Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İqtisadi və Siyasi elmlər jurnalı
İqtisadi və siyasi elmlər jurnalı (elmi-analitik və praktiki) "İqtisadi və siyasi elmlər" jurnalı qısa adı: "ISEJ" — Azərbaycanda nəşr olunan jurnal. "İqtisadi və siyasi elmlər" jurnalı 1 dekabr 2015-ci ildə dosent Laçın Vəzir oğlu Abışlı, dosent İkram İsmayıl oğlu Cəbrayılov tərəfindən təsis edilmiş və 4022 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının dövlət reyestrinə alınmışdır. Jurnal beynəlxalq ISSN (azərb. Beynəlxalq Standart Seriya Nömrəsi‎) mərkəzində 2518-7082 (Print), 2519-4925 (Online) nömrəsi ilə qeydiyyata alınmış və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad və siyasi elmlər üzrə elmi nəşrlər siyahısına daxil edilmişdir. 2015-ci ildən bu jurnal ildə 4 dəfə 100 səhifə həcmində 100 nüsxə tirajla nəşr edilir. Jurnal müstəqil, resenziyalı elmi nəşrdir. İqtisadi və siyasi elmlər jurnalında Siyasi elmlər və iqtisadiyyat elminin aktual problemlərinin tədqiq olunduğu məqalələr yer alır. Həmçinin jurnalda iqtisadiyyat-siyasi elmlərin ümumkonseptual məsələlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən məqalələrin dərcinə üstünlük verilir. Jurnalda Azərbaycan, ingilis və rus dillərində, həmçinin redaksiya heyətinin məsləhət gördüyü digər dillərdə məqalələr dərc edilir. Baş redaktoru dosent Laçın Abışlı.
Siyasi
Siyasət (qədim yunanca: Πολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir. "Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb.
Siyasi-iqtisad
Siyasi iqtisadiyyat — insan cəmiyyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm. Siyasi-iqtisad müstəqil elmi sahə kimi XVI əsrin sonunda yaranıb. Siyasi-iqtisadın inkişafında xüsusi rolu A. Smit və D. Rikardo oynayıblar. Sürətlə inkişaf edən kapitalizm cəmiyətinin, onun maddi sərvətlərini (manufaktura, dənizçilik, ticarət və sairə)əsasları kimi, onun ictimai məcmusunda, ümumiyətlə əməyi elan edirdilər. Dəyərin əmək nəzəriyəsi əsasında əmək gəlirlərinin mənşəyinin izahına cəhd edilmişdir, eləcə də iqtisadi meyarlara əsasən burjua cəmiyətinin əsas sinifləri qeyd edilmişdir. Siyasi-iqtisadın elm kimi inkişafına, öz əsərlərində burjua cəmiyətini, onun hərəkət və inkişaf qanunlarını dərin və hərtəfərli təhlil edən, iqtisadi proseslərin təkamülünün zərurətini göstərən, K. Marks böyük töhfə vermişdir. Cəmiyətin öyrənilməsinə hərtərəfli baxış, Makrsa nəinki burjua cəmiyətinin mahiyətini (Kapital) açmağa, həm də onun ziddiyətlərini göstərməyə, onun inkişafının dərin meyllərini, xüsusi ilə elmini və məhsuldar qüvvələrini tətqiq etməyə imkan verdi. Marks qeyd edirdi ki tarixin hərəkətinin əsasında, spesifikası istehsalat münasibətləri ilə şərtlənən, istehsalın sosial forması durur. Marks dəyərin sosial əmək forması kimi, müvafiq olaraq əmək subyektlərinin (o vaxtki burjua cəmiyəti çərçivəsində — işçilərin və kapitalistlərin) tətqiqinə böyük önəm verirdi. Neoklassik nəzəriyənin (J. B Səy, A. Marşall, F. Hayek, L. Mizes, M. Fridmen və b.) əsasında iqtisadi təzahürlərin xarici formaları durur.
Siyasi iqtisad
Siyasi iqtisadiyyat — insan cəmiyyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm. Siyasi-iqtisad müstəqil elmi sahə kimi XVI əsrin sonunda yaranıb. Siyasi-iqtisadın inkişafında xüsusi rolu A. Smit və D. Rikardo oynayıblar. Sürətlə inkişaf edən kapitalizm cəmiyətinin, onun maddi sərvətlərini (manufaktura, dənizçilik, ticarət və sairə)əsasları kimi, onun ictimai məcmusunda, ümumiyətlə əməyi elan edirdilər. Dəyərin əmək nəzəriyəsi əsasında əmək gəlirlərinin mənşəyinin izahına cəhd edilmişdir, eləcə də iqtisadi meyarlara əsasən burjua cəmiyətinin əsas sinifləri qeyd edilmişdir. Siyasi-iqtisadın elm kimi inkişafına, öz əsərlərində burjua cəmiyətini, onun hərəkət və inkişaf qanunlarını dərin və hərtəfərli təhlil edən, iqtisadi proseslərin təkamülünün zərurətini göstərən, K. Marks böyük töhfə vermişdir. Cəmiyətin öyrənilməsinə hərtərəfli baxış, Makrsa nəinki burjua cəmiyətinin mahiyətini (Kapital) açmağa, həm də onun ziddiyətlərini göstərməyə, onun inkişafının dərin meyllərini, xüsusi ilə elmini və məhsuldar qüvvələrini tətqiq etməyə imkan verdi. Marks qeyd edirdi ki tarixin hərəkətinin əsasında, spesifikası istehsalat münasibətləri ilə şərtlənən, istehsalın sosial forması durur. Marks dəyərin sosial əmək forması kimi, müvafiq olaraq əmək subyektlərinin (o vaxtki burjua cəmiyəti çərçivəsində — işçilərin və kapitalistlərin) tətqiqinə böyük önəm verirdi. Neoklassik nəzəriyənin (J. B Səy, A. Marşall, F. Hayek, L. Mizes, M. Fridmen və b.) əsasında iqtisadi təzahürlərin xarici formaları durur.
Britaniya Siyasi və İqtisadi Elmlər Kitabxanası
Britaniya Siyasi və İqtisadi Elmlər Kitabxanası — London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin əsas kitabxanası və dünyanın iqtisadi və sosial elmlərə həsr olunmuş ən böyük kitabxanalarından biri. Kitabxana hər gün 5000 ziyarətçi qəbul edir. Bundan əlavə, o, hər il 12.000-dən çox qeydiyyatdan keçmiş xarici istifadəçiyə xidmət göstərən mütəxəssis beynəlxalq tədqiqat kolleksiyası təqdim edir. == Məkanı == Kitabxana London İqtisadiyyat Məktəbinin kampusunda yerləşirdi. Hazırkı binası 1916-cı ildə açılmış və 1978-ci ildə kitabxana kimi istifadəyə verilmişdir. Hazırda kitabxana xüsusi tikilmiş binada, məşhur ingilis iqtisadçısının adını daşıyan Lionel Robbins binasında yerləşir. == Tarixi == Kitabxana 1896-cı ildə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbindən bir il sonra yaradılıb. O, "inzibati və konstitusiya problemləri ilə məşğul olan ciddi tələbəyə bu ölkədə indiyədək ehtiyac duyulan hər şeyə, yəni iqtisadi və siyasi tədqiqatlar üçün materiallar toplusunu təmin etmək" üçün yaradılıb. == Kolleksiyası == Yarandığı gündən kitabxana Böyük Britaniyanın milli sosial elmlər kitabxanası olub və bütün əsas Avropa dillərində dünyanın hər yerindən materiallar toplayır. Kitabxana elektron informasiya təminatının bir hissəsi kimi 15 000-ə yaxın elektron jurnala abunədir.
Siyasi azadlıq
Siyasi azadlıq — vətəndaşın əsas hüququ. Marksist fəlsəfədə görə dərk edilməyən qanunlar "kor"zərurət kimi təzahür edirlər.İnsan öz tarixinin başlanğıcında hələ təbiətin sirlərinə nüfuz edə bilmədiyi üçün dərk edilməyən zərurətin qulu olaraq qalırdı,hələ azad deyildi.Obyektiv qanunları nə qədər dərindən öyrənirsə insan öz fəaliyyətində o qədər şüurlu və azad olur. Azadlığın marksist tərifi XVII əsrin niderland filosofu B.Spinozanın tərifi ilə üst-üstə düşür:"Azadlıq dərk edilmiş zərurətdir".Spinozanın müasiri T.Hobs hesab edirdi ki,azadlıq müqavimətin olmamasıdır.Onun fikrincə insanın azadlığı nəyi isə gerçəkləşdirməyə can atan iradənin müqavimətə rast gəlməməsidir.Russo deyirdi:"Azadlıq-bərabərlik olmadan yaşaya bilməz". Rus yazıçısı Dostoyevskinin dediyinə görə azadlıq insan üçün ən əzablı qayğıdır;insan və insan cəmiyyəti üçün-heç nə,heç vaxt azadlıq qədər ağır yük olmamışdır.İnsan azad olandan sonra tələsik axtarır ki,kimin qarşısında diz çöksün və azadlıqdan xilas olsun.Kant göstərir ki,azadlıq hərfən və mahiyyətcə ideyadır.O,mütləq hamı üçün azadlığı nəzərdə tutur.Bütün cəmiyyəti azad etmədən hansısa tək bir adamın təcrid olunmuş azadlığı ağlasığan bir şey deyil.Hegel azadlığı əsl daxili ziddiyyət hesab edirdi.Onun fikrincə azdlıq odur ki,insan yalnız özündən asılı olsun. Z.Freydin davamçılarından biri olan E.Fromm göstərirdi ki,azadlıq-şəxsiyyətin özünü idarə etməsidir,onun mənəvi,emosional qabiliyyətinin ifadəsidir.M.Haydegger göstərirdi ki,insana Taleyi özünə tabe etmək və yaxud dəyişdirmək nəsib olmamış,odur ki,onun azadlığı həmin Taleyi itaətlə qəbul etməkdən ibarətdir.Haydegger azadlığı idrak ilə əlaqələndirirdi.O,yazmışdı "Hər cür əsl qurtuluş yalnız zənciri qırmaq və öhdəliyi atmaq deyil,hər şeydən əvvəl azadlığın mahiyyətini öncədən müəyyən etməkdir ".Onun sözlərinə görə özbaşnalıq "azadlığın gecə tərəfidir". Çoxları isə deyirlər ki,azadlıq müəyyən fikir müstəqilliyi,fəaliyyət sərbəstliyi deməkdir,insanın öz yaradıcılıq qabiliyyətini sərbəst ifadə etmək imkanıdır.Fəlsəfə tarixində bir sıra böyük filosoflar(Aristotel,Hegel,Marks və b.)azadlıq,o cümlədən siyasi azadlıq haqqında fikir söyləmişlər.Məsələn,ingilis filosofu T.Hobbsa görə azadlıq qanunla yasaq edilməyən hər şeyi istədiyi kimi etmək və qanunun məcbur etmədiyi isə etməmək imkanıdır.Burada azadlıq-qanunun əksidir,lakin onlar bir-birini inkar etmir,qarşılıqlı olaraq məhdudlaşdırırlar.Qanunlar çoxaldıqca-azadlıqlar azalır və yaxud əksinə.T.Hobbs burada belə nəticə çıxarır: bir halda ki,qanunlar vətəndaşların bütün hərəkət və davranışlarını əhatə edə bilmir,istənilən idarə formasında həmişə qanunun yasaq etmədiyi və yaxud məcbur etmədiyi sonsuz dərəcədə çoxlu hallar olur.Ona görədə hər bir dövlətdə-istər monarxiya,istərsədə demokratiya olsun-vətəndaşlar azaddır.Hətta suverenin (monarx və ya xalqın)hakimiyyəti məhdudlaşdırmayanda da vətəndaş azddır.Çünki suverenin iradəsi qanun deməkdir,qanun isə azadlığı məhv etmir,onu yalnız məhdudlaşdırır.Azadlığın liberal anlayışına görə qanun azadlığın əksi deyil,onun zəruri şərtidir,o azadlığı məhdudlaşdırmır,əksinə onu saxlayır və genişləndirir.Başqa ingilis filosofu C.Lokk deyirdi:"Qanun olmayan yerdə azadlıq da yoxdur".Azadlığın liberal anlayışı qanun və iradəni qəti şəkildə bir-birinə qarşı qoymağa əsaslanır.İradə nə isə fərdi,müəyyən olmayan,naməlum və daimi olmayan bir şeydir.Qanun isə ümumi,müəyyən,elan edilmiş və daimi bir şeydir.Başqasının iradəsindən asılı olmaq insanı azadlıqdan məhrum edir,qanundan(yalnız ondan)asılı olmaq isə onu azad edir.Beləliklə,liberal anlayışında qanun azadlığı deyil,azadlıq qanunu məhdudlaşdırır,qanun azadlığın hüdudunda deyil,azadlıq qanunun hüdudunu müəyyənləşdirir.
Siyasi coğrafiya
Siyasi coğrafiya, coğrafi amillərin siyasi orqanların və təşkilatların qəbul etdiyi qərarlara təsirini, siyasi qərarların həyata keçirilməsinin coğrafi mühitə və nəticədə yaranan coğrafi hadisələrə təsirini araşdıran insan coğrafiyasının alt fənnidir. Siyasi coğrafiya, coğrafiyanın əsas iş prinsiplərinə (bölgü, əlaqə və səbəb-nəticə) görə dövlətlə yer arasındakı münasibətləri araşdırır. Alman alimi Fridrix Ratsel (1844–1904) "Siyasi coğrafiya" kitabı ilə siyasi coğrafiyanın banisi hesab olunur, o, bu kitabında insanın dünyaya yayılmasının təbii şəraitdən qaynaqlandığını iddia edir. Bir ölkədə, bütün dünyada və ya dünyanın bir hissəsində, təbii, bəşəri və iqtisadi hadisələrin paylanması, bunlar arasındakı əlaqələr ilə səbəblər və nəticələri araşdıraraq, dövlət işlərində töhfələr verir. Qütb bölgələrinin və ekvatorial Afrikada dövlət quruluşlarının zəifliyi və orta genişliklərdə güclü və köklü dövlətlərin qurulması coğrafiyanın siyasətə təsirinin nümunələridir. Geosiyasət və geostrategiya, siyasi coğrafiyada tərif və maraq baxımından oxşar olan, lakin sinonim olmayan iki anlayışdır. Geostrategiya, məlumat baxımından siyasi və hərbi planlaşdırmanı dəstəkləyən, əlaqələndirən və ya təsir edən coğrafi amillər tərəfindən idarə olunan bir növ xarici siyasət növü olan geosiyasətin alt şöbəsidir. Geosiyasət siyasi coğrafiyadan qaynaqlanan bir elm sahəsidir. Bu elm, siyasi coğrafiyanın dövlətlərə verdiyi üstünlük və çatışmazlıqları araşdırır.
Siyasi elm
Politologiya və ya siyasi elm — politologiya siyasətin elmi tədqiqidir. Bu, idarəetmə və güc sistemləri, siyasi fəaliyyətlərin, siyasi düşüncələrin, siyasi davranışların və əlaqəli konstitusiyaların və qanunların təhlili ilə məşğul olan sosial elmdir. Siyasi elm sosial elmlər içərisində nisbətən yeni olsa da, öz başlanğıcını tarix, siyasi fəlsəfə, siyasi iqtisad kimi elmlərdən götürmüşdür. Elmin yeni olmasına baxmayaraq, bir çoxları onun banisi kimi Aristoteli qəbul edirlər. Siyasi elmin kökündə duran fikirlərə hələ qədim Çin və Hindistanda, Aristotel və Platonun əsərlərində rast gəlinsə də bir elm kimi onun formalaşmağı XIX əsrin 60-cı illərinə təsadüf edir. 1903-cü ildə Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının 1906-cı ildə isə Amerika Siyasi Elm Jurnalının əsasının qoyulması ilə bu sahədə tədqiqatlar daha da genişlənmişdir. 1950–1960-cı illərdə elm aləmində baş vermiş Biheviorist inqilab nəticəsində Siyasi elm daha da təkmilləşərək insanların fərd və qrup halında davranışına doğru istiqamətlənmişdir. Müasir politologiyanı ümumiyyətlə müqayisəli siyasət, beynəlxalq münasibətlər və siyasi nəzəriyyə kimi üç alt fənnə bölmək olar. Digər alt fənlər dövlət siyasəti və idarəetmə, daxili siyasət və hökumət (çox vaxt müqayisəli siyasət çərçivəsində öyrənilir), siyasi iqtisadiyyat və siyasi metodologiyadır. Bundan əlavə, iqtisadiyyat, hüquq, sosiologiya, tarix, fəlsəfə, coğrafiya, jurnalistika, antropologiya, psixologiya və sosial siyasət.
Siyasi fəlsəfə
Siyasi fəlsəfə — Fəlsəfə və siyasi elmin qovşağında yerləşən, siyasətə, siyasi dəyərlərə, siyasi gerçəkliyin mahiyyətinə və siyasi analizin ilkin intellektual şərtlərinə dair fikirləri öyrənən elm sahəsidir. Siyasi fəlsəfənin tədqiq etdiyi mövzulara siyasət, azadlıq, ədalət, mülkiyyət, hüquqlar, qanunlar və səlahiyyət sahibləri tərəfindən hüquqi bazanın gücləndirilməsi aiddir. Onlar nədirlər, onlara nəyə görə (bəzən ümumiyyətlə) ehtiyac var, siyasi gücü legitim edən nədir və o hansı hüquqlar və azadlıqları qorumalıdır və niyə, bu hansı formada olmaldıır və niyə, qanunla nədir, əgər varsa, vətəndaşların legitim hökumət qarşısında öhdəlikləri nədir və əgər mümkünsə, bu öhdəliklərdən nə zaman imtina etmək olar. Sadə dillə desək, "siyasi fəlsəfə" termini dedikdə fəlsəfənin texniki fənlərinə aid olması hökmən olmayan, siyasət haqqında ümumi baxışlara və ya spesifik etikaya, siyasi inanca və ya yanaşmaya istinad edilir. Başqa sözlə, siyasi fəlsəfə siyasi hadisələrin və proseslərin mahiyyətini, onların qarşılıqlı təsirini araşdırır. Onun predmetinə siyasət ilə hakimiyyətin qarşılıqlı əlaqələri, onun maddi və ideal formaları – dövlət, vətəndaş cəmiyyəti, siyasi şüur və digər məsələlər daxildir. Yuxarıda qeyd edildiyi kimi bu elm fəlsəfə ilə siyasi elmin qovşağında yaranan sahədir. O, siyasət dünyasının mənəvi və dünyagörüşü səpkilərini öyrənir. Digər tərəfdən siyasət insanların dünyagörüşü, normativ xarakterli dəyərlərinin formalaşdığı fəaliyyət sahəsi olduğundan siyasi fəlsəfə də cəmiyyətin siyasi sistemi və təşkilinin prinsiplərini təhlil edir. Siyasət fəlsəfəsinin tədqiqat sahəsi – siyasi münasibətlər üzərində qurulan siyasi ideyalar və institutlardır.
Siyasi hakimiyyət
Siyasi hakimiyyət — bir nəfərin və ya elitanın vətəndaşların və cəmiyyətin davranışını milli maraqlardan irəli gələrək idarə etmə imkanları. Bu anlayış bir qayda olaraq "dövlət hakmiyyəti" anlayışı ilə bir anlamda işlənir.
Siyasi inteqrasiya
Siyasi inteqrasiya (ing. Political Integration) — qarşılıqlı əməkdaşlığa yönəlmiş iki və ya daha çox siyasi quruluşun daha dar mənada yaxınlaşma prosesi, dövlətlərarası səviyyədə müəyyən bir ayrılmaz siyasi sistem kompleksinin meydana gəlməsidir . Bu cür inteqrasiyanın xarakterik nəticələrindən biri də bu strukturların birləşdirilməsidir. Eyni zamanda, hər hansı bir məsələnin ortaq şəkildə həlli üçün həm rəsmi, həm də qeyri-rəsmi qurumların olması lazımdır. İnteqrasiya olunmuş cəmiyyətdə inteqrasiya iştirakçıları arasındakı əməliyyat səviyyəsinin artdığı və maraqlar və dəyərlər birliyinin artdığı güman edilir. Karl Doyç inteqrasiyada dövlətlərin qarşılıqlı gözləntiləri sabit olduğu təqdirdə dövlətlər arasındakı ziddiyyətlərin sülh yolu ilə həll ediləcəyini görür. Beləliklə, inteqrasiyanı həm dövlət, həm də bir proses olaraq görür. Dövlət olaraq inteqrasiyaya ən yaxşı şəkildə siyasi bir toplum kimi baxılır. İnteqrasiya prosesi, iştirak edən bütün təşkilatlar üçün minimum xərclərlə maksimum qarşılıqlı fayda əldə etməyə imkan verir. Buna baxmayaraq, inteqrasiya bütün aktyorların bu proses üçün əhəmiyyətli dərəcədə hazırlaşmasını və idarəetmələrinin yaxşı keyfiyyətini tələb edir.
Siyasi iqtisadiyyat
Siyasi iqtisadiyyat — insan cəmiyyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm. Siyasi-iqtisad müstəqil elmi sahə kimi XVI əsrin sonunda yaranıb. Siyasi-iqtisadın inkişafında xüsusi rolu A. Smit və D. Rikardo oynayıblar. Sürətlə inkişaf edən kapitalizm cəmiyətinin, onun maddi sərvətlərini (manufaktura, dənizçilik, ticarət və sairə)əsasları kimi, onun ictimai məcmusunda, ümumiyətlə əməyi elan edirdilər. Dəyərin əmək nəzəriyəsi əsasında əmək gəlirlərinin mənşəyinin izahına cəhd edilmişdir, eləcə də iqtisadi meyarlara əsasən burjua cəmiyətinin əsas sinifləri qeyd edilmişdir. Siyasi-iqtisadın elm kimi inkişafına, öz əsərlərində burjua cəmiyətini, onun hərəkət və inkişaf qanunlarını dərin və hərtəfərli təhlil edən, iqtisadi proseslərin təkamülünün zərurətini göstərən, K. Marks böyük töhfə vermişdir. Cəmiyətin öyrənilməsinə hərtərəfli baxış, Makrsa nəinki burjua cəmiyətinin mahiyətini (Kapital) açmağa, həm də onun ziddiyətlərini göstərməyə, onun inkişafının dərin meyllərini, xüsusi ilə elmini və məhsuldar qüvvələrini tətqiq etməyə imkan verdi. Marks qeyd edirdi ki tarixin hərəkətinin əsasında, spesifikası istehsalat münasibətləri ilə şərtlənən, istehsalın sosial forması durur. Marks dəyərin sosial əmək forması kimi, müvafiq olaraq əmək subyektlərinin (o vaxtki burjua cəmiyəti çərçivəsində — işçilərin və kapitalistlərin) tətqiqinə böyük önəm verirdi. Neoklassik nəzəriyənin (J. B Səy, A. Marşall, F. Hayek, L. Mizes, M. Fridmen və b.) əsasında iqtisadi təzahürlərin xarici formaları durur.
Siyasi komissar
Siyasi komissar (rus. политический руководитель) — siyasi təhsil və təşkilatlanma üçün məsul olan nəzarətçi siyasi zabitdir və hərbin sivil nəzarətini həyata keçirirdi. Tarixdə the commissaire politique (siyasi komissarlıq) ilk dəfə Fransa inqilabı (1789-99) zamanı meydana gəlmiş, əks-inqilabi fikrə və fəaliyyətə qarşı mübarizə aparmış və beləliklə respublikaçıların qələbəsini təmin etmişdir. Fransız respublikaçı mənşəyinə baxmayaraq, siyasi komissar adətən 1917-ci ilin Rusiya müvəqqəti hökumətinin onları hökumətin siyasi nəzarətini təmin etmək üçün hərbi qüvvələrə tanıtdığı SSRİ (1917-91) ilə əlaqədar idi. Oktyabr inqilabı ilə kommunist rejimində yaranan siyasi komissar, Qızıl Orduda 1942-ci ilə qədər qaldı. Qızıl Orduda və Sovet ordusunda siyasi komissar, 1918-24, 1937-40 və 1941-42 dövrləri ərzində mövcud olmuşdur, lakin hər Qızıl Ordu siyasi zabiti komissar deyildi. Siyasi komissar, bölük komandiri hərbi rütbəsinə bərabər mövqeyə malik idi, eləcə də komissarın bölük komandirinin əmrlərini ləğv etməyə səlahiyyəti çatırdı. Qızıl Ordunun tarixi ərzində, siyasi zabitlər bölük komandirlərinə tabe ediləndə siyasi komissar vəzifəsi mövcud deyildi. Rus hərbinin siyasi nəzarəti, hər bölüyə və hissəyə, donanma daxil olmaqla, rotadan diviziya səviyyəsinə qədər siyasi komissar tərəfindən aparılırdı. İnqilabi hərbi şuralar orduda, cəbhədə, donanmada ən azı 3 üzv – komandir və 2 siyasi işçi daxil olmaqla, yaradılmışdı.
Siyasi kommentator
Siyasi şərhçi və ya siyasi kommentator — öz siyasi fikirlərini ictimai səsləndirən şəxs, siyasi tənqidçi. Siyasi şərhçilər uzun müddətdir ki, mövcud idi, ancaq 1950-ci illərdə ABŞ-də politologiya dalğası başlamışdır. Politologiya və siyasi şərhçilik iki fərqli anlayış olsa da, siyasət özü "elm" kimi qəbul edilir.
Siyasi korrupsiya
Siyasi korrupsiya — gəlir əldə etmək üçün hökumət rəsmiləri və ya onların şəbəkə əlaqələrindən qeyri-qanuni şəxslərin səlahiyyətlərinin istifadəsi. Korrupsiyanın müxtəlif forması var: rüşvət, qəsb, nepotizm, parokializm, qəyyumluq və mənimsəmə.
Siyasi mədəniyyət
Siyasi mədəniyyət — mənəvi mədəniyyətin tərkib hissəsi olan siyasi mədəniyyət politologiya elminin mühüm anlayışlarından biridir. Siyasi mədəniyyət anlayışı iki mənada işlənir. Geniş mənada siyasi mədəniyyət bəşər cəmiyyətinin yaratmış olduğu ümumi mədəniyyətin bir hissəsi kimi işlənir. Yəni bu halda iqtisadi mədəniyyət, dini mədəniyyət, əxlaqi mədəniyyət və s. kimi hər bir cəmiyyətdə siyasi mədəniyyət də mövcuddur. Onlar bir-biri ilə sıx bağlıdır. Dar mənada siyasi mədəniyyət hər bir fərdin, sosial qrupun, sinfin və ya millətin siyasi davranış və fəaliyyət qaydalarının, onların siyasətdə, siyasi hakimiyyətə münasibətlərinin ifadəsi kimi başa düşülür. «Siyasi mədəniyyət» anlayışını politologiya elminə ilk dəfə Amerika politoloqları Q.Almond və S.Verba gətirmiş və onu politologiya elminin mühüm kateqoriyalarından biri kimi şərh etmişlər. Q.Almond və S.Verba «Vətəndaş mədəniyyəti» əsərində siyasi mədəniyyətin cəmiyyətin siyasi sistemində, siyasi rejimlərdəki rolunu yüksək qiymətləndirərək belə bir ümumi nəticəyə gəlmişlər ki, demokratiyanın inkişafı və demokratik rejimin meydana gəlməsi və formalaşması hər şeydən əvvəl, yüksək siyasi mədəniyyət tələb edir və onun sayəsində mümkündür. Siyasi mədəniyyət bütövlükdə siyasi davranış siyasi biliklərə yiyələnmək, siyasi baxışları qiymətləndirmək, nəhayət, siyasi fəaliyyət mədəniyyətidir.
Siyasi məhbus
Siyasi məhbus — şəxsi azadlığını özünün başlıca hüquqlarından məhrum olaraq itirmiş insan. Həmin hüquqlar Avropa İnsan Haqları Konvensiyasında və digər sənədlərdə qeyd edilən hüquqlardır. Bu sıraya söz, ifadə, vicdan, din və sərbəst toplaşmaq azadlıqları daxildir. Əgər bir şəxsin azadlıqdan məhrum edilməsinin tam olaraq siyasi səbəblərdən baş verdiyi aşkardırsa, bu halda da həmin şəxs siyasi məhbus adı daşıyır.Hətta siyasi həbsxana kimi tanınan bəzi həbsxanalar, yalnız siyasi məhbusların saxlanılması üçün ayrılıb.
Siyasi partiya
Siyasi partiya — öz namizədlərini siyasi vəzifələrə təyin etmək yolu ilə dövlət siyasətinə təsir etməyə çalışan siyasi təşkilat. Partiyalar etiraz aksiyalarında və seçki kampaniyalarında iştirak edir, müxtəlif maraqlar əsasında, xüsusi məqsədlər üçün ifadə edilmiş ideologiyaları təbliğ edirlər. Siyasi partiyanın təsis edilməsinə və onun nəzarətinə yardımçı olan könüllü şəxs partiyanın təşkilatçısı adlanır. Bu şəxs eyni zamanda partiya işçisi hesab edilir. Adətən siyasi partiya partiya rəhbəri (lideri), partiya katibi, partiya xəzinədarı və partiya sədri tərəfindən idarə edilir. Partiya lideri partiyanı təmsil edən ən səlahiyyətli üzv və nümayəndədir. Partiya katibi gündəlik işə və partiya yığıncaqlarının hesabatını saxlamağa cavabdehdir. Xəzinədar üzvlük haqqlarına görə məsuliyyət daşıyır. Partiya sədrinin əsas vəzifəsi isə partiya üzvlərini toplamaq və çağırmaq məqsədilə strategiyalar yaratmaqdır. Sədr, həmçinin, partiyanın yığıncaqlarına sədrlik edir.
Siyasi plüralizm
Siyasi plüralizm - müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsi. Siyasi plüralizmin mövcudluğu üçün azad söz və azad KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatların olması zəruridir.
Siyasi radikalizm
Bu məqalə ümumiyyətlə inqilabçılıq anlayışı ilə əlaqədardır. Sosializmdə islahat üçün, Reformizmə baxın. İslahatçılıq və ya reformizm — cəmiyyətdəki zəruri dəyişikliklərin qəfildən dövrim yolu ilə deyil, reformlar yolu ilə hamar bir keçid şəklində olması fikridir. İnqilabçılıq prinsipi əsas prinsiplərə uyğun yenilikçi bir prinsipdir. Köhnə qurumları məhv etmək və yenilərini əvəz etməkdir. İnqilabçılıq son nəticədə inkişafın ideologiya/modeli kimi qəbul edilə bilər. Bu modelin orijinallığı ondan ibarətdir ki, cəmiyyət daxilində ziddiyyətlər və sinif differensiallaşdırmaları səbəb olmadan iqtisadi-sosial inkişafa nail olmaq məqsədi daşıyır. Bu məqsəd üçün ən uyğun yol statizm kimi qiymətləndirilir və ölkələrin sosial inkişafa qeyri-kapitalist yolla nail olması və kapitalizmi kənara qoymaları məqsədəuyğundur.
Siyasi rejim
Siyasi rejim — bir dövlət idarəolunmasında suverenliyin kim tərəfindən və nə şəkildə istifadə ediləcəyini təyin edən formal və informal qayda və vasitələri ifadə edir. Siyasi rejimin digər adı "hökumət sistemi"dir. Siyasi rejimləri ümumiyyətlə; iştirak ağırlıqlı (birbaşa demokratiya), təmsil ağırlıqlı (təmsili demokratiya), olmaq üzrə iki qrupda yığmaq mümkündür. Birbaşa demokratiya, xalqın rəhbərliklə əlaqədar qərarları özünün al/götürməsi və bunu yenə özünün tətbiqi deməkdir. Gerçək həyatda doğrudan demokratiyanın tam mənasıyla tətbiq olunması asan deyil. Çünki, doğrudan demokratiyalarda cəmiyyətdə hər fərdin cəmiyyəti maraqlandıran qərarlara və edilən tətbiqlərə şəxsən iştirakı haqqında danışılan olmaq olmalıdır. Bunun isə günümüz cəmiyyətlərində tətbiq olunma imkanı olduqca güc və hətta qeyri-mümkündür. Təmsili (nümayəndəli) demokratiyalar isə xalqın özünü idarə edəcək nümayəndələrini seçməsi və onlara idarə etmə səlahiyyətini təhvil verməsi mənasını verməkdədir. İndiki vaxtda tətbiq olunma imkanı olduqca güc və hətta qeyri-mümkün olan doğrudan demokratiyalar bir tərəfə buraxılsa təmsili demokratiyaları; parlamentar rejim, başçılıq rejimi, yarı-başçılıq rejimi və məclis hökuməti sistemi olmaq üzrə dörd qrupa ayırmaq mümkündür. Təmsili demokratiyalar içərisində Parlamentar rejimin təməl xüsusiyyətlərini bu şəkildə yekunlaşdırmaq mümkündür: Parlamentar rejimdə qanunuma və icra etmə orqanları hukuken bir-birindən müstəqildir, ancaq aralarında bir sıra əməkdaşlıq və qarlılıqlı təsir mexanizmləri vardır.
Siyasi repressiya
Siyasi repressiya (lat. repressio - əzmə, zülm etmə) — dövlət orqanları, dövlət tərəfindən tətbiq edilən cəza tədbiri. Siyasi təzyiq bəzən siyasi ayrı-seçkilik termini ilə sinonim kimi istifadə olunur. İnsan hüquqlarının pozulması, nəzarətdən sui-istifadə, polis şiddəti, həbs, vətəndaş hüquqlarının məhdudlaşdırılması, zorakılıq aktları və ya terrorizm, qətl, məhkəmədənkənar qətl, işgəncə, adam oğurluğu və siyasi fəalların, dissidentlərin və ya ümumi əhalinin məhkəmədənkənar cəzalandırılması kimi ayrı-seçkilik siyasəti həyata keçirilir.
Siyasi repressiyalar
Siyasi repressiya (lat. repressio - əzmə, zülm etmə) — dövlət orqanları, dövlət tərəfindən tətbiq edilən cəza tədbiri. Siyasi təzyiq bəzən siyasi ayrı-seçkilik termini ilə sinonim kimi istifadə olunur. İnsan hüquqlarının pozulması, nəzarətdən sui-istifadə, polis şiddəti, həbs, vətəndaş hüquqlarının məhdudlaşdırılması, zorakılıq aktları və ya terrorizm, qətl, məhkəmədənkənar qətl, işgəncə, adam oğurluğu və siyasi fəalların, dissidentlərin və ya ümumi əhalinin məhkəmədənkənar cəzalandırılması kimi ayrı-seçkilik siyasəti həyata keçirilir.
Siyasi sistem
Ümumi mənada siyasi sistem, cəmiyyətin siyasi həyatında rol alan siyasi qurumları və digər ictimai qurumları, bunların fəaliyyətini və qarşılıqlı münasibətləri ifadə edir. Əlbəttə ki, hər cəmiyyətin siyasi sistemi onun inkişafının qanunauyğun nəticəsi kimi formalaşır. Siyasi sistem cəmiyyətin sosial-siyasi təbiətini, mövcud siyasi münasibətləri, təsisatları, normaları və hakimiyyətin təşkili prinsiplərini ifadə edir. Kilsələr, yaxud vətəndaş cəmiyyətin digər ünsürləri, ictimai birliklər kimi, bunları da siyasi sistemin bir parcasıdır. Siyasi sistem bütövlükdə ictimai sistemin mühüm hissələrindən, ünsürlərindən biridir. O, siyasi hakimiyyətin təşkilini, cəmiyyətlə dövlət arasındakı münasibətləri ehtiva edir və ictimai sistemin digər hissələri ilə – sosial, iqtisadi, ideoloji, etik, hüquqi, mədəni sistemlərlə qarşılıqlı əlaqədədir. Konkret cəmiyyətin siyasi sistemi bir sıra amillərlə müəyyən olunur. Bu amillər içərisində cəmiyyətin sosial strukturunu, idarəçilik formasını, dövlətin tipini, siyasi rejimin xarakterini, sosial-siyasi münasibətləri, dövlətin siyasi-hüquqi statusunu, cəmiyyətdə siyasi-ideoloji və mədəni münasibətlərin xarakterini, siyasi həyatın formalaşmasının tarixi və milli ənənələrini göstərmək olar. Müasir politologiyada və sosiologiyada cəmiyyətin siyasi sisteminin öyrənilməsi mühüm yer tutur. Bu sahədə D. İston, Q. Almund, K. Doytç, D. Trumen, Q. Pauell, M. Kaplan, T. Parsnos, St.
Siyasi sosiologiya
Siyasi sosiologiya və ya siyasət sosiologiyası — sosiologiyanın xüsusi bir sahəsi. Həm siyasi elm, həm də sosioloji bilik sahələri daxil olmaqla əlaqəli bir fəndir. XX əsrin birinci yarısında siyasi elm və sosiologiyanın ayrı-ayrı formalaşmasından sonra meydana gəldi. Siyasi sosiologiyada dörd tədqiqat səviyyəsi də mövcuddur: beynəlxalq münasibətlər səviyyəsində (siyasi münaqişələr və dünya siyasi prosesi); dövlət səviyyəsində (dövlətin cəmiyyətdəki mahiyyəti və rolu); ictimaiyyətlə əlaqələr səviyyəsində (siyasi hərəkatların və partiyaların mahiyyəti və təşkili); şəxsi səviyyədə (şəxslərin siyasətdəki iştirakı). 1948-ci ildə keçirilmiş beynəlxalq politologiya kollokviumu zamanı bu intizamın tədqiqat subyektləri kimi müəyyən edilmiş bir sıra məqamlar təsdiq edildi: Siyasi düşüncə tarixi, nəzəriyyə, siyasi ideyaların inkişafında yeni tendensiyalar; Siyasi institutlar, onların funksiyaları və cəmiyyət həyatındakı yeri, aralarındakı qarşılıqlı əlaqələr; Fərdlə dövlət arasında əlaqə, vətəndaşların ölkə hökumətindəki iştirakı kanalları; Siyasi səbəblərdən yaranan sosial qruplar — partiyalar, cəmiyyətlər, birliklər, həmkarlar ittifaqları; Dünya siyasəti, beynəlxalq münasibətlər, beynəlxalq münasibətlərin hüquqi tənzimlənməsi və bütövlükdə cəmiyyətlə əlaqəsi.. Gələcəkdə öyrənilən məsələlər dairəsi genişləndi və aşağıdakı fənləri əhatə etməyə başladı: iqtidarın işləməsi və bölüşdürülməsi prosesində siyasi və sosial sistemlərin qarşılıqlı əlaqəsi; müxtəlif sosial qruplara xas olan siyasi normaların, dəyərlərin, siyasi gözləntilərin, istiqamətlərin və istəklərin işləməsi. Bu intizamın mövzu sahəsinə əlavə olaraq, meydana gəlmə yolunda atılması lazım olan bir addım, araşdırdığı mövzulara uyğun olaraq araşdırma çərçivəsində olması lazım olan problemlərin tərifi idi. Beləliklə, 1957-ci ildə Amerikalı politoloqlar Seymur Lipset və R. Bendiks aşağıdakı problemləri müəyyən etdilər: Dövlət idarəçiliyinin sosial məsələləri, siyasi elitanın oliqarxlaşma problemi; Sosial amillərin seçicilərin davranışına və siyasi iştirakına təsiri; Siyasi qərar qəbul etmə prosesləri; İdeoloji plüralizm problemi, siyasi qurumlar və elita arasındakı ideoloji zəmində qarşıdurmalar Bu elmi intizamın konturları Tomas Hobbs, Con Lokk, Şarl de Monteksyo və başqaları kimi məşhur siyasi filosofların əsərlərində belə formalaşmağa başladı. Bununla birlikdə, bu müəlliflər siyasi sistemdəki dəyişiklikləri, istehsal üsullarını, təkamülünü deyil, eyni zamanda bu inkişafın cəmiyyəti necə təsir etdiyini də təhlil edərkən siyasi şüurlu şəkildə deyil, günümüzdə siyasi sosiologiya ilə əlaqəli məsələlərə toxundular. O zaman.
Beynəlxalq Siyasi İqtisad
Beynəlxalq Siyasi İqtisad və ya digər adı ilə Qlobal Siyasi İqtisad, beynəlxalq münasibətlər və iqtisadiyyatla əlaqəli ikiistiqamətli bir elm sahəsidir. BSİ-nin siyasi elmlər, sosiologiya, tarix və mədəniyyət kimi fərqli sahələrlə də bağlı olan aspektləri mövcuddur. Ən çox əlaqəli olduğu akademik mövzular isə Makroiqtisadiyyat, Beynəlxalq Biznes, Beynəlxalq İnkişaf vəİnkişaf İqtisadiyyatıdır. Beynəlxalq Siyasi İqtisad alimləriqloballaşma, beynəlxalq ticarət, beynəlxalq maliyyə, maliyyə böhranı, mikroiqtisadiyyat, makroiqtisadiyyat, inkişaf iqtisadiyyatı, beynəlxalq bazarlar, siyasi risk, sərhədlərarası iqtisadi problemlərin həllində dövlətlərin əməkdaşlığı və ölkələrarası iqtisadi güc balansı məsələləri üzrə elmi müzakirə və araşdırmaların tam mərkəzindədir. == Yaranması == BSİ-nin müstəqil sahə kimi formalaşması, təxminən, XIX əsrə təsadüf edir, çünki bu tarixə qədər BSİ-nin iqtisadiyyatla eyni məna daşıdığı düşünülürdü. İlk siyasi iqtisadçılar arasında Con Meynard Keyns, KarI Marks və digər önəmli şəxslərin adları var. == BSİ-dəki məsələlər == === Beynəlxalq Maliyyə === Beynəlxalq Ticarət və Maliyyə BSİ tərkibindəki ən önəmli mövzulardandır. Liberal baxış açısı XVIII əsrdə Adam Smit tərəfindən təqdim olunduqdan sonra Qərbdə maraq doğurmuş və uzun müddət öz elmi liderliyini qorumuşdur. Liberalizmə alternativ bir sistem 1940-cı illərdə Keynsçilik nümunəsi ilə meydana gəldi və 1970-ci illərin əvvəlinədək alimlərin diqqət mərkəzində qaldı. Keynsçiliyin əsasında daxili makroiqtisadi siyasətlə əlaqəli məsələr dayanırdı.
Siyasi siyahı
Siyasi siyahı, partiya siyahısı və ya seçki siyahısı — adətən proporsional və ya qarışıq seçki sistemlərində, eyni zamanda bəzi çoxluqlu seçki sistemlərində olan seçki üçün namizədlər qrupu. Seçki siyahısı siyasi partiya tərəfindən qeydə alınır və ya müstəqil namizədlər qrupunu təşkil edilir. Siyahılar açıq ola bilər, bu halda seçicilər qalib namizədlərin reytinqinə müəyyən təsir göstərə bilər. Bu həmçinin, qapalı ola bilər ki, bu halda namizədlərin sırası siyahının qeydiyyatı zamanı müəyyən edilir. Seçilmiş nümayəndə öz yerini tərk edən zaman proporsional nümayəndəlik siyahı sistemindəki təsadüfi vakansiya adətən yerini tərk etmiş nümayəndənin siyahısında daha seçilməmiş ən yüksək səviyyəli namizəd tərəfindən doldurulur. Şəxsi və ya partiya-strateji səbəblərə görə, bu şəxs yerini aşağı səviyyəli həmkarına verməyi seçə bilər. Əvəzedici siyahılar bəzən tək ötürülə bilən səsli seçki sistemlərində təsadüfi vakant yerləri doldurmaq üçün istifadə olunur. Buna misal olaraq 1984-cü ildən İrlandiyada keçirilən Avropa Parlamentinə seçkiləri göstərmək olar.
İqtisadçı
İqtisadçı — Resursların insan ehtiyaclarını ən yaxşı qarşılayacaq formada istifadə edilməsini, sonsuz insan ehtiyaclarından qıt resurslarla qarşılana biləcəklərin təyin edilməsini, ehtiyacları qarşılayacaq mal və xidmətlərin istehsalında mənbələrin ən yaxşı formada paylanılmasını, istehsal olunan mal və xidmətlərin bölüşdürülməsi mövzusunda işləyən insanlardır. İstehsal edilən mal və məhsulların istehlakçıya çatdırılması barədə planlama edirlər. Məlumat toplama bacarıqlarını inkişaf etdirirlər. İnflyasiya, qazanc faizi, məşğulluq və enerji maaliyyəti sahələrində yoxlama edirlər.
İqtisad
İqtisadiyyat — istehsal üsullarının fərqləndirilməsi xüsusiyyətləridir. İqtisad elminin adı bu sözdən, termindən alınmışdır. Geniş mənada iqtisadiyyat bütün iqtisadi bilik sahələrinin, eləcə də iqtisadi nəzəriyyənin öyrəndiyi, araşdırdığı obyektdir. Elm tarixində ilk dəfə iqtisadiyyat sözünü, anlayışını qədim yunan alimləri işlətmişlər. O, Ksenofontun (e.ə-430–355) "Ev təsərrüfatı" və ya "Ev iqtisadiyyatı" deyilən əsərinin adından götürülmüş, sonra Aristotel (384–322) tərəfindən geniş şərh edilmişdir. Yunan sözü olan "Oykonomiya" iki sözdən- "oykos" (ev, təsərrüfat) və "nomos" (qayda, qanun) söz birləşmələrindən yaranmışdır. Bu mənada "Ekonomika" antik dövrün qul əməyinə əsaslanan ailə təsərrüfatının, ən çox natural təsərrüfat münasibətlərini ifadə edirdi. Təsərrüfat və onun idarəedilmə qanunları mənasını daşıyan bu anlayış sonralar mürəkkəb və geniş bir fəaliyyət dairəsini, bütövlükdə iqtisadiyyat mənasını ifadə etməyə başlamışdır. Hazırda dünyanın əksər ölkələrində, müxtəlif dillərdə "Ekonomiks" geniş anlamlı bir kateqoriya kimi işlədilməkdədir. Bizim və bir çox islam ölkələri xalqlarının dilində "ekonomika" ərəb dilindən alınmış "iqtisadiyyat", "iqtisad" kimi sözlərlə ifadə olunur.
İqtisadi siyasət
iqtisadi siyasəti — hökümətin vergi səviyyələrini, dövlət büdcələrini, pul kütləsini və faiz dərəcələrini, habelə əmək bazarını, milli mülkiyyəti və dövlətin iqtisadiyyata müdaxiləsinin bir çox digər sahələrini təyin etmək sistemlərini əhatə edir. İqtisadi siyasət amillərinin əksəriyyətini hökumətin vergi və xərcləmə ilə əlaqədar hərəkətlərini və ya mərkəzi bankın pul kütləsi və faiz nisbətləri ilə əlaqəli hərəkətlərini nəzərdən keçirən maliyyə siyasətinə bölmək olar. Bu cür siyasətlər tez-tez Beynəlxalq Valyuta Fondu və ya Dünya Bankı kimi beynəlxalq qurumlardan və siyasi inanclardan və sonrakı partiya siyasətlərindən təsirlənir. İdarəetmənin demək olar ki, hər bir aspekti mühüm iqtisadi ölçüyə malikdir. Mövcud iqtisadi siyasət növlərinə bəzi nümunələr: Pul təklifi artımını həddindən artıq inflyasiyaya gətirib çıxarmayan bir nisbətdə tutmağa çalışan və iqtisadi dövrü düzəltməyə çalışan makroiqtisadi sabitləşmə siyasəti. Tariflərə, ticarət müqavilələrinə və bunları idarə edən beynəlxalq qurumlara istinad edən ticarət siyasəti. Böyümə siyasətləri İnkişaf iqtisadiyyatı siyasətləri Gəlirin, əmlakın və / və ya sərvətin yenidən bölüşdürülməsinə dair siyasətlər Həmçinin: tənzimləmə siyasəti, güvənsiz siyasəti, sənaye siyasəti və texnologiyaya əsaslanan iqtisadi inkişaf siyasəti. İqtisadi siyasət sahəsində müxtəlif yanaşmalar və təsnifat meyarları mövcuddur. Sektor, institusional meyarlar əsasında yanaşanda aşağıdakı sahələri ayırmaq adətlidir: sənaye, kənd təsərrüfatı, sosial, nəqliyyat, xarici iqtisadi və digərləri. Funksional yönümlü yanaşmaya əsasən bunları ayırmaq mümkündür: maliyyə, struktur, konyunktura, qiymət, valyuta və digər iqtisadi siyasət sahələri.
Yeni iqtisadi siyasət
Yeni iqtisadi siyasət — 1920-ci illərdə Sovet Rusiya və SSRİ-nin iqtisadi siyasəti. Vətəndaş müharibəsi illərində yürüdülən və Rusiyanı iqtisadi tənəzzülə uğratmış "hərbi kommunizm" siyasətini dəyişdirən YİS 14 mart 1921-ci ildə RK(b)P-nin 10-cu Qurultayı tərəfindən qəbul edilmişdir. Yeni iqtisadi siyasət milli iqtisadiyyatın bərpası ilə, xüsusi sahibkarlığın tətbiqinə və bazar münasibətlərinin canlandırılmasına yönəlmişdi. YİS-in əsas məzmunu kənddəki əlavə profisitin vergi ilə əvəz olunması, (taxılın 70% -ə qədəri artıq profisitlə, təxminən 30% -i artıq vergi ilə tutulmuşdur), bazarın istifadəsi və müxtəlif mülkiyyət formaları, güzəştlər şəklində xarici kapitalın cəlb edilməsi və pul islahatlarının aparılması (1922–1924) idi. Nəticədə rubl tədavül olunan valyutaya çevrildi.
Korner (iqtisadi)
Müdaxilə (iqtisadi)
Risk (iqtisadi)
Risk — dəyər kəsb edən hər hansı bir obyektin, vəsaitin, və s. itirilmə ehtimalıdır. Risk arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır. Riskin bir sıra xarakterik xüsusiyyətləri var: 1. Qeyri-müəyyənlik: risk, ancaq hadisələrin gedişatının bir neçə istiqamətdə inkişaf etmə ehtimalı olduqda mövcuddur; 2. Zərər: risk, ancaq hadisələrin gedişatının itkiyə (ziyana), yaxud digər neqativ nəticələrə səbəb olma ehtimalı olduqda mövcuddur; 3. Analiz imkanı: risk, ancaq hadisənin "gözləyənlər"i tərəfindən subyektiv rəy formalaşdıqda və gələcək dövr üçün hadisələr keyfiyyət və kəmiyyət üzrə qiymətləndirildikdə mövcuddur; 4. Əhəmiyyətlilik: risk, gözlənilən hadisə əməli (praktik) əhəmiyyətə malik olduqda və ən azı bir subyektin maraqlarına aid olduqda mövcuddur.
İqtisadi agent
İqtisadi agent — müəyyən müddət ərzində başqasının tapşırığı ilə və onun hesabına istehsal, satış, tədarük, topdan satış ticarəri üzrə fəaliyyət göstərən hüquqi və ya fiziki şəxslərdir; onların əqd sənədlərinə imza etmək hüququ olmur; öz xidmətlərinə görə sifarişçidən — müqavilə əsasında — müəyyən məbləğdə haqq alır. Məsələn, alıcılar (istehlakçılar) və satıcılar (istehsalçılar) vahid bazarın qismən tarazlıq modellərində iki ümumi agent növüdür. Makroiqtisadi modellər, xüsusən də açıq şəkildə mikro təməllərə əsaslanan dinamik stoxastik ümumi tarazlıq modelləri, ev təsərrüfatlarının, firmaların və hökumətlərin və ya mərkəzi bankların iqtisadiyyatdakı əsas agent növləri olduğunu göstərir. Bu agentlərin hər biri iqtisadiyyatda bir neçə rol oynaya bilər; evlər, məsələn, modeldə istehlakçı, işçi və seçici rolunu oynaya bilər. Bəzi makroiqtisadi modellər işçilər və alıcılar və ya kommersiya bankları kimi daha çox agent növünü ayırd edir. Agent termini əsas agent agentləri üçün də istifadə olunur; bu halda konkret olaraq direktor adından fəaliyyət göstərməkdə ittiham olunan birinə aiddir. Agent əsaslı bir hesablama iqtisadiyyatında, aidiyyəti agentlər, real insanlar deyil, məkan və zamandakı “qaydalara görə qarşılıqlı fəaliyyət kimi modelləşdirilmiş hesablama obyektləridir”. Qaydalar müəyyən edilmiş stimul və məlumatlara əsaslanan davranış və sosial qarşılıqlı əlaqəni modelləşdirmək üçün hazırlanmışdır. Agent anlayışı, dinamik çox agentlikli iqtisadi sistem kontekstində digər bu cür subyektlərlə qarşılıqlı fəaliyyət göstərən hər hansı bir daimi fərdi, sosial, bioloji və ya fiziki şəxs kimi şərh edilə bilər. Alıcı və satıcılara uzun müddət müvəkkillik etməkdən ibarətdir.
İqtisadi artım
İqtisadi artım (ing. economic growth) — bir ölkənin ölçüləbilən iqtisadi faktorlarının müəyyən müqayisə edilən dövr içində kəmiyyət baxımından dəyişməsidir. Ölkənin ümumdaxili məhsul həcminin artması həm iqtisadi böyümə və həm də iqtisadi inkişaf kimi ələ alınır. Burada iqtisadi artımla birgə əhalinin də artımı nəzərə alınır. Artım ölçülə bilən xüsusiyyətdə olduğu üçün mənfi (azalma, daralma) və ya müsbət (artım) kimi nəticəsi ola bilər. Məsələn, iqtisadiyyatda müxtəlif ölçüləbilən xarakterlər: ÜDM, işlə təminat, ixracda, idxalda artım, əhali artımı və s. Bu ölçülər müəyyən dövrə aid hesablanır və müəyyən bir dövrlə də müqayisə edilir. Buna görə də burda həm riyazi olaraq artım, həm də azalma baş verə bilər. Ancaq həm ÜDM-nin həm də əhali sayının artması eyni zamanda baş verməyə bilər. Və ya əhali artımı daha çox ÜDM isə nisbətən az arta bilər.
İqtisadi artıq
İqtisadi artıq — əsas iqtisadi nəzəriyyədə ümumi rifah və ya Marşall artığı (Alfred Marşalldan sonra) olaraq da bilinən iqtisadi artıq, iki əlaqəli kəmiyyətə işarə edir: İstehlakçı artımı və ya istehlakçılın artıqlığı, istehlakçılar tərəfindən alınan bir pul faydasıdır, çünki bir məhsulu ödəmək istədikləri ən yüksək qiymətdən aşağı bir qiymətə ala bilərlər. İstehsalçının artığı və ya istehsalçıların artığı, istehsalçıların satmaq istədikləri ən aşağı qiymətdən yüksək olan bazar qiymətinə sataraq əldə etdikləri məbləğdir; bu, təqribən mənfəətə bərabərdir (istehsalçılar ümumiyyətlə zərərlə satmaq istəmədiklərindən və hətta zərərsiz qiymətə satmağa biganədirlər). XIX əsrin ortalarında mühəndis Jül Düpüi ilk dəfə iqtisadi artıqlıq konsepsiyasını irəli sürdü, lakin bu konsepsiyanı iqtisadiyyat sahəsində məşhur edən iqtisadçı Alfred Marshall idi. Standart tələb və təklif diaqramında istehlakçı profisiti məhsulun tarazlıq qiymətinin üstündə və tələb əyrisinin altındakı sahədir (tələb və təklif əyriləri xətti olarsa üçbucaqlı). Bu, istehlakçıların bir mal vahidini tarazlıq qiymətindən yüksək bir qiymətə, ikinci vahidi ondan aşağı, lakin müvazinət qiymətinin üstündəki bir qiymətə və s. Almaq istəyən olmasını əks etdirir, amma əslində tarazlıq qiymətini ödəyirlər. Hər vahid alınmışdır. Eynilə, bir tələb-tələb diaqramında istehsalçının artığı tarazlıq qiymətinin altındakı, lakin təklif əyrisinin üstündəki bir sahədir. Bu, istehsalçıların ilk birimi tarazlıq qiymətindən aşağı bir qiymətə, ikinci birimi ondan yüksək, lakin tarazlıq qiymətindən daha aşağı bir qiymətə təmin etmək istəmələrini, ancaq əslində tarazlıq qiymətini alacaqlarını əks etdirir, satdıqları bütün vahidlər üçün. İstehlakçı artığı — istehlakçının ödəməyə hazır olduğu maksimum qiymətlə faktiki olaraq ödədiyi faktiki qiymət arasındakı fərqdir.
İqtisadi coğrafiya
M. V. Lomonosov iqtisadi coğrafiya terminini ilk dəfə olaraq elmə gətirmişdir. XVIII əsrdə Rusiyada coğrafiyanın inkişafında alimlərin xüsusi əməyi olmuşdur. Əldə edilmış məlumatların təhlili, xəritələrin ümumiləşdirilməsi, ərazilərin mənimsənilməsi vacib vəzifə idi. Rus alimi M. V. Lomonosov (1711–1765) "Coğrafiya" sahəsində xüsusi əhəmiyyəti olan işlər görmüşdür. 1739-cu ildə Rusiya Elmlər Akademiyasında yaradılmış "Coğrafiya" departamenti 1745-ci ildə "Rusiya Atlası"nı hazırladı. Lomonosov quberniyalar haqqında məlumat toplamaq və Atlası yenidən nəşr etmək üçün 1758-ci ildə onlara xüsusi sorğu sualları göndərdi. Burada iqtisadi məlumatların da olması, onların təhlillərinin aparılması "iqtisadi coğrafiya" sözünün yaranmasına səbbəb oldu. Bu termini ilk dəfə Lomonosov işlətmışdir. O, həmçının Şimal dəniz yolunun, Şimal Buzlu okeanının, onun iqlimi və buz örtüyü, su axınlarının, atmosferin öyrənilməsi üçün böyük əmək sərf etmışdir. İqtisadi coğrafiynın yaranması Lomonosovun adı iə bağlıdır.
İqtisadi göstəricilər
İqtisadi göstəricilər (indiqatorlar) (Economic indicators) - Ölkədə iqtisadi vəziyyəti əks etdirən və maliyyə və iqtisadi meyilləri təhlil etmək, qiymətləndirmək və proqnozlaşdırmaq üçün istifadə olunan statistik göstəricilər. Məsələn: ÜDM-in artım sürəti, İstehlak qiymətləri indeksi, Tədiyyə balansının saldosu, İşsizlik səviyyəsi və s. Ümumi daxili məhsul (Gross Domestic Product) — bir il ərzində iqtisadiyyatda (ölkə daxilində) istehsal olunan bütün mal və xidmətlərin məcmu bazar qiymətidir. İstehlak qiymətləri indeksi — ümumi qiymət səviyyəsini müəyyən edən əsas ölçüdür. Bu ölçüdən istifadə etməklə inflyasiya dərəcəsini tapmaq mümkündür. İstehlak qiymətləri indeksi alıcıların istehlak səbətinə daxil olan məhsul və xidmətlərin (ərzaq, tibbi xidmətlər, nəqliyyat, sığorta xərcləri, kommunal xərclər və s.) ümumi qiymət səviyyəsinin dəyişməsini göstərir. Tədiyə balansı saldosu — Tədiyyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə, tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Tədiyə balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı iqtisadi əməliyyatların məcmusunu əks etdirən statistik hesabat sistemidir.Tədiyyə balansının saldosu isə tədiyyə balansındakı mədaxil və məxaric fərqinə bərabər olur.
İqtisadi hərəkətlilik
İqtisadi azadlıq
İqtisadi azadlıq — cəmiyyətin insanlarının iqtisadi tədbirlər görmək qabiliyyəti. Bu, iqtisadi və siyasi müzakirələrdə, eləcə də iqtisadiyyat fəlsəfəsində istifadə olunan termindir. İqtisadi azadlığa yanaşmalardan biri azad bazarlara, azad ticarətə və azad sahibkarlıq şəraitində xüsusi mülkiyyətə üstünlük verən liberal ənənədən irəli gəlir. İqtisadi azadlığa başqa bir yanaşma fərdi seçimlə rifah iqtisadiyyatının öyrənilməsini genişləndirir. Liberal azad bazar baxış bucağında iqtisadi azadlıq güc tətbiq etmədən, fırıldaqçılıqdan və ya oğurluqdan istifadə etmədən, dövlət tənzimləməsi olmadan əldə edilmiş hər hansı mal və xidmətləri istehsal etmək, ticarət etmək və istehlak etmək azadlığı kimi müəyyən edilir. Bu, hüququn aliliyi, mülkiyyət hüquqları və müqavilə azadlığında təcəssüm olunur və bazarların xarici və daxili açıqlığı, mülkiyyət hüquqlarının qorunması və iqtisadi təşəbbüs azadlığı ilə xarakterizə olunur. Cebula, R., & Clark, J. (2014). Impact of Economic Freedom, Regulatory Quality, and Taxation on the Per Capita Real Income: An Analysis for OECD Nations and Non-G8 OECD Nations, MPRA Paper 56605, University Library of Munich, Germany. Cebula, R. (2013). Effects of Economic Freedom, Regulatory Quality, and Taxation on Real Income, MPRA Paper 55421, University Library of Munich, Germany.
İqtisadi model
İqtisadçılar öz təcrübəsində ən müxtəlif modellərdən istifadə edirlər. Bu modellər diaqramlardan, cədvəllərdən, bərabərliklərdən ibarət olur. İqtisadi modellərdə də bir çox hissələr, məlumatlar çatışmır. Buna baxmayaraq, əslində onların çatışmazlığı bizə həqiqətən mühüm olan şeyi dərk etməyə imkan verir. İqtisadçının modeli də bütün iqtisadi amilləri nəzərə ala bilmir. Bütün modellər müəyyən fərziyyələr və ehtimallarla qurulmuşdur. İqtisadçılar öz təhlillərində öyrənilən məsələyə dəxli olmayan amillərin iştirak etməsinə yol vermirlər. İqtisadiyyat müxtəlif fəaliyyət növləri ilə — alıcılıqla, satıcılıqla, işlə, muzdlu əməklə, istehsalla və s. məşğul olan milyonlarla insanlardan ibarətdir. Onun necə qurulduğunu dərk etmək üçün bizim düşünmə tərzimizi sadələşdirən üsulun tapılması zəruridir.
İqtisadi sistemlər
İqtisadi sistem — özünün ictimai təşkili formasından asılı olmayaraq iqtisadiyyat sistem halında olur və fəaliyyət göstərir. İqtisadi sistemin mahiyyətini başa düşmək üçün ilk növbədə sistemin özünün nə demək olduğunu aydınlaşdırmaq çox vacibdir. Sistem dedikdə – vahid bir tamın məzmununa daxil olub, qarşılıqlı əlaqə, asılılıq və qarşılıqlı təsir halında olan, nizamla düzülmüş çoxsaylı komponentlərin məcmusu başa düşülür. Hər bir sistemin özü də yarımsistemlərdən ibarətdir. Çünki, hər bir sistem daxili komponentlərin özü də məzmuna malikdir və sistem halında olur. Bu sistemin başlıca xüsusiyyətlərindən biridir. Başqa bir xüsusiyyəti sistemdaxili ünsürlərin bir-birilə sıx bağlılığıdır. Onlar qarşılıqlı əlaqədə, qarşılıqlı asılılıqda və vəhdətlikdə mövcuddurlar. Hər bir sistemin öz əsası, daxili quruluşu, xarakterik xüsusiyyətləri özünə xas olan əlaqələndirici mexanizmi vardir. Bütün bu xüsusiyyətlər cəmiyyətin iqtisadi sisteminə də aiddir.
İqtisadi səmərəlilik
İqtisadi səmərəlilik — insan fəaliyyətinin nəticələrinin, məhsulların və ya xidmətlərin istehsalı ilə əmək və istehsal üçün vəsaitlərin nisbəti ilə müəyyən edilən dəyər. Pol Samuelson və Vilyam Nordhausun tərifinə görə, iqtisadi səmərəlilik faydaları (əmtəə) və xərcləri daim əlaqələndirərək, eyni zamanda rasional davranaraq mövcud resurslardan maksimum dərəcədə potensial fayda əldə etməkdir. Məhsulların istehsalçısı və istehlakçısı öz faydalarını maksimuma çatdırmaqla və xərcləri minimuma endirməklə ən yüksək səmərəliliyə can atırlar. Şirkətlərin səmərəliliyinin etikası aşağıdakıların kombinasiyasını əhatə edir: müştəriləri üçün ən yüksək dəyəri yaratmaq; sahibləri üçün gəlirlilik; işçilər üçün cəlbedici əmək haqqı ilə birlikdə özünüreallaşdırma və böyümə imkanları.
İqtisadi zorakılıq
İqtisadi zorakılıq — şəxsə iqtisadi ziyan vuran hər hansı hərəkət və ya davranış. Bu, əmlaka vurulan ziyan, maliyyə resurslarına, təhsilə və ya əmək bazarına çıxışın məhdudlaşdırılması və ya iqtisadi öhdəliklərin yerinə yetirilməməsi (məsələn, alimentin ödənilməməsi) şəklində təzahür edə bilir. Ümumdünya Səhiyyə Təşkilatı bunu daha böyük qruplar tərəfindən fərdlərə qarşı törədilən kollektiv zorakılıq forması kimi müəyyən edir. Bu termin adətən onu cinsi, psixoloji və iqtisadi zorakılığı özündə ehtiva etsin deyə fiziki gücdən istifadə və ya hədələmədən kənar zorakılığın daha geniş forması kimi qiymətləndirən feminist nəzəriyyə ilə əlaqələndirilir. Argentina qanunvericiliyində bu, məişət zorakılığının bir forması kimi müəyyən edilir.
İqtisadi islahat
İqtisadi islahat — iqtisadi sistemin fəaliyyət tərzini dəyişdirməyə yönəlmiş hökumət siyasəti. İqtisadi islahat hüquqi tənzimləmə və ya hökumətin birbaşa təsir tədbirləri (fiskal, inzibati və s.) vasitəsilə həyata keçirilə bilər. İqtisadi islahatların məqsədi ölkənin iqtisadi vəziyyətini, o cümlədən işsizliyin azaldılması, iqtisadi bərabərsizliyin azaldılması və ya ÜDM-in artırılması kimi məsələlərdə yaxşılaşdırmaqdır. İqtisadi islahatlar müxtəlif tənzimləyici və institusional maneələrlə qarşılaşa bilər. OECD baş katibi Anxel Qurria qeyd edib ki, islahatların həyata keçirilməsi asan məsələ deyil. Onların uğurla başa çatmasına mane olan bir neçə amil var. Bəzən görülməli olan tədbirlər müəyyən qruplar üçün ağrılı olur, onlar birləşərək onları əngəlləyə bilər. İslahatdan bəhrələnənləri isə kollektiv fəaliyyətə səfərbər etmək daha çətindir. İslahatların nəticələri adətən orta və uzunmüddətli perspektivdə reallaşır və seçki təqvimini nəzərə almır. İslahatın hər bir ardıcıl mərhələsi əvvəlkindən daha çətindir, çünki siz bu yolda siyasi kapital sərf edirsiniz.
İqtisadi müdaxilə
İqtisadi müdaxilə (ing. economic interventionism və ya state interventionism "dövlət müdaxiləsi") — bazar iqtisadiyyatı və çoxstrukturlu sosial-bazar və qarışıq iqtisadiyyat şəraitində sahibkarlığa nəzarət, saxtakarlıq və böhran vəziyyətlərinin aradan qaldırılması üçün dövlət və hökumət tərəfindən həyata keçirilən tədbirlər. İqtisadi inkişafın təşviqi, məşğulluğun artırılması, əmək haqqının artırılması, qiymətlərin artırılması və ya aşağı salınması, bərabərliyin təşviqi, pul kütləsinin və faiz dərəcələrinin idarə edilməsi, mənfəətin artırılması və ya bazar uğursuzluqlarının həlli kimi istənilən siyasi və ya iqtisadi məqsədlərə nail olmaq üçün istifadə edilə bilər. Termin dövlətin və mahiyyətcə bir-birindən ayrı olan iqtisadiyyatların iqtisadiyyata müdaxiləsini nəzərdə tutur və buna görə də hökumətin hərəkətlərinin "müdaxilə" təşkil edəcəyi kapitalist bazarına və ya qarışıq iqtisadiyyata aiddir (baxmayaraq ki, bu, dövlət müəssisələrinə şamil edilmir. bazarda fəaliyyət göstərən).