Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Moldova
Moldova və ya rəsmi adı ilə Moldova Respublikası (mold. Republika Moldova), keçmiş mənbələrdə Moldaviya — Şərqi Avropada dövlət. Moldova dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimal, şərq və cənubda Ukrayna, qərbdə isə Rumıniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kişinyov şəhəri, ümumi sahəsi 33,846 kvadrat kilometrdir. Moldova 1940-cı ildə SSRİ tərəfindən Rumıniyadan qoparılmış Bessarabiya torpaqlarında yaradılmış və SSRİ-nin tərkibinə müttəfiq respublika statusu ilə daxil edilmişdir. Moldovanın Dnestr çayından şərqdəki əraziləri 1991-ci ildən tanınmamış Dnestryanı Moldov Respublikasının nəzarətindədir. == Etimologiya == Moldovanın adı Moldova çayının adındandır. Moldova Knyazlığının 1359-cu ildə əsası qoyulanda bu çayın vadisi siyasi mərkəz idi. == Əhali == === Vətəndaşlıq === 5–12 oktyabr 2004-cü il əhali siyahıyaalınmasına yekunlarına əsasən: Moldova əhalisinin ümumi sayı 3,383,332 nəfər olmuşdur.
Moldova Respublikası

Moldova SSR
Moldova Sovet Sosialist Respublikası və ya Moldaviya Sovet Sosialist Respublikası (mold. Република Советикэ Сочиалистэ Молдовеняскэ, Republika Sovetike Soçialiste Moldovenyaske) — SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. 2 avqust 1940-cı ildə təşkil olunmuşdur.
Moldova-Sloveniya münasibətləri
Moldova-Sloveniya əlaqələri (Slovencə: Odnosi Moldavija-Slovenija, Rumınca: Relațiilor Moldo-Slovenia, Rusca: Молдовы-Словении oтношения) — Moldova və Sloveniya arasında ikitərəfli əlaqələrdir. Moldova, bilinməyən bir tarixdə Sloveniya Respublikasını tanıdı. Diplomatik əlaqələr 1993-cü ilin Oktyabr ayının 27-də quruldu. Hər iki ölkə də Budapeşt'dəki (Macarıstan) səfirlikləri vasitəsilə təmsil edilir. == Dövlət Ziyarətləri == Moldovan Prezident Petru Luçinski 2003-cü ilin Aprel ayında Sloveniyanı ziyarət etdi. Sloveniya Prezidenti Yanes Dronovsek, 2004-ci ildə Moldovanın keçmiş prezidenti Vladimir Voronin ilə görüşdü və Voronin'in Moldova üçün sabitlik və təhlükəsizlik paktını imzalamasına dəstək verdi. 2007-ci ilin Aprel ayında Moldovan Baş nazir Vasile Tarlev, Sloveniya Baş naziri Yanes Yanşa'nı ziyarət etdi. Hər ikisi də iki ölkə arasında daha güclü ticarət əlaqələri qurulması üçün danışıqlar apardı və iki iqtisadiyyat nazirliyi arasında bir memorandum imzaladılar. Tarlev'in ziyarəti Lyublyana'daki dördüncü Moldovan-Sloven ticarət forumunun bir parçası idi. == Əməkdaşlıq == Sloveniya Moldovanın Avropa İttifaqına qoşulma istəyi mövzusunda Moldovaya xüsusi yardım təklif etdi.
Moldova (tarixi vilayət)
Moldova (rum. Moldova), həmçinin Qərbi Moldova — Rumıniya şərqində vilayət. Qərbdə şərqi Karpatla şərqdə Prut çayı arasında yerləşir. İnzibati bölgüyə görə Rumıniyanın Bakeu, Vasluy, Vrança, Qalas, Nyams, Yassı judesləri və Botoşani və Suçava judeslərinin bir hissəsi daxildir. == См. ==
Moldova Elmlər Akademiyası
Moldova Elmlər Akademiyası (mold. Academia de Ştiinţe a Moldovei) — Moldovanın ən yüksək elmi qurumu, ölkənin təbii və ictimai elmlər sahəsində fundamental tədqiqatlar aparan mərkəzi. Kişinyovda yerləşir. == Tarixi == Moldova Elmlər Akademiyası 1961-ci ildə SSRİ Elmlər Akademiyasının Moldova şöbəsi əsasında yaradılmışdır. Sovet dövründə burada "Moldaviya SSR Elmlər Akademiyası Xəbərləri" (3 seriyada) və s. elmi jurnallar nəşr edilmişdir. 1961-ci ildə "Xalqlar Dostluğu" ordeni ilə təltif olunmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Академия наук Молдавской ССР / Гросул Я. С. // А — Ангоб. — М. : Советская энциклопедия, 1969. — (Большая советская энциклопедия : [в 30 т.] / гл.
Benderı (Moldova)
Benderı (mold. Bender/Бендер; rus. Бендеры) və ya Bəndər, həmçinin Tigina (rum. Tighina) — Moldovada Dnestrin sağ sahilində liman şəhəri. == Tarixi == XIII əsrdə tatarların bura hakim olduqları məlumdur. Onlar bu keçidi mühafizə etmək məqsədilə kiçik bir keşik qalası tikmişdilər. Bəndər bir keçidi və ya boğazı qoruyan qarovul məntəqəsinə deyilirdi. 1484-cü ildə Bəyazid xan və Gedik Əhməd Paşa Bəndəri möhkəm hərb qalası kimi bərpa etdilər. Hazırda Bəndər şəhərində XIV–XV əsrlərə aid türk qalası və Süleyman xan camisi durmaqdadır. Bəndər şəhərində iki dəfə olmuş Övliya Çələbi qalanı alınmazlığına və əminliyinə görə "Aman yeri Bəndərabad" adlandırır.
Moldova bayrağı
Moldova bayrağı — Moldovanın Dövlət bayrağı Moldovanın bayrağı, üzərində dövlət gerbi həkk olunmuş 3 bərabər şaquli zolaqdan ibarətdir: mavi, sarı və qırmızı. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. 1994-cü ildə Moldovada dövlət bayrağı haqqında qanun qəbul edilib. Moldovanın bayrağı öndən və arxadan müxtəlif formada görünür. Belə ki, bayraqdakı gerb yalnız ön hissədə həkk olunub. Moldovanın üçrəngli bayrağı Moldova dövlətçiliyinin keçmişini, indiki zamanını və gələcəyini, eyni zamanda ölkədə yaşayan vətəndaşların bərabərhüquqlu olmasını, dostluğunu və həmrəyliyini tərənnüm edir.
Moldova dili
Moldav dili — Moldova Respublikasında işlədilən rumın dilinin iki adından biri. Moldovanın rəsmi dilinin "moldav dili" adlandırılması daha çox İkinci dünya müharibəsi başlanan zaman Moldovanın SSRİ-yə birləşdirilməsi ilə əlaqədardır. Moldova Prezidentinin səlahiyyətlərini icra edən Mixay Gimpu bu məsələ ilə bağlı parlamentdə çıxış edib. O, bildirib ki, "moldav və rumın dillərinin eyniliyi hamı tərəfindən tanınıb. Artıq hər şeyi öz adı ilə çağırmaq, Stalinin dillər haqqındakı nəzəriyyəsinin arxasında gizlənməkdən qaçmaq lazımdır". Moldova parlamentinin rəhbəri bəyan edib ki, moldav və rumın dillərinin eyniliyi haqqında qərarı Rusiya, Rumıniya, Moldova və digər ölkələrin elmlər akademiyaları veriblər. Bu ideya respublikanın yeni konstitusiyası layihəsində əksini tapıb.
Moldova düzənliyi
Moldova düzənliyi (rum. Câmpia Moldovei ) - Molovanın şimal-qərbində yerləşən coğrafi obyekt. Düzənliyin bir hissəsi Rumıniyanın şimal-şərqinə aiddir. Moldova düzənliyi Moldova yaylasının altı komponentindən biri hesab olunur. Düzənlik adlandırılmasına baxmayaraq ərazinin relyefi yetərincə təpəlidir. Moldova düzənliyi Moldova yaylasının mərkəzi-şimal hissəsində yerləşir. Hündürlüyü 200 metr arasında dəyişir. Düzənlik aşağıdakı hissələrdən ibarətdir: 1) Jijia düzənliyi. Düzənlik Prut çayından qərbdə yerləşir. 2).Orta Prut vadisi və ya Prut orta düzənliyi.
Moldova kinematoqrafı
Moldova kinosu — Moldovanın kinematoqrafiya və film sənayesi. == Tarixi == 1952-ci ildə Kişinyovda xronika və sənəfli filmlər kinostudiyası (1957-ci ildən "Moldova-film") təşkil olunmuşdur. İlk moldav bədii filmi ("Moldav havaları") 1955-ci ildə yaradılmışdır. Moldova kinosunda tarix və vətənpərvərlik mövzusu, eləcə də dövrün problemlərinə həsr edilmiş filmlər başlıca yer tuturdu. Moldova SSR kinosunun "Armageddon" (1962, rejissor M. İzrailev), "Payızın son ayı" (1965, rejissor V. Derbenyov), "Sergey Lazo" (1967, rejissor A. Qordon), "Qətldə ittiham edilirlər" (1969, rejissor B. Volçek), "Leytarlar" (1971, rejissor E. Lotyanu), "Sonuncu qayduk", "Kişi arxa olanda" (1972, 1977, rejissor V. Qajiu), "Dmirti Kantemir" (1973, rejissorlar V. İovitse və V. Kalaşnikov), "Gecə quşunun çığırtısına inanma" (1976, rejissor Y. Burgin), "Qala" (1978, rejissor V. Paskaru), "Şeytan yuvasında" (1981, rejissor V. İovitse) və s. filmləri ən çox tanınanlardandır. 1962-ci ildə Moldova Kinematoqrafçılar İttifaqı təşkil edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Большая советская энциклопедия, статья «Молдавская ССР», раздел «Кино».
Moldova kinosu

Moldova knyazlığı
Moldaviya knyazlığı (mold. Цара Молдовей rom. Principate Moldova) və ya sadəcə Moldaviya — Şərqi Karpat və Dnestr çayı arasında Avropada qurulan tarixi knyazlıq. Əvvəlcə müstəqil, sonra isə muxtar bir ölkə olmuşdur. Valaxiya knyazlığı ilə birləşdirildikdə müasir Rumıniyanın əsasları qoyuldu. Moldaviya knyazlığına müxtəlif dövrlərdə bütün Bukovina, eyni zamanda Bessarabiya və Bucaq da daxil idi.
Moldova leyi
Moldova leyi — Moldovanın pul vahidi. == İstinadlar == Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Moldova memarlığı
Moldova memarlığı — Moldaviya knyazlığı, Prutboyu Moldaviya, Bessarabiya, Moldova MSSR, Moldova SSR, müasir Moldova Respublikasının və tanınmayan Dnestryanı Moldav Respublikasının memarlığı. Moldova memarlığı moldovanlar və ölkədə yaşayan digər xalqların, eləcə də Moldovanın yaxın mədəni əlaqələr saxladığı xalqların çoxəsrlik ənənələrini təcəssüm etdirir. == Tarixi == Moldova ərazisində orta əsrlərə aid çoxlu memarlıq abidəsi qalmışdır. Bunlardan Soroki və Benderıdakı daş qayalar (XVI əsr), Orgeyevdə kilsə (XVII əsr), Kişinyovda Mazaraki kilsəsi (XVIII əsr) və s. fərqlənir. XIX əsrin əvvələrindən şəhərlər müntəzəm plan üzrə inkişaf etmiş, klassisizm üslubunda bina və ansambllar yaradılmışdır (Kişinyovda kilsə, 1830–1835). Moldovada sovet hakimiyyəti qurulduqdan, xüsusilə İkinci Dünya müharibəsindən sonrakı illərdə Kişinyov, Tiraspol, Beltsı, Benderı, Orgeyev, Kaqul şəhərlərndə R. Y. Kurts, V. A. Voytsexovski, V. P. Mednek, S. M. Şoyxet, A. V. Kolotovkin, A. S. Vedenkin və başqa memarların layihəsi ilə inzibati mədəni mərkəzlərin, əsas magistiralların (məsələn, Kişikyovda Lenin prospekti) və ayrı-ayrı yaşayış rayonlarının kompleks tikintisi həyata keçirilmişdir. 1945-ci ildə Moldova SSR Memarlar İttifaqı yaradılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Колотовкин А. В., Шойхет С. М., Эльтман И. С. Архитектура Советской Молдавии. — Москва: Стройиздат, 1987.
Moldova musiqisi
Moldova musiqisi — Moldaviya knyazlığı, Prutboyu Moldaviya, Bessarabiya, Moldova MSSR, Moldova SSR və müasir Moldova Respublikasının musiqisi. Moldova musiqisi orijinallığı, janr və forma zənginliyi ilə seçilən xalq musiqi yaradıcılığı əsasında yaranmışdır. == Tarixi == Moldovanın musiqisi qonşu slavyan xalqlarının, eləcə də rumın və macarların musiqi yaradıcılığı ilə sıx əlaqədə yaranmışdır. Əsasən birsəsli olan Moldova xalq musiqisi 7 pərdəli diatonik məqamlar, qədim nəğmələr isə pentatonika üzərində qurulmuşdur. Əkinçilik və ovçuluqla bağlı səhnələşdirilmiş mərasimlər (paparuda, kaloyanul, kelşul və s.) mahnılarla müşayiət olunur. Ballada tipli epik və tarixi mahnılarda xalqın qəsbkarlara və istismarçılara qarşı mübarizəsi əksini tapmışdır. Məişət mahnıları, ictimai məzmunlu hayduk, muzdur, əksər mahnıları Moldova musiqi folklorunda əhəmiyyətli yer tutur. Ən səciyyəvi musiqi janrı boyna xüsusilə geniş yayılmışdır. Musiqi alətləri: fluer, kaval (çoban tütəyi növü), nay, kobza, simbal, drımba (varqan), çimpoy (tuluq zurnası) və s.; skripka, truba, klarnet, trombon Moldova xalq musiqi ənənələri leutarların (müğənni və çalıcılar) yaradıcılığı ilə təmsil olunur. Moldova peşəkar musiqisi orta əsrlərdə monastırlarda, knyaz saraylarında, hərbçilər arasında yaranmış və inkişaf etmişdir.
Moldova yüksəkliyi
Moldova yüksəkliyi (rum. Podișul Moldovei) — Rumıniyanın şərqində, Prut və Siret çayları arasında yüksəklik. Maksimum hündürlüyü 562 metrdir. Əhəngdaşı, qumdaşı və gillərdən təşkil olunmuşdur. Bitkisi, əsasən, meşə-çöl tiplidir. Çox hissəsi əkin sahəsi və üzümlüklərdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Moldova yüksəkliyi // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров.
Moldova İES
Moldova İES (rum. Termocentrala de la Cuciurgan, rus. Молдавская ГРЭС, tam adı: Moldova İstilik Elektrik Stansiyası) — Moldovanın de-yuri ərazisi olan Dnestryanı Respublikasınını Dnestrovsk şəhərində, Kuçurqan estuarisinin sahilində yerləşən böyük bir istilik elektrik stansiyası. 26 sentyabr 1964-cü ildə istifadəyə verilmişdir. SSRİ-nin dağılmasından əvvəl bölgə xeyli miqdarda elektrik enerjisi istehsal edərək Rumıniya, Bolqarıstan və digər ölkələrə ixrac edirdi. Stansiyanın ümumi gücü 2520 MVt-dır. Stansiya təbii qaz, kömür və yanacaq yağı istifadə edərək elektrik enerjisi istehsal etmək imkanına malikdir. == Tarixi == 2005-ci ildə Moldova İES QSC özəlləşdirildi və sonra Rusiyanın İnter SC REŞ-ləri qrupunun bir hissəsi olur. Qeyd etmək lazımdır ki, Moldova hökuməti "Dnestryanın sol sahilində və Bender şəhərində yerləşən, Hökumətlə müəyyən edilmiş qaydada özəlləşdirilməyən obyektlərə mülkiyyət hüququnu təmin etmir". 2009-cu ildən etibarən Moldova İES QSC Moldovaya elektrik enerjisinin əsas tədarükçüsüdür.
Moldova şəhərləri
Moldova şəhərlərinin siyahısı.
Moldova ədəbiyyatı
Moldova ədəbiyyatı — dilindən asılı olmayaraq Moldaviya knyazlığı, Prutboyu Moldaviya, Bessarabiya, Moldova MSSR, Moldova SSR və müasir Moldova Respublikasının ədəbiyyatı. Moldova ədəbiyyatında xalq yaradıcılığı (nağıllar, qəhrəmanlıq dastanları, tarixi nəğmələr, əfsanələr, atalar sözü və məsəllər, lirik nəğmələr, balladalar) zəngindir. == Tarixi == === Orta əsrlər === Moldovada ilk yazılı abidələr IX–X əsrlərin ayrıcından XVII əsrədək din və dövlət dili, habelə ədəbi dil olan slavyan kilcə (orta bolqar) dilində yaranmışdır. Mitropolit Varlaam ilk moldav kitabının ("Kazaniya", 1643) müəllifidir. XVII əsrdə salnaməçilərdən Qriqori Ureke, İon Nekulçe, Miron Kostin, Nikolay Milesku tanınmışlar. Dmitri Kantemirin yaradıcılığı XVIII əsr moldav mədəniyyətinin zirvəsidir. XVIII əsrin sonralarında lirik poeziya yarandı (İon Kontakuzino, Matey Milo və b.). === Yeni dövr === XIX əsrin birinci rübündə dekabristlərin ideyaları, Puşkinin azadlıqsevər poeziyası Moldova ədəbiyyatına güclü təsir göstərmişdir. A. Xıjdey rus dilində vətənpərvər ruhlu şeirlər yazmış, moldav, rus və Ukrayna xalqlarının dostluğunu tərənnüm etmişdir. K. Konaki, K. Stamati, Georqe Asaki milli ədəbiyyatı inkişaf etdirmişlər.
Qərbi Moldova
Moldova (rum. Moldova), həmçinin Qərbi Moldova — Rumıniya şərqində vilayət. Qərbdə şərqi Karpatla şərqdə Prut çayı arasında yerləşir. İnzibati bölgüyə görə Rumıniyanın Bakeu, Vasluy, Vrança, Qalas, Nyams, Yassı judesləri və Botoşani və Suçava judeslərinin bir hissəsi daxildir. == См. ==
Moldova pasportu
Moldova pasportu — Moldova vətəndaşlarına beynəlxalq səyahət üçün verilən sənəd. Pasport Dövlət Təşkilat və İnformasiya Resursları mərkəzi "Registru" tərəfindən, xaricdə isə Moldovanın xarici nümayəndəlikləri tərəfindən verilir. Pasportun etibarlılıq müddəti 7 ildir. 7 yaşa qədər uşaqlar üçün pasportun etibarlılıq müddəti 4 ildir. 2006-cı il yanvarın 1-dən Moldova vətəndaşları eyni vaxtda iki pasport almaq imkanı üçün yerli pasport idarəsinə yazılı müraciət etməlidirlər. Moldovanın ilk biometrik pasportu 2008-ci il yanvarın 1-də verilib. Yeni məcburi Moldova biometrik pasportu 1 yanvar 2011-ci ildə buraxılıb və qiyməti 700 MDL (45 avro) təşkil edir. Pasportun çipində sahibinin qan qrupu, rəqəmsal barmaq izi və rəqəmsal şəkli var. Rəqəmsal barmaq izi 12 yaşdan kiçik uşaqlar üçün məcburi deyil. Köhnə qeyri-biometrik pasportlar istifadə müddəti bitənə qədər etibarlı olacaq, səyahət üçün isə yalnız yeni biometrik pasportlar etibarlı olacaq.
Moldova ilanbaşı
Moldova ilanbaşı (lat. Dracocephalum moldavica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇lanbaşı cinsinə aid bitki növü. == Yayılması == Moldova ilanbaşı bitkisi yabanı halda Ukraynada Krımda və Qafqazda bitir. Keçmiş SSRİ-nin Avropa hissəsində efiryağlı bitki kimi becərilməklə yanaşı, həm də arılar üçün qiymətli bal verən bitki hesab olunur. Bir çox arıçılar beçələri cəlb etmək üçün arı yeşiklərinə ilanbaşı yarpağını sürtürlər. Qərbi Sibirdə ilanbaşı yabanı halda rast gəlinir. Mədəni halda da az yayılmışdır. Novosibirski və Tomsk botanika bağında kiçik sahələrdə becərilir və ehtiyat sahələrdə səpilir. == Sinonimləri == === Homotipik sinonimləri === Dracocephalum fragrans Salisb. Moldavica moldavica (L.) Britton Nepeta moldavica (L.) Baill.
Moldova Karpat dağları
Moldova Karpat dağları — Şərqi Karpat dağlarının bir hissəsi. Rumıniya ərazisindədir. Paralel silsilələrdən ibarətdir. Hündürlüyü 1956 metrə qədər (Çukaş dağı) yüksəlir.. Çökmə və ox zonalarında kristallik süxurlardan təşkil olunmuşdur. Palıd fıstıq və iynəyarpaqlı meşələrlə, zirvələrə yaxın hissələr dağ çəmənləri ilə örtülmüşdür. Neft, qonur kömür, daşduz yataqları var.
Moldova Kommunist Partiyası
Moldova Kommunist Partiyası (abr. MKP; rum. Partidul Comunist al Moldovei, PCM; mold. Партидул Комунист ал Молдовей; rus. Коммунистическая партия Молдавии) — Moldova SSR-də hakim və yeganə qanuni siyasi partiya, 1991-ci ilə qədər Sovet İttifaqı Kommunist Partiyasının tərkib hissəsini təşkil edən on beş respublika səviyyəli partiyadan biri. == Tarixi == Moldovada ilk sosial-demokrat dərnəkləri XIX–XX əsrlərin ayrıcında yaranmışdır. 1902-ci ildə Rusiya SDFP-nin Kişinyov Komitəsi təşkil edilmişdir. Peterburqdan buraya sürgün olunmuş siyasi məjbuslar və leninçi "İskra"nın Kişinyov gizli mətbəəsi bu işdə mühüm rol oynamışdır. Rusiyada 1905–1907-ci illər inqilabı dövründə Moldova bolşevikləri mütləqiyyətçilərə qarşı siyasi mübarizəyə başçılıq etmiş, fəhlə sinfi ilə kəndlilərin ittifaqını möhkəmləndirmiş, əsgərlər arasında inqilabi iş aparmışdır. Çarizm devrildikdən sonra açıq fəaliyyətə eçən Moldova bolşevikləri SSRİ hakimiyyəti uğrunda mübarizəni genişləndirmişdir.
Moldova (Rumıniyanın tarixi vilayəti)
Moldova (rum. Moldova), həmçinin Qərbi Moldova — Rumıniya şərqində vilayət. Qərbdə şərqi Karpatla şərqdə Prut çayı arasında yerləşir. İnzibati bölgüyə görə Rumıniyanın Bakeu, Vasluy, Vrança, Qalas, Nyams, Yassı judesləri və Botoşani və Suçava judeslərinin bir hissəsi daxildir. == См. ==
Moldova 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Moldova — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Moldova Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.
Moldova 2015 Avropa Oyunlarında
Moldova — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. Moldova ümumilikdə 87 idmançı ilə təmsil olunub.
Moldova 2018 Qış Olimpiya Oyunlarında
Moldova 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi və xizəklə yürüş olmaqla 2 idman növündə 2 idmançı ilə təmsil olunacaqdır. Artıq Pakistanın 3-cü ardıcıl Qış Olimpiya yarışmasıdır. == Millinin tərkibi == == Yarışmanın nəticələri == === Xizək idmanı növləri === ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Moldova «A» kateqoriyası üzrə təmsil olunacaqdır. Ölkəsini təmsil etmək hüququ Xristofor Xyorla məxsusdur. Kişilər ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər.
Moldova Avroviziya Mahnı Müsabiqəsində
Moldova Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 2005-ci ildə qoşulmuş və ümumilikdə 15 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt qalib olmamışdır. Ən yaxşı nəticələri 2017-ci ildə SunStroke Project qrupunun Kiyev səhnəsində ifa etdiyi "Hey, Mamma!" mahnısı ilə əldə etdikləri 3-cü yer olmuşdur. == Təmsilçilər == == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Moldova Avroviziya Mahnı Müsabiqəsində Uşaq
Moldova Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Moldova Milli Diviziyası
Moldova Milli Liqası — hazırda Divizia Națională adlandırılan və Moldovaın peşəkar futbol klublarının çıxış etdiyi güclülər dəstəsidir. 1992-ci ildən cəmi 5 klub Moldovanın Milli Liqasında çempion olmuşdur. Şerif Tiraspol liqanın cari çempiondur.
Moldova Milli Liqası

Moldova Qırmızı Kitabı
Moldova Qırmızı Kitabı — Moldova Respublikasında yox olmaq təhlükəsində olan heyvan, bitki və göbələklər. Moldova Qırmızı Kitabına daxildir: 117 - bitki növü. 9 - göbələk növü. 116 - heyvan növü. Onlarda 14-ü məməlilər, 39-u quşlar, 8-i sürünənlər sinfinə daxildir. 12 - balıqlar. 37 - həşəratlar təşkil edir.
Moldova Respublikasının müstəqilliyi haqqında deklarasiya
Moldova Respublikasının müstəqilliyi haqqında deklarasiya (rum. Declarația de independență a Republicii Moldova) və Moldovanın müstəqilliyi haqqında deklarasiya — 27 avqust 1991-ci ildə Moldova Parlamenti tərəfindən №691 «Müstəqillik haqqında deklarasiya» qanunu qəbul edilmişdir. Avqust çerilişinə cəhddən sonra Moldova SSRİ tərkibindən çıxdığını elan etmişdir. == Dəstəklənməsi == Moldova Parlamenti bu deklarasiyada Moldova Respublikasının müstəqilliyini elan edərək, nəzərə çatdırmaq istəyir ki, min il boyunca bölgədə moldova xalqı yaşamış və öz tarixlərini yazmışlar. Üstəlik uzaq keçmişdə mövcud olmuş dövlətçilik ənənələrini xatırladaraq bu addımın atılmasına hüquqi zəmin olduğunu vurğulayır. Xüsusi ilı Moldova knyazlığından Sovetlər dönəminə qədərki dövlətlər qeyd edilir. Deklarasiyada Kiçik Qaynarca (1775) və Buxarest (1812) sülh müqavilələri (Osmanlı ilə Rusiya arasında bağlanmış müqavilələr) qanundan kənar elan edilir. Səbəb isə hər iki tərəfin milli torpaqları bölüşdürməsi göstərilir. Üstəlik qanunda 2 avqust 1940-cı il « İttifaq daxilində Moldova SSR təşkili haqqında» və Faşist Almaniyası ilə SSRİ arasında 23 avqust 1939-cu ildə imzalanmış Molotov-Ribbentrop paktının qüvvədən düşməsi vurğulanır. Əsas kimi isə Bessarabiya, Bukovin və Qersa vilayətlərinin rəyinin alınmaması göstərilir.
Moldova SSR-in himni
Moldova SSR-in dövlət himni (mold. Имнул де Стат ал РСС Молдовенешть; rum. Imnul de Stat al RSS Moldovenești; rus. Гимн Молдавской ССР, Gimn Moldavskoj SSR) — 1945–1991-ci illərdə Moldova SSR-in dövlət himni.
Moldova SSR-nin himni
Moldova SSR-in dövlət himni (mold. Имнул де Стат ал РСС Молдовенешть; rum. Imnul de Stat al RSS Moldovenești; rus. Гимн Молдавской ССР, Gimn Moldavskoj SSR) — 1945–1991-ci illərdə Moldova SSR-in dövlət himni.
Moldova Sovet Ensiklopediyası
Moldova Sovet Ensiklopediyası (mold. Енчиклопедия советикэ молдовеняскэ) — Sovet dövründə Moldovada moldav dilində nəşr olunmuş 8 cilddən ibarət universal ensiklopediya. 1970–1981-ci illərdə nəşr edilmişdir.
Moldova Sovet Sosialist Muxtar Respublikasının Konstitusiyası (1925)
Moldova Sovet Sosialist Muxtar Respublikasının 1925-ci il Konstitusiyası (rum. Constituția Republicii Autonome Sovietice Socialiste Moldovenești din 1925) — 23 aprel 1925-ci ildə Moldova MSSR I Sovetlər Qurultayında təsdiqlənmiş konstitusiya. 10 may 1925-ci ildə Ukrayna SSR IX Ümumi Sovetlər Qurultayında Moldova MSSR Konstitusiyasını qəti şəkildə gücləndirildi. Moldova MSSR-nin Konstitusiyası ilk növbədə propaqanda xarakteri daşıyırdı. Partiya və respublika liderləri Bessarabiya ilə yenidən birləşmək və ya hətta Sovet Rumıniyası yaratmaq məqsədini ardıcıl olaraq bəyan etmişdi. Moldova MSSR-nə Ukrayna SSR-dən ayrılmaq hüququ verilmişdir. Bu, 1919-cu ildə Ukrayna SSR Konstitusiyasına edilən dəyişikliklərlə təsdiqlənmiş (4-cü maddə) və 1929-cu ildə Ukrayna SSR Konstitusiyasında təsbit edilmişdir. == Həmçinin bax == Moldova Sovet Sosialist Muxtar Respublikasının Konstitusiyası (1938) == Ədəbiyyat == А. В. Сурилов. История государства и права МССР (1917 - 1958). Кишинев.
Moldova Sovet Sosialist Muxtar Respublikasının Konstitusiyası (1938)
Moldova Sovet Sosialist Muxtar Respublikasının 1938-ci il Konstitusiyası (rum. Constituția Republicii Autonome Sovietice Socialiste Moldovenești din 1938) — 6 yanvar 1938-ci ildə Moldova MSSR VII Sovetlər Qurultayında təsdiqlənmiş konstitusiya. Moldova MSSR-in yeni konstitusiyası 11 fəsil və 114 maddədən ibarət idi. Bu, 1925-ci il Konstitusiyasından 4 fəsil daha uzun idi. Yeni fəsillər sosial nizamdan, vətəndaşların hüquq və vəzifələrindən, seçki sistemindən, konstitusiyaya dəyişikliklər edilmə prosedurundan bəhs edirdi. == Ədəbiyyat == А. В. Сурилов. История государства и права МССР (1917 - 1958). Кишинев. 1961 Государственно-правовые акты. Кишинев.
Moldova Sovet Sosialist Respublikası
Moldova Sovet Sosialist Respublikası və ya Moldaviya Sovet Sosialist Respublikası (mold. Република Советикэ Сочиалистэ Молдовеняскэ, Republika Sovetike Soçialiste Moldovenyaske) — SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. 2 avqust 1940-cı ildə təşkil olunmuşdur.
Moldava Respublikası
Moldova və ya rəsmi adı ilə Moldova Respublikası (mold. Republika Moldova), keçmiş mənbələrdə Moldaviya — Şərqi Avropada dövlət. Moldova dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimal, şərq və cənubda Ukrayna, qərbdə isə Rumıniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kişinyov şəhəri, ümumi sahəsi 33,846 kvadrat kilometrdir. Moldova 1940-cı ildə SSRİ tərəfindən Rumıniyadan qoparılmış Bessarabiya torpaqlarında yaradılmış və SSRİ-nin tərkibinə müttəfiq respublika statusu ilə daxil edilmişdir. Moldovanın Dnestr çayından şərqdəki əraziləri 1991-ci ildən tanınmamış Dnestryanı Moldov Respublikasının nəzarətindədir. == Etimologiya == Moldovanın adı Moldova çayının adındandır. Moldova Knyazlığının 1359-cu ildə əsası qoyulanda bu çayın vadisi siyasi mərkəz idi. == Əhali == === Vətəndaşlıq === 5–12 oktyabr 2004-cü il əhali siyahıyaalınmasına yekunlarına əsasən: Moldova əhalisinin ümumi sayı 3,383,332 nəfər olmuşdur.
Moldovan dili
Moldav dili — Moldova Respublikasında işlədilən rumın dilinin iki adından biri. Moldovanın rəsmi dilinin "moldav dili" adlandırılması daha çox İkinci dünya müharibəsi başlanan zaman Moldovanın SSRİ-yə birləşdirilməsi ilə əlaqədardır. Moldova Prezidentinin səlahiyyətlərini icra edən Mixay Gimpu bu məsələ ilə bağlı parlamentdə çıxış edib. O, bildirib ki, "moldav və rumın dillərinin eyniliyi hamı tərəfindən tanınıb. Artıq hər şeyi öz adı ilə çağırmaq, Stalinin dillər haqqındakı nəzəriyyəsinin arxasında gizlənməkdən qaçmaq lazımdır". Moldova parlamentinin rəhbəri bəyan edib ki, moldav və rumın dillərinin eyniliyi haqqında qərarı Rusiya, Rumıniya, Moldova və digər ölkələrin elmlər akademiyaları veriblər. Bu ideya respublikanın yeni konstitusiyası layihəsində əksini tapıb.
Kordova
Kordova (İspaniya) — İspaniyada şəhər. Kordova (Argentina) — Argentinada şəhər. Kordova xilafəti — İspaniyada mövcud olmuş ərəb-müsəlman dövləti. Kordova əmirliyi — Kordova xilafətinin ərazilərinin bir hissəsində mövcud olmuş müsəlman əmirliyi. Kordova (departament) — Kolumbiyanın departamentlərindən biri.
Moldavia
Moldavia Osmanlıların bugünkü Moldovaya və Rumıniyanın Moldovayla həmsərhəd regionlarına verdiyi bir ad idi. Bu bölgə xalqları uzun müddət Moldova adından istifadə etsələr də, Osmanlı imperiyası 1359-1365-ci illər arasında Boğdan Knyazlığını idarə edən Vojvoda I Boğdana görə Boğdan adından istifadə etmişdirlər. Moldavianın 1859-cu ildə Prut çayının qərbindəki hissəsi Valaxiya ilə birləşdi və Rumıniyanı meydana gətirdi. Zaman keçdikcə Osmanlılar tərəfindən Erdel adlanan Transilvaniya regionu da buraya qoşuldu. Moldavianın Prut çayının şərqindəki hissəsi 1812-ci ildə Rusiya tərəfindən işğal edildi və Bessarabiya adını aldı. Beləliklə, bugünkü Rumıniyanın sərhədləri müəyyən edildi. 1918-ci ildə Bessarabiya Rumıniya ilə birləşdi, lakin 1944-cü ildə Sovet İttifaqı bu bölgəni yenidən işğal etdi və onu SSRİ-nin Moldova Respublikasına çevirdi. 1991-ci ildə bu bölgə Moldova Respublikası olaraq müstəqillik qazandı. Bu gün Rumıniya və Moldova yaşayanlar əslində eyni etnik qrupdan olan insanlardır və eyni dildə danışırlar. Nəticədə Osmanlıların Boğdan adlandırdığı bölgə, bütün Moldovanı və şimali-şərqi Rumıniyanı əhatə edən bir region olmuşdur.
Moldoviya
Moldova və ya rəsmi adı ilə Moldova Respublikası (mold. Republika Moldova), keçmiş mənbələrdə Moldaviya — Şərqi Avropada dövlət. Moldova dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimal, şərq və cənubda Ukrayna, qərbdə isə Rumıniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kişinyov şəhəri, ümumi sahəsi 33,846 kvadrat kilometrdir. Moldova 1940-cı ildə SSRİ tərəfindən Rumıniyadan qoparılmış Bessarabiya torpaqlarında yaradılmış və SSRİ-nin tərkibinə müttəfiq respublika statusu ilə daxil edilmişdir. Moldovanın Dnestr çayından şərqdəki əraziləri 1991-ci ildən tanınmamış Dnestryanı Moldov Respublikasının nəzarətindədir. == Etimologiya == Moldovanın adı Moldova çayının adındandır. Moldova Knyazlığının 1359-cu ildə əsası qoyulanda bu çayın vadisi siyasi mərkəz idi. == Əhali == === Vətəndaşlıq === 5–12 oktyabr 2004-cü il əhali siyahıyaalınmasına yekunlarına əsasən: Moldova əhalisinin ümumi sayı 3,383,332 nəfər olmuşdur.
Molitva
Molitva — Mariya Şerifoviçin oxuduğu mahnı.
Moliona
Moliona (q.yun. Μολιόνη) —qədim yunan mifologiyasında personaj. Aktorun həyat yoldaşıdır. O, Poseydondan Kteat və Evrit adlı əkizləri dünyaya gətirmişdir. Oğullarının Herakl tərəfindən öldürülməsindən sonra o, argivlilərdən, sonra korinflilərdən razılıq tələb etmişdir.