1. Doxsan doqquzdan sonra gələn rəqəm –
100. Yüz manat. Yüz nəfər. Yüz faiz. Yüz addımlıqda. On dəfə on yüz elər.
// Başqa saylarla birlikdə. Dörd yüz kilo. Təyyarə saatda 600 kilometr yol gedir.
□ Yüz il – bir əsr.
Bir taleyin əllərində cütlənmiş zərik; Yüz il qoşa atılsaq da qoşa düşmərik.
2. Qeyri-müəyyən çox miqdar mənasında. Sənə yüz dəfə demişəm ki… Yüz ildir ki, onu görməmişəm. – Yüz dəfə ölç, bir dəfə biç. ( Ata. sözü ).
Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana; Zərrəcə qəti-məhəbbət etmədin, rəhmət sana.
◊ Yüz… dəyər – bir şeyin başqa bir şeyə nisbətən çox-çox üstünlüyünü, yaxşılığını bildirir.
Nə qədər olsa qoca gərçi Vidadi xəstə; Yenə Vaqif kimi, əlbəttə, yüz oğlana dəyər.
Yüz faiz – bax yüzdə yüz.
[Sultan:] Mən yüz faiz əminəm, o saatca başlardın ki, əmi, belə çal-saqqal vaxtında o yaşda adamla evlənmək sənə yaraşmaz.
Yüzdə doxsan doqquzu – demək olar ki, hamısı.
Dünyada firəng dilini və elmini mükəmməl təhsil eliyən müsəlmanların yüzdə doxsan doqquzu heç bilməz ki, orucu necə tutarlar.
Yüzdə yüz – 100 faiz, tamamilə, hamısı, bütünbütünə. Planı yüzdə yüz yerinə yetirmək.