Alber Jan Amato
Alber Jan Amato (türk. Albert Jean Amateau; 20 aprel 1889, Milas[d], Muğla ili – 9 fevral 1996, Santa-Roza, Kaliforniya) — əslən Türkiyədən olan ABŞ ravvini, biznesmeni, hüquqşünası və ictimai xadimi. O, erməni soyqırımını inkar edənlərdəndir.
== Həyatı ==
Alber Jan Amato 20 aprel 1889-cu ildə Osmanlı imperiyasının Milas şəhərində (indiki Türkiyə) səfərad yəhudisi ailəsində anadan olmuşdur. O, Türkiyənin İzmir şəhərində Amerika Beynəlxalq Kollecində oxumuşdur. Amato 1908-ci il "Gənc türklər" inqilabından sonra hərbi xidmətdən yayınmaq üçün 1910-cu ildə ABŞ-yə mühacirət etmişdir.
O, erməni soyqırımını andiçmə bəyanatı ilə inkar etmiş, ABŞ Senatında senator Robert Dol tərəfindən təqdim edilmiş sözügedən soyqırımın tanınması ilə bağlı qətnamənin təsdiqlənməsinə qarşı çıxmışdır.
Amato 1996-cı ildə 106 yaşında vəfat etmişdir.