EHTİRAM

is. [ ər. ] Dərin hörmət, sayğı.
…Qasım əminin kənddə artıq ehtiramı vardı. Ə.Haqverdiyev.
Kazım kişi bu ehtirama görə razılıq elədi və yenə fikrində durub dedi ki, öz işimdə qalmaq istəyirəm. Mir Cəlal.
Ailədəki bu qarşılıqlı ehtiram indi artıq ənənə və etiqad halına gəlmişdi. M.Hüseyn.

□ Ehtiram etmək (eləmək, göstərmək, qılmaq, saxlamaq) – hörmət etmək, sayğı göstərmək.
[Gülzar:] Xudaya, ata-anaya ehtiram edib sevməyi övlada vacib etmisən. S.S.Axundov.
Səlim ona əri Zeynaldan daha artıq ehtiram göstərmiş, izzəti-nəfsini müdafiə etmişdi. S.Hüseyn.

Ehtiram sahibi – hörmətli sayılan, hörmət edilən, nüfuzlu adam.
…Konsul kimi mütəşəxxis və ehtiram sahiblərindən ehtiyat etmək, hər halda, lazımdır. C.Məmmədquluzadə.

Ehtirama layiq – hörmət edilməli, hörmət edilməyə layiq.
[Zeynal:] Mehriban munis bir ana olmaq həsəbi ilə ehtirama layiq bir qadındır… S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • EHTİRAM ehtiram bax hörmət
  • EHTİRAM hörmət — sayğı

Antonimlər (əks mənalı sözlər)

  • EHTİRAM EHTİRAM – NİFRƏT Ailədəki bu qarşılıqlı ehtiram indi artıq ənənə və etiqad halına gəlmişdir (M.Hüseyn); Adamla çörək kəsib üzünə gülən, dalda isə ayağ

Etimologiya

  • EHTİRAM Ərəbcə hörmət sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
EHTİRAQ
EHTİRAMƏN

Digər lüğətlərdə