MEHRAC

islam dini əfsanəsinə görə, Məhəmməd peyğəmbərin Allahla danışmaq üçün göyə çıxması; qalxma.
MEHRAB
MEHRALI
OBASTAN VİKİ
Mehrac Mahmudov
Mehrac Əhədov
Mehrac İntiqam oğlu Əhədov (30 oktyabr 1999; Nərimanov rayonu, Bakı, Azərbaycan — 22 oktyabr 2020; Gecəgözlü, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Mehrac Əhədov 30 oktyabr 1999-cu ildə Nərimanov rayonunda İntiqam Əhədovun ailəsində anadan olmuşdur. 2005-2016-cı illərdə Bakı şəhər 93 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi. Mehrac Əhədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Mehrac Əhədov da səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Mehrac Əhədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir.
Adıgözəlov Mehrac
Mehrac Mahmudov (çavuş)
Mehracnamə
Mehracnamə — klassik ədəbiyyatda, xalq poeziyasında Məhəmməd peyğəmbərin merac səfəri ilə bağlı yazılmış şeirlərdir. Merac, mirac – "yüksəlmə", "qalxma" deməkdir. Leylət əl-Merac – Məhəmməd peyğəmbərin merac etdiyi gecə (Qəməri təqvimi ilə 7-ci ay – Rəcəbin 27-si) dini bayram kimi İslamda qeyd edilir. Ona Rəcəb bayramı deyilir. Dini rəvayətə görə, həmin gecə Məhəmməd peyğəmbər göyün üzü ilə Qüdsə əfsanəvi səyahət etmişdir. Oradan isə “nur pilləkəni” ilə qalxaraq Allahla görüşüb söhbət etmişdir. Meraca bəzən “pilləkən gecəsi” də deyirlər. Şərq, eləcə də türk xalqlarının ədəbiyyatında məhz meracla bağlı şeirlər yaranmışdır ki, bu silsilədən yaranan nümunələri meracnamələr kimi bir anlamda təhlil etmişlər. Yunis İmrənin “Ya Rəbbi Səttarül-Eyyub, səndən dilərəm ümmətim” və s. bu silsiləyə daxildir.