Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Heart
Heart — L'Arc~en~Ciel qrupunun albomudur.
Rebel Heart
Rebel Heart — Madonnanın 13-cü studiya albomu. Albom 6 mart 2015 tarixində satışa çıxarıldı və alboma dəstək məqsədi ilə Madonna 9 sentyabr 2015 tarixindən eyni adlı konsert turnesinə start verdi..
Same Heart
Same Heart (azərb. Tək Qəlb‎) — İsrailin 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Electra Heart
Electra Heart — uelsli müğənni Marina Diamandisin, Marina and the Diamonds adı altında buraxdığı ikinci studiya albomu. 27 aprel 2012-ci ildə 679 Artists və Atlantic Records tərəfindən buraxılıb.
Heart Attack (dəqiqləşdirmə)
Heart Attack — One Directionun mahnısı. Heart Attack (Demi Lovato) — Demi Lovatonun mahnısı.
X My Heart
X My Heart (azərb. Qəlbimdən keçdim‎) — Azərbaycanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Aysel Məmmədova "X My Heart" mahnısı ilə Azərbaycanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Pop üslubunda olan mahnı daha öncə Belarusun 2007, Ukraynanın 2008, Yunanıstanın 2009 və 2017, Rusiyanın 2014 və 2016, Azərbaycanın 2013 Avroviziya mahnılarını bəstələyən yunan bəstəkar Dimitris Kantopulos ilə Azərbaycanın 2010, 2011, 2012, 2015 və 2017 Avroviziya mahnılarını bəstələyən isveçli bəstəkar Sandra Byurmanın əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. Mahnı Belçikanın 2017 Avroviziya mahnısı üzərində çalışan ingilis bəstəkar Tim Bran tərəfindən aranjman olunmuşdur.
O My Heart
O My Heart — Kanada indi-rok qrupu Mother Mother-ın ikinci studiya albomu. 16 sentyabr 2008-ci ildə Last Gang Records tərəfindən buraxılıb. Albomun "Hayloft", "Arms Tonite", "Wrecking Ball" və "Burning Pile" mahnıları 2020–2021-ci illərdə TikTok-da populyarlıq qazanmışdır.
Moonlight Densetsu / Heart Moving
"Moonlight Densetsu" (ムーンライト伝説/HEART MOVING, azərb. Ay işığı əfsanəsi‎) — Dali və Misae Takamatsunun sinqlı. 1992-ci ilin 21 martında Yaponiyada yayımlanmışdır. Sinqlın Dali tərəfindən hazırlanmış versiyası "Seylor Mun" animesinin ilk iki mövsümünün açılış mahnısı, Moon Lips tərəfindən hazırlanmış versiyası isə növbəti iki mövsümünün açılış mahnısı kimi istifadə olunmuşdur. "Moonlight Densetsu" mahnısı Yaponiyada böyük uğur qazanmışdır. 1995-ci ildə Yaponiya Səsyazma Assosasiya Kompaniyası tərəfindən qızıl sertifikasiya almışdır. 2008-ci ildə Yaponiyanın Goo axtarış sistemi tərəfindən mahnı 1991-2000-ci illərin ən məşhur anime mahnısı seçilmişdir. 4-5 iyul 2016-cı ildə Kadokawa və Enterbrain nəşriyyatlarının "CD & DL Data" musiqi jurnalı tərəfindən 6.956 nəfər (3.819 kişi, 3.137 qadın) arasında keçirdiyi araşdırmada "Moonlight Densetsu" ən populyar 3-cü mahnı seçilmişdir. Seylor Mun diskoqrafiyası > Sinqllar Sailormusic.net-də Discogs-da.
New York Heart Association
NYHA təsnifatı Nyu York Ürək Assosiasiyasının ürək çatışmazlığının ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün tərtib və tövsiyə etdiyi bir sxemdir.
Shape of My Heart
Shape of My Heart — Britaniya müğənnisi Stinqin "Ten Summoner’s Tales" adlı dördüncü studiya albomundan olan mahnı. Orijinal CD nəşrində sıra sayına görə onuncu trek kimi təqdim olunub. Mahnı 1993-cü il istehsalı "Demolition Man" mini-albomuna və 2010-cu il istehsalı "Live in Berlin" konsert albomuna daxil edilib. Fransız rejissor Lük Besson özünün "Leon" filmində bu mahnıdan istifadə edib. Mahnının müəllifləri Stinq ilə Dominik Millerdi. Miller mahnıda ispan akustik gitarasında ifa edib. Mahnının qarmonika partiyasını ifa etmək üçün amerikalı cazmen Larri Adler dəvət edilib. Sinqlın Böyük Britaniya hit-paradında ən yüksək mövqeyi 57-ci yer olmuşdur.
Open Mouth, Open Heart
Open Mouth, Open Heart — Sakramentodan olan pank rok qrupu Destroy Boys(en)-un üçüncü studiya albomu. 8 oktyabr 2021-ci ildə Hopeless Records tərəfindən buraxılıb.
I Can Lose My Heart Tonight
I Can Lose My Heart Tonight (azərb. Mən bu axşam ürəyimi itirə bilərəm‎, oxunuşu: Ay kən luz may hart tünayt) – C. C. Catch tərəfindən 1985-ci ildə ifa edilən mahnısıdır. Bu mahnı C. C. Catch-in Catch the Catch albomuna daxil olan ilk mahnıdır. Mahnı klipinin bir neçə versiyası mövcuddur.. == Klip == "I Can Lose My Heart Tonight" mahnısı C. C. Catch-in Catch the Catch albomuna daxil olan 1-ci mahnıdır. Mahnının prodüseri və sözlərinin müəllifi Diter Bolen-dir. Diter Bolen mahnını ilk dəfə 31 iyul 1985-ci ildə Karolinanın ad günündə çıxarmışdır. İlk dəfə mahnının Tomas Anders tərəfindən ifa edilməsi planlaşdırılmışdır. Lakin mahnının müəllifi Diter Bolen "I Can Lose My Heart Tonight" mahnısının Modern Talking qrupu üçün kifayət qədər yaxşı hesab etmirdi. "I Can Lose My Heart Tonight" mahnısı İspaniyanın Spanish Singles Chart hit-paradında 7-ci yerə yüksəlmişdir.
I Can Lose My Heart Tonight '99
I Can Lose My Heart Tonight '99 – C. C. Catch tərəfindən 1998-ci ildə ifa edilmiş mahnıdır. == Tarixi == 1999-cu ilin 11 yanvar ayında C. C. Catch Diter Bolenin müraciəti ilə yenidən musiqi səhnəsinə qayıdaraq, ilk ifa etdiyi "I Can Lose My Heart Tonight" mahnısının Remiks formasını ifa edir. Mahnının bu versiyası ilk versiyadan nisbətən zəif idi. Demək olar ki, yeni versiya rep janrında idi. Klipdə rep sözlərini Kreyzi adlı repçi ifa edir. Lakin buna baxmayaraq mahnı bir sıra hit-paradlarda yer tutmuşdu. Mahnı 1999-ci ilin Yanvar ayında yazılmışdır.
You're My Heart, You're My Soul
You're My Heart, You're My Soul (azərb. Sən mənim ürəyim, sən mənim ruhum‎) – Modern Talking qrupunun ikinci albomu The 1st Album albomunun ilk sinqlıdır.Bu mahnı Almaniya hit-paradında 1-ci yeri tutmuşdur. 7" Single Hansa You're My Heart, You're My Soul 3:48 You're My Heart, You're My Soul (Instrumental) 4:01 12" Maxi Hansa You're My Heart, You're My Soul 5:35 You're My Heart, You're My Soul (Instrumental) 4:01 Kaver veersiyalar Modern Talking Arxivləşdirilib 2009-03-03 at the Wayback Machine Modern Talking (ing.) Modern Talking — You’re My Heart, you’re My Soul Arxivləşdirilib 2009-08-02 at the Wayback Machine History of System in blue. The true story about Modern Talking Arxivləşdirilib 2009-10-28 at the Wayback Machine .
You're My Heart, You're My Soul '98 (Modern Talking)
You're My Heart, You're My Soul '98 (azərb. Sən mənim ürəyim, sən mənim ruhum‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Total Eclipse of the Heart
Total Eclipse of the Heart – Bonnie Tylerin 1982-ci ildə Faster Than the Speed of Night albomundan çıxardığı sinql. Mahnının müəllifi Jim Steinmandır. Mahnı Tylerin ən uğurli mahnısı olmuşdur.
Heartbeat (Yusts mahnısı)
Heartbeat (azərb. Ürək döyüntüsü‎) — Latviyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.. Yusts Sirmays "Heartbeat" mahnısı ilə Latviyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı Latviyaya 2015 Avroviziya Mahnı Müsabiqəsində 6-cı yeri qazandıran müğənni-bəstəkar Aminata Savadoqo tərəfindən bəstələnmişdir.
Heartbleed
Heartbleed — OpenSSL qoşulmalarında təhlükəsizliyi təmin edən “HeartBeat” funksiyasının işləməməsi halında yaranan güvənlik boşluğuna verilən addır. Boşluqla vasitəsilə serverlərin RAM-larında guya şifrlənmiş olan verilənlərin(Şifrlər, kredit kartları və.s) hamısının açılması deməkdir, yəni hər hansı bir şəxs buraya rahatca daxil olub ötürülən trafiki dinləyə və şifrlər, bank hesab nömrələri kimi həssas məlumatları ələ keçirə bilər. == Qorunma üsulları == HeartBleed-dən təsirlənib-təsirlənmədiynizi yoxlmamaq üçün https://filippo.io/Heartbleed/ saytını istifadə edə bilərsiniz, servis vasitəsilə ziyarət etdiyiniz saytların boşluqdan təsirləndiklərini öyrənə bilərsiniz. Chrome istifadəçiləri chromebleed plug-ini vasitəsilə ziyarət etdikləri saytların təhlükəsizliyini yoxlaya bilərlər. == Həmçinin bax == HTTPS Şifrləmə == Xarici Keçidlər == Xəbərdarlıq!!! OpenSSL - də kritik boşluq aşkarlandı. “Heartbleed” boşluğundan istifadə etmiş ilk haker həbs edilib “HeartBleed” Bu boşluğun bizə təsiri nədir və necə qorunmaq olar? Şifrlərinizi dəyişin!
Heartbreak Hotel
Heartbreak Hotel (azərb. Sınmış qəlblər mehmanxanası‎) – C. C. Catch tərəfindən 1986-cı ildə ifa edilmiş mahnı.
Heartbreaker
Heartbreaker — Maykl Ceksonun Number Ones (albom) albomunda olan mahnılarindan biri.
Heartless (Kanye Uest mahnı)
Heartless Amerikalı hip-hop sənətçisi, mahnı yazarı və prodüseri Kanye Vest dördüncü studiya albomundan "808s & Heartbreak" -dan ikinci bir mahnı olaraq çıxardığı bir mahnıdır. Ürək Billboard Hot 100-də iki nömrədə səsləndirildi. Mahnı, 2009-cu ildə 5.5 milyondan çox rəqəm nüsxəsi ilə satılan ən çox satılan teklilərdən biri hesab olunur. Mahnını məşhur Denver qrupu The Frey, eləcə də Amerikan İdol 8'in qalibi səsləndirdi. Chris Allen.
Heartless (Kanye Vestin mahnısı)
Heartless Amerikalı hip-hop sənətçisi, mahnı yazarı və prodüseri Kanye Vest dördüncü studiya albomundan "808s & Heartbreak" -dan ikinci bir mahnı olaraq çıxardığı bir mahnıdır. Ürək Billboard Hot 100-də iki nömrədə səsləndirildi. Mahnı, 2009-cu ildə 5.5 milyondan çox rəqəm nüsxəsi ilə satılan ən çox satılan teklilərdən biri hesab olunur. Mahnını məşhur Denver qrupu The Frey, eləcə də Amerikan İdol 8'in qalibi səsləndirdi. Chris Allen.
Nothing But a Heartache
Nothing But a Heartache (azərb. Heç bir iztirab‎) – C. C. Catch tərəfindən 1988-ci ildə ifa edilmiş mahnıdır.
Sgt. Pepper's Lonely Hearts Club Band
Sgt. Pepper's Lonely Hearts Club Band — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu. "Sgt. Pepper's Lonely Hearts Club Band" – 2:04 "With a Little Help from My Friends" – 2:46 "Lucy In the Sky with Diamonds" – 3:07 "Getting Better" – 2:49 "Fixing a Hole" – 2:38 "She's Leaving Home" – 3:37 "Being for the Benefit of Mr. Kite!" – 2:39 "Within You Without You" – 5:07 "When I'm Sixty-Four" – 2:37 "Lovely Rita" – 2:44 "Good Morning Good Morning" – 2:43 "Sgt. Pepper's Lonely Hearts Club Band (Reprise)" – 1:20 "A Day in the Life" – 5:33 Sgt.
808s & Heartbreak
808s & Heartbreak — amerikalı repçi Kanye Vestin dördüncü studiya albomu. 24 noyabr 2008-ci ildə Def Jam Recordings və Roc-A-Fella Records tərəfindən buraxılıb.
Bitches Broken Hearts
"Bitches Broken Hearts" — amerikalı müğənni Billi Aylişin mahnısı. Mahnı Ayliş və prodüserlər Emmit Fenn və Finneas O'Konnell tərəfindən yazılıb. İlk dəfə 10 noyabr 2017-ci ildə SoundCloud üzərindən buraxılıb, sonradan 30 mart 2018-ci ildə sinql kimi bütün platformalar üçün yenidən yayımlanıb. Mahnı "You Should See Me in a Crown" sinqlının 7 düymlük vinil formatında B tərəfi kimi yer alıb. Mahnı həmçinin Aylişin ilk mini-albomu "Don't Smile at Me"nin genişləndirilmiş versiyasında və 2019-cu ildə buraxılmış studiya albomu "When We All Fall Asleep, Where Do We Go?"nun delüks versiyasına daxil edilib.
Don't Take Away My Heart (Modern Talking)
Don't Take Away My Heart (azərb. Götürmə mənim ürəyimi uzağa‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Herat
Herat (fars. هرات‎, q.türk Häri) — Əfqanıstanın qərbində Herat vilayətinin mərkəzi olan şəhər. == Tarixi == Heratın tarixi əntik mədəni müəlliflər tərəfindən rəvayət edilmişdir. Yunan tarixçi Herodot, Heratın Orta Asiyanın buğda ambarı olduğunu yazmışdır. E.ə. 330-cu il ətrafında şəhər Makedoniyalı İsgəndər tərəfindən alındı. Daha sonra isə şəhər Selevkilərin əlinə keçdi. E.ə. 167-ci ildə də şəhərə Parflar sahib oldu. Sasanilər (226-652) dövründə Ağ Hun imperiyası ilə Sasanilər arasında keçən savaşlarda Herat straeteji bir önəmə sahib idi.
HEAT
Yüksək partlayıcılı tank əleyhinə mərmi (ing. high-explosive anti-tank) (HEAT) və ya Kumulyativ mərmi - kumulyativ effektdən istifadə olunan əsas artelleriya təyinatlı mərmi növüdür. Zirehli (tank, pzm və sairə), eləcə də dəmir-beton hədəfləri vurmaq üçün nəzərdə tutulur. Kumulyativ mərmi korpusdan, partlayıcı doldurucudan, kumulyativ çuxurcuqdan, partladıcıdan və trasserdən ibarətdir. Yüksək çıxış sürətini Neuman effekti ilə istifadə edərək möhkəm və qalın zirehi daha təsirli bir şəkildə vurur. Səs sürətindən 25 dəfə daha sürətli hərəkət edərək, zirehə yüksək təsir göstərir. Mərminin xarici hissəsi metal astarla örtülmüşdür. İkinci Dünya Müharibəsi dövründə misdən istifadə edilmişdir. Mərmi tank zirehinə çatmazdan 2 metr əvvəl əsasən bölünür və dağılır. HEAT mərmisinin effekttivliyi əsasən döyüş başlığının diametri ilə mütənasibdir.
You're My Heart, You're My Soul (Modern Talking)
You're My Heart, You're My Soul (azərb. Sən mənim ürəyim, sən mənim ruhum‎) – Modern Talking qrupunun ikinci albomu The 1st Album albomunun ilk sinqlıdır.Bu mahnı Almaniya hit-paradında 1-ci yeri tutmuşdur. 7" Single Hansa You're My Heart, You're My Soul 3:48 You're My Heart, You're My Soul (Instrumental) 4:01 12" Maxi Hansa You're My Heart, You're My Soul 5:35 You're My Heart, You're My Soul (Instrumental) 4:01 Kaver veersiyalar Modern Talking Arxivləşdirilib 2009-03-03 at the Wayback Machine Modern Talking (ing.) Modern Talking — You’re My Heart, you’re My Soul Arxivləşdirilib 2009-08-02 at the Wayback Machine History of System in blue. The true story about Modern Talking Arxivləşdirilib 2009-10-28 at the Wayback Machine .
Herat (dəqiqləşdirmə)
Herat (İran) — İranın Yəzd ostanında şəhər. Herat vilayəti — Əfqanıstanın İranla həmsərhəd olan vilayəti. Herat — Əfqanıstanın qərbində Herat vilayətinin mərkəzi olan şəhər. Herat bəylərbəyliyi — 1510-1722-ci illərdə mövcud olmuş Səfəvilərin mühüm mərkəzlərindən biri.
Herat (İran)
Herat-İranın Yəzd ostanının şəhərlərindən və Xatəm şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,795 nəfər və 2,751 ailədən ibarət idi.
Herat bəylərbəyliyi
Herat bəylərbəyliyi — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. == Tarixi == I Şah İsmayıl Səfəvinin hakimiyyəti dövründə Herat üzərində Şeybanilər sülaləsilə münasibətlər pisləşdi və buda nəticədə 1510- cu ildə döyüşlə nəticələndi və Herat fəth edildi.Xarici siyasətdə digər məsələ Osmanlı türkləri ilə münasibətlərin kəskinləşməsində özünü büruzə verdi.Belə ki, bu iki türk səltənətlərinin qarşı-qaşıya durmasını tədqiqatçılar müxtəlif cür izah edirlər lakin son tədqiqatlar göstərir ki bu heç də xarici tarixçilərin iddia etdikləri şiə-sünni qarşıdurması deyil, bunun əsas səbəbi bu regionda iqtisad-siyasi maraqların toqquşmasıdır. 1510-cu il dekabrın 1-də Mahmudi kəndi (Mərv yaxınlığı)ərazisində özbəklərlə döyüş oldu və Şah İsmayıl qələbə çalaraq, hətta Şeybani xanı döyüşdə öldürür. Beləliklə Şah İsmayıl Xorasan, Mərv, Bəlx və Herat şəhərlərini ələ keçirir. Amu-Dəryadan tutmuş Fərata qədər ərazilər səfəvilərin hakimiyyəti altına keçdi. Herat Səfəvilər dövlətinin ikinci mühüm mərkəzinə çevrilir. Şah İsmayıl ın böyük оğlu Təhmasib mirzə Herat mərkəz оlmaqla Оrta Asiyaya vali təyin edilir. Şah İsmayıl 1510-cu ilin qışını yaza qədər Heratda keçirir. Bu vaxt о, elm və mədəniyyət xadimləri ilə maraqlanır, оnları ətrafına tоplayıb məclislər düzəltdirir, оnların bir qisminə Xоrasan, Bəlx, Mərv, Herat şəhərlərində yüksək vəzifələr verir, bir qismini isə Təbrizə göndərtdirir. 1510-cu ildən sonra Xorasan bəylərbəyliyi yarandı.
Herat müqaviləsi
Herat müqaviləsi — Qaraqoyunlular və Teymurilər arasında bağlanmış sülh müqaviləsi. == Tarixi == Qaraqoyunlu hökmdarı Cahan şah Teymuri Sultan Şahruxun 1447-ci ildə ölümündən sonra Teymuri şahzadələri arasında hakimiyyət uğrunda baş verən mübarizədən istifadə edərək 1450-ci illərdə Əcəm İraqını, bütün Qərbi İranı və Şərqi İranın bir hissəsini ələ keçirdi. Cahanşah 1458-ci ilin iyulunda irəliləyərək Xorasanı da ələ keçirdi və Teymurilərin paytaxtı Herata daxil oldu. Lakin burada möhkəmlənə bilmədi. Teymuri sultanı Əbu Səidlə sülh müqaviləsi bağlayan Cahanşah Xorasanı Teymurilərə güzəştə getdi, digər bölgələr isə Qaraqoyunlu hakimiyyəti altında qaldı.
Herat vilayəti
Herat vilayəti (puşt. هرات) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiya == Herat vilayəti ölkənin qərbində yerləşir. İranla həmsərhəddir. Vilayətin ərazisi 54,778 km², inzibati mərkəzi Herat şəhəridir. == Əhali == 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən vilayətin əhalisi 1 milyon 676 min nəfərdir. === Etnik tərkib === Əhalisinin 98%-i puştunlardan, qalanları isə türkmənlərdən və özbəklərdən ibarətdir. == Vilayətin rayonları == Adraskan Çişti Şərif Farsi Ghoryan Gulran Guzara Herat İncil (2002-ci ilə olan rəsmi məlaumata əsasən əhalisi 232 915 nəfərdir) - 55% taciklər, 40% puştunlar, 4% həzaralar, 1% türkmənlər. Karukh Kohsan (2002-ci ilə olan rəsmi məlumata əsasən əhalisi 30 100 nəfərdir) - 59.4% puştunlar, 35.3% taciklər, 5.1% bəluclar, 0.2% türkmənlər. Kushk Kuşki Kuhna (2002-ci ilə olan rəsmi məlumata əsasən əhalisi 32 000 nəfərdir) - 55% taciklər, 40% puştunlar, 5% həzaralar.
Herat yürüşü
Herat yürüşü — bir sıra müəyyən fasilələrlə baş verən toqquşmalardan və sonda Nadir xanın Abdali əfqanlarına qarşı hərbi əməliyyatlara başlaması ilə özünün kulminasiya nöqtəsinə çatan hərbi əməliyyatdır. Bu əməliyyata başlamamış Nadir xan özünün monarxı və şahzadəsi olan II Təhmasibə qarşı uğurlu yürüş etmişdi. Alçaldılmış Təhmasib də 4 may 1729-cu ildə Məşhəddən çıxaraq Nadirin Herat yürüşünə qatılmışdı. Beləliklə, Nadir Təhmasibin yürüş boyunca öz yaxınlığında olmasını təmin etmişdi. Bu yürüş Nadir xanın yeni hərbi biliklərə yiyələnməsinə və ya təcrübədən keçirməsinə səbəb oldu. Nəticədə o, ölümcül yüngül süvari ordulara qarşı döyüşə biləcək ordu modelini yarada bildi. Bu sistemdə yaradılmış ordu isə Damğan döyüşündə Gilzay əfqanlarının sayca üstün olan ordusunu məğlub etdi. == Arxa plan == Təhmasiblə problemləri həll etdikdən sonra Nadir kürdlər və yomut tayfaları üzərinə bir neçə yürüş həyata keçirdi. 1728-ci ilin yayında əfqanlara qarşı da bir neçə yürüş təşkil edilmişdi. Bu zaman Təhmasibin keçmiş sərkərdələri Məhəmməd Əli xan və qohumu Zulfiqar xan şahın adından çıxış edib mazandaran və Astrabadın yeni başçıları olduqlarını elan etdilər.
Co Hart
Çarlz Cozef Con Hart və ya sadəcə Co Hart (ing. Charles Joseph John (Joe) Hart; 19 aprel 1987[…], Şrusberi[d]) — İngiltərə futbolçusu, Şotlandiya çempionatının üzvü "Seltik" klubunun və İngiltərə millisinin qapıçısı. == Həyatı == Co Hart 1987-ci ildə Şrusberi şəhərində Karl və Luiza Hartın ailəsində anadan olmuşdur. O, Okson ibtidai məktəbində, daha sonra Şrusberi şəhərində Meole Brace şəhərciyindəki orta məktəbdə oxumuşdur. Məktəbdə həm də kriketçi Stefan Devis ilə birgə yaxşı kriket oynamış və 11 yaşından Şrusberi futbol komandasında oymağa başlamışdır. == Klub karyerası == === "Şrusberi Taun" === Co Hart öz futbol karyerasına doğma şəhərini təmsil edən "Şrusberi Taun" klubunda başlayıb və 2003—2006-cı illərdə klubu təmsil edib. Lakin o, komandanın əsas heyətində yalnız 2005/06 mövsümündə, 46 matç oynadı və bu müddətdə 55 qol tutdu. === "Mançester Siti" === Co Hart 2006-cı ildə "Mançester Siti" klubu ilə müqavilə imzaladı və akademik futbol klubuna göndərildi. 22 may 2006-cı ildə Mançester Siti Hart üçün əvvəlcə 600 min funt sterlinq ödəmişdi. Hart 2006-cı il oktyabrın 14-də Mançester Sitidə debüt etdi və Andreas İsaksson və Nikki Ueaverın zədələnməsindən sonra Premyer Liqa matçı üçün Şeffild Yunaytedə qarşı oynadı.
Hart Kreyn
Hart Kreyn(ing. Harold Hart Crane, 21 iyul 1899, Herretsvil, Ohayo — 27 aprel 1932, Meksika körfəzi) — amerika şairi. == Həyatı == Hart Kreyn (1899—1932) məşhur “Körpü” şerinin müəllifidir. Nəinki amerikan ədəbiyyatında, elə dünya ədəbiyyatında da Kreyn epik şerin uğurlu ustalarından hesab olunur. Amma onun yaratdıqlarına göstərilən maraq, özünə verilən seçilmişlik onu qane etmirdi. Kreyn birmənalı şəkildə özünü inandırmışdı ki, artıq dünyanı heyran qoyacaq bir əsər yazmaq mümkün deyil. Bunun üçün deyiləsi bütün sözlər, deyilə biləcək bütün formalarda deyilib. Kreyn iddia edir ki, onun yazmaq istədiyi şeylər yazmaqla təsvir edilə, göstərilə bilməz. Kreynin 1932-ci ildə öldüyü qeyd olunsa da, əslində onun nə vaxt və harada öldüyü məlum deyil. Nyu-Yorka getmək üçün mindiyi gəmi gedəcəyi yerə çatsa da, Kreyn oraya çatmır.
Herbert Hart
Herbert Lionel Adolf Hart(18 İyul 1907 – 19 Dekabr 1992) Britaniyalı hüquqşünas-filosof, siyasi və hüquqi fəlsəfənin görkəmli xadimi.O, Oksford Universitetinin hüquq professoru olmuşdur.Onun ən məşhur işi "Hüquq anlayışı" 1961-ci ildə yazılmışdır(1961:3-cü nəşr,2012) .Hart əsərində hüququ fəlsəfi cəhətdən yeniləyərək "hüququn təbiəti" və ya "hüququn anlayışı" kimi ifadə etdi.O, Hans Kelzenlə yanaşı XX əsrin ən qabaqcıl filosolarından biri hesab olunur. == Həyatı == H.Hart 1907-ci ildə Yorkşirdə yerləşən Herroqeyt şəhərində Rouz Semson Hart və Saymon Hartın ailəsində dünyaya gəlmişdir.Atası Alman və Polyak əsilli yəhudi bir dərzi idi.Polyak əsilli olan anasının valideynləri isə varlı parça tacirləri idi.Hartın Albert adlı böyük qardaşı, Sibil adlı kiçik bacısı var idi.O, Çelenthem Kollecində,Bredford Qrammatika Məktəbində və Oksford Nyu Kollecdə təhsil almışdır. Hart 1932-ci ildən 1940-cı ilə qədər vəkil kimi Lordlar məhkəməsində uğurlu praktika keçmişdir.
Kevin Hart
Kevin Hart (6 iyul 1979, Filadelfiya, Pensilvaniya və ya ABŞ) — Amerikalı komediyaçı, aktyor və prodüser. == Həyatı == Kevin Darnell Hart 6 iyul 1979-cu ildə ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində doğulub. Atası kokain aludəçisi idi və Hartın uşaqlıq illəri ərzində həbsxanaya girib çıxıb. Hart anası Nensi Hart tərəfindən tək böyüdülüb. Robert Hart adlı qardaşı var. 14 aprel 2013-cü ildə sərxoş vəziyyətdə avtomobil sürdüyü üçün Kaliforniyada həbs edilib.
Miami Heat
Mayami Hit — Florida ştatının Mayami şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransında mübarizə aparır.
Oliver Hart
Oliver Hart (ing. Oliver Simon D'Arcy Hart; 9 oktyabr 1948, London) — amerikan iqtisadçı. 2016-cı ildə Benqt Holmströmlə birlikdə Müqavilə nəzəriyyəsi ilə bağlı apardığı tədqiqatlara görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı Oliver Hart's home page at Harvard Oliver Hart - Facts Firms, Contracts, and Financial Structure (Oxford University Press, 1995). "On the Optimality of Equilibrium when the Market Structure is Incomplete", Journal of Economic Theory, December 1975, 418–443 "Takeover Bids, the Free-rider problem, and the Theory of the Corporation" (with Sanford J. Grossman), Bell Journal of Economics, Spring 1980, 42–64 "An Analysis of the principal–agent problem" (with Sanford J. Grossman), Econometrica (January 1983) 7–46. "The Market Mechanism as an Incentive Scheme," Bell Journal of Economics, 14 (Autumn 1983) 366-82. "The Costs and Benefits of Ownership: A Theory of Vertical and Lateral Integration" (with Sanford J. Grossman), Journal of Political Economy, August 1986, 691–719. "One Share-One vote and the Market for Corporate Control" (with Sanford J. Grossman), Journal of Financial Economics, 1988 "Incomplete Contracts and Renegotiation" (with John Hardman Moore), Econometrica 56(4) (July 1988). "Property Rights and the Nature of the Firm" (with John Hardman Moore), Journal of Political Economy 98(6) (1990). " A Theory of Debt Based on the Inalienability of Human Capital " (with John Hardman Moore), Quarterly Journal of Economics, November 1994, 841–879 "The Proper Scope of Government: Theory and an Application to Prisons" (with Andrei Shleifer and Robert W. Vishny), Quarterly Journal of Economics 112(4) (1997) 1126–61.
Hərat
Herat-İranın Yəzd ostanının şəhərlərindən və Xatəm şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,795 nəfər və 2,751 ailədən ibarət idi.
Bezil Henri Liddell Hart
Sir Basil Henry Liddell Hart (31 oktyabr 1895[…], Paris – 29 yanvar 1970[…], Marlou[d], Bakingemşir qraflığı[d]) — İngilis hərbçisi, hərbi nəzəriyyəçisi və hərbi tarixçisi olmuşdur. O, 1920-ci illərdə və sonralar yazdığı hərbi tarix seriyası ilə tanınır. O, ildırımsürətli əməliyyatı strategiyası əvəzinə "dolayı yanaşma" strategiyasını müdafiə etmişdir. 1895-ci ildə Parisdə anadan olmuşdur. Cambridge st. Paul's və Korpus Kollecini bitirdikdən sonra orduya daxil olmuşdur; daha sonra isə Birinci Dünya Müharibəsində iştirak etmişdir. 1924-cü ildə yaralanmış və üç il sonra kapitan rütbəsi ilə təqaüdə çıxmışdır. O, hərbi hava qüvvələrinin və zirehli birləşmələrin qızğın müdafiəçisi və tərəfdarı olmuşdur. Hart 1937-ci ildə Müharibə Nazirinin müşaviri olmuşdur. 1925–1935-ci illərdə Daily Telegraph qəzetinin, İkinci Dünya Müharibəsinin başlandığı 1939-cu ilə qədər isə Times qəzetinin hərbi müxbiri kimi işləmişdir.
HAARP
HAARP (ing. High Frequency Active Auroral Research Program; tərc. Yüksəktezlikli Aktiv Qütb İşıqlarıTədqiqatlar Proqramı) — ABŞ Hərbi Hava Qüvvələri, ABŞ Hərbi Dəniz Qüvvələri, Alyaska Ferbanks Universiteti və Müdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsi (DARPA) tərəfindən birgə maliyyələşdirilən, ionosfer tədqiqat proqramı kimi başladılmış layihə. İngilis şirkəti BAE Systems tərəfindən dizayn edilmiş və tikilmişdir. Layihənin ilkin məqsədi ionosferi tədqiq etmək və radio rabitə və müşahidələr üçün ionosferə bağlı təkmilləşdirilmə texnologiyasının inkişaf etdirilməsi potensialını araşdırmaq idi. HAARP 2015-ci ildən etibarən Alyaska Ferbanks Universiteti tərəfindən idarə olunur. Proqram çərçivəsində ionosferin xüsusiyyətlərini araşdırmaq üçün həyata keçirilən tədqiqatlar Alyaskada aparılır. İonosferə bu cür müdaxilə ideyası ilk dəfə Nikola Tesla və Islam Papaxov tərəfindən irəli sürülmüşdür. Layihənin dayandırılması üçün bir sıra ölkələrdə kampaniyalar aparılır. Çünki HAARP layihəsinin iqlimə nəzarət və süni zəlzələ silahı ola biləcəyinə dair iddialar mövcuddur.
HEPAR
Haqq və Bərabərlik Partiyası (türk.: Hak ve Eşitlik Partisi) ya da rəsmi qısaltması ilə HEPAR, qurucusu əməkdar əsgər Osman Pamukoğlu olan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Partiyanın simvolu Anadolu qartalıdır. 2011 Türkiyə Parlament Seçkilərindən uğursuz nəticə ilə çıxan partiyanın başçısı Osman Pamukoğlu, 23 İyun 2011 tarixində partiyanı bağlama qərarı aldığını bildirmiş, ancaq 10 İyul 2011 günü baş tutan qurultayda partiyanın bağlanmaması qərara alınmış və partiya fəaliyyətinə davam etmişdir. == Seçkilərdə == Partiya, 10% seçki sərhədi səbəbi ilə 2015-ci ildə seçkiyə müstəqil millət vəkili namizədləri ilə girib məclisdə qrup yaratmağı planlayırdı. Bu səbəbdən ötrü də partiyanın sədri Osman Pamukoğlu vəzifəsindən istefa verərək İstanbul 3-cü seçki bölgəsindən namizəd olaraq səs hədəfinin 400 min olduğunu söyləmişdi. Lakin seçkilərdə heç bir partiya üzvü müvəffəqiyyət əldə edə bilmədi və Türkiyə Böyük Millət Məclisində yer ala bilmədilər.
Henri
Henri — Kişi adı. I Henri — 1027–1060-cı illərdə Fransa kralı II Henri — 1547–1559-cu illərdə Fransa kralı III Henri — 1574–1589-cu illərdə Fransa kralı IV Henri — 1589–1610-cu illərdə Fransa kralı I Henri — 1100–1135-ci illərdə İngiltərə kralı II Henri — 1154–1189-cu illərdə İngiltərə kralı III Henri — 1216–1272-ci illərdə İngiltərə kralı IV Henri — 1399–1413-cü illərdə İngiltərə kralı V Henri — 1413–1422-ci illərdə İngiltərə kralı VI Henri — 1422–1461 və 1470–1471-ci illərdə İngiltərə kralı VII Henri — 1485–1509-cu illərdə İngiltərə kralı VIII Henri — 1509–1547-ci illərdə İngiltərə kralı I Henri — 1214–1217-ci illərdə Kastiliya və Leon kralı II Henri — 1366–1367 və 1369–1379-cu illərdə Kastiliya və Leon kralı III Henri — 1390–1406-cı illərdə Kastiliya və Leon kralı IV Henri — 1454–1474-cü illərdə Kastiliya və Leon kralı Henri Frederik —İngiltərə kralı I Ceyms və Danimarkalı Annanın ən böyük oğlu. Henri Volles — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 33-cü vitse-prezidenti. Henri Kuper — Məşhur britaniyalı boksçu, ağır çəkidə sabiq çempion. Henri Kupraşvili — Milli üzgüçülük növləri federasiyasının prezidenti Henri Morqan — Uelsli Dəniz qulduru.
Fərat
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.