Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Maqnum Foto
Maqnum Foto — beynəlxalq foto agentliyi. Nyu-York, Paris, London və Tokioda ofisləri olan agentlik 1947-ci ildə başda Anri Kartye-Bresson olmaqla müharibə fotoqrafları Robert Kapa, Devid Seymur və Corc Rocer tərəfindən yaradılmışdır. == Yaranması == Agentlik 1947-ci ildə Parisdə Robert Kapanın ideyası əsasında Robert Kapa, Anri Kartye-Bresson, Devid Seymur, Corc Rocer, Uilyam Vandivert, Rita Vandivert və Mariya Eyzner tərəfindən yaradılıb. Rita Vandivert agentliyin ilk prezidenti və Nyu-York ofisinin rəhbəri seçildi. Mariya Eyzner Paris ofisinə rəhbər təyin edildi. Plana görə, C.Rocer Afrika və Yaxın Şərq, A.Kartye-Bresson Cənubi və Şərqi Asiya, D.Seymur və U.Vandivert Avropa və ABŞ-dən fotolar çəkməli idilər. R.Kapa isə haranı və hansı hadisəni çəkəcəyini sərbəst şəkildə seçməli idi. Maqnum üzvləri tərəfindən yaradılan ilk fotoqrafiya koorporasiyadır. Heyət fotoqraflara dəstək göstərir və onların müəlliflik hüquqlarını müdafiə edirdi. == Yeni üzvlərin seçilməsi == Maqnumun yeni yarandığı illərdə üzvlük ümumi xarakter daşıyırdı və Robert Kapanın şəxsi dəvəti ilə qəbul edilirdi.
JPEG (foto jurnal)
Foto
Bir fotoşəkil (Cənubi azərbaycanda əks, ing.Photograph), işığa həssas bir səthə, ümumiyyətlə fotoşəkil filminə və ya bir CCD və ya CMOS çipi kimi elektron görüntü sensoru üzərinə düşən bir görüntüdür. == Tarix == Fotoqrafiya (yunan dilində foto — işıq, qrafo — yazıram, çəkirəm deməkdir) sənətinin tarixi qədim dövrlər aiddir.. Xüsusi zəhmət çəkmədən və tez zamanda istənilən rəsmi çəkmək, insanın, mənzərənin və s. əksini əldə etmək həmişə insanları maraqlandırmışdır. Hələ uzun illər öncə insanların diqqətini çəkən məqamlardan biri də kiçik deşikdən qaranlıq otağa süzülən günəş şüasının yaratdığı effekt, bu işıqda əşyaların proporsiya və rəng baxımından əks olunması idi. İşığın qaranlıq otaqda yaratdığı bu effekt hələ e.ə. IV əsrdə yaşamış qədim yunan alimi Aristotelə məlum idi. Aya Sofiya məbədinin tikintisində iştirak edən Bizans riyaziyyatçısı və arxitektoru Trallı Anfimiya (474–558) məbədin daxilindəki güzgülərin yerləşmə sxemini lahiyələşdirərkən kamera obskuranın iş metodundan istifadə etmişdi.
Diafraqma (foto)
Difraqma (lat. διάφραγμα) — fotoaparat obyektivinin qurğusu olub nisbi dəliyiin ölçüsünü, obyektivdən keçən işığn miqdarını, çəkiləcək obyektin təsvirinin aydınlığını və sahə dərinliyini tənzimləmək üçün istifadə olunan dairəvi pərdəciklər. == İş prinsipi == Diafraqmanın iş funksiyası insan gözünün funksiyası ilə, demək olar ki, eynidir. İnsan günəşə baxdıqda gözünün parlaq işıqdan zədələnməməsi üçün onu qıyır və əksinə, qaranlıqda yaxşı görmək üçün gözünü daha geniş açır və beləliklə gözə düşən işığın həcmini tənzimləyir. Diafraqma da eyni funksiyanı daşıyır. Düşən işığı artırıb azaltmaq üçün diafraqmanın dəliyini açıb və ya bağlamaq lazımdır. Diafraqmanın dəliyi ləçəklər vasitəsilə açılıb bağlanır. Dəliyin dairəvi olması ləçəklərin sayı və onların formasından asılıdır. Diafraqmanın dəliyi nə qədər dairəvi olsa, bir o qədər yaxşıdır. Diafraqma şəklin kəskinliyinə, obyektivdən keçən işığın həcminə, kəskinlik dərinliyinə və rənglərin parlaqlığına təsir edir.
Foto-jurnalistika
Fotojurnalistika — yeni bir xəbər hekayəsini anlatmaq üçün şəkillərdən istifadə edən jurnalistikanın xüsusi bölməsi. İndiki dövrdə terminin adətən yalnız hərəkətsiz təsvirlərə istinad etdiyi başa düşülür, lakin bəzi hallarda bu termin həmçinin teleradio jurnalistikasında istifadə olunan videoya da aid edilir. Fotojurnalistika fotoqrafiyanın bu sahəyə yaxın olan digər qollarından sərt bir etik çərçivəylə işin dürüst, qərəzsiz olmasını tələb etməsi və hekayəni ciddi jurnalistika şərtləri daxilində anlatması ilə fərqlənir. Fotojurnalistlər xəbər mediasına töhfə verən şəkillər yaradır və cəmiyyətlərin bir-biri ilə əlaqə yaratmalarına kömək edir. Onlar ətraflarında baş verən hadisələrdən daim və tez bir şəkildə xəbərdar olmalıdırlar. Fotojurnalistlər xəbərləri həm dolğun, həm də əyləncəli şəkildə və yaradıcı formatda çatdırırlar. Bir yazıçı kimi, fotojurnalist də müxbirdir, ancaq çox vaxt sərt maneələrlə üzləşərkən o, ani qərarlar qəbul etməli və foto avadanlıqları daşımalıdır. == Tarixi == === Müharibə fotoqrafiyasının yaranması === Xəbər hekayələrini fotoşəkillərlə təsvir etmək təcrübəsi 19-cu əsrin ortalarında çap və fotoqrafiyada baş verən yeniliklərlə mümkün oldu. 1806-cı ildə "The Times" qəzetində çap olunmuş Lord Horatsio Nelsonun dəfn mərasimi kimi ilkin təsvirlər qəzetlərdə meydana çıxsa da, ilk həftəlik illustrasiyalı qəzet 1842-ci ildə çap edilmiş "Illustrated London News" (ILN) idi. Burada təsvirlər oyularaq çap edilmişdi.
Foto gəlini
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi. Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. == Arxa plan == ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır.
Foto tranzistor
Foto tranzistor-Üzərinə işıq düşdüyündə kollektor-emitter ucları arasındakı müqavimət dəyəri azalan elementdir. Ümumiyyətlə bir yükün işıq ilə idarə edilməsində açar elementi olaraq istifadə edilər. Foto tranzistorlar normal tranzistor kimi PNP və ya NPN olaraq istehsal edilirlər.Fototranzistorlar, baza ucuna işıq düşdüyündə K-E arasından cərəyan keçməsini təmin edən elementlərdir. Fotodiyotlardan fərqli olaraq işıqla hasil edilən cərəyanı gücləndirə bilərlər. Bu xüsusiyyətləri sayəsində fotodiodlardan çox üstündürlər. == Foto tranzistorun quruluşu == Fototranzistorlar iki ya da üç ayaqlı olaraq istehsal edilir. Üç ayaqlı olan modellərdə lupa rənglənmiş olarsa element normal tranzistor halına keçər. Lupa rənglənməzsə və baza ucu da dövrəyə bağlanacaq olursa baza iki təsir söz mövzusu olacağından K(kollektor)-E(emitter) arasından keçən cərəyanın miqdarındakı dəyişmə daha çox olur. Iki ayaqlı fototranzistorlarda(istifadə rahatlığı baxımından) baza ucu çölə çıxarılmaz.Foto tranzistorların quruluşu şəkildə östərilmişdir. Üç yarım keçiricinin birləşməsindən ibarət olan fototranzistorların K-B(baza) ucları arasına bağlanmış olan fotodioda işıq enerjisi (foton) gələ bilməsi üçün baza ucunun olduğu hissəyə lupa şəklində şüşə yerləşdirilmişdir.
Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivi
Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivi (qısaca: ARDKFSA) — Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan və Azərbaycan Respublikasının dövlət arxivlərindən biri. Bu arxivdə kinooçerklər, sənədli filmlər, kinoxronikalar, fotoşəkillər mühafizə olunur. == Tarixi == 1930-cu ildə yaradılmış Oktyabr İnqilabı Arxivinin kino-foto sənədlər şöbəsi 1943-cü ildən Azərbaycan SSR Mərkəzi Dövlət Kino Foto-Fono Sənədləri Arxivi(MDKFFSA) kimi müstəqil fəaliyyətə başlayır. 1968-ci ilə qədər buraya səs yazılarıda daxil edilirdi. 1994-cü ildə Azərbaycan Respublikası Dövlət Kino Foto-Fono Sənədləri Arxivi(ARDKFFSA) adlanır. Arxivdə 1858–2005-ci illərə aid 339760 saxlama vahidi kino və fotosənəd qorunur. == Haqqında == XIX əsrin II yarısından 2006-cı ilədək Azərbaycanın ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında baş vermiş hadisələr arxivin fondlarında saxlanılan 320 mindən çox foto və 20 minə yaxın saxlama vahidi kino sənədlərində əks olunur. Bu sənədlər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından, "Azərbaycantelefilm" yaradıcılıq birliyindən, Azərbaycan Dövlət Teleradio Şirkətindən, respublika, şəhər və rayon qəzetləri redaksiyalarından, habelə ayrı-ayrı görkəmli dövlət, ictimai, siyasi, elm və mədəniyyət xadimlərindən qəbul edilmişdir. Ən ilkin sənədlər (1861–1895) Bakı şəhərinin tarixinə (şəhərin ümumi görünüşünə, ayrı-ayrı binalara, küçələrə, şəhərin panoramına aid fotoşəkillər) və Bakıda neft sənayesinin inkişafı tarixinə (1879–1917-ci illərdə neft mədənlərinin görüntüləri, neftin çıxarılması və emalı üsullarını özundə əks etdirən kadrlar və s.) aiddir. Arxivdə XX əsrin əvvəllərində baş vermiş inqilabi hərəkata (1918–1920), Azərbaycanda Aprel işğalına (1920), işğaldan sonra Azərbaycanda Sovet hakimiyyətinin qurulmasına aid fotoşəkillər və kinoxronikalar, 70 illik Sovet hakimiyyəti dövründə Bakının neft akademiyasına çevrilməsini, müharibə illərində (1941–1945) və sonrakı dövrdə neftçıxarma və neftayırma sənayesinin inkişafı, o cümlədən, dünyada ilk dəfə olaraq dənizdə(Neft daşlarında) neft çıxarılmasını əks etdirən çoxlu kinoxronika və fotoşəkillər mühafizə olunur.
Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivi
Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivi (qısaca: ARDKFSA) — Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan və Azərbaycan Respublikasının dövlət arxivlərindən biri. Bu arxivdə kinooçerklər, sənədli filmlər, kinoxronikalar, fotoşəkillər mühafizə olunur. == Tarixi == 1930-cu ildə yaradılmış Oktyabr İnqilabı Arxivinin kino-foto sənədlər şöbəsi 1943-cü ildən Azərbaycan SSR Mərkəzi Dövlət Kino Foto-Fono Sənədləri Arxivi(MDKFFSA) kimi müstəqil fəaliyyətə başlayır. 1968-ci ilə qədər buraya səs yazılarıda daxil edilirdi. 1994-cü ildə Azərbaycan Respublikası Dövlət Kino Foto-Fono Sənədləri Arxivi(ARDKFFSA) adlanır. Arxivdə 1858–2005-ci illərə aid 339760 saxlama vahidi kino və fotosənəd qorunur. == Haqqında == XIX əsrin II yarısından 2006-cı ilədək Azərbaycanın ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında baş vermiş hadisələr arxivin fondlarında saxlanılan 320 mindən çox foto və 20 minə yaxın saxlama vahidi kino sənədlərində əks olunur. Bu sənədlər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından, "Azərbaycantelefilm" yaradıcılıq birliyindən, Azərbaycan Dövlət Teleradio Şirkətindən, respublika, şəhər və rayon qəzetləri redaksiyalarından, habelə ayrı-ayrı görkəmli dövlət, ictimai, siyasi, elm və mədəniyyət xadimlərindən qəbul edilmişdir. Ən ilkin sənədlər (1861–1895) Bakı şəhərinin tarixinə (şəhərin ümumi görünüşünə, ayrı-ayrı binalara, küçələrə, şəhərin panoramına aid fotoşəkillər) və Bakıda neft sənayesinin inkişafı tarixinə (1879–1917-ci illərdə neft mədənlərinin görüntüləri, neftin çıxarılması və emalı üsullarını özundə əks etdirən kadrlar və s.) aiddir. Arxivdə XX əsrin əvvəllərində baş vermiş inqilabi hərəkata (1918–1920), Azərbaycanda Aprel işğalına (1920), işğaldan sonra Azərbaycanda Sovet hakimiyyətinin qurulmasına aid fotoşəkillər və kinoxronikalar, 70 illik Sovet hakimiyyəti dövründə Bakının neft akademiyasına çevrilməsini, müharibə illərində (1941–1945) və sonrakı dövrdə neftçıxarma və neftayırma sənayesinin inkişafı, o cümlədən, dünyada ilk dəfə olaraq dənizdə(Neft daşlarında) neft çıxarılmasını əks etdirən çoxlu kinoxronika və fotoşəkillər mühafizə olunur.
Koronas-Foton
Koronas-Foton (rus. Коронас-Фотон), CORONAS-Photon (Complex Orbital Observations Near-Earth of Activity of the Sun) —Rusiyanın süni peyki. Rusiyanın "Koronas-Foton" peyki Günəşin şəklini çəkib. Rusiya Elmlər Akademiyasının Lebedev adına Fizika institutunun Günəşin rentgen astronomiyası laboratoriyasının saytında bildirilib. Şəkillər 2009-cu il fevralın 20-də peykdəki cihazların sınaq yoxlanışı zamanı alınıb. TESİS teleskopları Günəşin aşağı tacını, keçid təbəqəsini və yuxarı tacını çəkiblər. Bütün şəkillər rentgen diapazonunda alınıb. Belə şəkillər Yerdən çəkmək mümkün deyil. Çünki rentgen şüaları atmosfer tərəfindən udulur. Mütəxəssislər bildirirlər ki, Günəşin şəkli bu planetdə hərarətin necə dəyişdiyini öyrənmək üçün lazımdır.
AzərFoto Foto-İnformasiya Agentliyi
Azərbaycan Foto-Kino İdarəsi
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası — Azərbaycan dövlət kinostudiyası. Kinostudiya 1920-ci ildə "Azərbaycan XMK-nın İncəsənət Şöbəsi" adı altında təsis olunub. Qurum indiki dövrdə Azərbaycan Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərir. Kinostudiyanın hazırkı direktoru Nazim Hüseynovdur. == Tarixi == İlk struktur nümunəsi kimi XlX əsrin sonlarında fotoqraf və kinooperator Aleksandr Mişon Bakıda elmi foto dərnəyin katibi və nəşriyyat sahibi olduğu fotoatelyeni nəzərə almalıyıq. 1920-ci ildə Nəriman Nərimanov kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret imzalayır və xalq mədəniyyət komissarlığının tərkibində foto-kino şöbəsi (Azərbaycan XMK-nın İncəsənət Şöbəsi) yaradılır. 1923-cü ildə isə bu qurumu I Dövlət kinofabriki ("Azərbaycan Foto-Kino İdarəsi" (AFKİ) əvəzləyir. Azərbaycan kino strukturu sonrakı illərdə müxtəlif cür adlandırılıb. Məsələn, 1926–1930-cu illərdə "Azdövlətkino" (Azərbaycan Foto–Kino Sənaye və Ticarət Birliyi), 1930–1931-ci illərdə "Azərkino", 1934–1935-ci illərdə "Azdövlətkinosənaye" (Oktyabrın X illiyi adına kinofabrik), 1932–1941-ci illərdə "Azərfilm" (Azərbaycan Foto-Kino Sənayesi İdarəsi), 1939–1959-cu illərdə "Bakı kinostudiyası" (SSRİ Xalq Komissarları Sovetinin 1938-ci il 2 mart qərarı ilə bədii filmlərin Bakı Kinostudiyasının Nizamnaməsi təsdiq olundu. SSRİ Xalq Komissarları yanında Kinematoqrafiya İşləri üzrə komitənin 1938-ci il 30 iyun tarixli əmri ilə kinostudiya 1938-ci ildən bədii filmlərin Bakı Kinostudiyası adlandırıldı və 1944-cü ilə kimi Komitənin tabeliyində oldu.
Foto "Fantaziya" (film, 1970)
== Məzmun == Filmdə sosial vəziyyəti çox ağır olan insanların mənəvi sarsıntılara məruz qalmalarından, onların mövcud şəraitdən çıxış yolu tapa bilməmələrindən bəhs olunur. == Film haqqında == Film yazıçı Yusif Səmədoğlunun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Bu film operator Şərif Şərifovun kurs işidir.
Hüseyn Bağırov (fotoqraf)
Hüseyn Hüseynzadə (fotoqraf)
Hüseyn Hüseynzadə (11 yanvar 1935 – 13 iyul 2019) — Azərbaycan fotojurnalisti. == Həyatı == 11 yanvar 1935-ci ildə anadan olub. Neft-kimya İnstitutunu bitirib. Foto sənətinə "Vışka" qəzetindən başlamışdır. "Kommunist", "Pionerskaya Pravda", "Komsomolskaya pravda" adlı qəzetlərdə fəaliyyətinə davam edib. "Neft gəldi" və "Qazma ustası Faiq Əliyev" adlı fotoşəkilləri 1964-cü ildə keçirilən ümumittifaq sərgidə 1-ci dərəcəli diploma layiq görülmüşdür. Hüseyn Hüseynzadənin təşəbbüsü ilə ilk dəfə milli foto tarixində "Azərbaycanın kulinariya ensiklopediyası" yaranmışdır. Professor Hüseynzadə 60-dan çox kitabın müəllifidir. Foto sənətində qazandığı nəaliyyətlər – "Press Foto-62" beynəlxalq sərgi mükafatı, Azərbaycanın "Qızıl qələm" Jurnalistlərinin İttifaqı (1967), Berlində "İnterpresfoto" sərgilərinin mükafatı. Hüseyn Hüseynzadənin təşəbbüsü ilə ilk dəfə milli foto tarixində "Azərbaycanın kulinariya ensiklopediyası" yaranıb.
Kamal Babayev (fotoqraf)
Babayev Kamal Həbib oğlu (3 iyun 1927, Bakı – 4 yanvar 2022) — azərbaycanlı fotoqraf; Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Fotoqraflar Birliyinin üzvü. == Həyatı == Kamal Babayev 3 iyun 1927-ci il Bakıda anadan olub. 1953-cü ildən "Pioner" jurnalında fotomüxbir kimi fəaliyyət göstərib. Həmin ildən Azərbaycan Dövlət İncəsənət Muzeyində ştatdankənar çalışıb, 1959-cu ildən bu muzeyin əməkdaşı olub və 2022 ilə kimi muzeyin fotoqrafı kimi işləyib. XX əsrin 50-ci illərdə "Gənc texniklər" mərkəzində fotoqrafiya dərnəklərini aparır və bu vaxt foto həvəskarları üçün azərbaycan dilində dörd kitabça-vəsait çapdan çıxır. Sonrakı illərdə müxtəlif qəzet və jurnallarla əməkdaşlıq edərək Azərbaycanın keçmişi, memarlıq abidələri, incəsənəti ilə tanış edib. 1962-ci ildə mətbuatda fəal iştirak etdiyinə görə Fəxri fərmana layiq görülür. 1986-cı ildə İsveçdə keçirilmiş fotomüsabiqədə diplomla mükafatlanır. 1987-ci ildə SSRİ-də çıxan "Elm və həyat" ("Nauka i jizn") jurnalının mükafatını alır – 3-cü yer tutaraq "Kiyev" fotoaparatı ilə hədiyyələnir. Həmən jurnalda 3 məqaləsi dərc olunur.
Kirlian fotoqrafiyası
Kirlian effekti — dəyişən yüksək tezlikli (10 - 100 kHz) elektrik sahəsinə yerləşdirilmiş canlı və ya cansız obyektlərin səthində elektrik boşalması nəticəsində müşahidə olunan 5-30 kV-luq şüalanma. Metod, bu effekti tədqiq etmiş rus mühəndisi Semyon Davidoviç Kirlianın (1898-1978) şərəfinə adlandırılmışdır. Lakin bənzər təcrübələr XIX əsrin sonlarında Y.O.Narkeviç-Yodko və Nikola Tesla tərəfindən də aparılmışdır. == Həyat enerjisi == Canlı orqanizmlər üçün şüalanmanın intensivliyi və quruluşu orqanizmin elektrik keçiriciliyindən, psixo-emosional vəziyyətindən, ürək-damar sisteminin fəaliyyətindən asılıdır. Bu xüsusiyyət Kirlian tərəfindən canlı və ya cansız bütün hər şeyin "həyat enerjisi"nə, "aura"ya sahib olmasının bir sübutu kimi irəli sürülürdü. Bu iddianı təsdiq edən fakt kimi bitki yarpağının bir hissəsi kəsilsə də, kirlian fotoşəkillərində yarpağın sanki kəsilməmiş kimi, bütöv halda şüalanmasını davam etdirməsi göstərilirdi. Bu da S.Kirlianın fikrincə, "şüalanmaların obyektlərin məlum olan fiziki xüsusiyyətlərindən irəli gəlmədiyini isbat edən bir dəlil kimi qəbul edilməlidir". Lakin fotoqrafiyanın nəticələri dəyişkəndir və təkrarlanan eksperimentin tezliyi artırıldıqda şüalanma daha tutqun, parlaq və intensiv olur ki, bu da alınan fotoşəkillərin tam aydın anlaşılmasına imkan vermir. == Kəşfin tarixi == Kəşf Semyon Kirlian tərəfindən 1939-cu ildə edilsə də, onu təsdiq edən müəlliflik şəhadətnaməsini 1949-cu ildə almışdır. Bu kəşf əvvəllər "elektroqrafiya", "elektrofotoqrafiya" adlarıyla məlum olan texnikanın yenidən tanınmasını təmin etdi.
Klaudskeyp fotoqrafiya
Klaudskeyp fotoqrafiya — səmanın və ya buludların fotoqrafiyası. İlk klaudskeyp fotoqraflardan biri belçikalı fotoqraf Leonard Misonne (1870–1943) olmuşdur. Onun şəkilləri ağ-qara idi və əsasən tutqun səmanı və qara buludları çəkməyə üstünlük vermişdir. XX əsrin ortalarında ABŞ fotoqrafı Alfred Stiqlits (1864–1946) "ekvivalentlər" adlandırılan klaudskeyp fotoşəkil seriyası (1925–1931) yaratmışdır. "Phillips Collection" veb-saytında onun əsərləri haqqında bu fikirləri bildirmişdir: "Bu şəkillərin əsasını simvolik gözəllik təşkil edir, hansı ki, əsər müəllifinin təcrübələrinin, fikirlərinin və emosiyalarının get-gedə artan abstrakt ekvivalentləri olmuşdurlar". Son dövrlərin ən məşhur klaudskeyp fotoqrafları Ralf Steyner, Robert Devis və Tzeli Hadcidimitriou hesab olunurlar. == Misallar == == İstinadlar == == Mənbələr == Davies, Robert; Christopher Bucklow; "Cloudscapes"; Lisbon (Portugal). Arquivo Fotográfico Municipal. (Lisboa, Portugal: Câmara Municipal, Cultura: Arquivo fotográfico, 1997) ISBN 972-97226-2-5 [Worldcat subject headings include "Davies, Robert" and "Photography of clouds"] Steiner, Ralph. Smith College.
Kral Fotoqrafiya Cəmiyyəti
Kral Fotoqrafiya Cəmiyyəti (ing. Royal Photographic Society) — Böyük Britaniyada yerləşən və dünyanın ən nüfuzlu fotoqrafiya birliklərindən biri. Bu, dünyada ilk fotoqraflar cəmiyyətidir. Cəmiyyətin baş direktoru Mixael Pritçarddır. == Tarixi == Cəmiyyətin əsası 20 yanvar 1853-cü ildə britaniyalı fotoqraf Rocer Fenton tərəfindən qoyulmuşdur. Həmin vaxt adı London Fotoqrafiya Cəmiyyəti idi. 1874-cü idə adı dəyişdirilərək Böyük Britaniya Fotoqrafiya Cəmiyyəti, 1894-cü ildən isə Kral Fotoqrafiya Cəmiyyəti olmuşdur. == Üzvləri == Yarandığı gündən bəri cəmiyyətdə 80 min fotoqraf təmsil olunub. Müxtəlif ölkələrdən adlı-sanlı fotoqraflar, o cümlədən Martin Parr (Böyük Britaniya), Enni Leybovits (ABŞ) bu cəmiyyətin üzvüdürlər. 2015-ci ildə azərbaycanlı fotoqraf Rüfət Əliyev Kral Fotoqrafiya Cəmiyyətinə üzv seçilib.
Küçə fotoqrafiyası
Küçə fotoqrafiyası (ing. street photography) — ictimai yerdə — yəni küçədə, parkda, çimərlikdə və s. çəkilən fotoqrafiya janrıdır. == Tarixi == Küçə fotoqrafiyası sənədli fotoqrafiyadan yaranmaqla özündə bədiilik elementlərini əks etdirir. Küçə fotoqrafiyasıın tarixi XIX və XX əsrlərin kəsişməsində yaşamış və sənədli, bədii və digər foto janrlarında işləyən fotoqrafların yaradıcılığından başlayır. Küçə fotoqrafiyasının müstəqil janr kimi inkişafı isə "Magnum" foto agentliyinin və küçə fotoqrafiyasının əsas prinsiplərindən olan olan "həlledici məqam" (decisive moment) ideyasının əsasını qoymuş fransız fotoqrafı Henri Cartier-Bressonun adı ilə bağlıdır. Bu janrın fəlsəfəsi və estetikası jurnalist paradiqması olan "dürüst fotoqrafiya" (straight photography) üzərində qurulub və fotoqraf tərəfindən ətrafda baş verənləri heç bir müdaxilə olmadan (məsələn: montaj, qurulma səhnə və s.) olduğu kimi əks etdirməkdir. İctimai yerlərdə baş verənləri hər hansı bir müdaxilə olmadan əks etdirən fotoları küçə fotoqrfiyası janrına aid etmək olar. == Xarici keçid == Как фотографировать людей на улице iN-PUBLiC.com Сборник часто задаваемых вопросов о праве на фотосъемку Arxivləşdirilib 2013-10-29 at the Wayback Machine == Mənbə == The Sidewalk Never Ends: Street Photography Since the 1970’s (2001). Вершовский Антон.
Mühafizə fotoqrafiyası
Mühafizə fotoqrafiyası — fotoqrafiya prosesində çox istifadə edilir və onun məhsullarının qaydaları içində qorunmalı obyektlərin vəkilidir. Mühafizə fotoqrafiyası ətraf mühitin və biosferin yaxşılaşdırılması və təbiətin qorunması üçün bir vasitə kimi sənədli fotoqrafiyanın konkret yönü ilə təbiət fotoqrafiyasını birləşdirir.
Müharibə fotoqrafiyası
Müharibə fotoqrafiyası — silahlı qarşıdurma və onun insanlara və məkanlara təsirini fotoşəkillərə çəkməyi əhatə edir. Bu janrda fəaliyyət göstərən fotoqraflar özlərini təhlükəli situasiyalarda tapa bilər və bəzən şəkillərini müharibə meydanından çıxarmağa çalışırkən öldürülürlər. == Tarixi == === Mənşəli === 1830-cu illərdə fotoqrafiyanın ixtirası ilə müharibə hadisələrinin xalqın məlumatlandırılması üçün sənədləşdirilməsi ilk dəfə olaraq araşdırıldı. Fotoqraflar müharibəni ideal formada və dəqiq olaraq sənədləşdirib hərəkətli döyüş səhnələrinin fotolarını çəkmək istəsələr də, dövrün fotoqrafiya imkanları və texniki avadanlqların çatışmazlıqları buna şərait yaratmırdı. Gümüş suyuna çəkilmiş və yaxşıca hamarlanmış mis lövhələrin yod buxarına tutularaq formalaşdırdığı ilkin foto növü olan dagerotipiyaların çəkilməsi üçün görüntünün inkişaf etməsi çox uzun vaxt tələb edir və dərhal emal oluna bilmirdi. Erkən fotoqrafiyanın imkanları hərəkət edən subyektlərin görüntülərinin yaradılması üçün əlverişli olmadığı üçün, fotoqraflar müharibənin daha çox hərəkətsiz aspektlərini — əsgərləri, qalaları, döyüş meydanının müharibədən əvvəlki və sonrakı vəziyyətini lentə alırdılar. Döyüş səhnələri isə yenidən yaradılaraq çəkilirdi. Döyüş səhnələri kimi, əsgərlərin portretləri də çox vaxt səhnələşdirilmiş olurdu. Çünki bunun üçün obyekt bir neçə dəqiqə hərəkətsiz dayanmalı idi. 1847-ci ildə Meksika-Amerika müharibəsi zamanı Saltillonun işğalından bir sıra dagerotipiya günümüzə gəlib çıxmışdır.
Panoram fotoqrafiya
Panoram fotoqrafiya — panoram şəkil çəkilməsinə əsaslanan fotoqrafiya texnikası. Panoram fotoçəkiliş sayəsində geniş bucaqlı zəngin məzmun fotoşəkildə əks olunur. Bu termin altında aşağıdakılardan hər hansı biri nəzərdə tutulur: geniş və hətta 180 dərəcəni aşan baxış bucağı altında çəkilmiş fotoşəkil; tərəflərinin nisbəti 1x2, 1x3 və daha geniş olan "uzun formatlı" adi fotoşəkil; müxtəlif adi və ya genişölçülü kadrların birləşdirilməsindən yaradılmış fotoqrafiya. Fotoaparatı dayaq üzərinə qoyaraq və ya ştativ vasitəsilə sabit bir ox ətrafında çevirərək də 360 dərəcəlik çekiliş əldə etmək mümkündür. == Xarici keçidlər == DMOZ-da Panoram/360° fotoqrafiya texnika və stilləri DMOZ-da Panoram şəkil qalereyaları Panoram fotokameraların tarixçəsi 1843–1994 Stanford University CS 178 interactive Flash demo explaining the construction of cylindrical panoramas.
Platon (fotoqraf)
Platon (tam adı: Platon Antoniou; 20 aprel 1968, London) — Britaniya fotoqrafı.
Portret fotoqrafiyası
Portret fotoqrafiyası — fotoqrafiyanın bir və ya toplu halda insanın özünüifadədən istifadə edərək subyektin əhval-ruhiyyəsini və fərdiliyini nümayiş etdirməsi ilə müşahidə edilən janrlarından biri. Portret sənətinin digər növlərində olduğu kimi fotoqrafiyada da şəklin mərkəzində insan siması əks olunur. Buna baxmayaraq, insanın bütün bədəni ilə arxa fon, eləcə də əsas səciyyəvi məzmun portretin tərkib hissəsini təşkil edə bilər. == Tarixi == Dəyəri nisbətən aşağı olan dagerotip, XIX əsrin ortalarında subyekt üçün məhdudlaşdırılmış oturaq vəziyyəti və rəssamlığın portret janrını üstələyərək, portret fotoqrafiyasının ümumi məşhurluğuna gətirib çıxardı. Bu erkən işlərin üslubu uzun müddət dövrün tələbləri ilə mövcud olmuş rəssamlığın estetikasındakı bəzi texniki problemləri dəf edə bildi. Fiqurlar, adətən, sadə fonların qarşısında yerləşdirilir və güzgülərlə əks olunub-olunmamasından asılı olmayaraq, yuxarı pəncərədən istiqamətləndirilmiş yumşaq işıqla aydınlaşdırılırdılar. Fotoqrafiya avadanlığının imkanları və üsullarının zaman keçdikcə inkişaf etməsi, fotoqraflara təsviri daha qısa vaxt kəsiyində əldə etməyin studiya şəraitində mümkün olmasına imkan yaratdı. == Portretin işıqlandırılması == Portret fotoqrafiyasının yaradılması studiya şəraitində təşkil olunursa, fotoqraf subyektin tərkib hissəsi kimi işıqlandırmanı tənzimləyə, işığın istiqamətini və gərginliyini çəkilişə uyğunlaşdıra bilər. Çəkiləcək şəxsin simasını işıqlandırmaq üçün bir çox vasitələrdən istifadə etmək mümkündür. Lakin işıqlandırmanın təsviri asan yarada biləcək bir neçə ümumi planları var.
Postmortem fotoqrafiya
Post-mortem fotoqrafiya (ing. Post-mortem photography) — vəfat etmiş şəxsin fotolarının çəkilməsi ənənəsi. Ölüm sonrası fotoqrafiya anlamına gələn Post-mortem fotoqrafiya XIX əsrin sonları, XX əsrin əvvəllərində Amerika və Avropa mədəniyyətlərində geniş yayılmışdır. Post-mortem fotolar adətən vəfat etmiş şəxsin qohumları tərəfindən onun xatirəsini əbədiləşdirmək və daimi xatırlamaq məqsədilə hazırlanırdı. Post-mortem fotoların çəkilməsi ənənəsi XX əsrin əvvəllərində Azərbaycanda da mövcud olmuşdur. Hacı Zeynalabdin Tağıyevin ailə üzvləri ilə birlikdə vəfat etmiş oğlu Kazımın tabutu önündə çəkdirdiyi şəkil buna misal göstərilə bilər.
Rafiq Nağıyev (fotojurnalist)
Rafiq Nağıyev (22 avqust, 1935, Bakı, Azərbaycan SSR, SSRİ — 05 dekabr, 2017, Bakı) — Azərbaycan fotojurnalisti. == Həyatı == 22 Avqust 1935-ci ildə Bakıda anadan olub. 4-cü sinifi bitirdiyi zaman xalası oğlu ona fotokamera hədiyyə etmiş və bununla da kiçik yaşlardan fotoqrafiyaya olan marağı artmışdır. Məktəbi bitirdikdən sonra Bakı Hərbi Kollecinə daxil olmuşdur. "Azərbaycan Gəncləri" qəzetində mətbuat fotoqrafı olaraq işə başlamışdır. Daha sonra “AzTaq” (indiki adı ilə “AzərTac”) ilə əməkdaşlıq etmişdir. Rafiq Nağıyevin Müslim Maqomayev ilə olan çəkilişləri tezliklə onları dosta çevirmişdir. Onun Şimali Afrikaya olan səyahəti zamanı flora və fauna üzrə etdiyi çəkilişlər ona təbiəti daha da sevdirmişdir. Həmçinin o, dəfələrlə mərhum prezident Heydər Əliyevin də çıxışları zaman çəkilişlər etmişdir. Rafiq Nağıyev 1974-cü ildə World Press Foto üzrə gümüş medala və 1976-cı ildə Amerikanın 200 illik şərəfinə təşkil olunmuş sərgidə qızıl mükafata layiq görülmüş ilk azərbaycanlı fotoqraf olmuşdur.
Rəqəmsal fotoqrafiya
== İstinadlar ==
Varşava gettosundakı yəhudi oğlanın fotoşəkli
Varşava gettosundakı yəhudi oğlan — 1943-cü ildə baş tutmuş Varşava gettosu üsyanı zamanı çəkilən ən tanınmış fotoşəkildə görünən, SS-rottenfürer Yozef Blöşe onun istiqamətinə silah yönəltdiyi an əllərini yuxarıya qaldıran oğlan uşağı. Oğlan və digərləri gettonun ləğvinin son mərhələsi əsnasında sığınaqca gizlənmişdilər. Lakin alman hərbçilər onları saxlayır və zorla sığınacaqdan çıxarır. Fotoşəkil çəkildikdən sonra şəkildə görüntülənən bütün yəhudilər umşplaqplatsa aparılır, Maydanek həbs düşərgəsinə və ya Treblinka ölüm düşərgəsinə deportasiya edilir. Fotoşəkilin çəkildiyi dəqiq yer və fotoqrafı bilinmir. Fotoşəkildə qətiyyətlə müəyyən edilə bilən yeganə şəxs Blöşedir. Görüntü Holokost zamanı çəkilən ən ikonik fotoşəkillərdən biridir və oğlan daha sonra Holokostdakı uşaqları, eləcə də bütün yəhudi zərərçəkənləri təmsil etdi. == Zəmin == Varşava Polşanın paytaxtıdır. Müharibədən əvvəl orada təxminən 380 min yəhudi yaşayırdı. Bu isə şəhər əhalisinin təqribən dörddə birini təşkil edirdi.
Yanğın fotoqrafiyası
Yanğın fotoqrafiyası — Yanğınla mübarizə əməliyyatları zamanı şəkil çəkmə. Bu şəkilləri çəkən insanlara yanğın fotoqrafları deyilir. Yanğın fotoqrafiyası təhlükəli hallara yaxın olmağı ehtimal etdiyindən yanğınsöndürənlər təcili hadisə səhnələri, əməliyyatları, sağlamlığı və təhlükəsizliyi ilə bağlı xüsusi bacarıq və məlumatlara malik olmalıdırlar. Yanğında fotoşəkil çəkmək üçün yanğınsöndürmə qoruma cihazlarını geyinmək tələb olunur. == Yanğın fotoqrafiyasında istifadə edilənlər == Yanğın fotoqraflarının işi bir çox proqramları əhatə edir. Bunlara aiddir: Araşdırma Təlim Yanğının qarşısının alınması İşçi təhlükəsizliyi və sağlamlığı Hadisədən sonrakı təhlillər Fövqəladə hallarda ictimaiyyətin fikirlərini yaxşılaşdırmaq Xilasedicilərin aidiyyəti hisslərinin gücləndirilməsi == Yanğınsöndürmə şöbələrinə cəlb olunma == Yanğın çəkən fotoqraf yanğınsöndürmə şöbələri tərəfindən birbaşa istismar edilə bilər və ya edilə bilməz. Fotoşəkil üçün bir haqqı olan xüsusi bir fotoqrafiya xidməti təqdim edirlər. Təhlükəsiz perimetersə giriş yanğınsöndürənlər üçün bir problem ola bilər, beləliklə onlar otaqdakı yanğın səhnələrinə çıxışın yaxşılaşdırılması üçün yerli yanğın şöbəsi ilə yaxşı əlaqələr qururlar. Belə çıxış, yanğınsöndürmə şöbəsinin təqdirinə əsasən, əlavə təlim və digər tədbirlər tələb edə bilər. Böyük şöbələr tez-tez Nyu-York və Çikaqo şəhərlərində olanlar kimi peşəkar foto xidmət vahidlərinə malikdirlər.
İlqar Cəfərov (fotomüxbir)
İlqar Şaban oğlu Cəfərov (28 noyabr 1960, Kirovabad) — fotomüxbir, jurnalist, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. == Həyatı == İlqar Cəfərov 1960-cı ildə Gəncədə anadan olub. Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) bitirsə də, fotoreportyorluğa olan həvəsi onu o zamankı SSRİ Fotojurnalistika Mərkəzinə gətirib. == Xocalıda gördükləri == İşə qəbul ediləndən təxminən bir il sonra ilk ezamiyyəti Füzuli, Şuşa və Laçın rayonlarına olub. Bu tarix isə 1992-ci ilin fevralına təsadüf edir. Bu rayonlarda olarkən Xocalı faciəsinin baş verdiyini eşidən fotoreportyor Bakıya qayıdıb materialları təhvil verdiyini və dərhal da Xocalıya ezam olunduğunu deyir: "Hadisələri canlı görmək və bəzən eybəcər vəziyyətə salınmış cəsədləri lentə almaq heç də asan deyildi. Bunlar mənə psixoloji cəhətdən çox təsir edirdi. Dəhşətə gəlirdim, bəzən özümü qışqırmaqdan, ağlamaqdan güclə saxlayırdım. Ermənilər bir ailəni vəhşicəsinə qətlə yetirmiş, hər birinin də cəsədini eybəcər hala salmışdılar. Mən isə bunların hamısını lentə almalıydım!".
Ən bahalı fotoşəkillərin siyahısı
Bu fotoşəkillər üçün ödənilən ən yüksək 30 qiymətin siyahısı (başqa cür göstərilmədiyi təqdirdə ABŞ dolları ilə). Bütün qiymətlərə işin aparılması üçün hərrac evi haqqı olan alıcının mükafatı daxildir.
Fotoperiodizm
Fotoperoidizim — Təbiətdə canlı orqanizmlərin əksəriyyətində mövsüm dəyişikliyini temperatur dəyişmələri zamanı müşahidə edirik. Ancaq mövsüm hadisələrinin əsas tənzimləyicisi günün uzunluğudur. Orqanizmlərin günün uzunluğuna qarşı olan reaksiyası fotoperiodizm adlanır. == Fotoperiodizim haqqında == Bitkilərin bir qismi uzun yaz və yay günlərində çiçəkləyir. Bunlar uzungünlü bitkilər, payızda çiçəkləyən bitkilər isə qısagünlü bitkilər adlanır. Mövsüm hadisələrinin tənzim edilməsində günün uzunluğunun əsas rol oynadığını bilməklə insanlar bir çox canlıların inkişafını idarə edə bilirlər. Mülayim iqlim qurşağında süni işıqlanma şəraitində bitkilər yarpaqlarını tökmür, həşəratlar inkişaflarını davam etdirir. Toyuqlarda yumurtavermə çoxalır . İlin dörd fəslinin əlamətləri müxtəlifdir. Planetimizin coğrafi ərazilərində fəsil dəyişmələri bir-birindən fərqlənir.
Foton
Foton (ing. photon) və ya qamma kvant – elektromaqnit şüalanmasının (dar mənada işığın) kvantı olan stabil elementar zərrəcik. Dörd fundamental qüvvədən biri olan elektromaqnit qüvvəsinin daşıyıcısıdır. Bozonlar qrupuna aiddir. Sükunət kütləsi və elektrik yükü sıfıra bərbərdir. Kainatda hər atoma qarşılıq təqribən 1 milyard foton mövcuddur. == Ümumi baxış == Tanınmış Fermilab-ın (Fermi National Accelerator Laboratory) üzvü Don Linkoln "Understanding the Universe: from Quarks to the Cosmos" kitabında fotonu belə təsvir edir: Fotonlar, kainatdakı hər maddədən, hər istiqamətə doğru, çox sayıda yayılmaqdadır və kainatdakı ən yüksək sürət ilə fəzada irəliləməkdədir. Bir fotonu digər fotonlardan ayıran üç vacib xüsusiyyəti vardır: "Fotonun enerjisi" (dalğa uzunluğu) "Fotonun hərəkət istiqaməti" (momentum istiqaməti) "Spin istiqaməti" (polyarizasiya istiqaməti) Bir fotonun enerjisinin verilməsi, dalğa uzunluğunun və ya tezliyinin də verilməsi deməkdir. Dalğa uzunluğu, fotonun enerjisi ilə tərs mütənasibdir. Yüksək enerjili fotonların dalğa uzunluğu kiçik, aşağı enerjili fotonların dalğa uzunluğu böyükdür.
GOTO
GOTO - (azərb. GOTO deyimi‎, ing. GOTO statement, rus. оператор GOTO) — Fortran, BASIC və başqa proqramlaşdırma dillərində: idarəetməni proqramın başqa bir hissəsinə ötürən idarəedici deyim. Məsələn, BASIC dilindəki aşağıdakı proqram 1000 dəfə “Hello” kəlməsini çap edir: 10 LET X=0 20 PRINT “HELLO” 30 LET X=X+1 40 IF X<1000 THEN GO TO 20 Proqramlaşdırmanın bir çox nəzəriyyəçiləri və praktikləri proqramlarda GOTO deyimindən istifadə etməməyi məsləhət görürlər, bəzi proqlamlaşdırma dillərində isə (məsələn, Modula-2) belə deyim ümumiyyətlə yoxdur. Bu ona görə edilir ki, GOTO deyimi bir tərəfdən proqramın daha əyani olan bloklu quruluşunu pozur, digər tərəfdən kompilyatorun optimal kod generasiya etməsini çətinləşdirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Koto
Koto (琴 və ya 箏) — Yaponiya mənşəli musiqi aləti. Bu alət əslində Çin mədəniyyətinə mənsubdur. Lakin hal-hazırda Yaponiyada daha çox maraq doğurur. == Tarixi == Koto, çox mənbəyə görə Yaponiyaya VII əsrin sonlarında çinlilər tərəfindən gətirilmişdir. XVII əsrə qədər yalnız kral ailəsi tərəfindən istifadə oluna bilinsə də, bu dövrdən sonra müəyyən insanlar tərəfindən sənətkarlıq sahəsinə çevrilmişdir.
Noto
Noto (it. Noto) — İtaliyada Siciliya regionuna aid, Sirakuza əyalətinin tərkibində kommuna (icma). İcma əhalisinin sayı 23 346 nəfər, sıxlığı isə 42 nəfər/km²-dir. Noto Siciliya barokkosunun beşiyi sayılır.
Qoto
Qoto – Yapon soyadı. Şuiçi Qoto – Yaponiya arxeoloqu. Yukio Qoto — keçmiş Yaponiya futbolçusu. Miçi Qoto — Yaponiya qadın futbolçusu. == Həmçinin bax == Qoto adaları — Yaponiyanın qərbində, Naqasaki prefekturası ərazisində yerləşir.
Homalium moto
Homalium moto (lat. Homalium moto) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin homalium cinsinə aid bitki növü.
Koto (rayon)
Koto — Tokionun xüsusi rayonlarından biri.
Koto Matsudayra
Koto Matsudayra (松平 康東, Matsudaira Kōtō, 5 fevral 1903, Tokio – 4 may 1994) — Yaponiyalı diplomat.
Miçi Qoto
Miçi Qoto (27 iyul 1990, Suzuka[d], Mie prefekturası) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib, 2 qol vurub.
Noto kafedralı
Noto kafedralı, San Nikolo kilsəsi (it. Cattedrale di Noto;La Chiesa Madre di San Nicolò) - İtaliyanın Siciliya regionunun Sirakuza əyalətnin Noto şəhərində yerləşən, 1776 cı ildə Siciliya barokkosu üslubunda inşa edilmiş, hal-hazırda ümumdünya irsinə aid olan Noto yeparxiyasına aid xristian məbədi.
Noto yarımadası
Noto yarımadası (能登半島, Noto-hanto) — Honşu adasının mərkəzi hissəsində yerləşən yarımada. Yaponiyanın İşikava və Toyama prefekturaları ərazisində yerləşir. Yapon dənizində adalarda yerləşən yarımadalar arasında ən böyük olanıdır. == Coğrafiyası == Şimaldan cənuba uzunluğu 100 km, qərbdən şərqə eni 30 – 50 km təşkil edir. Yarımadanın böyük hissəsi İsikava prefekturasında, Himi şəhəri isə Toyama prefekturası ərazisinə. Şərq hissədə Toyama körfəzi, qərbdə isə Yapon dənizi onun sahillərini yuyur. Yarımadanın daxilinə doğru Noto adası yerləşir. Ada Nana körfəzini kiçik hissələrə bölür: Cənubi, Qərbi və Şimali. Ən hündür nöqtəsi Hodasu dağıdır və hündürlüyü 637 metr təşkil edir.
Qoto adaları
Qoto adaları yap. 五島列島 — Yaponiyanın qərbində, Naqasaki prefekturası ərazisində yerləşir. Adalar Şərqi Çin dənizi akvatoriyasına daxildir. == Coğrafiyası == Adalar qrupu 140 müxtəlif ölçülü adalardan ibarətdir. Onlar arasında nisbətən iriləri beşdir: Fukue (福江島; 326,45 km², 32°41′29″ şm. e. 128°44′31″ ş. u.), Xisaka (久賀島; 37,35 km², 32°48′13″ şm. e. 128°52′32″ ş.
Soto dili
Soto dili, Sesoto, Cənubi Soto və ya Cənubi Sesoto — Bantu dillərindəndir, Cənubi Afrika Respublikasının rəsmi dillərindən biri və Lesotonun milli dilidir.
Toto Kutunyo
Salvatore (Toto) Kutunyo (it. Toto Cutugno; Salvatore Cutugno; 7 iyul 1943 – 22 avqust 2023, Milan, İtaliya[…]) — İtaliya estrada müğənnisi və bəstəkarı, 1990 Avroviziya Mahnı Müsabiqəsinin qalibi. "L'Italiano" mahnısı ilə dünya şöhrəti qazanmışdır. == Həyatı == Toto Kutunyo 7 iyul 1943-cü ildə Fosdinovo şəhərində anadan olmuşdur. Bir neçə ay sonra onun ailəsi Spesiyaya köçür. Orada onun atası hərbi dənizçi işləyirdi. Hələ uşaqlıqdan Toto musiqiyə böyük həvəs göstərirdi. Toto gözəl boru çalan atasının yolu ilə gedərək bu aləti mənimsəyir. Sonra isə müstəqil şəkildə zərb alətlərində və akkordeonda çalmağı öyrənir. 13 yaşında Toto yerli musiqi müsabiqəsində üçüncü yeri tutmuşdu.
Toto Vonq
Toto Vonq (d. 15 noyabr 1999) — Honkonqlu üzgüçü. Toto Vonq Honkonqu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Toto Vonq birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 29.27 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 37-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Yukio Qoto
Yukio Qoto (? - 1976) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Şimali soto
Şimali Soto dili — Cənubi Afrikanın rəsmi dillərindən biridir ki, Qautenq, Limpopo və Mpumalanqa əyalətlərində 4.208.980 nəfər (2001 Census) tərəfindən danışılır.
FETÖ
Gülənçilik (türk. Gülen hareketi) və ya "Gülən camaatı" (türk. Gülen cemaati) və ya "Xidmət hərəkatı" (türk. Hizmet hareketi) — fəaliyyətini Türkiyə və digər ölkələrdə həyata keçirən dini-ideoloji cərəyan. == Tarixi == Gülənçilik Fətullah Gülənin başçılığı ilə 1960-cı ilin sonlarında Türkiyə Respublikasının İzmir şəhərində ortaya çıxmış, sonradan fəaliyyətlərini bütün Türkiyə ərazisində və bir sıra digər ölkələrdə həyata keçirməyə başlamışlar. Gülənçilər klassik nurçuluq içərisində meydana çıxsa da, daha sonra onlardan ayrılmış bir qoldur. Bəzən neo-nurçu cərəyanı kimi də tanınırlar. Türkiyədə baş vermiş 15 iyul hadisələrindən sonra 65-ci Türkiyə hakimiyyəti tərəfindən terror təşkilatı (Fəthullahçı terror örgütü - FETÖ) olaraq elan edilmişdir. == Mahiyyəti == Fətullah Gülən klassik nurçuların içində yetişməsinə baxmayaraq, özünü nurçu adlandırmır və bu addan da narahatlığını gizlətmir. Eyni zamanda, onun camaatı özünü "Xidmət hərəkatı" kimi təqdim edir, Səid Nursinin əsərlərindən daha çox "xoca əfəndi" adlandırdıqları Fətullah Gülənin kitablarını oxuyurlar.
Tötö kanalı
Tötö kanalı — Orta Asiyanın Fərqanə vadisində hunlar tərəfindən qurulan və göytürklər tərəfindən də istifadə olunmuş tarixi suvarma kanalı. == Haqqında == Kanal Orta Asiyada suvarılan torpaqların sahəsini artırmaqla daha çox məhsul əldə etmək üçün qazılmışdı. Sovet arxeoloqlar Tötö kanalının çox çətin ərazidə, güclü mühəndislik səyləriylə reallaşdırıldığını bildirmişdir. Kanal qazılması son dərəcə çətin olan qayalıq ərazidə açılaraq, iki vadini birləşdirmişdir. Kanalın mövcud olduğu bölgədə suvarma kanalı inşa etmək istəyən ruslar daha yaxşısını edə bilməyəcəkərini başa düşmüş və mövcud kanalı bərpa etməklə yenidən ondan istifadə etməyə başlamışdırlar. Bu kanal bəzilərinə görə, göytürklərin sadəcə döyüşçü sivilizasiya deyil, eyni zamanda müdrik və proqressiv elmlərdə bacarıq sahibi olan topluluq olduğunun sübutu hesab edilir. Əsasən, köçəri maldarlıqla məşğul olan göytürklərin bir qismi çox ehtimal oturaq həyata keçmiş və bu kanaldan istifadə etmişdir. 10 km uzunluğundakı Tötö kanalı 1935-ci ildən bəri suvarma məqsədiylə yenidən istifadə edilməkdədir.