Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Melaleuca glena
Melaleuca glena (lat. Melaleuca glena) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Lean on Me
"Lean on Me" (azərb. "Mənə söykən"‎) — amerikalı müğənni və musiqiçi Bill Uizersin mahnısı. Mahnının müəllifi və ilk ifaçısı Bill Uizersin özüdür. Mahnı "Billboard Hot 100" hit-paradında və "Billboard"ın R&B çartında birinci yeri tutub. 2004-cü ildə Rolling Stone jurnalı "Lean on Me" mahnısının Bill Uizersin ifasında olan versiyasını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 205-ci yerə layiq görmüşdür. Mahnı 2011-ci ilin siyahısında 208-ci yerdə qərarlaşıb.
Con Qlenn
Con Qlenn (ing. John Herschel Glenn, Jr.; 18 iyul 1921, Kembric, Ohayo ştatı — 8 dekabr 2016, Kolumbus, Ohayo, ABŞ) — Amerika Dəniz Piyadaları Korpusunun aviatoru, mühəndisi, astronavtı, iş adamı və siyasətçisi. == Həyatı == Con Qlenn 18 iyul 1921-ci ildə ABŞ-nin Ohayo ştatının Kembric şəhərində anadan olmuşdu. 1942-ci ildən astrovantlığı öyrənməyə başlamışdı. Con Qlenn 1962-ci ildə ilk orbital kosmik uçuş həyata keçirmişdi. Con Qlenn 1965-ci ildən 1974-cü ilədək bizneslə məşğul olmuşdu. Con Qlenn 1974-cü ildən 1999-cu ilədək senator olmuşdu. Con Qlenn 8 dekabr 2016-cı ildə ABŞ-nin Ohayo ştatının Kolumbus şəhərində vəfat edib.
Qlenn Miller
Alton Qlenn Miller (1 mart 1904[…] – 15 dekabr 1944[…] və ya 15 fevral 1944, La Manş boğazı) — Amerikalı big band musiqiçisi, aranjmançı, bəstəkar və swing dövründə bir musiqi qrupu lideri. == Həyatı == 15 dekabr 1944-cü ildə gecə Londondan Parisə getmək üçün mindiyi NORSEMAN C-64 tipli təyyarə,La Manş dənizi (English Channel) üzərində itmişdir. == Yaradıcılığı == Qeydləri 1939-cu ildən 1943-cü ilə qədər ən çox satınlanlar siyahısının üst əsnasında yer almış və ən tanınmış big band qruplarından birinə liderlik etmişdir. Ən çox bilinən qeydləri arasında, "In the Mood", "Moonlight Serenade", "Pennsylvania 6-5000 (mahnı)", "Chattanooga Choo Choo "," [[A String of Pearls (mahnı) "," At Last "," (I've Got a Gal In) Kalamazoo "," Amerika Patrol "," Tuxedo Junction", və" Little Brown Jug (song)"vardır.
Qlenn Mörkatt
Qlenn Mörkatt (25 iyul 1936, London) — Avstraliyanın ən məşhur memarlarından biridir. == Həyatı == Qlenn Mörkatt 25 iyul 1936-cı ildə Londonda bir avstraliyalı ailədə anadan oldu. Uşaqlığını Papua-Yeni Qvineyada keçirən Qlenn sadə bir memarlıq cərəyanına bu ölkədə üstünlük verməyə başladı. Avstraliyanın Yeni Cənubi Uels əyalətində liseyə gedən Qlenn Mörkatt memarlıq təhsilini də Yeni Cənubi Uels Universitetində 1956–1961-ci illəri arasında aldı. Burada Avstraliyanın məşhur film rejissoru olacaq Cim Şarman, teatr səhnələri dizayneri Brayan Tomson və film senaristi Mat Karroll ilə tanış oldu. Qlenn Mörkatt bütün kariyeri boyunca Avstraliyada bir çox layihəyə imza atdı. Memarlıq şirkəti yaratmasa da və ya Avstraliya xaricində layihəsi olmasa da Qlen Markatt ölkə xaricində ölkəsinin memarlığına böyük təsir göstərmişdir. İşlərinin çoxu ekoloji və hərtərəfli olan Qlenn Mörkatt, eyni zamanda küləyin istiqaməti, suyun hərəkəti, temperatur və işığın dəyişməsi kimi amillərə də əhəmiyyət verir. Əsasən üstünlük verdiyi materiallar şüşə, daş, taxta və poladdır. 2002-ci ildə Pritsker mükafatını qazanan kazanan Qlenn Mörkatt, 2009-cu ildə Amerika Memarlıq İnstitutunun qızıl medalı ilə təltif edilmişdir.
Qlenn Quld
Qlenn Quld (ing. Glenn Herbert Gould; 25 sentyabr 1932[…], Toronto – 4 oktyabr 1982[…], Toronto) — Kanadalı pianoçu. O, 20-ci əsrin ən görkəmli pianoçularından biri kimi tanınır. İohann Sebastyan Baxın əsərlərinin məşhur təfsirçisi kimi şöhrət qazanan Quldun ifası diqqətəlayiq texniki məharətinə və Bax musiqisinin kontrapuntal teksturasını ifadə etmək bacarığına görə fərqlənirdi. Quld Frederik Şopen, Ferens List və digərlərinin, eləcə də, bir sıra sonrakı romantik və modernist dövr bəstəkarlarının yaratdığı standart romantik fortepiano əsərlərinin əksəriyyətini rədd etdi. Səs yazılarında Bax və Bethoven üstünlük təşkil etsə də, Quldun repertuarı çoxşaxəli idi. Bura o cümlədən Motsart, Haydn və Brahmsın, Yan Piterszon Svelink və Orlando Gibbons kimi barokko dövründən əvvəlki bəstəkarların, Paul Hindemit, Arnold Şönberq və Rixard Ştraus kimi 20-ci əsr bəstəkarlarının əsərləri də daxil idi. Quld klaviaturadakı qeyri-adi musiqi təfsirləri və özünəməxsus əl-qol hərəkətlərindən tutmuş, həyat tərzi və davranışlarına qədər qəribəlikləri ilə tanınırdı. O, bütün diqqətini studiya səsyazmaları və digər layihələr üzərində cəmləşdirmək üçün 31 yaşında konsert verməyi dayandırdı. Quld həm də yazıçı, diktor, bəstəkar və dirijor idi.
Qlenn Stivens
Qlenn Stivens (23 yanvar 1958, Sidney) — Avstraliya Mərkəzi Bankının rəhbəri. == Həyatı == 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona ən yüksək qiymət olan, "A" qiymətini vermişdir.
Qlen-Ellen
Qlen-Ellen — ABŞ-nin qərbində, Kaliforniya ştatında çox kiçik bölgə. 2010-cu ildə şəhərin əhalisi 784 nəfər olmuşdur. Bura Cek Londonun dəfn edildiyi yer kimi məşhurlaşıb. 2017-ci ildə Şimali Kaliforniya meşə yanğınları bölgəyə böyük ziyan vurmuşdur.
Qlen Etiv
Qlen Etiv (ing. Glen Etive; şot.kelt Gleann Èite) – Şotlandiyanın Haylends ərazisində yerləşən dərə.
Qlen Markatt
Qlenn Mörkatt (25 iyul 1936, London) — Avstraliyanın ən məşhur memarlarından biridir. == Həyatı == Qlenn Mörkatt 25 iyul 1936-cı ildə Londonda bir avstraliyalı ailədə anadan oldu. Uşaqlığını Papua-Yeni Qvineyada keçirən Qlenn sadə bir memarlıq cərəyanına bu ölkədə üstünlük verməyə başladı. Avstraliyanın Yeni Cənubi Uels əyalətində liseyə gedən Qlenn Mörkatt memarlıq təhsilini də Yeni Cənubi Uels Universitetində 1956–1961-ci illəri arasında aldı. Burada Avstraliyanın məşhur film rejissoru olacaq Cim Şarman, teatr səhnələri dizayneri Brayan Tomson və film senaristi Mat Karroll ilə tanış oldu. Qlenn Mörkatt bütün kariyeri boyunca Avstraliyada bir çox layihəyə imza atdı. Memarlıq şirkəti yaratmasa da və ya Avstraliya xaricində layihəsi olmasa da Qlen Markatt ölkə xaricində ölkəsinin memarlığına böyük təsir göstərmişdir. İşlərinin çoxu ekoloji və hərtərəfli olan Qlenn Mörkatt, eyni zamanda küləyin istiqaməti, suyun hərəkəti, temperatur və işığın dəyişməsi kimi amillərə də əhəmiyyət verir. Əsasən üstünlük verdiyi materiallar şüşə, daş, taxta və poladdır. 2002-ci ildə Pritsker mükafatını qazanan kazanan Qlenn Mörkatt, 2009-cu ildə Amerika Memarlıq İnstitutunun qızıl medalı ilə təltif edilmişdir.
Qlen Pauer
Qlen Yozef Pauer (ing. Glen Joseph Power; 5 iyul 1974 və ya iyul 1974, Dublin)- İrland bəstəkar. Pauer 1978-ci il İyulun 5-də İrlandiyanın paytaxtı Dublində anadan olub. Özünün də dediyinə görə uşaq vaxtlarında The Beatles , The Who , U2 kimi rok qruplarının mahnılarını dinləyər və oradakı zərb ritmlərinə böyük diqqət yetirərmiş və bu böyük sevgisi onu 2001-də The Script rok qrupunun zərbçisi edir. Danny O'Donoghue və Mark Sheehan ilə tanış olan Glen qrupun əsasını qoyur. Bu qrupla onlar 3 studiya albomuna müvəffəq olurlar. 2012-ci ildə Avropanın ən yaxşı rok qrupu adını da alırlar. Facebookda 6 milyondan çox fanatı olan The Script bu gün ən sayılıb seçilən rok qruplarındandır..
Qlen Bouersok
Qlen Vorren Bouersok (ing. Glen Warren Bowersock; 12 yanvar 1936, Providens[d]) — ABŞ antik tarixçisi, ellinist, son antik dövr, Qədim Yunanıstan, Roma və Yaxın Şərqin tarixi və mədəniyyəti, həmçinin müasir ədəbiyyatda klassik ənənə üzrə mütəxəssis. Fəlsəfə doktoru, Prinstonda əməkdar professor, keçmiş Harvard professoru, Amerika Fəlsəfə Cəmiyyətinin üzvü (1989), Rusiya Elmlər Akademiyasının (1999) və Dei Linçei Akademiyasının xarici üzvü. Ceyms Brested mükafatına layiq görülmüşdür (1992). == Seçilmiş əsərləri == Xenophon, Constitution of the Athenians, edited and translated, Harvard University Press, 1968 Augustus and the Greek World (Oxford, 1965) ISBN 978-0-19-814250-8 Greek Sophists in the Roman Empire (Oxford, 1969) ISBN 978-0-19-814279-9 Julian the Apostate, Harvard University Press, 1978 ISBN 978-0-674-48882-3 Gibbon's Historical Imagination (Stanford, 1988). Hellenism in Late Antiquity [Jerome Lectures] (Michigan and Cambridge U.P., 1990) ISBN 978-0-472-06418-2 Fiction as History, from Nero to Julian [Sather Classical Lectures] (University of California Press, 1994). ISBN 978-0-520-08824-5 Available online from eScholarship editions at the University of California.
ASEAN
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası, ASEAN (Association of Southeast Asian Nations) - 8 avqust 1967-ci ildə Vyetnam müharibəsindən qaynaqlanan kommunist genişləməyə qarşı olaraq Filippin, Malayziya, Tayland, İndoneziya və Sinqapur arasında qurulan beynəlxalq təşkilat. O vaxtdan bəri,8 Yanvar 1984-cü ildə Bruney Darussalam , 28 iyul 1995-ci ildə Vyetnam, 23 iyul 1997-ci ildə Laos və Myanma və 30 aprel 1999-cu ilda Kamboca. və Şərqi Timor 11 noyabr 2022-ci il təşkilata daxil olmuşdur. 2005-ci ildə təşkilatın ümumi daxili nəticəsinin cəmi təxminən 884 milyard dollar idi. İldə 4%lшk bir böyümə nisbəti tutulmuşdur. 2006da GSYH 1,066 trilyona yüksəlmişdir. 2010-cu ildə, onun kombinə nominal ÜDM-ini 1,8 trilyon ABŞ dollarına çatıb.4,46 milyon kvadrat kilometrə yayılan ASEAN bölgəsinin ümumi əhalisi tqəribən 600 milyon nəfərdir. ASEAN təşkilatının prioritet hədəfləri arasında bölgə ölkələrinin iqtisadi böyüməsinə təkan qazandırılması, ictimai və mədəni inkişaf, bölgədə sülh və sabitliyin təmin edilməsi yerləşir. 2003-ci ildə ASEAN liderlərinin ASEAN'ın 3 hissəni əhatə etməsinin lazım olduğu qərarı ilə ASEAN Təhlükəsizlik Birliyi, ASEAN İqtisadi Birliyi və ASEAN Cəmiyyət və Mədəniyyət Birliyi yaradıldı. ASEAN'ın ən üst qərar vermə orqanı hər il həyata keçirilən ASEAN dövlət başçıları zirvəsidir.ASEAN ölkələrinin xarici işlər nazirləri də hər il bir dəfə bir yerə gəlir.Bundan başqa əkinçilik və meşəbəyilik, ticarət, enerji, ətraf mühit, maliyyə, sağlamlıq, investisiya, əmək, hüquq, çöl inkişaf, yoxsulluğun azaldılması, telekommunikasiya, beynəlxalq cinayət, nəqliyyat, turizm kimi mövzularda ASEAN ölkələrinin nazirlərinin bir yerə gəldiyi yığıncaqlar təşkil edilməkdədir.
Alban
Albanlar (alb. Shqiptarët) və ya Arnaudlar ― Albaniyanın əsas əhalisi, həmçinin Adriatik dənizi sahillərində, Balkan yarımadasında yaşayan Avropanın ən qədim xalqlarından biri. Ümumi sayları 9 milyon nəfərdir. Təxminən 70%-i müsəlmanlardır. Müsəlmanların əksəriyyəti sünni, azı isə bəktaşidir. Qalan hissəsi katolik və paroslav xristianlarıdır. Ənvər Xocanın dövründə Albaniyada ateizm təbliğ edilirdi. Kommunist hökmranlığın mirası olaraq, müsəlman və ya xristian olan albanların əksəriyyəti dindar deyil və əhəmiyyətli bir qismi dinsizdir. == Tarixi == Albanların əcdadları Avropanın ən qədim avtoxton xalqı olan illiriya tayfaları, xüsusən dardanlar hesab edilir. Albanlar haqqında ilk tarixi qeydlər XI əsrə aiddir.
Aldan
Aldan çayı — Rusiyada çay. Aldan (şəhər) Rusiyada şəhər.
Alkan
Alkanlar (Doymuş karbohidrogenlər və ya Parafinlər) — yalnız karbon (C) və hidrogen (H) elementlərindən təşkil olunmuş və CnH2n+2 formuluna cavab verən doymuş karbohidrogenlərdir. Məsələn bir karbonu olan metanın formulu CH4Alkanlardan bir hidrogen çıxarılması ilə əldə edilən grupa alkil grupu (radikal qrup) deyilir ve 'R' ilə göstərilir. Məsələn metandan bir hidrogen çıxarılırsa metil (CH3), etandan bir hidrogen çıxarılırsa etil (C2H5) əldə edilir. Bu molekullar daha bir rabitə yaradaraq karbohidrogen zəncirinə bağlanır. CnH2n+2 kimi yazılır. Alkanların şaxələnməsi üçün, formuldakı n ədədi 3-dən böyük (n>3), halqalı (tsiklo) halında ola bilməsi üçünsə 2-dən böyük olmalıdır (n>2). == Alkanlarda izomerlik == Üç karbondan artıq karbonu olan alkanlarda izomerilik xüsusiyyəti vardır. Ən sadə izomer, şaxələnməmiş olan normal (n-) izomerdir. Bu izomer şaxələnərək çox saylı izomerlər yarada bilər. Karbonun sayı artdıqca şaxələnmə növü və sayı artdığından izomer sayı da artar.
Allan
Allan — ad. Allan Fakir — Pakistanın xalq mahnılarının ifaçısı. Allan Lalin — Honduras futbolçusu Allan Kanningem — Böyük Britaniya botaniki.
Alman
Almanlar (Almanca: die Deutschen) — qədim germanlardan əmələ gələn xalq, Almaniya, Avstriya, İsveçrə və Lixtenşteynin əsas əhalisi. Ümumi sayları təxminən 140 milyondur. Bundan başqa Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Braziliyada, Qazaxıstanda və s. ölkələrdə yaşayan və almanca danışmayan əhali də etnik baxımıdan alman sayılır. == Tarix == Bir etnos kimi almanlar bugünkü Almaniya, Avstriya və qonşu ərazilərdə formalaşıblar. Almanların əcdadı olan german tayfaları e.ə. V əsrdə Skandinaviyadan enib eramızın I əsrinə qədər bu əraziləri ələ almışdılar və burada keltlərlə, slavyanlarla və Ural tayfaları ilə qarışmışdılar. Halbuki "Deutsche" (alman) adı etnik mənada ilk dəfə XV əsrdə Müqəddəs Roma imperiyası dövründə işlənmişdir. İmperiyanın dağılmasından və 1870-ci ildə kiçik alman hersoqluqlarının birləşib vahid Almaniya dövlətinin yaranmasından sonra almanlar tamamilə formalaşmış xalqa çevrilirlər. Orta əsrlərdən başlayaraq ta XX əsrin ortalarınadək almanlar fəal mühacirət proseslərinə cəlb olunmuşdular.
Alpan
Alpan — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Tarixi == Alpan kəndi Quba rayonunda yerləşir. Alpan Azərbaycanın ən qədim kəndlərindən biri hesab olunur. Tarixçilərə görə Alpan adının mənşəyi qədim Albaniyanın adı ilə bağlıdır. Kənddə 2000-də artıq ev var. Həmçinin Alpanda qədim qəbirstanlıqlar, XVI əsrə aid Subaba türbəsi və Qalacıq kimi tarixi abidələr var. Kəndin əhalisi etnik olaraq əsasən türk mənşəlidir. Kəndin qədimdən bu günümüzə qədər gələn özünəməxsus adət-ənənələri var. Novruz bayramı ərəfəsində son çərşənbə axşamı ("Şamqoyulan" günü) kənd əhalisi tərəfindən özünəməxsus qaydada – pirləri ziyarət edərək, yaxınlarının qəbirləri yanında şam yandırmaqla, xüsusən də gənclərin pirlərdəki ələm ağaclarına ələm bağlaması, onların ətrafında 7 dəfə dövrə vurmaqla murad tutmaları şəklində qeyd olunur.
Alvan
Alvan və ya Buquz/Buğuz - Xocavənd rayonunun Avdur kəndi ərazisində qala adı. Başqa adı olan Buquz / Buğuz XIX əsrdə Gürcüstanda (indi Kaxeti mxaresinin Axmeta munisipalitetində) Alvani-Samebo və Albani Kvemo, Batum əyalətinin Artvin dairəsində Alvanqala, Alvanikam, Alazan çayının aşağı axarında Alvan düzü və s. adlarla mənşəcə eynidir. XI-XII əsr rus mənbələrində Alban ölkəsinin adı Alvanya kimidir. Gürcüstanda Kvemo Alvani və Zemo Alvani (Axmeta rayonu) kənd adları ilə mənşəçə eynidir. 1006-cı ilə aid mənbədə Zəngəzurda Alvançay (ermənicə yazılışda Ağuanget) adı (Həkəriçayın qədim adı) da bu sıraya aiddir.
Alzan
Alzan (fr. Alzen) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. La-Bastid-de-Seru kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09009. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 146 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 128 yaş arasında (15-64 yaş arasında) 96 nəfər iqtisadi cəhətdən, 32 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.0%, 1999-cu ildə 75.8%). Fəal olan 96 nəfərdən 75 nəfər (38 kişi və 37 qadın), 21 nəfər işsiz (11 kişi və 10 qadın) idi. 32 hərəkətsiz 14 nəfər arasında şagird və ya şagird, 8 nəfər təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Bleon
Bleon (fr. Bléone) — Fransanın cənub-şərqindəki Çay, Dürans sol qolu. Yuxari Provans Alpları departamentinin ərazisindən (Provence-Alpes-Côte d'Azur bölgəsi) axır. Çayın uzunluğu 67,5 km təşkil edir. Bleon Pra-Ot-Bléon şəhərindəki Alp dağlarında 291 m, Troy-Eves (Trois-Évêchés, 2819 m) yun. Tête de l'Estrop zirvələrindən axan bir neçə dağ axını ilə başlayır. Mənbənin hündürlüyü dəniz səviyyəsindən 1980 m-dən yuxarıdır. Cənub-qərb istiqamətində ümumi istiqamətdə axır, Alplardən axan axınlardan su toplayır. Dənizdə fr. Digne-les-Bains və bir neçə kənd (fr.
Elcan
Elcan — kişi adı.
Elman
Elman — kişi adı. Elman Rüstəmov — Azərbaycan Respublikası Mərkəzi Bankın və Azərbaycan Şahmat Federasiyasının sədri. Elman Hüseynov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Elman Nəsirov — Politoloq, Siyasi şərhçi Elman Qədirov — İctimai Televiziya və Radio Yayımları Şirkətində baş direktorun radio üzrə müavinidir. Jurnalist Elman İsgəndər — biologiya elmləri doktoru, professor, Elman Əliverdiyev — "Azərelektromaş" Elmi-İstehsalat Birliyinin baş direktoru, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1987). Elman Eldaroğlu — jurnalist, naşir, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Elxan
Elxan — Elxanilər dövlətinin hökmdarının titulu. Elxanilər eyni anda "Xan" titulu da daşıyırdılar. Bu titula 1260-cı ildən öncə mənbələrdə rast gəlinmir. Mənası "tabe olan xan" deməkdir.Digər yozuma görə isə mənası "Bir elin (torpağın, xalqın) xanı" deməkdir. == Qaşqaylarda == Bu titul 1818–1819-cu illərdə Qaşqayların tayfa başçısı Can Məhəmməd xan tərəfindən yenidən qəbul edilmişdir və titul nəsildən-nəsilə ötürülmüşdür. Bu nəsildən son elxan Nasir xan 1954-cü ildə Məhəmməd Musəddiqə dəstəyindən ötrü sürgün olundu və 1984-cü ildə Qaşqayların son elxanı olaraq vəfat etdi.
Galeana
Galeana (lat. Galeana) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Galeana hastata La Llave Galeana pratensis (Kunth) Rydb.
Qlenn Teodor Siborq
Qlenn Teodor Siborq (19 aprel 1912[…], İşpeminq[d], Miçiqan – 25 fevral 1999[…]) — Amerikalı kimyaçı,Nobel mükafatı laureatı. == Həyatı == Qlenn Teodor Siborq 1912-ci ildə aprelin 19-da Miçiqan ştatında İşpeminq şəhərində anadan olmuşdur. 1934-cü ildə Los-Ancelesdə Kaliforniya universitetini bitirmişdir. 1934–1942, 1946–1961-ci illərdə və 1971-ci ildən Berklidə Kaliforniya universitetində işləmiş, 1958–1961-ci illərdə universitetin prezidenti olmuş, 1942–1946-cı illərdə Çikaqo metallurgiya laboratoriyasında, 1961–1971-ci illərdə ABŞ-nin atom enerjisi üzrə komisiyasının sədri olmuşdur. 1959–1961-ci illərdə elmi məsləhət komitəsinin prezidenti olmuşdur. 1966-cı ildən elmi bilikləri gənclər arasında populyarlaşdırma üzrə Elmi xidmətin prezidenti olmuşdur. 1959–1974-cü illərdə ABŞ-də kimya təhsilinin yeni proqramını hazırlamaq üzrə Komitənin sədri olmuşdur. == Tədqiqatları == Siborqun əsas tədqiqatları transuran elementlərinin sintezinə və təbii filizlərdən ayrılmasına həsr olunmuşdur. 1940-cı ildə E.M. Makmillan, C. Kennedi və Val ilə birlikdə 94 nömrəli elementin izotopu olan plutonium −238-i, 1941-ci ildə C. Kennedi, A. Val və E. Seqre ilə birlikdə plutonium −239-u sintez etmişdir. Göstərmişdir ki, plutonium −239 səmərəli nüvə yanacağıdır.
Qlenn qraflığı (Kaliforniya)
Qlenn — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 28,122 nəfər olmuşdur. Mərkəzi Uillous şəhəridir.
Qlenn Vilyam Şou
Qlen Vilyam Şou (ing. Glenn William Shaw; 1886, Los-Anceles, Kaliforniya – 1961) – ABŞ pedaqoqu, yazıçısı, tərcüməçisi, dövlət məmuru. 1916–1940 və 1949–1957-ci illərdə Yaponiyada aktiv fəaliyyət göstərmişdir. İkinci dünya müharibəsinə qədər bir çox müasir Yaponiya yazıçısının əsərlərini ingilis dilinə tərcümə etmiş, Qərb dünyasının Yaponiyanı başa düşməsinə töhfə vermişdir. Müharibədən sonra ABŞ–Yaponiya münasibətlərinin yaxşılaşdırılması üçün çalışmışdır. == Həyatı == Qlen Vilyam Şou 1886-cı ildə ABŞ-nin Los-Anceles şəhərində doğulmuşdur. 1910-cu ildə Kolorado Kollecindən məzun olmuş, Havay adaları, Yaponiya, Çin və Hindistanda ingilis dili dərsləri vermişdir. 1916–1940-cı illərdə Yaponiyanın Osaka prefekturasında fəaliyyət göstərmişdir. "Osaka Mainichi" qəzet şirkəti üçün radio yayımları hazırlamış, "Osaka Asahi Shimbun" qəzetinin köşə yazarı olmuşdur.Yapon dilini bildiyi üçün 1940–1949-cu illərdə ABŞ donanması üçün işləmiş, yapon dili təlimi ilə məşğul olmuş, Kolorado ştatında yerləşən Donanma Dil Məktəbinin direktoru olmuş, Vaşinqtonda yerləşən Donanma Kəşfiyyat Məktəbinin dekanı təyin olunmuşdur. 1949-cu ildə dövlət tarixçisi kimi Yaponiyaya qayıtmış, Yaponiya Xarici İşlər Nazirliyinin sənədlərinin lentə alınma prosesinə başçılıq etmişdir.
Oradur-Sür-Qlan
Oradur-sür-Qlan (Oradour -sur-Glane) — Fransanın Cənub-Qərbində Limoj(Limuzen) şəhərindən 22 km şimal-qərbdə yerləşən bu yaşayış məntəqəsində, ikinci dünya müharibəsi vaxtı 10 iyun 1944-cü ildə SS "Reyx" diviziyasının dəstəsi sakinləri kütləvi surətdə vəhşicəsinə qətl ediblər. Fürer alayının 3-cü rotası kəndə daxil olaraq bütün kişiləri güllələyib. Qadın və uşaqlar kilsəyə toplanaraq partladılıblar. 642 adam məhv edilib, bütün evlər uçurulub və yandırılıb. Kəndin qalıqları insanlığa qarşı cinayət nümunəsi kimi qorunub. Köhnə kəndin dağıntıları yaxınlığında yeni kənd salınıb.Həmin hadisələr fransız rejisöru Robert Enrikonun 1975-ci ildə çəkdiyi "Köhnə tüfəng" filmi üçün əsas olub.
Qlen qraflığı (Kaliforniya)
Qlenn — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 28,122 nəfər olmuşdur. Mərkəzi Uillous şəhəridir.
Qlen Vorren Bouersok
Qlen Vorren Bouersok (ing. Glen Warren Bowersock; 12 yanvar 1936, Providens[d]) — ABŞ antik tarixçisi, ellinist, son antik dövr, Qədim Yunanıstan, Roma və Yaxın Şərqin tarixi və mədəniyyəti, həmçinin müasir ədəbiyyatda klassik ənənə üzrə mütəxəssis. Fəlsəfə doktoru, Prinstonda əməkdar professor, keçmiş Harvard professoru, Amerika Fəlsəfə Cəmiyyətinin üzvü (1989), Rusiya Elmlər Akademiyasının (1999) və Dei Linçei Akademiyasının xarici üzvü. Ceyms Brested mükafatına layiq görülmüşdür (1992). == Seçilmiş əsərləri == Xenophon, Constitution of the Athenians, edited and translated, Harvard University Press, 1968 Augustus and the Greek World (Oxford, 1965) ISBN 978-0-19-814250-8 Greek Sophists in the Roman Empire (Oxford, 1969) ISBN 978-0-19-814279-9 Julian the Apostate, Harvard University Press, 1978 ISBN 978-0-674-48882-3 Gibbon's Historical Imagination (Stanford, 1988). Hellenism in Late Antiquity [Jerome Lectures] (Michigan and Cambridge U.P., 1990) ISBN 978-0-472-06418-2 Fiction as History, from Nero to Julian [Sather Classical Lectures] (University of California Press, 1994). ISBN 978-0-520-08824-5 Available online from eScholarship editions at the University of California.
Oradur-sür-Qlan qətliamı
Oradur-sür-Qlan (Oradour -sur-Glane) — Fransanın Cənub-Qərbində Limoj(Limuzen) şəhərindən 22 km şimal-qərbdə yerləşən bu yaşayış məntəqəsində, ikinci dünya müharibəsi vaxtı 10 iyun 1944-cü ildə SS "Reyx" diviziyasının dəstəsi sakinləri kütləvi surətdə vəhşicəsinə qətl ediblər. Fürer alayının 3-cü rotası kəndə daxil olaraq bütün kişiləri güllələyib. Qadın və uşaqlar kilsəyə toplanaraq partladılıblar. 642 adam məhv edilib, bütün evlər uçurulub və yandırılıb. Kəndin qalıqları insanlığa qarşı cinayət nümunəsi kimi qorunub. Köhnə kəndin dağıntıları yaxınlığında yeni kənd salınıb.Həmin hadisələr fransız rejisöru Robert Enrikonun 1975-ci ildə çəkdiyi "Köhnə tüfəng" filmi üçün əsas olub.
Gelon
Gelón (özb. Gelon / Гелон) — Özbəkistan Respublikası nın Kaşkadarya vilayətində bir kəndin ərazisində yerləşən, Şahrisabz şəhərinin bir rayonu.Kishlak 1305 -ci ildə quruldu. Kənd sakinləri hələ də qədim adət və həyat tərzini qoruyub saxlayırlar, 2018-ci ilin ortalarına qədər xarici turistlər xüsusi sərhəd rejimi səbəbindən bu kəndə gedə bilmədilər. == Coğrafiyası == Gelon Özbəkistanın cənubunda, Kaşkadərya çayının hövzəsində, Pamir-Alay dağlarının qərb yamacında yerləşir.Ərazi Özbəkistan və Tacikistan sərhədində, Şahrisabzdan 80 kilometr aralıda yerləşir. Kishlak, hər tərəfdən yüksək dağlarla əhatə olunmuş, şərqdə 4000 metrdən çox yüksəkliyə çatmışdır. Özbəkistanın ən yüksək dağ kəndlərindən biridir. Çoxsaylı serpantinləri olan çətin, lakin mənzərəli bir dağlıq yolla bura getmək asan deyil. == İqlimi == İqlimi kontinental, quru, bəzi yerlərdə subtropikdir. == Əhalisi == Kəndin əhalisi 5.834 nəfərdir (2019). Etnik tərkibi: taciklər - 5831 nəfər, özbəklər - 3 nəfər.
Gican
Gican — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Gican oyk, düz. Qusar r-nunun Düztahir i.ə.v.-də kənd. Qafqaz silsiləsinin yamacındadır. Gecan variantında da qeydə alınmışdır. Oykonim gic (sərt tirə, dərin yarğan, burulğan) sözündən və -an (məkan bildirir) şək.-sindən ibarət olub, "sərt tirələrdən, dərin yarğanlardan ibarət yer" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 543 nəfər əhali yaşayır.
Gilan
Gilan ostanı — İranın şimal-qərbində ostan. Gilan dili — Şimal-qərbi İran dillərindən biri. Xaraba Gilan — Ordubad şəhəri yaxınlığında orta əsrlərə aid şəhər xarabalığı. Gilan Holding — Azərbaycanda şirkət.
Giyan
Giyan — İranın Həmədan ostanının Nahavənd şəhristanının Giyan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,062 nəfər və 1,999 ailədən ibarət idi.
Gogan
Gogan — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanının Gogan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 10,949 nəfər və 3,109 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Goran
Goran (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində qəsəbə. Goran (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Goranlı — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Galeon
Galeon köhnə Gecko əsaslı veb brauzerdir. GNOME-da təkmilləşdirmə məqsədləri üçün Marco Pesenti Gritti və komandası tərəfindən hazırlanmışdır. 2000-ci illərdə populyarlıq qazandı və paralel olaraq, çeviklik və yeni xüsusiyyətlərlə təkmilləşdirmələr edildi. 2002-ci ildə inkişaf qrupu fikir ayrılıqlarına görə ayrıldı. İnkişaf 2008-ci ilin sentyabrından dayandırılıb.
Abdulla Goran
Abdulla Goran və ya Abdulla Qoran (kürd. عەبدوڵڵا گۆران) — İraq kürd şairi. == Həyatı == Abdulla Goran 1904-cü ildə İraqın Hələbcə şəhərində anadan olmuşdur. O, yerli məktəblərdə və Kərkükdə pedaqoji institutda təhsil almışdır. Goran Kərkükdə müəllim işləyərkən yeni dilləri, türk və Qərb ədəbiyyatını öyrənəmişdir. O, 1930-cu illərdə radikal siyasi və ictimai hadisələrdə iştirak etmiş, 14 iyul 1958-ci il inqilabına qədər tez-tez həbs edilmişdir. Goran iki kürd ləhcəsi olan kurmanc və soranı birləşdirərək vahid kürd ədəbi dili yaratmaq üçün çox səy göstərmişdir. Bundan əlavə, o, tərcüməçi olub, ingilis, fransız, fars və türk dillərindən kürd dilinə mətnləri tərcümə etmişdir. Abdulla Goran 1962-ci ildə Süleymaniyyə şəhərində vəfat etmişdir.
Acıbuzayə (Gilan)
Acıbuzayə — İranın Gilan ostanında kənd.. == Coğrafi yerləşməsi == Rəşt şəhristanının Küçsəfəhan bölgəsinin Ətraf kəndistanında, Küçsəfəhan qəsəbəsindən 6 km şimaldadır.