Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sevməkdən qorxmaq lazım deyil (film, 1998)
Sevməkdən qorxmaq lazım deyil (hind: प्यार किया तो डरना क्या, Rom: Pyaar Kiya To Darna Kya) — Hindistan melodramıdır. Hind dilində çəkilmiş olan bu film 27 mart 1999-cu ildə yayımlanmışdır. Muskan (Kajol) və qardaşı Vişal (Arbaz Xan) valideynlərinin ölümündən sonra əmiləri Thakur Ajay Singh (Dharmendra) ilə birlikdə yaşayırlar. Gözəl Muskanın pərəstişkarlarının, aşiqlərinin sayı-hesabı yoxdur, lakin Vişal bacısının yanında güclü bir kişini görmək istədiyi üçün bir-birinin ardınca gələn taliblərdən imtina edir. Muskan kollec üçün Mumbaya getməyə qərar verəndə, qardaşı istəmədən və yalnız valideynlərinə onun arzusunu yerinə yetirəcəyinə söz verdiyi üçün onu kollecə buraxır. Kollecdə qız zəngin bir iş adamının oğlu Surac Khanna (Salman Khan) ilə tanış olur. Suracın atası ilə olan münasibətləri çox gərgindir və ona nifrət edən ögey anası ucbatından evi tərk etmək məcburiyyətində qalmışdır. O, Muskana aşiq olur, lakin Muskanın yanına gələn Vişalla görüşəndən sonra onu Muskanın sevgilisi zənn etdiyinə görə onu özünə rəqib kimi görür və onunla arasında mübahisə və dava-dalaş yaranır. Potensial qohumların arasındakı münasibətlər ümidsiz bir formada getdikcə pozulur və bundan sonra Suracın inadkar Vişalı bacısı üçün uyğun bəy olduğuna inandırması üçün hələ çox iş görməsi lazım gəlir.
Qırtlaq
Qırtlaq (lat. larynx) — tənəffüs apparatının bir orqanı olub nəfəs və səs çıxarma proseslərində iştirak edir. Qırtlaq qığırdaqlardan təşkil olunub, boyunda yerləşmişdir və yuxarıda udlaq vasitəsilə burun və ağız boşluqları ilə birləşir. Qırtlağın ardını nəfəs borusu təşkil edir. Amfibiyalarda qırtlaq iki yan qığırdaqlardan əmələ gəlmişdir; quyruqlularda (lat. urodela) qırtlaq yan qığırdaqlardan başqa üzüyəbənzər qığırdaqdan da inkişaf edir, ancaq bu qığırdaq açıq olur. Quyruqsuzlarda (lat. anura) üzüyəbənzər qığırdaq əksinə bitişmiş olur. Qırtlaq əzələləri isə qəlsəmə əzələlərindən inkişaf etmişdir. Quşların qırtlağı sürünənlərin qırtlağından artıq inkişaf etməyib rudiment halında qalır, səs telləri olmur və qırtlaq əzələləri reduksiya edir.
Qırxlar
‎Qırxlar (Bicar)
Furkan Qorxmaz
Furkan Qorxmaz peşəkar türk basketbolçu. Hazırda NBA-də Filadelfiya Seventi Siksers komndasında çıxış edir. == İlk vaxtlar == QKoxkmaz Bakırköy, İstanbulda 1997-ci ildə anadan olub. O, 9 yaşında olarkən oxuduğu məktəbin basketbol komandasına daxil olub. 2012-ci ildə 15 yaşında ikən Efes Uşaq komandasından Anadolu Efesə 250 000 $ qarşılığında transfer edildi. == Peşəkar karyera == === Anadolu Efes === Buradakı birinci ilində Qorxmaz Efesin gənclər komandasında oynayır. 2013-2014 sezonunda isə o, Türkiyə Basketbol 2-ci Liqasında Efesin pilot komandası Pertevniyala keçdi və burada liqa çempionu olur.. 2014-cü ilin yayında Qorxmaz Anadolu Efesin əsas komandasına daxil olur. 14 dekabr 2014-cü ildə Əskişəhir Basket ilə oynanılan oyunda 17 xal qazanaraq sezonun ən yüksək nəticəsini topladı. === NBA draft === 13 iyun, 2016-cı ildə Qorxmaz NBA seçməsində iştirak edən 13 xarici vətəndaşdan biri idi.
Qorxmaz Abdurəşidov
Qorxmaz Atakişiyev
Qorxmaz Eyvazov
Qorxmaz Eyvazov (1 aprel 1967, Güləbird, Laçın rayonu – 10 fevral 1994, Cocuq Mərcanlı, Cəbrayıl rayonu) — polis starşinası, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. Qorxmaz Eyvazov 1 aprel 1967-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. 1974-cü ildə Laçın rayon Güləbird kənd orta məktəbinə birinci sinfə getmiş, 1984-cü ildə onuncu sinfi bitirərək Laçın rayon 127 saylı texniki peşə məktəbinə daxil olmuşdur. Hazırda 127 saylı texniki peşə məktəb Qorxmaz Eyvazovun adını daşıyır. 1985-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidmətini Ukraynada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçmişdir. Hərbi xidmət zamanı 6 aylıq serjant kursunu bitirmişdir. O, xidmət müddətində dəfələrlə fəxri fərmanlar, tərifnamələrlə yanaşı birinci dərəcəli idmançı vəsiqəsi almış və döş nişanı ilə təltif edilmişdir. Qorxmaz 1987-ci ildə Hərbi xidmətini başa vurub doğma yurda dönür. Ailəli idi.
Qorxmaz Hüseynov
Qorxmaz Cavanşir oğlu Hüseynov — "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri (2011–2021). Hüseynov Qorxmaz Cavanşir oğlu 1965-ci ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1983–1985-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1989-cu ildə "Neft daşları" NQÇİ-də iqtisadçı-mühasib vəzifəsində başlayıb. 1990-cı ildə "28 May" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsində mühəndis, 1991–1992-ci illərdə şöbə rəisinin müavini, 1992–1995-ci illərdə şöbə rəisi, 1995–1997-ci illərdə "Qum adası" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsinin rəisi, 1997–2003-cü illərdə "Xəzərdənizneftqaztikinti" trestinin müdir müavini, 2003–2006-cı illərdə trestin müdiri, 2006–2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi vəzifələrində çalışıb. 27 dekabr 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti təyin edilmişdir. 16 fevral 2011-ci il tarixində həmin vəzifədən azad edilərək "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 may 2021-ci il imzaladığı sərəncama əsasən, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilmişdir.
Qorxmaz Quliyev
Qorxmaz Həsi oğlu Quliyev (d. 9 iyun 1941) — Azərbaycan ədəbiyyatı tarixçisi, filologiya elmləri doktoru (1990), professor (1992), Azərbaycan Dövlət Dillər İnstitutunun rektoru (1993–2001). Qorxmaz Həsi oğlu Quliyev 1941-ci ildə anadan olmuşdur. O, 1970-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun fransız dili fakultəsini bitirmişdir. Keçən əsrin 70-80-ci illərdə Əlcəzairdə fransız-rus dili tərcüməçisi, Strasburq Universitetində mühazirəçi kimi fəaliyyət göstərən, 90-cı illərdə Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsində işləyən Qorxmaz Quliyev 1999-cu ildən Azərbaycan Universitetinin professorudur. Q.Quliyevin "Azərbaycan ədəbiyyatının poetikası" (1992) monoqrafiyasında Cəlil Məmmədquluzadənin "Ölülər", "Dəli yığıncağı", "Poçt qutusu" əsərləri təhlil olunmuşdur. "Statistikadan dinamikaya" adlı məqaləsində o, Azərbaycan ədəbiyyatında fərdi daxili xarakterin ilk dəfə C.Məmmədquluzadənin yaradıcılığında meydana gəldiyini dəlillər və elmi təhlil yolu ilə sübut edir. "Dəlidən doğru xəbər" (1999) kitabındakı "Absurd teatr. Məmmədquluzadənin "Dəli yığıncağı" faciəvi komediyası Ö.İoneskonun "Kərgədanlar" komik faciəsi işığında" məqaləsində C.Məmmədquluzadənin yaradıcılığı XX əsrin 50-ci illərində təşəkkül tapmış və bu gün Avropa dramaturgiyasında aparıcı meyllərdən biri olan absurd teatr konsepsiyası kontekstində araşdırılır. Professor Qorxmaz Quliyev eyni zamanda XX əsrin əvvəllərində Qərb ədəbiyyatşünaslığında hakim mövqe tutan ədəbi-estetik konsepsiya və cərəyanları ilk dəfə Azərbaycan ədəbiyyatşünaslığına təqdim edən alimlərdən biri, Qərb ədəbiyyatının Azərbaycandakı ən məşhur tədqiqatçılarındandır.
Qorxmaz Salamov
Qorxmaz Sücəddinov
Sücəddinov (Əsgərbəyli) Qorxmaz Məmməd Tağı oğlu (16 aprel 1932, Gəncə – 22 aprel 2010, Bakı) — azərbaycanlı, sovet heykəltaraşı, Azərbaycan SSR əməkdar rəssamı (1982). Qorxmaz Sücəddinov 16 aprel 1932-ci ildə Azərbaycan SSR Gəncə şəhərində, Kənd Təsərrüfatı İnstitutunun torpaqşünaslıq kafedrasının professoru Tağı Əsgərbəylinin ailəsində anadan olmuşdur. 1937-ci ildə Qorxmazın atası yalan donos əsasında repressiyaya uğramış və sonradan Komi MSSR-də düşərgədə həlak olmuşdur. Stalin öldükdən sonra Xruşovun "mülayim hava" dövründə ölümündən sonra ona bəraət verilmişdir. Nənəsi, "vətən xaini"nin oğlunun həmişə "təcrid" olunacağından qorxaraq, nəvəsinə öz "Sücəddinov" soyadını vermiş və onu Bakıya gətirmişdir. Burada o, dayısı Yaqub Sücəddinovun ailəsində böyümüş və tərbiyə almışdır. Müharibədən sonrakı çətin həyat şəraitinə baxmayaraq, oğlanda rəsmə həvəs yaranır və o, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumağa başlayır. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Qorxmaz Lvovdakı Tətbiqi və Dekorativ Sənət İnstitutuna qəbul olunur, oradan Tbilisi Dövlət Rəssamlıq Akademiyasına köçürülür və burada onun mentoru məşhur heykəltaraş Konstantin Mixayloviç Merabişvili olur. Qorxmaz Sücəddinovun ilk peşəkar işi bu gün Bakı şəhərinin simvollarından biri sayılan "Bəhram Gur" dekorativ fəvvarəsidir. Son işlərindən biri isə – Azərbaycanın xalq artisti, məşhur "qayınana" Nəsibə Zeynalovanın qəbirüstü abidəsi və xatirə lövhəsidir.
Qorxmaz İmanov
İmanov Qorxmaz Cahangir oğlu (17 aprel 1941, Bakı şəhəri) — AMEA-nın müxbir üzvü (2017), iqtisad elmləri doktoru, professor, İspaniya Kral Akademiyasının akademiki. Qorxmaz İmanov 1941-ci il aprelin 17-də Bakı şəhərində anadan olub. 1958-ci ildə Bakı şəhər 199 saylı orta məktəbi bitirmişdir. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsini bitirib, iqtisadçı diplomu almışdır. 1964–1967-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Mərkəzi iqtisadi-riyaziyyat institunun aspiranturasında təhsil alıb, 1968-ci ildə həmin institutda iqtisad elmləri namizədi alimlik dissertasiyası müdafiə etmişdir. 1968-ci ilin yanvar ayından 1969-cu ilin mart ayına qədər Azərbaycan SSR EA Kibernetika institutunda kiçik elmi işçi işləmişdir. 1969–1971-ci illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunda baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1971-ci ilin sentyabrında yenidən Azərbaycan EA Kibernetika institutuna baş elmi işçi vəzifəsinə gəlmişdir. 1975-ci ildə SSRİ EA Mərkəzi iqtisadi-riyaziyyat institunda iqtisad elmləri doktorluq dissertasiyasını müdafiə etmişdir. 1974-cü ilin avqust ayından 1987-ci ilin dekabrına qədər Kibernetika institutunda laboratoriya və sonra şöbə müdiri vəzifəsində çalışmışdır.
Qorxmaz İsgəndərov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Qorxmaz Əlili
Qorxmaz Əlilicanzadə (15 oktyabr 1958, Bakı) — Azərbaycanın tanınmış şoumeni, aktyor və müğənni, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar artisti (2019). Qorxmaz Məmməd oğlu Əlilicanzadə 1958-ci il oktyabrın 15-də Bakının Maştağa kəndində anadan olmuşdur. Kiçik yaşlarında onda teatr sənətinə böyük maraq yarandığına görə, öz həyatını bütünlüklə Azərbaycan incəsənətinə bağlamışdır. 1979-cu ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin) "Kino və Dram Teatrı Aktyoru" fakültəsini, SSRİ xalq artisti Adil İsgəndərovun kursunu bitirmişdir. 1970-1980-cı illərdə Qorxmaz Əlilicanzadənin estrada sahəsində oynadığı rollar ona böyük şöhrət gətirmişdir. Təsadüf deyildir ki, o 1983-cü ildə respublikamızda keçirilən estrada artistləri müsabiqəsinin laureatı olmuşdur. Qorxmaz Əlilicanzadə sonrakı illərdə də bu müsabiqələrin qalibi adını qazanmışdır. 1985 və 1987-ci illərdə o beynəlxalq estrada artislərinin müsabiqələrində iştirak etmiş və bu müsabiqələrin laureatı olmuşdur. Qorzmaz Əlilicanzadə 1985-ci ildə Miniatür teatrını yaratmşdır. Tamaşaçılar bu teatrda oynanılan duzlu, məzəli tamaşaları bu gün də xatırlayırlar.
Qorxmaz Əlilicanzadə
Qorxmaz Əlilicanzadə (15 oktyabr 1958, Bakı) — Azərbaycanın tanınmış şoumeni, aktyor və müğənni, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar artisti (2019). Qorxmaz Məmməd oğlu Əlilicanzadə 1958-ci il oktyabrın 15-də Bakının Maştağa kəndində anadan olmuşdur. Kiçik yaşlarında onda teatr sənətinə böyük maraq yarandığına görə, öz həyatını bütünlüklə Azərbaycan incəsənətinə bağlamışdır. 1979-cu ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin) "Kino və Dram Teatrı Aktyoru" fakültəsini, SSRİ xalq artisti Adil İsgəndərovun kursunu bitirmişdir. 1970-1980-cı illərdə Qorxmaz Əlilicanzadənin estrada sahəsində oynadığı rollar ona böyük şöhrət gətirmişdir. Təsadüf deyildir ki, o 1983-cü ildə respublikamızda keçirilən estrada artistləri müsabiqəsinin laureatı olmuşdur. Qorxmaz Əlilicanzadə sonrakı illərdə də bu müsabiqələrin qalibi adını qazanmışdır. 1985 və 1987-ci illərdə o beynəlxalq estrada artislərinin müsabiqələrində iştirak etmiş və bu müsabiqələrin laureatı olmuşdur. Qorzmaz Əlilicanzadə 1985-ci ildə Miniatür teatrını yaratmşdır. Tamaşaçılar bu teatrda oynanılan duzlu, məzəli tamaşaları bu gün də xatırlayırlar.
Qorxmaz Əlizadə
Qırtlaq musiqisi
Qırtlaq musiqisi – qırtlaqdakı qeyri-adi səs tembri ilə oxuma texnikası, Sibirin, Monqolustanın, Tibetin və türk xalqlarının ənənəvi musiqisinə xasdır. Adətən qırtlaq musiqi əsas tondan (alçaq tezlikli vızıltı) və təbii səs ardıcıllığının (adətən 4 -13 imadan istifadə olunur) tonu ilə hərəkət edən yuxarı səsdən təşkil olunur. İmalar səs komponentləri ağız və boğaz boşluğunun rezonans formasının dəyişmə yolunda güclənərkən yaxşı eşidilir. Ən məşhuru xorekteer texnikasının istifadə olunduğu Tuva qırtlaq musiqisidir. Monqolustanda və Tuvada tez-tez istifadə olunan qırtlaq musiqisi ən çox yayılmış və müxtəlif olan xoomey növüdür. Qırtlaq musiqisi tuva, altay, başqırd, xakas, yakut, qazax, qırğız kimi türk xalqlarının və monqol, buryat, qalmıq xalqlarının mədəniyyətinə xasdır. Altaylılarda və xakaslılarda uzun epik nitq üçün istifadə olunan kay, xay növləri yayılmışdır. Başqırdların qırtlaq musiqisi özləü adlanır. Yakutlarda isə “xabarğa ırıata” adı ilə tanınır. Qırtlaq musiqisinin bu qədim yakut növü səslənmə və texnikasına görə ifası Tuvanın “karğıraa” növü ilə oxşardır.
Qırtlaq qapağı
Qırtlaq qapağı (lat. cartilago epiglottica) — qırtlaq qığırdaqlarından biri olub, qırtlaq qapağının skletini təşkil edərək, dil kökünün arxasında qırtlaq girəcəyinin üstündə yerləşmişdir. Rəngi sarımtıl olub özü də elastikdir. Qırtlaq qapağı qığırdağının yuxarı hissəsi enlidir ancaq aşağı hissəsi nazikləşir qırtlaq qapağı saplağı — lat. petiolus epiglottidis adlanır. Onun iki səthi vardır: ön dil səthi, arxa qırtlaq səthi. Qırtlaq səthi qırtlaq girəcəyinə baxır, üzərində selikli vəzilər vardır. Qırtlaq qapağı qığırdağının orta hissəsi qalınlaşaraq qabarcıq — lat. tuberculum epiglotticum əmələ gətirir. Prof.
Qırxlar (Bicar)
Qırxlar (fars. قرخلر‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 271 nəfər yaşayır (58 ailə). Əhalisini kürdlər təşkil edir.
Qırxlar (Mərənd)
Qırxlar (fars. قرخلار‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (13 ailə).
Qırxlar (övliya)
Qırxlar cəmi
Qırxlar cəmi (türk. Kırklar Cemi) və ya Qırxlar məclisi (türk. Kırklar Meclisi) — Ələvilik və Bəktaşilikdə toplu ibadət. Ənənəyə görə, Məhəmməd 621-ci ildə Meracdan qayıtdıqdan sonra "qırx müqəddəs"i ziyarət etmiş və onlarla bu ibadəti yerinə yetirmişdir. Bu toplu ibadət məsciddə yox, cəm evində yerinə yetirilir.
Qırxlar dağı
Qırxlar dağı — Zəngəzur silsiləsində dağ. Qırxlar dağı Zəngəzur mahalının Sisian rayonunda Ərəfsə kəndi ilə Naxçıvan MR Culfa rayonunun Ləkətağ kəndinin və Ordubadın torpaqları ilə həmsərhəddir. Qırxlar dağının dəniz səviyyəsindən hündürlüyü 3089,2 metrdir. Zirvəsi ilin bütün aylarında qarla örtülü olur. Ətəkləri çox geniş alp çəmənləridir. Yay aylarında təkcə Ərəfsənin deyil, Qarabağdan yaylağa gəlmiş bir sıra rayonların qoyun sürülərinin yemlə təmin olunmasına kifayət edirdi. Mənbəyini Qırxlar dağının ətəklərindən götürən çay Dəliçay adlanır və Ərəfsə kəndində Salvartıçay, Taxtakörpüçay və Xırdaçayla qovuşur, aşağı axarında isə Bazarçayla birləşib, Araza qovuşan Bərgüşad çayına tökülür. Qırxlar dağının zirvəsində əfsanələrlə dolu eyniadlı ziyarətgah - pir vardır. Ətraf kəndlərin müsəlman əhalisi həm Sisian kəndlərindən, həm də Naxçıvan rayonlarının — Culfa və Ordubadın kəndlərindən Qırxlar pirinə ziyarətə gələrdi.
Qırxlar məclisi
Qırxlar cəmi (türk. Kırklar Cemi) və ya Qırxlar məclisi (türk. Kırklar Meclisi) — Ələvilik və Bəktaşilikdə toplu ibadət. Ənənəyə görə, Məhəmməd 621-ci ildə Meracdan qayıtdıqdan sonra "qırx müqəddəs"i ziyarət etmiş və onlarla bu ibadəti yerinə yetirmişdir. Bu toplu ibadət məsciddə yox, cəm evində yerinə yetirilir.
Qırxlar qalası
Qırxlar qalası — Culfa rayonunda Əlincə qaladan qərbdə yerləşən arxeolagi abidədir. Qala təpənin relyefinə uyğun olaraq üçbucaq formasında tikilmişdir. Qala divarının eni 1,65 metrdir. Divarlar sökülüb dağıdıldığından onların yalnız bünövrəsi qalmışdır. Qalanın içərisində dördkünc formalı yaşayış binalarının qalıqları vardır. Onlar orta həcmli qaya parçalarından tikilmişdir. Qalanın sahəsi 136 m-dir. Tədqiqat zamanı qalanın ərazisindən şirsiz və şirli keramika nümunələri aşkar edilmişdir. Aşkar edilmiş keramika nümunələrinə əsasən qalanı XI-XV əsrlərə aid etmək olar.
Qırxlar qəbiristanlığı
Qırxlar qəbiristanlığı — Qafqazın ən qədim dəfn yerlərindən biri olan Dərbənd qəbiristanlığı. Qəbiristanlıq Qırxlar-qapı darvazasından bir kilometr şimalda yerləşir. Qəbiristanlıq yaxşı işlənmiş daşlardan iki metrlik hasarla hasarlanıb. Bu hasar iki pillədən ibarətdir və görünür ki, bir neçə dəfə yenidən qurulmuşdur. Hasarın şimal tərəfində bir giriş portalı qurulmuşdur.. Orta əsr ərəb mənbələrinə və "Dərbəndnamə" yerli tarixi salnaməsinə görə, bu qəbrstanlıq Salman ibn Rəbiə əl-Bahilinin rəhbərliyi altında Dərbəndə edilən ilk ərəb yürüşü ilə əlaqədardır. Əfsanələrdən birinə görə, ərəb fəthçilərinin yerli sakinlərlə 6 günlük döyüşü nəticəsində sırasıyla 40 və 20 min əsgər şəhid olur. Ölən 40 ərəb Qırxlar qəbiristanlığında dəfn olunur. Daha sonra qəbiristanlığda bir sıra məzarlar qurulur. Qırxlar şəhərin şimal qəbiristanlığının bir hissəsidir.
Girdman
Girdman —VII əsrin əvvəllərindən Qafqaz Albaniyasının birinci böyük knyazları olan Mehranilər sülaləsinin biri irsi mülkü. Bu vilayətin lokallaşdırılması ilə bağlı üç nəzəriyyə mövcuddur. Bəziləri onun Ağsu - Girdman çayları rayonunda (İ.Əliyev, F.Osmanov), digərləri müasir Qazax rayonu ərazisində (S.T.Yeremyan), üçüncü qrup isə Yerevançay hövzəsi ətrafında və müasir Gədəbəy rayonu ərazisində (Z.M.Bünyadov) yerləşdiyini iddia edirlər. Fəridə Məmmədova isə Girdman vilayətinin Albaniyanın şimal-qərbində, Kürün sağ sahilində, erməni və gürcü torpaqları ilə sərhəddə yerləşdiyini bildirir. Favstos Buzandın yazdığına görə, Girdman, Arsaq və Uti birlikdə 387-ci ilə qədər indiki Azərbaycan ərazisinin qərbində olmuşdur. Albaniyanın tarixi gerçəkliklərinin öyrənilməsi göstərmişdir ki, Girdman heç vaxt Ermənistana daxil olmamışdır. Mehranilər bu ərazilərdə Girdman qalasını, Mehrəvan şəhərini və çoxlu məbədlər inşa etdirmişlər. VII əsrin əvvəllərində Albaniyanın Girdiman vilayətində Girdiman knyazlığı yaranmışdır.
Girətağ
Aşağı Girətağ — Zəngəzur mahalında kənd. Yuxarı Girətağ — Zəngəzur mahalında kənd.
İrmaq
İrmaq (ing. river) - çap olunmuş sənəddə sözlər arasında olan və bir sətirdən o biri sətrə axını xatırladan boşluqlar. İrmaq ya ensiz sütunda düzləndirilmiş yazı zamanı yaranır, ya da proqram təminatının və ya printerin yetərincə çoxtərəfli olmaması ilə bağlı olur.