhməd gödək adı ilə tanınırdı". == Həyatı == Ağqoyunlu Əhməd bəy mənbələrdə Əhməd Mirzə, Sultan Əhməd, Gödək Əhməd ünvan və ləqəbləri ilə tanınır. O, Uzun Həsənin nəvəsi, Uğurlu Məhəmmədin isə oğlu idi. Uğurlu Məhəmməd atasına qarşı 1474-cü ildə döyüşdə məğlub olduqdan sonra Osmanlı dövlətinə sığınmışdı. Fateh Sultan Mehmed də onu qızı Gövhərxan Sultan ilə evləndirərək onları Sivas bəyliyinə göndərir. Uğurlu Məhəmməd bəy Səlcuqşah Bəyimin təşkil etdiyi sui qəsd nəticəsində Ərzincana gedərək orada öldürülür.
Yeni Göyçə bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Yeni Azərbaycan Partiyası == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Lazer ilə görmə korreksiyası
Lazer ilə görmə korreksiyası (və ya refraktiv cərrahiyyə) — aşağıdakı refraktiv xətaların lazer texnologiyalarından istifadə edərək cərrahi korreksiyası: miyopi (yaxın görmə), işıq şüaları retinanın önünə yönəldilir. hipermetropiya (uzaqgörənlik), işıq şüalarının retinanın arxasına fokuslanması, astiqmatizm, işıq şüaları bir neçə yerə fokuslanır. presbiopiya, yaşa bağlı yaxın görmə pozğunluğu. FRK texnikası və LASIK texnikası rəqabət aparmır (əgər ayrı-ayrı istehsalçıların və klinikaların ambisiyalarını nəzərə almasanız), bir-birini tamamlayır. FRK kimi səthi üsullardan istifadə etməklə miyopi və mürəkkəb miyopik astiqmatizmin korreksiyası üçün əməliyyatların aparılması məqsədəuyğundur, digər refraktiv xətaların korreksiyası klapan texnologiyalarından (LASIK) istifadə edildikdə daha effektivdir. Eksimer lazer korreksiyası texnologiyasından istifadə edərək, presbiopiya səbəbindən yaranan yaşa bağlı refraktiv qüsurları da düzəltmək mümkündür. İlk dəfə olaraq presbiopiyanın korreksiyası üçün orijinal texnologiya Almaniyanın Technolas Perfect Vision şirkəti tərəfindən yaradılmış və SupraCor adını almışdır — LASIK texnologiyasına əsaslanan presbiopiyanın və ya yaşa bağlı uzaqgörənliyin eksimer lazerlə korreksiyası üsulu. SupraCor-un əsas üstünlüyü presbiopiya olan xəstələrdə yaxın görməni bərpa etmək və eyni zamanda miyopi və ya uzaqgörməni düzəltmək qabiliyyətidir.
Gödək minarəli məscid
Gödək minarəli məscid — XIX əsrə aid tarix-memarlıq abidəsi. Azərbaycanın Şəki şəhərində Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Gödək minarəli məscid də Ümumdünya İrsinə daxildir. == Haqqında == Gödək minarəli məscid Şəki şəhərinin Sarı Torpaq məhəlləsində yerləşir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun tərkibində olan ibadət evi hicri-qəməri təqvimi ilə 1226-cı ildə (miladi 1811) Hacı Abdurrahman bəy və Hacı Sədrəddin bəy tərəfindən tikdirilib. Məscidin inşa tarixini giriş qapısının üstündə olan kitabədən təyin etmək mümkündür. Kitabənin üzərində ərəb dilində yazılıb: Məscid daşdan və kərpicdən inşa edilib, iki otağdan və bir dəhlizdən ibarətdir. Məscidin tavanı şəbəkədəndir.
Natxuram Qodze
Nathuram Vinayak Qodse (marathi नथूराम विनायक गोडसे; 19.5.1910–15.11.1949) — Hindistanlı siyasətçi, ekstremist, Mahatma Qandinin qatili. == Həyatı == Nathuram Qodse 19 may 1910-cu ildə Puna dairəsinin (indiki Maxaraştra ştatı) Baramati şəhərində anadan olub. Hindistan millətçi təşkilatlarında üzvülüyə malik idi. Mahatma Qandinin öldürülməsinin səbəbi onun Britaniya Hindistanının Hindistan Respublikasına və Pakistana bölünməsinə müqaviməti idi. Bu səbəbdən, xüsusən Hindistanın Pakistan hökumətinə ayrılma müqaviləsində nəzərdə tutulduğu kimi 550 milyon rupi ödəməsini israr edən də Qandi olmuşdur. Qodse, radikal hinduların tərəfdarı olaraq (millətçi Hindu Maxasabxa hərəkatının fəalı idi), Qandinin bu adımını xəyanət kimi qiymətləndirirdi. == Qandinin qətli == Qodse 1948-ci il 30 yanvar tarixində axşam ibadəti vaxtı yaxın məsafədən Beretta M1934 markalı tapançadan üç dəfə atəş açaraq Mahatma Qandini qətlə yetirmişdir. Qətli törətdikdən sonra qaçmağa çalışsa da, ətrafdakı insanlar tərəfindən yaxalanmış və məhkəmə tərəfindən edama məhkum edilmişdir. 1949-cu il 15 noyabr tarixində sui-qəsdin təşkilatçısı olduğu sübut edilən Narayan Apte ilə birlikdə asılmışdır. Sui-qəsdin daha 4 iştirakçısı müxtəlif müddətlərə, o cümlədən Nathuramın qardaşı Qopal Qodse 18 il həbs cəzasına məhkum edilmişdir.
Gözək
Gözək – müxtəlif əşyaları bağlamaq üçün istifadə edilən ip, nazik kəndir, qaytan.. Gözək alaçıq çubuqlarını bir-birinə bənd etmək, çuvalın, xurcunun, məfrəşin və s. ağzını bağlamaq üçün toxunardı. == Toxunma qaydası == Toxunma qaydası aşağıdakı kimidir: Müəyyən uzunluqdakı ipləri iki, üç qat edib bir ucunu bir yerə (dirəyə) bağlayır. İp tağlarını bir halda sağ tərəf üstə digər halda isə sol tərəf üstə bir-birinin üstündən keçirib bərkitməklə toxuyur, sonda isə uclarına qotaz toxuyurlar.
Tarix-e qozide
Tarix-i güzidə və ya Tarix-e qozide (fars. تاریخ گزیده‎; "Seçilmiş tarix") — Həmdullah Qəzvini tərəfindən yazılmış və 1330-cu ildə tamamlanan İslam tarixinin dünyanın yaradılmasından 1329-cu ilə qədərki hissəsini əhatə edən əsər. Quru, sadə üslubda yazılmış və Qiyasəddin ibn Rəşidəddinə həsr edilmişdir. "Tarix-i güzidə" çox məşhur olmuşdur və onun çoxlu nüsxələri mövcud idi. Onların çoxuna Avropa kolleksiyalarında rast gəlinirdi. 1903-cü ildə Jül Qantin tərəfindən qismən fransız dilinə tərcümə edilmişdir. Eduard Qranvil Braun 1910-cu ildə tam nəşrini və 1913-cü ildə qısaldılmış ingilisdilli versiyasını nəşr etmişdir. 1960-cı ildə Əbdülhüseyn Nəvai "Tarix-i güzidə"nin tam versiyasını nəşr etdirmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Babaie, Sussan. Iran After the Mongols.
Böyük Ördək (Göycə)
== Toponim == Böyük Ördək - 1728-ci ildə İrəvan əyalətinin Göycə nahiyəsində kənd adı. == Həmçinin bax == Göycə İrəvan əyaləti == Ədəbiyyat == Алияров С.С. К ономастике книги Коркута. “Azərbaycan dilinin tarixi leksikasına dair tədqiqlər”. Баку, 1988.
Yusteyn Qorder
Yusteyn Qorder (8 avqust 1952) Norveçli ziyalı, bir neçə roman, hekayə və uşaq kitablarının müəllifi. Qorder, adətən, uşaqların gələcəyə baxışından, dünyanı qavramasından yazır. O, əsərlərində tez-tez hekayə içərisində hekayə üsulundan istifadə edir. == Həyatı == Qorder pedaqoq ailəsində doğulmuşdur. Anası İnqer Marqarit Qorder müəllim idi və uşaq kitabları yazarı idi. Atası Knut Qorder Osloda kollec direktoru işləyirdi. 1971-ci ildə Oslo Kilsə Məktəbini bitirdi. 1974-cü ildə evləndi. 1976 və 1983-cü illərdə 2 oğlu dünyaya gəldi. 1976-cı ildə Oslo Universitetində Skandinaviya dilləri, fəlsəfə tarixi və din tarixi fakültələrini oxuyub.
"Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı
"Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı — Azərbaycan Respublikası prezidenti tərəfindən 2021-ci il 3 dekabr tarixli 425-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş dövlət təltifi. == Təltif edilən şəxslər == "Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı ilə, Azərbaycan Respublikasının gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycan Respublikasının gömrük orqanları qarşısında duran vəzifələrin yerinə yetirilməsi işində kömək göstərdiklərinə görə Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikası ilə gömrük işi sahəsində əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə xarici ölkələrin vətəndaşları təltif edilirlər. == Taxılma qaydası == "Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Medalın təsviri == === Medalın ümumi təsviri === "Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, kənarları səkkizguşəli ulduz formalı, diametri 50 mm və qalınlığı 2,5 mm olan lövhədən ibarətdir. === Medalın ön tərəfi === Medalın ön tərəfində dairənin ortasında Azərbaycan Respublikası gömrük orqanlarının embleminin elementləri olan qalxan, onun arxasında qılınc və qılıncın aşağı hissəsində açardan ibarət kompozisiya, dairənin aşağı hissəsində isə sağ və sol tərəflərə istiqamətlənmiş yaşıl rəngli dəfnə çələngləri təsvir edilmişdir. Nəzərdə tutulan kompozisiyada çevrə boyunca qara rənglə GÖMRÜK ORQANLARI İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ sözləri yazılmışdır. Dəfnə çələngləri, qalxan, qılınc, açar və sözlər relyeflidir. Mavi və boz rəngli qalxan, qara və bürüncü rəngli elementləri olan qılınc, ağ rəngli açar istisna olmaqla digər elementlər qızılı rəngdədir. === Medalın arxa tərəfi === Medalın arxa tərəfinin mərkəzində qızılı rənglə GÖMRÜK ORQANLARI İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ sözləri yazılmış, sözlərin aşağı hissəsində isə sağ və sol tərəfə istiqamətlənmiş yaşıl rəngli dəfnə çələngləri təsvir edilmişdir. Sözlər və dəfnə çələngləri relyeflidir.
"Xidmətlərə görə" ordeni
Xidmətlərə görə ordeni (Fransa)
"İgidliyə görə" medalı
"İgidliyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 29 dekabr 1998-ci ildə təsdiq edilmişdir. == Tarixi və əsasnaməsi == "İgidliyə görə" medalı Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir. Medalın əsasnaməsi Azərbaycan Respublikasının 1998-ci il 29 dekabr tarixli 607-IQ saylı Qanunu ilə təsdiq edilmişdir. Əsasnaməyə əsasən medal aşağıdakılara görə verilir: Müharibədə döyüş zamanı göstərdiyi igidliyə görə; Döyüş əməliyyatlarına uğurlu rəhbərlik etdiyinə və şəxsi mərdlik göstərdiyinə görə; Həyatı təhlükə altında hərbi borcu yerinə yetirərkən igidlik göstərdiyinə görə; Xüsusi tapşırığı yerinə yetirərkən casarət göstərdiyinə görə; Həyatı təhlükə qorxusu altında olduğu halda insan həyatı xilas etdiyinə görə. "İgidliyə görə" medalı Azərbaycan Respublikasının digər orden və medalları olduğu halda döşün sol tərəfinə "Vətən uğrunda" medalından sonra taxılır. == Təsviri == "İgidliyə görə" medalının təsviri 2 fərqli formada verilmişdir. Medalının ilk təsviri Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 35-IIQ saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda medalın təsviri aşağıdakı kimi verilmişdir: "İgidliyə görə" medalı bürüncdən tökülmüş, 36 mm diametrli girdə lövhədən ibarətdir. Medalın üstündə səkkizguşəli ulduzun fonunda başında dəbilqə və əlində süngülü tüfəng olan əsgərin yandan görünüşü təsvir edilmişdir.
"Şücaətə görə" medalı
"Şücaətə görə" medalı — Azərbaycan Respublikasının medalı. == Təltif edən orqan == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilir. == Taxılma qaydası == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda Azərbaycan Respublikasının "Hərbi xidmətdə fərqlənməyə görə" medalından sonra taxılır. == Medalın ümumi təsviri == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm və qalınlığı 3 mm olan dairəvi lövhədən ibarətdir. === Medalın ön tərəfi === Medalın ön tərəfində səkkizguşəli ulduz, ulduzun mərkəzində isə alov təsvir edilmişdir. Səkkizguşəli ulduzun yuxarı hissəsində qövs boyunca "ŞÜCAƏTƏ GÖRƏ" sözləri yazılmışdır. Medalın ön tərəfinin aşağı hissəsinin mərkəzindən sol və sağ tərəflərə qövs boyunca palıd yarpaqlarından ibarət çələng təsviri yerləşdirilmişdir. Səkkizguşəli ulduzun aşağı hissəsindən medalın yuxarı hissəsinə doğru açılan günəş şüaları təsvir edilmişdir. Səkkizguşəli ulduzun üzərinə göy mina çəkilmişdir. Bütün yazılar və elementlər relyeflidir.
"Əməkdə fərqlənməyə görə"
"Əməkdə fərqlənməyə görə" medalı" (rus. Медаль «За трудовое отличие») — Sovet İttifaqının mülki əmək mükafatı. Xüsusən yüksək əmək məhsuldarlığı nümayiş etdirən işçilər və ya elm, mədəniyyət və ya istehsal sənayesi sahələrində böyük töhfələr vermiş şəxslər bu mükafata layiq görülmüşdür. 27 dekabr 1938-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılmış medal 50 ildən bir qədər çox müddət ərzində təqribən 2 milyon vətəndaşa verilmişdir.
Klikə görə ödəniş
Klikə görə ödəniş (ing. pay per click) termini rəqəmsal marketinqdə istifadə olunur. İnternetdə reklam yerləşdirdikdə, reklam platforması, reklam yerləşdirən şəxsdən hər klikə görə ödəniş alır. Belə platformadan biri Google Ads platformasıdır.
Dözmək
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək. Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M. P. Vaqif. Razılaşmaq, barışmaq, keçirmək, yol vermək. Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M. Rahim.
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. == Haqqında == Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.
Gromee
Andjey Qromala (pol. Andrzej Gromala; d. 14 dekabr 1978, Krakov, Polşa) və ya səhnə adı ilə Gromee — Polşa DJ-i, prodüseri və bəstəkarı. O Kingztown Music albom şirkətinin rəhbəridir. 2016-cı ildə Gromee Sony Music şirkəti ilə anlaşma imzalamışdır. 2017-ci ildə o Polşanın Eska Music Awards mükafatlandırma mərasimində "Ən yaxşı DJ/prodüser" kateqoriyasında mükafata layiq görülmüşdür. Gromee Lukas Meyer ilə birlikdə "Light Me Up" mahnısı ilə Polşanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Gömrük
Gömrük— sərhəd ticarətinə nəzarət edən orqan. == Azərbaycan tarixi == Azərbaycanın xarici ticarət əlaqələri çox qədim dövrlərə gedib çıxır. Bizim eradan əvvəl ikinci minilliyin ikinci yarısında yerli tayfalar Assur, Fələstin və Misir ölkələri ilə xammal və məhsullar mübadiləsi aparır, həmin ölkələrdən isə bəzək əşyaları və müxtəlif soyuq silahlar gətirərdilər. Atropatenanın ərazisində olan Təbriz, Ərdəbil, Urmiya, Marağa, Zəncan, Naxçıvan və digər sahələr ölkə daxilində mühüm ticarət mərkəzlərinə çevrilmişdir. Bu şəhərlər başqa dövlətlərlə təkcə quru ilə deyil, həm də dəniz yolu ilə ticarət əlaqələri yarada bilmişdilər. Məşhur "Böyük ipək yolu" vasitəsilə Orta Asiya, Çin, Hindistan, Kiçik Asiya ölkələri ilə ticarət əlaqələri formalaşmışdır. Ölkədə hazırlanmış xalçalar, bəzək şeyləri, yun məmulatları və s. ixrac olunaraq əvəzində lazım olan istehlak malları idxal olunurdu. Bu zaman satış üçün müxtəlif vergilər alınırdı ki, bu da müasir dövrdə gömrük vergiləri və rüsumları adlanır. Bizim eranın əvvəllərində indiki Şimali Azərbaycanın və Cənubi Dağıstanın ərazisini əhatə edən Albaniya dövləti yarandı.
Gülmək
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Hörmət
Hörmət və ya sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq. Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Kərmək
Dəvəayağı (lat. Limonium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Qoçbek
Qoçbəyli (əvvəlki adı:Qoçbek) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Qoçbek kəndi Qoçbəyli kəndi adlandırılmışdır. 1992-ci ildən 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Qoçbəyli kəndi 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Qoçbəyli kəndinin qədim adı Qoçbek olmuşdur. Qoçbek yaşayış məntəqəsinin əsasını qoymuş şəxsin adıdır. 1992-ci ildən Qoçbəyli adlandırılmışdır. Oykonim Qoçbəy (şəxs adı) və -li (mənsubiyyət bildirir) şəkilçisindən düzəlib, "Qoçbəyə məxsus kənd" mənasındadır. == Tarixi == === Tarixi abidələri === Qoçbəyli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil.