YETİRMƏK

f.
1. Bir şeyi, yaxud bir sözü (xəbəri, məlumatı) başqa bir kəsə və ya yerə hər hansı bir vasitə ilə çatdırmaq. Məktubu sahibinə yetirmək. Məndən ona salam yetir.
– Şah Abbas o saat əmr elədi, lazımi xəbəri firəng elçilərinə yetirdilər. M.F.Axundzadə.
Qasıməli kirvə, əlbəttə, bizə gərək iki pud xalis inək yağı gətirəsən, amma üç həftəyədək gərək yetirəsən. C.Məmmədquluzadə.

2. Özünü gedən, ya qaçan birisinə, yaxud da bir yerə çatdırmaq (adətən “özünü” sözü ilə). Özünü tez evə yetirdi. Özünü qabaqdakılara yetirmək.
– Əgər Nəbi bu gün özünü Gorusa yetirə bilməsə, sabah Həcər öləsi idi. Qaçaq Nəbi”.
Bu vaxt Elman özünü yetirdi. M.Hüseyn.

3. Tərbiyə və təlim edib böyütmək, ortaya çıxarmaq (bəzən “böyüdüb-yetirmək” şəklində). Yaxşı övlad yetirmək.
– Qafar … İkram və Fatma kimi zehinli, ləyaqətli uşaqlar böyüdüb-yetirən arvadına güldən ağır söz deyilməsinə dözməyəcəkdi. Ə.Əbülhəsən.

// Qulluq edərək böyütmək; becərmək, yetişdirmək, yaratmaq. Bağban bağında yeni meyvə növləri yetirmişdir.
– Cəfa çəkdim, bağ yetirdim; Gülşəni xarə tapşırdım; Bunca fikrü xəyal etdim; Tapmadım çarə, tapşırdım. Q.Zakir.

4. Bir sıra sözlərə qoşularaq, müxtəlif frazeoloji ifadələr düzəldilir; məs.: diqqət yetirmək, dil yetirmək, göz yetirmək, yerinə yetirmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YETİRMƏK yetirmək bax çatdırmaq
  • YETİRMƏK böyütmək
  • YETİRMƏK becərmək — böyütmək
  • YETİRMƏK çatdırmaq
YETİRMƏ
YETİŞDİRİLMƏ

Digər lüğətlərdə

гради́рный единозе́мец заседа́ть надгла́вие подру́жка поня́тьице разбу́ривание боске́тный гимнази́ст ка́рстовый кра́чка макре́ль о́стренький откидно́й отторга́ться пиломатериа́лы пардва conduce echelonment hard-baked stegosaurus блатной поворачиваться прижиться смолокурение