COŞDURMAQ

f.
1. Qızışdırmaq, şiddətləndirmək, bütün gücü ilə təzahür etdirmək.
Hələ bu qadının munis və təvazökar bir qadın olması da insanın məhəbbətini coşdururdu. M.S.Ordubadi.
Həyatbəxş və həssas bir hava [Muxtarla xanıma] təmas edərkən qıdıqlandırdı, coşdurdu. Çəmənzəminli.

2. Hirsləndirmək, acıqlandırmaq, qızışdırmaq, özündən çıxarmaq.
Maya bir də ona görə Rüstəm kişinin qəzəbini coşdururdu ki, evində yetişmiş Pərşan vardı. M.İbrahimov.
Hidayəti coşduran hər şeydən çox Sənubərin indiki halda belə sakitləşməsi, beləcə duyğusuz kimi laqeyd əyləşməsi idi. B.Bayramov.

COŞDURMA
COŞQUN

Digər lüğətlərdə