Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarabəy
Kiçik Qarabəy — Azərbaycanın Tərtər rayonunda kənd. Ulu Qarabəy — Azərbaycanın Tərtər rayonunda kənd.
Qaramat
Qaramat - türk, çuvaş və anadolu xalq mədəniyyətində kabus cini. Keremet və ya Qarımıt da deyilir. "Qarav" olaraq da bilinər. Kabuslara səbəb olan və bunun nəticəsində sayıqlama və psixoloji pozuqluqları ortaya çıxaran şər varlıq. İndiki vaxtda şizofreniya adı verilən ruhi xəstəliyə bənzər halların keçmişdə bu varlıqla əlaqəli olduğu düşünülmüşdür. Bundan başqa bu söz; çuvaş dilində pis ruh, ataların ruhlarının çağırılması, müqəddəs ərazi, müqəddəs obyekt; Udmurt dilində şeytan kimi mənalar ehtiva etməkdədir. Yəni xüsusilə məşhur bir inanc olaraq iştirak etdiyi Çuvaş dilində həm müsbət həm də mənfi bir dizi məna saxlayar. Əvvəllər pis ruh olaraq da bilinən mifik bir varlıqdır. "Çuvaş Etimologiya Lüğəti"ndə "Kiremet" şəklində iştirak edən bu sözün mənası "kinli ruh" olaraq keçməkdədir. Tatar dilində isə tərs bir mənala "xeyriyyəçi ata ruhu, qoruyucu ruh" mənasını verməkdədir.
Qaraxaç
Qaraxaç — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 27 km məsafədə, Dibəkli dağının ətəyində, Çapan çayının sahilində, Vedi çayının sol axarında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «böyük, hündür, uca» mənasında işlənən qara sözü ilə xaç sözü əsasında əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə dəyişdirilib Lusaşoğ qoyulmuşdur. Kənddə 1831-ci ildə 94 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən köçürülən ermənilər eyni zamanda burada yerləşdirilmişdir. 1831-ci ildən sonra kənddə azərbaycanlılarla yanaşı ermənilər də yaşamışdır.
Qarağat
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Qaraxan
Qaraxan və ya Qara xan: Qaraxan (Ağyaxa) — Türkiyənin Qars vilayətinin Ağyaxa rayonunda kənd. Qaraxan (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Qara xan (xaqan) — Türk mifologiyasında əfsanəvi xan. Qara xan (Talış xanı) — Talış xanı Cəmallədin Mirzə bəyin ən məşhur ləqəbi.
Qarant
Zəmanət və qarant — zəmanət verən şəxs; dövlət, təşkilat, müəssisə, fərd ola bilər. Subyekt hər hansı öhdəliklərə və ya bir şeyin keyfiyyət və xüsusiyyətlərinə görə müəyyən məsuliyyət (öhdəlik) elan edir və öz üzərinə götürür. Zamin duran şəxsə zəmanətçi və ya qarantçı deyilir. Dövlət vətəndaşlara və ya hüquqi şəxslərə hər hansı öhdəlikləri yerinə yetirmək üçün təminatlar verə bilər. Məsələn, dövlət zəmanəti dövlətin vətəndaşlar və ya hüquqi şəxslər qarşısında maddi və ya qeyri-maddi nemətlərin verilməsini nəzərdə tutan öhdəliyidir. Hüquqi təminatlar isə qaydalar toplusudur ki, onlara əsasən dövlət şəxsə məxsus bütün qanuni hüquqlara hörmət etməlidir. Zəmanətin subyekti təsərrüfat subyekti ola bilər. Məsələn, bank zəmanəti borclunun (əsas verənin) tələbi ilə bankın, digər kredit təşkilatının, sığorta təşkilatının və ya digər kommersiya təşkilatının (zəmanətçinin) verdiyi öhdəliklərin yerinə yetirilməsini təmin etmək üsullarından biridir. kreditora (faydalanan şəxsə) onun ödənilməsi tələbi ilə onlara pul məbləği ödəmək öhdəliyi. Marketinq vasitəsi kimi zəmanət məhsulun satışa çıxarılan istehlak xüsusiyyətlərinə uyğunluğunun göstəricisidir.
Kiçik Qarabəy
Kiçik Qarabəy (əvvəlki adı: Möhrətağ, daha əvvəl rusdilli mənbələrdə: Muxratax və Kiçik-Karabek) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Kiçik Qarabəy kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Möhrətağ kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Möhrətağ kəndi Kiçik Qarabəy kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Kiçik Qarabəy kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. == Tarixi == XIX əsrdə Cavanşir qəzasında Böyük Qarabəy və Kicik Qarabəy adlı iki kənd qeydə alınmışdır. Çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən sonra XIX əsrdə İrandan köçüb gəlmiş erməni ailələri Kicik Qarabəy kəndində məskunlaşaraq kəndi Möhrətağ (palçıqdan tikilmış barılı məhəllə) adlandırmışdılar. 1992-ci ildə kəndin keçmış adı bərpa edildi. == Tarixi == Kiçik Qarabəy kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü.
Adi qarağat
Adi qarağat (lat. Ribes uva-crispa) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Orta və Cənubi Avropa, Şimali Amerikada geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m olan koldur. Zoğları tikanlıdır. Tikanları 2,5 sm uzunluqda sadə və qısadır. Qaratikanları 3-5-7 bölümlü, nadir hallarda düyümlərdə və adətən düyümlər arasında yerləşir. Yarpaqları yumru, xırda, eni 3-5 sm, 3-5 dilimlidir. Çiçəkləri ikicinsli, oturaq, dəstə halında 3 çiçəklidir. Yumurtalığı çılpaq meyvə saplağına qədər uzanmış, meyvələrlə birlikdə qalır.
Qara qarağat
Qara qarağat (lat. Ribes nigrum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. Təbiətdə növün arealı Avropanın bütün ərazisini, Rusiyanın Avropa hissəsini, Sibiri (Uraldan Baykal gölünədək), Qazaxstanı, Çini və Monqoliyanın şimalını əhatə edir. Hündürlüyü 1–2 m-ə çatan bitkidir. Cavan zoğları tükcüklü, açıq, iri zoğları qonurdur. Yarpaqları uzun saplaqlı, barmaqvari formada, aşağı hissəsində qətranlı, vəzicikli olub, uzunluğu və eni 3-5 (12-dək) sm, kənarları dişli, üç-beş qanadlıdır. Qanadları əsasən enli-üçkünc, orta, uzunsov, üstü tutqun, tünd yaşıl, çılpaq, alt tərəfi damarcıqlarda tükcüklüdür. Çiçəkləri zəngvari formada, qırmızıdır. Çiçək qrupları 5-10 çiçəkli, uzunluğu 3-5 (8-dək) sm olan salxımlardır. Çiçək saplaqlarının uzunluğu 3–8 mm, çılpaq və ya tükcüklüdür.
Qaraqut dağı
Qaraqut dağı — Şərur rayonu ərazisində dağ (hünd. 2527 m). Dərələyəz silsiləsinin suayırıcında zirvə. Yerli sakinlər dağı "Qaraqurd" da adlandırırlar.
Qaraxan (Soyuqbulaq)
Qaraxan (fars. قره خان‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 637 nəfər yaşayır (84 ailə). Əhalisini kürdlər təşkil edir.
Qaraxan Mirzəyev
Qaraxan Ağaxan oğlu Mirzəyev (28 yanvar 1951)—fizika-riyaziyyat elmləri doktoru, professor, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin riyazi analiz kafedrasının professoru. Qaraxan Ağaxan oğlu Mirzəyev 28 yanvar 1951-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olub.
Qaraxaç (Maku)
Qaraxaç (fars. قره خاج‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 274 nəfər yaşayır (73 ailə).
Qaraxaç silsiləsi
Qaraağac silsiləsi (gürc. ჯავახეთის ქედი (cavaxetis kedi), erm. Ջավախքի լեռնաշղթա (Cavaxki lernaşğta), rus. Мокрые горы) — əsasən Gürcüstan qismən isə hazırkı Ermənistan ərazisində yerləşən dağ silsiləsi. Qaraxaç silsiləsi şimaldan cənuba təqribən 80 km. (50 km.-i Gürcüstan, 30 km.-i isə Ermənistan ərazisinə daxildir) məsafədə uzanır. Şimaldan Cocer (Trialet) silsiləsi, cənubdan isə Ağlağan dağları (Bazum silsiləsi) ilə hüdudlanır. Qaraxaç silsiləsi Gürcüstanın azərbaycanlılar yaşayan tarixi Borçalı mahalının qərb sərhədlərini təşkil etməklə, onu ermənilər yaşayan Samsxe-Cavaxet bölgəsindən ayırır. Qaraxaç silsiləsinin ən hündür zirvəsi Ağçala dağıdır (3196 m.). Digər hündür zirvələri Leyli (3154 m.), Yemlikli (3055 m.), Qaranlıq (3039 m.), Əyriqar (2973 m.), Sənəkuçan (2923 m.)və s.-dir.
Qarağat rəvəndi
Qarağat rəvəndi və ya bəzi bölgələrdə uşqun (lat. Rheum ribes) - Qırxbuğumkimilər— (Polygonaceae Juss.) fəsiləsi, rəvənd cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. 50-100 sm hündürlüyündə çoxillik ot bitkisidir. Yarpaqları ürəkvari-dairəvi və ya dairəvi, kənarları xırda dişli, 5 qalın damarlıdır. Aşağı tərəfdə damarlar xırda tikanlıdır, alt və üst hissədə ziyillidir. Çiçək qrupu yarımşarvaridir, çiçəkləri 5-12 ədəddir. Meyvələri 17 mm uzunluqda, 14 mm enində, yumurtavari, yuxarya doğru daralan, əsasında dərin-ürəkvari, qırmızımtıl qanadlı və uzunsov-qəhvəyi fındıqcadır. Çiçəkləmə və meyvə əmələ gətirmə dövrü iyun ayına təsadüf edir. Orta dağ qurşağında quru daşlı yerlərdə və kolluqlarda rast gəlinir.
Qırmızı qarağat
Qırmızı qarağat (lat. Ribes rubrum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. Yabanı halda Asiyada və Avropanın kölgəli, rütubətli ərazilərində yayılmışdır. Kolun hündürlüyü 2 m-ə qədərdir. Yarpaqları 3-5 dilimli olub, uzunluğu 3-5 sm-dir. Çiçəkləri sarı-yaşılı rəngli, kasaşəkilli formalı, 5 sm uzunluğunda salxımlarda seyrək halda yerləşir. May ayında çiçəkləyir, meyvələri iyunda yetişir. Meyvələri qırmızı, turş, yumru, diametri 8–12 mm olan giləmeyvədir. Bitki bitmə şəraitinə az tələbkar, zərərverici və xəstəliklərə davamlıdır. Quba-Qusar, Lənkəran və digər bölgələrdə həyətyanı sahələrdə becərilir.
Qızılı qarağat
Qızılı qarağat (lat. Ribes aureum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. Qafqazda, Orta Asiyada, Uzaq Şərqdə, Şimali Amerikada geniş yayılmışdır. XIX əsrdən mədəni şəraitdə becərilir. Hündürlüyü 2 m-ə çatan, qırmızı, çılpaq və ya xırda zoğlara malik olan kol bitkisidir. Yarpaqların uzunluğu 5 sm, eni 4 sm, növbəli, dairəvi-yumurtavari, qutucuqlu, kənarları dərin, 2-3 dişvari dilimli, hər iki tərəfdən çılpaq, qaidəsi pazvaridir. Yarpaqları payızda qızarır. Mart ayının axırı, aprel ayının əvvəllərində çiçəkləyir. Çiçək salxımları 3-7 sm uzunluqda, hər salxımda 5-15 ədəd çiçək olur. Çiçəklərin uzunluğu 1 sm, eni isə 1,5 sm, sarı, ətirlidir.
Ulu Qarabəy
Ulu Qarabəy (əvvəlki adı: Metsşen, daha əvvəl rusdilli mənbələrdə: Ullu-Karabek) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Ulu Qarabəy kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Metsşen kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Metsşen kəndi Ulu Qarabəy kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ulu Qarabəy kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. Yerli əhalinin məlumatına görə, vaxtilə Turaçayçayın Tərtər çayına töküldüyü yerdə mövcud olmuş Bəhram Qoçaq adlı kənd 1794–1795-ci illərdə Ağa Məhəmməd şah Qacarın hücumu zamanı dağıdılmışdı. Sonralar əhali burada Ulu Qarabəy, Kiçik Qarabəy və Yengicə məntəqələrini yaratdılar. Çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən (XIX əsr) sonra İrandan köçüb gəlmə erməni ailələri Ulu Qarabəydə yerləşdirildi və kəndin adı erməniləşdirilərək Metsşen (böyük kənd) adlandırıldı. 1992-ci ildə kəndin keçmiş adı bərpa olundu.
Qaraxan (Ağyaxa)
Qaraxan — Türkiyənin Qars vilayətinin Ağyaxa rayonunda kənd. Əhalisi 579 nəfərdir (2022).
Adi qaraot
Adi qaraqınıq (lat. Origanum vulgare) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin qaraqınıq cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Dalamzkimilər fəsiləsinin Qaraot cinsindən olan çoxillik ot bitkisidir. Bitki tam olaraq qısa tüklüdür, kökü sürünəndir. Gövdəsi 30-60 sm hündürlükdə, dördkünc, budaqlıdır. Yarpaqları qarşılıqlı, qısa saplaqlı, uzunsov, yumurtavaridir. Xırda, çəhrayitəhər çiçəkləri gövdəsinin və budaqlarının uclarında sıx salxım şəklində formalaşmışdır. Meyvəsi dörd xırda qozcuqdan ibarətdir. Otun iyi ətirli, dadı acı ədviyyəli, azacıq büzüşdürücüdür. İyun-avqust aylarında çiçəkləyir və avqust-oktyabr aylarında meyvə verir.
Qarant Holdinq
Garant Holding — Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun təsisçisi olduğu 2005–2019-cu illərdə fəaliyyət göstərmiş Azərbaycan holdinqi. Qarant Holdinq şirkətlər qrupu inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcədə səyahət sahələrində fəaliyyət göstərib. 2005-ci ildən 2013-cü ilə qədər şirkət ZQAN Holdinq adı altında fəaliyyət göstərib, 10 may 2013-cü il tarixindən etibarən adını dəyişərək onu, yeni korporativ ad Garant Holing-lə əvəzləyib.
Qarant Sığorta
Qaranə (Urmiya)
Qaranə (fars. قارانه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 421 nəfər yaşayır (79 ailə).
Qarxut (Xocavənd)
Qarxut - Xocavənd rayonunda dağ adı. Türk dillərində qar sıldırım, alınmaz qaya və monqolca xut zirvə sözlərindən ibarətdir.Bu kəndin adının mənası çıxılmaq, zirvə deməkdir. Xut sözü Ermənistanda Şirak dağ silsiləsində Qaxmaxut zirvəsinin adında da vardır. Qarqar (Dağ) Budaqov B.Ə. Azərbaycan coğrafi terminlərinin bəzi məsələlərinə dair. “Azərbaycan SSR EA Xəbərləri” (Yer Elmləri Seriyası), 1959, № 7. Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966.
Kriminal qiraət
Kriminal qiraət (ing. Pulp Fiction) — Kventin Tarantinonun filmlərindən biri, adı XX əsrin ortalarında yayılmış kriminal jurnallar və novellalardan gəlir. O dövrdə ucuz, aşağı keyfiyyətli kağızlardan istifadə edilərək nəşr olunan nəşrlər belə adlanırdı. Filmdəki obrazlardan Vinsent Veqa da belə bir kitab oxuyur. Filmin özü də belə ucuz romanların mövzusu ilə oxşarlıq təşkil edir. Rollarda: Con Travolta (muzdlu qatil Vinsent Veqa), Semuel L. Cekson (Veqanın dostu Jul Vinnfild), Uma Turman (Mia Volles) və Brüs Uillisdir (Baç Kulic). Prodüserləri Lourens Bender və Kventin Tarantino, distribütoru "Miramax Films"dir. Filmdə Xarvey Keitel ve Kristofer Uoken kimi güclü aktyorların da rol alması bir yana, Tarantino özü də balaca bir rolda görünür. Film üç fərqli hissədən ibarətdir. Premyerası 1994-cü il sentyabrın 23-də olub.
Qarayev
Qarayev — soyad.
Qaraşen
Qaraşen — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «böyük» mənasında işlənən qara sözündən və «yaşayış yeri, kənd» mənasında işlənən şenlik sözündən formalaşan şen topoformantı əsasında əmələ gəlib «böyük kənd, yaşayış yeri» anlamını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb toponimdir.
Qasapet
Qasapet (bir müddət işlənilən adı: Çıraqlı)— Azərbaycan Respublikasının Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Qasapet kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. "Çıraqlı" etnotoponimdir. Q. Qeybullayevin fikrincə "Çıraqlı" toponimi "Siraklı"nın fonetik formasıdır. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş və "Çiraklı" adı ilə yaşamış, bu adı toponimlərdə əbədiləşdirmişlər. Azərbaycanın Ağdam, Daşkəsən, Laçın, Kəlbəcər, Şamaxı rayonlarının ərazisində, Qərbi Azərbaycanın Şörəyel mahalında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu, Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunun ərazisində kənd, Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq adları bunun sübutudur. Azərbaycan toponimlərinin ensiklopedik lüğətində isə toponimin özündə qızılbaşların çıraqlı tayfasının adını əks etdirdiyi yazılır. Səfəvilərin hakimiyyəti dövründə çıraqlıların bir hissəsi Şirvana köçürülmüşdü. XIX əsrdə onların bir qolunun Cavad qəzasında yaşaması haqqında məlumat verilir. Dağıstanda Çirak (kənd, çay), İrəvan quberniyasında Çıraxlı (iki kənd və bir kənd xarabalığı), Cənubi Azərbaycanda Çıraxlı (kənd) toponimlərinin qeydə alınması bu etnotoponimin yayılma arealının genişliyindən xəbər verir.
Eldar Qarayev
Eldar Abdulla oğlu Qarayev (21 noyabr 1964, Bakı) — əczaçılıq üzrə elmlər doktoru, professor, Ümumi və toksikoloji kimya kafedrası müdiri. == Həyat və fəaliyyəti == Eldar Abdulla oğlu Qarayev 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1987-ci ildə Azərbaycan Tibb İnstitunun əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1995-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək əczaılıq elmləri namizədi elmi adına layiq görülmüşdür. 1992-ci ildən Azərbaycan Tibb Universitetinin əczaçılıq kimyası kafedrasında əvvəl baş laborant, assistent, sonra ümumi və toksikoloji kimya kafedrasında baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. 2013-cü ildə doktorluq dissertasiya işini müdafiə edərək əczaçılıq üzrə elmlər doktoru elmi adına layiq görülmüşdür. Hazırda Azərbaycan Tibb Universitetinin ümumi və toksikoloji kimya kafedrasının müdiri vəzifəsində çalışır. 200-dən artıq elmi işin, o cümlədən 10 patentin (ixtira), 2 dərs vəsaitinin və 4 dərsliyin müəllifidir. Xarici ölkələrdə keçirilən bir sıra beynəlxalq konfranslarda dəvət olunmuş məruzəçi və konfrans sədri qismində iştirak etşmişdir.Bəzi elmi işləri xarici ölkələrdə (ABŞ, Türkiyə, Yunanıstan, Rusiya, Özbəkistan, Belarus, Çin, Gürcüstan və s.) impakt faktorlu jurnallarda çap olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Etik Komissiyasının sədri, “Əczaçılıq kimyası, farmakoqnoziya” üzrə BFD 4.18 Birdəfəlik dissertasiya şurasının sədri, ATU Dissertasiya işlərinin ilkin sənədlərinin yoxlanılması komissiyasının sədri, “Azərbaycan əczaçılıq və farmakoterapiya” jurnalının redaksiya heyətinin üzvü, “Azərbaycan Tibb Universiteti Jurnalı”nın məsul katibidir.
Elnar Qarayev
Qarayev Elnar Cəfər oğlu (26 yanvar 1983, Sumqayıt) — Azərbaycan teatr və kino aktyoru. == Həyatı == Elnar Qarayev 26 yanvar 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tələbə vaxtlarından Bakı Bələdiyyə Teatrında aktyor vəzifəsinə daxil olub. 2005-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorudur. == Əsas rolları == === Bakı Bələdiyyə Teatrı === Dönüş (Cəfər Cabbarlı) — Bayram Oğul (A. Babayev) — killer Məlikməmməd nağılı — Qara div Ölülər (Cəlil Məmmədquluzadə) — kəndli Domoklun qılıncı (Nazim Hikmət) — həkim Xəyanətin müsibəti (İ. Kərimov) — qapıçı Dəli Domrul (Altay Məmmədov) — sərkərdə Türk sancağı (A. Qurbani) — Xanəli === Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı === Dirilən adam (Mir Cəlal) — kəndli, məhbus Ölüləri qəbristanlıqda basdırın (İsmayıl Şıxlı) — aşıq Mesenat (Əli Əmirli) — tələbə Tıq-tıq xanım (Abdulla Şaiq) — sehrbaz pişik İkinci səs (Bəxtiyar Vahabzadə) — katib Bizim qışın sərgüzəşti (X. Həsənova) — Sakit İmzanın hökmü (T. Kazımov) — Cəlil Gəl Novruzum (S. Cavadlı) — 1-ci ozan Kvazimodo (Viktor Hüqo) — Culian Qoşer (dövlət naziri) Varlı qadın (Əli Əmirli) — mühafizəçi Dəlilər və ağıllılar (İlyas Əfəndiyev) — jurnalist Bu dünyanın adamları (Hidayət) — xidmətçi Hamlet (Uilyam Şekspir) — Marsel Qatil (Elçin) — süpürgəçi Boy çiçəyi (İlyas Əfəndiyev) — Bədəl Mənim günahım (İlyas Əfəndiyev) — Xansu Keçmişdən zəng (Anatoli Krım) — Kişi Yaşar (Cəfər Cabbarlı) — Yaşar == Mükafatları == 2006-cı ildə Zaqulbada keçirilən VI Beynəlxalq Audiovizual Festivalın aparıcısı olub. Həmin ildə Gəncə şəhərində keçirilən I Ümumrespublika bədii qiraət müsabiqəsinin diplomantı adını qazanıb. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Yanmış körpülər (film, 2007) — rol: ərəb mühafizəçisi Biz qayıdacağıq (film, 2007) Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: əməliyyatçı Mürafiə vəkillərinin hekayəti (film, 2011) Ünvansız eşq (2011) Xoca (film, 2012) Üç görüş Muradına çatan Günəş Dərvişin qeydləri (film, 2013) Fədakar (film, 2015) Günəşim ol (teleserial, 2016) — rol: Fərhad Ölülər. 21-ci əsr.
Elnur Qarayev
Elyaz Qarayev
Elçin Qarayev
Elçin Vəli oğlu Qarayev — "Beynəmiləlçi döyüşçü", Əfqanıstan müharibəsi veteranı (1987–1989), Qarabağ müharibəsi veteranı (1991–1994). == Həyatı == Elçin Qarayev 1969-cu il yanvar ayının 1-də Mingəçevir şəhərində dünyaya gəlmişdir. Əslən Ağdamın Novruzlu kəndindəndir. Orta təhsilini Mingəçevir şəhər 12 saylı orta məktəbdə almış, 1986-cı ildə buradan məzun olmuşdur. 1987-ci ildə hərbi xidmətə çağırılmış, Türkmənistana səfərbər edilmiş, 2 ay sonra oradan da SSRİ-Əfqanıstan müharibəsinə yollanmışdır. 1-ci müharibədən döndükdən sonra daxili işlər orqanlarında yol polis əməkdaşı kimi xidmətə başlamış, 1991-ci ildə Birinci Qarabağ müharibəsinə yollanmışdır. Ağdam, Kəlbəcər, Füzuli, Zəngilan, Ağdərə, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmiş, döyüş yoldaşlarını, yaralıları döyüş meydanından çıxararaq həyatlarını xilas etmişdir. 1994-cü ildə Qarabağ müharibəsindən geri dönmüşdür. Hal-hazırda Azərbaycanda həyatda olan az saylı 2 müharibə veteranlarındandır. Ailəlidir, 2 oğlu var.
Elşən Qarayev
Faiq Qarayev
Faiq Əli oğlu Qarayev (d. 11 yanvar 1959, Ağstafa, Azərbaycan SSR, SSRİ) — Azərbaycan voleybol oyunçusu və məşqçisi. == Həyatı == === Erkən illəri === Voleybolla Bakı şəhəri 70 nömrəli məktəb-liseyində yeddinci sinifdən məşğul olmağa başlayıb. Öz məktəbi ilə Bakı və Azərbaycan çempionu olub. İlk voleybol məşqçisi Yuri Alekseyeviç Qlotkov olub. === Məşqçi fəaliyyəti === 1984-cü ildən məşqçi fəaliyyətinə başlayıb. 1987-ci ildə Faiq Qarayevin baş məşqçilik etdiyi BMKZ (keçmiş "Neftçi") SSRİ 1-ci liqasından elitaya vəsiqə qazanıb, 1989/90-cı mövsümdə bürünc mükafata yiyələnib. 1991-ci ildə Türkiyədə olsa da, vətən üçün darıxan Qarayev 1992-ci ildə Bakıya qayıtdı. 1991-ci ildə komanda SSRİ kubokuna yiyələnib, 1993-cü ildə CEV kuboklar kubokunda 2-ci yer tutub. Onun məşqçiliyi altında Azərreyl QVK 2002-ci ildə Top-Komanda Kubokunu, 2011-ci ildə isə Avropa Qadınlar CEV Çağırış Kubokunu qazanıb.
Fərəc Qarayev
Qarayev Fərəc Qara oğlu (19 dekabr 1943, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2018), dosent (1982), professor (1998), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən). == Həyatı == Fərəc Qarayev 1943-cü il dekabrın 19-da anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını 1966-cı ildə prof. Qara Qarayevin sinfi üzrə bitirib. 1991-ci ildən fasilələrlə Bakı və Moskvada yaşayır. Bəstəkar Qara Qarayevin oğludur. == Fəaliyyəti == 1966-cı ildən Azərbaycan Konservatoriyasında dərs deməyə başlayıb. 1999-cu ildən P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının musiqi nəzəriyyəsi kafedrasının professorudur. 1994–1996-cı illərdə Moskvada Müasir Musiqi Assosiasiyasının (ACM) vitse-prezidenti olub. 1995-ci ildən Bakıda Yeni Musiqi cəmiyyətinin prezidentidir.
Göyüş Qarayev
Gülməmməd Qarayev
Gülməmməd Qarayev (Gülməmməd Mehdi oğlu Qarayev; 1905, Qutqaşın – 27 mart 1938, Bakı) — repressiya qurbanı, Qutqaşın rayon Partiya Komitəsinin I katibi. == Həyatı == Gülməmməd Qarayev 1905-ci ildə Qutqaşın rayonunun Qutqaşın (indi Qəbələ) kəndli ailəsində anadan olmuşdur. === Təhsili === 1913-cü ilə kimi ruhani təhsili almış, 1914-cü ildə Qutqaşın ibtidai məktəbinə daxil olmuşdur. Daha sonra Gülməmməd Qarayev Qutqaşındakı Kəndli Gənclər Məktəbində təhsil almışdır. Gülməmməd Qarayev 1922-ci ilin sentyabrında Şəki (Nuxa) qəza 1-ci dərəcəli partiya məktəbində, 1923-cü ildə 2-ci dərəcəli Bakı şəhər partiya məktəbində oxumuş və Qutqaşın rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. O, 1926–1930-cu illərdə Tiflisdə 26 Bakı Komissarı adına Zaqafqaziya kommunist universitetində oxumuş və müvəffəqiyyətlə bitirmişdir. Gülməmməd Qarayev 16 sentyabr 1937-ci il tarixindən 27 mart 1938-ci il tarixinə kimi Qutqaşın rayon Partiya Komitəsinin I katibi vəzifəsində (1931–1991-ci illər arasında 5-ci I katib) çalışmışdır. == Həbsi və vəfatı == Gülməmməd Qarayev 27 mart 1938-ci ildə Qutqaşın rayon daxili işlər şöbəsinin rəisi leytenant Poqosovun iştirakı ilə həbs edilmişdir. 8 avqust 1938-ci ildə Üçlüyün çıxardığı ölüm hökmü 21 oktyabr 1938-ci ildə həyata keçirilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası Qarayev Gülməmməd Mehdi oğlu haqqında olan materiallara baxaraq XDİK üçlüyünün 8 avqust 1938-ci il tarixli qərarını ləğv etmiş, əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilmişdir.
Haya Hararet
Haya Hararet (ing. Haya Harareet, ivr. חיה הררית; 20 sentyabr 1931, Hayfa – 3 fevral 2021, Marlou[d], Cənub-Şərqi İngiltərə[d]) — İsrail aktrisası. == Həyatı == Haya Hararet 20 sentyabr 1931-ci ildə Hayfada anadan olmuşdur. Haya Hararetin aktrisalıq fəaliyyəti 1955-ci ildə İsraildə başlamışdır. Lakin Hararet bir neçə il sonra tanınmağa başladı. Bu, Çarlton Hestonla birlikdə çəkildiyi "Ben-Hur" filmində Esfir rolunu ifa edəndən sonra olmuşdu. 1961-ci ildə o, "Səhranın altına səyahət" filmində baş rola çəkilir. Onun bir aktrisa kimi fəaliyyəti o qədər də uzun çəkmir və daha bir neçə filmdə çəkiləndən sonra – 1964-cü ildə Hararet artıq heç bir filmə razılıq vermir. Haya həm də 1967-ci ildə çəkilmiş "Bizim ata yurdumuz" filminin ssenari müəlliflərindən biri idi.
Katolikos Karapet
Katolikos Karapet - Albanların LXII katolikosu. == Katolikosluğu == 1402-ci ildə kürsüyə çıxmışdır. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Mahir Qarayev
Mahir Niyazi oğlu Qarayev (17 iyul 1958, Göyçay) — Azərbaycan şairi, publisisti, tərcüməçisi. O, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.[mənbə göstərin] == Həyatı == 17 iyul 1958-ci ildə doğulub. 1975-ci ildə Göyçay şəhər 1 saylı orta ümumtəhsil məktəbini; 1985-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini; 1987-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. 1976–1978-ci illərdə hərbi xidmətdə olub. 1979–1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasında, "Türkologiya" elmi-kütləvi dərgisində işləyib. 1989–1994-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Elm" və "Tarix" qəzetlərində; Milli Məclisin orqanı olan "Azərbaycan" qəzetində; həmçinin "ABS" və "Cümə" müstəqil nəşrlərində çalışıb. 1994–1996-cı illərdə Azərbaycan Tərcümə Mərkəzində "Yol" ədəbi qəzetinin və ingiliscə çıxan "WEEK-END" həftəliyinin redaktoru olub, həmçinin Mərkəzin nəşriyyat redaksiyasının baş redaktoru vəzifəsində çalışıb. 1996–1999-cu illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində, mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 1999–2014-cü illərdə "Antinarkotizm" Beynəlxalq elmi-analitik Mərkəzin direktoru, eyni zamanda "Azərbaycan-Rumıniya Dostluq Cəmiyyəti" ictimai birliyinin sədri vəzifələrini icra edib. 2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dil üzrə mütəxəssisidir.
Musa Qarayev
Musa Qarayev (başq. Муса Ғaйса улы Гәрәев; 9 iyun 1922, İləkşide[d], Ufa quberniyası – 17 sentyabr 1987, Ufa) — Sovet hərbi pilotu, polkovnik, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, Böyük Vətən müharibəsinin iştirakçısı. Musa Qarayev 9 iyul 1922-ci ildə Başqırdıstan MSSR-nın Belebeev qəzasının İləkşide kəndində (indiki Başqırdıstanın İleş rayonu) kəndli ailəsində anadan olmuşdur. Milliyyətçə başqırddır. Atası Qays Əhmədmedeyev İləkşide kəndindən, anası Gülnafisin İmyanlikulevo kəndindəndir. 1929-cu ildə Qarayevlər ailəsi Taşçeşma kəndinə köçür. 1937-ci ildə Bişkuray kəndindəki məktəbdə təhsil alır. 1940-cı ildə Xalq Dəmir Yolları Komissarlığının Ufa Dəmiryol Texnikumunu bitirir. Elə həmin il texniki məktəbdə təhsilini yarımçıq qoymadan Ufa aeroklubundan məzun olur. 15 dekabr 1940-cı ildə Başqırd MSSR-nın Ufa şəhərinin Jdanov rayon hərbi qeydiyyat və komissarı tərəfindən orduya çağırılmışdır.
Mustafa Qarayev