Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lil Boat 2
Lil Boat 2 — ABŞ repçisi Lil Yachty-nin ikinci studiya albomu. 9 mart 2018-ci ildə buraxılıb.
Q
Latın qrafikalı Azərbaycan əlifbasında 17-cİ hərf, 23 samitdən biri. Cingiltili samitdir. Futbol klubları ilə bağlı səhifələrdə oyunçuların əvvəlində işlədildikdə qapıcı mənasını verir.
H.Q.
Hicri-qəməri təqvim(İranda və Əfqanıstanda); Hicri təqvim, İslam təqvimi, Müsəlman təqvimi (başqa ölkələrdə); (ərəb. الـتـقـويم الـهـجـري‎, ət-təqviməl-hicri). Ay səhifələrinin dəyişməsi nəticəsində yaranan 12 dənə 29, yaxud 30 günlük aydan ibarətdir. Adi illərdə günlərin sayı 354, uzun illərdə isə 355-dir. Ərəbistanda İslam dininin meydana çıxmasına qədər hər biri ay səhifələrinin dəyişməsinə əsaslanan 12, yaxud 13 aydan ibarət 24 illik təqvim stilindən istifadə olunurdu. Bu stildə 15 il 12 aydan, 9 il isə 13 aydan ibarət idi. Lakin Məhəmməd peyğəmbər tərəfindən 13-cü aylar ləğv edildi. Əsas isə Quranın bu ayəsi idi: إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْراً فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَالأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ (Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır).. Hicri-qəməri təqvimində illər hicrətin başladığı gündən — 16 iyul 622-ci il tarixdən nömrələnir. Təqvimdə 0-cı il yoxdur; 1-ci il, yaxud hicri erası 16 iyul 622-ci il tarixində başlayır.
Q'ar
𐕍 (səslənməsi /q'/, transkripsiyası Q̇, q̇) — Alban əlifbasının 30-cu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Կա́ռ (Kár̄) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin əsl adı "Q'ar" olmalıdır, çünki diakritik işarə açıq-aşkar erməni əlifbasında olmayan səsi bildirir və bu, udlaqlaşmış fonemin göstəricisidir. Bundan əlavə, tərkibində bu hərf olan Qafqaz alban sözlərinin udi ekvivalentlərində q hərfinə çevrilmişdir. Qorxu mənasına gələn alb. 𐕍𐕞𐕡 (q̇üw) və udi q'ı̆, iyirmi mənasına gələn alb. 𐕍𐕈 (q̇å) və udi qo, sümük mənasındakı alb. 𐕆𐕞𐕡𐕍𐔴𐕎 (hüwq̇en) və udi ŭq'ĕn sözləri bu qanunauyğunluğun sübutudur. Erməni tədqiqatçı Aşot Abramyan isə səhvən bu hərfi Y hərfi ilə eyniləşdirirdi.
Q-pop
Q-pop (qaz. Qazaq pop - qazax pop) — Qazaxıstanın musiqi janrı. Qazax dilində oxunan, qərbi pop musiqi, Qazaxıstan hip hopu, EDM (elektron rəqs musiqisi), R&B, toy musiqisi və xüsusilə K-pop tərəfindən təsirlənən Qazaxıstan pop musiqinin müasir forması. K-pop kimi, Q-pop da özündə fərqli musiqi janrlarını cəmləşdirir. Bu janr ilk dəfə 2015-ci ildə Ninety One qrupun debütu ilə üzə çıxıb. Qazaxıstanda həmçinin pop musiqisinə aid olan etnopop (və ya folk pop) musiqisi və onun növü, başqa türk xalqlarına da aid olan toy musiqisi mövcuddur. Q-pop toy musiqisindən fərqli olan bir janr olduğu kimi təqdim olunur. Ölkəyə Koreya dramaları və filmləri 2000-ci illərin ortasında gələn kimi, o vaxtdan başlayaraq, Qazaxıstan Koreya dalğasının təsiri altındadır. İnternetin əlçatanlığı artmasının köməyi ilə bu fenomen, ölkədə Koreyanın kütləvi mədəniyyətinə marağını alışdı və beləliklə, K-pop janrını Qazaxıstanda məşğurlaşdırıb. Qazaxıstanda K-pop-un məşğurluğu 2014-cü ildə Q-pop layihəsinin başlanğıcını təhrik edib və beləliklə, Juz Entertainment Ninety One qrupunu yaradıb.
Q-sxemləri
Kütləvi xidmət sistemləri (Q-sxemləri) -Kəsilməz stoxastik yaxınlaşmada riyazi sxemlər kimi Q-sxemləri adlandırılan kütləvi xidmət sistemlərindən (Queuing system) istifadə edilir. Kütləvi xidmət sistemləri mahiyyətinə görə xidmət prosesi olan sistemlərin fəaliyyət proseslərini formalaşdırmaq üçün kütləvi xidmət nəzəriyyəsində və ona əlavələrdə işlənilmiş riyazi sxemlər sinifini təmsil edirlər. Xidmət prosesi kimi öz fiziki təbiətinə görə müxtəlif iqtisadi, istehsal, texniki və digər sistemlərin fəaliyyət proseslərini göstərmək olar. Bu zaman qeyd olunan obyektlər üçün xidmətə qəbul olunan sifarişlərin təsadüfi meydana gəlməsi və onların xidmətinin başa çatması təsadüfi zaman anlarında olması xarakterikdir. Başqa sözlə onların fəaliyyət prosesi stoxastik xarakter daşıyır .
Q (dəqiqləşdirmə)
Q — Latın qrafikalı Azərbaycan əlifbasında 23-cü hərf. Q (jurnal) — Böyük Britaniyada dərc olunan jurnal. QX (jurnal) — İsveç və digər Skandinav homoseksual auditoriyasına yönəlmiş populyar jurnal.
Q (jurnal)
Q — Böyük Britaniyada dərc olunan, 130,179 tirajlı (iyun 2007 ) 1986 cı ildə Mark Ellen (ing. Mark Ellen) və Devid Hepuort (ing. David Hepworth) tərəfindən təsis edilmiş aylıq musiqi jurnalı. İlk əvvəllər jurnal ing. "The modern guide to music and more" şüarı ilə dərc edilmiş və Cue (ing. "cueing a record" — "buraxılış üçün hazır val") adlanmışdır. 4music.com — Q rəsmi saytı Q Recordings of the Year. — Q jurnalının illik siyahısı.
Q faktoru
Radiolar müəyyən bir elektromaqnit spektrini dinləmək üçün hazırlanmışdır. Radionun keyfiyyətini seçicilik və həssaslıq amillərinə görə qiymətləndirmək mümkündür, buna Q faktoru deyilir. Bu tezlik diapazonundakı radio qəbulediciləri keyfiyyətinə və xüsusiyyətlərinə görə bir çox fərqli modelə bölünə bilər.
Q kodu
Q kodları; hamısı Q ilə başlayan, 3 hərfli mesajlarıdır. İlk dəfə ticari məqsədlərlə simsiz teleqraf (radio-teleqraf) əlaqəsində, xüsusilə həvəskar radioçuluqda istifadə edilmək üçün qurulmuşdur. Əvvəllər Morze kodu ilə istifadə edilməsinə baxmayaraq, şifahi ünsiyyətin icadından sonra da istifadə edilməyə başlanılmışdır. QAA-QNZ arasındakı kodlar aviasiyaya, QOA-QQZ dənizçiliyə, QRA-QUZ bütün xidmətlərə ayrılmışdır. Q kodları hansısa sözün qısaltması deyillər. Həvəskar radioçuluqda istifadəsindən nümunələr: QRL: Məşğulsan? QRV: Hazırsan? QTR: Saat neçədir? Aviasiyadakı istifadəsinə nümunələr: QNH: Dəniz səviyyəsindəki atmosfer təzyiqi. QFE: Hər hansı bir səviyyədə atmosfer təzyiqi QNE: Standart təzyiq xətti.
"Q" korpusu (TRTİ)
"Q" korpusu binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. "Q" korpusu Taqanroq şəhəri Mayakov meydanı, ev 1 ünvanında yerləşir. Binanın inşasına 1952-ci ildə ildə başlanılmışdır. Tikinti işləri 1958-ci ildə bitmişdir. Binada hazırda Cənub Federal İnstitutunun nəzdində fəaliyyət göstərən Mühəndis-texnologiya akademiyası yerləşir. Əvvəllər isə bina Taqanroq Radiotexnika İstitutunun əsas binası olmuşdur. == Tarixi == "Q" korpusu binasının tikintisinə 1952-ci ildə başlanılmışdır. Bu zaman həm də tələbə yataqxanası № 1 (Oktyabr küçəsi ev 5) və № 2 (Dobrolyubovski ev 15), 42-mənzilli bina və 8 saylı orta məktəb binası inşa edilmişdir. 3 saylı orta məktəbin köhnə binası isə "Q" və "D" korpus binası yaxınlığında yerləşdirindən sökülməli idi. "Q" korpus binasının layihəsi Xalq təhsil Nazirliyi tərəfindən hazırlanmışdı.
Edvard Q. Robinson
Edvard Qoldenberq Robinson (12 dekabr 1893[…], Buxarest – 26 yanvar 1973[…], Hollivud, Kaliforniya) — Amerika aktyoru.
Botanik-sistematiklərin siyahısı/Q
Q.L.Wang([1]) — Qing Li Wang, 1954— Q.Lin([2]) — Qi Lin, 1957— Qaiser([3]) — Mohammad Qaiser, 1946— Quadr.([4]) — Livio Quadraccia, 1958— Quehl([5]) — Leapold Kvel (alm. Leopold Quehl‎, 1849—1922) Quél.([6]) — Lüsen Kelet (fr. Lucien Quélet, 1832—1899) Quentin([7]) — es:P. Quentin, fl.
Misir heroqlifləri (Q qrupu)
Q qrupu 7 heroqlifdən ibarət olub, bura ölü üçün istifadə olunan əşyalar: taxt, sandıq, tabut, başaltı, aypara şəkilli dəstək, və s. kimi təsvirlər daxildir.
Pakistan Müsəlman Liqası (Q)
Pakistan Müsəlman Liqası (Q) və ya PML (Q) — Pakistandakı mərkəzçi sağçı millətçi bir siyasi partiyanın mərkəzidir. 2018 Parlament seçkilərinə gəlincə isə 5 yerdən ibarət bir təmsilçiliyə sahibdir. Əvvəllər keçmiş Baş nazir Pərviz Əşrəf o zamankı hökumətinin müttəfiqi olaraq çalışırdı və 2013-cü ildə Pakistan Xalq Partiyası (PXP) ilə birlikdə Pəncab və Bəlucistan əyalətlərindəki rəqibi Pakistan Müsəlman Liqası (N)-na qarşı maliyyə mühafizəkar və mərkəzi sağçı qüvvə olmağı qərara aldı. Onun rəhbərliyi və üzvləri vaxtilə keçmiş baş nazir Nəvaz Şərif başçılığı ilə Pakistan Müsəlman Birliyinin (Nəvaz) bir hissəsi idi. 1997-ci il ümumi seçkilərdən sonra siyasi fikir ayrılıqları yarandı və nəticədə partiya daxilində fraksiya yaranmasına səbəb oldu. Şücaət Hüseyinin başçılıq etdiyi müxaliflər, 1999-cu ildə baş vermiş hərbi çevriliş cəhdini o vaxtkı Ordu Qərargah rəisi və Qərargah Rəhbərləri Komitəsi Başçısı general Pərviz Müşərrəf rəhbərliyi ilə güclü və səsli dəstək verməyə çağırdılar. 2002-ci ildə, müxalif liderlər, prezident Pərviz Müşərrəf hökumətinə yönəlmiş partiyanı başlatdılar. Sonradan Müşərrəf hökumətinin ayrılmaz hissəsi oldu və öz baş naziri Şövkət Əzizi təyin etdi. Partiya PML (N) quruluşunu ləğv etməyə başladıqda Dissident lideri Şücaət Hüseyn partiyanın başçısı seçildi. Tam üstünlüyü hökumətin müstəsna dəstəyi və Şərifin ictimai dəstəyini azaltmaq məqsədi ilə partiyaya fürsət verən Müşərrəf aldı.
Pakistan Müsəman Liqası (Q)
Pakistan Müsəlman Liqası (Q) və ya PML (Q) — Pakistandakı mərkəzçi sağçı millətçi bir siyasi partiyanın mərkəzidir. 2018 Parlament seçkilərinə gəlincə isə 5 yerdən ibarət bir təmsilçiliyə sahibdir. Əvvəllər keçmiş Baş nazir Pərviz Əşrəf o zamankı hökumətinin müttəfiqi olaraq çalışırdı və 2013-cü ildə Pakistan Xalq Partiyası (PXP) ilə birlikdə Pəncab və Bəlucistan əyalətlərindəki rəqibi Pakistan Müsəlman Liqası (N)-na qarşı maliyyə mühafizəkar və mərkəzi sağçı qüvvə olmağı qərara aldı. Onun rəhbərliyi və üzvləri vaxtilə keçmiş baş nazir Nəvaz Şərif başçılığı ilə Pakistan Müsəlman Birliyinin (Nəvaz) bir hissəsi idi. 1997-ci il ümumi seçkilərdən sonra siyasi fikir ayrılıqları yarandı və nəticədə partiya daxilində fraksiya yaranmasına səbəb oldu. Şücaət Hüseyinin başçılıq etdiyi müxaliflər, 1999-cu ildə baş vermiş hərbi çevriliş cəhdini o vaxtkı Ordu Qərargah rəisi və Qərargah Rəhbərləri Komitəsi Başçısı general Pərviz Müşərrəf rəhbərliyi ilə güclü və səsli dəstək verməyə çağırdılar. 2002-ci ildə, müxalif liderlər, prezident Pərviz Müşərrəf hökumətinə yönəlmiş partiyanı başlatdılar. Sonradan Müşərrəf hökumətinin ayrılmaz hissəsi oldu və öz baş naziri Şövkət Əzizi təyin etdi. Partiya PML (N) quruluşunu ləğv etməyə başladıqda Dissident lideri Şücaət Hüseyn partiyanın başçısı seçildi. Tam üstünlüyü hökumətin müstəsna dəstəyi və Şərifin ictimai dəstəyini azaltmaq məqsədi ilə partiyaya fürsət verən Müşərrəf aldı.
S.P.Q.R
S.P.Q.R. - Qədim Roma dövlətinin rəsmi adı. Latın abreviaturasıdır. Roma legionlarının bayraqlarında və Roma şəhərinin küçə və keçidlərində həkk olunmuşdu. Hal hazırda Roma şəhərinin gerbində bu yazılar mövcuddur. Risorcimento zamanında İtaliyan dövlətinin simvolu kimi də göstərilirdi.Belə ki birinci dünya müharibəsi zamanında plakatlarda məhz bu sözlər yazılırdı. Benito Mussolini isə bunu ozünün rejiminin propaqandası kimi istifadə edirdi. Başlanğıcdakı S sözü( senatus) Senat sözünü, P (populus) xalq, Q (-que - və, populusque) və R (Romanus yaxud Romanorum) yəni Roma və ya Romalı kimi izah olunurdu. Bütün bu sözlərin başlaşğıcı S.P.Q.R hərfləri ilə başlayırdı. Mənası isə Senatus Populusque Romanus -Senat və Roma xalqı. İmperator Titin arkasında (81-ci il) və Trayanın kolonnasında (113-cü il) bu abreviaturaya rast gəlmək olar.
S.P.Q.R.
S.P.Q.R. - Qədim Roma dövlətinin rəsmi adı. Latın abreviaturasıdır. Roma legionlarının bayraqlarında və Roma şəhərinin küçə və keçidlərində həkk olunmuşdu. Hal hazırda Roma şəhərinin gerbində bu yazılar mövcuddur. Risorcimento zamanında İtaliyan dövlətinin simvolu kimi də göstərilirdi.Belə ki birinci dünya müharibəsi zamanında plakatlarda məhz bu sözlər yazılırdı. Benito Mussolini isə bunu ozünün rejiminin propaqandası kimi istifadə edirdi. Başlanğıcdakı S sözü( senatus) Senat sözünü, P (populus) xalq, Q (-que - və, populusque) və R (Romanus yaxud Romanorum) yəni Roma və ya Romalı kimi izah olunurdu. Bütün bu sözlərin başlaşğıcı S.P.Q.R hərfləri ilə başlayırdı. Mənası isə Senatus Populusque Romanus -Senat və Roma xalqı. İmperator Titin arkasında (81-ci il) və Trayanın kolonnasında (113-cü il) bu abreviaturaya rast gəlmək olar.
Çiçəkli bitkilərin cinsləri (Q)
Vətən müharibəsi şəhidləri (Q)
Don Kixot (balet, Q. Qarayev)
Don Kixot — Qara Qarayevin 1960-cı ildə yazdığı eyniadlı simfonik qravürlər əsasında bəstəkarın ölümündən sonra 2000-ci ildə ukraynalı baletmeyster Georgi Kovtun tərəfindən səhnəyə qoyulmuş birpərdəli balet-fantaziya. Quruluşçu rəssamları Tahir Tahirov və Ağarəhim Əliyev olmuşdur. Balet tarixində avstriyalı musiqiçi Lüdviq Minkusun yazdığı "Don Kixot" baleti də məlumdur. == Tarixçə == 1957-ci ildə Qara Qarayev rejissor Qriqori Kozintsevin "Don Kixot" filminə musiqi yazır. Daha sonra, 1960-cı ildə, həmin kino musiqisi əsasında o, çoxhissəli Simfonik qravürlər silsiləsi yaradır.
Sosialist əməyi qəhrəmanlarının siyahısı (Q)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı: Qasımova Zülqədə Allahverdi qızı — 01/07-1949 Qocayev Məhəmməd Qəmbər oğlu — 1949 Qəmbərova Zeynəb — 1951 Quliyeva Nüyvər Xəlil qızı — 17/06-1950 Qazıyeva Sevil Həmzət qızı — 1960 Qazıyeva Zəhra Kərim qızı — 1969 Quliyev Məhər — 1978 Qarayev Qara — 1978 Qurbanov İbrahim Musa oğlu — ?
Sovet İttifaqı Qəhrəmanlarının siyahısı (Q)
Sovet İttifaqı Qəhrəmanlarının siyahısı — İkinci dünya müharibəsi zamanı Sovet İttifaqı Qəhrəmanı adı almışların siyahısı:
Birinci Qarabağ müharibəsi şəhidləri (Q)
== Siyahı ==
BMAT
Beynəlxalq Mülki Aviasiya Təşkilatı və ya qısaca ICAO — BMT-nin agentliyi, qərargahı Monrealdadır (Kanada). 1947-ci ilin aprel ayında formalaşmışdır. 190 üzvü var, rəsmi dilləri ingilis, ərəb, çin, fransız, ispan və rus dilləridir. ICAO-nun məqsədi bütün dünyada Beynəlxalq Mülki aviasiyanın təhlükəsiz, nizamlı inkişafını və mülki aviasiyanın, o cümlədən beynəlxalq daşımaların bütün məsələləri üzrə beynəlxalq əməkdaşlığın təşkili və əlaqələndirilməsinin digər aspektlərini təmin etməkdir. ICAO-nun qaydalarına uyğun olaraq beynəlxalq hava məkanı uçuş informasiyasının rayonlarına və hava hərəkətinə nəzarət vasitələrinin imkanları nəzərə alınmaqla sərhədləri müəyyən edilən hava məkanına bölünmüşdür. ICAO-nun funksiyalarından biridə aeroportlara aeronaviqasiya və hava limanları üzrə meteoroloji məlumatların ötürülməsi üçün istifadə olunan dörd hərfli fərdi identifikator — kodların, uçuş planlarının (flight-plans), mülki aerodromların radionaviqasiya xəritələrində təyin olunması və s. təyin edilməsidir. 1992-ci ildə ICAO dekabrın 7-ni Mülki aviasiya günü elan edib. Gələcəkdə bu qərar BMT tərəfindən dəstəklənib. == ICAO nizamnaməsi == Hal-hazırda 190 deyil, 193 üzv vardır.(2022) Beynəlxalq Mülki Aviasiya Konvensiyası (həmçinin Çikaqo Konvensiyası adı ilə tanınır) zamanı təqdim olunan doqquzuncu redaksiya ICAO-nun rəsmi nizamnaməsi hesab olunur ki, bu da 1948-ci ildən 2006-cı ilə qədər olan dəyişiklikləri əhatə edir (ICAO Doc 7300/9).
BOKT
Bank olmayan kredit təşkilatı — (BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. BOKT-nin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları və normativ hüquqi aktları, Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra -Mərkəzi Bank) normativ xarakterli aktları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Bu Qanun kredit ittifaqlarına və lombardlara şamil olunmur. == Lisenziya == Kreditlərin verilməsi üçün BOKT Mərkəzi Bankdan xüsusi razılıq (lisenziya) (bundan sonra - lisenziya) almalıdır. Girov əmanəti qəbul etmək üçün BOKT-nin lisenziyasında bu barədə xüsusi icazə olmalıdır. Belə icazə olmadan BOKT-nin girov əmanəti qəbul etməsi qadağandır. BOKT-yə verilən lisenziya müddətsizdir. Lisenziya Mərkəzi Bank tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya yalnız onu almış BOKT tərəfindən istifadə edilə bilər.. == Maliyyələşdirilmə mənbələri == BOKT-lərin fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilə bilər: nizamnamə (şərikli) kapitalı (əmlak haqları) və əldə edilmiş gəlirlər; cəlb edilmiş kreditlər; fiziki və hüquqi şəxslərin ianələri, qrantları və digər formalarda əvəzsiz olaraq ayırdıqları vəsaitlər; qanunvericilikdə qadağan olunmayan digər mənbələrdən əldə edilən vəsaitlər.
Bolt
Bolt (şirkət)
Boyat
Boyat (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Boyat (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Boyat (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd.
Brat
Brat — İngiltərə müğənnisi Charli XCX-nin altıncı studiya albomu. 7 iyun 2024-cü ildə Atlantic Records tərəfindən buraxılıb.
Bat-bat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
V.Q.Timiryasov adına Kazan İnnovativ Universiteti
В. G. Timiryasov adına Kazan İnnovativ Universiteti (rus. ВГ Тимирясова, ИЭУП) — Kazandakı bir universitetdir. 22 iyul 1994-cü ildə qurulmuşdur. Qanundakı dəyişikliklərlə əlaqədar olaraq universitet bir neçə dəfə rəsmi adını dəyişdirdi. Qurucusu və ilk rektoru V. G. Timiryasovun adını daşıyır. 1994–1996-cı illərdə İqtisadiyyat, İdarəetmə və Hüquq Universitetinin, 1996–2016-cı illərdə İqtisadiyyat, İdarəetmə və Hüquq İnstitutunun və 2016-cı ildən VG Timiryasov adına Kazan İnnovasiya Universitetinin (IEUP) adını daşıyır. Universitet 1994-cü ildə Tatarıstan Respublikası Təhsil Nazirliyinin və Tatarıstan Respublikası Ali Sovetinin Xalq Təhsili Daimi Komitəsinin təşəbbüsü ilə bazar iqtisadiyyatı və hüquq sahəsində ixtisaslı kadrların ehtiyaclarını ödəmək üçün yaradılıb. 1998–2002-ci illərdə universitetin Almetyevsk, Bugulma, Zelenodolsk, Naberezhnye Chelny, Nizhnekamsk və Chistopol filialları yaradıldı və təhsil fəaliyyətlərinə davam etdilər. 2014-cü ilin mayından bəri Rusiya tərəfindən birləşdirilən Krımda təhsil fəaliyyətinə başlayan ilk rus universitetlərindən biridir. Universitet Dünya Tatarları Konqresinin və Krım Respublikasının bələdiyyə başçılarının təlimi üçün birgə bir layihə həyata keçirir.
BOT
Bot və ya BOT — "robot" sözünün qısaldılmış formasıdır və aşağıdakı mənaları ifadə edə bilər:
Bat
Bat (İngiltərə)
Boa
Boa-yatağanlar fəsiləsindən ilan. Uzunluğu təqribən 4 m-dək olur. Metal parıltılı pulcuqlarının rəngi çox gözəl və dəyişkəndir. Boa tropik Amerikada yayılmışdır. Meşədə,ağaclarda və yerdə yaşayır. Əsasən gecələr ovladığı kiçik heyvan və quşlarla qidalanır. Bütün yatağanlar kimi Boa da ovuna sarılaraq onu boğur.
Beat It
"Beat It" (azərb. "Vur Onu"‎) — Maykl Cekson tərəfindən yazılan və müğənninin altıncı solo albomu olan "Thriller"ə daxil edilən mahnı. "Thriller" albomuna daxil olan "The Girl Is Mine" və "Billie Jean" mahnılarından sonra "Beat It" mahnısı da hit-paradlarda böyük uğur qazanmışdır. Mahnı 14 fevral 1983-cü ildə albomdan çıxarılan sayca üçüncü sinql olmuşdur. Mahnıya həmçinin klip də çəkilmişdir. Klipdə Maykl Cekson qanqsterlərin əhatəsində rəqs edir. Satış uğurlarına görə mahnı iki "Qremmi", iki "American Music Award" mükafatına layiq görülmüşdür. Həmçinin, mahnının qazandığı uğur (klipiylə birgə) "Thriller" albomunun "bütün zamanların ən çox satılan albomu" olmasında böyük rol oynamışdır. Mahnı 1989-cu ildə platin sertifikat almışdır. "Rolling Stone" dərgisi "Beat It" mahnısını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 35-ci yerə layiq görmüşdür.
Bolt birləşməsi
Bolt birləşməsi — iki və daha artıq maşın hissələrinin bərkidilməsinə xidmət edir (Birləşmədə tətbiq olunan boltun əsas hissəsi üzərində müxtəlif yiv profilləri olan silindrik gövdədən və başlıqdan ibarətdir. Yiv hissəsi qaykanı bağlamaq üçün, başlıq isə birləşmə zamanı dayaq rolunu oynayır və açar tutmağa xidmət edir. Boltların konstruktiv parametrləri standartlaşdırılmışdır. Ən geniş yayılmışı 6 tilli boltlardır. Birləşməni həyata keçirmək üçün hisssələrdə deşik açılır. Bu zaman boltla hissə arasında boşluq nəzərdə tutulur. Bu boşluğun qiyməti birləşmənin dəqiqliyindən asılı olaraq təyin edilir. Birləşməni həyata keçirmək üçün boltun uc hissəsinə qayka bağlanır.Qayka orta hissəsində yivli deşik olan bərkidici elementdir. Onlar müxtəlif formalar malikdirlər. Ən geniş yayılmış forması 6 tillidir.
Elyana Boal
Elyane Boal (26 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
Elyane Boal
Elyane Boal (26 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
Frans Boas
Frans Boas (Tam adı: alm. Franz Uri Boas‎; 9 iyul 1858[…] – 21 dekabr 1942[…], Nyu-York, Nyu-York ştatı) — amerikan dilçisi, etnoqraf və antropoloq.Eskimoslar və Şimali Amerikanın şimal qərb sahillərində yaşayan hindilərin dil və mədəniyyəti sahəsində mütəxəsis. Boas Amerika Dilçilik Cəmiyyətinin banisi və prezidenti olmuşdur(1928). Amerikanın antropologiya və arxeologiyasına dair əsərlərinin böyük əhəmiyyəti olmuşdur. Boas irqçilik nəzəriyyəsini ifşa edirdi. O, konkret ictimai hadisələrin təhlilində çox zaman kortəbii materializm mövqeyində dayanırdı. Boas antifaşist kimi də məşhurdur.
Luis Bota
Luis Bota (2 fevral 1957) — CAR-ı təmsil edən stolüstü tennisçi. == Karyerası == Luis Bota CAR-ı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
MCB BOKT
MCB BOKT (köhnə adı MCB Lizinq) ya da MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti Pakistanın ən böyük banklarından biri olan MCB Bank Limited tərəfindən təsis edilmişdir == Tarix == “MCB Lizinq” Qapalı Sәhmdar Cәmiyyәti 2009‑cu ilin oktyabr ayında qapalı sәhmdar cәmiyyәti kimi tәsis edilmişdir. Şirkәt sәhmlәrin әsas hissәsi Pakistan İslam Respublikasında fәaliyyәt göstәrәn “MCB Bank Limited” Şirkәtinә vә bir qismi isә Azәrbaycan Respublikasının vәtәndaşı olan fiziki şәxsә mәxsusdur. 2019-cu il aprelin 4-də “MCB Lizinq” QSC bank olmayan kredit təşkilatına (BOKT) çevrilib. Maliyyə qurumu “MCB Lizinq”in bazasında yaradıldığı üçün onun hüquqi ünvanı (Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, məhəllə 1 054, ev 49B), nizamnamə kapitalı (4 283 675 manat) və qanuni təmsilçisi (Rəmal Cəfər oğlu Cəfərov) lizinq şirkəti ilə eynidir. == Fəaliyyət == Şirkәtin әsas fәaliyyәti Azәrbaycan iqtisadiyyatının gәlirli, rәqabәtәdavamlı sektorlarında fәaliyyәt göstәrәn Kiçik vә Orta Sahibkarlara (KOS) geniş hәcmli maliyyә mәhsulları tәqdim etmәkdir. “MCB BOKT” QSC Azәrbaycan iqtisadiyyatının müxtәlif sektorlarında fәaliyyәt göstәrәn şirkәtlәrә öz biznes ehtiyaclarını qarşılamaq üçün bütün növ nәqliyyat vasitәlәrinin, tikinti texnikasının, avadanlığın vә daşınmaz әmlakın kredit / lizinq yolu ilә әdlә edilmәsini tәklif edir. == Maliyyə göstəriciləri == “MCB Bank Olmayan Kredit Təşkilatı” QSC 2021-ci ili 659 min 121 manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2020-ci ili 491 min 468 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə “MCB BOKT”un xalis mənfəəti 34% artıb. 2020-ci illə müqayisədə 2021-ci ildə “MCB BOKT”un portfeli (maliyyə lizinqi üzrə xalis investisiya) 57% artaraq 12 milyon 416 min 565 manata yüksəlib.
Shojo Beat
Shojo Beat — Viz Media tərəfindən Şimali Amerikada nəşr olunan şoco manqa jurnalı. 2005-ci ilin iyun ayında Shonen Jump jurnalının qardaş jurnalı kimi nəşr olunan jurnal, altı manqa seriyasından olan seriyalı fəsillərdən ibarət idi. Jurnalda həmçinin Yaponiya mədəniyyəti, manqa, anime, dəb və gözəllik haqqında məqalələrə yer verilirdi. İlik dərcindən sonra, Shojo Beat iki redizayna məruz qaldı və ümumi yapon manqa antologiyalarında olduğu kimi, ilk ingilis antologiyalı siyan və magenta mürəkkəb tonlarını istifadə edən jurnal oldu. Viz Media öz manqalarında, yapon layt-novel və anime bölmələrini jurnalının məzmunu ilə əlaqələndirmək üçün "Shojo Beat" imprintlərinə başladı. 16-18 yaşlı qadın cinsinə hədəfələnən Shojo Beat-in ilk dərci 20 000 tiraja malik idi. 2007-ci ildə, jurnalın orta tirajı təxminən 38 000 nüsxə idi. Jurnal tirajınını yarısı, mağaza satışlardan daha çox, abunədən gəlirdi. Bəzi tənqidçilər jurnalın erkən dərclərini, darıxdırıcı və zəif yazılmış saysa da, yapon mədəniyyəti haqqında məqalələrin daxili ilə manqa seriyasının qarışdırılması, bir çox tənqidçilər tərəfindən müsbət qəbul edilmişdi. 2009-cu ilin may ayında Viz Media jurnalın nəşriyyatını dayandırdılma planlarını açıqladı — 2009-cu il iyulda jurnalın sonuncu nəşri dərc olundu.
Teodor Bota
Teodor Konstantin Bota (24 may 1997-ci ildə Ramniku Valkeyada anadan olub) — Styaua Buxarest FK klubunda hücumçu kimi çıxış edən Rumıniyalı futbolçudur. 31 avqust 2016-cı il məlumatların əsasən.
Toğanşahlu Boyat
Toğanşahlu Boyat — İrəvan xanlığının Sürməli mahalında kənd adı. XIX əsrə aid məlumatda Toxanşalu-Bayat kimidir.XIX əsrə aid mə’lumatda Toxanşalu-Bayat kimidir 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Sonra ermənilər yerləşmişlər. Kənd 1935-ci ildə ermənicə Masis adlandırılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində Tokanşalu Sufla ("aşağı") adlı iki kənd göstərilir. Sonralar bu iki kəndi bir-birindən fərqləndirmək üçün biri Tokanşalu Boyat (yəni "Boyat kəndi yaxınlığında Tokanşalu kəndi), dtgəri Tokanşalu Qacar (yəni "Qacar kəndi yaxınlığında Tokanşalu kəndi") adlandırılmışdır. Toponimin sonluğunu təşkil edən "şalu" sözü göstərir ki, Tokan tayfa adıdır. Tokan (əsli Toğan, yaxud Tuqan) mənşəyi və tarixi aydın olmayan qədim tayfa adıdır. Albaniyanın Arsak (Dağlıq Qarabağ) bölgəsində ("Alban tarixi", I kitab, 28-ci fəsil) hələ V əsrin əvvəllərində Dib-Toqan (ermənicə yazılışda Divtakan kimidir). (X əsr ərəb müəllifi İstəxrinin məlumatında Divdakan), XIII əsrdə yenə orada Taqan (ermənicə yazılışı Taqanans kimidir kənd adları məlumdur.
Useyn Bolt
Useyn Bolt (21 avqust 1986[…]) — Yamayka yüngül otleti, qısa məsafəyə qaçış üzrə ixtisaslaşmış, 8 qat olimpia çempionu və 11 qat dünya çempionu, oyunları ərzində 8 dəfə dünya rekordu qeyd edilən, Qaçışda 100-9.58, 200 – 19.19 göstərici ilə dünya rekordu qazanan. Həmçinin tarixdə 100-200 metr məsafədə ən sürətli sprinteri Hüseyn Bolt Şimalı Yamaykanın Treloni vilayətinin balaca kəndi olan Şervud-Kontent-də meyvə-tərəvə dükanı sahibi Uelsli Bolt və Jennifer Boltun ailəsində anadan olmuşdur. Onun doğma dili yamayka-kreol dilidir. Dini mənsubluğu isə - xristian –katolik sayılır. Həmçinin Useynin balaca qardaşı və Şerin adında böyük bacısı var. Uşaqlıqdan o, çox aktiv uşaq olmuşdu. Onun ən sevimli oyunu- krekit idi. O, bu oyunu öz evlərinin qarşısında top əvəzinə portağalla oynayırdı. Daha sonra valideynləri onu Valdensiya başlanğıc məktəbinə qoydular. Valdensiya məktəbinin direktoru Mamra Fleş öz xatirələrində qeyd edir ki, “Hüseyn Bolt, yaxşı tərbiyəli, enerjili, həyatsevər uşaq olub.
Şatan Boqat
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], VII arondisman (Paris), Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.
Boyat FK
Boyat FK — bölgə çempionatlarında iştirak edən, həvəskar Neftçalanın Boyat kənd futbol klubudur. Klubun tarixi 1965-ci ildən başlayır. == Tarixi == Klub 1965-ci ildə, Sovet Sosialist Respublikaları İttifaqı dövründə yaradılmışdır. İlk dönəmlərdə "1 May Adına Kalxoz Futbol Klubu" adı altında fəaliyyətə başlayıb klub. Daha sonralar adı dəyişdirilərək "Boyat Klubu", "Boyat Kənd Futbol Klubu" və sonuncu olaraq, günümüzdəki adını, "Boyat Futbol Klubu" adını alıb. Tarixən Azərbaycan futbolunda o qədər də üzə çıxmayıb "Boyat" futbol klubu. Adını Bayat tayfasından alan kəndi təmsil edir. "Boyat" klubu, Azərbaycan Futbol liqasında iştirak etməməsinə baxmayaraq, bölgə üzrə bir çox nailiyyətlər əldə etmişdir. Klub Neftçalada yaradılan ən son (2023) turnirdə 1-ci yeri tutmuşdur. Bundan əlavə, bir çox turnirdə də 1-cilik əldə etmişdir.
Bolt (şirkət)
Bolt — nəqliyyat, mikromobil icarəsi, qida və ərzaq çatdırılması (Bolt Food proqramı vasitəsilə) və avtomobil mübadiləsi xidmətləri təklif edən Estoniya şirkəti. Şirkətin baş ofisi Tallində yerləşir və Avropa, Afrika, Qərbi Asiya və Latın Amerikasının 45-dən çox ölkəsinin 500-dən çox şəhərində fəaliyyət göstərir. Şirkətin 150 milyondan çox müştərisi və 3 milyondan çox sürücü və kuryer partnyoru var. Şirkət 2025-ci ildə ilkin ictimai təklif etməyi planlaşdırır. == Tarixi == Şirkət 2013-cü ildə Taxify adı ilə o zaman 19 yaşlı orta məktəb şagirdi Markus Villiq tərəfindən təsis edilib. Markus, ailəsindən 5000 avro kredit aldıqdan sonra Tallin küçələrində sürücüləri şəxsən işə götürərkən proqramın prototipini yaradıb. Xidmət 2013-cü ilin avqustunda Estoniyanın Tallin şəhərində istifadəyə verilmiş və 2014-cü ilə qədər xaricdə fəaliyyət göstərmişdir. 2017-ci ilin aprel ayında Bakı və Maltada da fəaliyyətə başlayıb. 2017-ci ilin sentyabrında Bolt lisenziyası olan yerli taksi şirkətini satın alaraq Londonda fəaliyyətə başladı, lakin Londonun nəqliyyat agentliyi (Transport for London) tərəfindən fəaliyyətini dayandırmağa məcbur edildi. 2018-ci ilin fevral ayında şirkət yeni lisenziya ərizəsi verdi və 2019-cu ilin iyununda Londonda yenidən fəaliyyətə başladı.
Yusif Bolat
Yusif Memət oğlu Bolat (krımtat. Yusuf Memet oğlu Bolat, Юсуф Мемет огълу Болат; 3 (16) mart 1909, Aluşta – 22 oktyabr 1986, Daşkənd) — Sovet Krım tatar yazıçısı, dramaturq və publisist, Özbəkistanın əməkdar mədəniyyət işçisi. == Həyatı == Yusif Memət oğlu Bolat Aluştada anadan olub. Kənd məktəbini bitirib. Yalta Tatar Pedaqoji Texnikumunda təhsil alıb, Yalta vilayət komsomol komitəsində işləyib. 1931-ci ildə Krım Pedaqoji İnstitutunun Krım tatar dili və ədəbiyyatı fakültəsinə daxil olmuş, daha sonra aspiranturada təhsil almışdır. Müharibələrarası dövrdə Krım Dövlət Tatar Dram Teatrının səhnəsində Bolatın yeddi pyesi tamaşaya qoyulub. 1937-ci ildə SSRİ Yazıçılar İttifaqının üzvü olub. 1937-ci ildə Krım Yazıçılar İttifaqının iclasında o, məruzə ilə çıxış edərək, digər məsələlərlə yanaşı, Krım yazıçılarının yaşlı nəslinin sovet ölkəsinin mənafeyinə xəyanət etdiyini, sovet sisteminə nifrət və oxucuları bu cür ruhda tərbiyə etdiyini bildirib. Ardınca bir sıra yazıçılar, o cümlədən İrqat Qədir həbs edilib.