YARAŞMAQ

f.
1. Uyğun gəlmək, yaxşı tutmaq, yaxşı göstərmək. Bu paltar sənə yaraşmır.
– Sənə al don yaraşır, niyə qarə geymisən sən? S.Ə.Şirvani.
[Mehribanın] yeni paltarı vücuduna çox yaxşı yaraşırdı. S.Hüseyn.
Qaratelin üz-gözündən rişxənd yağırdı və bu ifadə qızın munis, dolğun çöhrəsinə qətiyyən yaraşmırdı. Ə.Əbülhəsən.

…nə yaraşır – intonasiyadan asılı olaraq gah müsbət, gah mənfi mənada işlənir. Bu yaşda ona belə paltar nə yaraşır.
– Qabaqda qalırmı arpan səhərə? Üzəngilər nə yaraşır yəhərə. Koroğlu”.

2. Layiq olmaq, münasib olmaq. Belə hərəkətlər insana yaraşmaz.
– Yetişibsən, indən belə yaraşmaz; Yadlar ilə deyib-danışmaq sənə. Q.Zakir.
[Vəzir:] Mən cavab verdim ki, əgər mənə yaraşsaydı, bu əlli yaşımda Teymur ağa ilə güləşib onun arxasın yerə qoyardım. M.F.Axundzadə.
[Fəridə:] Bu ki rüsvayçılıqdır, … heç doktora yaraşarmı? Ə.Məmmədxanlı.

// Uyğun olmaq, uyğun gəlmək, münasib olmaq, uymaq.
Mənim yoldaşım Sadığın adını qoyublar Lağlağı, … bu ləqəb o kişiyə heç yaraşmır. C.Məmmədquluzadə.
Məsmə otağını bir cavanəzənə yaraşacaq bir şəklə salmağı özünə bir həyat qayəsi qərar verdi. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YARAŞMAQ 1. YARAŞMAQ ..Qara yaylıq yaraşır; Yardan ayrı düşənə (“Azərbaycan folkloru antologiyası”); TUTMAQ (məc
  • YARAŞMAQ uymaq
YARAŞMA
YARATMA

Digər lüğətlərdə