TAY
TEZDƏN
OBASTAN VİKİ
Tez gəl (mahnı)
Tez gəl — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının müəllifi Xanım İsmayılqızıdır. Mahnı Aygün Kazımovanın "Sevdim" albomuna daxildir. Klip Aygün Kazımovanın müəllifliyi ilə Sankt-Peterburqda lentə alınmışdır. Klipdə Aygün Kazımovanın estetik cərrahiyə zamanı görüntüləri lentə alınmışdır.Klipin rejissoru Ülviyyə Könüldür.
Tez (Yuxarı Provans Alpları)
Tez (fr. Thèze, oks. Tesa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Mot-dyu-Ker kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04216. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 205 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 125 yaş arasında (15-64 yaş arasında) 97 nəfər iqtisadi cəhətdən, 28 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 77,6%, 1999-cu ildə bu 67,5%). Aktiv olan 97 nəfərdən (47 kişi və 38 qadın) 12 nəfər işsiz (4 kişi və 8 qadın) işlədi.
İlhami Bəkir Tez
İlhami Bəkir Tez(1905-1984)—Türkiyə şairi. == Həyatı == Əruzu yaxşı bilirdi. İlk şeirlərində heca vəznini işlətsə də, sonrakı şeirlərini sərbəst vəznlə yazır. Şeirində ahəng ünsürü açıqdır. Bu dönəmdəki şeirlərini "Həyat bilgisinə görə uşaq şeirləri" (1927), "Mavi kitab" və "24 saat" (Nazim Hikmətlə birlikdə hazırlamışdır və bir fəhlənin iş günündən bəhs edir), "Birinci forma A" (1930), "Hər hansı bir şeir kitabıdır" (1931), "Mustafa Kamal" (1933-cü ildə, cümhuriyyətin onuncu ilində yazdığı bir dastandır. Bu kitabında Atatürkün həyatına, qurtuluş savaşına və istiqlal fikrinə yer verir), "Olduğu kimi" (1935) adları altında toplayır. Sosialist şeiri Mayakovskidən öyrənir. Eşqə, fərdi mövzulara yer verir. Şeirlərində savaş və savaşın nəticəsi olan aclığı, mədən fəhlələrini işləyir. Sosial mövzulara marksist nöqteyi-nəzərdən yanaşır.
Şair, nə tez qocaldın sən...
Şair, nə tez qocaldın sən… — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1956-cı ildə yazıdığı şeir. Bu, şairin son əsərlərindən biridir. S.Vurğunun özünün dediyinə görə, son dövrlər yazdığı ən sevimli şeirlərindəndir. == Yaranması == Şeir Səməd Vurğunun ömrünün sonlarında yaxın 1956-cı ildə yazılmış şeirlər silsiləsinin bir hissəsidir ("Mən tələsmirəm …", "Teloqreyka", "Məni xatırla" və s. ilə birlikdə). "Şair, nə tez qocaldın sən?!" şeiri eyni adla, eyni mövzuda iki şeirdir. Lakin onların adı eyni olsa da, şair bu əsərlərdə özü-özünü təkrar etməyib. Hər iki şeirin özünə məxsus yaranma tarixi var. Güclü ov həvəskarı olan Səməd Vurğun Azərbaycanın səfalı yerlərini oba-oba, kənd-kənd gəzirdi. Onun məqsədi özü demişkən, çöllər gözəli ceyranı, cüyürü, turacı məhv etmək deyildi.
Şair, nə tez qocaldın sən?

95 tezis
95 tezis (lat. Disputatio pro declaratione virtutis indulgentiarum; İndulgensiyaların gücü və effektivliyi haqqında disput) — Martin Lüter tərəfindən yazılan və hakim dini doktrinanın imanı məhv etdiyini irəli sürərək katolisizm ilahiyyatının tənqidinə yönələn sənəd. Bu sənəd Almaniyada Reformasiyanın və protestantlığın başlanğıcı hesab olunur. 95 tezisin əsas məzmununu indulgensiya praktikasının, Roma papasının günahları bağışlamaq haqqının, həmçinin, Əhdi-Cədidlə Əhdi-Ətiqin yeganə etibarlı mənbə hesab edilməsinin tənqidi təşkil edir. Martin Lüter bu tezisləri 31 oktyabr 1517-ci il tarixində məktubla Mayns və Maqdeburq arxiyepiskopu Albrext fon Brandenburqa göndərmişdi. Lakin XX əsrin sonlarınadək elə hesab edilirdi ki, o, bu tezisləri Vittenberq kilsəsinin qapısından asıb.. Albrext fon Brandenburqa göndərdiyi məktubda Martin Lüter Vittenberqdə indulgensiyaları təbliğ edən İohann Tetseldən şikayət etsə də, onun fon Brandenburq tərəfindən təyin etdiyindən xəbərsiz idi. Martin Lüter tezislərində bəyan edir ki: Papa yalnız insanların bu dünyadakı günahlarını bağışlaya bilər, Ərafdakı günahları bağışlamaq haqqı yalnız Allaha məxsusdur. Digər tərəfdən Lüter Papaya müraciət edərək Papanın adından yanlış danışılmasından və Papanın Allahla bir tutulmasından narahat olduğunu bildirib. Bu tezisləri yazmaqda Lüterin məqsədi Papaya və arxiyepiskop Albrext fon Brandenburqa keşişlərin özbaşınalığını xəbər vermək idi.
Daşıyıcı tezlik
Daşıyıcı tezlik(carrier frequency)– informasiyanın ötürülməsi üçün istifadə olunan modemlərdə və elektron şəbəkələrdə tətbiq olunan yüksək tezlikli siqnal. Bu siqnal Herslə (Hs) – bir saniyədəki rəqs dövrlərinin sayı ilə ölçülür və informasiyanı kodlaşdırmaq üçün tezliyə və ya amplituda görə modullaşır (müəyyən alqoritm üzrə dəyişir). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == What is carrier frequency?
Hərf tezliyi
Hərf tezliyi — müəyyən bir dilin əlifbasındakı hərflərin yazılı dildə orta hesabla hansı tezliklə işləndiyini göstərir. Hərf tezliyi analizinin tarixi ərəb riyaziyyatçısı Əl-Kindiyə (801–873) qədər gedib çıxır. Hərf tezliyi dilçilər tərəfindən mətnin dilinin təyin olunmasında istifadə olunur.
Mel tezlik kepstral əmsallar
Mel tezlik kepstral əmsallar – kepstrin filtrlər bankından istifadə edilməklə mel-şkala üzrə paylanmış qiymətləridir. MFCC əlamətlərin çıxarılması alqoritminə aşağıdakı mərhələlər daxildir: seqmentlərə bölmə, sürətli Furye çevirməsi, dəyişilmiş spektrin loqarifmi, diskret kosinus çevirməsi. Adətən, əlamətlər vektorunu formalaşdırmaq üçün MFCC əmsalların sayı 12-yə bərabər seçilir. Enerjinin loqarifmi də 13-cü əmsal kimi əlavə olunur. Ən relevant məlumat ilk 6 əmsalda olur. Əlavə əmsalların götürülməsi konkret hal və diktorla müəyyən edilir. Delta- və delta-delta əmsalları da əlavə etməklə MFCC əlamətlər vektorunun ölçüsü 39-a bərabər ola bilər:• enerji, Δ-enerji, ΔΔ-enerji;• 12 kenstral əmsal;• 12 Δ-əmsal;• 12 ΔΔ-əmsal. == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Naykvist tezliyi
Naykvist tezliyi (ing. Nyquist frequency, rus. Частота Найквиста) – analoq siqnalını onun ən yüksək tezliyindən iki dəfə böyük tezlikdə diskretləşdirdikdə, siqnalı tezlik spektrindən düzgün bərpa etmək olar. Bu diskretləşdirmə tezliyi Naykvist tezliyi adlanır. == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti", 2015, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Osamu Tezuka
Osamu Tezuka (yap. 手塚 治虫 3 noyabr 1928[…] – 9 fevral 1989[…]) — yapon Manqaka sənətçisi. Osaka şəhərində anadan olmuşdur. Ən çox Astro Boy və Kimba the White Lion adlı çalışmaları ilə məşhurdur. Əsasən Animenin atası olaraq bilinir və "yapon Volt Disney" kimi tanınır.
Osmanlının geriləmə tezisi
Osmanlının geriləmə tezisi və ya Osmanlı geriləmə paradiqması — indilərdə istifadə olunmayan Osmanlı tarixi işlərində təsirli rol oynayan tarixi izah. == Haqqında == Geriləmə tezisinə görə, Sultan Süleymanın (1520–1566) hökmdarlığı dövləri uzlaşan Qızıl dövrün ardıyca imperiya zamanla heç vaxt qurtula bilmədiyi və bütün qurumları təsiri altına alan, 1923-də imperiyanın dağılmasına qədər davam edən durğunluq və geriləmə dövrünə girmişdir. Bu tezis XX əsr boyunca Osmanlı tarixini anlamaqda qərbçilik və Respublika Türkiyəsi üçün təməl olaraq istifadə edilmişdir. Ancaq 1978-ci ildə tarixçilər geriləmə tezisinin təməl ehtimallarını yenidən gözdən keçirdilər.1980, 1990 və 2000-ci illər boyunca bir çox işin yayımlanmasının və daha əvvəl istifadə olunmuş qaynaqların və metodologiyanın əsasında yenidən dəyərləndirilən Osmanlı tarixi araşdırılmasının ardından Osmanlı imperiyasını öyrənən akademik tarixçilər Osmanlı geriləmə tezisinin tamamilə mif olduğu fikrində həmrəy oldular. Geriləmə tezisi "teleoloji", "geriləməçi", "orientalist", "bəsitə endirilmiş" və "tək yönlü" olduğuna görə tənqid edilmiş və tarixi analizdə yeri olmayan məfhum olaraq təsvir edilmişdir. Akademiklər beləcə "onu müzakirə etməməyin lazım olduğunu" təklif etmirdilər.Professional tarixçilər arasındakı bu kəskin paradiqma dəyişiminə rəğmən, geriləmə tezisi populyar tarixdə və Osmanlı imperiyası barədə ixtisaslaşmamış olan akademiklər tərəfindən yazılan tarixdə varlığını davam etdirir. Bəzi hallarda, bu davamlılığın səbəbi mütəxəsis olmayanların köhnəlmiş və ya tərk edilmiş işlərə əsaslanmağa davam etmələri ikən, digər halalrda isə onların geriləmə üsulunun davamından bəzi siyasi maraqlar əldə etməyi düşünmələrindən qaynaqlanmaqdadır. Osmanlı tənəzzülünə dair ən görkəmli yazıçı tarixçi Bernard Lewis idi, Osmanlı İmperatorluğunun hökumətə, cəmiyyətə və sivilizasiyaya təsir göstərən hərtərəfli eniş yaşadığını iddia etdi. O, fikirlərini 1958-ci ildə XX əsrin ortalarında şərqşünas alimlərin əsas rəyinə çevrilən "Osmanlı İmperatorluğunun tənəzzülünə dair bəzi fikirlər" məqaləsində vermişdir. Ancaq məqalə indi çox tənqid olunur və müasir tarixçilər tərəfindən dəqiq hesab edilmir.
Qazi tezisi
Qazi tezisi və ya Qazavat tezisi, Avstriyalı tarixçi Paul Vittekin Osmanlı imperiyasının quruluş mübahisələri barəsində ortyaa atdığı tezisdir. 1937-ci ildə İngiltərədə verdiyi konfranslarda ortaya atmış, sonrasında kitab olaraq da nəşr edilmişdir. Modern Osmanlı tarixçiliyinə təsir edən bu tezis geniş şəkildə qəbul edildiyi halda, ona qarşı xeyli sayda anti-tezişlər də mövcuddur.
Radio tezliyi
Radio tezliyi (en.radio frequency) – tezliyi 10 kHs-dən 3000 GHs’ə kimi və uyğun olaraq dalğa uzunluğu 30 km-dən 1 mm-dək olan elektromaqnit spektinin diapazonudur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Satoşi Tezuka
Satoşi Tezuka (d. 4 sentyabr 1958) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 25 oyun keçirib, 2 qol vurub.
Takako Tezuka
Takako Tezuka (d. 6 noyabr 1970) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 41 oyun keçirib, 19 qol vurub.
Tarix qavramı barədə tezislər
Alman-yəhudi filosof Valter Benjaminin 1940-cı ildə Gestapodan qaçarkən intihar etməsindən bir necə ay öncə şəxsi qeydləri arasına yazdığı tezislər nəzərdə tutulur. == Mahiyyəti == Benjaminin tarix düşüncəsi avtomatik bir inqilab gözləyişinin yersizliyi tənqidi ilə başlayır. Benjaminə tarixi əzilənlərlə əzənlər arasından intiqam alma sahəsi olaraq təsəvvür edir. Benjaminin əsas tənqid hədəfləri o dövrün sosial-demokratlarıdır. Ona görə kültür və mədəniyyət nümunələri əzənlərin qanlı zəfərləri üzərində yüksələn barbarlıq nişanələridir. Gec kəşf edilən əsər olmasına baxmayaraq, sol teleolojik tarix təxəyyülündə və fəhlə sinfinin mütləq inqilab edəcəyi fikrində mühüm qırılmağa səbəb olmuş, Yəhudi ilahiyyatı ilə Marksist ideologiyanı qovuşdurmuşdur.
Tezaurus
Ümumiyyətlə, tezaurus sözlərin tərifini verən və onları əlifba sırasına görə sıralayan lüğətdən fərqli olaraq, məna oxşarlığına görə qruplaşdırılmış sözləri (sinonimlər və bəzən antonimləri ehtiva edən) birləşdirən istinad işidir. Rojenin Tezaurusunun müəllifi Piter Rojeyə görə bu cür arayış işlərinin əsas məqsədi istifadəçilərə bir fikri ən uyğun və düzgün ifadə edə bilən söz və ya sözləri tapmağa kömək etməkdir.Sinonimlərin də daxil edilməsinə baxmayaraq, tezaurus müəyyən bir sözün sinonimlərinin tam siyahısı kimi qəbul edilməməlidir. Onun tərkibindəkilər oxşar sözlər arasındakı fərqləri göstərir və oxucuya tam doğru sözü seçməyə kömək edir. Lüğətdən fərqli olaraq tezaurusun daxilindəkilər sözlərin tərifini vermir. Tezaurusdan kitabxana və informasiya elmlərində domen modellərini təyin etmək üçün geniş istifadə edilir. Son vaxtlarda o, Sadə Bilik Təşkilatı Sistemi (SKOS; Simple Knowledge Organization System) ilə birlikdə tətbiq olunub. == Etimologiyası == "Tezaurus" sözü XVI əsrdə Yeni Latın dilindən və öz növbəsində Qədim yunan dilində θησαυρός (thēsauros) sözünün latınlaşmış forması olan Latın dilindəki thēsaurus sözlərindən götürülüb və "xəzinə, anbar" mənasını verir. Thēsauros sözünün etimologiyası qeyri-müəyyəndir. Duqlas Harper onu yunanca τιθέναι tithenai (qoymaq, yerləşdirmək) felinin kökü ilə əlaqələndirir. Robert Bekes isə proto-hind-Avropa dilindən götürülmə fikrini təkzib edib və qədim Yunanıstanda istifadə olunan *-arwo- şəkilçisini təklif edib.
Tezer Daşqıran
Tezer Daşqıran (türk. Tezer Taşkıran; doğum adı: Təzəxanım; 1907, Bakı – 4 may 1979, İstanbul) — Azərbaycan əsilli Türkiyə siyasətçisi, maarifçi və yazıçı. O, 1944-cü ildə Kastamonudan, 1946 və 1950-ci illərdə isə Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Yüzlərlə məqalənin və 12 kitabın müəllifi olan Tezer Daşqıran, Əhməd Ağaoğlunun qızı, Səməd Ağaoğlunun və Sürəyya Ağaoğlunun isə bacısıdır. == Həyatı == Tezer Daşqıran 1907-ci ildə Bakıda doğulub. Əsl adı Təzəxanım (nənəsinin adı) olsa da, Türkiyəyə köçdükdən sonra Tezer olaraq rəsmiləşdirilib. Orta təhsilini İstanbulda Bezmi-i Alem liseyində (indiki İstanbul Qız Liseyi) alıb. 1924-cü ildə isə İstanbul Darülfünunun (indiki İstanbul Universiteti) fəlsəfə bölümündə ali təhsilini başa vurub.Universiteti bitirdikdən sonra Tezer Ankara qız və oğlan liseylərində fəlsəfə müəllimi kimi fəaliyyət göstərir. O, oğlan məktəbində dərs deyən ilk qadın müəllim olur. Daha sonra Ankara Qız Liseyinin və İstanbul Qız Müəllimlər Məktəbinin müdiri vəzifələrində çalışır.1931-ci ildə Tezer o dönəmin tanınmış həkimlərindən olan Nimet Daşqıranla ailə qurur və Vyanaya gedir.
Tezer Taşkıran

Tezer Taşqıran

Tezer Özlü
Tezer Özlü (d. 10 sentyabr, 1943; Simav, Kütahya – ö. 18 fevral 1986; Sürix, İsveçrə) – türk yazıçı. == Həyatı == 1943-cü ildə Simavda anadan olmuş, atasının işi ilə əlaqədar olaraq uşaqlığını Simav, Ödemiş və Gerededə keçirmişdir. 10 yaşında İstanbula gəlmiş, Avstriya Qız Liseyinə getmiş, lakin oranı bitirməmişdir. 1962-1963-cü illərdə Avropanı gəzmiş, 1964-cü ildə teatrçı və yazıçı Güner Sümer ilə evlənmişdir. Onlar birlikdə Ankaraya köçmüşdür. Özlü sonralar Sümerdən ayrılaraq yenidən İstanbula köçmüşdür. 1967-1972-ci illər ərzində fasilələrlə İstanbuldakı müxtəlif xəstəxanaların psixiatriya klinikalarında müalicə almışdır. 1968-ci ildə rejissor Erden Kıralla evlənmiş, 1973-cü ildə bu evlilikdən qızı Dəniz dünyaya gəlmişdir.
Tezeri
Tezeri (gürc. ტეზერი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 783 nəfər idi. 2014-cü ildə 620 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, IX cild, səh.
Tezis
Tezis termini aşağıdakı mənalarda istifadə oluna bilər: Tezis — məntiqdə həqiqiliyi (doğruluğu) doğru olub-olmadığı əsaslandırılmalı, sübut olunmalı olan müddəa, fikir; Məsələn, tezis irəli sürmək, öz tezisini müdafiə etmək; Tezis — məruzə, mühazirə, məlumat və s.-nin adətən yazılı surətdə, təfsilatsız ifadə olunan əsas fikirlərinin qısa xülasəsi; Məsələn, tezis yazmaq, mühazirənin tezisləri; Tezis — Hegelin idealist fəlsəfəsində: dialektik inkişafın əsas pilləsi, triadanın (tezis, antitezis, sintez) ilk anı; Tezis — elmi əsərin, məqalənin və s.-nin əsas müddəaları; Tezis — məruzənin, mühazirənin, əsərin məğzinin və ya ətraflı məzmununun qısa ifadə edilməsi. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Tezis (dəqiqləşdirmə)

Teziyyo
Teziyyo (fr. Thézillieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01417. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 192 nəfər arasında (15–64 yaş arasında) 146 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici — 76,0%, 1999-cu ildə 70,4%). Aktiv 146 sakindən 139 nəfər (79 kişi və 60 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Tezlik
Tezlik (ing. frequency) — vahid zamandakı rəqslərin sayıdır. Düsturla ifadəsi belədir: n = 1 T {\displaystyle n={\frac {1}{T}}} yaxud, n = N t {\displaystyle \mathrm {n={\frac {N}{t}}} } . Burada T - period, N - rəqs sayı,t - zaman, f (yaxud n) isə tezlikdir. Tezliyin vahidi hers adlanır (Hs). Cisim 1 saniyədə 1 tam rəqs edirsə onun tezliyi 1 Hs-dir.
Tezxaraba (Qırxbulaq)
Tezxaraba — İrəvan əyaləti, Qırxbulaq nahiyəsi, İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, kənd. == Tarixi == İlk dəfə 1590-cı ildən məlumdur. 1728-ci ildən Qırxbulaq nahiyəsində məlumdur 1728-ci ilə aid mənbədə kəndin "Dərviş vələdi İsmayıl" adlı şəxsə məxsus olması göstərilir. == Əhalisi == 1828–1832-ci illərdə kənddə xaricdən gəlmə ermənilər də yerləşdikdən sonra əhali qarışıq yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlıları qovulmuşdur. XX əsrin 30-cu illərində kənd dağılmışdır.

Digər lüğətlərdə

бурело́мник доруга́ть жужжа́льца инсули́н на уме́ по-скандина́вски старьёвщица глуха́рка заходи́ться изу́ченность лягу́шка ма́гия перепоруча́ть арестант вагон квас dog-in-a-blanket electronography flock-bed geck mankind Sault Saint Marie аргентинка морока раздражающий