Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gəldi Kosa (1988)
== Məzmun == Burada yüngül və sərbəst formada azərbaycanlıların zarafatı və gülməyi xoşlamaları, baharı necə qarşılamaları, xalqın sevimlisi Kosanın baharın gəlişini tezləşdirmək üçün necə əldən-ayaqdan getməsi barədə danışılır. == Film haqqında == Yarı qabarıq kukla filmidir. Özünəməxsus plastik və səs həlli ilə fərqlənən filmin mövzusu folklordan götürülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Arif Məhərrəmov Ssenari müəllifi: Çingiz Qaryağdı Quruluşçu rəssam: Arif Məhərrəmov, Yelena Qolubeva Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vahid Talıbov, Vaqif Məmmədov Rəssam: Mehriban Əfəndiyeva, Hüseyn Cavid İsmayılov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 317.
Ağlım başıma gəldi (mahnı)
Ağlım başıma gəldi — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır.
Dünən qəfildən gəldi... (2009)
== Məzmun == Filmdə yaşı 40-ı haqlamış, lakin həyatda özünə yer tapa bilməmiş iki nəfər təsadüfən görüşür. Lakin başqa bir təsadüf onları həmişəlik ayırır.
Gəldi kosa (film, 1988)
== Məzmun == Burada yüngül və sərbəst formada azərbaycanlıların zarafatı və gülməyi xoşlamaları, baharı necə qarşılamaları, xalqın sevimlisi Kosanın baharın gəlişini tezləşdirmək üçün necə əldən-ayaqdan getməsi barədə danışılır. == Film haqqında == Yarı qabarıq kukla filmidir. Özünəməxsus plastik və səs həlli ilə fərqlənən filmin mövzusu folklordan götürülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Arif Məhərrəmov Ssenari müəllifi: Çingiz Qaryağdı Quruluşçu rəssam: Arif Məhərrəmov, Yelena Qolubeva Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vahid Talıbov, Vaqif Məmmədov Rəssam: Mehriban Əfəndiyeva, Hüseyn Cavid İsmayılov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 317.
Hörümçək gəldi (film, 2001)
Hörümçək gəldi (ing. Along Came a Spider) — 2001-ci ildə rejissor Li Tamahori tərəfindən çəkilmiş Amerika trilleridir. Baş rolu Morqan Friman ifa edir. Ceyms Pattersonun eyniadlı romanının pulsuz film tətbiqi və “Qızları öp” filminin davamıdır.
Və dağlardan səda gəldi
Və dağlardan səda gəldi (ing. And the Mountains Echoed) — əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin 2013-cü ildə çapdan çıxmış üçüncü romanı. == Süjet == Abdulla və bacısı Pəri 1952-ci ilin Əfqanıstanının Şadbag adlı kiçik bir kəndində ataları və ögey analarıyla birlikdə yaşayırlar. Ataları Sabur davamlı iş axtarmaqda, yoxsulluq və çətin qış şərtlərilə mübarizə aparmaqdadır. Adı kimi gözəl və yaxşı xasiyyəti olan Pəri, qardaşı Abdullanın hər şeyidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda, hətta qurban getməyə hazırdır. Onun üçün etməyəcəyi heç bir şey yoxdur. Hətta qardaşı, Pərinin kolleksiyasına əlavə etmək istədiyi ən dəyərli lələyi əldə etmək üçün yeganə ayaqqabılarından da keçməyə razıdır. Və gecələr bir tək çarpayını paylaşmaq məcburiyyətindədirlər. Pəri və Abdulla, atalarıyla Kabil çölünə tərəf yola çıxanda onları gözləyən, həyatlarını bir-birindən qoparacaq taledən xəbərsizdirlər: Bəzən bir əli qurtarmaq üçün bir barmağından keçməlisən.
Dünən qəfildən gəldi (film, 2009)
== Məzmun == Filmdə yaşı 40-ı haqlamış, lakin həyatda özünə yer tapa bilməmiş iki nəfər təsadüfən görüşür. Lakin başqa bir təsadüf onları həmişəlik ayırır.
Gədi dağı
Gədi dağı - Xızı rayonu ərazisində alçaqdağlıq tirə. Gədi dağı Böyük Qafqaz sira dağlarının Qarabulaq silsiləsində yerləşir.(hünd.1222 m.).
Gədi xalçaları
Gədi xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar. == Ümumi məlumat == "Gədi xalçaları" öz adını Xızı rayonunun ərazisində yerləşən Gədi kəndinin adından götürmüşdür. Bu xalçaları bəzi xalçaçılar "Qədi xalçaları" və ya "Gədi xalçaları" kimi adlandırsalar da Bakı xalçaçıları onu "Dağlı" adlandırırlar. Buna səbəb isə Gədi kəndinin əhalisinin tatlardan ibarət olmasıdır. Gədi sözünün mənası isə "çəmənli kənd" deməkdir. == Bədii analiz == "Gədi xalçaları"nın orta sahəsi qırmızı yerlikli, mərkəzi şaquli oxda yerləşmiş bir neçə kiçik göldən ibarətdir. Həndəsi formada olmayan, daha çox alovun şölələrini xatırladan göllərin təsviri aydın ifadə olunmuş və yalnız "Gədi xalçaları" üçün xarakterik olan göllərin rəngi bir və bəzən də iki göldən bir dəyişir. Göllər arasındakı boş sahələr müxtəlif formalı həndəsi və nəbati naxışlarla bəzədilmiş və bu naxışlar hər iki tərəfdə simmetrik olaraq təkrarlanırlar. Bakının, Xızı və Siyəzən rayonlarının xalça ustaları bu gölləri sini, mərkəzdə olan səkkiz ləçəkli dairəvi elementli damğanı isə "alma" və ya "qoğal" adlandırırlar. Bu elementlərin arasında bir neçə heyvan təsviri, o cümlədən xalqın təsərrüfatını və məişətini xatırladan pişik silueti də mövcuddur.
Gəzərgi qaratoyuq
Gəzərgi qaratoyuq (lat. Turdus migratorius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Gəzərgi fitçalan ördək
Gəzərgi fitçalan ördək (lat. Dendrocygna arcuata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
Kazan qəsdi
Kazan qəsdi (rus. Казанский заговор) — Polşa və Litvadakı üsyanın başçıları ilə zemlyavolyaçıların razılığına əsasən Volqaboyunda hərbi-kəndli üsyanı qaldırmaq cəhdi. Məqsəd çar hökumətinin hərbi qüvvələrinin bir hissəsini Polşadan uzaqlaşdırmaq idi. Buraxılmış intibahnamə tezliklə üsyana başlamağa, kəndlilərə torpaq vermək üçün yerlərdə inqilabi hakimiyyət orqanları yaratmağa çağırırdı. "Zemlya i volya" təşkilatının mərkəzi və Kazan komitələri isə hesab edirdi ki, üsyanın vaxtı yetişməmişdir. Qəsdin üstü açıldı; iştirakçılardan beş nəfəri güllələndi, qalanları katorqa cəzasına məhkum edildi. == Mənbə == Казан гәсди (1863) // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев .
Qadın qəlbi
Bir qadının ürəyi — amerikalı yazar Maya Anjelu tərəfindən yazılan tərcümeyi-hal. Kitab Anjelunun yeddi avtobioqrafik kitab seriyasının dördüncü hissəsidir. "Bir qadının ürəyi" əsərində 1957-ci ildən 1962-ci ilə qədər Anjelunun həyatında olan hadisələr xatırlanır və Kaliforniyaya, Nyu-York şəhərinə, Qahirə və Qana şəhərlərinə olan səyahətlərini müşayiət edir, oğlunu böyütdüyü dövrlərdə bir yazıçı kimi vətəndaş hüquqları hərəkatında aktiv fəaliyyət göstərir və Afrikadakı irqçiliyə qarşı mübarizə aparan bir döyüşçü ilə romantik münasibətlər qurur. Kitabda olan ən önəmli mövzulardan biri də analıq və ana sevgisidir, bu da onun kitabı yazdığı dövrlərdə oğlunu böyütməsilə əlaqədardır. Kitab oğlunun kolleci bitirməsi ilə başa çatır və Anjelunu yeni müstəqillik və azadlıq gözləyir. Anjelunun əvvəlki kitablarında olduğu kimi bu kitab da avtobioqrafik bədii əsər kimi təsvir edilmişdir, baxmayaraq ki, əksər tənqidçilər, həmçinin Anjelu özü də kitabı avtobioqrafiya kimi xarakterizə edirlər. Bir sıra tənqidçilər Anjelunun ilk avtobioqrafik əsəri olan "Bilirəm qəfəsdəki quş niyə oxumur" əsərini daha gözəl hesab edirlər, lakin "Bir qadının ürəyi" əsəri müsbət rəylər almışdır. O, 1997-ci ildə Oprah kitab klubunun seçimi olmuşdur.Tənqidçi Meri Ceyn Lapton kitabın "Amerikanın avtobioqrafiya janrında üstün olmayan bir bədii quruluşa" sahib olduğunu və Anjelunun "ən introspektiv" avtobioqrafiyası olduğunu söylədi. Əsərin adı Harlem intibahının şairi olan Georgiya Duqlas Consonun poemasından götürülmüşdür ki, bu da Anjelunu digər afro-amerika yazıçıları ilə bağlayır. Afro-amerika ədəbiyyatının tənqidçisi olan Liman B. Haqen qeyd edir ki, “mübarizənin davamlı mövzularına, özünü hiss etməyə və uzunmüddətli təhsilə sadiq olan "Bir qadının ürəyi" kitabı öz mərkəzi personajlarını tam bir şəxsiyyət nöqtəsinə daşıyır".
Çeçenistanın Qəlbi
Əhməd Kadırov adına "Çeçenistanın Qəlbi" məscidi (Çeçen. Маьждиг «Нохчийчоьнан дог» Кадыров Ахьмадан цӀарах дина маьждиг) XXI əsrdə Rusiya və Avropanın ən böyük yerlərindən biri olan Qroznı şəhərinin mərkəzində inşa edilmişdir. Məscidin inşasına 2006-cı ilin aprel ayında başlanılmış və 2008-ci ilin oktyabrında başa çatmışdır. == Qısa məlumatlar == "Çeçenistanın Qəlbi" məscidi dünyanın ən böyük məscidlərindən biridir. 17 oktyabr 2008-ci ildə açılmış və tanınmamış Çeçen İçkeriya Respublikası və Çeçenistan Respublikasının ilk prezidenti Hacı Əhməd Abdulhəmidoviç Kadırovun adını daşıyır. Məscid Sunja çayının mənzərəli sahilində, nəhəng parkın ortasında yerləşir və məsciddən əlavə Hacı Kuntanın adına olan Rusiya İslam Universiteti və Çeçenistan Respublikası Müsəlmanları Ruhani İdarəsinin də daxil olduğu İslam kompleksinin bir hissəsidir. Məscid klassik Osmanlı üslubunda tikilmişdir. Məscidin mərkəzi salonu nəhəng günbəz ilə örtülmüşdür (diametri - 16 m, hündürlüyü - 32 m). Hər biri 63 metr olan dörd minarənin hündürlüyü Rusiyanın cənubundakı ən yüksək minarələrdən biridir. Məscidin xarici və daxili divarları travertin mərmər, daxili hissəsi ağ mərmərlə bəzədilmişdir.
416-cı diviziya. Biz qalib gəldik (film, 2010)
416-cı diviziya. Biz qalib gəldik qısametrajlı sənədli televiziya filmi rejissor Emil Yusifov tərəfindən 2010-cu ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Film 416-cı Azərbaycan diviziyasının keçdiyi şərəfli döyüş yolu haqqında bəhs edir. == Məzmun == 416-cı milli diviziyanın döyüş yolu Qafqazdan başlanmışdır. Diviziya 1942-ci ilin sentyabrın əvvəllərində 44-cü ordunun tərkibinə daxil edilərək Şimali Qafqazda Xasavyurt rayonuna göndərilmişdi. Diviziyanın cəbhəyə getdiyi vaxt Qafqaz uğrunda döyüşlərin ən şiddətli dövrü idi. Almaniyanın "Cənub" ordu qrupu komandanlığına 1942-ci ilin 25 sentyabrında Bakını zəbt etmək əmri verilmişdi. 1942-ci ilin oktyabrında 416-cı diviziya 58-ci ordunun tərkibinə daxil edilərək, Sulak çayının şərq sahilində düşmənin Mahaçqala istiqamətindəki hücumlarına qarşı mövqedə yerləşdirildi. Həmin ilin noyabrında diviziya yenidən 44-cü ordunun tərkibinə daxil edildi və təcili olaraq Terek stansiyası zonasında yeni döyüş xəttinə göndərildi.
Georgi
Georgi — Daha çox slavyanlarda istifadə edilən ad və soyad. Georgi Jukov — Sovet İttifaqı Marşalı. Georgi Çiçerin — Rusiya marksist inqilabçısı, sovet diplomatı və siyasətçisi, musiqişünası. Georgi Pırvanov — Bolqarıstan siyasətçisi. Georgi Malenkov — Komunist partiyasının lideri və Sovet siyasətçisi. Georgi Parisaşvili — Aktyor, qrim Rəssamı. Georgi Kostaki — yunan əsilli sovet kolleksiyaçısı. Georgi Poltavçenko — Sankt-Peterburqun qubernatoru (2011). Georgi Uqulava — Gürcüstan siyasətçisi (Birləşmiş Milli Hərəkat Partiyası). Georgi Çelpanov — Rusiya alimi.
Dərgi
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir.Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. == Azərbaycanda jurnal növləri == === Elmi jurnal === Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. === Populyar jurnal === Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Qədi xalçaları
Gədi xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar. == Ümumi məlumat == "Gədi xalçaları" öz adını Xızı rayonunun ərazisində yerləşən Gədi kəndinin adından götürmüşdür. Bu xalçaları bəzi xalçaçılar "Qədi xalçaları" və ya "Gədi xalçaları" kimi adlandırsalar da Bakı xalçaçıları onu "Dağlı" adlandırırlar. Buna səbəb isə Gədi kəndinin əhalisinin tatlardan ibarət olmasıdır. Gədi sözünün mənası isə "çəmənli kənd" deməkdir. == Bədii analiz == "Gədi xalçaları"nın orta sahəsi qırmızı yerlikli, mərkəzi şaquli oxda yerləşmiş bir neçə kiçik göldən ibarətdir. Həndəsi formada olmayan, daha çox alovun şölələrini xatırladan göllərin təsviri aydın ifadə olunmuş və yalnız "Gədi xalçaları" üçün xarakterik olan göllərin rəngi bir və bəzən də iki göldən bir dəyişir. Göllər arasındakı boş sahələr müxtəlif formalı həndəsi və nəbati naxışlarla bəzədilmiş və bu naxışlar hər iki tərəfdə simmetrik olaraq təkrarlanırlar. Bakının, Xızı və Siyəzən rayonlarının xalça ustaları bu gölləri sini, mərkəzdə olan səkkiz ləçəkli dairəvi elementli damğanı isə "alma" və ya "qoğal" adlandırırlar. Bu elementlərin arasında bir neçə heyvan təsviri, o cümlədən xalqın təsərrüfatını və məişətini xatırladan pişik silueti də mövcuddur.
Barıt sui-qəsdi
5 noyabr 1605-ci ildə İngiltərədə "Barıt sui-qəsdi" adlı tarixi hadisə baş vermişdir. Həmin gün bir qrup müxalifyönümlü katolik dəstə İngiltərə və Şotlandiya kralı I Ceyms və digər aristokratlara qarşı sui-qəsd törətmək üçün Lordlar Palatasının binasını partlatmağa cəhd etmişdi. İşin üstü sui-qəsdçilərdən birinin sarayda işləyən qohumuna həmin gecə orada olmaması haqda yazdığı xəbərdaredici məktubun kral adamlarının əlinə keçməsi nəticəsində açılmışdı. Məlumatdan şübhələnən kral adamları ehtiyat tədbiri güdərək, sarayın hər yönünü nəzarət altına almış və təxribatın qarşısını almışdılar. Əməliyyatın icraçıları arasında İngiltərə tarixinin ən böyük "Vətən xaini" kimi yadda qalan Qay Foks olmuşdu. Sui-qəsd planının müəllifi olmadığı haqda fikirlər geniş yayılsa da, o, 5 noyabr gecəsi əlindəki barıt çəlləyi və fitillə iş başında yaxalanmışdı. Foks həbs edilərək, zindana atılmış, 31 yanvar 1606-cı ildə saray qarşısında asılaraq, edam edilmişdi. İngilislər həmin günü öz tarixlərində demokratiya zəncirindəki önəmli halqalardan biri kimi görür. Hər ilin 5 noyabr gecəsi Birləşmiş Krallıq və onun əyaləti olan ölkələrdə "Barıt sui-qəsdi"nin uğursuzluğa düçar olması münasibətilə "Qay Foks Gecəsi" adı altında şənliklərlə qeyd edilir. Şənlik zamanı havaya fişənglər atılır, barıtla dolu qablar alışdırılaraq, küçəboyu yuvarlandırılır, vətən xaininin cəzalandırılmasını qutlamaq üçün Qay Foks maskası taxılmış kuklalar yandırılır.
Mikonos sui-qəsdi
Mikonos sui-qəsdi zamanı (1992-ci il 17-Sentyabr) İran kürdlərinin liderləri Sadiq Şərəfkəndi, Hümayun Ərdalan, Fəttah Əbduli və tərcüməçiləri Nuri Dehkürdi Berlindəki Mikonos yunan restoranında qətlə yetirilir. Qətlə görə bir iranlı və iki livanlıya iş kəsildi. == Hadisə == Sui-qəsddən 1-ay öncə İran Təhlükəsizlik naziri Əli Fallahian tv. müsahibəsində xaricdəki müxaliflərə qarşı da qərarlı hücumlar edə biləcəklərini bildirir. O, müsahibəsində qeyd edir: "Biz onları ölkədən kənarda da izləyir, nəzarət altında saxlayırıq. Keçən il biz onlara əsaslı zərbələr endirməyi bacardıq".
Sutenyorun qəlbi (roman)
"Sutenyorun qəlbi" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. Tərcümənin redaktoru Munisə Dadaşqızıdır. == Məzmun == Əsərin Moskvada yaşayan baş qəhrəmanı, özünün etiraf etdiyi kimi, doğulduğu Bakı şəhərində kişi üçün təhqir hesab olunan bir işlə - "insan ehtirasları vasitəsilə" - sutenyorluqla məşğul olmaqla külli miqdarda pul qazanır. Tabeliyində olan seçmə fahişələri, adətən yuxarı təbəqənin nümayəndələri sifariş edirlər. İkili həyat sürən saxtakarlarla ünsiyyətdə olan, onlarla iş birliyi quran, hər cür mənəvi normaları tapdalayan adamlarla üzləşməyə məcbur qalan Lütikov insan psixologiyasına çox gözəl bələddir. Müəyyən müddətdən sonra onun ətrafdakılara qarşı münasibəti artıq tamamilə fərqli məcraya düşmüşdür - qəhrəman harın riyakarlara dərin nifrət bəsləyir. Növbəti sifarişi sutenyora bir neçə nəfərin qanı bahasına başa gəlir. Bu sonuncu sifariş onun qəlbinin dərinliklərində gizlənən və özünün də etiraf etmək istəmədiyi hissləri üzə çıxarır... == Təqdimatı == Çingiz Abdullayevin "Sutenyorun qəlbi" romanının Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi 28 dekabr 2012-ci ildə Azərbaycan Yazıçılar Birliyində keçirilmişdir. Tədbirdə müəllif Çingiz Abdullayev və tərcüməçi Təbəssüm Muxtarova kitabın yazılma prosesi, süjet xətti və tərcümə ideyasının reallaşdırılması barədə məlumat vermişdilər.
Ulduz sui-qəsdi
Ulduz sui-qəsdi (türk. Yıldız Suikasti) — Ulduz Həmidiyyə məscidi qarşısında II Əbdülhəmidə qarşı, onu öldürmək üçün təşkil olunmuş sui-qəsd cəhdi. 21 iyul 1905-ci ildə Daşnaksütunun üzvləri tərəfindən Sultan II Əbdülhəmidə qarşı təşkil olunmuş sui-qəsd hadisəsi XX əsrin əvvəllərində Türkiyə tarixində baş vermiş ən mühüm hadisələrdən biri hesab olunur. Sui-qəsdə cəhd edildiyi dövrdə II Əbdülhəmid 63 yaşına çatmış və 29 ildir ki, hökmdarlıq etməkdə idi. == Zəmin == Bomba hadisəsi kimi tarixə düşmüş bu olay erməni daşnakların işi olsa da, beynəlxalq anarxistlərdən də dəstək almışdılar. Belə ki, çox geniş plan hazırlamış təşkilatçılar sui-qəsd mövzusunda peşəkar olduğunu güman etdikləri belçikalı anarxist Edvard Corisi də bu işə daxil etmişdilər. Jorris anlaşmaya uyğun olaraq, İstanbula gəlmiş və uzun müddət hökmdarın cümə salamlaması mərasimlərini izləmişdir. Belə ki, II Əbdülhəmid hər cümə günü Ulduz məscidindən çıxdıqdan sonra düz 1 dəqiqə 42 saniyə ərzində arabasına minir və bu zaman müddəti heç dəyişmirdi. Jorris sui-qəsddə istifadə olunması üçün Belçikada xüsusi bir araba düzəltdirmiş, həmin araba hissələr halında İstanbula gətirilərək montaj edilmişdi. == Hadisə == 80 kiloqram partlayıcı və 20 kiloqram partlayıcı maddə daşıyan çox dəqiq bir saatlı bomba bu arabaya yerləşdirildi.
Özal Sui-qəsdi
Turqut Özal (türk. Turgut Özal 13 oktyabr 1927[…], Malatya – 17 aprel 1993[…], Ankara) — Türkiyə Respublikasının 45-ci və 46-cı dövr hökumətlərinin baş naziri (1983–1989) və 8-ci prezidenti (1989–1993). Baş nazir vəzifəsində ikən bir çox dövlət müəssisələrinin özəlləşdirilməsi ilə Türkiyə iqtisadiyyatının transformasiyasında böyük rol oynamışdır. == Həyatı == Atası Malatyalı bir bank işçisi Mehmet Sıddık Özal, anası Tuncelili ibtidai sinif müəlliməsi Hafizə xanım olan olan Turqut Özal qismən kürd mənşəlidir. Uşaq vaxtlarında pilot olmaq istəyən Özal, Silifkeyə köçdükdən sonra yıxılaraq qolunu zədələmiş və qollarından biri digərinə görə daha qısa qalmışdır. Bu vəziyyət pilot olmaq istəyindən məcburi surətdə əl çəkməsinə səbəb olmuşdur. Dörd yaşında Bileciyin Söyüd rayonuna köçən Özal ilk təhsilinə burada başlamışdır. Atasının işi ilə bağlı tez-tez köçən Özal orta məktəbi Mardində bitirmişdir. Mardində lisey olmaması səbəbi ilə Konya Liseyində təhsilinə davam edən Turqut Özal Kayseri Liseyində təhsilini başa vuraraq, İstanbul Texniki Universitetinin Elektrik Mühəndisliyi fakultəsində ali təhsil alır və 1950-ci ildə məzun olur. Bir müddət mühəndisliklə məşğul olduqdan sonra siyasi fəaliyyətə başlayır.
İzmir sui-qəsdi
İzmir sui-qəsdi — Türkiyə Respublikası prezidenti Mustafa Kamal Atatürkə 14 iyun 1926-cı il tarixində İzmirdə təşkil edilməsi planlanan sui-qəsd cəhdi. Aralarında köhnə nazirlər, deputatlar və qubernatorların da olduğu bir qrup tərəfindən planlanmış, ancaq həyata keçirilmədən qarşısı alınmışdır. Sui-qəsdin İzmirin Kəməraltı bölgəsində həyata keçirilməsi planlanmışdı. Buradakı kəsişmədə dönmək üçün yavaşlayacaq Mustafa Kamal Atatürkün maşınına Ziya Xurşud bəyin qaldığı Qaffqarzadə hotelindən və Gürcü Yusif ilə Laz İsmayılın olduğu hotelin altındakı bərbər dükanından atəş açılacaq və bomba atılacaqdı. Bu zaman yan küçədəki maşında gözləməli olan Çopur Hilmi və Kritli Şövki ilə hadisə yerindən qaçılması, sonra isə kiçik gəmi ilə Xiosa keçilməsi planlaşdırılmışdı. Ancaq 14 iyun 1926-cı ildə Kritli Şövqinin İzmir icra hakimiyyəti orqanlarına yazdığı məktubda sui-qəsd və sui-qəsdin kimlər tərəfindən təşkil ediləcəyi barədə məlumat verdi. Bir müddət sonra 4 nəfər həbs edildi və günahlarını etiraf etdilər. Bu hadisədən sonra İzmirə gələn İstiqlal Məhkəməsi heyəti tərəfindən keçirilən iclaslarda hadisənni arxasında daha geniş müxalif qrupun olduğu müəyyən edildi. İzmirdə 26 iyun — 13 avqust günləri arasında mühakimə edilən 40 nəfərdən 2-i qiyabi olmaqla 15-i edamla, biri isə sürgünlə cəzalandırıldı. Bir necə həftə sonra — 2 – 26 avqust günlərində Ankarada olan məhkəmələrdə mühakimə edilən 57 nəfərdən 4-ü edam, 6-sı sürgün, 2-si də həbs cəzasına məhkum edildilər.
Şir evdən getdi
Şir evdən getdi — 1977-ci ildə çəkilmiş rejissor Rasim İsmayılovun eyniadlı filmi. == Məzmunu == Musiqili film uşaq aləminin gözəlliyindən, onların xarakterlərindən, uşaqlarla heyvanların dostluğundan bəhs edir. == Film haqqında == Filmdə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının balet artistləri və Bakı şəhəri Nərimanov rayonu 83 saylı uşaq bağçasının uşaqları çəkilmişlər.Filmdə Kinq II adlı şir və Rada adlı fil çəkilmişdir. Film quruluşçu rejissor Rasim İsmayılovun rejissor kimi kinoda ilk müstəqil işidir. Film yazıçı Yuri Yakovlev (II)in eyniadlı nağıl-povestinin ekran variantıdır. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Yuri Yakovlev (II) Quruluşçu rejissor: Rasim İsmayılov Quruluşçu operator: Rasim İsmayılov, Şərif Şərifov Quruluşçu rəssam: Firəngiz Qurbanova Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Akif Nuriyev Baletmeyster: Nailə Nəzirova Geyim rəssamı: S. Haqverdiyeva Qrim rəssamı: V. Bereznyakov Butafor ustası: A. Volçuk Rejissor: Akif Rüstəmov, Ramiz Əliyev Rejissor assistenti: T. Atakişiyev, Ziya Şıxlinski, Süleyman Əhmədov (S. Əhmədov kimi) Operator assistenti: Yuri Varnovski, V. Romanov Rəssam assistenti: Asif Məmmədov, E. Muradova Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Heyvan təlimçiləri: Lev Bərbərov, Nina Bərbərova, T. Filatova, A. Qorin Montaj edən: Rəfiqə İbrahimova (R. İbrahimova kimi) Mahnıların mətninin müəllifi: Yuri Yakovlev (II), Alla Axundova Redaktor: D. Tahirova Çalır: "Melodiya" Firmasının İnstrumental Ansamblı və SSRİ Dövlət Kinematoqrafiyasının Simfonik Orkestri Filmin direktoru: İnessa Safronova İşıqçı: A. Məmmədzadə (titrlərdə yoxdur) Mahnı ifa edən: Flora Kərimova və Mirzə Babayev (titrlərdə yoxdur) === Rollarda === Yuri Senkeviç — şir Sergey Yurski — ovçu; ekskurisya bələdçisi; qarovulçu Elxan Cəfərov — Rüstəm Vsevolod Abdulov — nəzarətçi İ. Məmmədov — begemot Şükufə Yusupova — zürafə İnarə Quliyeva — kenquru Lidiya Povetkina — meymun Almaz Əhmədova — meymun Səfurə İbrahimova — tülkü Yaşar Nuri — ata Süsən Məcidova — nənə İbrahim Ləmbəranski — Muradik Cəmilə Muradasilova — Fatma Fazil Salayev — yanğınsöndürən Nadir Əsgərov — yanğınsöndürən Ələsgər Məmmədoğlu — yanğınsöndürən Kamil Məhərrəmov — kababçı Əli Haqverdiyev — heyvan təlimçisi Tanilə Əhmərova — Şəfiqə müəllimə R. Rüstəmov A. Məmmədzadə Gümrah Rəhimov — pələng Elxan Ağahüseynoğlu — aeroportdakı heyvan İ. Kazımov Suğra Bağırzadə — aeroport işçisi D. Əhmədov Rəna Səlimova — zebr Sevil Rəsulova İ. Zeynalova L. Zolotova O. Baratova İ. Vladimirova Mübariz Əlixanoğlu — heyvan Ramiz Əzizbəyli — sürücü Fikrət Məmmədov — şagird Hüseynov Sədaqət Zülfüqarova — şəhər sakini Bahadur Əliyev — şəhər sakini Zemfira Sadıqova — şəhər sakini Mayak Kərimov — şəhər sakini Larisa Xələfova — televiziya diktoru Osman Həqqi — aeroportdakı adam Xanlar Muradov — milis işçisi (titrlərdə yoxdur) Elşən Şirəliyev — milis nəfəri == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Zəng detalı qeydi
Zəng detalı qeydi — telefon danışığının və ya həmin qurğu yaxud cihazdan edilən digər telekommunikasiya əməliyyatlarının (məsələn, mətn mesajı) təfərrüatlarını sənədləşdirən telefon stansiyası və ya digər telekommunikasiya avadanlığı tərəfindən yaradılmış məlumat qeydi. Qeydə vaxt, müddət, tamamlanma statusu, mənbə və təyinat nömrəsi kimi müxtəlif məlumatlar yazılır. Bu operatorlar tərəfindən telefon stansiyasında şəhərlərarası zənglər üçün yazılmış və vaxtı təyin edilmiş kağız ödəniş biletlərinin avtomatlaşdırılmış ekvivalentidir. == Məzmunu == Zəng detalı qeydi telekommunikasiya əməliyyatının xüsusi nümunəsi olan verilənlər sahələrini ehtiva edir, lakin həmin əməliyyatın məzmununu ehtiva etmir. Məsələn, xüsusi telefon zəngini təsvir edən zəng təfərrüatlı qeydinə həm zəng edən, həm də qəbul edən tərəfin telefon nömrəsi, zəngin başlama vaxtı və müddəti daxil ola bilər.
20 iyul sui-qəsdi
"Valkiriya" əməliyyatı, həmçinin 20 iyul sui-qəsdi və generalların sui-qəsdi (alm. Attentat vom 20. Juli 1944‎)— alman müqavimətinin, ilk növbədə Vermaxtın Adolf Hitlerin öldürülməsi, dövlət çevrilişi və Nasist hökumətini devirmək məqsədi ilə həyata keçirdiyi sui-qəsd. Sui-qəsdin kulminasiya nöqtəsi 20 iyul 1944-cü ildə Hitlerin həyatına qəsdə uğursuz cəhd idi. Sui-qəsdin uğursuz olması, üzvlərinin əksəriyyətinin edam edilməsi və Alman Müqavimətinin digər üzvlərinə qarşı repressiya ilə nəticələndi. == Valkiriya planı == 1942-ci ilin yazından etibarən Olbrixt məcburi əmək üsyanı kimi fövqəladə hallar və daxili iğtişaşlarla mübarizə aparmaq üçün nəzərdə tutulmuş Valkiriya planı üzərində işləyirdi. Plan Hitler tərəfindən təsdiqlənmişdi. Olbrixt isə çevriliş zamanı bu plandan istifadə etməyi düşündü. Hitlerin öldürülməsindən sonra ehtiyat ordusu Berlində əsas hədəfləri tutmalı, SS-ni tərksilah etməli və nasist rəhbərliyini həbs etməli idi. Ehtiyat ordusunun komandiri general-polkovnik Fridrix Frommun sui-qəsdə qoşulacağı və ya uzaqlaşdırılacağı, bu halda Hoepnerin komandanlığı alacağı güman edilirdi.
Andrey Karlov sui-qəsdi
Andrey Karlov sui-qəsdi (ing. Assassination of Andrei Karlov; rus. Убийство Андрея Карлова) - Rusiya Federasiyasının Türkiyə Respublikasındakı sabiq səfiri Andrey Karlova qarşı 2016-cı ilin 19 dekabr tarixində Türkiyənin paytaxtı Ankara şəhərində gercəkləşdirilmiş sui-qəsd. Hadisə səfirin Ankaradaki Müasir Sənətlər Mərkəzində bir rəsm sərgisinin açılışında çıxış etməsi zamanı baş vermişdir. Çevik Polis Alayının əməkdaşı 22 yaşlı Mərd Altındaş səfirə arxa tərəfdən yaxınlaşaraq 5 dəfə atəş açmışdır. Qatilin kameralara düşən görüntülərində səfiri güllələdikdən sonra Allahu Əkbər, Allahu Əkbər deyə bağırdığı Hələbi unutma, Suriyanı unutma, ümmətimiz təhlükəsizlikdə olmadığı müddətcə təhlükəsizlikdə olmayacaqsınız, geri çəkilin, geri çəkilin, Sadəcə ölüm bizi buradan kənarlaşdıra bilər, Bu zülmdə əli olan hər kəs cəzasını çəkəcəkdir - ifadələrini işlətdiklərini görünür.
Bəldə
Bəldə (türk. Belde; hərfi mənada "qəsəbə" deməkdir) — türk dilində "bələdiyyəsi olan böyük kənd" mənasını verən söz.Türkiyənin bütün vilayət və rayon mərkəzlərində bələdiyyələr var, lakin kəndlər adətən bələdiyyələrə sahib olmaq üçün çox kiçikdir. Bəzi kəndlərdə əhalinin sayı 2,000 nəfəri keçə bilər və belə kəndlərdə sakinlərin seçimindən asılı olaraq kiçik bələdiyyə yaradıla bilər. Belə kəndlərə "bəldə" deyilir. 2014-cü ilə qədər "bəldə" bələdiyyələrinin sayı 1,400-ə yaxın idi. Bununla belə, 30 mart 2014-cü il tarixli 6360 saylı qanuna görə, 30 vilayətdə bütün kəndlər (bələdiyyəsi olan və olmayanlar) rayon bələdiyyələrinin şəhər quruluşuna daxil edilmişdir. Beləliklə, 30 vilayətdə "bəldə" bələdiyyələri ləğv edilmişdir. Ləğv edilmiş "bəldə" bələdiyyələrinin sayı 1040-dır.Hal-hazırda 6360 saylı qanunun əhatə dairəsinə daxil olmayan 51 vilayətdə hələ də 394 "bəldə" bələdiyyəsi fəaliyyət göstərir.
Dəndi
Dəndi- İranın Zəncan ostanının Mahnişan şəhristanının Ənquran bəxşində şəhər və bu bəxşin mərkəzidir. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Gəbri
Gəbri (fars. گابري‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 44 nəfər yaşayır (14 ailə).
Gədik
Gədik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Gədik oyk., sadə. Quba r-nunun Vəlvələ i.ə.v,-də kənd. Gədik çayının (Vəlvələ çayının qolu) sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Gədik Seyidlər olmuşdur. Sonralar oykonimin ikinci komponenti ixtisara uğramışdır. Toponimik termin kimi gədik türk dillərində, o cümlədən Azərb. dilində "hündür dağ, dağ keçidi, aşırım" deməkdir. Kənd belə bir coğrafi mövqedə yerləşdiyi üçün Gədik adlandırılmışdır. Oykonim "gədikdə yerləşən Seyidlər kəndi" mənasındadır.
Gəlin
Gəlin - ailə quran qadın. Eyni zamanda ailənin ərli qadın üzvü də "gəlin" adlanır. Qaynata və qaynanaya da münasibətdə qadın bütün həyatı boyu gəlin adlanır. "Gəlin" sözü azərbaycan dilindəki "gəlmək" felindən yaranmışdır. Azərbaycan milli adətlərində əsrlərnən gəlinə xüsusi münasibətlər sistemi formalaşmışdır və bu gün də bu mədəniyyət həssaslıqla qorunur. Gəlinin həyat yoldaşı toy mərasimidə "bəy", sonradan isə "ər" və ya "həyat yoldaşı" adlanır.
Gəlir
Gəlir — İstehsal olunan məhsulun, tikintinin və xidmətin satışından əldə olunan vəsaitlərə, məvacibə gəlir deyilir. == Növləri == Gəlir dedikdə dövlətin, təşkilatların və ya əhalinin aşağıdakı gəlirləri başa düşülür: Dövlət gəlirləri — vergilərin, rüsumların, ödənişlərin, xarici ticarət əməliyyatlarının, xarici kreditlərin, xarici yardımların yığılması yolu ilə dövlət tərəfindən əldə edilən və dövlət funksiyalarını həyata keçirmək üçün istifadə edilən gəlirlərdir. Təşkilatın gəlirləri — iştirakçıların töhfələri istisna olmaqla, bu təşkilatın kapitalının artmasına səbəb olan aktivlərin (pul vəsaitlərinin, digər əmlakın) alınması və (və ya) öhdəliklərin (əmlak sahibləri) ödənilməsi nəticəsində iqtisadi mənfəətin artmasıdır . Təşkilatın adi fəaliyyətindən əldə edilən gəlir mal və xidmətlərin satışından əldə edilən gəlirdir. Əhalinin gəlirləri — vətəndaşların, ailələrin və ev təsərrüfatlarının nağd pul formasında əldə etdikləri şəxsi gəlirləri. Bunlara aşağıdakılar daxildir: əmək haqqı, pensiya, təqaüd, müavinətlər, öz təsərrüfatlarında istehsal olunan məhsulların satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə haqq şəklində nağd pul qəbzləri, qonorar, şəxsi əmlakın satışından, icarəyə verilməsindən əldə olunan gəlirlər.Qanuni və qeyri-qanuni gəlirlər də mövcuddur: qanuni gəlir — qanuni yolla əldə edilən gəlir; qeyri-qanuni gəlir — qanunsuz yolla əldə edilən gəlir. == Gəlirlərin ümumi anlayışı == Gəlir son dərəcə geniş tətbiqi olan bir termindir. Bu anlayış müxtəlif mənalarda istifadə olunur. Bu sözün ən ümumi mənası belədir — fəaliyyət nəticəsində vəsaitlərin, öhdəliklərin, maddi və qeyri-maddi dəyərlərin alınması. İqtisadiyyatda gəlirin ümumi təriflərindən biri aşağıdakılardır: Müəyyən bir müddət ərzində gəlir müəyyən bir insanın sərvətinin dəyərini dəyişmədən xərcləyə biləcəyi pul məbləğidir.
Gəlmə
Gəlmə — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Zərdab rayonunun Gəlmə kəndində 60 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün 963 000 manat vəsait ayrılmışdır.
Gərmi
Germi — İranın Ərdəbil ostanında şəhər, Germi şəhristanının inzibati mərkəzi. Germi şəhəri Ərdəbil şəhərinin şimalında, Parsabad şəhərinin cənubunda yerləşir. Şəhər Ərdəbildən 90 km, Parsabaddan isə 150 km. aralıdır. Əhalisi 32 000 nəfərdir, əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Şəhərin adı çox güman ki farsca "isti, ilıq" mənalarını daşıyan "gərm" sözündən gəlir. Burada yay isti, qış mülayim keçir. Şəhər dörd dağın arasındadır.
Nəqdi
Nəqdi-i Ülya (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Nəqdi-i Süfla (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Pərdi
Pərdi — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Pərdi kəndi Yardımlı rayonunun Gilar kəndindən köçmüş qədim Gilar bəglərinin yaylağıdır. Gilar kəndinin bəgləri ən qədim pirlər nəslidir və Pərdi də pir-dailəri, yəni pir-tanrıları deməkdir. Ən qədim mənbələrdə Pərdi kəndi Parda kimi qeyd olunur. 19 əsr sənədlərində Yardımlı ərazisindəki Gilar kəndi Pərdi-Gilar adlanır və köçərilər kimi qeyd olunur. Bu köçərilik isə birbaşa mənada yox, sufi mənadadır. Ən qədim mənbələrdə "Dağ və səhralarda dolaşan qüdrəti midiyalılar" dedikdə məhz Gilar bəgləri nəzərdə tutulurdu. Cəlilabad rayonunun 10-a yaxın kəndi (Edişə, Şabanlı, Qasımbəyli və s.) məhz Gilar bəglərin törəmələrinin yaşadığı kəndlərdir. Pərdili oyk. Cəlilabad r-nunun Xanəgah i.ə.v.-də kənd.
Soldi
Soldi (azərb. Pul‎) — İtaliyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Mahmud "Soldi" mahnısı ilə İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında qalib gəlmişdir. Qələbənin ardınca Mahmud bu mahnı ilə İtaliyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil edəcəyi öz təsdiqini tapmışdır. Bir neçə ərəb sözünün də işlədildiyi mahnı Çarli Çarlz, Dario "Dardust" Faini və Mahmudun əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. İtaliya hit-paradlarında birinciliyə yüksələn mahnını Mahmud dostları ilə birlikdə ikən yazmağa başlamış, lakin bəstənin yekunlaşması uzun zaman almışdır. Mahnıda trap, hip-hop musiqisi ilə birlikdə Yaxın Şərq elementlərindən də istifadə olunmuşdur. Yalançı, ziddiyyətli və etibarsız ata obrazını özündə canlandıran mahnının sözlərində Mahmudun onu uşaq ikən tərk edən atası ilə münasibəti diqqət mərkəzinə gətirilir. Pul ata ilə oğul arasında münasibətlərin pozulmasına səbəb olan əsas amil olaraq göstərilir. Mahmud mahnının sözlərinin onda xatirələri canlandırdığını və hər bir misrada böyük qəzəb olduğunu söyləmişdir. Mahmud özünün ərəbcə bilmədiyini söyləsə də, mahnıda müəyyən ərəb sözlərindən də istifadə olunmuşdur.
Məhdi
Mehdi, Məhdi; əsl adı Məhəmməd — İslam dinində sonuncu xəlifə və Qiyamətdən öncə gələcək xilaskar. Cəfərilikdə on dördüncü məsum, on ikinci imam və xəlifə, qeybə çəkilib və qiyamətdən öncə zühur edib bəşəriyyəti xilas edəcəyi iddia olunan şəxs. == Sünnilikdə == == Şiəlikdə == === Keysanilikdə === === İsmaililikdə === ==== Qərmətilikdə ==== ==== Dəruzilikdə ==== ==== On iki imam şiəliyində ==== == Əhmədiyyədə == == Babilikdə == == Bəhailikdə == == Mehdini inkar edən İbn Xəldun == Sünni alimlərinin demək olar ki, hamısının Məhdi (əleyhissəlam) barədə deyilmiş rəvayətləri qəbul etdiyi məlum oldu. Lakin onlardan bir neçəsi, o cümlədən də İbn Xəldun bu hədisləri inkar etmiş, ya da onlara şübhə ilə yanaşmışdır. İbn Xəldun deyir: "Əsrlər boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın son vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən bir nəfər mütləq, zühur edib dini möhkəmlədəcək, haqq-ədaləti bərpa edəcək və müsəlmanların hamısı ona tabe olacaq. O, bütün müsəlman ölkələrinə hakim olacaqdır. Həmin şəxsin adı Məhdidir. Qiyamətin qəti müqəddimələrindən olan Dəccalın gəlməsi və sair hadisələr onun zühurundan sonra olacaq. İsa Peyğəmbər göydən enib Dəccalı öldürəcək, ya da onu öldürməkdə Məhdiyə kömək edəcək. İsa (əleyhissəlam) Məhdinin arxasında namaz qılacaq… Məşhur hədisçilərdən bir dəstəsi, o cümlədən, Tirmizi, Əbu Davud, Bəzzar, İbn Macə, Hakim, Təbrani, Əbu Yəla Məhdi (əleyhissəlam) haqqında olan hədisləri öz kitablarında bir qrup səhabənin, o cümlədən, Əli (əleyhissəlam), İbn Abbas, Abdullah ibn Ömər, Təlhə, Abdullah ibn Məsud, Əbu Hüreyrə, Ənəs, Əbu Səid Xudəri, Əli Hilali və Abdullah ibn Harisin dilindən rəvayət etmişlər.
Georgi Abaşvili
Georgi Abaşvili (7 oktyabr 1910 və ya 8 yanvar 1910, Tiflis – 26 sentyabr 1982, Leninqrad) — Sovet hərbi lideri, vitse-admiral (1955); dəniz elmləri namizədi (1971), dosent (1965). == Bioqrafiya == 1931-ci ilin oktyabrında Sankt-Peterburq Hərbi Dəniz Məktəbinin şturman sinifini bitirir. Ştureman olaraq Volodarski (1931 oktyabr - 1932 avqust), Lenin (1932 avqust - 1934 yanvar) esmineslərində, patrul gəmilərində diviziya şturmanı (yanvar 1934 - aprel 1935), təlim gəmisinin komandir köməkçisi olaraq xidmət edir. Leningradsovet (1935 -ci il aprel - 1936 -cı il martınadək) gəmisində komandir köməkçisi, Purga patrul gəmisində isə komandir (1936-cı il mart - 1938 -ci il martınadək) işləyir. 1937-ci ildə minadaşıyan gəmilərin komandirləri üçün bir illik kursları bitirir. Sonra "Smetlivıy" (mart - sentyabr 1938), "Qnevnıy" (1938 -ci il sentyabr - 1939-cu il fevralınadək) esmineslərinin komandiri, 1-ci patrul gəmilərinin batalyon (1939-cu il fevral - 1940-cı il aprelinədək) komandiri vəzifələrini tutur. 1939-1940-cı illər Sovet-Finlandiya müharibəsinin iştirakçısı olur. Baltik Donanmasının 4-cü məhvedici batalyonunun komandiri (1940-cı ilin fevral - dekabr ayları), 1940-cı ilin dekabrından Baltik Donanmasının 2-ci esas batalyonunun komandiri olur. === Böyük Vətən müharibəsi === İkinci Dünya müharibəsinin başlaması ilə, 2-ci esmines batalyonunun komandiri olaraq, mina döşəməsini həyata keçirir. Riqa körfəzində, Ezel və Daqo adalarının müdafiəsində düşmən konvoylarının axtarışı əməliyyatlarında iştirak edir.
Georgi Adamiya
Georgi Adamiya (gürc. გიორგი ადამია; 10 mart 1981, Tbilisi) — keçmiş Gürcüstan futbolçusu. O, Gürcüstan və Azərbaycan klublarında, hücumçu mövqeyində çıxış etmişdir. == Klub karyerası == Giorgi Adamiya idman karyerasına Gürcüstanda "TSU" və "VİT Corciya" klublarında başlamışdır. O, 2004-cü ildə VİT Corciya"nın heyətində ilə Gürcüstan çempionu olmuşdur. Adamiya bundan sonra Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi"yə transfer olmuşdur. O, "Neftçi" ilə bir dəfə Azərbaycan çempionu olmuş, bir dəfə isə ikinci yerdə qərarlaşmışdır. Adamiya həmçinin, 2005-ci ildə Birlik Kuboku matçında ikinci yeri tutmuş və müsabiqənin bombardiri olmuşdur. O, 2006-cı ildə komandasına Birlik Kubokunu qazanmağa kömək etmişdir. "Neftçi"də beş mövsüm keçirən Adamiya "Bakı" klubuna transfer olmuş, daha sonra "Qarabağ" və "İnter" klublarında çıxış etmişdir.
Fatma Qədri
Fatma xanım Qədir qızı Qədri (1 (14) aprel 1907 və ya 1907, Odessa, Xerson quberniyası[d] – 29 fevral 1968 və ya 1968, Bakı) — Azərbaycan teatr aktrisası, Azərbaycanda ilk peşəkar teatr təhsili görmüş qadın-aktrisa, Azərbaycan SSR xalq artisti (1943). == Həyatı == Milli səhnəmizin ilk peşakar aktrisalarından olan yüksək səhnə mədəniyyəti örnək sayılan, zəngin dünyagörüşlü, geniş mütaliəli ziyalı, ciddi xarakterli ifaçısı Fatma xanım Qədir qızı 14 aprel 1907-ci ildə Qərbi Rusiyanın Odessa şəhərində doğulmuşdur. Rus dilində təhsil almış və yeniyetmə yaşlarından ailəsi Bakıya köçən Fatma xanım Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu almışdır. Fatma Qədir qızı Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir (1926). Səhnə fəaliyyətinə 1926-cı ildə Bakı Türk İşçi Teatrında başlamış, burada Nübar ("Cancur Səməd", M. Əfəndiyev; J. B. Molyerin "Zorən xəstə" əsərinin təbdili), Sürucuin ("Hind qızı", Ə. Hamid), Oa-Şen ("Çin tanrısı", F. Pavlovun "Tunc büt" əsəri üzrə), Gülüş və Sevil ("Sevil", C. Cabbarlı), Xumar ("Şeyx Sənan", H. Cavid), Esmeralda ("Paris Notrdam kilsəsi", V. Hüqonun eyniadlı əsəri üzrə), Gülbahar ("Anamın kitabı", C. Məmmədquluzadə) kimi səhnə obrazları yaratmışdır. 1932–1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olmuş, 1935-ci ildən Azərbaycan Milli Dram Teatrında işləmişdir. Əsas rolları: Maşa ("Dubrovski", A. S. Puşkin), Xuraman ("Vaqif", S. Vurğun), Cülyetta, Emiliya ("Romeo və Cülyetta", "Otello", U. Şekspir), Luiza ("Məkr və məhəbbət", F. Şiller), Larisa, Katerina ("Cehizsiz qız", "Tufan", A. Ostrovski), Polina ("Ögey ana", O. Balzak), Gültəkin ("Aydın", C. Cabbarlı), Məhəbbət ("Məhəbbət", M. İbrahimov). 1933-cü ildən pedaqoji fəaliyyət göstərmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 fevral 1936 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943 "Şərəf nişanı" ordeni — 9 iyun 1959 "Qırmızı əmək bayrağı" ordeni == İstinadlar == == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008.
Yaqub Qədri Qaraosmanoğlu
Yaqub Qədri Qaraosmanoğlu (27 mart 1889 - 13 dekabr 1974)— Türkiyə yazıçısı, şairi, jurnalisti, diplomatı. == Həyatı == Yaqub Qədri Qaraosmanoğlu 27 mart 1889-cu ildə Qahirədə anadan olmuşdu. Atası Manisanın məşhur Qaraosmanoğlu soyuna mənsub Əbdülqadir bəy, anası İqbal xanım idi. Atası 1833-cü ildə Kavalalı İbrahim paşanın Manisanı işğalı sırasında ona yaxınlıq göstərmiş və onun Misirdəki malikanəsinə yerləşmişdi. Əbdülqadir bəyin malikanə yiyələrindən İqbal xanım ilə etdiyi evlilikdən dünyaya gələn ikinci övladı Yaqub Qədri idi. Yaqub Qədrinin ailəsi İbrahim paşanın vəfatından sonra Türkiyəyə dönmüşdü. O, burada ilk təhsilini "Fevziye Mekteb-i İptidaisi"ndə tamamladı. 1903-cü ildə İzmir edadiyasına daxil oldu. Şahabettin Süleyman ilə dostluğu bu məktəbdə ikən başladı. Uşaqlıq illərində ədəbiyyata göstərdiyi həvəs lisey illərində daha da artdı.
Qədirli
Qədirli (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Tovuz) — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Qobustan) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Vedibasar) — Ermənistan Respublikasının Vedi rayonunun inzibati ərazi vahidində kənd.
Qəfərli
Qəfərli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Sabirabad rayonunun Qaralar kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qəfərli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Qəmərli
Qəmərli rayonu — tarixən Azərbaycana hazırda isə Ermənistan Respublikasına məxsus Şimal-qərbi Azərbaycanda rayon. Qəmərli (Gərnibasar) — tarixən Azərbaycana hazırda isə Ermənistan Respublikasına məxsus Şimal-qərbi Azərbaycanda şəhər. Qəmərli (Başkeçid) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Qəmərli (Üçkilsə) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd.
Lederq
Lederq (fr. Lédergues, oks. Ledèrgas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Rekista kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12127. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 31 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 708 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 370 nəfər (15-64 yaş) arasında 266 nəfər iqtisadi cəhətdən, 104 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.9%, 1999-cu ildə 64.1%).
Çədəri
Cadarı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 523 nəfər əhali yaşayır.
Amin Qəfərli
Amin Rasim oğlu Qəfərli (2004, Bakı – 15 sentyabr 2022, Laçın rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Əslən Zəngilan rayonunun Zərnəli kəndindən olan Amin Qəfərli Bakı şəhərində doğulub. == Hərbi Xidməti == Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən şəhid olan Amin Rasim oğlu Qəfərlinin nəşi sentyabrın 15-də Bakıya gətirilib. Amin Qəfərli ilə Bakıda yaşadığı evdə vida mərasimi keçirilib.Daha sonra şəhidin cənazəsi dəfn edilmək üçün II Fəxri xiyabana gətirilib və orada dəfn edilib.
Anar Qədirli
Anar Ələsgər oğlu Qədirli - jurnalist, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis, “Strateji Kommunikasiyalar Mərkəzi” ictimai birliyinin rəhbəri. == Həyatı və təhsili == 14 fevral 1967-ci ildə Bakı şəhərində anadan olub. 1974-1985-ci illərdə Bakı şəhərində Yasamal rayonu 158 saylı orta məktəbdə təhsil almışdır. 1985-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuş və universiteti fərqlənmə ilə bitirmişdir. 1991-ci ildə İTAR-TASS informasiya agentliyində təcrübə keçmişdir. 2004-cü ildən Beynəlxalq Rusdilli Jurnalistlər Assosiasiyasının (MARJ) üzvüdür. == Əmək fəaliyyəti == 1992-1993-cü illərdə “Xəbər Servis” Müstəqil informasiya Agentliyinin baş redaktoru 1993-1995-ci illərdə “Los Angeles Times” qəzetinin regional müxbiri1993-1996-cı illərdə “ANS” teleradio şirkətində xəbərlər xidmətinin baş redaktoru 1996-1997-ci illərdə “Trend” jurnalında baş redaktorun müavini 1997-1998-ci illərdə Moskvada "Группа-Альянс" şirkətində PR üzrə konsultant 1999-2005-ci illərdə “Proqnoz” Müstəqil Sosioloji Araşdırmalar Mərkəzində direktor müavini 2006-2015-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri 2015-2017-ci illərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri. == Mükafatları == Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2009-cu il tarixli 305 saylı sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 9 iyun 2008-ci il tarixli əmri ilə fəxri fərmanla təltif olunmuşdur.
Arif Qəmərli
Arif Paşa oğlu Qəmərli (5 yanvar 1929, Gəncə, Gəncə qəzası) — Baytarlıq elmləri doktoru, professor. K.İ.Skryabin adına Qırğızıstan Milli Aqrar Universitetinin heyvanların infeksion və invazion xəstəlikləri kafedrasının professoru. == Həyatı == Qəmərli Arif Paşa oğlu 1929-cu il yanvarın 5-də Azərbaycan SSR-nin Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. 1951-ci ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib və Moskva Dövlət Baytarlıq Dermatologiyası İnstitutu (Ümumittifaq Elmi-Tədqiqat Baytarlıq Sanitariyası İnstitutu) nəzdində aspiranturaya göndərilib. 1955-ci ildə A.Qəmərli baytarlıq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib (Ümumrusiya Elmi-Tədqiqat Eksperimental Baytarlıq İnstitutu, Moskva). 1956-cı ildə A.Qəmərli SSRİ Kənd Təsərrüfatı Nazirliyinin göndərişi ilə Qırğızıstana, Elmi-Tədqiqat Heyvandarlıq və Baytarlıq İnstitutuna daimi işləməyə gəlib və kənd təsərrüfatı heyvanlarının parazitlərinin öyrənilməsi laboratoriyasının rəhbəri təyin edilib. 1970-ci ildə A.Qəmərli doktorluq dissertasiyası müdafiə edib. 1987-ci ildə ona professor elmi adı verilib. == Təltif və mükafatları == Qırğız Respublikasının Kənd Təsərrüfatı Əlaçısıdır. Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin (ÜİKTS) bürünc medalı (Moskva, 1957), “Rəşadətli əməyə görə” medalı (1970), “Sosializm yarışının qalibi” nişanı (1974) və başqa təltifləri var.
Darğalı (Qəmərli)
Darğalı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 1940-cı illərin əvvəllərində rayondakı Aşağı Darğalı və Yuxarı Darğalı kəndləri birləşdirilərək Darğalı kəndi yaradılmışdır. == Tarixi == === Aşağı Darğalı === Rayon mərkəzindən 3–4 km şərqdə, Gərni çayından axan arxın yanında, Araz çayının yaxınlığında, Yuva kəndinin yaxınlığında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim monqol dilində "şəhər, qəza, mahal, vilayət hakimi" mə'nasında işlənən darğa sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılmasından əmələ gəlib "şəhər, qəza, mahal, vilayət hakiminə mənsub kənd" mə’nasını bildirir. "Aşağı" fərqləndirici əlamət bildirir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l. XII.1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Anastasavan (26lardan olan Anastas Mikoyanın şərəfinə), 30. XII.1957-ci il fərmanı ilə yenidən dəyişdirilərək Aygezard qoyulmuşdur.
Doqquz (Qəmərli)
Doqquz — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimalda, Gərni çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Doqquz, Qafqazın 5 verstlik xəritəsində isə Dokkuz formasında qeyd edilmişdir. Toponim oğuzların dülqədirli tayfasından olan doqquz etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kanaçut qoyulmuşdur. == Əhalisi == Kənddə tarixən yalnız azərbaycanlı yaşamışdır. 1828-1829 - cu illərdə buraya İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülmüşdür. 1828-ci ilə qədər Doqquz kəndində cəmi 8 yerli erməni (rus.
Dəlilər (Qəmərli)
Dəlilər, Böyük Dəlilər — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Böyük Dəlilər kəndi Erməni mənbələrində Dəlilər kəndi kimi qeyd edilir. Rayon mərkəzindən 2 km şimal şərqdə, Gərni çayından axan arxın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dəlilər formasında, Qafqazın 5 verstlik xəritəsində Böyük Dəlilər kimi qeyd edilmişdir. Toponim qədim türk tayfası tele etnoniminə cəmlik bildirən -lər şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponimdəki «böyük» sözü fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dalar (dəlilər etnoniminin ermənicə tələffüz formasıdır) qoyulmuşdur.
Elnur Qədirli
Elnur Rəcəb oğlu Qədirli (27 avqust 1997, İsmayıllı rayonu – 7 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. İtkin. == Həyatı == Elnur Qədirli 1997-ci il avqustun 27-də İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. == Hərbi xidməti == Elnur Qədirli 2020-ci il sentyabrın 29-da Hərbi Komissarlıq tərəfindən Vətən müharibəsinə çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Elnur Qədirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Qədirli oktyabrın 7-də Madagizin azad edilməsi zamanı itkin düşüb. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur və onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür, lakin uzun müddətli axtarışlar nəticə vermədiyindən Elnur Qədirliyə "şəhid" statusu verilmişdir. Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-ci il tarixli Sərəncamına əsasən Elnur Qədirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən Elnur Qədirli ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Erkin Qədirli
Erkin Toğrul oğlu Qədirli (13 may 1972, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü. == Həyatı == Erkin Qədirli 13 may 1972-ci ildə Bakı şəhərində anadan olub. 1994–2006-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi olub, hüquq nəzəriyyəsi fənnini tədris edib, həmçinin Beynəlxalq Münasibətlər fakültəsində mühazirələr oxuyub. Müxtəlif vaxtlarda Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı, BMT, Avropa Şurası, ATƏT kimi təşkilatlarda, həmçinin bir sıra milli və beynəlxalq layihələrdə və işçi qruplarında ekspert kimi fəaliyyət göstərib. 1998-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin təsisinə dair Romada keçirilmiş BMT-nin Diplomatik Konfransında Azərbaycanın nümayəndə heyətinin üzvü olub. 1999-cu ildə Almaniyada nəşr edilmiş "Commentary on the Rome Statute of the International Criminal Court" (azərb. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin Şərhi‎) kitabının müəlliflərindən biridir. 25 dekabr 2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) siyasi hərəkatının həmtəsisçisi olub. == Siyasi Fəaliyyəti == 2014-cü il mayın 13-də Respublikaçı Alternativ partiyasında başqanlıq vəzifəsindən kənarlaşdırılıb.Respublikaçı Alternativ (REAL) partiyasının İdarə Heyəti üzvü olmuşdur. 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar seçkilərdə 16 saylı Yasamal II dairədə qalib oldu və millətvəkili seçildi.
Gödəkli (Qəmərli)
Gödəkli - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Kəndin digər adı erməni mənbələrində Göydağlı, Kiçik Dəlilər formasında göstərilir. Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qazaxlar türk tayfasına mənsub olan gödəkli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Mrqavet qoyulmuşdur.
Gədəyli (Pərsabad)
Gədəyli (fars. گدايلو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 587 nəfər yaşayır (95 ailə).