Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Energetik
Energetik içki — Energetik Əli-Bayramlı FK — Əli Bayramlıda (indiki Şirvan) futbol klubu.
Mühəndis
Mühəndislik (mühəndis ərəbcə həndəsəni bilən şəxs deməkdir) — bir peşə sahəsi olub, elmi-nəzəri cəhətdən əsaslanmış və empirik təsdiq edilmiş biliklərin və üsulların sistematik olaraq mənimsənilməsi və tətbiq olunmasını əhatə edir. Çağdaş cəmiyyətdə mühəndislik ali texniki Universitetlərin və ya mühəndislik fakültəsi olan Universitetlərin həmçinin İnstitutların hazırladıqları ixtisasçılar qrupu tərəfindən yerinə yetirilir. Mühəndislərin əsas məşğul olduğu sahələr maşınqayırma, informasiya texnologiyaları və sistemləri, elektrik-elektronika, dağ-mədən və metal emalı, tikinti, neft-kimya, robot texnologiyası, nanotexnologiya, müdafiə sənayesi və mühəndis iqtisadiyyatından ibarətdir. Mühəndislər təbiətdə mövcud olan material və güclərdən istifadə etməklə, onları hər hansı bir məqsəd üçün texniki cəhətdən tətbiq etməyə çalışır. Mühəndislər analitiki düşüncəyə, praktikyönümlü kifayət qədər nəzəri və tətbiqi biliyə malik olmalı və bu biliklərin verilmiş məsələlərin həllində qısa zamanda tətbiq edəbilmə qabiliyyəti ilə fərqlənməlidirlər. VIII əsrdən başlayaraq güclənən ərəb xəlifəsi ölkədə elmin, o cümlədən mühəndisliyin inkişafı üçün əlverişli şərait yaratmışdır. Bu dövrdə yaşamış müsəlman mühəndislərinin işləri heç də sonralar Avropada mövcud olan mühəndislərinkindən geri qalmamışdır. Buraya Banu Musa qardaşları, Əl Cəzari, Tağıyəddin, Əl Qaracı, İbn Sina, Əl-Biruni kimi görkəmli şəxslərin işlərini göstərmək olar.Avropalılar Əndəlüsün Xaçlı yürüyüşləri zamanı işğalından sonra islam dünyasındaki bir çox elmi kəşflər və mədəniyyət nümunələriylə ilk dəfə tanış olmuşdur. Nümunə kimi Riyaziyyat elmlərindən olan Əl-Cəbr Avropada tanınmış və Algebra olaraq adlandırılmışdır. Qərbdə mühəndis kimi Ingenieur kəlməsi (it.-fr.
Energetik içki
Energetik içki ("energetik") — tərkibində stimullaşdırıcı preparatlar (adətən kofein) olan, zehni və fiziki stimullaşdırma təmin edən spirtsiz (tərkibində cüzi miqdarda spirt də ola bilər) içki növüdür. Energetik içki "enerji" kimi satılsa da, qida enerjisindən fərqli olan məhsuldur. Energetik içkilər qazlı və ya qazsız olur, tərkibində şəkər və ya digər dadlandırıcılar, bitki ekstraktları, taurin və amin turşuları ola bilər. Onlar energetik məhsulların böyük bir qrupunun althissəsidir və idman üzrə göstəriciləri yüksəltmək üçün reklam edilən içkilərdən fərqlənir. Energetik içkilərin bir çox markası (brend) və çeşidi var. Qəhvə, çay və tərkibində kofein olan digər təbii içkilər energetik içkilər hesab edilmir. Kola kimi digər yumşaq içkilərin də tərkibində kofein ola bilər, ancaq həmin içkilər də energetik içkilər deyil. Buckfast Tonic Wine kimi bəzi spirtli içkilərin tərkibində kofein və digər stimullaşdırıcılar olur. Mayo Clinic tibbi praktika və tədqiqat qrupunun (Minnesota, ABŞ) apardığı araşdırmaların nəticəsinə görə, yetkinlik yaşına çatmış tipik sağlam adam üçün gündə 400 mq kofein içmək təhlükəsizdir (Mayo Clinic – 4500-dən artıq həkim və alimlərin çalışdığı, ümumilikdə 60 min nəfərə yaxın tibbi işçisi olan təşkilatdır). Avropa Qida Təhlükəsizliyi Təşkilatı (European Food Safety Authority) tərəfindən də təsdiq edilmişdir ki, gündə 400 mq-a kimi kofein qəbulu yetkinlik yaşına çatmış adamların (böyüklərin) təhlükəsizliyi üçün problem yaratmır, belə ki, bu, 4 fincan qəhvəyə (hər biri 90 mq) və ya 5 standart (250 ml) energetik içki bankasına (hər biri 80 mq) ekvivalentdir == Variantları == ==== "Enerji atəşi" ==== "Enerji atəşi" və ya "Enerji partlayışı" Energy shot xüsusi bir energetik içki növüdür.
Hərbi mühəndis
Əməkdar mühəndis
Əməkdar mühəndis — fəxri adı sənaye, tikinti, nəqliyyat, rabitə, meliorasiya, aqrar sahə müəssisələrində, elmi-tədqiqat və digər təşkilatlarda xüsusi xidmətlər göstərmiş və ixtisas üzrə azı 15 il işləmiş mühəndislərə verilir.
Mühəndis Qoşunları
Mühəndis geologiyası
Mühəndisi geologiya - geologiya elminin insanın mühəndis fəaliyyətilə əlaqədar olaraq Yer qabığının üst qatlarının geoloji şəraitini və dinamikasını öyrənən sahəsi. Mühəndisi geologiya tədqiqatların əsasında tikinti obyektlərinin daha münasib yeri, əlverişli konstruksiyası, inşaat işlərinin üsulları və həmçinin tikintinin təsiri nəticəsində baş verə və onun normal istismarına mane ola biləcək geoloji proseslərə qarşı mübarizə tədbirləri müəyyən edilir. Mühəndisi geologiya tədqiqatlar əsasında: a) tikintinin ağırlığı altında süxurların sıxlaşma həddi və sürəti; b) süxurun özül altından sıxışdırılıb çıxardılmasına qarşı müqaviməti; c) özül, karxana, kanal və b. qazımalarda divarların möhkəmliyi; ç) su hövzəsi bəndinin hövzə suyunun təzyiqinə qarşı davamlılığı; d) su hövzəsi sahillərinin yuyulması; e) qrunt suyu səviyyəsinin qalxdığı ərazilərdə tikinti özüllərinin möhkəmlik şəraiti; ə) seysmik, karstlaşma, sürüşmə və b. zonalarda tikilən obyektlərin davamlılığı öyrənilir. Geologiya Mühəndislik Yer qabığı Geoloji proseslər Qrunt suyu Seysmik zona Sürüşmə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Energetik Mingəçevir FK
Mingəçevir FK — və ya rəsmi adı ilə Mingəçevir Futbol Klubu. 2022-ci ildə yaranan, tarixən 1966-cı ildə təməli qoyulan Azərbaycanın Mingəçevir şəhərini təmsil edən klubdur. "Energetik" futbol klubunun varisidir. == İdarə Heyəti == İdarə Heyəti Sədri: Ruslan Həmidov İdman Direktoru: Zaur Qarayev Köməkçi Məşqçi: Samir Məmmədov, Namiq İbrahimli Mətbuat Katibi: Elnur Qasımov == Tarixi == Mingəçevirdə futbola maraq 1960-cı il və əvvəllərində artıq var idi. "Kabelçi" adlı klub, Kabel Zavodunun himayəsində fəaliyyət göstərirdi. Klubun xüsusən Şəkinin "Xansaray" klubu ilə oyunlarının prinsipiyal olduğu bilinir. 1966-cı ildə "Neftçi" klubunun SSRİ birinciliyinin bürünc medal qazanması ilə futbola maraq bir az daha artdı. Həmin il ilk yaranan klub isə Mingəçevir Tekstil Zavodunun himayəsində olan "Tekstilşik" olub. Bu komanda SSRİ kubokunda 2 dəfə çıxış edib. "Tekstilşik" klubundan əlavə, 1968-ci ildə, Mingəçevir Politexnik İnstitutunun nəznində yaranan yığma komanda, Azərbaycan kubokuna sahib çıxmışdır.
Energetik sürtkü yağları
Firudin Hüseynov (energetik)
Firudin Həmzə oğlu Hüseynov (17 iyul 1918, Yelizavetpol – 1984, Bakı) — AMEA-nın müxbir üzvü (1980), professor (1966), texnika üzrə elmlər doktoru (1965). == Həyatı == Firudin Hüseynov 1918-ci il iyulun 17-də Gəncə şəhərində anadan olmuşdur. 1936-cı ildə Bakı Energetika Texnikumunu və 1942-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bitirmişdir. == Elmi fəaliyyəti == Firudin Hüseynov 1950-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1965-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 1966-cı ildə porofessor elmi adını almış, 1980-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Firudin Hüseynov 6 monoqrafiya və 300-dən artıq elmi əsərin müəllfidir. Onun rəhbər­liyi altın­da 40 nəfər fəlsəfə və elmlər doktorluğu dissertasiyası müdafiə edilmişdir. == Əmək fəaliyyəti == Firudin Hüseynov 1947-ci ildən ASİ-də assistent, dosent, professor, 1957-ci ildən Azərbaycan Elmi Tədqiqat Energetika İnstitutunda elektrik sistemləri laboratoriyasının müdiri vəzifələrində çalışmışdır. Firudin Hüseynov ilk dəfə müasir mürəkkəb sistemlərin ekvivalentləşdirilməsi metodunun əsasını işləyib, Azərbaycanın energetika sahəsində müxtəlif elmi araşdırmalar aparıb. == Vəfatı == Firudin Hüseynov 1984-cü ildə Bakıda vəfat etmişdir. == Təltifləri == Firudin Hüseynov "Qafqazın müdafiəsinə görə", "Rəşadətli əməyə görə", "Əməkdə fərqlənməyə görə" medalları ilə təltif olunmuşdur.
Kamal Abdullayev (energetik)
Kamal Mehman oğlu Abdullayev (19 dekabr 1936, Əcəxur, Hil rayonu) — texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2000), "Şöhrət" ordenli. == Həyatı == Kamal Abdullayev 1936-cı il dekabrın 19-da Qusar rayonunun Əcəxur kəndində ziyalı ailəsində anadan olmuşdur. Atası Mehman Hacıbala oğlu Abdullazadə Qusarda maarifçilik sahəsində böyük xidmətlər göstərmiş, uzun illər müəllim və məktəb direktoru vəzifələrində işləmiş və böyük nüfuza malik şəxsiyyət olmuşdur. Atası Mehman Abdullazadə əks-inqilabçı adı ilə 1937-ci ildə güllələnmiş və 1956-cı ildə isə bəraət almışdır. Hazırda Əcəxur kənd orta məktəbi Mehman Abdullazadənin adını daşıyır, məktəbin həyətində onun heykəli qoyulmuşdur. Atası güllələndikdən sonra Kamal Abdullayevin ailəsi rayondan sürgün olunmuş, evləri, əşyaları və atasının kitabxanası müsadirə edilmişdir. Sürgündən qayıtdıqdan sonra Kamal Abdullayev kənd məktəbini əla qiymətlərlə bitirib, "İstilik texnikası" ixtisası üzrə Bakı Energetika Texnikumuna qəbul edilmiş və texnikumu fərqlənmə diplomu ilə bitirmişdir. O, Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyasına) imtahansız qəbul edilmişdir. Görkəmli elm xadimi, professor K. M. Abdullayev XX əsrin səksəninci illərinin sonunda Azərbaycanda yaranan gərgin ictimai-siyasi mühitdə respublikanın şimalında fəallaşan "sadval"çılara qarşı kəskin mövqedə dayanaraq, onlara layiqli cavab verirdi. O, 2003 və 2008-ci illərdə keçirilən prezident seçkilərində hörmətli Prezidentin səlahiyyətli vəkili, sonuncu prezident seçkilərində isə Qusar rayonu üzrə müşahidəçi olmuş, dövlətçiliyimizə, YAP-a sadiq, ləzgi millətinin nüfuzlu, ziyalı ağsaqqalı və böyük hörmətə layiq görkəmli, çox məhsuldar alimi və pedaqoqu olduğunu təsdiq etmişdir.
Kərim Ramazanov (energetik)
Kərim Nəzir oğlu Ramazanov (1 mart 1947, İlisu, Qax rayonu – 29 yanvar 2012, Bakı) — texnika elmləri doktoru (1991), AMEA-nın müxbir üzvü (2001), iqtisadi inkişaf nazirinin energetika məsələləri üzrə baş müşaviri, Azərbaycan Respublikası I çağırış Milli Məclisinin deputatı. == Həyatı == Kərim Ramazanov 1 mart 1947-ci ildə Azərbaycan Respublikası Qax rayonunun İlisu kəndində anadan olub. 1963-cü ildə İlisu kənd orta məktəbini bitirib. 1969-cu ildə Mühəndis elektromexanik ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsini bitirib. Universiteti bitirdikdən sonra ordu sıralarında xidmət edib. == Əmək fəaliyyəti == Kərim Ramazanov 1970-ci ildə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda əmək fəaliyyətinə başlayıb və müxtəlif vəzifələrdə çalışıb. O, 1980-ci ildə laboratoriya müdiri, 1981–1993-cü illərdə institutun elmi işlər üzrə direktor müavini, 1993–2002-ci illərdə isə direktor vəzifəsini icra edib. 1995-ci ildə birinci çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 60 saylı Qax-Zaqatala Seçki Dairəsindən deputat seçilib. Parlamentin Büdcə Komissiyasının və İntizam Komissiyasının üzvü olub. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya daimi komissiyasının da üzvü olan Kərim Ramazanov ölkənin energetika sahəsinin fəaliyyətinə dair mühüm qanunların hazırlanmasında və qəbul olunmasında yaxından iştirak edib.
Hüseyn Hüseynov (energetik)
Hüseyn Hüseynov ( tam adı: Hüseyn Cəlil oğlu Hüseynov; 20 dekabr 1978, Füzuli rayonu və ya Qaraxanbəyli, Füzuli rayonu) — Texnika elmləri doktoru, dosent, Gənclər Mükafatı laureatı (2013), "odluq qurğusu" patentinin müəllifi, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru (2024-cü il aprelin 2-dən). == Həyat və fəaliyyəti == Hüseyn Hüseynov 20 dekabr 1978-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olmuşdur. 1985-ci ildə Qaraxanbəyli kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1996-cı ildə Binəqədi rayonu 179 saylı məktəbi bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasının "Energetika" fakültəsinə daxil olmuş, 2000-ci ildə "Yüksək gərginliklərin fizikası və texnikası" ixtisası üzrə bakalavr pilləsindən məzun olmuşdur. 2002-ci ildə isə eyni Akademiyanın magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüseyn Hüseynov 2002-2015-ci illərdə AMEA Fizika İnstitutunda mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2015-2016-cı illərdə AMEA Rəyasət Heyəti aparatının Elm və Təsil İdarəsinin Elmi-analiktik şöbəsinin rəis müavini, 2016-2017-ci illərdə AMEA Rəyasət Heyəti aparatının Elm və Təsil İdarəsinin magistratura şöbəsinin rəisi, 2017-2021-ci illərdə AMEA Rəyasət Heyəti aparatının Elm və Təsil İdarəsinin rəis müavini, 2021-2022-ci illərdə AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat İdarəsinin rəis müavini, 2022-2023-cü illərdə AMEA Rəyasət Heyəti aparatının Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin müdiri, 2023-2024-cü illərdə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri vəzifələrini icra etmişdir. O, həmçinin Azərbaycan Texniki Universitetinin dosentidir. O, həmçinin 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi Gənc Alim və Mütəxəssislərin I qrant müsabiqəsinin (EİF/GAM-1-2011-2(4)-26/02/1-M-02) və 2014-cü ildə isə 5-ci Mobillik qrantının EİF-Mob-5-2014-2(17)-14/01/1 qalibi olmuşdur. Müxtəlif illərdə Norveç və İspaniya krallıqları, Türkiyə Respublikası, Şimali Kipr Türk Respublikası, Gürcüstan Respublikası, İran İslam Respublikası, Rusiya Federasiyasında keçirilən beynəlxalq elmi konfrans və treyninqlərin iştirakçısı olmuşdur.
Fəxrəddin Məmmədov (mühəndis)
Fəxrəddin Sadıq oğlu Məmmədov — professor, Yaxın Doğu Universitetinin prorektoru, Şimali Kipr Türk Respublikasında Azərbaycan diasporunun rəhbəri və Azərbaycan-Quzey Kıbrıs Mədəniyyət Mərkəzinin sədri. == Həyatı == Fəxrəddin Məmmədov 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Neft Akademiyası) bitirmişdir. Həmin institutda aspiranturada oxumuş, orada da dosent vəzifəsinə qədər yüksələrək çalışmışdır. Dosent olduqdan sonra 1987-ci ildə Kiyev Dövlət Universitetində intensiv 10 aylıq fransız dili kursu keçmiş, dili daha da təkmilləşdirmək üçün 3 ay Fransanın Paul Valerie Universitetində oxumuşdur. 1988-ci ildə Sovet mütəxəssislərinin tərkibində Əlcəzairə getmiş, Əlcəzair və Mərakeşdə 1994-cü ilə qədər müxtəlif universitetlərdə çalışmışdır. O, müəllimliklə yanaşı 5 il Sovet Missiyasının sədri vəzifəsində də çalışmışdır. 1995-ci ildən Şimali Kipr Türk Respublikasında İngilis dilində təhsil verən Yaxın Doğu Universitetində çalışmağa başlamışdır. 1995–2000-ci illərdə universitetdə elektronik və xəbərləşmə kafedrasının müdiri kimi çalışmışdır. Professor bundan sonra 2000-ci ildən 2013-cü ilə qədər mühəndislik fakültəsinin dekanı olmuş, eyni zamanda 2001-ci ildən hal-hazıra qədər universitetin akademik işlər üzrə prorektorudur. == İstinadlar == == Ədəbiyyat == P.Sultanova, "Kıbrıslılar Azərbaycana ən yaxın türk xalqlarındandır" (Fəxrəddin Məmmədovla müsahibə), 525-ci qəzet.
Kamil Məmmədov (mühəndis)
Kamil Seyid oğlu Məmmədov (18 avqust 1931, Qutqaşen) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi. O, 1972–1985-ci illərdə isə yeyinti sənaye naziri olmuş, 1976, 1980 və 1985-ci illərdə isə Azərbaycan SSR Ali Sovetinin deputatı kimi fəaliyyət göstərmişdir. == Həyatı == Kamil Seyid oğlu Məmmədov 18 avqust 1931-ci ildə Qəbələ (keçmiş Qutqaşen) şəhərində anadan olmuşdur. 1951-ci ildə orada orta məktəbi əla medalla qurtararaq Leninqrad Texnologiya İnstitutuna daxil olmuş, bu təhsil müəssisəsini mühəndis-mexanik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. == Fəaliyyəti == Kamil Məmmədov 1956–1958-ci illərdə Azərbaycan SSR Ərzaq məhsulları sənayesi nazirliyində baş mexanik, 1959–1962-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Komitəsində texniki şöbənin müdiri, 1962–1964-cü illərdə isə Bakı biskvit fabrikində baş mühəndis kimi çalışmışdır. O, 1964–1969-cu illərdə Azərbaycan SSR Nazirlər Kabinetində şöbə müdirinin müavini, 1970–1971-ci illərdə Ət-süd sənayesi nazirinin müavini, 1971–1972-ci illərdə Yeyinti sənayesi nazirinin müavini, 1972–1985-ci illərdə isə Yeyinti sənaye naziri vəzifələrində işləmişdir. Məmmədov daha sonra 1985–1991-ci illərdə Azərbaycan SSR Aqrar Sənaye Komitəsinin 1-ci müavini — Respublika naziri (1985–1989), 1991–1992-ci illərdə Kənd təsərrüfatı nazirinin 1-ci müavini, 1993–1994-cü illərdə Yeyinti-sənaye şirkətinin vitse – prezidenti kimi çalışmışdır. O, 1994–1996-cı illərdə Taxıl məhsulları Dövlət şirkətinin prezidenti, 1996–1999-cu illərdə Taxıl Agentliyinin prezidenti olmuş, 1976,1980 və 1985-ci illərdə isə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Fəaliyyət göstərdiyi dövrdə Gəncə, Bərdə, Salyan, Ağdam çörək zavodları, Naxçıvan mineral sular zavodu, Zaqatala, Şəki və Qəbələ tütün-fermentasiya zavodları, Bakı maya kombinatı, Bakı tütün fabriki, Əli-Bayramlı hidrogenizasiya zavodu, Bakı çay və biskvit fabriklərinin filialları tikilmişdir. Gəncə və Əli-Bayramlı yağ-piy kombinatlarının yenidənqurma işləri aparılmışdır.
Energetik Əli-Bayramlı FK
"Energetik" futbol klubu — və ya digər adı ilə Energetik Əli Bayramlı Futbol Klubu 1980-ci ildə Əli Bayramlıda (indiki Şirvan) yaranmış Azərbaycan futbol klubudur. 1980-ci ildə çempionluq və kubok qazanmış klub, 1997-ci ildə maliyyə problemləri səbəbiylə fəaliyyətini dayandırmış 2023-cü ildə fəaliyyətini bərpa etmişdir == Tarixi == Azərbaycanda indiyə qədər bir çox klub fəaliyyətini dayandırıb. Onlardan biri 1980-ci ildə Azərbaycan çempionu olmuş keçmiş Əli-Bayramlı, indiki Şirvan şəhərinin "Energetik" klubudur. Azərbaycan çempionatında iştirak edəndə, Azərbaycan Elektrik Stansiyası klubdakı bütün futbolçuları işə götürmüşdü. Onlar üçün güzəştə gedərək işdən azad edib, məşqlərə, oyunlara yollanmalarına icazə verirdilər. Maliyyə problemlərinin də olmaması səbəbi ilə çıxdığı ilk mövsümdəcə çempionluğu aldı "Energetik". 1980-cı ildə Azərbaycan çempionluğunu, daha sonra kuboku qazandı. Bununlada o ərazidə futbola maraq daha da artmağa başladı. 1992-ci ildə ilk Azərbaycan çempionatında Energetik klubu da iştirak etdi. İlk milli çempionatın başlamasından sonra klub Azərbaycanın əsas liqasında yüksək nəticə göstərdi.
Elçin Əliyev (mühəndis)
Elçin Rəşid oğlu Əliyev (25 dekabr 1962, Bakı) – Azərbaycan Triatlon Federasiyasının sabiq prezidenti, AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, SİNAM şirkətinin rəhbəri, dosent. == Haqqında == Elçin Əliyev Bakı Dövlət Universitetinin İnformasiya Texnologiyaları və proqramlaşdırma kafedrasının professor əvəzi vəzifəsində çalışmışdır. Elçin Əliyev 2004–2008-ci illərdə Amerika Ticarət Palatasının İKT komitəsinin sədri, 2005–2007-ci illərdə Xəzər İnteqrasiya Biznes Klubunda İT və rabitə ilə bağlı məsələlər üzrə prezident, 2009–2010-cu illərdə NATO-nun elmi proqramında həmdirektor vəzifələrində çalışmışdır. O, 2004-cü ildən SINAM şirkətinin prezidenti, 2002-ci ildən isə Azərbaycanın İnternet Cəmiyyətinin sədr müavini vəzifəsini daşıyır. == Əsərləri == О безопасности передачи данных в распределенных информационных сетях // Известия НАНА сер. Физ.техн. и мат. наук, т.ХХI, "Информатика и проблемы управления", 2001, № 2, с.21–25. Стратегия информатизации в Азербайджане // Известия НАНА сер. Физ.техн.
Hidayət Rüstəmov (mühəndis)
Həsən Hüseynov (mühəndis)
Həsən Hüseynov (7 sentyabr 1944, Cəbrayıl) — Texnika elmləri doktoru, professor, Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki, Əməkdar Elm Xadimi. == Həyatı == Həsən Əhməd oğlu Hüseynov 7 sentyabr 1944-cü ildə Cəbrayıl şəhərində anadan olmuşdur. O, 1961-ci ildə akademik M.Mehdizadə adına (keçmiş M.Qorki) Cəbrayıl orta məktəbini, 1967-ci ildə isə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (AzPİ) “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisasını bitirmişdir. H.Hüseynov AzPİ-nin göndərişi əsasında Bünyad Sərdarov adına maşınqayırma zavodunda böyük mühəndis vəzifəsində mühəndis fəaliyyətinə başlamışdır. O, 1967-1968-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, 1968-1984-cü illərdə isə Ümumittifaq Elmi-Tədqiqat və Layihə Texnologiya Maşınqayırma İnstitutunda müvafiq olaraq böyük mühəndis və aparıcı mühəndis vəzifələrində işləmişdir. H.Hüseynov 1974-cü ildə AzPİ-nin aspiranturasına daxil olmuş və 1978-ci ildə Qubkin adına “Moskva Neft və Qaz” İnsitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. H.Ə.Hüseynov 1978-ci ildən AzPİ-də ardıcıllıq üzrə kiçik elmi işçi, assistent, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. O, 1984-1985-ci tədris ilində M.Torez adına Moskva Xarici Dillər İnstitutunda fransız dili üzrə 10 aylıq intensiv kurs bitirmiş və 1984-1987-ci illərdə isə Madaqaskar Dövlət Universitetində professor vəzifəsində işləmişdir. H.Ə.Hüseynov 1990-cı ildə “Maşınqayırmada ALS” kafedrasına müdir vəzifəsinə seçilmişdir. O, 1995-ci ildə “Moskva Dövlət Texnologiya Universitetində” “STANKİN”də doktorluq dissertasiyası müdafiə etmiş, 1996-cı ildə Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki seçilmiş və professor elmi adı almışdır.
Kompüter üzrə mühəndis
== İxtisas haqqında anlayış == Müasir dövrdə həyatımızın hər bir sahəsində kompüterlərdən geniş istifadə olunur və, təbii ki, kompüter üzrə ən müxtəlif ixtisaslara böyük tələbat var. Belə ixtisaslardan biri də kompüter üzrə mühəndislikdir. Kompüter üzrə mühəndis əsasən müxtəlif kompüter sistemlərinin qurulması, kompüter və onun sistemlərinin təmiri ilə məşğul olur, eləcə də həmin sistemlərin həmişə işlək vəziyyətdə olmasını təmin edir. O, bir ofis daxilində istifadə olunan kiçik şəbəkələrdən tutmuş minlərlə kompüter və müxtəlif sistemləri birləşdirən mürəkkəb şəbəkələr qurur. Lazım gəldikdə, kompüter mühəndisi müxtəlif sistemlərlə işləyən kompüterləri eyni şəbəkəyə birləşdirir, kompüter sistemlərinin keyfiyyətlə çalışmasını təmin edir. Eyni zamanda kompüter üzrə mühəndis İnternetə çıxışı təmin etməklə, işçilərin dünyada baş verən ən son proseslərdən operativ şəkildə xəbərdar olması üçün imkan yaradır. == İxtisas üçün lazım olan xüsusiyyətlər == Kompüter mühəndisi həm bütövlükdə kompüterin, həm də onun ayrı-ayrı hissələrinin iş mexanizmini dərk etmək üçün fizika və riyaziyyatı, xüsusilə də fizikanın elektrik və maqnit, riyaziyyatın isə riyazi məntiq bölmələrini dərindən mənimsəməlidir. Kompüter mühəndisinin qarşısına çıxa biləcək problemlərin mənbəyini çox zaman ilk baxışdan dəqiq bilmək olmur, çünki həmin problemlər bir neçə səbəbdən yarana bilər. Kompüter mühəndisi üzləşdiyi problemin məhz hansı səbəbdən (və ya səbəblərdən) yarandığını aydınlaşdırmaq üçün mümkün mənbələri yoxlayıb aradan qaldırmalıdır (bu prosesə problemin lokalizasiyası deyilir). Bu işdə, ixtisasını gözəl bilməklə yanaşı, məntiqi mühakimə yürüdə bilmək qabiliyyəti, mühəndis intuisiyası, səbirli, soyuqqanlı olmaq kompüter mühəndisinə çox kömək edə bilər.
Murad Mahmudov (mühəndis)
Mahmudov Murad Nəbiyeviç (1930, Bakı) — texnika elmləri doktoru, professor Mahmudov Murad Nəbiyeviç 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1954-1955-ci illərdə "Artyomneft" trestinin neft mədənlərində texnik, sahə rəisi işləmişdir. 1955-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun qaz-neft-mədən fakültəsini fərqlənmə ilə bitirmişdir. 1957-1970-ci illərdə AzNKİ-da elmi-tədqiqat sektorunun, problemli elmi tədqiqat işləri şöbəsinin rəhbəri, elmi işlər üzrə prorektor olub. 1961-ci ildə "Quyuların sementlənməsi prosesinə bəzi faktorların təsirinin tədqiqi" mövzusunda namizədlik, 1975-ci ildə isə "Quyuların sementlənməsinin bəzi hidravlik problemləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1970-1979-cu illərdə - Sumqayıt Ali texniki idarəsinin rektoru, "Mexanika" kafedrasının rəhbəri olub. 1979-1988-ci illərdə "Neftkimya-avtomat" elmi tədqiqat və layihə institutunun "Qazıma müəssisələri", "Riyazi informasiya təminatı" Avtomatik İdarəetmə Sistemləri (AİS) laboratoriyalarının rəhbəri işləmişdir. 1988-2000-ci illərdə ADNA-da "Neft və qaz quyularının qazılması" kafedrasının professoru, "İstehsalatın idarə edilməsinin iqtisadiyyatı və təşkilatı" kafedrasının rəhbəri, "Sənayenin Təşkilatçıları", "Beynəlxalq İqtisadi Münasibətlər" fakültələrinin dekanı, xalq təsərrüfatı işçilərinin hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılması üzrə mərkəzin rəhbəri, "Xarici iqtisadi əlaqələrin idarə edilməsi" laboratoriyasının elmi rəhbəri, SSRİ, Azərbaycan Təhsil Nazirliyinin İBM (ABŞ) korporasiyası ilə birgə yaratdığı Biznes Mərkəzinin baş direktoru, ADNA-da "Neft emalı və neft-kimya sahələrində iqtisadiyyat və menecment" kafedrasının professoru olmuşdur. 2002-2003-cü illərdə Rostov Dövlət İqtisad Universitetinin Dağıstan filialının rektoru işləmişdir. 2003-cü ildən bu günə qədər ADNA-da xarici iqtisadi əlaqələr problem laboratoriyasının elmi rəhbəri və eyni zamanda DənizneftqazDETLİ-da baş elmi işçidir.
Mustafa Mustafayev (mühəndis)
Mustafayev Mustafa Hacı Rəhim oğlu (17 oktyabr 1895, Qazax rayonu – 1972) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Bakı real məktəbini bitirmişdir (1914). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün Fransaya göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənmək üçün 1921-1922-ci illərdə Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə xaricə ezam olunmuş xüsusi nümayəndənin hesabatında Mustafayevin təhsilini uğurla davam etdirməsi, Azərbaycanlı Tələbələr İttifaqının 1923-25 illər üçün məlumatında isə təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi. Tələbəlik illərində M.Mustafayev dünya şöhrətli "Reno" şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçmiĢdir. Tuluza İnstitutunda təhsilini başa vurduqdan sonra ona "Reno" şirkətində mühəndis yerini tutmaq təklif edilmişdi. Fransada ailə həyatı quran Mustafayev 1927-ci ildə ildə Azərbaycana qayıtmış, sənayeləşmə illərində mühəndis-energetik kimi 15 il bir sıra elektrik stansiyalarını və Bakı tramvay xəttinin tikintisində çalışmışdır. İkinci dünya müharibəsi başlayanda fransız həyat yoldaşı Səmərqənd şəhərinə (Özbəkistan), Mustafayev özü isə Şimali Qazaxıstana sürgün edilmişdir (1942). O, 1943-cü ilin noyabrında azad edilərək, Səmərqəndə gəlmiş, 1961-ci ilədək burada ixtisası üzrə işləmişdir. Bakıya qayıtdıqdan sonra Bakı Dövlət Universitetində və Sənaye İnstitutunda riyaziyyat və fransız dili fənlərindən dərs demişdir.
Məmməd Məmmədov (mühəndis)
Məmməd Əli oğlu Məmmədov (2 iyun 1954, Şıxlar, Ağdam rayonu) — Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Təmir–tikinti şöbəsinin müdiri, 3-cü dərəcə dövlət müşaviri, Əməkdar mühəndis. 1954-cü ildə Ağdam rayonunun Şıxlar kəndində anadan olub. 1968-ci ildə Mingəçevir Politexnik Texnikumunun Sənaye və mülki tikinti fakültəsinə qəbul olmuş, 1972-ci ildə həmin Texnikumu fərqlənmə diplomu ilə bitirmişdir. 1973-cü ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Ümumi texniki fənlər fakültəsinə daxil olmuş, 1980-ci ildə həmin İnstitutu Fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin İnstitutu müvəffəqiyyətlə başa vurmuşdur. M. Ə. Məmmədov 1972-ci ildə "Azərenerji" İstehsalat Birliyinin tikinti-quraşdırma trestində quraşdırıcı-təlimatçı kimi əmək fəaliyyətinə başlamışdır. 1974-cü ildə Nazirlər Sovetinin İşlər İdarəsi Təsərrüfat İdarəsinin təmir-tikinti idarəsində tikinti ustası, iş icraçısı və baş iş icraçısı vəzifələrində çalışmış, 1989-cu ildən Nazirlər Soveti İşlər İdarəsi Təsərrüfat İdarəsinin İnzibati Binalar İdarəsinin baş mühəndisi, rəis əvəzi, İşlər İdarəsi Təsərrüfat İdarəsinin Əsaslı tikinti şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1975–1977-ci illərdə Sovet Qoşunlarının Almaniya qrupunda hərbi xidmət keçmişdir. 1992-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Əsaslı tikinti sektorunun müdiri vəzifəsində çalışmışdır. 2007-ci ildən 10 aprel 2014-cü ilədək İşlər İdarəsinin təmir-tikinti şöbəsində müdir müavini vəzifəsində işləmişdir.
Məmməd Əhmədov (mühəndis)
Məmməd Nəcəf oğlu Əhmədov (1900 – 1963, Bakı) — Azərbaycan sovet mühəndisi və kimyaçısı, quyuların yeraltı təmiri üzrə sexin rəisi, Əliheydər Qarayev adına Neft Emalı Zavodunun baş mühəndisi, Stalin mükafatı laureatı. Bakı politexnik institutunun texnologiya fakültəsini neft və qazın emalı üzrə kimyaçı-texnoloq ixtisası ilə bitirmişdi Məmməd Əhmədov Bakı zavodlarında qabaqcıl neft emalı proseslərinin yaradılmasında iştirak etmiş mütəxəssislərdən idi. A. Andreyev adına zavodun sex rəisi olan dövrdə Məmməd Əhmədov Böyük Vətən müharibəsi illərində neft emalı prosesləri qurğularının texnoloji təkmilləşdirilməsi üçün işlər görürdü. Məhz onun təklifi əsasında ağır neftlərin emalı şəraitində neft kolonundan qalığın çəkilməsi güncləndirilmişdi. Bu əvvəlki enerjini saxlamaqda kömək edirdi, halbuki qabaq bu güc təxminən 25 fazə qədər düşürdü. Stalin mükafatı — motor yanacağının yeni modelinin yaradılmasına görə Методы ведения технологического режима на нефтеперерабатывающих установках : Из опыта работы завода им. А. А. Андреева / Ред. чл.-кор. АН СССР проф. В. С. Гутыря и канд.
Nadir Nadirov (mühəndis)
Nadir Nadirov (qaz. Нәдір Кәрімұлы Нәдіров; rus. Надир Каримович Надиров; 6 yanvar 1932, Naxçıvan və ya Naxçıvan Muxtar Respublikası – 24 avqust 2021, Almatı) – Azərbaycan kürdlərindən olan Qazaxıstan mühəndisi. O, 6 yanvar 1932-ci ildə Sədərək, Naxçıvan MSSR-də anadan olmuşdur. Nadir Nadirovun ailəsi 1933-cü ildə Qazaxıstana deportasiya edilmişdir. O, Qazaxıstanda Kürd asosiasiyasının prezidenti və Qazaxıstan Mühəndislik Akademiyasının ilk vitse-prezidenti olmuşdur. O, həmçinin, Neft elmi mərkəzinin direktoru olmuşdur. 1992-ci ildə o, 1930 və 1940-cı illərdə keçmiş Sovet İttifaqında kürdlərin kütləvi deportasiya hesabları ilə ictimaiyyətə çatdırıldı. N.K. Nadirov, A.P. Popov, Neftdən zülal, ABŞ Ortaq Nəşrlər Araşdırma Xidməti, Sprinqfild, Virciniya, 1974. N.K. Nadirov, N. S. Nametkin, Podsolevye nefti Prikaspiĭskoĭ vpadiny, 302 pp., Izdvo Nauka Kazakhskoi SSR, 1983 (Rusiyada).
Energetika
Energetika — insanın təsərrüfat-iqtisadi fəaliyyətinin bir sahəsi, bütün növ enerji ehtiyatlarının istifadəsi, paylanması və dəyişilməsi üçün istifadə edilən böyük təbii və süni yarımsistemlərin toplusu ilə bağlı bilik sahəsidir. Onun məqsədi ilkin enerjini ikinci enerjiyə-elektrik enerjisinə çevirməkdir. "Energetika haqqında" 2023-cü il tarixli Qanunda belə anlayış verilib: "1.1.1. energetika – enerjinin kəşfiyyatı, işlənilməsi, hasilatı, emalı, istehsalı, saxlanılması, alqı-satqısı, idxalı, ixracı, nəqli (ötürülməsi), paylanması və istifadəsini ehtiva edən iqtisadiyyat sahəsi;". Göründüyü kimi, bu anlayış enerji daşıyıcılarının istehsalından satışınaqədər bütün iqtisadi fəaliyyət zəncirini, habelə istehlakı (istifadəni) əhatə edir. "Enerji" terminindən fərqli olaraq, "energetika" termini sırf bilik sahəsi, o cümlədən iqtisadiyyat sahəsi və hüquq institutudur. "Energetika haqqında" 2023-cü il tarixli Qanunda eyni zamanda, energetika sahəsinə aid alt sahələr "sektor" adlandırılıb. Bu yanaşma digər hüquqi sənədlərdə də tətbiq edilib. Bu mənada energetika sahəsinə elektroenergetika sektoru, istilik energetikası sektoru, qaz təchizatı sektoru, neft sənayesi sektoru, kömür sektoru, atom energetikası və sair sektorlar aid edilə bilər. Azərbaycan Respublikasında energetika sahəsinin tənzimlənməsi Avropa İttifaqının Üçüncü Energetika Paketi adlanan sənədlər toplusuna və dövlətlərarası Energetika Xartiyası Müqaviləsinə əsaslanır.
Mühəddis
Mühəddis — Rəvayət və dirayət baxımından ravinin və mərvinin (rəvayət olunan şey) hallarını bilən və hədisi sənədi ilə rəvayət edən şəxsdir. "Müsnəd"dən yüksək, "hafiz"dən aşağı dərəcədir.
Alternativ energetika
Alternativ enerji — təbiətin çirklənməsinin qarşısını almaq məqsədilə işlənən enerji çeşidlərinin xüsusiləşmiş adı. Alternativ bitkilər daha çox gələcəyə yönələn təbii sahədir. Ətraf mühiti çirklənməkdən(torpaq, su, hava) qorumaq üçün Alternativ quru bitki mənbələrindən istifadə olunması məqsədəuyğundur. İnkişafdan geri qalmış ölkələr (Kriota,Fələstin Senüar Azərbaycan və s.) alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə ətraf mühiti çirklənmədən qorumağa cəhd göstərirlər. Son illər Azərbaycan müstəqil dövlət kimi xarici ölkələrin təcrübəsindən istifadə edərək alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə, həm qiymətli yanacağa (neft, qaz) qənaət etməyə, həm də ətraf mühitin qorunmasına nail olmağa çağırır. Elektrik enerji istehsalında EES və GES-dan istifadənin ətraf mühit üçün həm müsbət, həm də mənfi tərəfləri vardır. Bu stansiyalardan xüsusilə SES-ı yerləşdikləri ərazilərin torpaqlarını, sularını, atmosferini daha çox çirkləndirdiyi üçün , alternativ enerjidən istifadəni çoxaltmamalıyıq == Bərpaolunan enerji növləri == === Külək enerjisi === Bu enerjidən insanlar qədim zamanlardan yel dəyirmanlarında dən üyütmək üçün istifadə edirdilər. İlk dəfə dəyirmanlar Çində və Misirdə quraşdırılmışdır. Azərbaycanda orta əsrlərdən başlayaraq yel dəyirmanlarından düzən rayonlarda xüsusilə, Abşeronda geniş istifadə edlirdi. Yer kürəsində küləyin illik enerjisi (175–219) 10/12 kVt/saat, yaratdığı güc isə (20–35) 10/9 kVt kimi qiymətləndirilir.
Azərbaycanda energetika
Azərbaycanda enerji – enerji və elektrik istehsalı, istehlakı və ixracını təsvir edir. == Tarixi == XIX əsrin sonunda dünyada ilk dəfə elektrik eneıjisinin istehsal başlanmışdır. Bu dövrə qədər Azərbaycanda artıq neft çıxarılmasıq başlandığı vaxtdan elektrik eneıjisindən istifadə olunmuşdur. I dövrdə (1898-ci il) Bakının neft sənayesi dünyada istehsal olunan neftin yarısından çoxunu təşkil etmişdir. Neft mədənlərini elektriklə təmin etmək üçün ilk dəfə olaraq 5–50 kvt-lıq elektrik stansiyalan quraşdırılmışdır. Neft sənayesinin intensiv inkişafi elektrik eneıjisini yüksəltməyi tələb edirdi. Bu problemin perspektivliyini və mənfəətliyini bilən bir sıra xarici elektrotexniki firmalar — "Simens ± Qalske", "AEQ" və başqaları Bakıda daha güclü elektrik stansiyalan tikmək barədə müraciət etdilər. Bu məqsədlə 1898-ci ildə "Elektrik gücü" aksioner (səhmdar) cəmiyyəti yaradılır. 1900-cü ilin martında "Elektrik gücü" AC Bakıda iki elektrik stansiyası layihələşdirir və onların tikilməsinə başlanır: "Belqorod" — 6000 L.s., və Bibi-Heybət — 1000 l.s. (sonralar o "Krasnaya zvezda" İES və Krasin adına İES adlandınldı).1902-ci ilin martında istismara buraxılan Belqorod elektrik stansiyasında "Zulcer" firmasının hər birinin 1000 l.s gücü olan dörd buxar maşım, "Lezner" firmasının 2000 l.s.
Mühəndisi geologiya
Mühəndisi geologiya - geologiya elminin insanın mühəndis fəaliyyətilə əlaqədar olaraq Yer qabığının üst qatlarının geoloji şəraitini və dinamikasını öyrənən sahəsi. Mühəndisi geologiya tədqiqatların əsasında tikinti obyektlərinin daha münasib yeri, əlverişli konstruksiyası, inşaat işlərinin üsulları və həmçinin tikintinin təsiri nəticəsində baş verə və onun normal istismarına mane ola biləcək geoloji proseslərə qarşı mübarizə tədbirləri müəyyən edilir. Mühəndisi geologiya tədqiqatlar əsasında: a) tikintinin ağırlığı altında süxurların sıxlaşma həddi və sürəti; b) süxurun özül altından sıxışdırılıb çıxardılmasına qarşı müqaviməti; c) özül, karxana, kanal və b. qazımalarda divarların möhkəmliyi; ç) su hövzəsi bəndinin hövzə suyunun təzyiqinə qarşı davamlılığı; d) su hövzəsi sahillərinin yuyulması; e) qrunt suyu səviyyəsinin qalxdığı ərazilərdə tikinti özüllərinin möhkəmlik şəraiti; ə) seysmik, karstlaşma, sürüşmə və b. zonalarda tikilən obyektlərin davamlılığı öyrənilir. Geologiya Mühəndislik Yer qabığı Geoloji proseslər Qrunt suyu Seysmik zona Sürüşmə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Səs mühəndisi
Bir səs mühəndisi (səs mühəndisi və ya səsyazma mühəndisi və səs rejissoru olaraq da bilinir) , səs yazma və ya canlı bir performans istehsal etməyə, balans, dinamika və səs effektləri, miksləmək, səs mənbələrini balanslaşdırmağa və tənzimləməyə kömək edir. Səs mühəndisləri — mikrofonların yerləşdirilməsi, səviyyələrin tənzimlənməsi üzərində işləyirlər. Hər hansı bir layihənin fiziki qeydləri bir mühəndis tərəfindən aparılır. Səs mühəndisliyi getdikcə musiqi alətləri və texnologiyasının film, radio, televiziya, musiqi və video oyunları üçün səs çıxarmaq üçün istifadə edildiyi bir yaradıcı peşə olaraq görülür. Səs mühəndisləri ayrıca musiqi konsertləri, teatr, idman oyunları və korporativ tədbirlər üçün bir miks konsol və səs gücləndirici sistemdən istifadə edərək səs yoxlamasını həyata keçirir və canlı səsləri miksləyir.
Azərbaycan Energetika Nazirliyi
Azərbaycan Respublikası Energetika Nazirliyi— yanacaq-energetika kompleksində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. == Tarixi == Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 aprel tarixli 458 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyi yaradılmış, Nazirliyin vəzifə, funksiya və hüquqları Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli 575 nömrəli Fərmanı ilə təsdiq olunmuş Əsasnaməsində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 dekabr tarixli 150 saylı Fərmanı ilə Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyi ləğv edilərək Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may 404 saylı Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 3 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi yaradılmışdır.
Energetika Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Energetika Nazirliyi— yanacaq-energetika kompleksində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. == Tarixi == Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 aprel tarixli 458 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyi yaradılmış, Nazirliyin vəzifə, funksiya və hüquqları Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli 575 nömrəli Fərmanı ilə təsdiq olunmuş Əsasnaməsində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 dekabr tarixli 150 saylı Fərmanı ilə Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyi ləğv edilərək Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may 404 saylı Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 3 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi yaradılmışdır.
Energetika Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikasının Energetika Nazirliyi (qaz. Қазақстан Республикасы Энергетика министрлігі) — enerji sahəsində dövlət idarəetməsini həyata keçirən və Qazaxıstan Respublikası Hökumətinin tabeliyində olan Qazaxıstanın respublika icra orqanı. Nazirlik 2014-cü ilin avqust ayında Qazaxıstan Respublikası hökumətinin yenidən qurulması zamanı yaradılmışdır. Ləğv edilmiş Qazaxıstanın Neft və Qaz Nazirliyi, Sənaye və Yeni Texnologiyalar Nazirliyi və Ətraf Mühit və Su Resursları Nazirliyinin funksiyaları və səlahiyyətləri Nazirliyə verildi. == Tarixi == Qazaxıstanda Enerji Nazirliyi sovet illərində və müstəqilliyin ilk illərində mövcud idi. Sonradan ləğv edildi. 2014-cü ildə Qazaxıstanın energetikləri respublikanın Baş naziri Kərim Məsimova respublikada Enerji Nazirliyi yaratmaq istəyi ilə müraciət etdilər, çünki respublikada fəaliyyətində koordinasiya olmaması ilə əlaqədar bir vəziyyət var idi. elektrik sahəsində müxtəlif dövlət qurumları. Nazirliyin yaranmasından əvvəl, enerji məsələləri, verilən vəzifələrin öhdəsindən gələ bilməyən müxtəlif şöbələr tərəfindən həll edildi. 2015-cü ildə Qazaxıstanın enerji sənayesi, respublikada müxtəlif dövlət orqanlarının fəaliyyətlərinin uyğunsuzluğu ilə əlaqədar bir vəziyyət olduğu üçün Enerji Nazirliyini yaratmaq istəyi ilə ölkənin Baş naziri Kərim Məsimova müraciət etdi.
Yanacaq-Energetika Sənayesi
Yanacaq-energetika sənayesi — Yanacaq və energetika sənayelərinin adı. Müxtəlif növ enerji hasilatı, istehsalı və istifadəsi ilə əlaqədardır.Dünyada energetika resurslarının istehsalı və istehlakı daima artır.Energetika resursları istehlakında böyük fərqlər var.Dünya əhalisinin 15%-i yaşayan İEÖ-lər (İnkişaf Etmiş Ölkələr) dünya energetika və resurslarının demək olarki, 60%-ni, dünya əhalisinin 5%-i yaşayan ABŞ isə 25%-dən çoxunu istehlak edir.İOÖ-lərdə (İnkişafda Olan Ölkələr) istehsal olunan yanacaq və enerjinin böyük hissəsi ABŞ-yə, Qərbi Avropa və Yaponiyaya daşınır. Birinci dünya müharibəsindən sonra avtomobil və aviasiyanın inkişafı, sənayedə daxili yanacaq mühərriklərinin tətbiqi ilə əlaqədar neft və qazın rolu artmışdır.Bu həm də neftin qiymətinin ucuz olması ilə əlaqədar idi.Lakin 1960-cı illərdə yaradılan OPEK, neft hasilatını öz əlinə almış və neftin qiymətini bir neçə dəfə qaldırmışdır.Neftin ölçü vahidi Bareldir.(1 barel = 159 litr). Dünyanın yanacaq energetika balansında dəyişikliklər hər bir ölkənin ayrı-ayrı energetika resursları ilə təmin olunan Norveç, İsveç,Finlandiya və Kanada üçün su enerjisinin, neft və təbii qaz resursları ilə zəngin İran körfəzi sahili dövlətləri üçün bu resursların yüksək çəkisi səciyyəvidir. Respublikamızın da yanacaq-energetika balansının strukturunda neft və təbii qaz üstünlük təşkil edir. Dünya neft hasilatının 35%-i OPEK ölkələrinin payına düşür.Dünya bazarında neftin qiymətinin sabit saxlanılması, hasil edilən neftin dünya bazarında tələbatdan artıq olmaması məqsədilə OPEK, bu quruma daxil olan hər bir ölkə üçün neft hasilatı üzrə öhdəlik (kvota) verir.OPEK ölkələri bütün ixrac tədarükünün 50%-dən çoxunu təmin edir.Bu rəqəm dünya iqtisadiyyatının OPEK ölkələrinin neftindən nə dərəcədə asılı olduğunu göstərir. Neft ehtiyatları əsasən Yaxın və Orta Şərqdə (xüsusilə İran körfəzində) olduqca yüksək təmərküzləşmişdir.Ona görə də bu regionu "neft kranı" adlandırırlar.Qərbi Sibir,Qvineya körfəzi,Cənub-Şərqi Asiya, Karib dənizinin Cənubi Amerika sahilləri də əsas neft regionlarıdır.Bundan başqa Şimal dənizi, Xəzər dənizi və Meksika körfəzindəki yeni neft yataqlarının mənimsənilməsi, bu bölgələrin də neft sənayesindəki əhəmiyyətini artırırır.XXI əsrin başlanğıcından etibarən Xəzər hövzəsində yerləşən Qazaxıstan,Türkmənistan eləcə də respublikamız neftin iri ixracatçılarına çevrilir.Neftin ən böyük idxalçıları Qərbi və Şərqi Avropa ölkələri, ABŞ və Yaponiyadır. Dünyada neftin əsas hissəsi nəhəng tankerlərlə və boru kəmərləri vasitəsi ilə daşınır.XXI əsrin əvvəllərində neft daşınmasın üçün daha sərfəli olan yeni boru kəmərləri, o cümlədən 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilmişdir. Neft və qaz üzrə mühəndis neft və qaz yataqlarının kəşfiyyatı, həmçinin neft və qaz hasilatı ilə məşğul olur. Neft və qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr bu profillərə bölünür: neft və qaz yataqlarının qazılması, neft və qaz hasilatı obyektlərinin istismarı, boru kəməri obyektlərinin tikintisi, geoloji kəşfiyyat texnologiyaları və s.