Quzeyçirkin

QuzeyçirkinAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd.[1]

Quzeyçirkin
40°08′39″ şm. e. 46°10′19″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.648 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Quzeyçirkin xəritədə
Quzeyçirkin
Quzeyçirkin

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Quzeyçirkin kəndi dağətəyi ərazidədir. Kəndin adı Azərbaycan dilindəki quzey (dağın gün düşməyən tərəfi, şimal) sözündən və çirkin etnonimindən ibarətdir. Çirkin isə XIII əsrdə monqolların işğallarında iştirak etmiş türk-monqol mənşəli karait tayfasının bir qoludur.[2]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

İşğal edilənədək bu kənddə əkinçilik, heyvandarlıqtütünçülük inkişaf etmişdir[3]. Amma tütün əkilməsinə baxmayaraq, kəndin heç bir sakini siqaret çəkməyib[3]. Bu, dədə-babadan gəlmə bir ənənə olmuşdur. Kəndin ağsaqqalları yığışıb belə bir qadağa qoymuşdular ki, kim siqaret çəksə, gərək kəndi tərk eləsin[3]. Baxmayaraq ki, kəndin mağazasına rayon istehsalat şöbəsindən siqaret gətirilirdi; amma həmin siqaretlər aylarla orada qalırdı[3]. Çünki kəndin heç bir sakini siqaret almırdı[3]. Yalnız təsadüfən kəndə qonaq gələn şəxslər onu ala bilərdi[3].

Bu kənd Azərbaycanda uzunömürlü insanların ən çox yaşadığı kəndlərdən biri olub[3].

Əkbərin dam yerinin yurdu, Çiçəkli yurd, Tozluq yurd, İlxıqoruğu yurdu, Qoçdaş yaylağı, Yaz yurdu, Yal yurdu.

Dəhnə bulaq, Novlu bulaq, Göy bulaq, Sarı bulaq, Yarpızlı bulaq, Porpor bulaq, Daş bulaq, Soyuq bulaq, Söyüd bulaq, Çeyilli bulaq, Korabulaq.

Məşhur yerlər

[redaktə | mənbəni redaktə et]

Səfidüşən, Bərəyələr, Şırran, Malyatağı, Ağalarlı yeri, Bəzirxana, Cılğıyeri, Söyüdlü çüxur, Qaragav, Güney, Mikayılın yeri, Göbələkli təpə, Çəpərlər, Məhəmmədin yeri, Qədimin yeri, Qədimin daşı, Qoruqlar, Ağalarlı biçənəyi, Elyolu, Çərtməqaya, Dolayıyer, Çüxurlar, Dəyirmiyer, Qancıqölən, Allahverdilərbiçən, Dikqaya, Batıqlar, Göybatıq, Aşağıkibatıq, Dəvəyatağı, Ortalıqburun, Kazımın odun yeri, Əlişin yalı, Ardışlı, Kövşən, Xıncılovuzlu təpə, Qurbanın yeri, Vənniçüxur, Ağduzdax, Daranqaya, Tilqaya, Gülülyeri, Həmərsünlü çüxur, Qaraqaya, Yalxırman, Məhəmmədoturan daş, Bənövşəli dərə, Yarpızlı dərə, Xırman yeri, Çalqaya, Göytəpə, Alxaslı yalı, Çürükyer, Atakişinin yeri.[4]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Quzeyçirkin // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. 1 2 3 4 5 6 7 Azərbaycanda heç kimin siqaret çəkmədiyi unikal kəndin adı YUNESKO-ya gedib çatıb — MARAQLI Arxivləşdirilib 2021-10-25 at the Wayback Machine. modern.az, 14.03.2017  (az.)
  4. Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.