FOTOAPARÁT

[ yun. phos və lat. apparatus] Fotoqrafiya aparatı. Yeni markalı fotoaparat.
– İmamzadə fotoqrafı görmədikdə tez divardan asılmış fotoaparatı götürdü. Q.İlkin.
Kamil fotoaparatını götürdü, qızının əlindən tutub həyətə, çiçək ləkləri olan yerə düşdü. M.Süleymanov.

FOTO
FOTOATELYÉ
OBASTAN VİKİ
Fotoaparat
Fotoaparat (fotokamera, danışıq dilində şəkilçəkən adı ilə tanınır) — real süjetin statik təsvirini əks etməsini həyata keçirmək üçün qurğu. Gündəlik həyatımızda sevimli məşğuliyyətimizdən biri də şəkil çəkdirməkdir. Maraqlı şəkillər çəkib müxtəlif programlar vastəsi ilə onu "fotoşop" edərək öz zövqümüzə uyğun dəyişirik. Elm və texnologiya inkişaf etdikcə, bu prosesləri etmək daha da asanlaşır və biz bunu fotoaparat olmadan mobil telefonlar vasitəsi ilə də həyata keçiririk. Bugünkü gündə iki-üç saniyəyə çəkilən fotoları keçmişdə əldə etmək elə də asan deyildi. Fotoaparat ixtira olunana qədər insanlar,sadəcə,əl rəsmləri çəkə bilirdilər. Təxminən, 30.000 il bundan öncə, mağara divarlarında cızılan ilk rəsmlər insanların yaşadıqları anı,tarixin izində itib-batmaması üçün göstərilən ilk cəhd kimi götürmək olar. E.ə dördüncü yüzillikdə Aristoteles "Problem" adlı təcrübəsində iynə deşiyi də adlandırılan kiçik deşikdən əldə etdiyi görüntünü izah etməsi ilə fotoaparat qurğusunun atası sayılan "camera obscura"nı (latıncadan camera otaq, obscura isə qaranlıq deməkdir) ixtira etmişdir. "Camera obscura"nın çox asan işləmə qaydası vardı: Divarında kiçik bir deşiyi olan qaranlıq otaqda deşikdən girən işıq, qarşısında olan divarın üzərinə çöldəki mənzərənin tərs görüntüsünü əks etdirir. Onuncu yüzillikdə yaşamış Alhazen adı ilə tanınmış ərəb fiziki və riyaziyyatçısı İbn Al-Haitam şam və onun üstündə kiçik bir deşik olan bir pərdə istifadə edərək,bəsit camera obscura düzəltdi.

Digər lüğətlərdə

автозапра́вка бре́диться суда́рка эвентуа́льный ело́вый меджли́с ра́дужник ска́щивать старообря́дчество туполо́бость лапать Anglo-Saxonism eaves face-pack houseline jack plane nyctophobia pasty peracidity quietism visitors' book warp безыдейный вдыхательный камфара