Qoçbəyli (əvvəlki adı:Qoçbek) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Qoçbek kəndi Qoçbəyli kəndi adlandırılmışdır.[2] 1992-ci ildən 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Qoçbəyli kəndi 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3]
Qoçbəyli | |
---|---|
39°30′26″ şm. e. 47°04′10″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Qoçbəyli kəndinin qədim adı Qoçbek olmuşdur. Qoçbek yaşayış məntəqəsinin əsasını qoymuş şəxsin adıdır. 1992-ci ildən Qoçbəyli adlandırılmışdır. Oykonim Qoçbəy (şəxs adı) və -li (mənsubiyyət bildirir) şəkilçisindən düzəlib, "Qoçbəyə məxsus kənd" mənasındadır.[4]
Qoçbəyli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
4336 | Məbəd[5] | XIX əsr | Qoçbəyli kəndi | Memarlıq | Yerli |
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[6] | XXXX | XXXX | XXXX |
2009[7] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.