MÜHƏNDİS

is. [ ər. ] Texnikanın hər hansı sahəsində ali təhsil almış mütəxəssis. Neft mühəndisi. Hərbi mühəndis. Mühəndis-mexanik. Mühəndis-energetik.

Etimologiya

  • MÜHƏNDİS Ərəbcədir, həndəsə sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MÜHƏQQƏQ
MÜHƏNDİSLİK
OBASTAN VİKİ
Abbas Abbasov (mühəndis)
Abbas Əsgər oğlu Abbasov (1928, Kəmərli, Qazax rayonu – 2009, Bakı) — Alim, Texnika elmləri doktoru, Azərbaycan Dövlət Neft Akademiyasının Ali riyaziyyat kafedrasının professoru (1977–2009), Özbəkistanın "SredazNİİqaz" İnstitutunda elmi işlər üzrə direktor müavini (1968–1970). Bir neçə medal, fəxri fərman və diplomlarla təltif olunmuşdur. == Həyatı və elmi fəaliyyəti == Abbas Abbasov 1928-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1944-cü ildə Kəmərli kənd orta məktəbini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1949-cu ilə qədər Kəmərli və Körpülü kəndlərinin orta məktəblərində riyaziyyat və fizika fənlərini tədris etmişdir. 1949–1954-cü illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft və Sənaye Universiteti) Neft-mədən fakültəsində təhsil almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. İnstitutu bitirdikdən sonra əmək fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Neft Ekspedisiyasında kiçik elmi işçi kimi davam etdirmişdir. Ekspedisiya Azərbaycan Elmi-Tədqiqat İnstitutu ilə birləşəndən sonra elmi fəaliyyətini həmin institutda davam etdirmişdir. 1958-ci ildə dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi adı almışdır. 1960-cı ildə Ukraynanın "UkrNİİproekt" institutunda baş elmi işçi vəzifəsində işləmişdir 1960–1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları problemləri institutunda baş elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışmışdır.
Abbas Bağırov (mühəndis)
Abbas Məmməd oğlu Bağırov (1913, Aldərə, Zəngəzur qəzası – 1980, Bakı) — Azərbaycan Dəmiryol idarəsi rəisi. == Həyatı == Abbas Məmməd oğlu Bağırov 1913-cü ildə Meğri rayonunun Aldərə kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Azərbaycan Dəmir Yolunda başlamışdır. İxtisasca hərəkət və yük işləri mühəndisi idi. 1939-cu ildə dəmir yolu Gəncə hissəsinin rəisi, 1953-cü ildə Azərbaycan Dəmir Yolunun rəisi, 1953–1955-ci illərdə Zaqafqaziya Dəmir Yolunun rəisinin müavini vəzifələrində işləmişdi. 1963–1967-ci illərdə Zaqafqaziya dəmir yolu Bakı hissəsinin rəisi, 1967–1979-cu illərdə isə Azərbaycan Dəmir Yolunun rəisi olmuşdur. O, dəfələrlə SSRİ Ali Sovetinə deputat, Azərbaycan KP MK-ya üzv seçilmişdir.
Akif Hüseynov (mühəndis)
Hüseynov Akif Məhərrəm oğlu (d.31 yanvar, 1950-ci il-v.25 may, 2013-cü il) — məşhur alim və pedaqoq, texniki elmlər doktoru, professor, Azərbaycan Neft Akademiyasının “Elektrik stansiyalar” kafedrasının müdiri. == Həyatı == Akif Hüseynov 31 yanvar 1950-ci ildə anadan olub. O, 1967-ci ildə orta məktəbi bitirdikdən sonra, Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) “Elektrik enerjisi” fakültəsinə daxil olub, 1972-ci ildə elektrik şəbəkələri və sistemləri üzrə mühəndis-elektrik ixtisasına yiyələnib. A.Hüseynov əmək fəaliyyətinə “Azərenerji”də proqramçı kimi başlayıb, sonra isə avtomatlaşdırma idarəetmə sistemləri informasiya təminatı qrupunun rəhbəri olub. 1976-cı ildə A.Hüseynov Moskva Energetika İnstitutuna “Elektrik enerji sistemləri” kafedrasının əyani aspiranturasına qəbul olub. 1979-cu ildə o, professor Litkensin rəhbərliyi altında “Tərkibində zəif sistemlərarası əlaqələr olan elektrik sistemlərdə nəticə sabitliyi məsələləri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. Bakıya qayıtdıqdan sonra A. Hüseynov Neft və Kimya İnstitutuna “Elektrik stansiyaları” kafedrasına assistent vəzifəsinə işə qəbul edilib. Bir neçə vaxtdan sonra o dosent olub. O, Azərbaycan və rus dilində bir neçə fənlərdən leksiya oxuyub. Pedaqoji fəaliyyətlə yanaşı o, aktiv şəkildə elmi tədqiqatlarla məşğul olub.
Aslan İsmayılov (mühəndis)
İsmayılov Aslan Çopur oğlu (18 may 1951, Əmirxeyir, Çəmbərək rayonu) — "Körpü-Tunel Tikinti" MMC-nin direktoru, Əməkdar Mühəndis == Həyatı == İsmayılov Aslan Çopur oğlu 18 may 1951-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikasının) Qaraqoyunlu mahalının, Krasnoselsk rayonu, Əmirxeyir kəndində anadan olub. 1968-ci ildə orta məktəbi bitirib. 1969-cu ildə Azərbaycan Politexnik İnstitutunun nəqliyyat fakültəsinin körpülər və tunellərin tikintisi şöbəsinə qəbul olunmuş, 1974-cü ildə həmin institutu bitirərək təyinatla Moskva şəhərində yerləşən ümumittifaq əhəmiyyətli "Mostotrest"ə göndərilmişdir. A. Ç. İsmayılov 1974–1981-ci illərdə Rusiya Federasiyasında və sonralar Ermənistan Respublikasının Yerevan şəhərində yerləşən 486 nömrəli Körpü Tikintisi İdarəsində iş icraçısı, mühəndis və sahə rəisi vəzifəsində işləmişdir. O, 1981-ci ildə "Mostotrest"dən Bakı şəhəri 100 nömrəli Körpü Tikinti İdarəsinə göndərilmiş və ölkəmizdə çoxsaylı yolötürücülərinin tikintisində çalışmışdır. İşlədiyi dövrlərdə Sank-Peterburq və Moskva şəhərində ixtisasartırma kurslarında olub. A. Ç. İsmayılov 2006-cı ildə "Akkord SDİ Şİrkətlər Qrupu" MMC Şirkətində baş direktorun müavini vəzifəsinə dəvət olunmuş və 2015-ci ilə kimi Layihə rəhbəri və Departament rəisi vəzifəsində işləyib və şirkətdə Körpü-Tunel şöbəsini təşkil edib. Aslan İsmayılov 2015-ci ilin iyun ayından "Körpü-Tunel Tikinti" MMC-nin direktoru vəzifəsində çalışır. Aslan İsmayılov 20–26 iyun 2012-ci il tarixlərdə Tailand Pattaya Krallığında keçirilən Beynəlxalq Konfransda iştirak etmiş və "Keyfiyyətli idarəetmə və idarəetmə sistemlərinin səmərəliliyinin təkmilləşdirilməsinə müasir yanaşma" sertifikatı almışdır. == Ailəsi == Ailəlidir, bir oğlu, bir qızı, dörd nəvəsi var.
Azər Qasımzadə (mühəndis)
Azər Ərəstun oğlu Qasımzadə (Kasimzade Azer Arastun oğlu; 23 fevral, 1955, Bərdə, Azərbaycan SSR) — texniki elmlər doktoru, Türkiyənin Ondoqquz May Universitetinin Mühəndislik Fakültəsinin professoru. == Həyatı == Qasımzadə Azər Ərəstun oğlu 1955-ci il fevralın 23-də Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olub. 1972-ci ildə Şuşada Ü.Hacıbəyli adına 1 saylı orta məktəbi qızıl medalla bitirib, 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu “Sənaye və mülki tikililəri konstruktoru” ixtisası üzrə ali təhsilini bitirib. 1980—1983-cü illərdə A.Qasımzadə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunun inşaat mexanikası kafedrasının aspiranturasında oxumuş və 1983-cü ildə Moskvada texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1991-ci ildə həmin ali məktəbdə elmi işi müdafiə edərək texniki elmlər doktoru adına layiq görülmüşdür. 1986—1988-ci illərdə Moskva İnşaat Mühəndisləri Universitetinin “İnşaat Mexanikası” kafedrasında elmi təcrübə keçərək, doktorant və təsərrüfat hesablı elmi layihənin icraçısı olmuşdur. 1991-ci ilde Amerika Birləşmiş Ştatlarının New Jersey Institute of Technology Universitetinin, “İnşaat və Ətraf Mühəndisliyi” bölməsində və Prinston Universitetinin “İnşaat mühəndisliyi və Əməliyyatların Tədqiqi” bölməsində elmi mübadilədə olub. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1978-ci ildə təyinatla SSRİ Neft və Qaz Sənayesi Nazirliyinin “Dənizneftqaz” Elmi-Tədqiqat və Layihə İnstitutunun dəniz qurğuları şöbəsinə göndərilib və orada mühəndis—konstruktor kimi işləyib, Xəzər, Azov və Qara dənizlərdəki yataqların hesablama-layihə, maket və modelləşdirmə sahəsindəki tədqiqatlarda iştirak edib. 1980—1983-cü illərdə “Dənizneftqaz” Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutu ilə müqavilə əsasında Moskva İnşaat Mühəndisləri İnstitutunda neft-qaz hasilatı sənayesi üçün dəniz platformalarının üst hissələrinin hesablanmasının etibarlılığı tədqiqatlarını davam etdirib.1983-cü ildə namizədlik dissertasiyasının müdafiəsindən sonra A.Qasımzadə “Dənizneftqaz” Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunun hesablama mərkəzinin avtomatlaşdırılmış layihələndirmə sistemləri şöbəsində işini davam etdirib və əvəzçilik əsasında İnşaat Mühəndisləri İnstitutunda mühazirələr oxuyub.1992—1995 illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin, “İnşaat Mexanikası” kafedrasının professoru, kafedranın “Rəqəmsal hesablamalar labaratoriyası “ nın müdürü olub. 1995-ci ilin sonundan indiyə qədər “Ondoqquz May Universiteti-OMÜ” -ndə (Samsun, Türkiyə) professor vəzifəsində çalışır.
Balabəy Əlibəyov (mühəndis)
Əlibəyov Balabəy İsa oğlu - texnika elmləri doktoru, professor == Həyatı == Əlibəyov Balabəy İsa oğlu Azərbaycan Respublikasının Lənkəran şəhərində anadan olmuşdur. 1935-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1935-1941-ci illərdə "Leninneft" NQÇİ-də neft hasilatı ustası, mühəndis, müdir işləmişdir. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1945-ci ildən "Orcenikidzeneft" trestinin rəhbəri işləyib. 1954-1969-cu illərdə "Leninneft" trestinin müdiri olub. 1961-ci ildə "Dik hündürlük boyu enən neft yataqlarına (Qoşanohur-Balaxanı-Sabunçu-Ramanı yatağı sahəsinin V horizontu timsalında) kombinə edilmiş təsir prosesinin və aşağı lay təzyiqli və intensiv qum təzahurlu yataqların istismarının texnika və texnologiyasının xüsusiyyətlərinin tədqiqi" mövzusunda namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968-1977-ci illərdə Azərbaycan EA DNQYPİ-da elmi işlər üzrə direktor müavini işləyib. 1977-1988-ci illərdə AzNKİ-nun "Sənayedə iqtisadiyyatın təşkili və idarə edilməsi" kafedrasının müdiri, "Neft quyularının işlənilməsi və istismarı" kafedrasının professoru olub. == Elmi fəaliyyəti == Əlibəyov B.İ. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.
Devid Bredli (mühəndis)
Devid Bredli (ing. David Bradley; 4 yanvar 1949, Sietl, Vaşinqton) — peşəkar İT mühəndislərdən biri. O, "IBM PC" kompüteri üzərində çalışan on iki mühəndisdən biri olub. Bredli kompüteri yenidən yükləmək üçün istifadə edilən "Control+Alt+Delete" düymələr kombinasiyasının yaradıcısı kimi tanınır. "IBM" şirkətinin aparıcı mühəndisi olan Devid Bredli şirkətin bir çox əsas layihələrində iştirak edib və onun karyerasının böyük hissəsi "IBM"lə bağlı olub. D.Bredli "PowerPC" prosessorları əsasında işləyən kompüterlərin istehsalçılar qrupuna da rəhbərlik edib. O, 7 ixtira üçün patent alıb. == Həyatı == Devid Bredli 1949-cu il yanvarın 4-də ABŞ-nin Sietl şəhərində dünyaya gəlib. Orta məktəbdə oxuyarkən ən çox texniki fənlərlə maraqlanır, bu sahədə istedadı ilə digərlərindən fərqlənir. Bredli 1971-ci ildə Deyton Universitetində bakalavr dərəcəsi alıb.
Elçin Əliyev (mühəndis)
Elçin Rəşid oğlu Əliyev (25 dekabr 1962, Bakı) – Azərbaycan Triatlon Federasiyasının sabiq prezidenti, AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, SİNAM şirkətinin rəhbəri, dosent. == Haqqında == Elçin Əliyev Bakı Dövlət Universitetinin İnformasiya Texnologiyaları və proqramlaşdırma kafedrasının professor əvəzi vəzifəsində çalışmışdır. Elçin Əliyev 2004–2008-ci illərdə Amerika Ticarət Palatasının İKT komitəsinin sədri, 2005–2007-ci illərdə Xəzər İnteqrasiya Biznes Klubunda İT və rabitə ilə bağlı məsələlər üzrə prezident, 2009–2010-cu illərdə NATO-nun elmi proqramında həmdirektor vəzifələrində çalışmışdır. O, 2004-cü ildən SINAM şirkətinin prezidenti, 2002-ci ildən isə Azərbaycanın İnternet Cəmiyyətinin sədr müavini vəzifəsini daşıyır. == Əsərləri == О безопасности передачи данных в распределенных информационных сетях // Известия НАНА сер. Физ.техн. и мат. наук, т.ХХI, "Информатика и проблемы управления", 2001, № 2, с.21–25. Стратегия информатизации в Азербайджане // Известия НАНА сер. Физ.техн.
Mühəndis
Mühəndislik (mühəndis ərəbcə həndəsəni bilən şəxs deməkdir) — bir peşə sahəsi olub, elmi-nəzəri cəhətdən əsaslanmış və empirik təsdiq edilmiş biliklərin və üsulların sistematik olaraq mənimsənilməsi və tətbiq olunmasını əhatə edir. Çağdaş cəmiyyətdə mühəndislik ali texniki Universitetlərin və ya mühəndislik fakültəsi olan Universitetlərin həmçinin İnstitutların hazırladıqları ixtisasçılar qrupu tərəfindən yerinə yetirilir. Mühəndislərin əsas məşğul olduğu sahələr maşınqayırma, informasiya texnologiyaları və sistemləri, elektrik-elektronika, dağ-mədən və metal emalı, tikinti, neft-kimya, robot texnologiyası, nanotexnologiya, müdafiə sənayesi və mühəndis iqtisadiyyatından ibarətdir. Mühəndislər təbiətdə mövcud olan material və güclərdən istifadə etməklə, onları hər hansı bir məqsəd üçün texniki cəhətdən tətbiq etməyə çalışır. Mühəndislər analitiki düşüncəyə, praktikyönümlü kifayət qədər nəzəri və tətbiqi biliyə malik olmalı və bu biliklərin verilmiş məsələlərin həllində qısa zamanda tətbiq edəbilmə qabiliyyəti ilə fərqlənməlidirlər. VIII əsrdən başlayaraq güclənən ərəb xəlifəsi ölkədə elmin, o cümlədən mühəndisliyin inkişafı üçün əlverişli şərait yaratmışdır. Bu dövrdə yaşamış müsəlman mühəndislərinin işləri heç də sonralar Avropada mövcud olan mühəndislərinkindən geri qalmamışdır. Buraya Banu Musa qardaşları, Əl Cəzari, Tağıyəddin, Əl Qaracı, İbn Sina, Əl-Biruni kimi görkəmli şəxslərin işlərini göstərmək olar.Avropalılar Əndəlüsün Xaçlı yürüyüşləri zamanı işğalından sonra islam dünyasındaki bir çox elmi kəşflər və mədəniyyət nümunələriylə ilk dəfə tanış olmuşdur. Nümunə kimi Riyaziyyat elmlərindən olan Əl-Cəbr Avropada tanınmış və Algebra olaraq adlandırılmışdır. Qərbdə mühəndis kimi Ingenieur kəlməsi (it.-fr.
Hərbi mühəndis
Mühəndis Qoşunları, Silahlı Qüvvələrin yaranmasından sonra, onların inkişaf prosesində hərbi mühəndis tədbirlərinin aparılmasına olan ehtiyacdan yaranmışdır. Qədim dünyanın tanıdığı, onun üçün hazırlanmış xüsusi ordugahlarda yerləşən bilinən ilk ordu Qədim Misir ordusudur. Aparılan müharibələrdə Qədim Çin, Mezopotamiya, Yunan ordularında mühəndis işlərinin görülməsi üçün ilk başda adi insanların, əhalinin, qulların əməyindən istifadə edilirdisə də, daha sonra, gələcəkdə "istehkamçılar" adlanacaq xüsusi hazırlanmış dəstələr tətbiq edilməyə başladı. Tarixçilərin verdiyi məlumatlara əsasən eramızdan 1000 il qədər əvvəl Assuriya ordusunda yollar salan, körpülər quran, düşərgələr qurub qazıntılar aparan, mühasirəyə alınmış şəhərlərin divarlarından daha yüksək olacaq torpaq yığınları hazırlayan xüsusi bölmələr vardı və onlar "yerqazan dəstələr" adlanırdı. Məlumatlara görə onlar çaylardan keçmək üçün heyvan dərisindən hazırlanmış tuluğlardan istifadə edirdilər. Uzun səfərlərdə dayanacaqlar üçün Assuriyalılar, xəndək və torpaq hasarlardan ibarət səhra düşərgələri hazırlayırdılar. Orta əsrlərdə isə qala divarlarını uçurmaq üçün, onların təməlinin altından, qazılaraq torpağın çıxarılması kimi sadə və effektiv olduğu qədər, çox zəhmət tələb edən üsullardan istifadə edilməyə başladı. Eyni zamanda qazıntı işlərinin aparılmasını müdafiə olunanlar da müşahidə edə bildikləri üçün qarşı tədbirlər görə bilirdilər. Barıtın tapılmasından sonra dağıntıların aparılması daha da sadələşdi. Barıtdan istifadə edilməsi planlaşdırılan dağıntının harda baş verəcəyini-minananın harda və nə vaxt partlayacağını müdafiə olunanlar bilmirdilər.
Əməkdar mühəndis
Əməkdar mühəndis — fəxri adı sənaye, tikinti, nəqliyyat, rabitə, meliorasiya, aqrar sahə müəssisələrində, elmi-tədqiqat və digər təşkilatlarda xüsusi xidmətlər göstərmiş və ixtisas üzrə azı 15 il işləmiş mühəndislərə verilir.
Mühəndis Qoşunları
Mühəndis Qoşunları, Silahlı Qüvvələrin yaranmasından sonra, onların inkişaf prosesində hərbi mühəndis tədbirlərinin aparılmasına olan ehtiyacdan yaranmışdır. Qədim dünyanın tanıdığı, onun üçün hazırlanmış xüsusi ordugahlarda yerləşən bilinən ilk ordu Qədim Misir ordusudur. Aparılan müharibələrdə Qədim Çin, Mezopotamiya, Yunan ordularında mühəndis işlərinin görülməsi üçün ilk başda adi insanların, əhalinin, qulların əməyindən istifadə edilirdisə də, daha sonra, gələcəkdə "istehkamçılar" adlanacaq xüsusi hazırlanmış dəstələr tətbiq edilməyə başladı. Tarixçilərin verdiyi məlumatlara əsasən eramızdan 1000 il qədər əvvəl Assuriya ordusunda yollar salan, körpülər quran, düşərgələr qurub qazıntılar aparan, mühasirəyə alınmış şəhərlərin divarlarından daha yüksək olacaq torpaq yığınları hazırlayan xüsusi bölmələr vardı və onlar "yerqazan dəstələr" adlanırdı. Məlumatlara görə onlar çaylardan keçmək üçün heyvan dərisindən hazırlanmış tuluğlardan istifadə edirdilər. Uzun səfərlərdə dayanacaqlar üçün Assuriyalılar, xəndək və torpaq hasarlardan ibarət səhra düşərgələri hazırlayırdılar. Orta əsrlərdə isə qala divarlarını uçurmaq üçün, onların təməlinin altından, qazılaraq torpağın çıxarılması kimi sadə və effektiv olduğu qədər, çox zəhmət tələb edən üsullardan istifadə edilməyə başladı. Eyni zamanda qazıntı işlərinin aparılmasını müdafiə olunanlar da müşahidə edə bildikləri üçün qarşı tədbirlər görə bilirdilər. Barıtın tapılmasından sonra dağıntıların aparılması daha da sadələşdi. Barıtdan istifadə edilməsi planlaşdırılan dağıntının harda baş verəcəyini-minananın harda və nə vaxt partlayacağını müdafiə olunanlar bilmirdilər.
Fəxrəddin Məmmədov (mühəndis)
Fəxrəddin Sadıq oğlu Məmmədov — professor, Yaxın Doğu Universitetinin prorektoru, Şimali Kipr Türk Respublikasında Azərbaycan diasporunun rəhbəri və Azərbaycan-Quzey Kıbrıs Mədəniyyət Mərkəzinin sədri. == Həyatı == Fəxrəddin Məmmədov 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Neft Akademiyası) bitirmişdir. Həmin institutda aspiranturada oxumuş, orada da dosent vəzifəsinə qədər yüksələrək çalışmışdır. Dosent olduqdan sonra 1987-ci ildə Kiyev Dövlət Universitetində intensiv 10 aylıq fransız dili kursu keçmiş, dili daha da təkmilləşdirmək üçün 3 ay Fransanın Paul Valerie Universitetində oxumuşdur. 1988-ci ildə Sovet mütəxəssislərinin tərkibində Əlcəzairə getmiş, Əlcəzair və Mərakeşdə 1994-cü ilə qədər müxtəlif universitetlərdə çalışmışdır. O, müəllimliklə yanaşı 5 il Sovet Missiyasının sədri vəzifəsində də çalışmışdır. 1995-ci ildən Şimali Kipr Türk Respublikasında İngilis dilində təhsil verən Yaxın Doğu Universitetində çalışmağa başlamışdır. 1995–2000-ci illərdə universitetdə elektronik və xəbərləşmə kafedrasının müdiri kimi çalışmışdır. Professor bundan sonra 2000-ci ildən 2013-cü ilə qədər mühəndislik fakültəsinin dekanı olmuş, eyni zamanda 2001-ci ildən hal-hazıra qədər universitetin akademik işlər üzrə prorektorudur. == İstinadlar == == Ədəbiyyat == P.Sultanova, "Kıbrıslılar Azərbaycana ən yaxın türk xalqlarındandır" (Fəxrəddin Məmmədovla müsahibə), 525-ci qəzet.
Hidayət Rüstəmov (mühəndis)
Həsən Hüseynov (mühəndis)
Həsən Hüseynov (7 sentyabr 1944, Cəbrayıl) — Texnika elmləri doktoru, professor, Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki, Əməkdar Elm Xadimi. == Həyatı == Həsən Əhməd oğlu Hüseynov 7 sentyabr 1944-cü ildə Cəbrayıl şəhərində anadan olmuşdur. O, 1961-ci ildə akademik M.Mehdizadə adına (keçmiş M.Qorki) Cəbrayıl orta məktəbini, 1967-ci ildə isə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (AzPİ) “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisasını bitirmişdir. H.Hüseynov AzPİ-nin göndərişi əsasında Bünyad Sərdarov adına maşınqayırma zavodunda böyük mühəndis vəzifəsində mühəndis fəaliyyətinə başlamışdır. O, 1967-1968-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, 1968-1984-cü illərdə isə Ümumittifaq Elmi-Tədqiqat və Layihə Texnologiya Maşınqayırma İnstitutunda müvafiq olaraq böyük mühəndis və aparıcı mühəndis vəzifələrində işləmişdir. H.Hüseynov 1974-cü ildə AzPİ-nin aspiranturasına daxil olmuş və 1978-ci ildə Qubkin adına “Moskva Neft və Qaz” İnsitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. H.Ə.Hüseynov 1978-ci ildən AzPİ-də ardıcıllıq üzrə kiçik elmi işçi, assistent, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. O, 1984-1985-ci tədris ilində M.Torez adına Moskva Xarici Dillər İnstitutunda fransız dili üzrə 10 aylıq intensiv kurs bitirmiş və 1984-1987-ci illərdə isə Madaqaskar Dövlət Universitetində professor vəzifəsində işləmişdir. H.Ə.Hüseynov 1990-cı ildə “Maşınqayırmada ALS” kafedrasına müdir vəzifəsinə seçilmişdir. O, 1995-ci ildə “Moskva Dövlət Texnologiya Universitetində” “STANKİN”də doktorluq dissertasiyası müdafiə etmiş, 1996-cı ildə Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki seçilmiş və professor elmi adı almışdır.
Kamil Məmmədov (mühəndis)
Kamil Seyid oğlu Məmmədov (18 avqust 1931, Qutqaşen) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi. O, 1972–1985-ci illərdə isə yeyinti sənaye naziri olmuş, 1976, 1980 və 1985-ci illərdə isə Azərbaycan SSR Ali Sovetinin deputatı kimi fəaliyyət göstərmişdir. == Həyatı == Kamil Seyid oğlu Məmmədov 18 avqust 1931-ci ildə Qəbələ (keçmiş Qutqaşen) şəhərində anadan olmuşdur. 1951-ci ildə orada orta məktəbi əla medalla qurtararaq Leninqrad Texnologiya İnstitutuna daxil olmuş, bu təhsil müəssisəsini mühəndis-mexanik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. == Fəaliyyəti == Kamil Məmmədov 1956–1958-ci illərdə Azərbaycan SSR Ərzaq məhsulları sənayesi nazirliyində baş mexanik, 1959–1962-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Komitəsində texniki şöbənin müdiri, 1962–1964-cü illərdə isə Bakı biskvit fabrikində baş mühəndis kimi çalışmışdır. O, 1964–1969-cu illərdə Azərbaycan SSR Nazirlər Kabinetində şöbə müdirinin müavini, 1970–1971-ci illərdə Ət-süd sənayesi nazirinin müavini, 1971–1972-ci illərdə Yeyinti sənayesi nazirinin müavini, 1972–1985-ci illərdə isə Yeyinti sənaye naziri vəzifələrində işləmişdir. Məmmədov daha sonra 1985–1991-ci illərdə Azərbaycan SSR Aqrar Sənaye Komitəsinin 1-ci müavini — Respublika naziri (1985–1989), 1991–1992-ci illərdə Kənd təsərrüfatı nazirinin 1-ci müavini, 1993–1994-cü illərdə Yeyinti-sənaye şirkətinin vitse – prezidenti kimi çalışmışdır. O, 1994–1996-cı illərdə Taxıl məhsulları Dövlət şirkətinin prezidenti, 1996–1999-cu illərdə Taxıl Agentliyinin prezidenti olmuş, 1976,1980 və 1985-ci illərdə isə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Fəaliyyət göstərdiyi dövrdə Gəncə, Bərdə, Salyan, Ağdam çörək zavodları, Naxçıvan mineral sular zavodu, Zaqatala, Şəki və Qəbələ tütün-fermentasiya zavodları, Bakı maya kombinatı, Bakı tütün fabriki, Əli-Bayramlı hidrogenizasiya zavodu, Bakı çay və biskvit fabriklərinin filialları tikilmişdir. Gəncə və Əli-Bayramlı yağ-piy kombinatlarının yenidənqurma işləri aparılmışdır.
Kompüter üzrə mühəndis
== İxtisas haqqında anlayış == Müasir dövrdə həyatımızın hər bir sahəsində kompüterlərdən geniş istifadə olunur və, təbii ki, kompüter üzrə ən müxtəlif ixtisaslara böyük tələbat var. Belə ixtisaslardan biri də kompüter üzrə mühəndislikdir. Kompüter üzrə mühəndis əsasən müxtəlif kompüter sistemlərinin qurulması, kompüter və onun sistemlərinin təmiri ilə məşğul olur, eləcə də həmin sistemlərin həmişə işlək vəziyyətdə olmasını təmin edir. O, bir ofis daxilində istifadə olunan kiçik şəbəkələrdən tutmuş minlərlə kompüter və müxtəlif sistemləri birləşdirən mürəkkəb şəbəkələr qurur. Lazım gəldikdə, kompüter mühəndisi müxtəlif sistemlərlə işləyən kompüterləri eyni şəbəkəyə birləşdirir, kompüter sistemlərinin keyfiyyətlə çalışmasını təmin edir. Eyni zamanda kompüter üzrə mühəndis İnternetə çıxışı təmin etməklə, işçilərin dünyada baş verən ən son proseslərdən operativ şəkildə xəbərdar olması üçün imkan yaradır. == İxtisas üçün lazım olan xüsusiyyətlər == Kompüter mühəndisi həm bütövlükdə kompüterin, həm də onun ayrı-ayrı hissələrinin iş mexanizmini dərk etmək üçün fizika və riyaziyyatı, xüsusilə də fizikanın elektrik və maqnit, riyaziyyatın isə riyazi məntiq bölmələrini dərindən mənimsəməlidir. Kompüter mühəndisinin qarşısına çıxa biləcək problemlərin mənbəyini çox zaman ilk baxışdan dəqiq bilmək olmur, çünki həmin problemlər bir neçə səbəbdən yarana bilər. Kompüter mühəndisi üzləşdiyi problemin məhz hansı səbəbdən (və ya səbəblərdən) yarandığını aydınlaşdırmaq üçün mümkün mənbələri yoxlayıb aradan qaldırmalıdır (bu prosesə problemin lokalizasiyası deyilir). Bu işdə, ixtisasını gözəl bilməklə yanaşı, məntiqi mühakimə yürüdə bilmək qabiliyyəti, mühəndis intuisiyası, səbirli, soyuqqanlı olmaq kompüter mühəndisinə çox kömək edə bilər.
Murad Mahmudov (mühəndis)
Mahmudov Murad Nəbiyeviç (1930, Bakı) — texnika elmləri doktoru, professor == Həyatı == Mahmudov Murad Nəbiyeviç 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1954-1955-ci illərdə "Artyomneft" trestinin neft mədənlərində texnik, sahə rəisi işləmişdir. 1955-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun qaz-neft-mədən fakültəsini fərqlənmə ilə bitirmişdir. 1957-1970-ci illərdə AzNKİ-da elmi-tədqiqat sektorunun, problemli elmi tədqiqat işləri şöbəsinin rəhbəri, elmi işlər üzrə prorektor olub. 1961-ci ildə "Quyuların sementlənməsi prosesinə bəzi faktorların təsirinin tədqiqi" mövzusunda namizədlik, 1975-ci ildə isə "Quyuların sementlənməsinin bəzi hidravlik problemləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1970-1979-cu illərdə - Sumqayıt Ali texniki idarəsinin rektoru, "Mexanika" kafedrasının rəhbəri olub. 1979-1988-ci illərdə "Neftkimya-avtomat" elmi tədqiqat və layihə institutunun "Qazıma müəssisələri", "Riyazi informasiya təminatı" Avtomatik İdarəetmə Sistemləri (AİS) laboratoriyalarının rəhbəri işləmişdir. 1988-2000-ci illərdə ADNA-da "Neft və qaz quyularının qazılması" kafedrasının professoru, "İstehsalatın idarə edilməsinin iqtisadiyyatı və təşkilatı" kafedrasının rəhbəri, "Sənayenin Təşkilatçıları", "Beynəlxalq İqtisadi Münasibətlər" fakültələrinin dekanı, xalq təsərrüfatı işçilərinin hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılması üzrə mərkəzin rəhbəri, "Xarici iqtisadi əlaqələrin idarə edilməsi" laboratoriyasının elmi rəhbəri, SSRİ, Azərbaycan Təhsil Nazirliyinin İBM (ABŞ) korporasiyası ilə birgə yaratdığı Biznes Mərkəzinin baş direktoru, ADNA-da "Neft emalı və neft-kimya sahələrində iqtisadiyyat və menecment" kafedrasının professoru olmuşdur. 2002-2003-cü illərdə Rostov Dövlət İqtisad Universitetinin Dağıstan filialının rektoru işləmişdir. 2003-cü ildən bu günə qədər ADNA-da xarici iqtisadi əlaqələr problem laboratoriyasının elmi rəhbəri və eyni zamanda DənizneftqazDETLİ-da baş elmi işçidir.
Mustafa Mustafayev (mühəndis)
Mustafayev Mustafa Hacı Rəhim oğlu (17 oktyabr 1895, Qazax rayonu – 1972) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Bakı real məktəbini bitirmişdir (1914). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün Fransaya göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənmək üçün 1921-1922-ci illərdə Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə xaricə ezam olunmuş xüsusi nümayəndənin hesabatında Mustafayevin təhsilini uğurla davam etdirməsi, Azərbaycanlı Tələbələr İttifaqının 1923-25 illər üçün məlumatında isə təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi. Tələbəlik illərində M.Mustafayev dünya şöhrətli "Reno" şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçmiĢdir. Tuluza İnstitutunda təhsilini başa vurduqdan sonra ona "Reno" şirkətində mühəndis yerini tutmaq təklif edilmişdi. Fransada ailə həyatı quran Mustafayev 1927-ci ildə ildə Azərbaycana qayıtmış, sənayeləşmə illərində mühəndis-energetik kimi 15 il bir sıra elektrik stansiyalarını və Bakı tramvay xəttinin tikintisində çalışmışdır. İkinci dünya müharibəsi başlayanda fransız həyat yoldaşı Səmərqənd şəhərinə (Özbəkistan), Mustafayev özü isə Şimali Qazaxıstana sürgün edilmişdir (1942). O, 1943-cü ilin noyabrında azad edilərək, Səmərqəndə gəlmiş, 1961-ci ilədək burada ixtisası üzrə işləmişdir. Bakıya qayıtdıqdan sonra Bakı Dövlət Universitetində və Sənaye İnstitutunda riyaziyyat və fransız dili fənlərindən dərs demişdir.
Məmməd Məmmədov (mühəndis)
Məmməd Əli oğlu Məmmədov (2 iyun 1954, Şıxlar, Ağdam rayonu) — Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Təmir–tikinti şöbəsinin müdiri, 3-cü dərəcə dövlət müşaviri, Əməkdar mühəndis. == Həyatı == 1954-cü ildə Ağdam rayonunun Şıxlar kəndində anadan olub. 1968-ci ildə Mingəçevir Politexnik Texnikumunun Sənaye və mülki tikinti fakültəsinə qəbul olmuş, 1972-ci ildə həmin Texnikumu fərqlənmə diplomu ilə bitirmişdir. 1973-cü ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Ümumi texniki fənlər fakültəsinə daxil olmuş, 1980-ci ildə həmin İnstitutu Fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin İnstitutu müvəffəqiyyətlə başa vurmuşdur. M. Ə. Məmmədov 1972-ci ildə "Azərenerji" İstehsalat Birliyinin tikinti-quraşdırma trestində quraşdırıcı-təlimatçı kimi əmək fəaliyyətinə başlamışdır. 1974-cü ildə Nazirlər Sovetinin İşlər İdarəsi Təsərrüfat İdarəsinin təmir-tikinti idarəsində tikinti ustası, iş icraçısı və baş iş icraçısı vəzifələrində çalışmış, 1989-cu ildən Nazirlər Soveti İşlər İdarəsi Təsərrüfat İdarəsinin İnzibati Binalar İdarəsinin baş mühəndisi, rəis əvəzi, İşlər İdarəsi Təsərrüfat İdarəsinin Əsaslı tikinti şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1975–1977-ci illərdə Sovet Qoşunlarının Almaniya qrupunda hərbi xidmət keçmişdir. 1992-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Əsaslı tikinti sektorunun müdiri vəzifəsində çalışmışdır. 2007-ci ildən 10 aprel 2014-cü ilədək İşlər İdarəsinin təmir-tikinti şöbəsində müdir müavini vəzifəsində işləmişdir.
Məmməd Əhmədov (mühəndis)
Məmməd Nəcəf oğlu Əhmədov (1900 – 1963, Bakı) — Azərbaycan sovet mühəndisi və kimyaçısı, quyuların yeraltı təmiri üzrə sexin rəisi, Əliheydər Qarayev adına Neft Emalı Zavodunun baş mühəndisi, Stalin mükafatı laureatı. == Bioqrafiya == Bakı politexnik institutunun texnologiya fakültəsini neft və qazın emalı üzrə kimyaçı-texnoloq ixtisası ilə bitirmişdiMəmməd Əhmədov Bakı zavodlarında qabaqcıl neft emalı proseslərinin yaradılmasında iştirak etmiş mütəxəssislərdən idi. A. Andreyev adına zavodun sex rəisi olan dövrdə Məmməd Əhmədov Böyük Vətən müharibəsi illərində neft emalı prosesləri qurğularının texnoloji təkmilləşdirilməsi üçün işlər görürdü. Məhz onun təklifi əsasında ağır neftlərin emalı şəraitində neft kolonundan qalığın çəkilməsi güncləndirilmişdi. Bu əvvəlki enerjini saxlamaqda kömək edirdi, halbuki qabaq bu güc təxminən 25 fazə qədər düşürdü. == Mükafatları == Stalin mükafatı — motor yanacağının yeni modelinin yaradılmasına görə == Kitabları == Методы ведения технологического режима на нефтеперерабатывающих установках : Из опыта работы завода им. А. А. Андреева / Ред. чл.-кор. АН СССР проф. В. С. Гутыря и канд.
Nadir Nadirov (mühəndis)
Nadir Nadirov (qaz. Нәдір Кәрімұлы Нәдіров; rus. Надир Каримович Надиров; 6 yanvar 1932, Naxçıvan və ya Naxçıvan Muxtar Respublikası – 24 avqust 2021) – Azərbaycan kürdlərindən olan Qazaxıstan mühəndisi. O, 6 yanvar 1932-ci ildə Sədərək, Naxçıvan MSSR-də anadan olmuşdur. Nadir Nadirovun ailəsi 1933-cü ildə Qazaxıstana deportasiya edilmişdir. O, Qazaxıstanda Kürd asosiasiyasının prezidenti və Qazaxıstan Mühəndislik Akademiyasının ilk vitse-prezidenti olmuşdur. O, həmçinin, Neft elmi mərkəzinin direktoru olmuşdur. 1992-ci ildə o, 1930 və 1940-cı illərdə keçmiş Sovet İttifaqında kürdlərin kütləvi deportasiya hesabları ilə ictimaiyyətə çatdırıldı. == Kitablar == N.K. Nadirov, A.P. Popov, Neftdən zülal, ABŞ Ortaq Nəşrlər Araşdırma Xidməti, Sprinqfild, Virciniya, 1974. N.K. Nadirov, N. S. Nametkin, Podsolevye nefti Prikaspiĭskoĭ vpadiny, 302 pp., Izdvo Nauka Kazakhskoi SSR, 1983 (Rusiyada).
Nazim Babayev (mühəndis)
Nazim Həbib oğlu Babayev (14 iyul 1937, Ordubad – 12 iyul 2014, Sumqayıt) — professor, texnika elmləri doktoru. 12 iyul 2014-cü ildə Sumqayıt şəhərində vəfat etdi. == Həyatı == Nazim Babayev 14 iyul 1937-ci ildə Ordubad şəhərində anadan olmuşdur. === Uşaqlıq dövrü === Uşaqlığı çox pis dövrə düşüb. Bu haqda sonralar o, belə demişdi: "Aclıq idi, çörək tapılmırdı. Anam gilas yığıb gətirib Horadiz tərəflərdə buğdaya dəyişirdi." Orta məktəbdə oxuduğu illər də çox çətin keçmişdir. Mal-qoyun otarmaqla yanaşı, evin bütün təsərrüfat işləri ilə də məşğul olmuş. Amma çətinliklərə baxmayaraq, dərslərindən geri qalmırdı. 8-ci sinifdə oxuyanda o, elektromühərrik düzəldib məktəbə aparır. Bu hadisə nəinki məktəbdə, ölkə səviyyəsində maraqla qarşılanır.
Nazim İbrahimov (mühəndis)
İbrahimov Nazim Allahverdi oğlu — Azərbaycanın əməkdar mühəndisi. == Həyatı == 1936-cı ildə Goranboy rayonunda anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfat İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakultəsinə daxil olmuş və 1959-cu ildə təyinatla Xanlar şərab zavodunda işləmişdir. Zavodda şərabçılıq işlərinə dərindən bələd olduqdan sonra onu Şampan sexinə rəis təyin edirlər. 1964-cü ildə qiyabi aspiranturaya daxil olmuş və 1968-ci ildə Şampan şərabları üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. Şampan şərabları üzrə tanınmış mütəxəssis Nazim İbrahimov 1971-ci ildə Bakı 1№-li şərab zavoduna direktor vəzifəsinə irəli çəkilir. Bu vəzifədə 1990-cı illərin əvvəllərinə qədər işləmişdir. Nazim İbrahimov bu arada 32 elmi əsərin, o cümlədən 3 elmi ixtiranın və 3 elmi monoqrafiyanın müəllifi olmuşdur. O, Respublikanın əməkdar mühəndisi və xeyriyyəçilik sahəsində H.Z.Tağıyev adına mükafata layiq görülmüşdür. Azərbaycan şərablarının texnologiyası monoqrafiyasında sırf şərabçılıq məsələləri, onun texnologiyası, şərabın kimyası, şərabçılıq avadanlıqları, şərabların xəstəliyi və onun müalicəsi, şərabçılıq tullantılarından istifadə etmək usulları ətraflı izah edilmişdir.
Pərviz Abdullayev (mühəndis)
Pərviz Abdullayev — texnika elmlər doktoru, professor. == Həyatı == Pərviz Şahmurad oğlu Abdullayev 1967-ci ildə Qərbi Azərbaycanın (keçmiş Ermənistan SSR) Amasiya rayonunun Əzizbəyov kəndində (keçmiş Qaraçanta kəndi) anadan olmuşdur. Süleymanlılar tayfasının nümayəndələrindəndir. Orta təhsilini rayon mərkəzində Amasiya kənd məktəbində tamamlamışdır. 1990-cı ildə Leninqrad Mexanika İnstitutunu «Uçuş aparatlarının mühərrikləri» ixtisası üzrə bitirmişdir. 1990-1993-cü illərdə Bakı Aviasiya İstehsalat Birliyində müxtəlif mühəndis vəzifələrində çalışmışdır. 1993-cü ildə Azərbaycan Milli Aviasiya Akademiyasında (MAA) müəllimlik fəaliyyətinə başlamışdır. 2003-cü ilin may ayından müsabiqə yolu ilə «UA və AM K və İ» kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda Abdullayev P.Ş. həmin vəzifəni icra edir. 2001-ci ilin oktyabrında Sankt-Peterburq Mülki Aviasiya Akademiyasının İxtisaslaşdırılmış Şurasında «Hava nəqliyyatının istismarı» ixtisası üzrə «Uçuş informasiyası əsasında qaz turbin mühərriklərinin diaqnozlaşdırma metodikasının təkmilləşdirilməsi» mövzusunda namizədlik dissertasiyasının müdafiəsini keçərək Rusiya Federasiyası Təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyası tərəfindən texnika elmlər doktoru elmi dərəcəsini almış, professordur.
Aslan İsmayılov (inşaatçı-mühəndis)
İsmayılov Aslan Çopur oğlu (18 may 1951, Əmirxeyir, Çəmbərək rayonu) — "Körpü-Tunel Tikinti" MMC-nin direktoru, Əməkdar Mühəndis == Həyatı == İsmayılov Aslan Çopur oğlu 18 may 1951-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikasının) Qaraqoyunlu mahalının, Krasnoselsk rayonu, Əmirxeyir kəndində anadan olub. 1968-ci ildə orta məktəbi bitirib. 1969-cu ildə Azərbaycan Politexnik İnstitutunun nəqliyyat fakültəsinin körpülər və tunellərin tikintisi şöbəsinə qəbul olunmuş, 1974-cü ildə həmin institutu bitirərək təyinatla Moskva şəhərində yerləşən ümumittifaq əhəmiyyətli "Mostotrest"ə göndərilmişdir. A. Ç. İsmayılov 1974–1981-ci illərdə Rusiya Federasiyasında və sonralar Ermənistan Respublikasının Yerevan şəhərində yerləşən 486 nömrəli Körpü Tikintisi İdarəsində iş icraçısı, mühəndis və sahə rəisi vəzifəsində işləmişdir. O, 1981-ci ildə "Mostotrest"dən Bakı şəhəri 100 nömrəli Körpü Tikinti İdarəsinə göndərilmiş və ölkəmizdə çoxsaylı yolötürücülərinin tikintisində çalışmışdır. İşlədiyi dövrlərdə Sank-Peterburq və Moskva şəhərində ixtisasartırma kurslarında olub. A. Ç. İsmayılov 2006-cı ildə "Akkord SDİ Şİrkətlər Qrupu" MMC Şirkətində baş direktorun müavini vəzifəsinə dəvət olunmuş və 2015-ci ilə kimi Layihə rəhbəri və Departament rəisi vəzifəsində işləyib və şirkətdə Körpü-Tunel şöbəsini təşkil edib. Aslan İsmayılov 2015-ci ilin iyun ayından "Körpü-Tunel Tikinti" MMC-nin direktoru vəzifəsində çalışır. Aslan İsmayılov 20–26 iyun 2012-ci il tarixlərdə Tailand Pattaya Krallığında keçirilən Beynəlxalq Konfransda iştirak etmiş və "Keyfiyyətli idarəetmə və idarəetmə sistemlərinin səmərəliliyinin təkmilləşdirilməsinə müasir yanaşma" sertifikatı almışdır. == Ailəsi == Ailəlidir, bir oğlu, bir qızı, dörd nəvəsi var.
Avtomatlaşdırılma mühəndisliyi
Avtomatlaşdırma mühəndisliyi —mühəndislik və informasiyanın idarə olunmasının birləşməsindən ibarət elm sahəsidir. Belə ki, müxtəlif sistemlər hər istiqamətdə: istehsal xərci, məhsulların keyfiyyəti, iş təhlükəsizliyi, ətraf mühit və bazar tələblərinə cavab eləcə də sənaye inzibatçılığı və idarəçiliyi kimi effektiv işləyə bilər. Avtomatlaşdırma mühəndisləri biliyə, dizayn qabiliyyətinə, yaradıcılığa , sis temin idarə olunamasına malik şəxslərdir. Məsələn: zavod avtomatlaşdırma, proses avtomatlaşdırma minumum sayda heyət tələb olunan və yaxud özləri tərəfindən iş sistemi yaradılan bina və fərdi evlərin avtomatlaşdırılması kimi. == Avtomatlaşdırma alətləri == Hal-hazırda mühəndislər avtomatlaşdırılmış cihazlar üzərində ədədi nəzarətə malikdirlər. Nəticə isə tətbiqetmələrin və insan fəaliyyətinin sürətlə genişlənməsi olmuşdur. Kompüter dəstəkli texnologiyalar (və ya CAx) hazırda mürəkkəb sistemlərin yaradırılması üçün istifadə edilən riyazi və təşkilati alətlərin əsası kimi xidmət edirlər. Kompüter dəstəkli dizayn (CAD) və Kompüter dəstəkli istehsal (CAM) CAx-ın nümunələridir. Kompüter dəstəkli texnologiyalar tərəfindən məhsulların dizaynı, analizi və istehsalının təkmilləşdirilməsi sənaye üçün faydalı olmuşdur. İnformasiya texnologiyaları sənaye maşınları və prosesləri ilə birlikdə dizayn, həyata keçirmə və idarəetmə sistemlərinin nəzarətinə kömək edə bilər.
Azərbaycan Respublikasının əməkdar mühəndisi
Əməkdar mühəndis — fəxri adı sənaye, tikinti, nəqliyyat, rabitə, meliorasiya, aqrar sahə müəssisələrində, elmi-tədqiqat və digər təşkilatlarda xüsusi xidmətlər göstərmiş və ixtisas üzrə azı 15 il işləmiş mühəndislərə verilir.
Azərbaycan Respublikasının əməkdar mühəndislərinin siyahısı
== 1991 == Yusif Həsən oğlu Nağıyev — 12.05.1991 Timofey Nikolayeviç Raxmanin — 12.05.1991 Vitali Abramoviç Faynşteyn — 12.05.1991 Adil Baba oğlu Abbasov — 07.06.1991 Seyidxanım Mirələsgər qızı Aslanova — 07.06.1991 Maqsudəli Abbas oğlu Maqsudov — 07.06.1991 Telman Salman oğlu Ağayev — 12.08.1991 Zeynal Yəhyayeviç Quliyev — 04.10.1991 Rauf İsmayıl oğlu Mustafayev — 04.10.1991 Tofiq Davud oğlu Ələkbərov — 23.10.1991 Kamil Səid oğlu Məmmədov — 20.12.1991 Sahilə Məmməd qızı Çəndirli — 31.12.1991 Mahmud Yarməmməd oğlu Qurbanov — 31.12.1991 == 2007 == Bağırov Rüstəm Əbilfəz oğlu — 20.06.2007 Həsənov Əjdər Sultanəli oğlu — 20.06.2007 Qayıbov Cavanşir Zubail oğlu — 19.09.2007 Nəzərov Arif Yunis oğlu — 19.09.2007 Rüstəmov Fərəməz Təhməz oğlu — 19.09.2007 == 2008 == Cavadov Nazim Gülbaba oğlu - 02.06.2008 Aslanov Rafiq Sabir oğlu — 05.06.2008 Aslanov Əskər Hüseyn oğlu Abasov Rizvan Fərman oğlu — 18.09.2008 Cəfərquluzadə Akif Abbas oğlu — 18.09.2008 Əliyev Vaqif İzzət oğlu — 18.09.2008 Əliyev Səfail Məhrəməli oğlu — 18.09.2008 İsmayılov Məhiyəddin Abdulla oğlu — 18.09.2008 Quliyev Ramiz Nəriman oğlu — 18.09.2008 Məmmədov Xalik Rəfi oğlu — 18.09.2008 Mustafayev Akif Rəhim oğlu — 18.09.2008 Ramazanov Neymət Tapdıq oğlu — 18.09.2008 Abbasov Mikayıl Hümmət oğlu — 01.12.2008 Abdullayev Kamandar Məmməd oğlu — 01.12.2008 Məmmədov Rövşən Həmid oğlu — 01.12.2008 Səmədov Nüsrət Səməd oğlu — 01.12.2008 Mehdiyev Knyaz Rəşid oğlu 01.12.2008 == 2009 == Cavadov Əjdər Əhməd oğlu — 04.06.2009 Quliyev Zakir Bəybala oğlu — 04.06.2009 Əhmədov Tapdiq Əhməd oğlu- 2009 cu il 14 sentyabr tarixli 478 nömrəli sərənçamı ilə == 2010 == Səfərov Albert Nürəddinoviç - 21.10.2010 İsmayılov Nazim Ələkbər oğlu — 09.04.2010 İsmiyev İsmayıl Əfəndi Hacımuradoviç — 09.04.2010 Məmmədov Əli Abdulla oğlu — 09.04.2010 Muxtarov Cəfər Məhərrəm oğlu — 09.04.2010 Vəliyev Ağalar İsrəfil oğlu — 09.04.2010 Mürsəl Əli oğlu Vəliyev — 21.08.2010 Mustafayev Firudin Bəylər oğlu — 18.09.2010 Heydərov Vaqif Abas oğlu - 26.12.2010 Rəsulov Sakit Rauf oğlu - 18.11.2010 == 2011 == Abasov Mirkazım Mircabbar oğlu — 19.09.2011 Əhmədov Yaşar İsmayıl oğlu — 19.09.2011 Həsənov Həmid Qəzənfər oğlu — 19.09.2011 İsmayılov Fəxrəddin Səttar oğlu — 19.09.2011 Qəhrəmanov Tofiq Ridvan oğlu — 19.09.2011 Mehdiyev Ülvi Şəfaət oğlu — 19.09.2011 Nəcəfquliyev Nəcəfqulu Barat oğlu — 19.09.2011 Şəfiyev Xaliq Şamil oğlu — 19.09.2011 Vəliyev Nazim Aslan oğlu — 19.09.2011 Vəliyev Rauf Göyüş oğlu — 19.09.2011 Bəybalayev Qəmbər Bəylər oğlu — 03.12.2011 Əfəndiyev İlham Dursun oğlu — 03.12.2011 Fətullayev Əbülfət Balay oğlu — 03.12.2011 Həsənov Osman Zahid oğlu — 03.12.2011 Hüseynov Beytulla İbrahim oğlu — 03.12.2011 Məmmədov Məhəmməd Əsgər oğlu — 03.12.2011 Nəcəfov Sahib Müseyib oğlu — 03.12.2011 Vəliyev Ramazan Əli oğlu — 03.12.2011 Hüseynli Təyyar Məhərrəm oğlu — 14.12.2011 Məşədiyev İsmayıl Əli Ağa oğlu — 14.12.2011 Səfərov Rüşti Səftər oğlu — 14.12.2011 == 2012 == Ramazanov Xəlil Ramazan oğlu — 22.05.2012 Rəsulov Azad Hüseyn oğlu — 22.05.2012 Abdullayev Vaqif Adil oğlu — 19.09.2012 Bəkirov Şaiq Xanbaba oğlu — 19.09.2012 Əmirov Nail Nurov oğlu — 19.09.2012 Mədətov Mübariz İsrafil oğlu — 19.09.2012 Şirəli İskəndər Yaqub oğlu — 19.09.2012 Quliyev Vilayət Mansur oğlu — 11.10.2012 Muradov Elyar Həbib oğlu — 11.10.2012 Hümbətov Fərail Topuş oğlu — 19.10.2012 Hüseynov İftixar Hüseyn oğlu — 19.10.2012 İlyasov Osman Vəli oğlu — 19.10.2012 Şahhüseynov Əhmədiyyə Veysəl oğlu — 19.10.2012 Osmanov Əlixan Qədiroviç — 07.11.2012 Rəsulov Arif Yunis oğlu — 07.11.2012 Tağı-zadə Fuad Çingiz oğlu — 07.11.2012 Babayev Əli Sabir oğlu — 26.12.2012 Bəşirov İlham Bəşir oğlu — 26.12.2012 == 2013 == Qaziyev Yusif Cəbrayıl oğlu — 15.05.2013 Paşayev Elbrus Paşa oğlu — 15.05.2013 Hüseynov Etibar Xudaverdi oğlu — 29.05.2013 Səmədov Vaqif Səməd oğlu — 29.05.2013 Abbasov Əskər Abbas oğlu — 19.09.2013 Axundov Fərid Əflatun oğlu — 19.09.2013 Əhmədov Natiq Muxtar oğlu — 19.09.2013 Məmmədov Əfqan İslam oğlu — 19.09.2013 Paşayev Aqşin Şəmşəd oğlu — 19.09.2013 == 2014 == Qurbanəliyev Çingiz Midhət oğlu — 13.02.2014 Məmmədov Elgün Fərman oğlu — 13.02.2014 Mahmudov Miryusif Mircəfər oğlu — 13.02.2014 Ələkbərov Adışirin Balaşirin oğlu — 05.06.2014 İbrahimov Şəmsəddin Vahab oğlu — 18.10.2014 Nəcəfov Məhərrəm Mehdi oğlu — 18.10.2014 Şahmuradov Vüqar Hüseynqulu oğlu — 18.10.2014 Əliyev Faiq Ənvər oğlu — 10.04.2014 Əliyev Natiq Balabəy oğlu — 10.04.2014 Hacıyev Knyaz Mehdi oğlu — 10.04.2014 Hüseynova Mina Ələsgər qızı — 10.04.2014 Xəlilov Mirzəcan Mirzəmməd oğlu — 10.04.2014 Məmmədov Məmməd Əli oğlu — 10.04.2014 == 2015 == Əliyev Azər Həsən oğlu — 26.02.2015 Əli-zadə Aslan Muxtar oğlu — 01.06.2015 Dadaşov Qərib Kamran oğlu — 09.04.2015 == 2016 == Bayramova Gülarə Əşrəf qızı — 01.03.2016 Bəkirli Asif Şahnəzər oğlu — 19.09.2016 Həsənov Fazil Qurban oğlu — 19.09.2016 Hüseynov Nazim Həsən oğlu — 19.09.2016 Məmmədov İlqar Hacı oğlu — 19.09.2016 Seyfullayev Qağaməli Höküməli oğlu — 19.09.2016 Məmmədov İlham Telman oğlu - 07.06.2016 == 2017 == 1.
Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mühəndislərinin siyahısı
== 1991 ==
Azərbaycan SSR əməkdar mühəndisi
Azərbaycan SSR əməkdar mühəndisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар мүһәндиси) — Azərbaycan SSR-də xalq təsərrüfatı sahəsində fərqlənən şəxslərə verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 18 may 1959-cu il tarixli Fərmanı ilə təsis olunmuşdur.Fəxri adla sənaye, nəqliyyat, rabitə müəssisələrində və xalq təsərrüfatının başqa sahələrində ən azı 15 il işləyən, öz əməli fəaliyyəti ilə fərqlənən və Azərbaycanın xalq təsərrüfatını inkişaf etdirmək işində xüsusi xidmətləri olan yüksək ixtisaslı mühəndislər təltif olunurdu.Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti (1990-cı ildən Azərbaycan SSR Prezidenti) tərəfindən verilir və onu almış şəxslər Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı (1974-cü ildən Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı) ilə təltif olunurdu.
Azərbaycan SSR əməkdar mühəndislərinin siyahısı
== 1960-cı illər ==
Azərbaycan İnşaat Mühəndisləri Universiteti
Azərbaycan Memarlıq və İnşaat Universiteti və ya qısaca AzMİU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 1920-ci ildən Bakı Politexnik İnstitutunun tərkibində inşaat fakültəsi, 1930–1934-cü illərdə müstəqil İnşaat və Memarlıq İnstitutu, 1934-cü ildən Azərbaycan Sənaye İnstitutunun, 1951-ci ildən isə Azərbaycan Politexnik İnstitutunun tərkibində inşaat-memarlıq yönümlü ixtisasları birləşdirən bir neçə fakültə kimi fəaliyyət göstərmişdir. 1975-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılmışdır. 1992-ci ildə institut universitet statusu almışdır. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır. == Maddi-texniki bazası == Hazırda ali məktəbin ümumi sahəsi 49000 m² olan 5 tədris korpusu vardır. AzMİU-nun Musabəyov qəsəbəsində yerləşən tələbə şəhərciyində 5 yataqxana korpusu, o cümlədən xarici tələbələr üçün ayrıca doqquz mərtəbəli 2 yataqxana korpusu vardır. Burada "OCAQ" tələbə klubu, şahmat klubu, idman meydançaları, "Çənki" kinokonsert salonu və tələbə kafesindən istifadə edə bilirlər. Tələbə şəhərciyində sanatoriya-profilaktoriya fəaliyyət göstərir. Universitetin nəzdində tələbə poliklinikası, əsaslı kitabxana, tədris korpuslarında şöbələri və oxucu salonları, aspirantura şöbəsi, elmi tədqiqat bölməsi, istehsalat təcrübə şö’bəsi vardır.
Azərbaycan İnşaat Mühəndisləri İnstitutu
Azərbaycan Memarlıq və İnşaat Universiteti və ya qısaca AzMİU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 1920-ci ildən Bakı Politexnik İnstitutunun tərkibində inşaat fakültəsi, 1930–1934-cü illərdə müstəqil İnşaat və Memarlıq İnstitutu, 1934-cü ildən Azərbaycan Sənaye İnstitutunun, 1951-ci ildən isə Azərbaycan Politexnik İnstitutunun tərkibində inşaat-memarlıq yönümlü ixtisasları birləşdirən bir neçə fakültə kimi fəaliyyət göstərmişdir. 1975-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılmışdır. 1992-ci ildə institut universitet statusu almışdır. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır. == Maddi-texniki bazası == Hazırda ali məktəbin ümumi sahəsi 49000 m² olan 5 tədris korpusu vardır. AzMİU-nun Musabəyov qəsəbəsində yerləşən tələbə şəhərciyində 5 yataqxana korpusu, o cümlədən xarici tələbələr üçün ayrıca doqquz mərtəbəli 2 yataqxana korpusu vardır. Burada "OCAQ" tələbə klubu, şahmat klubu, idman meydançaları, "Çənki" kinokonsert salonu və tələbə kafesindən istifadə edə bilirlər. Tələbə şəhərciyində sanatoriya-profilaktoriya fəaliyyət göstərir. Universitetin nəzdində tələbə poliklinikası, əsaslı kitabxana, tədris korpuslarında şöbələri və oxucu salonları, aspirantura şöbəsi, elmi tədqiqat bölməsi, istehsalat təcrübə şö’bəsi vardır.
Bakı Mühəndislik Universiteti
Bakı Mühəndislik Universiteti — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ali təhsil müəssisəsi. == Haqqında == 8 noyabr 2016-cı il tarixində, ləğv olunmuş Qafqaz Universitetinin bazasında yaradılmışdır. Bakı Mühəndislik Universiteti publik hüquqi şəxsin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli fərmanı ilə təsdiq edilmişdir. == Tədris == === Fakültələr === Bakı Mühəndislik Uniiversitetində bakalvr, magistratura və doktrantura təhsil səviyyələrində tədris olunan ixtisaslar Azərbaycan, ingilis və rus dillərində həyata keçirilir. Hal-hazırda universitetə qəbul dörd ixtisas qrupu (fakültə) üzrə aparılır: Mühəndislik İqtisadiyyat və İdarəetmə Pedaqoji Memarlıq və İnşaat === İkili diplom proqramı === Proqramın modeli: 3 il – Azərbaycanda, 1 il – Cənubi Koreyada. Proqram 3+1 modeli əsasında qurulmuşdur. Belə ki, ikili diplom proqramına əsasən tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili (sonuncu kursu) isə Cənubi Koreyanın İNHA Universitetində təhsil alırlar. 4 ilin sonunda tələbələr iki diplom əldə edəcəklər. Cari proqram 4 il ərzində tam olaraq dövlət vəsaiti hesabına təmin olunur. Proqram çərçivəsində tələbələrin 2-ci kursun sonunda Cənubi Koreyada 3 həftəlik yay məktəbində iştirakı da nəzərdə tutulub.
Biokimya mühəndisliyi
Biokimya(Bioproses) mühəndisliyi- özündə biomühəndislik və kimya mühəndisliyini birləşdirir. Əsas etibarilə bioloji orqanizmləri və ya üzvi molekulları əhatə edən istehsalat prosesi mərhələlərinin layihələşdirilməsi,konstruksiyası və təkmilləşdirilməsi ilə məşğul olur. Tətbiqi bioyanacaq,qida,dərman vasitələri,biotexnologiya və suyun təmizlənməsi sahələri ilə birbaşa əlaqədardır. Biokimya mühəndisləri bioloq və kimyaçıların laborotoriyada inkişaf etdirdiyi kəşflərin genişmiqyaslı istehsal prosesinə tətbiq edilməsində rol oynayır. == Tarixi == Yüzillər boyunca müxtəlif məhsulların istehsalında bioloji orqanizmlərin kimyəvi reaksiyalarından istifadə edilir. 1800-cü illərin ortalarında Lui Paster fermentasiyanı tədqiq edərkən bu orqanizmlərin roluna baxan ilk şəxslərdən biri idi. Onun bu araşdırması, bugünədək istifadə olunan pasterizasiya prosesinə də öz töhfəsini vermişdir. 1900-cü illərin əvvəllərindən etibarən mikroorqanizmlərin istifadəsi genişləndi və sənaye məhsullarının istehsalında istifadə edilməyə başlandı. Bu tarixlərə qədər biokimya mühəndisliyi hələ bir sahə kimi inkişaf etməmişdi. 1928-ci ildə Aleksandr Fleminq penisilini kəşf etdikdə biokimya mühəndisliyi sahəsinin əsası qoyulmuşdur.
Biotibbi mühəndislik
Biotibbi mühəndislik mühəndisliyin texnika və biliklərini istifadə edərək diaqnoz və müalicə üçün yeni üsullar və mövcud üsulların inkişafı, qüsurlu bədən hissələri dəstəklənməsi və zəruri hallarda dəyişdirilməsini təmin edən bir texniki sahə kimi təsvir edilə bilər. == İnkişafı == Biotibbi mühəndislik 1950-ci illərin əvvəllərində çiçəklənməyə başlayan və 1970-ci ildən sonra çox sürətlə inkişaf edən fənlərarası bir mövzudur. Mövzunun geniş əhatəli, sağlamlıqla əlaqədar olması və müxtəlif fənlərlə əlaqəli olması bir çox müxtəlif mütəxəssislərin diqqətini cəlb etmişdir və bu vəziyyət, mövzunun sürətli inkişafını təmin etmişdir. Onun inkişafı zamanı müxtəlif təyinatlı müzakirələr aparılmış və Amerika Elmlər Akademiyası (1971) mövzunun təbiəti ilə bağlı olması haqqında bir məqalə dərc etmiş və bu ixtisası üç əsas kateqoriyanı ayırmışdır. == Kateqoriyaları == Biomühəndislik: bioloji sistemlərin tanınmasında və tibbi praktikanın inkişafında mühəndislik texnikasının və baxışlarının tətbiqi; Tibbi mühəndislik: Biologiya və tibbdə istifadə edilən cihazların, materialların, diaqnoz və müalicə sxemləri, süni orqanların və digər vasitələrin inkişafında mühəndislik texnikalarının və fikirlərin istifadəsi; Kliniki mühəndislik: müxtəlif təşkilatların (universitetlər, xəstəxanalar, dövlət və sənaye və s.) səhiyyə xidmətlərinin inkişaf etdirilməsi üçün mühəndislik perspektivlərinin, metodlarının və metodlarının tətbiqi.
Cəmiyyət Mühəndisliyi
Cəmiyyət Mühəndisliyi — Sosial Mühəndislik (Social Engineering "Political Science") Zehin memarlığı, və ya daha kompleks bir ifadəylə "İctimai psixoloji şüur memarlığı" deyilən fəaliyyətdir. Daha çox əhalinin dar görüşlü qisminə və ya nəzərdə tutulmuş xüsusi şəxslərə qarşı həyata keçirilir. Cəmiyyət mühəndisliyi strategiya, marketinq, təlim, dini və ya başqa məqsəd güdən insanlar tərəfindən: uşaqlar, gənclər, yoxsullar, ya da qadınlar kimi daha müdafiəsiz qruplara tətbiq olunur. Bu cür təbliğat və təşkilatlar, alternativ və ya rəqib düşüncəni düşmanlaşdıra da bilər. İnsanlıq tarixindən indiyə kimi bir çox idarəedicilər və siyasətçilər bu metodları çox yaxşı bilir və bu sənəti mahir icra edirlər. == == Xakerlər və fırıldaqçı insanlar tərəfindən, şəxsə özü ilə əlaqədar gizli məlumatları verməyə razı etmək və aldatmaq üçün istifadə də olunur. Bu yola əl atan peşəkarlaşmış insanlar, cəmiyyət psixologiyasını yaxşı bildikləri üçün məhkəmə qarşısında olanda belə özlərini qoruya və qarşısındakı hakimin qərarına təsir belə göstərə bilirlər.
Ekol Mühəndislik Xidmətləri
Ekol Mühəndislik Xidmətləri QSC — 2006-cı ildə yaradılan, ətraf mühitin mühafizəsi istiqamətində ekoloji yönümlü xidmətlər göstərən şirkət. Şirkətin pay sahibləri ARDNŞ (51%) və Panamanın "Lancer Services S. A." şirkətidir (49%). Panama şirkətinin sahibi "Union Grand Energy" şirkəti vasitəsilə Anar Əlizadədir. 2010-cu ildə Niderlandın AA Services şirkəti ilə birləşərək AAS — EKOL MMC şirkəti yaradılıb. 2010-cu il üçün şirkətin tabeliyində Kompleks Tədqiqatlar Laboratoriyası, Tullantıların emalı sahəsi, mexaniki təmizləyici qurğusu, Parafin təmizləmə sexi, Elektromexanika sexi var idi.
Ekologiya mühəndisliyi
Ekologiya mühəndisliyinin məqsədi texnika ilə ətraf mühit arasında münasibətləri harmonizasiya etməkdir. == Ekologiya mühəndisliyi == Ekologiya mühəndisliyinin predmetini müəssisə, sənaye kompleksi və ya bütöv regionun texnosferi təşkil edə bilər. Ekoloji iqtisadiyyatın tələbi ilə yeni texnikanın layihələşdiril- məsi və yaradılmasının məqsədləri dəyişilir. Texniki obyekttlərə olan tələblərdən biri, onların "ekologiyalılığıdır. Bu anlayış texniki obyektlərin ətraf mühitlə (təbii və sosial) qarşılıqlı təsirini — (maddə, enerji, informasiya) səciyyələndirir. Ekologiya mühəndisliyində ekoloji yanaşma texniki obyektlərin ətraf mühitlə əlaqəsini təsvir edən əsas vasitə kimi çıxış edir. Onun əsasında texniki sistemə və onunla qarşılıqlı əlaqədə olan ətraf mühitin ayn-ayn komponentlərinə vahid münasibət mümkündür. Ekoloji yanaşma texniki sistemlərin hərtərəfli sosial-ekoloji qiymətləndirilməsində vacib əhəmiyyət kəsb edir. İndiyə kimi texniki sistemin onun üzərinə qoyulmuş funksiyanı nə dərəcədə yaxşı yerinə yetirməsi faydalı iş əmsalı (FİƏ) ilə ölçülürdü, lakin FİƏ sistemin itirdiyi enerjini xarakterizə edir və texniki sistemin qiymətləndirilməsinin obyektiv kriterisi kimi yararsızdır. Texiniki məqsədə nail olmaqla mahiyyət etibarilə texniki sistemlərin effektinin mövcud olan göstəriciləri qiymətləndirilmir.
Elektrik mühəndisliyi
Elektrik mühəndisliyi — elektrik, elektronika və elektromaqnetizmdən istifadə edən avadanlıqların, cihazların və sistemlərin öyrənilməsi, layihələndirilməsi və tətbiqi ilə məşğul olan mühəndislik sahəsidir. Elektrik mühəndislyi 19-cu əsrdən etibarən telefon, teleqraf, elektrik enerjisinin istehsalı, paylanması və geniş miqyasda istifadəsi ilə birlikdə ayrıca bir elm sahəsi kimi meydana çıxmışdır. Elektrik mühəndisliyi müasir dövrdə geniş sahələrə bölünür. Bura daxildir: elektronika, rəqəmli kompüterlər, elektroenergetika, telekommunikasiya, idarəetmə sistemləri, radioelektronika, siqnalların emalı, cihazqayırma və mikroelektronika. Elektrik mühəndisləri bir qayda olaraq, elektrik mühəndisliyi və ya elektronika mühəndisliyi dərəcəsinə sahibdirlər. Bu işlə məşğul olan mühəndislər peşəkar sertifikatlaşdırma və peşəkar birliyin üzvləri ola bilər. Belə birliklərə Elektrik mühəndisləri İnstitu və Mühəndislik və Texnologiya İnstitutu daxildir. == Tarix == Elektrik sözü fizika vә texnikanın inkişafı prosesindә bir çox dәyişikliyә uğramışdır. Sadә elektrik vә maqnit hadisәlәri, bәzi cisimlәrin (mәs., kәhrәbanın) sürtünmә nәticәsindә yüngül cisimlәri özünә çәkmәsi, yәni elektriklәnmә xassәsi vә s. hәlә qәdimdәn mәlum idi.
Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu
Elektrotexnika və Radioelektrotexnika Mühəndisləri İnstitutu (Institute of Electrical and Electronics Engineers, IEEE) – rabitənin fiziki səviyyəsini və OSI/ISO modelinə uyğun olan lokal şəbəkədə kanalın səviyyəsini göstərən IEEE 802 standartının işləyib hazırlanması sayəsində məşhurlaşmış mühəndis gəlişdirmələri və elektronika sahəsində peşəkarların təşkilatı. 1963-cü ildə ABŞ-nin IAEE və IRE cəmiyyətlərinin birləşməsi nəticəsində yaranıb. 160 ölkədə 400 000-dən çox üzvü var. Texniki konfranslara, simpoziumlar və seminarlara təşkilatçılıq və sponsorluq edir, böyük nəşr və təhsil fəaliyyəti ilə məşğul olur. 1 yanvar 1963-cü ildə radioelektronika və elektro-texnika üzrə standartların hazırlanması sahəsində dünya lideri, texnika sahəsi üzrə mütəxəssislərin beynəlxalq qeyri-kommersiya assosiasiyası olan Elekrotexnika və Elektronika Mühəndisləri İnstitutunun (IEEE – Institute of Electrical and Electronics Engineers) əsası qoyulmuşdur. IEEE 1912-ci ildə yaradılmış Radiotexniklər İnstitutu (ing. Institute of Radio Engineers) və 1884-cü ildə yaradılmış nun (ing. American Institute of Electrical Engineers) birləşdirilməsi nəticəsində meydana gəlmişdir. IEEE-nin əsas məqsədi elektrotexnika, elektronika, kompüter texnikası və informatikada elmi fəaliy-yətin təşkili və inkişafı üçün mütəxəssislərə informasiya və maddi dəstəyin verilməsi, onların nəticələrinin cəmiyyətin xeyrinə istifadəsi, həmçinin IEEE-nin üzvlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. IEEE və onun qurucu təşkilatlarının tanınmış başçıları Elihu Tomson (AIEE, 1889–1890), Aleksandr Graham Bell (AIEE, 1891–1892), Charles Proteus Steinmetz (AIEE, 1901–1902), Robert H. Marriott (IRE, 1912), Lee De Forest (IRE, 1930), Frederick E. Terman (IRE, 1941), Villiam R. Hevlett (IRE, 1954), Ernst Veber (IRE, 1959; IEEE, 1963) və İvan Getting (IEEE, 1978).

Digər lüğətlərdə

внеземно́й дёшево макропо́ды многострада́льный рассади́ть этнологи́ческий зав ковёр-самолёт кре́стное зна́мение нитра́ты плаче́вный по-дилета́нтски catecheses equatorward front matter mafioso model satin weave spray-paint tragicomedy transferase башковитый вровень паникадило теплостойкий