Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mətnin sonu
Mətnin sonu – verilənlərin ötürülməsində mətn faylının sonunu göstərmək üçün istifadə olunan simvol. Mətnin sonunun göndərmə sonluğu simvolu (END-OF-TRANSMISSION, EOT) ilə üst-üstə düşməsi vacib deyil, çünki göndərilən mətnə (mətnin önünə və ya sonuna) çoxlu sayda xətalara nəzarət kodları və verilişin idarəedilməsi simvolları artırıla bilər. ASCII kodunda ETX simvolu onluq 3 (onaltılıq 03h) qiyməti ilə göstərilib.
Birgə fəaliyyət
Birgə fəaliyyət – iştirakçıların iqtisadi vəziyyətinin yaxşılaşdırılması və ya ictimai maraqların irəli getməsi üçün xüsusi şəxslərin öz təşəbbüsləri üzrə əməkdaşlığıdır. == Ədəbiyyat == R. Əliquliyev, T. Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s.
Faylın birgə istifadəsi
Faylın birgə istifadəsi (ing. file sharing) – hesablama şəbəkəsində mərkəzi kompüterdə və ya ümumi serverdə saxlanılan və birdən artıq istifadəçi tərəfindən sorğulanan, baxılan və dəyişdirilən fayllarla iş. Müxtəlif proqramlarda və ya müxtəlif kompüterlərdə işlədilən faylın birgə istifadəsi üçün münasib formata çevrilməsi lazım ola bilər. Əgər bir fayl çoxlu insan tərəfindən birgə istifadə olunursa, ona erişimi parollar vasitəsilə qoruma, erişim hüququnun yoxlanması və ya faylın kilidlənməsi kimi üsullarla tənzimləmək olar ki, bu da faylın eyni zamanda bir neçə şəxs tərəfindən dəyişdirilməsinin qarşısını alır.
Zummerlə birgə atış
Zummerlə birgə atış (ing. Buzzer beater) — basketbolda oyunun hər dörd mərhələsinin sonunda çalınan zummerlə eyni zamanda atılan atış. Bu anlayış daha çox atılan atışın uğurlu olmasını ifadə edir. Qaydalara əsasən əyər atış zamanı top oyunçunun əlindən çıxırsa və havada olan zaman zummer çalınırsa o zaman səbətə düşən top hesaba alınır. Oyunçular vaxt azlığı zamanı sonuncu hücum zamanı bu üsula əl atılır və öz sahələrindən zummerlə eyni vaxtı topu səbətə doğru atırlar. Top səbətə nadir hallarda düşdüyündən azarkeşlərdə böyük həyacana səbəb olur. 3 yanvar 1984-cü ildə "Vaşinqton Uizardsın" oyunçusu Ceff Melounun "Los-Anceles Leykerslə" olan oyunda atdığı üçxallıq atış NBA tarixinin ən yaxşı zummerlə birgə atışı hesab olunur. Uzatmalarının sonunda Meloun çox uyğunsuz vəziyyətdə topu əldə etmiş və yan xəttin yanından dəqiq atışla topu səbətdən keçirmiş. Bu ana qədər Uizards məğlun durumda idi. Bu top komandaya qələbə gətirdi.
Baharla birgə (film, 1978)
Baharla birgə qısametrajlı sənədli filmi rejissor Zaur Məhərrəmov tərəfindən 1978-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanın ən qədim tətbiqi sənət növlərindən biri-xalçaçılıq haqqındadır. == Məzmun == Film Azərbaycanın ən qədim tətbiqi sənət növlərindən biri-xalçaçılıq haqqındadır. Kinolentdə Gəncə, Quba, Qarabağ, Pirəbədil, Qazax, Şirvan və başqa bölgələrin həmişəbahar sənət əsərləri-xalça nümunələri, xalça naxışlarının mürəkkəb rəmzi mənası, öz gözəlliyi ilə adamı heyran qoyan ornamentlərin sirləri barədə ətraflı söhbət açılır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: İmran Qasımov Rejissor: Zaur Məhərrəmov Operator: Zaur Məhərrəmov Bəstəkar: Rafiq Babayev == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Mənimlə birgə uç (serial)
"Mənimlə uçaq" (ing. Come Fly with me) — Böyük Britaniya skeç-komediya janrında teleserialı. Mett Lukas və Devid Uollyams komiklərin birgə rolu üzərində çəkilmişdir. Onlar Kiçik Britaniya adlı şouda da əvvəl birgə çəkilmişdilər. Aparıcı rol üzrə Şotlandiyalı aktrisa Lindsey Dunkan çəkilmişdi. Serialın premyerası 25 dekabr 2010-cu ildə baş tutmuşdu. Omar Baba (Uollyams) - «Aşağıuçuş» aviakompaniyanın ekssentrik rəhbəri. Həmişə piar-skandalın mərkəzində olur. Gözəlçə (Lukas) - tanrıya çox inanan, kofe dükanının sahibi. Həmişə öz kioskunu bağlayıb, özünə tətil günü eləmək üçün bir səbəb tapır.
Sadəcə birgə (film, 2007)
Sadəcə birgə (fr. Ensemble, c'est tout) — Fransız filmi. Film Anna Qavaldanın eyniadlı romanı əsasında çəkilib. Roman 2004-cü ildə satışa çıxsa da, onun əsasında çəkilmiş film yalnız 2007-ci ildə ekranlaşdırılmışdır. Kamilla adında cavan bir qız öz qonşusu Filiberlə dostlaşır və bir müddətdən sonra onun mənzilinə köçür. Orada o nəinki fiziki, həmçinin səmimi və ruhi bir istilik tapır. Elə orada da o aşpaz Frank ilə tanış olur. Əvvəlcə Frank ilə Kamilla arasında münasibətlər elə də yaxşı olmasa da, sonradan onlar möhkəm dost olurlar.
Dost ilə birgə portret
Dost ilə birgə portret (it. Autoritratto con un amico) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1518–1519-cu illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Dost ilə birgə portret əsəri hal-hazırda Fransada Paris şəhərində Luvr muzeyində saxlanılır. Tabloda təsvir olunan gənclərdən solda olan və ciddi formada düz baxan Rafael Santidir. Digər şəxsin kimliyi mübahisə doğurur. Bu şəxsin kimliyi haqqında olan fikirlərdən biri, onun Rafael Santinin şagirdi və ya köməkçisi olmasıdır. Lakin bu fikirlər öz təsdiqini tapmamışdır. Ən önəmli iddia isə bu şəxsin Rafael Santinin iki dostundan biri olmasıdır.
Dost ilə birgə portret (Rafael)
Dost ilə birgə portret (it. Autoritratto con un amico) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1518–1519-cu illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Dost ilə birgə portret əsəri hal-hazırda Fransada Paris şəhərində Luvr muzeyində saxlanılır. Tabloda təsvir olunan gənclərdən solda olan və ciddi formada düz baxan Rafael Santidir. Digər şəxsin kimliyi mübahisə doğurur. Bu şəxsin kimliyi haqqında olan fikirlərdən biri, onun Rafael Santinin şagirdi və ya köməkçisi olmasıdır. Lakin bu fikirlər öz təsdiqini tapmamışdır. Ən önəmli iddia isə bu şəxsin Rafael Santinin iki dostundan biri olmasıdır.
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi (türkcə Türkiye-Rusya Ortak Merkezi; rus. Совместный российско-турецкий мониторинговый центр) — İkinci Qarabağ müharibəsi bitdikdən sonra Qarabağ ərazisində atəşkəsin təmin edilməsi üçün yaradılan Türkiyə―Rusiya birgə monitorinq mərkəzi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzaladılar. Bəyanatda bölgədə atəşkəsi təmin etmək üçün sülhməramlıların da yerləşdirilməsi nəzərdə tutulurdu. Noyabrın 11-də isə Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi (RTBMM) yaratmaq üçün anlaşma memorandumu imzaladılar. Baxmayaraq ki, Rusiya rəsmiləri Türkiyənin sülhməramlı əməliyyatlara qatılmasının Dağlıq Qarabağa təsir etməyəcəyini bildirmişdilər. Noyabrın 16-da Türkiyə hökuməti Böyük Millət Məclisinə Azərbaycanda sülhməramlıların yerləşdirilməsi ilə bağlı qanun layihəsini təklif etdi. Türkyə parlamenti, ertəsi gün Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir illik səlahiyyət verərək bu vəsatəti təsdiqlədi. Bununla da Azərbaycan ərazisində Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsinə rəsmi razılıq verdi və monitorinq mərkəzinin yaradılması prosesinə start verildi. Rusiya tərəfi Monitorinq Mərkəzinin Qarabağdan kənarda Bərdədə yerləşdirilməsini təklif etsə də, Azərbaycanın təkidi ilə mərkəzin Ağdam şəhərində açılması qərarı verildi.
Azərbaycan Xalq Cümhuriyyəti-İran birgə komissiyası
Azərbaycan Xalq Cümhuriyyəti-İran birgə komissiyası, iki dövlət arasında əməkdaşlıq haqqında müqavilənin əsaslarını hazırlamaq üçün Parisdə yaradılmış işçi qrup (1919, oktyabr). == Komissiyanın tərkibi == Komissiyanın tərkibinə Azərbaycan nümayəndələrindən Mir Yaqub Mehdiyev və Ceyhun Hacıbəyli, İran tərəfindən Zəkov Mülk və Mustan Sarüs-Səltənə daxil idi. == Komissiyanın iclasları == Oktyabrın 29-da komissiyanın ilk iclası keçirilmişdi. Oktyabrın 30–31-i və noyabrın 1-də müzakirələr davam etdirilmiş, Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşovun Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədrinə göndərdiyi məlumata görə, sonuncu iclasda İran nümayəndələri Azərbaycan nümayəndəliyinin təqdim etdiyi saziş layihəsini qəbul etmişdi. == Sazişin şərtləri == Saziş 4 maddədən ibarət idi: Qafqaz Azərbaycanı Azərbaycan nümayəndəliyinin Sülh konfransına təqdim etdiyi tələbnamə və xəritələrdə göstərilmiş sərhədlərdə, Rusiyada dövlət idarəsi və quraluşunun hansı şəkildə və formada quralmasından asılı olmayaraq, qəti və birdəfəlik ondan (Rusiyadan) ayrılır; Qafqaz Azərbaycanının göstərilən hüdudlarında 1918 ilin 28 mayından mövcud olan Azərbaycan Cümhuriyyəti, Bakı şəhəri paytaxt olmaqla, Azərbaycan Hökuməti tərəfindən ümumi seçki hüququ əsasında çağırılan Azərbaycan Müəssislər Məclisinin müəyyən etdiyi qanunlarla fəaliyyət göstərən seçilmiş prezident və parlamentli müstəqil, demokratik respublika kimi tanınır; Azərbaycan Xalq Cümhuriyyəti qonşu İran dövlətilə əsasları və formaları, eyni zamanda, həyata keçirilmə üsulları İran və Azərbaycan Hökumətlərinin hər iki dövlətin parlamentlərinin bəyəndiyi qarşılıqlı razılığına əsasən hazırlanan və müəyyən edilən siyasi-iqtisadi əlaqələr qurar. Bununla birgə xarici işlər sahəsində İran və Azərbaycan Hökumətlərinin fəaliyyətinin birləşdirilməsi arzu olunur; Azərbaycan Cümhuriyyətinin 1-ci və 2-ci bəndlər üzrə yuxarıda göstərilən məqsədlərə çatmaq, Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin tanınması, onun bütövlüyü və müstəqilliyinə, siyasi, iqtisadi, mədəni və hərbi qüvvələrinin inkişafına hər cür təhdiddən təhlükəsizliyinə nail olmaq üçün İrana göstərilən şəkildə İngiltərənin həqiqi köməyinə ehtiyacı vardır. == Nəticə == Məlumatda qeyd edilirdi ki, bütün bu dörd maddə bir-birilə bağlıdır və Azərbaycan nümayəndələrinin özü tərəfindən kimə lazımdırsa, elan edilməlidir. Digər bir qeydə görə, Azərbaycan nümayəndələri ingilis hökumətinin nümayəndələri ilə görüşüb müvafiq izahat verməli idi. Azərbaycan — İran birgə komissiyasının Parisdəki fəaliyyəti az sonra bu ölkələr arasında əməkdaşlığın və işgüzar münasibətlərin yaradılmasında uğurlu başlanğıc oldu. 1920 ilin mart-aprelində Azərbaycan — İran konfransı keçirildi.
İkili yazılış
İkili yazılış — təşkilatın fondlarındakı vəziyyətdəki hər dəyişikliyin ümumi bir qalıq təmin edən ən azı iki mühasibat hesabında əks olunduğu mühasibat üsulu. Uçotda ikili yazılışın və ümumiyyətlə mühasibat uçotunun yaranması da İtaliyanın intibah dövrünə təsadüf edir. Təsərrüfatda baş vermiş hadisələrin-işlərin, əməliyyatların, proseslərin hərəkətini izləmək, daha doğrusu, bir tərəfdən işin, əməliyyatın, prosesin kim tərəfindən verilməsini, onların həyata keçirilməsi üçün vəsaitin haradan alınmasını, tələb olunan digər zəruri fəaliyyətin yerinə yetirilməsinə lazım olan maddi və əmək ehtiyatlarının əldə edilmə mənbəyini, digər tərəfdən sözügedən sifarişlərin, vəsaitlərin, maddi və əmək ehtiyatlarının və s-nin kimin icra edəcəyini, ona məsul olacağını, harda mühafizə edəcəyini təyin etmək üçün (həm sifarişin verilməsi, vəsaitin alınması, ehtiyatların əldə edilməsi kimi bir yazılışla həm də bu verilmiş sifarişləri, alınmış vəsaitləri, əldə edilmiş ehtiyatları kimin icra edəcəyi kimi ikinci yazılışla aparılmasında) istifadə edilən ikili yazılışın meydana gəlməsinin insan cəmiyyətinin həyat və yaşayışının təmin edilməsinə imkan yaradan şəxsi kapitalın gələcək inkişafına təkan vermişdir. İkili yazılış sistemi XIII–XIV əsrdə yaranmış, onlardan Şimali İtaliyanın bir sıra ticarət mərkəzlərində istifadə olunmuşdur. Genuyada tapılmış bələdiyyə yazılarında ikili yazılış sistemi 1340-cı ilə təsadüf edir. Daha erkən ikili yazılış Florensiyanın ticarət firmalarında (1299–1300-cü illər) eləcə də Şampan (Fransa) əyalətində ticarət aparan firmalarda aşkar edilmişdir. Uçotun ilk sistemləşdirilməsi Fransiskan rahibi Luka Paçoli olmuş və o həmin dövrdə özünün böyük əsəri olan "Hesablar və yazılışlar haqda traktat"ını yazaraq (1494-cü il) uçot yazılışlarının mahiyyətini çox bacarıqla aça bilmişdir. Onun, sözügedən bu kitabı bizim dövrümüzdə də aktual olaraq qalır və uçot təcrübəsində istifadə olunur. Müasir dövrdən fərqli olaraq əvvəlki dövrün mühasibat uçotu fərdi sahibkarı lazımi informasiyalarla təmin etmiş, bütün məlumatlar gizli şəkildə saxlanılmış; həmin dövrdə mülkiyyətçi və təşkilatın əmlakı arasında heç bir məhdudiyyət qoyulmamış; təşkilatda hesabat və onlar arasındakı dövr haqqında heç bir anlayış olmamış; çoxlu pul vahidinin mövcudluğu ikili mühasibatlıqdan istifadəni çətinləşdirmişdir. Bütün bunlar uçot registrlərində (qeydiyyatlarında) aparılan yazılışları xüsusilə mal haqda məlumatları (çəki, ölçü, ölçü vahidi, qiymət) təsviri xarakterizə etməklə öz işini yekunlaşdırırdı.
İnfiks yazılış
İnfiks yazılış (ing. infix notation ~ ru. инфиксная запись ~ tr. infiks gösterimi) – ifadələrdə istifadə edilən elə işarələmə sistemidir ki, ikiyerli operatorlar öz arqumentləri arasında yazılır, məsələn, “2+4”, biryerli operatorlar isə, adətən, bilavasitə öz arqumentlərinin qabağında göstərilir, məsələn: “–1”. Java və C++ kimi proqramlaşdırma dillərində bu infiks yazılışından istifadə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. RPN or DAL?
Birə
Birə — müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Onlar məməlilər, quşlar va digər heyvanların üzərində və yuvalarında yaşayır. Birələr qanla qidalanır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir. Fəallığından asılı olaraq onları qış və yay birələri adlandırırlar. Taun xəstəliyinin yayılması yetkin birələr vasitəsilə həyata keçirilir. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Birələr həm də tulyaremiya, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin törədicilərini də daşıyır. Birələr - qansoran həşəratlar qrupuna daxildir.
Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi (türkcə Türkiye-Rusya Ortak Merkezi; rus. Совместный российско-турецкий мониторинговый центр) — İkinci Qarabağ müharibəsi bitdikdən sonra Qarabağ ərazisində atəşkəsin təmin edilməsi üçün yaradılan Türkiyə―Rusiya birgə monitorinq mərkəzi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzaladılar. Bəyanatda bölgədə atəşkəsi təmin etmək üçün sülhməramlıların da yerləşdirilməsi nəzərdə tutulurdu. Noyabrın 11-də isə Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi (RTBMM) yaratmaq üçün anlaşma memorandumu imzaladılar. Baxmayaraq ki, Rusiya rəsmiləri Türkiyənin sülhməramlı əməliyyatlara qatılmasının Dağlıq Qarabağa təsir etməyəcəyini bildirmişdilər. Noyabrın 16-da Türkiyə hökuməti Böyük Millət Məclisinə Azərbaycanda sülhməramlıların yerləşdirilməsi ilə bağlı qanun layihəsini təklif etdi. Türkyə parlamenti, ertəsi gün Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir illik səlahiyyət verərək bu vəsatəti təsdiqlədi. Bununla da Azərbaycan ərazisində Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsinə rəsmi razılıq verdi və monitorinq mərkəzinin yaradılması prosesinə start verildi. Rusiya tərəfi Monitorinq Mərkəzinin Qarabağdan kənarda Bərdədə yerləşdirilməsini təklif etsə də, Azərbaycanın təkidi ilə mərkəzin Ağdam şəhərində açılması qərarı verildi.
Mətin Eynullayev
Mətin Balasən oğlu Eynullayev (22 mart 1975, Bakı) – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi (06 may 2021-ci il tarixindən), Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri (19 avqust, 2020-ci ildən), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini və Xidmətin rəisi səlahiyyətlərinin icraçısı (13 may, 2020-ci il tarixindən), Azərbaycan Respublikasının vergilər nazirinin müavini (2018–2020), 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (27 dekabr 2018), Azərbaycan Respublikasının təhsil nazirinin müavini (2017–2018), Azərbaycan Respublikasının Təhsil Nazirliyinin aparat rəhbəri (2013–2017) Mətin Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olub. Evlidir, 2 övladı var. 1992–1997-ci illər – Bakı Dövlət Universitetində təhsil alıb və hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1998–2002-ci illər – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas vəzifəsində çalışıb. 2002–2007-ci illər – Özəl sektorda çalışıb. 2007–2009-cu illər – Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb. 2009 – 2013-cü illər – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifəsində çalışıb. 2013 – 2017-ci illər – Azərbaycan Respublikası Təhsil Nazirliyində Aparat rəhbərinin müavini, Aparat rəhbəri vəzifəsində çalışıb. 11 yanvar 2017-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. 17 yanvar 2018-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
Mətin Hüseynov
Mətin Kərimli
Mətin İmdad oğlu Kərimli (6 iyun 1979, Bakı) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri (2023–h.h.); Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin direktoru, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin sabiq müavini. Mətin İmdad oğlu Kərimli 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetini beynəlxalq əlaqələr üzrə bakalavr dərəcəsi ilə bitirib. 2000–2001-ci illərdə Strasburq Universitetində (Fransa) Avropa elmləri üzrə fənlərarası diplom, 2001–2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb. 2005-ci ilin may-iyul aylarında C.Marşal Avropa Elmləri Mərkəzində (Almaniya) Ali Təhlükəsizlik Elmləri üzrə Liderlər Proqramında təhsil alıb, 2006-cı ilin yanvar-avqust aylarında NATO Müdafiə Kollecində ali kursu bitirib. 2012-ci ildə Harvard Universitetini (ABŞ) dövlət idarəetməsi üzrə magistr dərəcəsi ilə bitirib, eləcə də dövlət siyasəti və idarəetməsi üzrə Meyson Proqramının Diplomunu alıb. 1998–1999-cu illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, 2003–2004-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, 2005–2008-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsində referent, 2008–2009-cu illərdə NATO-nun Müdafiə siyasəti və planlaşdırma idarəsinin beynəlxalq katibliyində tərəfdaşlıq zabiti, 2009–2011-ci illərdə Azərbaycanın NATO yanında nümayəndəliyində ikinci katib, 2011-ci ilin mart-iyun aylarında Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsinin ikinci katibi vəzifələrində çalışıb. 2012-ci ilin iyun ayından 24 fevral 2014-cü ilə qədər isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifəsində işləmişdir. 24 fevral 2014-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini təyin olunub. 2020-ci ilin yanvar ayından etibarən Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin Direktorudur.
Əl-Mətin
Əl-Mətin (ər. المتين) — Allahın adlarından biri. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. (Zariyət Surəsi, 58) İnkarçıların ən çox yanıldıqları mövzu Allahın varlığı deyil, Allahın sifətləridir. Bəziləri Allahın hər şeyi ən başda yaradıb buraxdığını, daha sonra hadisələrin öz başına inkişaf edib davam etdiyini, bəziləri Allahın insanı yaratdığını lakin heç bir şeydən məsul olmadığını müdafiə edər. Nəticədə imansızlığın təməlində Allahın varlığını rədd etmə olduğu kimi, bununla yanaşı, "Onlar, Allahın qədrini haqqıyla təqdir edə bilmədilər..." (Həcc Surəsi, 74) ayəsində də ifadə edildiyi kimi, Allahı gərəkdiyi kimi təqdir edə bilməmək problemi var. Belə ki, dünya həyatında hər cür dəlili görmələrinə baxmayaraq, Allahın qüdrətini təqdir edə bilməyən insanların Allahın qüvvətini əsla inkar edə bilməyəcəkləri elə bir gün gələcəkdir ki, o gün Allahın əzəmətini, qüdrətini çox böyük bir şiddətlə hiss edəcəklər. Allahın qüvvətiylə yer üzündəki ən möhkəm dayaqları olan o heybətli, sarsılmaz dağlar yerlərindən oynadılıb yeridilər, köklərindən sovrular, parça-parça edilər: Sur bircə dəfə üfürüləcəyi,yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –həmin gün Vaqiə qopacaq.Göy yarılacaq və həmin gün o, süst olacaqdır. (Haqqə surəsi, 13-16) O gün meydana gələcək dağılma Allahın şanına, qüdrətinə yaraşan şəkildədir. Dünyadakı ən böyük kütlə və ən böyük həyat qaynağı olan okeanlar su qaynaması kimi qaynayar, alovlanar.
Mətin İlhan
Mətin İlhan (1972, Kırşəhər) — tibb işçisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırış deputatı. Mətin İlhan 1972-ci ildə Kırşəhər ilində anadan olub. İstanbul Universitetinin Tibb bölməsini bitirib. Fırat Universiteti Tibb bölməsində ixtisasını başa vurub. 1999-2009-cu illərdə Mucur Dövlət Xəstəxanasında, 2009-cu ildən Kırşəhər Dövlət Xəstəxanasında çalışıb. Kırşəhər Ahi Evran Universitetində Kafedra müdiri vəzifəsində təmsil olunub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında (CHP) qoşulub. 2018 və 2023-cü illərdə Kırşəhər ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. Milli Müdafiə Komissiyasının üzvüdür. İngiliscə bilir.
Mətin Oqtay
Mətin Oqtay futbol karyerasına 1952-ci ildə doğulduğu İzmirin həvəskar komandalarından Damlacıksporun aşağı yaş qruplarında başladı. Futbolçu Sait Altınorduya olan heyranliğindan burada 8 nömrəli formanı geyinirdi. Çeşmenin Alaçatı bələdiyyəsində oynanan və 4-1 qazanılan hazırlıq görüşündə 2 qol vuran Oqtaya baş məşqçi Arif Hantal tərəfindən verilən 2,5 lirə, onun futboldan qazandığı ilk pul idi. İzmirspor formasıyla İzmir Profesional Ligasının 1954-55 mövsümündə 18 oyunda 17 qol ataraq ilk bombardirliyini yaşadı. Komandası isə liganı çempionluqla tamamlamışdır. 7 May 1955 də Beşiktaş ilə oynanan və 1-0 məğlub olunan Atatürk Kubokunda ilk dəfə sınaq məqsədi ilə Galatasaray forması geyindi. İyul 1955 də isə, Gündüz Kılıçın baş məşkçiliyini elədiyi Galatasaray ilə 5 ilik müqavilə imzaladı. Oqtayın imzaladığı müqavilə qarşılığında taksi nömrəli Chevrolet markalı maşın verildi. 1962-63 sezonuna Galatasaray, hazırlıq turniri olan Türkiyə Spor Yazarlar Dərnəyi Kubokunu qazanaraq başladı. 11 Aprel 1954 də, Qərbi Almaniyanın Leverkusen şəhərində Türkiyə 18 yaş milli komandasının Belçikayı 4-0 uduğu və özünün 2 qol atdığı 1954 Dünya Gənclər Çempionatı oyununda ilk dəfə milli forma geyindi.
Mətin Balkanlıoğlu
Mətin Balkanlıoğlu (türk. Metin Balkanlıoğlu; 1958 – 2018, İstanbul) — Türkiyə islam din xadimi. Abdülmetin Balkanlıoğlu 1958-ci ildə Sunqurlu rayonunun Aşağıfındıqlı kəndində anadan olmuşdur. 1977-ci ildə Çorum İmam Hatip məktəbini, 1986-cı ildə İstanbul Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1977-ci ildə Şilədə imam olaraq işə başlamışdır. İsmayılağa camaatının rəhbərlərindən biri idi. Balkanlıoğlu evli olmuşdur, 2 övladı var idi. Milliyətçi fikirlərə sahib idi və Rəcəb Tayyib Ərdoğanı dəstəkləyirdi. O, tez-tez gülənçilərə, kürdlərə, ərbakançılara və Türkiyə müxalifətinə qarşı çıxışlar edirdi. O, qəzəblə kürd yaraqlılarına qarşı həddindən artıq güc tətbiq etməyə çağırdığı mübahisəli çıxışından qısa müddət sonra infarkt keçirmişdir.
Külüg Bilgə
Külüg Bilgə xaqan - atası II Qutluqdan sonra taxta gəlmiş və cəmisi 3 il taxta qalmışdır. 806-cı ildə Çindəki Mani məbədi məhz onun istəyi ilə yenidən açılmışdı. 808-ci ildə vəfat etmişdi. Övladsız olduğu üçün yenidən seçki ilə hökmdar seçilmişdi.
Loya cirgə
Loya cirgə (puşt. لويه جرګه Böyük Şura)—ümuməfqan ağsaqqaları şurası. Ümuməfqan şurası olan Loya cirgə (Böyük Şura) Əfqanıstan tarixində dövlətin ictimai-siyasi həyatının ən mühüm məsələlərinin həllində böyük əhəmiyyət kəsb edib. Əfqanıstanda aşağı palatası (Xalq Şurası) xalq tərəfindən seçilən, yuxarı palatası (Senat) şah tərəfindən təyin olunan ilk müasir tipli parlament 1931-ci ildə formalaşıb. 1973-cü il şah rejimi devrilib respublika yaradılanda parlament buraxılıb və bir daha çağırılmayıb. 1978-ci il kommunist çevrilişindən sonra da parlament seçkiləri keçirilməyib. Nəhayət, 1988-ci ildə parlamentə çoxpartiyalılıq əsasında seçkilər keçirilib. 1990-cı ildə kommunist rejimini devirib hakimiyyətə gələn taliblər də parlamentsiz keçiniblər. 2001-ci ildə Əfqanıstana ABŞ qoşunları yeridiləndən sonra qəbul edilən 2003-cü il Konstitusiyasına əsasən, 2005-ci ildə ikipalatalı parlamentə - Milli Şuraya seçkilər baş tutub. == İkipalatalı parlament - Milli Şura == Əfqanıstan parlamenti ikipalatalıdır - Xalq Şurası və Ağsaqqallar Şurası.
Mühitdin Birgən
Mühitdin Birgən (1885, Konstantinopol – 1 oktyabr 1951) — türkiyəli yazıçı, jurnalist və siyasətçi. 1922–1923-cü illərdə Bakıda yaşamış, Respublika Maarif Komissarlığının kollegiya üzvü seçilmiş, Ali Pedaqoji İnstitutda humanitar ixtisaslar üzrə beş fəndən, Bakı Dövlət Universitetində isə "Osmanlı ədəbiyyatı tarixi"ndən dərs demişdir. 1939-cu ildə Türkiyə Böyük Millət Məclisinin 6-cı çağırışında Mardindən millət vəkili seçilib. Mühitdin Birgən 1885-ci ildə İstanbulda anadan olub. Unkapı rüşdiyyəsində, daha sonra isə Vəfa edadiyyəsində orta təhsilini bitirdikdən sonra Darülfünunda Ədəbiyyat fakultəsini bitirib. 1906–1908-ci illərdə Hicaz dəmiryollarında fəaliyyət gösətrib. 1908-ci ildən etibarən müxtəlif məktəblərdə fəlsəfə dərsi deyib. 1908-ci ildə İttihad və Tərəqqi ilə yaxınlaşaraq "Tanin" qəzetində yazılar yazmağa başlayır. Sonradan qəzetin yazı işləri müdiri olan o, İttihad və Tərəqqi partiyasında daha da yüksəlir və Məclisi Məbusana 3-cü çağırış Çorum nümayəndəsi kimi seçilir. 1920–1921-ci illərdə "Hakimiyet-i Milliye" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib.
Xalq yazıçısı
Xalq yazıçısı — SSRİ-yə daxil olan əksər müttəfiq respublikalarda, hal-hazırda isə bəzi keçmiş sovet respublikaları ilə yanaşı, Azərbaycan Respublikasında verilən fəxri ad.
Mahnı yazıçısı
Yazıçı və ya yazar — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir. Əksər hallarda yazıçı sözü əsərlərini nəsr, şair isə əsərlərini nəzm ilə yazan müəlliflərə ithaf edilir. Yazıçılar uydurma və uydurma olmayan bir çox janrda əsərlər yazıb-yarada bilər. Bəzi yazıçılar isə öz fikirlərini multimedia — qrafika, illüstrasiya və s. ilə zənginləşdirirlər. Öz fikirlərini çatdırmaq üçün onlar nadir hallarda hətta musiqidən də faydalana bilərlər. Bunlardan başqa, şifahi ənənədən istifadə edən bir sıra yazıçılar da mövcuddur.
Söz yazıçısı
Yazıçı və ya yazar — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir. Əksər hallarda yazıçı sözü əsərlərini nəsr, şair isə əsərlərini nəzm ilə yazan müəlliflərə ithaf edilir. Yazıçılar uydurma və uydurma olmayan bir çox janrda əsərlər yazıb-yarada bilər. Bəzi yazıçılar isə öz fikirlərini multimedia — qrafika, illüstrasiya və s. ilə zənginləşdirirlər. Öz fikirlərini çatdırmaq üçün onlar nadir hallarda hətta musiqidən də faydalana bilərlər. Bunlardan başqa, şifahi ənənədən istifadə edən bir sıra yazıçılar da mövcuddur.
Bilgə Təkin
Bilgə Təkin - 966-975-ci illər arası hökmdarlıq etmiş Qəznə hakimi. Samani generalı Faiqin ordularını məğlub etdikdən sonra bir az daha müstəqilləşsə də hələ də Samanilərin hakimiyyəti altında idi. 975-ci ildə Gərdiz qalasını mühasirəyə alarkən vəfat etdi. Yerinə seçki ilə başqa bir sərkərdə olan Böri Təkin keçdi.
Bilgə xaqan
Bilgə xaqan (çin. 阿史那默棘連; 683 – 734 və ya 25 noyabr 734, Ötüken) — İkinci Göytürk Xaqanlığının 716-cı ildən xaqanı. == Adı və ilkin həyatı == Əsl adı Bögü olub, taxta çıxdıqdan sonra Bilgə adını qəbul etmişdir. İltəriş xaqanın və İlbilgə Xatunun oğlu idi. 700-cü ildə tanqutlara qarşı yürüşdə iştirak etmişdi. 701-ci ildə Onq Tutukun başçılığındakı 50.000 əsgərdən ibarət Tan sülaləsi ordusunu məğlubiyyətə uğratmışdı. 703-cü ildə isə Aşina sülaləsi tərəfindən idarə olunan lakin xaqana tabe olmayan basmıllara hücum etmişdi. 705-ci ildə 80.000 əsgərdən ibarət Çaça Senqun başçılığındakı Tan ordusunu məğlubiyyətə uğratmışdı. Lakin 709-cu ildə Yenisey qırğızlarına məğlub olmuşdu. Sonrakı il gecə basqını ilə qırğızlar da məğlub edilmişdi.
Bircə Akalay
Bircə Akalay (19 iyun 1984, İstanbul) — Türk aktrisa. == Həyatı və karyerası == 2003-də Pera Gözəl Sənətlər Liseyi Teatr bölümündə lisey təhsil aldı. Həmin il girdiyi İstanbul Universiteti teatr aktrisalığı və dramaturgiya bölümündəki təhsilini tamamlamadı amma Xaliç Universiteti Konservatoriya Teatr bölümündən məzun oldu. 2004 Türkiyə Gözəllik yarışmasında üçüncü olduqdan sonra Avropa Gözəllik yarışmasında Türkiyəni təmsil etdi və yarımfinala çıxdı.2004–2007-ci illər arasında Star TV və TV8də idman spikerliyi, həm də Çempionlar liqası və 8-ci Pillə kimi verilişlərdə aparıcılıq etmişdir.2007-ci ildə yayımlanan "Qədər" və "Sənin Üçün" seriallarında baş rolda oynamışdır.2008-ci ildə "Asi" adında serialda qonaq aktrist olaraq qatılmışdır.Bundan başqa 2008-də vizyona girən "Son Dərs" və 2009-un oktyabr ayında vizyona girən "Nəfəs" filmində rol almışdır. 2009-cu ildə TRT 1-də yayımlanan "Alayına İsyan" serialında Sevtap rolunda, 2009-cu ilin sentyabr ayında "Sizi Sevirəm" filmində Əmrə Altuğ ilə baş rolları paylaşmışdır.2009-da atv-də yayımlanan "Qış nağılında" Zişan rolunda oynamışdır.Həmin il TRT Müzik kanalında başlayan və TV8-də davam edən verilişi Sinema dünyası bir yayın mövsümü davam etmişdır. 2010-cu ildə keçmiş əri Murad Ünalmış ilə birliktə Ürgübdə bir eşqi anlatan Yer Göy Eşq serialında Həvva rolunu canlandırmışdır. 2013-cü ildə atv-də Baş Nazir Ədnan Menderesin həyatından bəhs edən Mən Onu Çox Sevdim adlı serialda opera sənətçisi Ayxan Aydan rolunu canlandırmışdır. 2013-cü ildə TRT 1-də yayımlanan Belə Bitməsin adlı seriala qonaq aktrist olaraq qatılmışdır. Sonra isə Kanal D-də yayımlanan Kiçik Ağa adlı serialda Sinəm rolunu canlandırmışdır. Kiçik Ağa serialında baş rolu paylaşdığı Sarp Ləvəndoğlu ilə 1 avqust, 2014-cü ildə evlənmişdir.
Birə bağayarpağı
Hind bağayarpağı (lat. Plantago indica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik, ot bitkisi olub, hündürlüyü 40 sm, kökü qısa, möhkəm budaqlı iyəbənzər gövdəyə malikdir. Yarpaqları qarşı-qarşıya xətti olmaqla, bütövkənarlıdır. Çiçəkləri burulmuş, yumurtavari-şarşəkilli olur. Uzun başcıqlı çiçəkləri gövdə üzərindəki yarpaqların arasında yerləşir. Tumurcuqları çəhrayı-qəhvəyi, qonur meyvələri isə elliptik kapsul içərisində yerləşir. Bitkinin yerüstü hissələri şaxələnmiş, yarpaqları gövdə üzərində müxtəlif olmaqla yerləşir. Ölçüsü 0.6–4 sm-ə qədər olur. Yarpaqlarının uzunluğu 7 sm, xətti-bütövkənarlı və ya seyrəkdişlidir.
Bərqə
Bərqə (ərəb. برقة‎ Barqa; q.yun. Βάρκη Bárkē) — Liviyada yerləşən qədim şəhər. Qədim Yunan və daha sonra Əhəmənilər, Roma və Bizans imperiyalarından asılı olmuşdu. VIII əsrin əvvəllərində ərəblər Şimali Afrikanı tutdular. Şimali Afrikaya vali təyin edilən Üqbə ibn Nafe bəzi yerləri ələ keçirməklə yanaşı bərbəriləri də İslama gətirməyə çalışmış və ordugah şəhəri olan Qeyrəvanı inşa etdirmişdir. Üqbə valiliyi zamanında özünə mərkəz olaraq Bərqəni seçmişdir. Bundan əvvəl Abdullah ibn Səd Bizansın Şimali Afrika valisini məğlub edərək Tərabülüs əl-Qərb ələ keçirmişdir. Sudan üzərinə göndərdiyi ordu isə heç bir nəticə əldə etmədən geri qayıtmışdır. Üqbə ibn Nafenin Şimali Afrikada qazandığı uğurları görən Müaviyə 675-ci ildə (hicri 55) onu Şama geri çağırıb Əbülmühaciri bu bölgəyə vali təyin etmişdir.
Metanın pirolizi
Metanın pirolizi- yüksək temperaturda 1200 – 1500 oC və reaksiya məhsullarının tez bir zamanda soyudulması ilə gedən prosesdir. Piroliz nəticəsində asetilen alınır ki, bu da son məqsəd deyil və üzvi sintez məhsullarının alınması üçün aralıq maddədir. Belə ki, metanın pirolizi təkcə asetilenin alınması üçün iqtisadi cəhətdən səmərəli olmadığından bu texnologiya adətən asetilenin digər məhsullara məsələn sintetik kauçuk emalı zavodlarında tətbiq edilir. Piroliz prosesinin effektivlik dərəcəsini müəyyən edən əhəmiyyətli faktor alınan və istifadə edilən karbohidrogenlərin yüksək temperatura davamlılığıdır. Karbohidrogenlərin termiki davamlılığı haqqında onların əmələ gəlməsinin sərbəst enerji temperaturunun dəyişməsini izləməklə mühakimə yürütmək olar. Verilmiş temperaturda sərbəst enerji nə qədər az olarsa, karbohidrogen bir qədər stabil olar. Bu asılılığın tədqiqi göstərdi ki, temperaturun artması ilə asetilenin stabilliyi artır, digər karbohidrogenlərdə stabillik enir.Bu onu göstərir ki, karbohidrogenlər müvafiq temperaturda asetilinə çevrilə bilərlər. Belə ,ki 1200 oC temperaturda asetilenin sərbəst əmələ gəlmə istiliyi, metanın sərbəst əmələgəlmə istiliyindən az olduğundan, bu asetilinin bilavasitə metandan alınmasını mümkün edir. Ancaq asetilen 1500 oC temperaturda termodinamiki cəhətdən stabil olmayıb, az bir zaman müddətində hidrogenə və karbona (duda) ayrıla bilər. Metanın pirolizindən alınan asetilenin parçalanmasının qarşısını almaq üçün piroliz qazlarının reaksiya zonasında qalma müddəti saniyənin yüzdə bir hissəsindən artıq olmamalıdır.
Metin Oktay
Mətin Oqtay futbol karyerasına 1952-ci ildə doğulduğu İzmirin həvəskar komandalarından Damlacıksporun aşağı yaş qruplarında başladı. Futbolçu Sait Altınorduya olan heyranliğindan burada 8 nömrəli formanı geyinirdi. Çeşmenin Alaçatı bələdiyyəsində oynanan və 4-1 qazanılan hazırlıq görüşündə 2 qol vuran Oqtaya baş məşqçi Arif Hantal tərəfindən verilən 2,5 lirə, onun futboldan qazandığı ilk pul idi. İzmirspor formasıyla İzmir Profesional Ligasının 1954-55 mövsümündə 18 oyunda 17 qol ataraq ilk bombardirliyini yaşadı. Komandası isə liganı çempionluqla tamamlamışdır. 7 May 1955 də Beşiktaş ilə oynanan və 1-0 məğlub olunan Atatürk Kubokunda ilk dəfə sınaq məqsədi ilə Galatasaray forması geyindi. İyul 1955 də isə, Gündüz Kılıçın baş məşkçiliyini elədiyi Galatasaray ilə 5 ilik müqavilə imzaladı. Oqtayın imzaladığı müqavilə qarşılığında taksi nömrəli Chevrolet markalı maşın verildi. 1962-63 sezonuna Galatasaray, hazırlıq turniri olan Türkiyə Spor Yazarlar Dərnəyi Kubokunu qazanaraq başladı. 11 Aprel 1954 də, Qərbi Almaniyanın Leverkusen şəhərində Türkiyə 18 yaş milli komandasının Belçikayı 4-0 uduğu və özünün 2 qol atdığı 1954 Dünya Gənclər Çempionatı oyununda ilk dəfə milli forma geyindi.
Məcnun
Məcnun — bir çox Yaxın Şərq xalqlarının folklorunda yayılmış "Leyli və Məcnun" haqqında dastaların qəhrəmanıdır. Yazılı ədəbiyyatda Leyli obrazı ilk dəfə Nizami Gəncəvi tərəfindən tərəfindən istifadə edilmiş, daha sonra Nizaminin təsiri ilə həmin mövzuda əsərlər yazmış şairlər tərəfindən istifadə olunmuşdur. Məcnun həm də, Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən, Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında yazılmış "Leyli və Məcnun" operasının əsas qəhrəmanlarından biridir. Operada tenor səs olan Məcnun rolunun ilk ifaçısı Hüseynqulu Sarabski olmuşdur. Kinematoqrafiyada Leyli obrazını, 1961-ci ildə çəkilmiş Leyli və Məcnun filmində aktyor Nodar Şaşıqoğlu, 1982-ci ildə çəkilmiş Nizami filmində isə Əhməd Salahov canlandırmışlar. 2023-cü ildə Azərbaycan yazıçısı Vahid Məmmədlinin ilk dəfə nəsrlə yazılmış "Leyli və Məcnun" romanının baş qəhrəmanıdır. Nizamiyə qədərki ərəb mənbələrində Məcnun haqqında verilmiş rəvayətlər çox vaxt dumanlı və ziddiyyətli şəkildə nəql olunur. Bu səbəbdən həmin rəvayətlərin heç birində Məcnunun tarixi şəxsiyyət olması təsdiq olunmur. İ. Y. Kraçkovski yazır ki, Məcnun haqqında mövcud olan zəngin material heç də onun tarixi şəxsiyyət olmasını təsdiq etmir, əskinə, onu bir az da dolaşıq vəziyyətə salır. "Nəğmələr kitabı"nda bəni-Üməyyə dövrünün poeziyasını toplayan Əyyub ibn Əbayənin dilindən bu rəvayət verilir: "Mən, Amir qəbiləsində bu qəbilədən olan Məcnun haqqında nəsilbənəsil sorudum və onu tanıyan bir adam tapmadım".
Mədain
Ktesifon (yun. Κτησιφῶν (Ktēsiphōn), pəhl. Tyspwn, fars. تیسفون‎ (Tisfun), ərəb. قطسيفون‎ (Qaṭaysfūn), erm. Տիզբոն (Tizbon)) — Parfiyanın, sonra Sasanilərin paytaxtı. Azərbaycan tarixi ədəbiyyatında Mədain kimi xatırlanır. Mədain-digər adı ilə Ktesifon şəhəri əvvəlcə Parfiyanın, sonra Sasanilər imperiyasının paytaxtı idi. İndi xarabalıqları İraqın şərqində yerləşir. Ərəblər Mədaini Səvad adlandırırdılar.
Məntiq
Məntiq düzgün düşünmə elmidir. Ona həm formal məntiq həm qeyri formal məntiq daxildir. Formal məntiq deduktiv baxış nöqtəsinə əsaslanmış nəticələrə arxalanaraq məntiqi nəticəyə qəlir. Formal məntiqdə mövzusundan və məzmunundan asılı olmayaraq, fikirdən arqumentlərin necə yaranıdığına nəzərdən baxılır. Qeyri-formal məntiq düşüncədəki səhvləri, tənqidi düşüncə və mübahisə nəzəriyyəsini araşdırır. Qeyri-formal məntiq gündəlik danışdıqımız dili yəni təbii dildə ifadə olunan arqumentlərə baxır və onları araşdırır. Məntiq elminin inkişafında Aristotel və Qottlob Fregenin rolu böyükdür. Məntiq əsas olaraq iki hissəyə bölünür. Ənənəvi məntiq üzərində qurulmuş Formal məntiq və formal məntiq üzərində qurulmuş Riyazi məntiq. Məntiq bütün elmlərin instrumenti kimi götürülür.
Mərsin
Mərsin (lat. Myrtus) — mərsinkimilər fəsiləsinə aid bitki cinsi.
Milli Firqə
Milli Firqə (azərb. Milli Partiya‎ krımtat. Milliy Fırqa) — Krım yarımadasında fəaliyyət göstərmiş Krım tatarlarının siyasi partiyası. Milli Firqə 1912-ci ildə Çar Rusiyası zamanı qurulmuşdur. Krım türklərinin Rusiya müstəmləkəçiliyindən qurtulmaq, siyasi və kültürəl haqlarını geri qazanmaq və vətənlərində müstəqil yaşamaq məqsədilə Noman Çələbi Cihan tərəfindən qurulmuşdur. Hökumətə müxalif siyasi xətt izləmişdir. Partiya mənsubları 1918-ci ildə bolşeviklər ilə silahlı mübarizəyə girsə də, sonda məğlub olmuşdur. Partiya sədri Noman Çələbi Cihanın öldürülməsindən sonra partiya dağıdıldı və bir çox üzvü həbs edildi. Bəzi partiya mənsubları 18 oktyabr 1921-ci ildə qurulan Krım Muxtar Sovet Sosialist Respublikası hökumətində yer almağa başladılar.
Helqa Kırqe
Helqa Kırqe (est. Helga Kõrge, 1955-ci ilə qədər Helqa Teltma est. Helga Teltma ; 28 iyun 1926, Rakvere – 26 aprel 2012) — Estoniya və Sovet şüşə rəssam. Kırqe karyerasının böyük hissəsini Estoniyadakı Tarbeklaas şüşə zavodunda çalışaraq keçirib. Burada baş rəssam olduğu müddətdə, bədii şüşə istehsalı sahəsində yaradıcılıq məktəbini yaradanlardan biri olub. == Həyatı == Helqa Kırqe 1953-cü ildə Estoniya SSR Dövlət Rəssamlıq İnstitutunu bitirib. İnstitutu bitirdikdən sonra bir çox tələbələr kimi Tarbeklaas şüşə zavoduna oymaçı kimi göndərilib. Çünki o dövrdə zavodda rəssamlar üçün ştat nəzərdə tutulmamışdı. Zavod bədii zövqlü şüşə məmulatları hazırladığından onun yüksək ixtisaslı qravüraçılara ciddi ehtiyacı var idi. Çünki adi ustalar yox, yalnız onlar mürəkkəb tapşırıqların öhdəsindən gələ bilirdi.
Belovej razılığı
Belovej razılığı (rus. Беловежские соглашения) — 8 dekabr 1991 tarixdə Sovet Sosialist Respublikaları İttifaqının ləğv edilməsi barədə RSFSR, Belorusiya və Ukrayna tərəfindən imzalanmış saziş. Onlar burada Müstəqil Dövlətlər Birliyinin (MDB) yaranmasını elan etdilər. Hüquqi baxımdan bu müqavilə etibarsız hesab edilməlidir. Çünki SSRİ konstitusiyasının göstərişinə görə İttifaqın beynəlxalq hüququn subyektliyini itirməsinə, yəni ləğv edilməsinə yalnız ümumxalq səsverməsi (referendum) vasitəsilə birbaşa xalq qərar verməli idi (hərçənd ki, bir qədər əvvəl xalq bunu etmişdi. Referendumda sovet vətəndaşlarının 74 faizindən çoxu SSRİ-nin qalmasına səs vermişdi). Lakin B. Yeltsin, L. Kravçuk və S. Şuşkeviç Sovet İttifaqının digər subyektlərinin rəyini nəzərə almadan, bununla belə SSRİ Konstitusiyasının normalarını kobud surətdə pozmaqla səlahiyyətləri olmadıqları halda bu qeyri-hüquqi müqaviləni imzaladılar. Onu da qeyd etmək lazımdır ki, bu müqavilənin əsli "itirilmişdir". Heç bir dövlətin arxivində yoxdur. Ona görə də bu müqavilənin şərtləri haqqında detallı məlumat yoxdur.
Bolnisi yazıları
Bolnisi yazıları (gürc. ბოლნისის წარწერები) — Gürcüstanın Bolnisi bələdiyyəsi ərazisindəki Bolnisi şəhərində yerləşən Bolnisi bazilikasında aşkarlanmış, gürcü yazılarının Asomtavruli xətti ilə yazılmış kitabələrdir. Kitabələr 494-cü ilə aiddir. == Yazılar == === I yazı === Tərcüməsi: "İsa Məsih, Yepiskop Davidi və bu kilsəni tikməyi xahiş edən şəxsləri hifz eləsin." === II yazı === Tərcüməsi: "Müqəddəs üçlüyün mərhəməti ilə kral I Firuzun hakimiyyətinin iyirminci ilində bu kilsənin əsası qoyuldu və 15 il sonra inşaat tamamlandı.
Gürcü yazıları
Gürcü yazısı – müstəqil fonetik yazı sistemi. Gürcü dilində yazmaq üçün Asomtavruli, Nusxuri və Mxedruli yazılarından istifadə olunur və hər üç yazının hərfləri bir-birinin ekvivalenti olub, eyni ad və əlifba sırasına malikdirlər, üçü də tək kameralıdır (böyük və kiçik hərflər arasında fərq yoxdur). Baxmayaraq ki, onların hər üçü istifadə olunur, Mxedruli yazısı (aşağı bax) gürcü dili və onunla əlaqəli olan digər kartvel dilləri üçün standart yazı hesab olunur. Gürcü yazıları orijinalda 38 hərfdən ibarətdir. Lakin hazırda gürcü dilində 33 hərfdən istifadə olunur, çünki beş hərf köhnəldiyi üçün istifadədən çıxarılmışdır. Meqrel əlifbasında 36 hərfdən istifadə olunur: gürcü dili üçün istifadə olunan 33 hərf, həmin dil üçün köhnəlmiş olan bir hərf və əlavə olaraq Meqrel və Svan dilləri üçün spesifik olan iki hərf. Həmin hərflər, üstəlik Yunan əlifbasından bir hərf də əlavə olmaqla 35 hərf Laz əlifbasında istifadə olunur. Dörd kartvel dilindən yalnız Svan dili yazı sisteminə malik deyil, lakin, bu dildə yazmaq istəyərkən Meqrel əlifbasının hərflərindən istifadə olunur, bəzən də çoxsəsliliyi təmin etmək üçün diakritik işərələr tətbiq olunur. Gürcü yazıları Gürcüstan mədəni irsində milli statusu daşıyır və hazırda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salınmağa namizəddir. == İlk baxış == == Tarixi və mənşəyi == Gürcü yazılarının mənşəyi haqqında çox az məlumat var, gürcü və xarici alimlər arasında gürcü yazılarının tarixi, həmin yazıların kim tərəfindən yaradılması və bu prosesə əsas təsir edən amillər haqqında ortaq rəy yoxdur.
Mingəçevir yazıları
Mingəçevir yazıları — Mingəçevir kilsə kompleksində qazıntılar zamanı tapılmış, üzərində Qafqaz albanlarının dilində mətnlər olan kitabələr. Mingəçevir kilsə kompleksi ərazisində arxeoloji qazıntılar zamanı üzərində tovuzquşları və müqəddəs xaç təsviri olan alban yazılı daş aşkarlanmışdır. Daş bəzi araşdırmaşılara görə xaç altlığı, bəzilərinə görə isə qurbangah olmuşdur. Daşın üzərindəki mətni Jost Gippert deşifr etməyi bacarmışdır: Qazıntılar zamanı tapılan bəzi şamdanlardan birinin üzərindəki yazıları Volfqanq Şulze 2003-cü ildə deşifr etməyə çalışmış, Jost Gippert isə daha dəqiq tərcümə təklif etmişdir: Mən Yoq, Tanrının günahkar qulu, bunu ürəyimin ləyaqətli təmsili kimi hazırladım. Jost Gippert bu şamdana "Yoqun şamdanı" adını verib. Azərbaycan Tarix Muzeyinin inventarındakı bir başqa şamdanın üzərindəki yazılar tam oxunsa da müəyyən bir hərfi mənası olmadığı, əlifbanın 16 hərfinin müəyyən bir sırada düzüldüyü qənaətinə gəlinib. Şamdanlardan birinin üzərindəki mətn Udi dili ilə oxunulmuşdur: Mingəçevir kilsə kompleksində tapılmış yazılı əşyalardan biri də məişət qablarıdır. Bu məişət qablarından birinin üzərindəki yazı hələ 1967-ci ildə Georgi Klimov tərəfindən "Manas" kimi oxunmuşdur. Jost Gippert "Manas"ın Manasse adının qısaldılmış variantı olduğunu düşünür. Bir başqa məişət qabının isə əslində şamdan ayağı olduğu düşünülür.
Orxun yazıları
Orxon-Yenisey abidələri — Orxon-Yenisey abidələrini isveç zabiti Filip Stralenberqin tapıntılardan sonra bu yazılarla tədqiqatçılar daha çox maraqlanmağa başladılar. Türk xalqlarına məxsus üzərində qədim türk yazıları olan abidədir. Bu abidənin adı ilk dəfə XII əsr tarixçisi Ələddin Ata Məlikin "Cüveyni-tarixi-cahangüşə" əsərində çəkilir. Orxon çayı sahilində tapıldığına görə bu cür adlandırılıb və qədim türk tayfaları tərəfindən düzəldilmişdir. Orxon abidələri qədim türk dilini öyrənmək baxımından olduqca vacibdir. Orxon abidələrinə Ongin, Gül-Tigin, Bilgə xaqan, Tonyukuk, Kuli-Çor, Moyun-Çor, İşe-Ashet, Hoytu-Təmir və Suci abidələri daxildir. Abidəni tərcümə edən danimarkalı alim Vilhelm Tomsendir. Orxon-Yenisey abidələrinin mövcudluğu uzun müddət Avropa ölkələrində və Rusiyada məlum olmamışdı. Onları ilk dəfə XVIII əsrin əvvəllərində Rusiya ilə İsveç arasında baş vermiş müharibədə Poltava döyüşündə əsir düşmüş İsveç zabiti Filipp Starlenberq üzə çıxarmışdı. O, 13 il Sibirdə Tobol əyalətində yaşamış, həmin ərazinin keçmiş xalqları haqqında materiallar toplamış, həm də Orxon-Yenisey abidələrinin üzünü çıxarmış və vətənində dərc etdirmişdi.
Yenisey yazıları
Yenisey abidələri - əksəriyyəti Yenisey çayı hövzəsindən tapılan bu abidələr qədim türk abidələridir. Mütəxəssislərin fikrinə görə Yenisey abidələri Orxon abidələrindən daha qədimdir. Lakin bəzi tədqiqatçılar Orxon abidələrinin dil baxımından bəsit olmasını əsas götürərək onların daha qədim olduğunu söyləyirlər. Yenisey abidələrinin varlığı haqqında avropalılara ilk məlumatı Niderlandın Amsterdam şəhərinin burqomistri Nikolay Vidzen bildirərək 1692-ci ildə Verxoturye çayı sahilində qayalardakı şəkillərdən bəhs edib. F.İ.T.Starlenberqin yazdığına görə Yenisey abidələrindən ilk tapılanı 3-cü Uybat abidəsdir. Bu abidəni Polşanın Dansiq şəhərindən olan təbiətşünas Daniel Qotlib Messerşmidt tapıb.
Sənin, mənim və bizim
"Sənin, mənim və bizim" (ing. Yours, Mine & Ours) — 2005-ci il ABŞ ailə komediya filmi. Film 4 yaşlı İthandan 18 yaşlı Uilyama qədər on səkkiz uşaqdan ibarət olan bir ailə haqqındadır. Rejissoru Raca Qosnell olan filmdə baş rollarda Dennis Kueyd və Rene Russodur. Filmin ilk baxışı 23 noyabr 2005-ci ildə baş tutmuşdur. Film baş rol ifaçıları Lyusil Boll və Henri Fonda olmuş 1968-ci il tarixli eyniadlı film əsasında çəkilmişdir. Məktəbdə sevgili olan Frenk Birdsli (dul ABŞ Sahil mühafizəsi admiralı) və Helen Nors (dul çanta dizayneri) Frenk ailəsi ilə məmləkəti Nyu Londona köçərkən yenidən görüşürlər. Belə ki, restoranda ayrılıqda başqa şəxslərlə görüşərkən gözlənilmədən bir-biriləri ilə qarşılaşırlar. Bu qarşılaşmadan sonra siniflərinin 30 ildən sonra təşkil etdikləri görüşdə yenidən bir araya gəlirlər. Bu zaman onların köhnə eşqləri yenidən alovlanır və həmin özəl mərasimdə evlənmək qərarına gəlirlər.
Yazılı dil
Yazılı dil yazılı ifadələr üçün bir ölkədə danışıq ləhcələrindən birinin qəbul edilmiş formasıdır. Standart dil ölçülü dil kimi də göstərilə bilər. Dünyada danışılan bəzi dillər tarixdən müasir dövrə kimi yazılı şəkildə istifadə olunmuş və zaman keçdikcə yazılı bir dil halına da gəlmişdir. Sözügedən yazılı dildən başqa, dünya dillərinin dialektləri və danışıq dilləri də vardır. Yazının ən erkən nümunələri Neolit dövrünə aiddir. O zaman, gil lövhələri əmtəənin sayını izləmək üçün işlənilirdi. Ən erkən yazılı dil isə e.ə. IV əsrə, Uruk şəhərinə aiddir. Tarixçilər yazının ixtirasını ibtidai icma quruluşu ilə tarix arasındaki sərhəd olaraq sayırlar. Beləliklə, proto-yazı ilə yazı arasındaki fərq qavrayış məsələsi olduğuna görə bu sərhəd dəqiq deyil.
Yazılı ünsiyyət
Yazı — səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupu. Yazı bəşəriyyətin ən böyük kəşflərdən biri hesab olunur. Yazı daşın, sümüyün, perqamentin, kağızın üstündə yaşayır. Yazının yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnızca şifahi formada idi. İlk yazı nümunələri 7000 ilə yaxın tarixə malikdir və o vaxtdan bu günə uzun inkişaf yolu keçərək bugünkü formaya gəlib çatmışdır. Lap qədimdən insanlar ayrı-ayrı qəbilə şəklində yaşamışlar. Bu qruplar arasında əlaqələr zəif olmuşdur, lakin sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi, və s. əlaqələr yarandı. Tayfalar müəyyən məqsədlər üçün əlaqə saxlamalı oldular.
Yazılı ünsiyət
Yazı — səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupu. Yazı bəşəriyyətin ən böyük kəşflərdən biri hesab olunur. Yazı daşın, sümüyün, perqamentin, kağızın üstündə yaşayır. Yazının yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnızca şifahi formada idi. İlk yazı nümunələri 7000 ilə yaxın tarixə malikdir və o vaxtdan bu günə uzun inkişaf yolu keçərək bugünkü formaya gəlib çatmışdır. Lap qədimdən insanlar ayrı-ayrı qəbilə şəklində yaşamışlar. Bu qruplar arasında əlaqələr zəif olmuşdur, lakin sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi, və s. əlaqələr yarandı. Tayfalar müəyyən məqsədlər üçün əlaqə saxlamalı oldular.
Yazılı tarix
Yazılı tarix — tarixi qeydlərə və ya digər sənədli materiallara əsaslanan tarixi narrativ. Yazılı tarix keçmişin digər hekayələrindən, məsələn, miflərdən, şifahi ənənələrdən və ya maddi mədəniyyət ənənələrindən fərqlənir. Termin həm də tarixi dövr, tarixin yazılı fiksasiyasl dövrü, yəni yazılı tarixin mövcudluğu dövrü mənasında da işlənir. Yazılı tarix eramızdan əvvəl IV minillikdə Qədim Dünya dövründə tarixi qeydlərin meydana çıxması ilə başlayır. Yazılı mətnlərin nümunələri artıq e.ə. 1750-ci ildə Hammurapi məcəlləsi kimi tanınan qədim Mesopotamiyadan məlumdur. Bir sıra coğrafi bölgələrin və mədəniyyətlərin yazılı tarixi yazının qısa istifadəsi səbəbindən nisbətən qısadır. Üstəlik, bir mədəniyyət həmişə təbii fəlakətlərin təsiri haqqında tam məlumat və ya ayrı-ayrı şəxslərin adları kimi sonrakı tarixçilərə aid olan bütün məlumatları qeyd etmir. Belə ki, müəyyən sahələrdə yazılı tarix tam şəkildə qeydə alınmır və məhdudlaşır. Müxtəlif sahələrdə müxtəlif dövrləri əhatə edə bilər.
Jentin
Jentin (fr. Gennetines) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. İzyor kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03121. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 589 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 238 nəfərdən (15-64 yaş) 154 nəfəri iqtisadi cəhətdən fəal, 84 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 64,7%, 1999-cu ildə bu 58.9%). 154 aktivistdən 134 nəfər (72 kişi və 62 qadın), 20 nəfər işsiz (8 kişi və 12 qadın) idi. Aktiv olmayan 84 nəfər arasında şagird və ya tələbə, 43 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Leonin
Magistr Leonin (lat. Magister Leoninus; təq. 1135 – təq. 1201) — XII əsrin 2-ci yarısında yaşamış əfsanəvi fransız bəstəkarı. Notr-Dam kilsəsinin xor məktəbinin nümayəndəsi.
Melanin
Melanin — bir çox orqanizmlərdə rast gəlinən piqment - rəng verən zülal. İnsanda da rast gəlinir. Dəriyə, saçlara, gözə , mərkəzi sinir sisteminin müəyyən hissələrinə tünd rəng verir. Melanin əmələ gətirən hüceyrələrə melanosit deyilir. İnsan dərisində bu piqmentin olması , qoruma xarakteri daşıyır. Melanin əlavə günəş şüalarını udaraq dəri və gözlərimizi günəş şüalarının zərərli təsirindən qoruyur. Günəş şüalarına çox məruz qaldıqda dəridə melanin artır.Tünd dərili şəxslərdə açıq dəri rənginə sahib şəxslərə nisbətən daha çox rast gəlinir. Melanin çatışmazliğı olan şəxslərin dəriləri çox ağ, gözləri qırmızı olur. Bu hal albinizm adlanır. Məlumdur ki, canlıların gözlərinin rəngi müxtəlifdir.
Mersin
Mərsin (köhnə adı İcəl) — Türkiyənin Mərsin ilinin mərkəzi, əhali sayına görə onuncu böyük şəhəri. 2016-cı ildə aparılmış əhalinin siyahıyaalınmasına əsasən əhalisi 1 773 852 nəfərdir. Böyükşəhər statusuna malikdir. Mersin həm də liman şəhəridir. Mersin limanı Türkiyənin ən böyük limanıdır.
Meşkin
Meşkinşəhr (tarixi adı Xiyov və ya Xiyav) — Iran Ərdəbil ostanına daxildir. İranın şimal-qərbində yerləşir. Tehrandan 839 km aralıda, Savalan dağının yaxınlığında yerləşən şəhər. Meşkinşəhr şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 63 655 nəfər və 14 949 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar. Bu şəhər Savalan dağına ən yaxın şəhərdir. İqlimi mülayimdir. Keçmişdə adları "Xio", "Orami", "Vəravi" olmuşdur. Ən mühüm turizm obyektləri bunlardır: Seyid Süleyman Fəxrəbad İmamzadə Seyid Süleyman məqbərəsi Mavand, Qotursu, Şabil, İlandoğan və Qaynarca isti su bulaqları Qarasu çayının sahili Qədim Meşkinşəhr qalası, Ağaeh qalası, Döv qalası, Qəhqəhə qalası Sasani dövrünün 2000 illik epiqrafik abidələri Unar kəndində qədim qəbiristanlıq Şeyx Heydər türbəsi Arşaq qalası Qışlaqzaxir qalası Qənbər təpəsi Anar qədim məzarlığı Cənnət Sara məscidi Həsəndaş müqəddəs yeri Meşəlik parkı Şirvan dərəsi Qarasu Huşəng meydanı Savalan dağının ətəkləri Şəhərdə kilim, xalça, yun parçalardan müxtəlif toxuculuq məhsulları toxunur.
Şetsin
Şetsin (polyakca: Szczecin) Polşanın şimal-qərbində Baltik dənizi sahilində yerləşən bir şəhər. 2013-cü ilin statistikasına əsasən əhalisinin sayı 409000 nəfərdir.Polşanın ərazisinə görə 7-ci ən böyük şəhəridir. Qəsəbənin əsasını VIII əsrdə qərbi-slavyan tayfalarından biri hesab edilən pomeraniyan tayfaları qoymuşdur. IX əsrdə Odeya çayı ətrafında artıq qala divarları tikilməyə başladı.Qəsəbədə artıq slavyanların tanrısı hesab edilən Triqlavın məbədi yerləşirdi. X əsrin 2-ci yarısında lyutiçlərlə gedən döyüşlər nəticəsində polşa knyazı I Meşko Pomeriyan ərazisini(indiki Şetsin şəhərinin yerləşdiyi ərazini) işğal etdi. Lakin işğal edilmiş ərazini I Meşko öz bölgəsinə qatmadığından,Şetsin Qərbi Pomeriyan bölgəsinin inzibati və iqdisadi mərkəzi şəhərinə çevrildi. Ikinci dünya müharibəsi zamanı şəhərin demək olar ki 2/3 hissəsi faktiki olaraq dağılmışdı. 26 aprel 1945-ci ildə sovet ordusu tərəfindən işğal olundu. Və beləliklə şəhərdə yaşayan alman əhalisinin sayı 20000 nəfərə qədər azaldı(müharibədən əvvəl alman əhalisinin sayı 275000 nəfər təşkil edirdi).May ayında isə artıq evakuasiya olunmuş əhali tədricən şəhərə geri qayıtmağa başladı və beləliklə iyul ayının əvvəllərində atıq Şetsin şəhərində yaşayan almanların sayı 100000 nəfərə çatdı. Şetsin şəhəri Polşanın ən böyük port şəhəri hesab edilir.
Merlin
Merlin (Merlinin Macəraları kimi də tanınır.) Merlin və Kral Arturun yaxın münasibətləri ilə bağlı Artur əfsanələrinə əsaslanan İngilis fantaziya — macəra dram televiziya proqramıdır. Julian Jones, Jake Michie, Johnny Capps və Culian Murphy tərəfindən BBC üçün yaradılmış, 20 sentyabr 2008 – 24 dekabr 2012-ci il tarixləri arasında BBC One -da beş seriya üçün yayımlanmışdır. Serialda Colin Morgan, Bradley James, Katie McGrath, Angel Coulby, Richard Wilson, Enthony Head və John Hurt. Proqram gənc sehrbaz Merlinin "xüsusi hədiyyəsi" səbəbindən anası tərəfindən Camelot krallığına göndərildiyi əfsanənin yenidən təsviridir. Birinci epizodda Şahzadə Arturun həyatını xilas etdikdən sonra Arturun xidmətçisi olur. Merlin tezliklə öyrənir ki, hədiyyəsinin səbəbi Arturu qorumaqdır, lakin Merlin öz səlahiyyətlərini gizlətməlidir, çünki Camelotda cadu Arturun atası Kral Uter Pendraqon tərəfindən qadağan edilmişdi və bununla məşğul olanlar edam edilir. İllər keçdikcə və birlikdə bir neçə sərgüzəştdən sonra Merlin və Artur etibarlı dost və yoldaş olurlar, birincisi ikincinin taleyində olduğu padşah olmasına təsir etmək üçün əlindən gələni edir. Merlin ən yaxşı vizual effektlərə görə 2011-ci ildə Britaniya Akademiyası Televiziya Mükafatını qazanaraq bir neçə mükafata namizəd olub. Yayım hüquqları 180-dən çox ölkəyə satılıb. Merlin (Colin Morgan) anası onun saray həkimi Gaius (Richard Wilson) ilə qalmasını təşkil etdikdən sonra Camelot krallığına gələn gənc, güclü bir cadugərdir.