Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağlabatan müddət
Ağlabatan müddət — mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədəmüvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddətidir. Prosessual hüquqda ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri, eləcə də cinayət prosesində təqsirləndirilən şəxsi məhkəmə prosesindəki həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Bu, ABŞ hüquq terminidir və uzun illər mübahisə predmeti olmuşdur. Müvafiq ifadə adətən hər hansı hərəkətin yerinə yetirilməsi və ya ödəmələrin edilməsi ilə bağlıdır, lakin bir çox məhkəmə işlərində problemlərə səbəb olmuşdur, çünki qeyri-müəyyən bir müddəti əhatə edir. Vahid Kommersiya Məcəlləsinin 2-206(2)-ci maddəsi tələb edir ki, əgər hər hansı müddət müəyyən edilməyibsə, ofertanın (təklif) qəbulu "ağlabatan müddət" ərzində edilməlidir: Tələb olunan icranın xüsusi formada qəbulu tələb olunduğu hallarda, ağlabatan müddət ərzində oferentə aksept haqqında bildiriş göndərilmədikdə oferent təklifi qəbul edilməzdən əvvəl gecikmiş hesab edə bilər. Avropa İttifaqı hüququ Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyasında aşağıdakılara istinad edir: Yaxşı idarəçilik hüququ: Hər kəs öz işlərinin İttifaqın institutları, orqanları, idarələri və qurumları tərəfindən qərəzsiz, ədalətli və ağlabatan müddətdə baxılması hüququna malikdir (Maddə 41). Səmərəli hüquqi müdafiə vasitələri və ədalətli məhkəmə araşdırması hüququ: Hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir (Maddə 47). Beləliklə, ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri də hər hansı bir işə məhkəmələr tərəfindən ağlabatan müddətdə hərtərəfli və obyektiv baxılmasıdır. İşə ağlabatan müddətdə baxılması, ilk növbədə, pozulmuş insan hüquqlarının bərpasına imkan yaratmış olur. Məhkəmə icraatının ağlabatan müddətdə aparılması işin xarakterini və mürəkkəbliyini nəzərə alaraq vaxtında qanuni və əsaslı məhkəmə aktı qəbul edilməsi ilə proses iştirakçılarının hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiə edilməsi məqsədi daşıyır.
İbadət
Səadət
Səadət — qadın adı. Səadət Əliyeva — Azərbaycanlı alim, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Universitetinin rektoru. Səadət Təhmirazqızı — sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Yusifova — hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini.
Müjdə
Müjdə və ya Xeyirxəbər (Latın Vulqatası Luka 1:26–39-da Annuntiatio nativitatis Christi) həm də Bakirə Məryəmin Müjdələnməsi, Bizim Ledinin Müjdələnməsi və Lordun Müjdəsi adları ilə tanınan, xristianlıqda Məryəmin hamilə olması və Tanrının oğlunun inkarnasiyasında iştirak edəcəyi haqqında xəbərlə Mələk Cəbrayıl tərəfindən müjdələnməsi hadisəsidir. Cəbrayıl Məryəmə dünyaya gətirəcəyi uşağın adını da deyir: Yehoşua – YHWH xilas edir anlamına gəlir. Əksər xristianlar bu hadisəni 25 mart tarixində İsanın doğulmasından doqquz ay əvvəl Müjdə bayramı kimi qeyd edirlər. Luka 1:26-da verilən məlumata görə Müjdə hadisəsi Yelezavetanın Vəftizçi İohanna hamiləliyinin altıncı ayında baş vermişdir. İriney (təxm. 130–202) İsanın təqdim edilməsini 25 mart kimi qəbul edirdi ki, bu da İsanın əziyyətləri ilə uyğunluq təşkil edirdi. Şimal yaz ekinoksu tarixi bir çox ölkələrdə, o cümlədən İngiltərədə Yeni il bayramı kimi də qeyd olunur, İngiltərədə isə bu bayram həm də Ledi günü kimi tanınırdı. Həm Katolik, həm də Ortodoks kilsələri Müjdə hadisəsinin Nazaretdə baş verdiyini qəbul etsələr də, konkret məkanla bağlı fikir ayrılığı var. Müjdə bazilikası birinci, Yunan Ortodoks Müjdə kilsəsi isə sonuncü məkan hesab olunur. Müjdə xristian incəsənətinin açar mövzularından biri olmaqla Katolik kilsəsinin Marian incəsənətində xüsusi yer tutmuş, xüsusilə orta əsrlər və intibah mədəniyyətlərinin əsas mövzularından biri olmuşdur.
Müjdat Gәzәn
Müjdat Gəzən (29 oktyabr 1943, Fateh, İstanbul ili) — Türkiyə kino və televiziya aktyoru. Müjdat Gəzən 29 oktyabr 1943-cü ildə İstanbul şəhərində anadan olub.
Mürvət Kərimov
Kərimov Mürvət Yusif oğlu (1953, Qubadlı) — Texnika elmləri doktoru, professor. Kərimov Mürvət Yusif oğlu 1953-cü ildə Qubadlı rayonunun Altınca (indiki Qiyaslı) kəndində anadan olmuşdur. Hal kənd orta məktəbini bitirərək 1968-ci ildə 15 yaşında Azərbaycan Neft və kimya İnstitutunun neft mexanika fakültəsinə qəbul olmuşdur. İnstitutu bitirdikdən sonra burada işləməyə başlamışdır. 1980-ci ildə Neft Akademiyasının aspiranturasına daxil olub. 1984-cü ildən assistent, 1987-ci ildən dosent, 2009-cu ildən isə professor vəzifəsindədir. 1986-cı ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 200-dən artıq ixtira və elmi məqalənin müəllifidir. Hazırda Azərbaycan Neft Akademiyasında, “Neft –qaz istehsalı və emalı texnikası” kafedrasında işləyir.
Mürvət Məmmədyarov
Mürvət Güloğlan oğlu Məmmədyarov (20 sentyabr 1996; Gəgəli, Ağsu, Azərbaycan — 6 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Mürvət Məmmədyarov 1996-cı il sentyabrın 20-də Ağsu rayonunda anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ehtiram Məmmədov Suqovuşan döyüslərində savaşıb. Müharibə zamanı tuşlayıcı operator kimi hərbi xidmətini yerinə yetirib. Talış Suqovuşan istiqamətində döyüş yolu keçib. 6 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. Goranboyda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mürvət Məmmədyarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mürvət Məmmədyarov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mürvət Şərifov
Müsbət ayrıseçkilik
Müsbət ayrı-seçkilik — cəmiyyətdə digər şəxslər ilə bərabər səviyyədə yaşamadığı düşünülən müəyyən qruplara müxtəlif imtiyazlar verməklə onlara dəstək vermək deməkdir. 1789 Fransız İnqilabını ilə bərabərlik, azadlıq və insan hüquqları kimi məhfumlar yayılmağa başlanmışdır.8 Mart 1957-ci ildə Nyu-Yorkda geyim sektorunda çox ağır şərtlərlə işləyən qadınların etirazı ilə başlayan müddət, 1977-ci ildə də "8 Mart Dünya Qadınlar Günü" olaraq rəsmiyyət qazanmışdır . Doğumdan yaranmış xüsusiyyətlər səbəbiylə sosial, iqtisadi və siyasi sahədən təcrid olunmuş azınlıqlarların ayriseçkiliyini azaltmaq və uzun müddət də qarşısını almaq üçün müsbət ayrı-seçkilik anlayışı yaranmışdır.Müsbət ayrı-seçkilik könüllü ya da məcburi şəkildə irqi,etnik və cinsi mənsubiyyətə fərq qoymadan qrupların imtiyazlarını artırmaq və onların inkişafını təmin etmək məqsədilə hazırlanan xüsusi strategiyaya verilən termindir.Müsbət ayrı-seçkilik daha az təmsil olunmuş təbəqə,qrup və ya fərdlərə dair xüsusi rəftarı və ya üstünlüklərin verilməsini nəzərdə tutur. Qadınların kişilərə,əlillərin əlil olmayan şəxslərə, qaradərililərin digər şəxslərə müqayisədə müsbət şəkildə seçilməsi və üstünlük verilməsi bu strategiyanın əsas yönəldilmiş addımlardır. Müsbət ayrıseçkiliyin əsas məqsədi cəmiyyətin bütün üzvlərini inteqrasiya etdirmək,bərabərliyi yaratmaq və ən önəmlisi müddətli istifadə olunan xüsusi strategiyadır. Müsbət ayrı-seçkilikdə bərabərsizliyi müddətli şəkildə aradan qaldırır.Kvota ən çox istifadə olunan siyasətlərdən biridir və bununla qərar orqanlarında bərabərlik tənzimlənir. Azərbaycan qanunvericiliyi sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlara kvotaların ayrılmasını nəzərdə tutur. Bu öz əksini "Məşğulluq haqqında" qanunda tapıb. Sənədə əsasən mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün qurumlar (kvota şamil olunmayan müəssisələr istisna olmaqla) kvota üzrə xüsusi iş yerləri müəyyən edilir.Qanuna əsasən sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına aşağıdakılar aid edlir:20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, əlil uşaqları tərbiyə edən qadınlar, pensiya yaşına 2 ildən az qalmış şəxslər, əlillər, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar, məcburi köçkünlər, müharibə veteranları, şəhid ailələri. Azərbaycan qanunvericiliyinə görə kvotalar "orta illik siyahı sayı 25 nəfərdən az olan müəssisələrə" şamil edilmir.
Müsbət öhdəliklər
Pozitiv öhdəliklər və ya müsbət öhdəliklər — beynəlxalq insan hüquqları hüququnda dövlətin fundamental hüquqlardan səmərəli istifadəni təmin etmək üçün hər hansı bir aktiv fəaliyyətini təşviq edən öhdəliklər. Bu mənada o, dövlətlərin insan hüquqlarını pozmaqdan çəkinməyini nəzərdə tutan neqativ öhdəliklərdən fərqlənir. Avropa İnsan Hüquqları Məhkəməsinin fikrincə, pozitiv öhdəliklərin əsas xüsusiyyəti ondan ibarətdir ki, praktikada onlar milli hakimiyyət orqanlarından hüququn təmin edilməsi üçün zəruri tədbirlər görülməsini, yaxud daha dəqiq desək, fərdin hüquqlarını qorumaq üçün ağlabatan və münasib tədbirlər görülməsini tələb edirlər. Pozitiv öhdəliyin mövcud olub-olmadığını müəyyən edərkən, diqqət ictimaiyyətin ümumi maraqları və fərdlərin maraqları arasında ədalətli balansa yönəldilməlidir, bu bütün Konvensiyaya xas olan axtarışdır. Bu növ pozitiv öhdəliklər təmin olunan hüquqların tam həyata keçirilməsi üçün tələb olunan əsas tədbirlərin görülməsini nəzərdə tutur. Məsələn, polisin müdaxiləsini tənzimləyən düzgün normaların müəyyən edilməsi, qəddar rəftarın və ya məcburi əməyin qadağan olunması, həbsxanaların zəruri şəraitlə təmin olunması, Konvensiya normalarının övladlığa götürmə haqqında qanunvericiliyə və ya daha geniş mənada ailə qanunvericiliyinə daxil edilməsi və s. Bu öhdəliklər şəxslərin daha yaxşı müdafiəsini nəzərdə tutan dövlətdaxili prosedurların təşkili, hüquqların pozulmasına görə yetərli müdafiə vasitələrinin təmin olunmasını ehtiva edir. Məsələn, fərdlərin səmərəli araşdırma aparılmasını tələb etmək hüququ (onların hüquqlarının iddia edilən pozuntuları ilə bağlı) və daha geniş konteksdə dövlətin çəkindirici və səmərəli cinayət qanunvericiliyini qəbul etmək vəzifəsi təmin olunur.
Protrombin müddəti
“Quick” göstəricisi, “Quick” test, Protrombin müddəti ABŞ həkimi ing. Armand James Quick-in şərəfinə adlandırılmış qanın laxtalanma sisteminin funksiyasını qiymətləndirmək üçün mövcud olan tibbi laborator göstərici. Bu göstəricinin başqa cür protrombin müddəti (ing. prothrombin time - PT) adlandırırlar. Götürülmüş qan probuna natrium-sitrat qatılır ki tez laxtalanmanın qarşısı alınsın. Bu zaman laxtalanma üçün lazım olan kalsium natrium sitratla birləşir. Laboratoriyada sitratlı qan probu sentrafuqdan keçirilərək zərdab alınır. 37 °C tempraturda alınmış zərdab üzərinə toxuma faktoru (=Tissue-Faktor= (toxuma-) tromboplastin) əlavə edilir. Beləliklə ekzogen olaraq laxtalanma aktivləşmiş olur. Fibrinin yaranmasına qədərki müddət hesablanır.
Səadət Abdullayeva
Səadət Abutalıb qızı Abdullayeva (18 yanvar 1940, Bakı – 12 mart 2017, Bakı) — Azərbaycan musiqişünas-alim, etnoorqanoloq və pedaqoq, sənətşünaslıq doktoru, professor. 1940-cı il yanvarın 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Abutalıb Abdullayevin qızı idi. 1947–1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki Onillik Musiqi Məktəbində (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) təhsil alıb. 1957-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) daxil olub. 1962-ci ildə konservatoriyanı “Azərbaycan xalq musiqisi” ixtisası üzrə bitirib. 1962–1971-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (sonralar Azərbaycan Milli Elmlər Akademiyasının) Memarlıq və İncəsənət İnstitutunun "Musiqi" şöbəsində kiçik elmi işçi vəzifəsində işləyilib. 1965–1967-çi illərdə institutun nəzdində fəaliyyət göstərən aspiranturada oxuyub. 1968-ci ildə sənətşünaslıq namizədi alimlik dərəcəsi verilib. 1971–1979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi, baş müəllimi, 1979–1992-ci illərdə dosenti olub.
Səadət Buta
Səadət Buta (Buta Ömər qızı Nəbiyeva; 15 fevral 1951, Qızılkilsə, Dmanisi rayonu) — şair, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, Hacıxanım. "Aşıq Pəri" Məclisinin qurucularından biri. Buta Nəbiyeva 15 fevral 1951-ci ildə Gürcüstan Respublikasının Qızılkilsə kəndində müəllim ailəsində anadan olub. 1968-ci il tarixində Qızılkilsə orta məktəbini bitirmişdir. 2003-cü ildə müqəddəs Həcc ziyarətinə getmişdir. 2001-ci ildə 50 illik yubileyi ilə əlaqədar Gürcüstan Respublikası tərəfindən "Şərəf" medalı ilə təltif edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Borçalı" İctimai cəmiyyətinin qadınlar şurasının sədridir. Hazırda 70 yaşlı şairə yazıb yaratmaqla öz həyatını davam etdirir. İlk şerini 6-cı sinifdə oxuyarkən yazmışdır.
İbadət Nəcəfov
Səadət Cahangir
Səadət Qabil qızı Cahangir (8 yanvar 1968, Diləli Müskənli, Qubadlı rayonu) — Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü, "Azadlıq" qəzetinin köşə yazarı, şairə. Səadət Cahangir 8 yanvar 1968-ci ildə Qubadlı rayonunun Diləli Müskanlı kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə və Hal kənd orta məktəblərində alıb. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olub. 1990-cı ildə BDU-nu bitirərək doğulduğu kəndə qayıdıb. 1993-cü ildə Qubadlı rayonu işğal olunduqdan sonra Bakıya köçüb. 1996-cı ildən etibarən "Azadlıq" qəzetində çalışır. 2001–2007-ci illər arasında BP neft şirkətində informasiya və redaktə işləri üzrə məsul işçi vəzifəsində çalışıb. 2007–2010-cu illərdə "Universe" tərcümə şirkətində redaktor kimi fəaliyyətini davam etdirib. Səadət Cahangirin atası Qabil Cahangirli, anası isə Ulduz xanımdır.
Səadət Cəmiyyəti
Bakı müsəlman Ruhani Cəmiyyəti "Səadət" — 1907-ci ildən Bakıda fəaliyyət göstərən və xalqın maariflənməsində, milli oyanışında mühüm rolu olmuş müsəlman xeyriyyə cəmiyyəti. "Səadət" cəmiyyəti 7 iyun 1907-ci ildə yaradılmışdır. Cəmiyyətin yaranması və fəaliyyətində görkəmli xeyriyyəçi, maarifpərvər Hacı Zeynalabdin Tağıyevin böyük rolu olmuşdur. "Səadət"in əsas məqsədi xalqı maarifləndirmək, onun mədəni inkişafında özünəməxsusluğunu qorumaq olmuşdur. Cəmiyyət köhnə üsullu məktəb və mədrəsələrin yenidən qurulmasına, təkmilləşdirilməsinə, onların yayılmasına, kitabxanalar, qiraətxanalar açılmasına çalışırdı. 1908-ci ildə cəmiyyət tərəfindən Bakıda açılmış "Səadət" məktəbində Fərhad Ağazadə, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları, Axund Molla Ağa Əlizadə, Molla Qədir İsmayılzadə, Məmməd Hənəfı Terequlov, Əli Hüseynov, Kərim bəy Məlikov və b. müəllimlik edirdilər. Məktəbin müdiri Əli bəy Hüseynzadə idi. Cəmiyyətin bütün məktəb proqramlarına Qori seminariyasının məzunu Fərhad Ağazadə rəhbərlik edirdi. Cəmiyyətin fəaliyyətində mütərəqqi din xadimləri yaxından iştirak edirdilər.
Səadət Kadırova
Səadət Qədirova (rus. Саадат Кадырова) — Azərbaycan əsilli Rusiya jurnalisti; Rusiyanın İTAR-TASS agentliyinin aparıcı jurnalisti, Dövlət Dumasında Etnik Azlıqlar Komitəsinin Ekspert Şurasının üzvü, beynəlxalq münasibətlər üzrə ekspert. Səadət Qədirova Moskva Dövlət Universitetinin müəllimi, Beynəlxalq və Rusiyalı Jurnalistlər Birliyinin üzvüdür. Səadət Qədirova uzun illərdir Rusiyanın ictimai-siyasi həyatında cərəyan edən prosesləri işıqlandıran və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan jurnalist kimi fəaliyyət göstərir.
Səadət Kərimi
Səadət Kərimi (tam adı: Səadət Məmməd qızı Kərimi, d. 17.11.1970, Göyçay ş. Azərbaycan SSR) — İsveçin Umea Universitetində elmi işçi və lektor/dosent. Səadət Məmməd qızı Kərimi 1970-ci ilin 17 noyabr tarixində Azərbaycan Respublikasının Göyçay şəhərində anadan olmuşdur. Göyçay şəhərində 3 nömrəli rus orta məktəbini bitirdikdən sonra 1988 –ci ildə Sankt-Peterburq Dövlət Universitetinə qəbul olmuş, 1993-cü ildə aspiranturaya qəbul olmuş və 1999-cü ilin 7 may tarixində Azərbaycan Milli Emlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda dissertasiyasını müdafiə etmişdir, fizika və riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 1993-cü ildən 1997-ci ilə qədər həmin institutda kiçik elmi işçi, 1997- 2000-ci ilə qədər böyük elmi işçi vəzifəsində işləmişdir. 1993-cü ildən 2000-ci ilə qədər “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri” jurnalının fizika-riyaziyyat və texnika elmləri seriyasının məsul katibi və rus/ingilis dillərinə tərcüməçisi, həmçinin Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalının məsul katibi və tərcüməçisi işləmişdir. 2000-ci ildə Azərbaycan əsilli soydaşla ailə qurduqdan sonra İsveçə köçmüşdür. İsveçdə elmi fəaliyyətini davam etdirmişdir, 2005-ci ildə doktorluq işini müdafiə etmişdir və hal-hazırda İsveçin Umea Universitetində elmi işçi və lektor/dosent olaraq fəaliyyət göstərir. Çox sayda elmi əsərlərin müəllifidir.
Səadət Məmmədova
Səadət Məmmədova (sosioloq)
Səadət Partiyası
Səadət Partiyası — Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Səadət Partiyası 2001-ci il iyul ayının 20-də Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın başçılığı ilə Millî Görüş hərəkatı daxilində Fəzilət Partiyasının davamçısı olaraq yaradılmışdır. Fəzilət Partiyasının Türkiyə Böyük Millət Məclisindəki üzvlərinin bu partiyaya keçməsilə Səadət Partiyası parlamentdə təmsil olunmuşdur. Partiyanın parlament qrup sədri ilahiyyatçı Nihat Hatipoğlunun qardaşı Ömər Hatiboğlu olmuşdur. Nəcməddin Ərbakanın siyasi fəaliyyətinə qadağa tətbiq edildiyi üçün o, partiya sədrliyindən istefa vermiş, 2003-cü ildə Rəcai Qutan sədr seçilmişdir. Daha sonra Numan Qurtulmuş partiya sədri seçilsə də, 2011-ci ildə parlament seçkiləri ərəfəsində p, partiyadan ayrılaraq hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olmuşdur. 2011-ci ilin Mart ayında Mustafa Kamalak partiyaya sədr seçilmişdir. 2002-ci il seçkilərində seçicilərini təxribat yolu ilə AKPyə uduzaraq 2% səs almış, TBMMdən kənarda qalmışdır. 2007-ci ildə də eyni nəticəni göstərib. 2013-cü ildə Bingöl Bələdiyyəsi və AKP Bingöl təşkilatı tam tərkiblə Səadət Partiyasına qatılmışdır.
Səadət Qəndilova
Səadət Tağı qızı Qəndilova — Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrlə iş üzrə prorektoru. Səadət Tağı qızı Qəndilova 1967-cı ildə Bakıdakı 190 saylı orta məktəbi bitirib. D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsini bitirib. 1974-cü ildən universitetdə müəllim işləməyə başlayıb. ADİU-nun Həmkarlar İttifaqı Komitəsi sədrinin müavinidir. Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının “İdarəetmə” bölməsinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Ağsaqqallar Şurasının üzvüdür. "Tərəqqi" medalı ilə təltif olunub.
Səadət Sarayı
Səadət Sarayı və ya Muxtarovun evi — Milyonçu Murtuza Muxtarovun 1911–1912-ci illərdə osetin mənşəli həyat yoldaşı Yelezaveta xanım Tuqanova üçün inşa etdirdiyi saraydır. Sarayın layihə müəllifi memar İosif Ploşkodur. Səadət sarayı Bakıda tarixi yaxşı araşdırılmış azsaylı binalardan biridir. Sarayın tarixi haqqında təkcə Rusiya mətbuatında müxtəlif dövrlərdə 50-dək material çap edilib. Geniş yayılmış məlumata görə, məşhur milyonçu Murtuza Muxtarov öz həyat yoldaşı Liza xanımı çox sevirmiş, onu tez-tez özü ilə Avropaya səyahətə apararmış. Bir dəfə onlar Venesiyada gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir bina görürlər. "Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!" – deyə Liza heyranlığını əri ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza bəy heç nə demir. Bakıya qayıtdıqdan sonra milyonçu Venesiyaya adam göndərib həmin binanın dəqiq surətini əks etdirən çertyojları gətizdirir. 1912-ci ildə binanın tikintisi başa çatır.
Səadət Təhmirazqızı
Səadət Təhmirazqızı (Şirinova Səadət Təhmiraz qızı) — sənətşünaslıq üzrə fəlsəfə doktoru, "Musiqi dünyası" radiojurnalının aparıcısı, ssenari müəllifi, əməkdar mədəniyyət işçisi. S. Hacıbəyov adına Musiqi Texnikumunun "Tarixi nəzəriyyə" fakültəsini bitirdikdən sonra təhsilini BMA-da həmin ixtisas üzrə davam etdirərək bakalavr və magistr mərhələlərini fərqlənmə diplomları ilə bitirmişdir. 1997-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində çalışır. Çoxlu sayda elmi məqalə və oçerklərin müəllifıdir. 2002-ci ildə "Süleyman Ələsgərov xatirələrdə", 2005-ci ildə "Nəğmədir həyat" adlı kitabları işıq üzü görmüşdür. Bu isə müəllifm üçüncü kitabıdır. Musiqişünaslıq sahəsindəki xidmətlərinə görə "Qızıl qələm", "Məhsəti Gəncəvi" və "Gənclər mükafatı"nın laureatıdır. Kitabları "Süleyman Ələsgərov xatirələrdə", 2002-ci il "Nəğmədir həyat" 2005-ci il "Sənətin Əliövsət zirvəsi" Məqalələr Sənətkar ömrü: Səid Rüstəmov. Mədəniyyət.- 2010.- 15 may.- S. 14. Firəngiz Əlizadənin sənət dünyasına səyahət.
Səadət Vəliyeva
Səadət Vəliyeva (tam adı: Səadət Mövsüm qızı Vəliyeva; 31 iyul 1956) — kimyaçı alim, AMEA−nın Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru. Səadət Vəliyeva 1956-cı il iyulun 31-də Bakı şəhərində anadan olub.1963–1973-cü illərdə Bakı şəhər 164 saylı məktəbdə orta təhsil almışdır 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub və 1978-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1978-ci ildən AMEA-nın akad. Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun "Motor yağlarına yuyucu- dispersiyaedici aşqarlar" laboratoriyasında işləyir. 1983−cü ildə "Sintetik alkilaromatik birləş- mələr əsasında sulfonat aşqarlarının sintezi, tədqiqi və alınma texnologiyasının işlənilməsi" mövzusunda namizədlik dissertasiyası m-üdafiə etmişdir və o, texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. 2006-cı ildə Səadət Vəliyevaya dosent elmi adı verilmişdir. Hal-hazırda aparıcı elmi işçi vəzifəsində çalışır. Səadət Vəliyevanın iştirakı ilə sürtkü yağlarına çoxfunksiyalı yüksək təsirli alkilfenolsulfonat aşqarlarının ekoloji təhlükəsiz alınma prosesi işlənilmiş, aşqarların effektliyinin onların quruluşundan və qələvi ədədindən asılılığı müəyyən edilmişdir. Sintez edilmiş sulfonatların iştirakı ilə müxtəlif qrup motor yağları yaradılıb tədqiq edilmişdir Səadət Vəliyeva 168 elmi əsərin, o cümlədən 13 müəlliflik şəhadətnaməsinin, 12 patentin, 80 məqalənin və 63 tezisin müəllifidir. Агаев.
Səadət Zülfüqarova
Sədaqət Şamil qızı Zülfüqarova (10 iyul 1924 – 27 dekabr 1986) — aktrisa. Teatr və kino aktrisası Sədaqət Zülfüqarova 30-a qədər filmdə əsasən epizodik rollarda çəkilmişdir.
Muarem Muarem
Muarem Muarem (22 oktyabr 1988, Skopye) — makedoniyalı futbolçu. "Qarabağ" futbol klubunun oyunçusudur. Muarem Makedoniyada doğulsa da, əslən türkdür. Muarem Muarem 3 dəfə 17 yaşlılar, 3 dəfə 19 yaşlılar, 3 dəfə isə 21 yaşlılardan ibarət milli komandanın heyətində çıxış edib. 21 yaşadək futbolçulardan ibarət komandanın heyətində 4 dəfə fərqlənib. O, əas milli komandada 7 oyun keçirib və qol vurmayıb.
Luayet
Luayet (fr. Loyettes) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Muadan
Muadan (fr. Moydans, oks. Moidans) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Rozan kantonuna daxildir. INSEE kodu — 05091. 2008-ci ildə əhalinin sayı 50 nəfər təşkil edirdi. 2007-ci ildə 29 yaşda (15–64 yaş arasında) 23 nəfər iqtisadi fəal, 6 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79,3%, 1999-cu ildə 82,1%). Aktiv olan 23 nəfərdən 21 nəfəri (14 kişi və 7 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
Muşket
Muşket (lat. musca; mənası – milçək) — iriçaplı, fitilli tüfəng. 1520-ci illlərdə İspaniyada yaranmış, ardınca Avropada geniş yayılmışdır. Kaliribli 22 millimetrədək, məsafəsi 250 metrədək idi. Lülənin ağzından doldurulurdu. Sonralar çaxmaqdaşılı tüfənglə əvəz edilmişdir. Rusiyada XIX əsrin əvvəllərinə qədər çaxmaqdaşılı tüfənglər də muşket adlandırılırdı. Мушкет // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Tualet
Tualet və ya Ayaqyolu — İlk tualetin nə vaxt yarandığı bilinmir. Oturacaqlı tualetin eradan 2600 il əvvəl Şumer çariçasına aid olduğu iddia edilir. Şotlandiya ərazisindən isə 5000 il yaşı olan stulabənzər tualetin qalıqları tapılmışdır. E.ə. 2100-cü ilə aid tualetə Misirdə, daha sonralar isə Parisdə və Hindistan yarımadasında da rast gəlinmişdir. Romada ilk ictimai tualet təkcə ehtiyacları ödəmək üçün deyil, həm də fəlsəfi söhbətlər aparmaq üçün əlverişli yer olmuşdur. Daş stullar formasında olan tualetlərdə ilk olaraq nökərlər oturub daşı isidir, sonra isə varlı romalılar öz təbii ehtiyaclarını burada ödəyirdi. Bu tualetlərin xüsusi kanallara çıxışı var idi ki, onları da su yuyub aparırdı. Roma tualetlərindən ancaq imkanlı romalılar istifadə edirdi. Yerdə qalan əhali isə tualet ehtiyaclarını küçədə ödəyirdilər.
Sudet
Sudet Mərkəzi Avropada bir dağ silsiləsidir. Sudet dağları Almaniyanın şərqindən Polşa və Çexiyaya qədər uzanır. Ən hündür zirvəsi Çexiya-Polşa sərhədində yerləşən Karkonoşe dağlarındakı Sněžka adlı yerdir. Sudet dağları 1602 metrə qədər hündürlüyə malikdir. Dağ silsiləsinin Çexiya hissəsindəki aktiv geomorfoloji hissəsi Krkonošsko-jesenická soustavadır. (“Krkonoše-Jeseníky”). Karkonoşe dağları son on ildir ki, qış idman oyunlarına ev sahibliyi edir.
Uacet
Uto ya Uacet — Qədim Misirə aid Nil deltasında yerləşmiş qədim Buto şəhərinin və ümumiyyətlə Aşağı Misirin hökmdarlarının mühafizəkarı gözlüklü ilan - kobra cildində ilahə. Qədim əfsanəyə görə papirusrəngli ilahə İsidaya Horu Setdən xilas edərkən Nilin delta bataqlığında gizlədilməsində ona kömək etmiş və Horu bəsləmişdir. Buna uyğun yunan mfologiyasındakı rəvayət isə Leto ilə bağlıdır. Leto (yun. Λητώ miken yazılarında ra-to) - yunan mifologiyasında titan ilahə, Koy və Febanın qızı, Zevsin Heranın qorxusundan atmış olduğu sevgilisi (arvadı), ekizlərin Apollon və Artemidanın anası. Fironlar öz hakimiyyətlərinin mənbəyini, döyüşlərdə məğlubedilməzliklərini Aşağı Misirin mühafizəçisi Uacetin mərhəmətində görürlərmiş. Bu məqsədlə də Misir hökmdarları onun əksini baş örtüyünün alın hissəsində daşıyarmışlar.
Maket
Maket (fr. maquette — miqyaslı model, it. macchietta, macchia) — adətən təmsil olunan obyektin funksionallığından məhrum olan kiçik miqyaslı və ya tam ölçülü obyektin modeli (kiçik miqyaslı modellərdə yüksəlmənin fiziki modelləşdirilməsi qeyri-mümkündür; yüksəlmənin bütün xüsusiyyətlərini təyin etməyin ən etibarlı yolu sahədir). Maket — bir şeyin modeli, ilkin nümunəsi, sınaq nümunəsi. Bir obyekti təmsil etmək üçün nəzərdə tutulmuşdur; orijinal obyektin təsvirinin əsassız dərəcədə bahalı, qeyri-mümkün və ya sadəcə olaraq qeyri-mümkün olduğu hallarda istifadə olunur. Maketləmək — tərtibatın yaradılması prosesi Şəffaf maket — prototipin daxili quruluşunu, iş prinsipini göstərir. Aktual maket — prototipin işləmə prinsipini göstərir. Elektron maket — məhsul və onun komponentləri haqqında elektron formada ümumiləşdirilmiş məlumat.
Muadye-Deturb
Muadye-Deturb (fr. Moidieu-Détourbe) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38238. Kommunanın 2012-ci il üçün əhalisi 1815 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 235 ilə 423 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 33 km cənub-şərqdə, Qrenobldan 70 km şimal-qərbdə yerləşir.
Mukden döyüşü
Mukden döyüşü — Rus-yapon müharibəsinin ən böyük, ən uzun və ən qanlı döyüşü. Döyüş ümumi uzunluğu 150 kilometrə qədər çatan cəbhə boyu olmuşdu. Hər iki tərəfdən təxminən yarım milyona yaxın əsgər və zabit, iki min yarım artilleriya, 250 pulemyot iştirak etmişdi. Döyüşən orduların ümumi itkiləri 160 min nəfəri (yəni iştirakçıların sayının 30% -ni) keçmişdi, onlardan 24 mindən çoxu həlak olmuş, 131 mindən çoxu yaralanmışdı. Tərəflərdən heç biri bu döyüşdə davamlı qələbə qazana bilmədi, ancaq yaponların Mukdeni ələ keçirməsi onlara öz qələbələrini elan etmələrinə imkan verdi. Mukden döyüşündən əvvəl Port Arturun təslim olması (5 yanvar) və Sandepə uğursuz hücum (25–29 yanvar) daxil olmaqla bir sıra uğursuz döyüşlərdən sonra Rusiya ordusunun birləşmələri qismən dağınıq vəziyyətdə idi. Lyaoyandan geri çəkildikdən sonra rus ordusunun bölmələri Mukden bölgəsində cəmləndi. Döyüşün əvvəlinə qədər rus qüvvələri təxminən 280 min döyüş heyəti, 1475 artilleriya qurğusu və 56 pulemyotla 150 km uzanan cəbhəni tuturdu. Burdakı qüvvələrə ümumi komandanlığı general Kuropatkin icra edirdi. O, Mancur ordusunu üç hissəyə ayırmışdı.
Saadet Partisi
Səadət Partiyası — Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Səadət Partiyası 2001-ci il iyul ayının 20-də Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın başçılığı ilə Millî Görüş hərəkatı daxilində Fəzilət Partiyasının davamçısı olaraq yaradılmışdır. Fəzilət Partiyasının Türkiyə Böyük Millət Məclisindəki üzvlərinin bu partiyaya keçməsilə Səadət Partiyası parlamentdə təmsil olunmuşdur. Partiyanın parlament qrup sədri ilahiyyatçı Nihat Hatipoğlunun qardaşı Ömər Hatiboğlu olmuşdur. Nəcməddin Ərbakanın siyasi fəaliyyətinə qadağa tətbiq edildiyi üçün o, partiya sədrliyindən istefa vermiş, 2003-cü ildə Rəcai Qutan sədr seçilmişdir. Daha sonra Numan Qurtulmuş partiya sədri seçilsə də, 2011-ci ildə parlament seçkiləri ərəfəsində p, partiyadan ayrılaraq hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olmuşdur. 2011-ci ilin Mart ayında Mustafa Kamalak partiyaya sədr seçilmişdir. 2002-ci il seçkilərində seçicilərini təxribat yolu ilə AKPyə uduzaraq 2% səs almış, TBMMdən kənarda qalmışdır. 2007-ci ildə də eyni nəticəni göstərib. 2013-cü ildə Bingöl Bələdiyyəsi və AKP Bingöl təşkilatı tam tərkiblə Səadət Partiyasına qatılmışdır.