UTANCAQ Kazım utancaq bir halda: – O nə sözdür ki, – dedi (Çəmənzəminli); ANA UŞAĞI (məc.) Dördillik məktəb həyatında özünü ana uşağı kimi aparan Səlim birdən-birə dəyişdi (M.Hüseyn); BAŞIAŞAĞI [Səfər] fəqir, başıaşağı oğlandı... (Ə.Haqverdiyev); HƏYALI Bir neçə müddət idi öz şəklini jurnalın arasında çəkirdin, həyalı cavanlar jurnalı qabaqlarına açan kimi gözləri sənə sataşanda həya təri basır, utanıb, büküb qoyurdular yerə (M.S.Ordubadi); MƏHCUB (kl.əd.) Nəsrulla Salam: Munis və məhcub xanımdır (M.S.Ordubadi); ŞƏRMƏNDƏ (kl.əd.) Mahü səyyarələr şərməndədir yüzümə baxmaqdan; Fələk övcində xurşidi həyada sərnigün görcək (Xətayi); ARLI.