GÜZƏR

is. [ fars. ] klas. Yol, keçid, keçmə.
Gecə-gündüz duam budur Tanrıma; Nola səni sala bir güzarıma. M.P.Vaqif.

□ Güzar etmək klas. – keçmək, getmək.
Ol güli-xəndanı görmək mümkün olsaydı mənə; Səntək, ey bülbül, gülüstanə güzar etməzmidim? Füzuli.
O gündən ki göz önündən gedibsən; Etməmişəm gülüstanə güzar mən. Q.Zakir.
Qış günü bərk çovğun idi bir səhər; Cütçü baba yoldan edirdi güzər. A.Səhhət.

Güzarı düşmək – yolu düşmək.
Müşk adında bir pəhləvan yolla gedəndə güzarı düşür qalaçaya. (Nağıl).
Sevdiciyim, hanı gözəllər xanı? Güzarımız sizin otağa düşdü. A.Ələsgər.

GÜZƏM
GÜZƏRAN

Digər lüğətlərdə