Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycanda gülçülük
Azərbaycanda gülçülük — Azərbaycan Respublikasında kənd təsərrüfatı iqtisadiyyatının aparıcı sahələrindən biri. == Tarixi == Sovet dövründə – XX əsrin 70-ci illərində Azərbaycanda böyük gülçülük təsərrüfatları olub. Həmin dövrdə Bakı kəndlərindən Zabrat, Maştağa, Nardaran, Bilgəh, Mərdəkan və Şüvəlanda gülçülük sovxozları fəaliyyət göstərib. Hansı ki, onlar həm Azərbaycanı, həm də SSRİ-ni gül ilə təmin edirdi. Şəki-Zaqatala bölgəsində isə respublikada ilk dəfə olaraq sənaye xarakterli gülçülük təsərrüfatı yaradılmışdır. Sovet İttifaqı dağılanda sonra gülçülük təsərrüfatları da geriləməyə başladı. Hazırda Azərbaycanda bu səhə ilə məşğul olan təsərrüfatların sayı elə də çox azdır. Fəaliyyət göstərən təsərrüfatlar yenə də əsasən Bakı kəndlərindədir; amma əvvəlkindən xeyli kiçikdirlər. Hazırda həmin təsərrüfatlarda zambaq, nərgizgülü, qızılgül, xrizantem, kala yetişdirilir. Azərbaycanda gülçülüyün inkişafını ləngidən bir sıra amillər mövcuddur ki, buna aşağıdaklar aiddir: maliyyə çatışmazlığı; bu sahəni bilən kadrların azlığı; maarifçiliyin aşağı olması; satış bazarlarına daxil olmağın çətinliyi.
Güllü
Güllü — Azərbaycanlı qadın adı. Güllü Mustafayeva — Azərbaycan Respublikasının xalq rəssamı (1992) Güllü Əbilova — arxeoloq, tarix elmləri namizədi. Güllü Eldar Tomarlı — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Güllü Yoloğlu — Dünya Türkologiya Mərkəzinin sədri Digər Güllü (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Güllü (Nir)
Güllü (fars. گلي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır (21 ailə).
Güllü Mustafayeva
Mustafayeva Güllü Hacı Naim Mustafa qızı (29 noyabr 1919, Çarcuy – 18 may 1994, Bakı) — Azərbaycan Respublikasının xalq rəssamı (1992) və milli rəssamlıq sənətinin ən parlaq nümayəndələrindən biri. == Həyatı == Güllü Mustafayeva əslən Şamaxıdandır. 1902-ci il Şamaxı zəlzələsindən sonra G. Mustafayevanın atası Hacı Naim Mustafa ailəsi ilə Türkmənistanın Çarcuy şəhərinə köçmüşdür. Güllü Mustafayeva 1919-cu il 29 noyabrda Çarcuy şəhərində anadan olmuşdur. G. Mustafayevanın anası Nabat xanım S. Ə. Şirvaninin nəslindən olub. 1927-ci ildə Hacı Naim Mustafa ailəsi ilə Türkmənistandan Bakıya, İçərişəhərə köçmüşdür. == Yaradıcılığı == Güllü Mustafayeva 1938-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirmişdir. Rəssam öz yaradıcılığında ən müxtəlif janrlara müraciət etmişdir. Tematik tablolar və portretlər yaratmışdır: "Leyli və Məcnun məktəbdə" (1941), "Professor Y. Musabəyovanın portreti" (1957), "Paris. Rəssamlar meydanı" (1961).
Güllü Yoloğlu
Güllü Yoloğlu (5 may 1963, Meşəşambul, Zaqatala rayonu) — Dünya Türkologiya Mərkəzinin sədri, filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru, AMEA-nın Tarix və Etnologiya İnstitutunun Türk Xalqlarının Etnologiyası şöbəsinin müdiri, institutun baş elmi işçisi, Türk Ağsaqqalları İctimai Birliyi Qadınlar Şursının sədri, türkoloq. == Həyatı == Güllü Yoloğlu 1963-cü il mayın 5-də Azərbaycanın Zaqatala rayonunun Meşə-oba (Meşə-Şambul) kəndində (indi bu kənd Balakən rayonuna aiddir) müəllim ailəsində doğulub. Gəncə Pedaqoji İnstitutunu bitirdikdən sonra tarix-ədəbiyyat müəllimi olan atası Gülməmmədov Yoloğlu Kamil oğlu və fizika-riyaziyyat müəllimi olan anası Bayramova Nahidə Mahmud qızı Zaqatalada təyinatla işləmişlər. O, üç yaşında olarkən valideynləri Qazax rayonunun Canallı kəndinə, ata yurduna qayıdıblar. Canallıda 8 illik məktəbi bitirdikən sonra 9–10-cu sinifləri Qazax şəhər Səməd Vurğun adına 2 saylı məktəbdə oxumuşdur. 1980-ci ildə orta məktəbi başa vuran G. Yoloğlu elə həmin il o zamankı M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna (hazırda Bakı Slavyan Universiteti) qəbul olunmuş, 1985-ci ildə bitirmişdir. 1983–1984-cü tədris ilini Həştərxan Pedaqoji Dövlət Universitetində təcrübə keçmişdir Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki qızı var. == Elmi yaradıcılığı == Ali təhsilinin ilk ilindən Tələbə Elmi Cəmiyyətinin fəal üzvü kimi bir çox institut, respublika və beynəlxalq elmi simpoziumlarda, o cümlədən də Moldovanın Beltsı şəhərindəki tələbə elmi konfransında iştirak etmiş, bir sıra diplom, fəxri fərman və digər mükafatlara layiq görülmüşdür. Həştərxanda oxuduğu illərdə Güllü Yoloğlu Moldovanın, Həştərxanın tələbə elmi konfranslarında iştirak etmiş, "Komsomolets Kaspiya" qəzeti (Həştərxan), "Sovetskaya Moldaviya" qəzeti və "Kodrı" dərgisi (Kişinyov), "Müxbir", "Russkiy yazık", "Literaturnıy Azerbaydjan", "Molodyoj Azerbaydjana", "Azərbaycan gəncləri" qəzetlərində (Bakı) və digər mətbu orqanlarında məqalələr çap etdirmişdir.
Güllü qafiyə
Güllü qafiyə — Azərbaycan klassik poeziyasında aşıq şeiri şəkli. Bu şeir şəklinə “Dedim-dedi”, “Dedim-söylədi”, “Kəlmə kəsmək”, bəzən isə “Qafiyə” də deyilir. Ustad aşıqlar güllü qafiyəni misra və misraqırımı üzərində qururlar. Hər iki halda şeir aşiq-məşuqənin duet-dialoqu şəklində qurulur: Dedim: mən qurbanam yarın adına, Dedi: elə sənsən düşən yadına... (Qurbani) Yaxud: Dedim: gülşən nədi? – dedi: bağımdı, Dedim: səfalıdı? – söylədi: yox-yox... (Aşıq Əmrah) Güllü qafiyədəki duet-dialoq, həm də üslubi məqamdır; misraqırımındakı poetik pauza (nəfəsdərmə) ifanı şirinləşdirir. Duetin birinci tərəfini bir aşıq, cavabını isə digər aşıq ifa edir. Güllü qafiyədən aşıqlar, çox hallarda, toyaxırı – duvaqqapma yerində istifadə edirlər.
Güllü xalçaları
Güllü xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Güllü Çoxeli
Güllü Çoxeli (rus. Гюлли Николаевна Чохели, gürc. გიული ჩოხელი ; 12 fevral 1935 və ya 1935, Tiflis) — SSRİ və Gürcüstan estrada müğənnisi. Gürcüstan SSR əməkdar artisti (1967). == Həyatı == Güllü Çoxeli 12 fevral 1935-ci ildə Tbilisidə anadan olmuşdur. Onun anası Gürcüstanın xalq artisti Yelena Çoxeli olmuşdur. O, məktəb illərində oxumağa başlamış, Tbilisi Dövlət Konservatoriyasının musiqi məktəbində təhsil almışdır. Çoxeli 1953-cü ildən filarmoniyanın vokal triosunda peşəkar səhnədə çıxış etmişdir. 1950-ci illərin sonlarında Oleq Lundstrem, Konstantin Orbelyan, Yuri Saulskinin orkestrlərində çalışmışdır. Onun repertuarının əsasını o zaman dünya xalqlarının mahnıları təşkil edirdi.
Güllü Əbilova
Güllü Əbil qızı Əbilova (16 sentyabr 1924, Bakı – 17 iyul 1994) — arxeoloq, tarix elmləri namizədi. == Həyatı == Güllü xanım 1924-cü il sentyabr ayının 16-da Bakının "Qara şəhər" adlandırılan bir guşəsində, adlı-sanlı neftçi ailəsində dünyaya göz açmışdır. Atası Əbil Abdulla Əli oğlu yarım əsrdən artıq bir müddətdə neft mədənlərində işləmiş, əməksevərliyinə, işinə olan ciddi məsuliyyətinə görə böyük şan-şöhrət qazanmışdır. Anası Kübra xanım İkinci dünya müharibəsinin ağır illərində əmək fəaliyyətinə başlamış, Bakı Şəhər Sovetinə deputat seçilmişdi. Müharibənin ağır illərində orta təhsilini uğurla başa çatdıran Güllü xanım 1943-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olur, qədim və zəngin tariximizi öyrənməyi qarşısına məqsəd qoyur. Minillikləri əhatə edən təkrarolunmaz maddi mədəniyyət tariximiz, Azərbaycan arxeologiyası Güllü Əbilovanın əsas maraq dairəsini, elmi araşdırmalarının başlıca istiqamətini təşkil edir. Tələbə ikən çöl axtarışlarında fəal iştirak edir. Onun dövrümüzün ən genişmiqyaslı qazıntıları sayılan Mingəçevir tədqiqatlarında iştirakı daha səmərəli işlərindəndir. Mingəçevir qazıntıları Azərbaycan arxeoloqları, o cümlədən Güllü Əbilova üçün əsl təcrübə məktəbi olmuşdur. Mingəçevirdə — Kürün hər iki sahilində mədəni irsimizin bütün tarixi mərhələlərinə aid 20 mindən artıq nadir maddi mədəniyyət nümunələri üzə çıxarılmışdı.
Güllü Ağalarzadə
Güllü Ağalarzadə (25 oktyabr 2003) — Azərbaycanı təmsil edən bədii gimnast, 2018-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür. Güllü Ağalarzadə Azərbaycanı 2022 və 2023-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2022-ci ildə üç bürünc medala, 2023-cü ildə isə bir qızıl və bir bürünc sahib olub. Güllü Ağalarzadə həm də 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır. 2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə elədi. == Karyerası == Güllü Ağalarzadə 2015-ci ildə Bolqarıstanın Plovdiv şəhərində baş tutan beynəlxalq turnirin qalibi oldu. === 2017-ci il: Gənclərdən ibarət qrupda debüt === 2017-ci ildə Güllü Ağalarzadə gənclərdən ibarət Azərbayan yığmasının əsas qrupunun heyətinə daxil edildi.
Canan Güllü
Canan Güllü (türk. Canan Güllü ; 1962) — Türkiyə Qadın Dərnəkləri Federasiyasının (TKDF) prezidenti olan türkiyəli fəalı. O, 2021-ci ildə "International Women of Courage Award"a (Beynəlxalq Cəsarətli Qadınlar Mükafatı) layiq görülüb. == Həyatı == Canan Güllü 9 yaşında anasının təşviqi ilə "Qızlar oxusun" kampaniyası ilə ictimai fəaliyyətlə məşğul olmağa başlayıb. Gənclik illərində mübarizə həvəsi artan Güllü, mütəşəkkil bir təşkilatda fəaliyyət göstərsə idi, qadın hüquqlarının qorunmasında daha aktiv rol oynaya biləcəyini düşünərək, Qadının Sosial Həyatını Araşdırma və Tədqiqi Dərnəyinə üzv seçilmək üçün müraciət etdi. Lakin üzvlük üçün "çox gənc" olduğu əsas gətirilərək istəyi rədd edildi. Sonralar o, üzvlüyünə rədd cavabı aldığı Qadının Sosial Həyatını Araşdırma və Tədqiqi Dərnəyinin (KASAİD) idarə heyətinin sədri seçildi. 2005-ci ilin yanvar ayında 186 şöbəsi və 52 min 500 üzvü olan qadın QHT-lərinin əsas birləşdirici təşkilatı olan Türkiyə Qadın Dərnəkləri Federasiyasının prezidenti seçildi. Təşkilat 1976-cı ildə ilkin olaraq beş qurumun birləşməsindən yaranmışdır. === İctimai fəaliyyəti === Canan Güllü mütəmadi olaraq, qadınların idarəçilikdə, məşğulluqda və təhsildə iştirakını artırmaq üçün tədbirlər həyata keçirir.
Güllü gəlir, Güllü (film, 1973)
Güllü gəlir Güllü (türk. Güllü Geliyor Güllü) — 1973-cü ildə istehsal olunmuş türk filmi. Film komediya-məhəbbət janrındadır. Ssenari müəllifi Ərdoğan Tünaş, rejissoru Atif Yılmazdır. Baş rollarda Ədiz Hun və Türkan Şoray iştirak etmişdir. Kamal Sunal ilk dəfə xarici səsləndirmə ilə iştirak etdiyi filmdir. == Mövzu == Qan davası intiqamını almaq üçün İstanbula gələn Güllü (Türkan Şoray) və düşməni Taka Nuri (Ədiz Hun) haqqındadır. Güllü Qaradənizli bir qızdır, Taka Nuri isə eyni kənddə böyümüş varlı bir gəncdir. Nuriyə sünnət mərasimi vaxtı bir silah hədiyyə edilir. Silahdan təsadüfən açılan güllə Güllünün qohumunu öldürür və bununla da qan davası başlayır.
Gülü (Sərab)
Gülü (fars. گلي‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
May gülü
Maygülü (lat. Podiceps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Azərbaycanda Maygülü cinsinə 5 növ daxildir.
Xarıbülbül gülü
Xədicə gülü
Nərgiz gülü
Nərgizgülü (lat. Narcissus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Xoş ətirli, gözəl görunuşlü nərgizin Şimal ölkələrində öz — özünə yetişən 40 növü vardır. Ana vətəni Avropa olan bu bitkiyə İspaniya və Portuqaliyada rast gəlinir. Arıların köməyilə tozlanır. Ancaq təbii olaraq bütün Ağ dəniz sahillərində də bitir. Avropa, Şimali Amerika və Şimali Afrika ölkələrində yetişdirilir. Narcissus Poeticus növü Türkiyədə Egey bölgəsində yetişdirilir. Yarpaqları və çiçək sapları eyni olsa da, çiçəkləri bəyaz, sarı, narıncı, çəhrayı rəngdə olan növlərinə rast gəlmək olar. Gözəlliyi və ətirli olması ilə çox sevilən bu çiçəklər həm də müalicəvi əhəmiyyətə malikdir.
Nəzər gülü
Nəzər gülü (Südləyən Milya; Yevfhorbiya Milya) — Bu gülün adı 1821-ci ildə Fransanın Reünyon adasının qubernatoru baron Pyer Bernar Miliusun şərəfinə Milius gülü də adlanır. Bu gülün latınca adı parlaq Yevfhorbiyadır. Bəzi otaq gülçülüyü həvəskarları arasında bu bitkiyə "tikan tacı" adı ilə də rast gəlinir.
Azan gülü
==== Azan gülü ==== == Etimologiyası == Azan gülü və ya çiçəyi kimi tanınan elmi adı oretferabiendis yaxud Oenothera adlanan bu bitki botanikada axşam çiçəyi yəni primrozlar yaxud axşam primrose`u olaraq qeyd edilmişdir. == Xüsusiyyətləri == Bu çiçəklər islam ənənələrinin olduğu və olmadığı bir çox ölkədə yetişdirirlir. Və hamısında gün batarkən çiçək açır, gün doğarkən də bağlanırlar. Azanın oxunub, oxunmamasından asılı olmayaraq bu çiçəklər eyni saatda açılıb, bağlanırlar. Namaz saatlarının günəşə görə təyin edilməsi çiçəyin açılması ilə üst-üstə düşür. Belə ki təbiətdə bir sıra hərəkətlənmə, canlanma da bu saatlarda baş verdiyindən təbiət hadisəsi kimi də bunu da normal hadisə olaraq anlamaq olar. Azan gülünün bu kimi ofsunlayıcı olma səbəbi nektar baxışının digər bitkilərə nisbətən fərqli olması, onun axşam saatlarında üzə çıxan ulturabənövşəyi şüaları görə bilən antenalar sahib kəpənək və güvələrin ortaya çıxdığı vaxtda açar, o kəpənəklərin və güvələrin olmadığı vaxtda bağlanmasıyla əlaqəlidir. Qarşılıqlı təkkamülün digər bir sübutu kimi bu təbiət hadisəsin misal gətirmək olar.
Gürcü
Gürcülər və ya Kartvellər (gürc. ქართველები) — Gürcüstan, Türkiyə, Rusiya, Azərbaycan, İran və bir sıra Avropa ölkələrində yaşayan və özlərini "kartveli" adlandıran millət. == Formalaşması == Kartvelilərin mənşəyilə bağlı elmi araşdırmalar XIX əsrdə başlamışdır. İlk olaraq Kartvelilerin əcdadlarının qədim dövrlərdə indiki Gürcüstanın daha cənubunda yaşadıqları və Qafqaza nisbətən gec köçdükləri düşüncəsi irəli sürüldü. XX əsrdə edilən elmi araşdırmaların nəticəsində, Kartvelilerin Qafqaza miqrasiya etməsi düşüncəsinin səhv olduğu ortaya çıxdı. İndiki vaxtda ümumi qəbul edilən fikrə görə Kartvelilerin əcdadları ən köhnə çağlardan bəri Qafqazda yaşamaqdadırlar. Kartveli tayfaları indiki Gürcüstandan daha geniş bir ərazidə yaşayırdılar. Bütün Kartveluri tayfalarının təxminən dörd min il əvvəl tək bir dildə danışdıqlarına dair fikirlər var. Daha sonra müxtəlif səbəblərlə bu dil bir neçə dialektə (ləhcəyə) ayrıldı. Bu dialektlərin təməlləri üzərində Gürcü (Kartuli), Svan (Svanuri) və Meqrel (Megruli) dilləri inkişaf etdi.
Güllü Eldar Tomarlı
Güllü Eldar Tomarlı (Güllü Eldar qızı Alıyeva; 13 iyul 1969, Rustavi) — Azərbaycan şairi, publisist. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri, Aşıq Pəri Məclisinin sədr müavini (2015–2022). == Həyatı == Güllü Eldar Tomarlı 13 iyul 1969-cu ildə Gürcüstanın Rustavi şəhərində anadan olub. Əslən Qazax rayonunun Kəmərli kəndindəndir. 1986-cı ildə Rustavidə 7 saylı orta məktəbi bitirmiş, Rustavi Politexnik Texnikomuna daxil olmuşdur. Təhsili bitirdikdən sonra, uzun müddət Rustavi şəhər nəşriyyatında çalışmışdır. Rustavi Azərbaycanlılar Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü və Qadınlar şurasının sədri olmuşdur. Güllü Eldar Tomarlı Gürcüstanda, Azərbaycanda çap olunan qəzetlərdə şeirləri, publisistik məqalələri dərc edilib və Tiflis radiosunda səsləndirilmişdir. Tiflisdə nəşr olunan "Gürcüstan" qəzetinin Azərbaycan Respublikası üzrə xüsusi müxbiri, "Mirvarid Dilbazi Poeziya Məclisi" ictimai birliyinin sədridir.
Güllü qəbir piri
Güllü qəbir piri - Laçın rayonu Böyük Seyidlər kəndində yerləşir. Hacı İbrahim ağa Qarabağın adlı-sanlı seyidlərindən olan Xudavəndə Xəlifənin nəvəsidi. Hacı seyid İbrahim ağanın məzarı Seyidlər kəndinin qəbiristanlığındadır və ağır ziyarətgahlardan sayılır. Ağanın ocağında qızılgül bitmişdi. Elə ona görə də məzarına "Güllü qəbir" deyirlər. == İstinadlar == == Xarici keçidlər == "Laçınən abidələri - Güllü qəbir piri". az.baku-art.com. İstifadə tarixi: 18 may 2021.
Gümçü-ipəkçi nəğmələri
Kümçü nəğmələri — Azərbaycanda ipəkçiliyin inkişafı nəticəsində yaranmış spesifik sənət nəğmələri. İpəyin gözəlliyi, zərifliyi, göz oxşaması, sevinc gətirməsi, barama qurdlarının tərifi, baramaçı qızların hiss-həyəcanları bu nəğmələrin mövzusunu təşkil edir. Bu nəğmələrə bəzən gümçü-ipəkçi, yaxud kümzaru nəğmələri də deyilir. Barama qurdunu əzizləyən nümunədən bir parça: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Güllü qarı məscidi
Güllü qarı məscidi — Şəki şəhərinin Kiçik Qala küçəsində yerləşən tarixi məscid. == Tarixi == Güllü qarı məscidi, 19-cu əsrin memarlıq incilərindən biri olaraq, Şəkinin Kiçik Qala məhəlləsinin dar küçələrində yerləşir. Bu tarixi məscid, yerli çay daşlarının ustalıqla hörülməsi nəticəsində yaranmışdır və Şərq memarlığının ənənəvi elementlərini özündə əks etdirir. Sadə, lakin nəfis görünüşü ilə seçilən bu kiçik məscid, əsrlər boyu yerli icmanın dini və ictimai həyatının ayrılmaz bir parçası olmuşdur. Məscidin divarları, zamanın sınağından keçmiş daşların şahidliyi ilə, nəsillərdən-nəsillərə ötürülən inancların və dəyərlərin daşıyıcısıdır. Sovet dövründə dini fəaliyyətlərin qadağan edilməsi səbəbindən bir müddət qapılarını bağlamağa məcbur olan məscid, 1990-cı illərdə ölkənin müstəqilliyini bərpa etməsi ilə birlikdə yenidən canlanmış və ibadətgah kimi fəaliyyətini davam etdirmişdir. Məscidin ətrafında formalaşan məhəllə həyatı, insanların bir araya gələrək dini və sosial tədbirlər təşkil etməsi, məscidin yalnız dini bir məkan deyil, həm də cəmiyyətin birləşməsinə xidmət edən bir mərkəz olduğunu göstərir. == Adının mənşəyi == Məscidin adı ilə bağlı rəvayətə görə, əsasən qadınların toplaşdığı bu məsciddə səliqə-sahmanın qorunmasına ən çox Güllü adlı bir qadın fikir verirmiş. Onun məscidə olan qayğısı və xidmətləri nəticəsində məscid camaat arasında "Güllü qarının məscidi" kimi tanınmağa başlamış və sonradan bu ad rəsmiləşmişdir. == Memarlıq xüsusiyyətləri == Güllü qarı məscidi çay daşından inşa edilmiş sadə, düzbucaqlı plana malikdir.
Molla Gülü Zülami
Molla Gülü Zülami — azərbaycanlı şair. Molla Gülü Qarabağda dünyaya gəlmişdir. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Təhsilini tamamlayandan sonra doğma yurduna dönmüş, Bərdə şəhərində "Cümə məscidi"nin nəzdindəki mədrəsədə uşaqlara dərs demişdi. Molla Gülünün adına 1699-cu ilə aid Zari Ərəşi adlı bir xəttatın topladığı cüngdə rast gəlinir. Molla Gülü Zülaminin Füzulinin 7 beytlik “Yetməzmi” rədifli qəzəlinə yazdığı 7 bəndlik təxmisi müəllifin dahi şairin əsərinə həssaslıqla yanaşması, dilinin sadəliyi, keçidlərin orijinallığı ilə diqqəti cəlb edir. Ənvər Çingizoğlu. Molla Gülü Zülami Qarabaği. "Soy" dərgisi, 1 (31) 2010.
Qar xədicə gülü
Quyçu
Quyçu — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Quşçu
Quşçu bu mənalarda gələ bilər: Quşçu tayfası — qədim türk tayfası. Əli Quşçu — Özbək astronomu, riyaziyyatçısı və dilşünası. Quşçu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Quşçu (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Quşçu (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Quşçu (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Quşçu (Daşkəsən) Quşçu (qəsəbə, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda qəsəbə. Quşçu (kənd, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Quşçu (Tovuz) Aşağı Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd. Dondar Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd.
Qulca
Qulca (uyğ. غۇلجا /Ғулҗа, qaz. قۇلجا /Құлжа), yaxud Külcə və ya İnin (çin. sadə. 伊宁, pinyin: Yíníng) — Sintszyan-Uyğur Muxtar Rayonunda qəza, şəhər. == Tarixi == Göytürk xaqanlığı dönəmində dağüstü yaylalardan biri Külcə adlanırdı. Hindistan istiqamətində Qerman və Robert Şlaqintveyt qardaşları bu ərəfədə Mərkəzi Asiyaya doğru irələləməkdə idilər. Onlar Təkla-Məkan səhrasının cənubunda yerləşən Xotana qədər gələ bilsələr də Yarkəndə çata bilmədilər. 1865-ci ildə V.Q.Djonson Xotanda on altı gün qalmaqla şəhərin coğrafi koordinatlarını müəyyən etdi. Hindistan topoqrafiya idarəsinin nümayəndəsi Mirzə Şudça Amu-Dəryaya çatır, Çakmak-Kul gölünü aşkar etdikdən sonra Qaşqar istiqamət götürür.
Qulu
Qulu — kişi adı.
Molla Gülü Zülami Qarabaği
Molla Gülü Zülami — azərbaycanlı şair. Molla Gülü Qarabağda dünyaya gəlmişdir. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Təhsilini tamamlayandan sonra doğma yurduna dönmüş, Bərdə şəhərində "Cümə məscidi"nin nəzdindəki mədrəsədə uşaqlara dərs demişdi. Molla Gülünün adına 1699-cu ilə aid Zari Ərəşi adlı bir xəttatın topladığı cüngdə rast gəlinir. Molla Gülü Zülaminin Füzulinin 7 beytlik “Yetməzmi” rədifli qəzəlinə yazdığı 7 bəndlik təxmisi müəllifin dahi şairin əsərinə həssaslıqla yanaşması, dilinin sadəliyi, keçidlərin orijinallığı ilə diqqəti cəlb edir. Ənvər Çingizoğlu. Molla Gülü Zülami Qarabaği. "Soy" dərgisi, 1 (31) 2010.
Dəli Quşçu
Dəli Quşçu — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == === Tanınmış şəxslər === Seyfi Mehrəliyev — Sosialist Əməyi Qəhrəmanı.
Gürcü Arzusu
Gürcü arzusu — Demokratik Gürcüstan (gürc. ქართული ოცნება–დემოკრატიული საქართველო, gürcücə "Kartuli osneba-demakratiuli Sakartvelo" kimi oxunur) — Gürcüstanın hakim partiyası, 19 aprel 2012-ci ildə biznesmen Bidzina İvanişvili tərəfindən yaradılıb. Partiya Gürcüstanda 2012-ci ildə parlament seçkilərdə hakim Vahid Milli Birlik Partyasının rəqibi olub.
Gürcü armudu
Gürcü armudu (lat. Pyrus georgica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Gürcüstanda və Ermənistanda (Dərələyəz) arealı vardır. == Botaniki təsviri == Boyu 9 m-ə çatan ağac və ya koldur. Çətiri kürəvari, qabığı boz, uzununa çatlıdır. Cavan zoğları bozumtul-qonur rəngdədir. Gövdəsi seyrək tikanlıdır. Yarpaqları enli ellipsvari, neştərvari, ucu sivriləşmişdir. Yarpaq ayasının hər iki tərəfi bozumtul sıx tükcüklüdür. Aprel ayında çiçəkləyir, çiçəkləri bir neçə ədəd olmaqla qalxan çiçək qrupunda yerləşir.
Gürcü asteri
Hündürlüyü 15 (30)-60 sm, gövdəsi möhkəmdir, düzdür, kələ-kötür-qısa tüklü, yuxarı hissədə qalxanvari budaqlanmış çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları tamkənarlı, aşağı yarpaqları ellipsşəkilli-belvaridir, qaidəsinə doğru saplağa daralandır, küt və ya sivridir. == Çiçək == Səbət çiçək qrupu qalxanda toplanmışdır, yarımşarşəkillidir, eni 12–15 mmdir;qın yarpaqları uzunsov, küt və ya sivridir, yaşıl və ya tünd-qırmızı rəngdədir. Dilcikşəkilli çiçəkləri mavi rəngdədir, qından iki dəfə uzundur. == Meyvə == Toxumlarının uzunluğu 4 mm-ə yaxındır, adətən yumurtaşəkilli-uzunsovdur, tüklüdür. == Çiçəkləməsi == İyul == Meyvə verməsi == Avqust-Sentyabr == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub. Orta dağ qurşağından, subalp qurşağına qədər. == Yaşayış mühiti == Çəmənliklərdə, kolluqlarda, meşə kənarında, töküntü yerlərdə, otlu yamaclarda rast gəlinir.
Gürcü ağcaqayını
Gürcü ağcaqayını (lat. Acer monspessulanum subsp. ibericum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin monpeliya ağcaqayını növünə aid bitki yarımnövü. == Ümumi yayılması == Rusiya (Dağıstan) və İranda (Elbrus dağı) təbii halda yayıldığı qeyd edilir. == Azərbaycanda yayılması == Böyük və Kiçik Qafqazda, Bozqır yaylasında, Naxçıvan MR-ın dağlarında və Lerikdə (Zuvand) kolluqların tərkibində yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir. DD. == Bitdiyi yer == Aşağı dağ qurşağından yuxarı dağ qurşağına qədər daşlı quru yamaclarda, qayalıq yerlərdə seyrək meşəliklərdə dağınıq və ya qrup halında bitir. == Təbii ehtiyatı == Təbiətdə arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 7 m-ə qədər olan ağac və ya koldur. Cavan budaqları açıqqəhvəyi rəngdə olub, çoxlu miqdarda ağımtıl mərcilərlə örtülmüşdür.
Gürcü boyaqotu
Adi boyaqotu (lat. Rubia tinctorum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin boyaqotu cinsinə aid bitki növü. == Arealı == Vyetnam, eləcə də Avropanın cənub-şərqindən Himalaya qədər yayılmışdır. Azərbaycanda Böyük Qafqaz (Quba), Abşeron, Kür-Araz ovalığı, Naxçıvanın düzənlik və dağlıq ərazilərində, Lənkəran ovalığında, ümumiyyətlə, ovalıq və dağlarda orta dağ qurşağına qədər yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 80-100 sm-ə qədər olan çoxillik ot bitkisidir. Kökümsovları oduncağabənzər olub, uzundur, qalınlığı 1,5 sm-ə qədərdir, zoğ vermir; kökləri çoxbudaqlanan, oduncağabənzərdir və qırmızımtıl-qonur rəngli soyulan qabığı vardır. Gövdəsi qismən düzduran və ya yuxarı hissəsi dırmaşan, qonşu bitkilərə sarmaşandır, çox qısa qabarıq tüklərlə örtülmüş, bəzən çılpaq, yalnız buğumlarda tükcüklüdür, dördtillidir, qalınlaşmış tillərlə üzüaşağı qatlanmış tikanlar yerləşmişdir. Çoxillk ot bitkisi olub, az və ya çox dərəcədə tüklü, güclü kök sisteminə malik, torpağın dərinliyinə qədər üfqi xətt boyunca gedə bilən kökümsovlardan ibarətdir. Gövdəsi budaqlanan, zəncir halqasına bənzər, dördtilli, kənar hüdudu boyunca tikanlı nahamar olub, uzunluğu 2 m-ə qədərdir. Buğumarası qısa yarpaqlar arasında yerləşir.
Gürcü böyürtkəni
Gürcü böyürtkəni (lat. Rubus georgicus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqazda (Gürcüstan) təbii halda yayılmışdır. == Azərbaycanda yayılması == Altıağac ətrafında şərq tərəfdə meşə kənarında, kolluqlarda təbii halda rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitki növüdür. VU D2. == Bitdiyi yer == Aşağı və orta dağ qurşağında meşə və yol kənarında, nəmli yerlərdə yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == İllik budaqları tilli, keçətüklü, üzərində qeyri-bərabər, qaidədən basıq və oraqvaı əyilmiş tikanlıdır. Yarpqları barmaqvarı 5 yarpaqcıqlıdır.
Gürcü dili
Gürcü dili (ქართული ენა kartuli ena) — Kartvel dilləri ailəsində dil. Meqrel, laz və svan dilləri ilə bir kökdən olub, onlardan çox əski zamanlarda ayrılmışdır. Buna görə onlar arasında qarşılıqlı anlaşılma yoxdur. Gürcü dilinin Kaxetiyada, Kartlidə, Quriyada, İmeretiyada, Acarıstanda, Türkiyədə, Azərbaycanda və Iranda fərqli ləhcələri danışılır. Tərkibində çoxlu yunan, türk, ərəb və fars sözləri vardır. Gürcü dili Gürcüstanın rəsmi dövlət dili olmaqla yanaşı Gürcüstanda yaşayan bütün Kartvel (İber) xalqlarının ortaq dilidir. Çox zəngin dildir. Gürcü dili 1919-cu ildə yaradılmış Bakıdakı Azərbaycan Universitetində tədris edilirdi. 1950-ci illərdə İsveçrədə gürcü dilinin təfsilatlı dərsliyi işıq üzü gördü. 1970-ci illərdən bəri Almaniyanın Yena Universitetində professor Feynrix "Georgica" jurnalını təsis etmişdir.
Gürcü doqquzdonu
Gürcü doqquzdonu (lat. Lonicera iberica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Şimali İranda yayılmışdır. İlk dəfə Gürcüstanda təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 1,5-3 m-ə çatan, alçaqboylu, dağınıq çətirli koldur. Yarpaqları 2-4 sm uzunluğunda qısa saplaqlı, xırda, yumurtavarı-ovalşəkillidir, hər iki tərəfi, xüsusilə alt hissəsi sıx tükcüklüdür. Çiçəkləri ağ və ya sarımtıl rəngli olub, xaricdən zəif tüklüdür, orta hissəsi qabarıqdır, 5-6 yaşından çiçəkləyir, nektarlıdır. Kasacığı sarımtıldır, yatıq tükcüklüdür. Vegetasiyası aprelin ikinci yarısından başlayaraq oktyabrın axırı, noyabrın əvvəlinə qədər davam edir. Tezböyüyən bitkidir.
Gürcü dоqquzdоnu
Gürcü fındığı
Kolxida fındığı (lat. Corylus colchica) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m-dən çox olmayan çoxillik koldur. Cavan zoğları boz, sıx, ipəkvari tükcüklərlə örtülmüşdür, ancaq axırıncı ilin zoğları çılpaqdır. Yarpaq tumurcuqları uzunsov-yumurtavari formalı, iri, qırmızı-qonur, tükcüklüdür. Yaraqları təxminən 1 sm uzunluğunda olub, sıx tükcüklü saplaqlarda yerləşir, oval, bünövrəsində yumru, bəzən ürəkşəkilli, ucu qısa, biz, kənarları ikili dişli, 11-12 damarcıqlı, üstü batıqdır. Yarpaq ayasının uzunluğu 5-7 sm, eni 3,5-4,5 sm, üstü yayılmış tükcüklərlə örtülmüşdür, alt tərəfi damarcıqlardan ibarətdir. Yalançı zoğları lansetvari formalı, ucu bizdir.Tozluq sırğaları qırmızı-qonur, yarpaqların qoltuqlarında yumurtavari, ucu biz xırda yarpaqlıdır. Meyvənin qını biryarpaqlı, fındığa yapışıq, tükcüklü, qısa yumurtavari formalı, diametri 11 mm-dir.
Gürcü güləvəri
Gürcü güləvəri (lat. Centaurea iberica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, bozumtul-yaşıl qısa tüklüdür. Gövdəsi düz, dağınıq budaqlı, (25) 50- 70 (100) sm hündürlükdədir. Kökətrafı yarpaqları saplaqlı, lirəşəkilli lələkvari yarılmışdır. Seqmentləri lansetvari və ya xəttidir, sivri uclu, sivri uclu-dişli və ya eləcədə lələkvari bölünmüşdür, orta yarpaqları oturaqdır, dərin lələkvari bölünmüş və ya lələkvari yarılmışdır, az sayda xətti və ya lansetvari, xırda sivri ucludişli və ya tam kənarlı seqmentlərlə yuxarı yarpaqları tam (bütöv) kənarlıdır. Səbətləri çoxsaylı, tək yumurtavari, 8-12 mm enindədir. Sarğı yarpaqları solğun, dərivari, çılpaq, kənarları ensiz, ağ kirəmidvari xarici və orta enli oval və ya yumurtavari-oval təpə hissədə möhkəm əyilmiş tikanlı 5-25 sm uzunluqdadır, qaidədə genişlənmiş 1-3 sayda qısa nazik tikanlı, daxili yarpaqcıqlar uzunsov-xətti, dairəvi, qəhvəyi zarlı əlavə ilə. Çiçəkləri çəhrayı, yan çiçəkləri böyüməmiş olur. Toxumcaları 3-4 mm uzunluqda, uzunsov, açıq rəngli; kəkili ağ, toxumcadan 2 dəfə qısadır.
Gürcü gülәvәr
Gürcü itburnusu
Gürcü itburnusu (lat. Rosa iberica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 70-100 (150) sm-ə qədər olan koldur. Yarpaqları 3,5-1,5 sm uzunluqda, 7-9 ədəd, ellipsvarı və ya tərs yumurtavarı formada, qaidə hissəsi pazvarı, kənarı iti mişardişli çılpaq və ya vəziciklərlə örtülü yarpaqcıqlardan ibarətdir. May-iyunda çiçək açır. Çiçək saplağı 15-20 mm uzunluqda olmaqla, üzəri hamar və ya qısa vəzilidir. Meyvəsi yumurtavarı və kürəşəkilli, hamar və ya çox qalın tüklü vəziciklidir. == Ekologiyası == Rütubətə, istiyə, soyuğa davamlıdır. Münbit torpaqlarad yaxşı bitir.
Gürcü kalliqrafiyası
Gürcü kalliqrafiyası (gürc. ქართული კალიგრაფია) — üç Gürcü yazısını istifadə edən, Gürcü dilinin kalliqrafik və ya bədii yazı şəkli. == Tarix == Gürcüstan əsrlik bir xəttatlıq məktəbi ənənəsinə sahibdir. Erkən əsrlərdən başlayaraq əl ilə yazılmış kitablar Gürcüstanda mədəni və milli bir hadisə oldu. Xristianlıq Gürcüstan ədəbiyyatının həyatında mühüm rol oynayıb, belə ki Gürcü pravoslav kilsəsi və onun keşişləri yazılı əsərləri və Gürcü xalqının tarixinin yazılı bilgilərini yaradaraq, Gürcüstanın yazılı həyatına yardım göstərdilər. Hər il, aprelin 14-də Gürcüstanda "Gürcüstan dilinin günü" qeyd olunur. Bu gün xəttatlıq müsabiqələri keçirilir, qaliblər bəlirlənir və Gürcüstan Milli Əlyazmalar Mərkəzi ən yaxşı xəttatlara mükafatlar verir.
Gürcü krallığı
Gürcüstan çarlığı (gürc. საქართველოს სამეფო) və ya Gürcü imperiyası — eramızdan əvvəl 1008- ci ildə meydana gələn orta əsr Avrasiya monarxiyası idi. 11-ci əsrdən 13-cü əsrlərə qədər çar IV David və çariça Tamaranın hakimiyyəti dövründə siyasi və iqtisadi gücünün Qızıl çağına çatdı. Gürcüstan Qüdsdəki xaç monastırı və Yunanıstandakı Iviron Monastırı kimi, Şərqi xristianlıqdan və Şimali Qafqazdan İran və Anadolunun şərqinə qədər uzanan və eyni zamanda xarici dini mülkləri qorumaqla, ən böyük ölçüdə Şərqi Avropadan ve Şimali Qafqazdan uzanan Pan-Qafqaz imperatorluğunun aparıcı millətlərindən biri oldu.Bu, indiki Gürcüstanın əsas tarixi müqəddiməsi idi. Bir neçə əsr davam edən səltənət 13-cü əsrdə monqol istilalarının altına düşdü, lakin 1340-cı illərə qədər yenidən suverenliyini təmin etdi. Sonrakı onilliklərdə Qara Ölümlə yanaşı ölkənin iqtisadiyyatını, əhalisini və şəhər mərkəzlərini viran edən Timurun rəhbərliyi ilə çoxsaylı istilalarla yadda qaldı. Bizansın, sonra Trebizond imperiyasının süqutundan sonra çarlığın geosiyasi vəziyyəti daha da pisləşdi. Bu proseslər nəticəsində XV əsrin sonlarında Gürcüstan sınıq bir varlığa çevrildi. 1386-cı ildən etibarən Timur tərəfindən edilən hücumlarla yanaşı, Qara Qoyunlular və Ağ Qoyunluların sonrakı istilaları 1466-cı ilədək çarlığın son anarxiyaya uğramasına və Kartli, Kaxeti və İmereti'nin quruluşlu səltənətlərinin 1490 ilə 1950 arasında müstəqil çarlıq olaraq tanınmasına gətirib çıxardı. 1493-cü ildə hər biri Baqrationi sülaləsinin rəqib bir qolu olmaqla Odishi, Guria, Abxaziya, Svaneti və Samtsxe adlanan beş feodal klanlar quruldu.
Gürcü larisi
Lari (gürc. ლარი) — Gürcüstan Respublikasının pul vahidi. ISO 4217 – ya görə valyutanın kodu – GEL. 1995-ci il oktyabrın 2-də prezident Eduard Şevardnadzenin imzaladığı fərmana əsasən dövriyyəyə buraxılıb. Yeni pul vahidi köhnə kupona 1:1.000.000 nisbətində müəyyənləşdirildi. 1 lari 100 tetri xırda pul vahidinə bərabərdir. 06.11.2018-cı ilə olan məlumata görə 1 Azərbaycan manatı üçün 1,61 lari, 1 ABŞ dolları üçün 2,73 lari məzənnə təşkil etmişdir.Lari sözü Gürcü dilində xəzinə,vardövlət mənasındada işlənir. Hal- hazırda dövriyyədə 1, 2, 5, 10, 20, 50 tetri və 1 lari, 2 lari, 10 metal pullar və 1, 2, 5, 10, 20, 50, 100Ş 200 lari banknotlar istifadə edilir. Həmçinin Gürcüstan Milli Bankı tarixi hadisələrə həst edilmiş müxtəlif nominalda yubiley və investisiya metal lariləri buraxır. === Lari işarəsi === 2014-cü il iyulun 8-də Gürcüstanın Milli Bankının (NBG) qubernatoru Giorgi Kadagidze milli valyutanın əlaməti və onun müəllifi üçün qalib gələn təklifi təqdim etdi. Gürcüstan lari öz əlamətinə malik idi.
Gürcü legionu
Gürcüstan legionu (gürc. ქართული ლეგიონი, kartuli legioni; alm. Georgische Legion‎) - İkinci dünya müharibəsi zamanı SSRİ qüvvələri tərəfindən döyüşən və əsir alınan gürcülərdən təşkil olunmuş legion. Gürcüstan legionu digər etnik toplumların legionları kimi mənsub olduqları xalqın SSRİ-dən müstəqil olması üçün mübarizə aparırdı. Gürcüstan legionu ilə yanaşı Azərbaycan və Ermənistan legionları da Vermaxt tərəfindən aparılan hərbi əməliyyatlarda fəal iştirak etmişdir. Gürcü legionu daha çox 1945-ci ilin aprel ayında Hollandiyanın şimalında yerləşən Teksel adasında başlatmış olduğu üsyan ilə məşhurdur. Vermaxt qüvvələrinə qarşı başladılan üsyan hərəkatına gürcü komandir Şalva Loladze rəhbərlik etmişdir. 45 gün davam edən üsyan nəticəsində gürcü legionuna daxil olan 565 gürcü əsilli şəxs öldürülmüş və legion məğlub olmuşdur. Baş verən hadisə İkinci dünya müharibəsinin son geniş həcmli döyüşlərindən biri sayılır. Gürcüstan legionu ilə döyüşdə 812 alman əsgəri öldürülmüşdür.
Köhnə Quşçu
Köhnə Quşçu — Azərbaycan Respublikasının Siyəzən rayonunun Ərziküş inzibati ərazi vahidində kənd. Aydınlar çayının (Gilgilçayın qolu) sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. == Əhalisi == Əhalisinin sayı 40 nəfərdir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Dağ Quşçu kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Çöl Quşçu kəndindən fərqləndirmək üçün və həmin kənddən əvvəl yarandığına görə Köhnə Quşçu adlandırılmışdır. Oykonim quşçu tayfasının adını əks etdirir.
Gülüş günü
Ümumdünya gülüş günü — Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar. == Tarixi == 1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı.
Ümumdünya Gülüş Günü
Ümumdünya gülüş günü — Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar. 1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı.
Güllük
Güllük — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == •Kəndin əhalisin 64%-i Azərbaycanlılardır. 24%-i qaraçı, 12%-i isə saxur mənşəlidir. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 672 təsərrüfatda hər iki cinsdən toplam 2.431 nəfər əhali yaşayır. •Kənddə 6 tabun (məhəllə) vardır və hər bir tabun orada yaşayan əsas aparıcı nəslin adı ilə adlanır: Oba tabun, nemeslər tabun,qaraşıxlar tabun, daşlı tabun,pakuliy tabun-(əhalisini saxurlar təşkil edir). == Toponəmikası == Güləük oyk., sadə. Qax r-nunun eyniadlı i.ə.və-də kəd. Alazan Əyrılıay çökəkliyinn. dəDağıstanın Saxu kənıdindən köçüb gəlmiş ailələrin Güllük adlanən yerdə məskunlaəması nəticğsində yaranməşdır. Toponılmışgüıl, çiçək olan ərazi" mənasındadır.
Güllə
Güllə kinetik mərmi olub, odlu silahın sursatının bir hissəsidir və lülədən atılır. Onlar mis, qurğuşun, polad, polimer, rezin və hətta mum kimi müxtəlif materiallardan hazırlanır və ovçuluq, hədəf atəşi, təlim və döyüş kimi xüsusi funksiyalar da daxil olmaqla müxtəlif forma və konstruksiyalarda (nəzərdə tutulan tətbiqlərdən asılı olaraq) hazırlanır. Güllələr çox vaxt sivri olur ki, bu da onları daha aerodinamik edir. Güllə ölçüsü həm imperial, həm də metrik ölçü sistemlərində çəki və diametr ("kalibr" kimi istinad edilir) ilə ifadə edilir. Güllələr adətən partlayıcı maddələrdən ibarət olmur, lakin zərbə və nüfuzetmə zamanı kinetik enerjini ötürərək nəzərdə tutulan hədəfi vurur və ya zədələyir. == Sürəti == Bir çox patronda istifadə edilən güllələr səs sürətindən daha sürətli ilk çıxış sürəti ilə atılır — saniyədə 343 metr (quru havada 20 °C (68 °F) və beləliklə, yaxınlıqdakı hər hansı müşahidəçi atış səsini eşidənə qədər hədəflərinə qədər əhəmiyyətli məsafələr qət edə bilir. Remington 223 kimi tüfəng güllələri lülədən 4,390 km/saat (2,730 mil/saat) sürətlə çıxır. 9 mm-lik bir güllə Luger tapançasından 2,200 km/saat (1,370 mil/saat) sürətlə uçur. Eynilə, AK-47, 2,580 km/saat (1,600 mil/saat) ilk çıxış sürətinə malikdir İlk həqiqi silah Çində 1288-ci ildə Yuan sülaləsinin monqol üsyançılarına qarşı həlledici qələbə qazanmaq üçün istifadə etdiyi metal əl topunun ixtirası ilə atəş nizəsindən (çini qəlpələri atan bambuk boru) təkamül etdi. Artilleriya topu 1326-cı ildə, Avropa əl topu isə 1364-cü ildə meydana çıxdı.
Güzgü
Güzgü — nisbətən hamar səth olub, qayıtma qanununa əsasən səthə düşən işığın paralleliyini təmin edərək səthdə əksin yaranmasına imkan verir. Buna görə də, səthin güzgü kimi işləməsi üçün onun kələkötürlüyü düşən işığın dalğa uzunluğunun yarısına bərabər olmalıdır. Ağ nahamar səth də işığı qaytarır, ancaq burada işıq nizamlanmamış şəkildə olduğundan heç bir əksi görmək olmur. Müstəvi güzgülər eyni ölçülü virtual şəkillər göstərirlər. Refleksion güzgülərdə isə yana dönmüş, başıüstə olan şəkilləri görmək olur. Müstəvi olmayan güzgülərdə əksin keyfiyyəti güzgünün xassələrindən asılı olur (qabarıq, çökük, dalğavari güzgü). Burada güzgüyə olan məsafə də rol oynayır. Beləliklə təhrif olunmuş əkslər alınır. Qabarıq güzgülərdə əkslər böyük, çökük güzgülərdə isə kiçik alınır. Ən geniş yayılmış güzgü növləri məişətdə, əsasən isə evlərdə işlədilən güzgülərdir.
Külüç
Külüç (az.-əski. کۆلۆچ‎, fars. کلوچ‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 386 nəfər yaşayır (120 ailə).